Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-1/2020 24.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Şəki şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçisi Azərbaycan Respbulikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1964-cü ildə Laçın rayonunun Bozdağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Laçın rayonunun Oğuz şəhərində yerləşən tam orta məktəbində müəllim işləyən, əvəllər məhkumluğu olmayan, Laçın rayonunun Bozdağan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmə və qəsdən yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətmişdir. Belə ki, o, 10 aprel 2019-cu il tarixdə, saat 2240 radələrində idarə etdiyi Vaz-2170 markalı, ** FL *** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, M.Rəsulzadə prospekti ilə şəhərin S.Rəhman küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yaşayış məntəqəsi daxilində avtomobili 50 kilometr sürətlə idarə etməli olduğu halda buna əməl etməyərək yaşayış məntəqəsi daxilində avtomobili saatda 60-70 km sürətlə idarə etmiş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, hərəkətini davam etdirmiş və bu zaman qarşıda yolun hərəkət hissəsində ehtiyatsızlıqdan uzanıqlı vəziyyətdə olan piyada x4 vurmuş, nəticədə sonuncu aldığı travma, müştərək travma, açıq kəllə beyin travması, baş beyin ağır dərəcəli əzilib dağılması, sağ ənsə-gicgah, sağ qulaq seyvanı nahiyəsinin əzilmiş-cırılmış yaraları, beyin qişa və maddələrinə qansızma, onurğanın boyun şöbəsinin İ-İV fəqərələrinin cisimlərinin və köndələn çıxıntılarının sınığı, döş qəfəsinin qapalı travması, döş qəfəsinin ön səthində sağ və sol məmə xətti üzrə hər iki tərəfdən İ-Xİİ, hər iki arxa kürək xətti üzrə (paravertebral xətt üzrə) hər iki tərəfdən İ-Xİİqabırğalarda qabırğa qövslərində yerdəyişmiş sınıqları, hər iki ağ ciyərin əzilməsi və toxumasına qansızma, qabırğa arası qan damarlarının zədələnməsi, daxili qanaxma, sağ oma-çanaq sümüyünün yerdəyişən sınığı, çanağın yumuşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmüş, bundan sonra o yol nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsə yardım göstərməli və müvafiq orqanlara xəbər verməli olduğu halda bunu etməyərək, yol nəqliyyat hadisəsi törətdikdən sonra qəsdən hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 263.2-ci və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 10 aprel 2019-cu ildə idarə etdiyi Vaz-2170 markalı, ** FL *** dövlət nömrə nişanlı avtomobillə toyuq almaq üçün yaşadığı qəsəbədən çıxıb Şəki şəhərinə yola düşmüş, saat 2240 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə şəhərin «üç güyümlər» adlanan ərazisinə doğru saatda təxminən 40-50 km sürətlə hərəkət edib musiqi məktəbinə çatanda birdən qarşıda yolun hərəkət hissəsində qaraltı görmüş, yolun döngəli hissəsindən sonra qaraltı ilə aralarındakı məsafə az olduğu üçün tormoz verməyə macal olmadığından avtomobili həmin qaraltıdan kənardan keçirtmək üçün sükanı kənara döndərib yanından keçməyə çalışmış, buna nə qədər nail olduğunu dəqiq bilməsə də, lakin avtomobilin bir təkərinin kiçin maneənin üstündən keçdiyini hiss etmişdir. 3-4 metr keçib maşını bir anlıq saxlayıb güzgüdən arxaya baxanda maşının tormozunun işığında qaraltının adam olduğunu başa düşmüşdür. Hadisədən həyəcanlanıb qorxduğu üçün orada dayanmayıb maşınını sürüb getmişdir. Həmin vaxt ondan təxminən 30-40 metr qabaqda bir ağ rəngli markasını və nömrəsini bilmədiyi minik avtomobili, həmin avtomobildən qabaqda isə başqa bir markasını və nömrəsini bilmədiyi yük avtomobili hərəkətdə olmuş, ondan saniyələr fərqi ilə az əvvəl oradan keçmişlər. Həmin avtomobillər şəhərin «üç güyüm»lər dairəsindən sola dönüb getmiş, sonra S.Rəhman küçəsi ilə yuxarı qalxmışlar. O da həmin avtomobillərin arxasıca hərəkət edib A.Məmmədov küçəsinin kəsişməsindəki işıqfora çatıb sağa dönmüş, ondan qabaqdakı avtomobillər isə düzünə bazar istiqamətə hərəkət etmişlər. O, getdiyi küçə ilə 20 Yanvar küçəsinin kəsişməsinə gəlib oradan Polis şöbəsinə getmək istəmiş, bu barədə ailə üzvlərinə demək üçün mobil telefonunu axtarmış, lakin mobil telefonu evdə qaldığından baş