Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-99/2021 27.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-İsmayıllı rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri, Ə.Qarayev küçəsi 40 saylı evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə etmiş, saxlamış və daşımış, həmçinin qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14.12.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 170.3, 29.120.2.1, 29.120.2.2, 29.120.2.4 və 29.120.2.7-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19.08.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu üzrə 07 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 1961-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, ИБ-4435 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli yivli odlu silah olan 01 ədəd avtomatı, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd darağı, 1983-cü ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, atəş üçün yararlı, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu olub döyüş sursatı hesab edilən 10 ədəd patronu və zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə etmiş, əldə etdiyi 01 ədəd avtomatı, 01 ədəd darağı və 10 ədəd patronu özünə məxsus olan “Vaz 21074” markalı **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, soyuq silah hesab edilən 01 ədəd bıçağı isə əynində olan qara rəngli cins şalvarın sol arxa cibində ünvan 1 ünvanının qarşısınadək gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə saat 16:45-də yuxarıda qeyd edilən ünvanda idarə etdiyi özünə məxsus olan “Vaz 21074” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq avtomobillə birlikdə Şamaxı Rayon Polis Şöbəsinə dəvət edilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 18:03-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sol arxa cibindən qanunsuz olaraq əldə edib gəzdirdiyi 01 ədəd soyuq silah hesab edilən bıçaq, həmçinin həmin tarixdə saat 18:33-dən Şöbənin inzibati binasının həyətində Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi özünə məxsus olan “Vaz 21074” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin arxa yük yerindən ИБ-4435 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli yivli odlu silah olan 01 ədəd avtomat, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd daraq və 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu olub döyüş sursatı hesab edilən 10 ədəd patron aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir xəstəlikdən, o cümlədən psixi xəstəlikdən əziyyət çəkmir. 2007-ci ildə Ağır Cinayətlərə Dair işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 170.3, 29.120.2.1, 29.120.2.2, 29.120.2.4 və 29.120.2.7-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumluğu ilə əlaqədar hərbi xidmətdə olmamışdır. 2020-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan bir oğlu dünyaya gəlmişdir. Hazırda oğlu 11 aylıqdır. Azadlığa çıxandan sonra Şamaxı rayonu ərazisində qəssab mağazası açmış və ət satışı ilə məşğul olmuşdur. Təxminən may ayında Bakı şəhərində olan zaman ünvanını xatırlamadığı suvenir mağazasının qarşısından keçərkən orada olan bıçaqlara nəzər salmış və onlardan birini suvenir kimi alıb saxlamaq qərarına gəlmişdir. Bundan başqa rayonda olan zaman tez-tez, həftədə bir-iki dəfə Ağsu rayonunda Gözpiri deyilən ərazidəki meşə sahəsinə bildirçin ovlamağa getmişdir. Təxminən tutulmasından 10 gün öncə tək halda özünə məxsus olan “Vaz 21074” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gözpiriyə getmişdir ki, bildirçin ovlasın. Meşədə olan zaman ağacın dibində sellofan bükülünün olmasını aşkar etmiş və həmin bükülüyə yaxınlaşıb onu açmışdır. Bükülünü açan zaman içərisində Kalaşnikov avtomatı kimi tanıdığı silahın olduğunu görmüşdür. Həmin silahın üzərində həmçinin daraq da olmuşdur. Darağı silahdan ayıranda içərisində patronların da olduğunu görmüşdür. Patronları sayan zaman 10 ədəd olmasını müəyyən etmişdir. Həmin silahı avtomobilinin yük yerinə qoymuşdur ki, suvenir kimi saxlasın. Bundan sonra həmin gün rayona qayıtmışdır. Amma silah avtomobilinin arxasında qalmışdır. 22 iyun 2021-ci il tarixdə saat 16 radələrində işdən evə gedən zaman idarə etdiyi “VAZ-21074” markalı, **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı məhəllədə ünvan 1 ünvanının qarşısında saxlamışdır. Avtomobildən enəndən sonra bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onun anket məlumatlarını bildirməyini istəmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlama və gəzdirməkdə şübhəli olduğunu demişlər. Onu barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib Şamaxı RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyib avtomobili ilə polis şöbəsinə getmişdir. Orada müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan öncə şəxsi axtarışın videoçəkiliş vasitəsilə keçiriləcəyi ona bildirilmişdir. O, da buna etirazı olmadığını qeyd etmişdir. Daha sonra şəxsi axtarış zamanı ondan üzərində odlu silah, döyüş sursatı və başqa qanunsuz əşya varsa həmin əşyaları könüllü surətdə təqdim etməyini istəmişlər. O, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd “İphone” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 01 ədəd avtomobil açarını və 30 manat pulu, şalvarının sol arxa cibində olan 01 ədəd bıçağı təqdim etmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bıçağı Bakı şəhərində hazırda yerləşdiyi ünvanı xatırlamadığı mağazadan aldığını, bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd bıçaq bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 30 manat pul və avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra ondan idarə etdiyi avtomobildə, yaşadığı ünvanda və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlamağı barədə soruşulmuş və o, hazırda Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi “VAZ-21074” markalı, **-MT- *** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerində 01 ədəd avtomat silah gizlədib saxladığını və həmin silahı təqdim edə biləcəyini bildirmişdir. Avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmışdır. Bundan sonra avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı ona təklif edilmişdir ki, idarə etdiyi “VAZ-21074” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa təqdim etsin. O, idarə etdiyi “VAZ-21074” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobilin yük yerində 01 ədəd avtomat, həmin silaha məxsus 01 ədəd daraq və 10 ədəd patron gizlədib saxladığını bildirib, avtomobilin yük yerini açaraq qara rəngli gödəkçəyə bükülmüş göy ağ rəngli parça bükülünü götürüb təqdim etmişdir. Həmin parça bükülü iştirakçıların şahidliyi ilə açıldıqda parçanın içindən 01 ədəd avtomat, 01 ədəd daraq və darağın içindən isə 10 ədəd patron aşkar olunmuşdur. Həmin predmetlər bir ədəd sintetik kisədə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı avtomobildən aşkar edilmiş 01 ədəd avtomat, 01 ədəd daraq və 10 ədəd patronu Ağsu rayonu Gözpiri deyilən ərazinin yaxınlığında yerləşən meşəlik ərazidən təsadüfən yerdən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin silahı götürüb idarə etdiyi avtomobilin yük yerində gizlədib saxladığını bildirmişdir. Bundan sonra avtomobilə baxış zamanı avtomobilin salon hissəsindən ona məxsus şəxsiyyət vəsiqəsi və avtomobilinə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi aşkar olunub götürülmüşdür. Baxış davam etdirilərkən həmin avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra baş verənlər barədə protokollar tərtib olunmuş və düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. 22 iyun 2021-ci il tarixdə Şamaxı rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib idarə etdiyi nəqliyyat vasitəsində saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid2 daxil edilmişdir. 22 iyun 2021 -ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Şamaxı şəhəri, N.Nərimanov küçəsində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 16:45-də həmin küçədə “VAZ 21074” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu idarə etdiyi avtomobillə birlikdə Şamaxı RPŞ-ə dəvət etmişlər. O, da etiraz etmədən idarə etdiyi avtomobillə Şamaxı RPŞ-ə gəlmişdir. Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının yan ciblərindən bir ədəd “İphone” markalı mobil telefonu, 01 ədəd avtomobil açarını və 30 manat pulu, şalvarının sol arxa cibindən isə 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bıçağı təxminən 1 ay əvvəl Bakı şəhərində hazırda yerləşdiyi ünvanı xatırlamadığı mağazadan aldığını, bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmışdır. Eyni zamanda aşkar edilmiş 30 manat pul və avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə, yaşadığı ünvanda və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs hazırda Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi “VAZ-21074” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobilin yük yerində 01 ədəd avtomat tipli odlu silah gizlədib saxladığını və həmin silahı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxışın keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmış və baxışın keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “VAZ- 21074” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobilin yük yerində 01 ədəd avtomat tipli odlu silahı, həmin silaha məxsus 01 ədəd daraq və 10 ədəd patron gizlədib saxladığını bildirib, avtomobilin yük yerini açaraq qara rəngli gödəkçəyə bükülmüş göy ağ rəngli parça bükülünü götürüb təqdim etmiş və özündə olan silah və patronların həmin parça bükülünün içində olduğunu bildirmişdir. Həmin parça bükülü iştirakçıların şahidliyi ilə açıldıqda parçanın içindən 01 ədəd avtomat tipli odlu silaha oxşar predmet və 01 ədəd daraq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi avtomat tipli odlu silaha oxşar predmetə və darağa baxış zamanı onların üzərində müvafiq rəqəmlərin yazıldığı müəyyən edilmişdir. Baxış zamanı darağın içindən isə 10 ədəd patron aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və 10 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat tipli odlu silaha oxşar predmeti, 01 ədəd darağı və 10 ədəd patronu təxminən 10 gün əvvəl Ağsu rayonu Gözpiri deyilən ərazinin yaxınlığında yerləşən meşəlik ərazidən təsadüfən yerdən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin silahı götürüb idarə etdiyi avtomobilin yük yerində gizlədib saxladığını bildirmişdir. Bundan sonra “VAZ-21074” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salon hissəsindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və həmin avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi aşkar olunub götürülmüşdür. Baxış davam etdirilərkən həmin avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək, onunla eyni məzmunlu ifadələr verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə etmə, saxlama və daşınması faktına görə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə saat 17:32 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və o, əynində olan qara rəngli cins şalvarın sol arxa cibində olan bir ədəd bıçaq tipli dəmir predmeti çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobilin yük yerindən üzərində “1961, 4435, 7057, 5300, AB, OD” rəqəm və hərflərinin yazıldığı 01 ədəd avtomat tipli odlu silaha oxşar predmeti, üzərində “4, 27” rəqəmlərin yazıldığı 01 ədəd