verən hadisə barəsində məlumat vermək üçün evə zəng edə bilməmişdir. Şəkər xəstəsi olub daim insulindən istifadə etdiyindən və ailəsinin nigaran qalacağını güman edərək sağa dönüb Oğuzyolu küçəsinə getmiş, oradan da yaşadığı Vərəzət köçkünlər qəsəbəsinə getmişdir. Evə çatanda arvadı onun həyəcanlandığını görüb nə baş verdiyini soruşmuş, Şəki şəhərində idarə etdiyi avtomaşınla bir nəfərin üzərindən keçdiyini arvadına bildirmişdir. Özünü narahat hiss etdiyindən şəkəri və təyziqi qalxmış, halı pisləşmişdir. Səhər özünə gələndən sonra Şəki Şəhər-Payon Polis şöbəsinə gedərək hadisəni danışmış, dünən axşam üzərindən keçdiyi piyadanın öldüyü ona məlum olmuşdur. Hadisə baş verən vaxt avtomobildə tək olmuş, hava qaranlıq olduğuna görə ətrafda başqa şəxslərin olduğunu görməmişdir. Hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən iş düzgün araşdırılmamışdır. Belə ki, dəfələrlə ondan əvvəldə iki avtomobilin hərəkətdə olması, həmin avtomobillərdən birinin minik və birinin yük avtomobili olması barədə müstəntiqə məlumat verməyinə baxmayaraq qeyd olunan avtomobillərin tapılması ilə bağlı heç bir araşdırma aparılmamış, hadisə olan yeri çəkən musiqi məktəbinin kameralarından, eləcə də həmin yolda olan çoxsaylı obyekt və evlərin kameralarının çəkilişləri götürülməmiş və cinayət işi materiallarına əlavə edilməmişdir. Bundan əlavə o, avtomobili 40-50 km/saatla idarə etdiyini bildirməsinə baxmayaraq müstəntiq şahidlərin deməsinə görə həmin sürəti ittihamda qanunsuz olaraq 60-70 km/saat kimi qeyd etmiş, ekspertizanı da eyni qaydada təyin edib rəy almışdır. Əminliklə bilir ki, o avtomobillə həmin adamın tam üstündən keçməmiş, hansısa kiçik bir hündürlüyün üstündən keçmiş, bu onun əli, ayağı və ya ayaqqabısı olmuşdur. İlk günlər həyəcanlı olduğu üçün şəkər və qan təzyiqi xəstəlikləri onu çox sıxmış, şübhəli şəxs kimi tutulub saxlanan zaman daha da gərginlik, sarsıntı keçirmiş, səhhətinin vəziyyəti ilə bağlı həbsdə necə olacağı qorxusunu birqədər də artırmış, baş verənləri xəyalında canlandırmaqla olanları dərk edib fikrini tam izah edə bilməmiş, ona görə də ibtidai istintaqda öz fikrini olduğu kimi ifadə edərək baş verənləri deyə bilməmişdir. Vaxt keçdikcə özündə sakitlik yaradıb olanları daha dəqiq analiz etmiş və bilir ki, həmin adamı avtomobillə o, vurmamış, mərhumun ölümünə o səbəb olmamış, cinayət işi qərəzli aparılmışdır. Ondan əvvəl piyadanı başqa avtomobilin vurması, öldürməsi realdır. Onun avtomobili kiçik avtomobildir, adam diri olub tərpənsəydi üstündən keçən avtomobilin alt hissəsində qan ləkəsi, dərisinin sürtünməsi olardı, bunların heç biri olmamışdır. Avtomobilin qarşı hissəsində, altında dəymə yerləri, əzik olmayıb, gödəkçənin içərisindəki tükün avtomobilin altında ilişib qalması da müəmmalıdır. Qeyd etdiklərinin necə baş verməsi araşdırılmamış, hadisəyə aydınlıq gətirilməmişdir. Hadisə baş verən yolda və yerdə çoxlu kameralar olmasına baxmayaraq iş materiallarına heç bir kamera görüntüsü əlavə edilməmişdir. Hesab edir ki, ibtidai istintaq orqanı da piyadanı onun vurub öldürmədiyini bildiyi üçün kamera görüntüsünü üzə çıxarmamışdır. Bilərəkdən onun idarə etdiyi avtomobilin sürəti artıq göstərilməklə Yol nəqliyyat ekspertizası keçirilib günahının olması barədə səhv rəy alınmış, tibbi ekspertizaların rəylərindən də göründüyü kimi, zərər çəkmiş şəxs x3 ölümünə o səbəb olmamış, Oktay Abdurəhimov əvvəlcədən başqa avtomobil tərəfindən vurularaq üzərindən keçdiyindən piyadada o qədər çoxsaylı, böyük və ağır maşının keçməsinə uyğun xəsarətlər almış və ölmüşdür. Bu səbəbdən də ona qarşı irəli sürülmüş ittihamla razılaşmamış, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 10 aprel 2019-cu ildə, saat 23 radələrində anası ilə yaşadığı evdə söhbət edən zaman qonşulardan xatırlamadığı kimsə onu küçəyə çağırıb atası Oktayı Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində avtomobil vurduğunu və atasının hadisə yerində öldüyünü demişdir. O, dərhal hadisə yerinə getmiş, atasını yolun hərəkət hissəsində uzanaqlı vəziyyətdə görmüş, atasının ayaqqabıları ayağından çıxaraq bir qədər aralıya düşmüş və başında cırıq əmələ gəlmişdir. Hadisə yerində çoxlu tanımadığı şəxslər, polis əməkdaşları olmuşdur. O atasına yaxınlaşdıqda bədənində hərarətin olduğunun və tərpəndiyinin fərqinə varmış, lakin ona atasının öldüyü və sinirləri ilə bağlı tərpəndiyi bildirilmişdir. Atasını təcili tibbi yardım maşını ilə məhkəmə-tibbi ekzpertizasına aparmışlar. O, atasını yolun hərəkət hissəsində avtomobillə vurulduğunu, vurduqdan sonra sürücünün hadisə yerindən qaçıb getdiyini öyrənmişdir. Hadisəni törədən şəxsin hadisənin ertəsi günü polis şöbəsinə gedərək təslim olduğu ona məlum olmuşdur. Atasını vuran avtomobil sürücüsü Təqsirləndirilən şəxs onun, ailə üzvləri və mərhum atası ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Əksinə Təqsirləndirilən şəxs yaxın qohumları hadisənin səhəri günü atasının yas mərasiminə gələrək ona və qohumlarına baş sağlığı vermiş, atasının dəfnində iştirak etmiş və onları tək qoymamış, bu hərəkətləri ilə öz insanlıqlarını göstərmişlər. İlk gündən o, anası, ailə üzvləri Təqsirləndirilən şəxs şikayətçi olmamış, bu barədə notariat qaydasında təsdiq olunmuş ərizə də vermişlər. Məhkəmə araşdırması zamanı həqiqətin üzə çıxması, hadisəni törətmiş şəxsin və ya şəxslərin dəqiq müəyyən edilməsində o da maraqlı olmuş, ekspertizaların keçirilib hadisənin hansı şəraitdə, necə baş verməsini bilmək istəmiş, fikrlərini də qeyd etdiyi kimi bildirmişdir. O, məhkəmədən hadisəni törədənlərin aşkar edilməsi üçün tədbirlər görülməsini, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımamış, qohumluq əlaqələri, ədavəti, düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qonşusu olmaqla, evlərindən 1 neçə ev aşağıda yaşamışdır. O, Şəki şəhər 4 №-li Uşaq musiqi məktəbində gözətçi işləmişdir. 10 aprel 2019-cu ildə məktəbdə gecə növbəsində olmuş, məktəbin həyətindəki elektrik lampası yanmadığı üçün saat 2250 radələrində yenisi ilə əvəzləyən zaman anası məktəbin qarşısındakı M.Ə.Rəsulzadə prospektində işıqların sayrışdığını və səs-küy gəldiyini ona demiş, o da lampanı dəyişib M.Ə.Rəsulzadə prospektinə çıxmış, məktəbin qarşısında polis və təcili tibbi yardım maşınlarının dayandığını, ətrafda çoxlu adam toplaşdığını görmüşdür. Nə baş verməsi ilə maraqlanan zaman Oktay adlı şəxsi maşın vurub hadisə yerindən qaçdığını, piyadanın aldığı xəsarətlərdən hadisə yerində öldüyünü öyrənmişdir. Gözətçisi olduğu məktəbin inzibati binasında müşahidə kameraları olduğu üçün polis əməkdaşları müdriyyətin otağında 30-40 dəqiqə qalaraq kameralara baxmış və çıxıb getmişər. Lakin sonradan ona məlum olmuşdur ki, kameraların yaddaşı olmadığı üçün polis əməkdaşları hadisəni törədən avtomobil barədə görüntü götürə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x15 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tanımamış, onlarla qohumluq əlaqələri, ədavəti, düşmənçiliyi olmamışdır. Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən ərzaq mağazasında gündüz satıcı kimi qardaşının arvadı, gecələr isə özü işləmişdir. 10 aprel 2019-cu ildə, saat 17-də mağazaya işə gəlmş, qardaşının arvadı Nəzakət evlərinə getmişdir. Saat 22 radələrində mağazanı bağlayıb evinə qayıtmış, yorğun olduğu üçün yatmışdır. Təxminən bir saatdan sonra həyət qapısının döyülməsi səsinə yuxudan oyanmış, küçəyə çıxıb qapını döyən şəxslərin polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları naməlum avtomobilin Oktay adlı şəxsi vurduğunu, Oktayın hadisə yerində öldüyünü bildirərək ondan hadisə barədə və işlətdiyi mağazada kamera olub-olmamasını soruşmuşlar. O mağazasında müşahidə kamerası olmadığını, həmçinin mağazada olmadığına görə Oktayın avtomobillə vurduğunu görmədiyini bildirmişdir. Polis əməkdaşlarının sözlərindən belə başa düşmüşdür ki, hadisə yerində danışılanlardan piyadanı Opel markalı avtomaşının vurduğu anlaşılmışdır. Polis əməkdaşları piyadanı avtomobillə vuran şəxsi hadisə yerinə gətirəndə isə həmin şəxsin adının Təvəkkül olduğunu, idarə etdiyi Priora markalı avtomobillə Oktayı vurub hadisə yerindən qaçdığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tanımamış, onlarla qohumluq əlaqəsi, ədavəti, düşmənçiliyi olmamışdır. 10.04.2019-cu ildə, saat 2240 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində «kolxoz eşiyi» adlanan ərazidə yerləşən aptekin qarşısında dayanan zaman tappıltı səsi eşitmiş, səs gələn istiqamətə baxanda bir furqonlu avtomaşının tappıltı gələn yerdə bir anlıq dayandıqdan sonra sürüb getdiyini görmüşdür. Tappıltı səsi ona bir anlıq olaraq avtomaşın təkərinin kanalzasiya quyusuna düşüb-çıxmasından yaranan səsi xatırlatmışdır. Tanımadığı bir oğlan səs gələn istiqamətə getmiş, tez də geri qayıdıb ondan təxminən 20 metr aşağıda yolun kənarında dayanan taksi avtomobilinə yaxınlaşıb sürücüsü ilə nə isə söhbət edib yenidən səs gələn istiqamətə qaçmışdır. Nə baş verdiyini öyrənmək üçün o həmin oğlanın arxasıca qaçmış, yaxınlaşanda yolun hərəkət hissəsindən keçən ağ xəttin sağ tərəfində yerdə bir kişinin uzandığını, başından qan axdığını, kişinin tərpənmədiyini görmüşdür. Tanımadığı oğlan özünün konturu olmadığını bildirib, təcili tibbi yardıma zəng vurmasını xahiş etdiyi üçün 103 təcili tibbi yardım xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Az sonra hadisə yerinə tanımadığı adamlar, təcili tibbi yardım maşını və polis əməkdaşları gəlmişlər. Piyadanı vuran avtomobil hadisədən əvvəl təxminən saatda 60-70 km sürətlə hərəkət etmiş, həmin avtomobilin piyadanı necə vurduğunu, eyni zamanda piyadının hadisədən əvvəl hansı istiqamətdən gəldiyini görməmişdir. Piyadanı vuran avtomobili dəqiq görməmiş, lakin arxadan həmin avtomobili furqon Opel markalı avtomobilə oxşatmışdır. Hadisə yerindən aralıda olduğuna və yolda işıqlandırma olmadığına görə piyadanı vuran maşının nömrəsini və markasını görə bilməmiş və hadisə zamanı yaxınlıqda tanımadığı oğlandan başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımamış, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs isə qonşusudur, onlarla qohumluq əlaqələri, ədavəti, düşmənçiliyi olmamışdır. 10 aprel 2019cu ildə, saat 2330 radələrində evlərinin yaxınlığında dayanan zaman yoldan keçən hazırda xatırlamadığı məhəllə uşaqlarından biri dayandığı yerdən bir qədər aşağıda qonşuluqda yaşayan Oktayı maşın vurduğunu dediyi üçün həmin yerə getmiş, musiqi məktəbinə çatanda qarşıda çoxlu adamların toplaşdığını və təcili tibbi yardım maşınının dayandığını görmüşdür. Oradakı tanımadığı adamlardan şəhərin pavilyon adlanan hissəsindən şəhərin güyümlər adlanan hissəsi istiqamətinə hərəkət edən Opel markalı avtomobilə oxşar avtomaşının Oktayı vurub hadisə yerindən qaçdığını eşitmişdir. Hadisə yerinə yol polisi, ardınca da digər polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları ondan hadisə yerinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmiş, o razılaşmışdır. Polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmişdir. Baxış zamanı Oktayın naməlum avtomobillə vurulduğu, aldığı xəsarətlərdən hadisə yerində öldüyü, meyitin yolun sağ hərəkət hissəsində orta xəttin yaxınlığında olduğu, baş nahiyəsindən ayağı istiqamətinə axan qanın asfalt üzərində izləri müəyyən olunmuşdur. Bu barədə protokol tərtib olunub ucadan iştirakçılara oxunmuş, şikayət, narazılıq, əlavə və düzəlişlər edilməmiş protokolun doğruluğunu o da imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi rəyi müdafiə edərək ifadəsində göstərmişdir ki, iş üzrə x3 meyitinin məhkəmə-tibbi ekspertizasını 10 aprel 2019-cu il tarixdə o aparıb, 08.05.2019-cu ildə rəy vermişdir. Meyit müayinə olunan zaman bədən səthi üzərində xəsarətlər aşkar edilmiş və rəydə hər biri ayrı-ayrılıqda bütün xırdalıqlarına kimi göstərilmişdir. Məhkəmə gedişatı dövründə keçirilmiş hər iki ekspertizanın rəyi ilə tanış olmuş, həmin rəylərdən də göründüyü kimi meyiddə aşkar olunmuş xəsarətləri şübhə altına alan heç bir hal olmamışdır. İkinci avtomobilin keçməsinin qeyri-mümkünlüyünü inkarı ilə bağlı təkrar Komisyon Məhkəmə-Tibbi ekspertizasının rəyində gösrətilənlərə görə fikri belədir ki, bunlar biomexanizmlərdir, boimexaniki proseslərdir, bunların izahı üçün şəxslər əsas deyil, bunların izahı üçün dünyanın standartları var və bu standartlar bioloji, fiziki, mexaniki proseslərlə həyata keçirilir. Döş qəfəsi sümük, əzələ kartasından ibarət germetik bir hissədir. Ortada diafraqma adlı pərdə varır. Döş qəfəsinin üzərindən keçərkən, döş qəfəsin vurarkən qabırğalarda sınıq törənmişdir, döş qəfəsinin diafraqması zədələnməmişdir, orqanların dislakasiyası olmamışdır, qaraciyər zədələnməmişdir, amma agciyərlərdə qansızmalar olmuşdur. Ağciyərlərdə əzilmə ocaqları vardır. Meyiti müayinə edərkən bütün şəkillər çəkilmiş və müstəntiqə təqdim olunmuşdur. Meyiti müayinə edərkən piyadanı vuran maşının hansı tipdə olması barədə onlarda heç bir məlumat olmamışdır. Meyitin müayinəsi zamanı bəzi əlamətlər ortaya çıxır ki, onlar həmin əlamətlərlə bağlı istintaq orqanlarına kömək edə bilirlər. Döş qəfəsində germetiklik pozulmuşdursa, başda germetiklik pozulmuşdursa ikinci avtomobil yüngül çəkidə də olsa, ağır çəkidə də olsa döş qəfəsinin müqaviməti ortada olmadığına görə yüngül çəkili avtomobil keçdiyi zaman orqanların dislakasiyası və qaraciyərin cırılması baş verir. Burda maşının vertikal vəziyyətdə olması, şəxsin vertikal vəziyyətdə olması inkar olunur. Şəxsi avtomobil vertikal vəziyyətdə vurarkən şəxsin ayağında olan ayaqqabıların kənara getməsi mümkün ola bilər, lakin ayaqqabıların altında daraq simptomunun kələ-kötür səthlə təmasda olması nəticəsində sürtünmə baş verir. Bu halı onlar müayinə etsə də, sözügedən ayaqqabılar ekspertiza zamanı ona təqdim edilmədiyindən o, bu halı öz rəyində göstərməmişdir. Fizikada olan Paskal qanuna əsasən cismə təsir zamanı sürət faktoru, çəki faktoru, qüvvə faktoru, perpendikulyarlıq faktoru hamısı böyük rol oynayır. İnersiyadan 1,2,3,4 fəqərələrdə sınıq halı yaranmır. Vaqon tipli avtomobil vurulmalarda aşağı boyun, orta boyun şöbələrində və arxa çıxıntılarda sınıqlar olur. Meyitdə köndələn çıxıntılarda sınıqlar olmuşdur. Arxa çıxıntılar inersiya zamanı baş dala getdiyi zaman orta və aşağı şöbələrində boyun fəqərələrinin arxa çıxınıtlarının cisimlərində sınıqlar olur. Mərhumun 1-4-cü fəqələrində köndələn çıxıntılarında sınıqlar iki səth arasında sıxılma nəticəsində əmələ gəlmişdir. Birinci avtomobil keçərkən germetikliyi pozulan piyadanın bədən səthi ikinci avtomobil keçərkən dağılır. Paralellik istiqaməti qabırğalarda öndə və arxada eyni xətt üzrə dörd cərgə sınıq vardır. Ön təkərlə çəkən avtomobillərin qöş qəfəsinin köndələn tərəfi ilə uzanıqlı vəziyyətdə dəyməsi zamanı təkər paltarları və dərini fırladaraq altına salır və altda cif yaradır, çıxır döş qəfəsinin üzərinə bir xətt üzrə xəsarət yaradır, bir xətt üzrə sınıq olur, sonra sürət azalır və maşın keçib gedir. Amma döş qəfəsinin üzərindən arxa təkər çəkən maşın keçərsə bu zaman ön təkər dirənib qös qəfəsinin üzərinə çıxa bilir və arxa onu basıb döş qəfəsini çəkməyən ön təkər döş qəfəsini əzir 1-2 xətt üzrə sınıq yaradır cif törətmir. Bu meyidin döş qəfəsində yan səthlərdə cif yoxdur, cif olduğu yer çanaq nahiyəsində və baş nahiyəsində vardır. Müasir texnologiyalar, müasir maşınlar, dörd təkəri çəkən müasir avtomobillərdə yeni konustiriksiyon travmalar əmələ gəlir. İkinci və üçüncü rəylərdə yazılmışdır ki, meyid üzərində yaranmış xəsarətlər ən azı iki avtomobilin keçməsi nəticəsində əmələ gəlmişdir. Məhkəmə-histoloji müayinədə baş beyin maddəsinin xırda ocağında qansızma, ağciyər ocağında qansızma, epiqartda ocaqda qansızma göstərilmişdir. Epiqartda qansızma o zaman olur ki, kəskin ani baş verən qanaxma baş vermiş olsun, Orda hətta qanın sıçraması, qanın hopması, qanın axıntıları o dərəcədə olur ki, nəyinki 1 saniyə onun üzərindən keçən ikinci maşın olsaydı orada həyatı olmayan travmalar yarnmış olardı. O, sözügedən meyidin üzərindən sadəcə 1 maşının keçməsinə inanır və bütün biomexanizmlər hamısı onu isbat edir. Bu rəyi yazarkən çoxsaylı müzakirələr, diskussiyalar apararaq belə nəticəyə gəlmişlər ki, mərhumu vaqon tipli avtomobil vurmamış və onun üzərindən ağır yüklü avtomobil keçməmişdir. O, piyadanın təqsirləndirilən şəxsə məxsus avtomobil tərəfindən vurulması ilə bağlı fikri ifadə etməmişdir. Ola bilsin mərhumu təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yox başqa şəxsə məxsus avtomobil vursun. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus avtomobil bəlkə də mərhumun üzərindən keçməmişdir. Mərhumun üzərindən nəsə keçib gedib. Keçmə yeri isə çanaqdan baş istiqamətdə və ya başqan çanaq istiqamətdə olması güman edilir. Onlar avtomobilin meyidin üzərindən konkret nə cür keçməsini müəyyən edə bilməzlər. Dağılmaların çox olması onun təyin olunmasını çətinləşdirir. Paltarlarda olan zədələr cırılma tipli deyil sökülmə tipli zədələrdir. Sağ istiqamətdə daha çoxdur. Sağ istiqamətdə kutkada və digər paltarlarda yandan tipik sökülmələr var. Maykanın sağ tərəfdən qulpunun qopması var. Sağ qulaqda sağ ənsə gicgahda stanspersal cif var, qabaq təkər çəkən maşına uyğun gəlir. Düşərkən və ya qalxarkən vurmuşdur ki, bu barədə onlar dəqiq bir fikir ifadə edə bilmirlər. Mərhumun çanaq sümüyündə xətti sınıq var. Çanaq-oma sümüyünün arxa tərəfində xətti-yerdəyişən sınıq var. Lokal xəsarət olsaydı, yəni vertikal vəziyyətdə olan piyadanın avtomobil vurması nəticəsində xəsarət yaranmış olsaydı yerdəyişən qəlpəli sınıqların yaranmasını qeyd etmiş olardı. Burada yerdəyişən xətti sınıq var, yəni bu sınıq iki səth arasında sıxılma nəticəsində yaranmışdır. Avtomobilin çəkisi 4 tondan aşağı olmaqla sürəti 20-40 km/saatdan yuxarıdır. Mərhumun üzərindən ağır çəkili avtomobil keçmiş olsaydı onun qabırğalarında nəyinki çoxsaylı sınıqlar yaranmış olardı, hətta baş, döş və beyin, ağciyər evakuasiya olunardı və dağılardı, daxili orqanlar hamısı dəyişərdi. Mərhumun ölüm anı ilə bağlı isə onu qeyd etmək istəyir ki, mərhum ani baş verən ölüm nəticəsində həyatını itirmiş və burada 1 saniyə sonra ikinci avtomobilin meyit üzərindən keçməsi həyati olmayan xəsarət yaratmış olardı. Hesab edir ki, tərəfindən vermiş rəydə hər bir şeyə ətraflı izah vermişdir. Vermiş olduğu rəyindəki yol verdiyi səhv 12-ci qabırğa ilə bağlıdır və hesab edir ki, bu mexaniki olaraq səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Şahid6 ifadə verərək göstərmişdir ki, 10 aprel 2019-cu ildə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə şəhərin S.Rəhman küçəsinin kəsişməsində Oktay Abdurrəhimov adlı şəxsi avtomobilin vuraraq öldürməsi barədə Polis Şöbəsinə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş, hadisə yerinə baxış keçirmiş və ilkin olaraq hadisə yerindən hadisəni törədən avtomobilin boya qırıntıları müəyyən edilərək götürülmüşdür. Hadisə ilə bağlı ilkin istintaq hərkətləri etmiş və müəyyən olunmuşdur ki, hadisəni törədən sürücü hadisə yerindən qaçmışdır. Hadisə yerində qaçan sürücünün kimliyinin müəyyən olunması istiqmətində hərkətərlər edilmişdir. Verilmiş tapşırıqlar əsasında hadisə yerində olan kameralara əmliyyatçılar tərəfindən baxış keçirilmiş, hadisə yerinə baxan müsiqi məktəbinin kamerasının yaddaşının olmadığı, müşahidə xarakteri daşıdığı müəyyən edilmişdir. Bununla bağlı sorğu verilmiş cavabda Musiqi məktəbində olan kameraların Nazirliyə məxsus bazaya qoşulmadı və ancaq müşahidə xarakteri daşıdığı bildirilmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyəti müəyyən edilərkən təqsirləndirilən şəxsin Daxili İşlər Nazirliyində işləyən yaxın qohumu hadisə yerinə gələrək yerə baxış keçirmiş və hadisə yerini çəkən müsiqi məktəbinin kameraların gördükdə hadisənin necə baş verməsinin kameraya düşdüyünü güman edərək evə qayıtmış təqsirləndirilən şəxslə təslim olmasını ilə bağlı söhbətlər apardıqdan sonra təqsirləndirlən şəxs Polis şöbəsinə gələrək təslim olmuşdur. Hadisə yerinə baxan kameralar olmasaydı tərəfindən istintaqı aparılmış cinayət işi hələ də bağlı qalacaqdı. Yəni təqsirləndirilən şəxs və Daxili İşlər Nazirliyində işləyən yaxın qohumu hadisənin necə baş verməsinin kamera görüntülərinə düşməsini güman etdiklərindən sonradan gəlib Polis şöbəsinə təslim olmuşdur. Qasımov x7öbəsinə gəlib təslim olduqdan sonra onun avtomobilinə baxış keçirərkən avtomobilin alt hissəsində lif müəyyən edilmiş və bununla bağlı lifli ekspertiza və boya qırıntılarının həmin avtomobilə məxsus olub-olmaması barədə ekspertizalar keçirilmişdir. Verilmiş ekspertiza rəyləri ilə avtomobilin alt hissəsindən aşkar edilmiş lifin mərhum Oktay Abdurrəhimova məxsus paltardan qopduğu müəyyən edilmişdir. Bundan başqa boya qırıntılarının da Təqsirləndirilən şəxs məxsus avtomobildən düşdüyü öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmağa çalışmış, ibtidai istintaqla təqsiri tam sübuta yetdiyi halda məhkəmə iclasında fərqli ifadə verməklə özünümüdafiə etmək istəmişdir. Təqsirləndirilən şəxs qəzanı özü törədiyini çox yaxşı bilmişdir. Əgər o əmin olmasaydı mərhumu qapısına gedib onun yaxınları ilə barışıq etməyə çalışmazdı. Mərhum dəfn olunmamış zərərçəkmiş şəxs onun qapısına gedir və yaxın qohumları ilə barışıq əldə etməyə çalışır. Bu da həmin cinayət əməlini təqsirləndirilən şəxsin törətdiyini bildirir. O təqsirləndirilən şəxsi başa düşür, hamı kimi təqsirləndirilə\n şəxs də istəyər cəza almasın, yüngül cəza alsın. Amma hər bir halda etiraf etməli və qanun qarşısında cavab verməlidir. Barışıq əldə edisə və digər yüngül cəzalar mümkündürsə getsin cəzasını çəksin. “Mərhumu vuramamı, başqa avtomobil vurması kimi hal olmuş olsaydı onu ilkin ifadələrində də deyərdi. İlkin ifadələrində belə bir halı vurğulamamış, hadisəni birbaşa özü törətdiyini, qorxduğu üçün hadisə yerindən yayındığını və qaçaraq evə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin güman etdiyi kimi mərhumun üzərindən iki avtomobil keçmişdirsə hadisə yerini müayinə edən zaman mərhumun qanının axdığı istiqamətdə şin izləri olardı ki, hadisə yerini müayinə edərkən belə bir hal müəyyən edilməmişdir. Əgər ikinci avtomobil mərhumun üzərindən keçmiş olsaydı başqa yerlərə də qan izləri yayılardı. Bu hadisə yerinin müayinə fotoşəkillərindən də açıq-aşkar görünür. Əgər ikici avtomobilin meyitin üzərindən keçməsi güman edilirsə, hesab edir ki, ekskumasiya məsələsi qaldırılmalı və təkrar komisyon ekspertiza keçirilərək bu məsələyə aydınlıq gətirilməlidir. Hesab edir ki, ittiham tərəfi də o deyənə haqq qazandırcaq və zərərçəkmiş şəxsin hüquqi varisi bu işdə maraqlı olaraq ekskumasiya keçirilməsinə köməklik edəcəkdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 10 aprel 2019-cu il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillər və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi yeri M.Ə.Rəsulzadə prospektində 2 saylı Musiqi məktəbinin qarşısında olan asfalt yoldur. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 11.4 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 5.7 metrdir. Hərəkət hissədə qırıq-qırıq xətlərlə qarşı-qarşıya nəqliyyat vasitələrinin axını ayrılır, hərkət hissəsi qırıq, xətlərlə 2 zolağa bölünür, hərəkət hissəsində hər iki istiqamət üçün hərəkət hissələri yolun kənarında su arxlarına birləşir, hər iki istiqamət üçün su arxlarından sonra piyadaların hərəkəti üçün səkilər vardır. Hadisə yerinin sağında məktəblər, piyada keçidi, hadisə yerindən arxada 29 m məsafədə 3.2 h yol nişanı vardır. Hərəkət hissəsinə birləşik sağdan su arxı, su arxından sonra isə piyaların istifadəsi üçün səki, soldan su arxı, su arxından sonra isə piyadaların istifadəsi üçün səki vardır. Hər iki istiqamətdə olan su arxların eni 0.5 m, səkilərin eni 1.5 m-dir. Hərəkətin nizamlanma üsulu nizamlanmayan hesab edilir. Yolun sağ hissəsi işıqlandırılmır, sol hissəsi isə işıqlandırılır. Sürücü yerindən faraların işıqda görünüş məsafəsi - uzaq işıqda 25 m, yaxış işıqda isə 10 m təşkil edir. Hərəkət hissəsində şin izləri, tormozlama izləri yoxdur. Nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri yoxdur. Nəqliyyat vasitəsinin sınmış və itmiş hissəsi kimi avtomobilə məxsus qara rəngli boya qırıntıları aşkar edilmişdir. Nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər yoxdur. Yolun hərəkət hissəsinin ortasında, meyidin olduğu yerdə qan izlərinin eninə yayılması 0.8 m, uzununa yayılması isə 3.8 m müşahidə olunur. Hadisə yerindən yolun hərəkət hissəsində uzanmış piyada minik avtomobilinin yaxın işıqlarından 45-50 metr məsafədən görünür. (İ cild, İş.v 6-18) Təqsirləndirilən şəxs 18 noyabr 2015-ci il tarixdə verilmiş 717021 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə ona nəqliyyat vasitəsini idarə etmək üçün B kateqoriya üzrə sürücülük hüququ verməklə, 18 noyabr 2025-ci il tarixədək etibarlıdır. (İ cild, İş.v 33) 09.01.2017-ci il tarixdə verilmiş AC № 736916 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-2170” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. (İ cild, İş.v 33) 11 aprel 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2019cu ildə saat 1825-də şübhəli şəxs qismində tutulmuşdur. (İ cild İş.v 45-46) Şəki Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 4(075)-17/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmişdir. (İ cild İş.v 109-111). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 13 aprel 2019-cu il tarixli protokol, ona əlavə edilmiş fotoşəkillər və sxemdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə ona ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq 10.04.2019-cu il tarixdə saat 2220 radələrində toyuq almaq üçün idarə etdiyi Vaz-21070 markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin prospektlə S.Rəhman küçəsinin kəsişməsi istiqamətində hərəkət etdiyi yeri göstərmiş, sonra bir qədər yolun sağ hərəkət hissəsi ilə qalxıb dayanıb həmin tarixdə olduğu yerə çatdıqda qarşıda yolun hərəkət hissəsində başı yolun sol kənarı, ayaqlarının isə yolun sağ kənarı istiqamətdə asfaltın üstünə uzanmış vəziyətdə olan piyadanı gördüyü yeri göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yolun hərəkət hissəsi ilə bir qədər irəli gedib dayanaraq şəxsin asfaltın üzərində uzanmış vəziyyətdə olduğu yeri göstərdikdə, Təqsirləndirilən şəxs piyadanı gördüyü yerdən piyadanın uzandığı yerə qədər olan məsafənin ölçülərək həmin məsafənin uzunluğunun 6.2 metr olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin prospektlə bir qədər S.Rəhman küçəsinin kəsişməsi istiqamətində hərəkət edərək idarə etdiyi avtomobillə piyadanı vurub üstündən keçdikdən sonra qarşıdakı svetaforda dayanan ağ rəngli avtomobili gördüyü yeri göstərdikdə, həmin yerdən piyadanın vurulduğu yerə qədər məsafənin 41.3 metr olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs bir qədər irəli gedərək svetoforda dayanmış ağ rəngli avtomobilin olduğu yeri göstərmiş və ağ rəngli avtomobilin svetoforda dayandığı yerdən Təqsirləndirilən şəxs onu ilk olaraq gördüyü yerə qədər olan məsafənin 125.5 metr olduğu müəyyən edilmişdir. Sonra o, geri qayıdaraq ağ rəngli avtomobilin svetoforun yaşıl işığı yanması ilə hərəkətə başlayarkən özünün olduğu yeri göstərdikdə, həmin yerdən ağ rəngli avtomobilin olduğu yerə qədər olan məsafənin 11.2 metr olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin prospektlə şəhərin «üç güyüm»lər adlanan ərazisinə gəlmiş, oradan S.Rəhman küçəsinə getdiyi istiqaməti, həmçinin həmin küçədən toyuq almalı olduğu marketi, eləcə də S.Rəhman küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsindəki svetafordan sağa dönüb həmin küçə ilə Axundov prospektinin kəsişməsi istiqamətinə gələrək sağa dönüb həmin prospektlə Oğuz yolu küçəsinə çıxıb yaşadığı Vərəzət köçkülər qəsəbəsinə getdiyi yolu göstərmişdir. (İ cild, İş.v 135-143) İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası x12 Bölməsinin materialların məhkəmə ekspertizası 11.1 “Lifli materialların tədqiqi” növlü və ixtisaslı 15.04.2019-cu il tarixli, 220 saylı ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, “VAZ-2170” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilinin ön sol oturacağının üzlüyünün üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, üzərində: “190820019 nömrəli cinayət işi üzrə “VAZ- 2170” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin alt hissəsindən götürülmüş lif...” yazısı olan zərfin içərisindəki qara-qəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə x5 məxsus 01 ədəd qış gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Aparılmış tədqiqatın dəyəri 71,94 manat təşkil edir (İ cild, İş.v 149-155) İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası, Yol-nəqliyyat hadisələri hallarının tədqiqi növlü və ixtisaslı 16.04.2019-cu il tarixli, 9830 saylı ekspert rəyində göstərilir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: “VAZ-2170” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 109