darağı və həmin darağın içərisində olan 10 ədəd tamlığı pozulmamış patronu təqdim etmişdir. Qeyd edilən 01 ədəd avtomata oxşar predmet, 01 ədəd daraq və 10 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüşdür. Avtomobilə baxış zamanı həmçinin, Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və həmin avtomobilə məxsus AD 813038 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsi və əşyaların götürülməsi istintaq hərəkəti 22 iyun 2021-ci il tarixdə saat 18:33-də başlamış və həmin tarixdə saat 19:00-da başa çatmışdır. Şəxsi axtarış və götürmə, həmçinin baxış keçirmə və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntülər ayrı-ayrılıqda 02 ədəd DVD diskə köçürülərək protokollara əlavə edilmişdir. Həmin 02 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 23 iyun 2021-ci il tarixli 21/410R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ИБ-4435 №-li silah 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1961-ci ildə istehsal olunmuş, AKM modelli Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Həmçinin tədqiqata təqdim edilmiş 10 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istelsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Eləcə də tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Darağın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsullu heç bir əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş 10 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-622/2021 saylı, 23.06.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliəndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmışdır. “Maddi sübut hesab edilməsi haqqında” 24 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş yivli odlu silah olan ИБ-4435 nömrəli Kalaşnikov konstruksiyalı AKM modeli 01 ədəd avtomat, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 01 ədəd daraq, eksperimental atəşdən sonra 07 ədəd qalmış döyüş sursatı olan patronlar maddi sübut hesab edilərək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 26 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14.12.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 170.3, 29.120.2.1, 29.120.2.2, 29.120.2.4 və 29.120.2.7-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19.08.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu üzrə 07 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 19.12.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 iyun 2021-ci il tarixli 1933 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 04 iyun 1998-ci il təvəllüdlü X4 və oğlu 30 sentyabr 2020-ci il təvəllüdlü X3 ilə Şamaxı şəhəri Ə.Qarayev küçəsi 40 saylı evdə yaşayır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, nümayəndəliyə onun barəsində şifahi və yazılı məlumat daxil olmamışdır. Evlidir. 1 azyaşlı övladı var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 14 iyul 2021-ci il tarixli 3/1123 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, istifadəyə yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,0 manatdır. “Maddi sübut hesab edilməsi haqqında” 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş soyuq silah hesab edilən 01 ədəd bıçaq maddi sübut hesab edilərək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 228.4-cü maddələrinə tövsif edilmişdir. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraara qəbul edilməsi haqqında” 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından 01 ədəd avtomatın, 01 ədəd darağın, 10 ədəd patronun və soyuq silah hesab edilən 01 ədəd bıçağın əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-in 228.1 və 228.4-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 228.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə edərək üzərində saxlayıb daşıyaraq gəzdirməsi, həmçinin qanunsuz olaraq soyuq silah əldə etməsi və gəzdirməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olması və etdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olması isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meylli şəxs olmasına dəlalət edir və bu hal onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, hazırki halda təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından CM-in 62-ci maddəsi tətbiq edilərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 228.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Həmin maddənin tələbinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və onun əməlində cinayətin residivi olduğundan, o, hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 22 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə maddi sübut–baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan-Təqsirləndirilən şəxs götürülmüş yivli odlu silah olan İB-4435 nömrəli Kalaşnikov konstruksiyalı AKM modelli 01 ədəd avtomat, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 01 ədəd daraq, eksperimental atəşdən sonra 07 ədəd qalmış döyüş sursatı olan patronlar və 01 ədəd soyuq silah olan bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 64 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut–baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan-Təqsirləndirilən şəxs götürülmüş yivli odlu silah olan İB-4435 nömrəli Kalaşnikov konstruksiyalı AKM modelli 01 ədəd avtomat, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 01 ədəd daraq, eksperimental atəşdən sonra 07 ədəd qalmış döyüş sursatı olan patronlar və 01 ədəd soyuq silah olan bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri – 64 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-99/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-99/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver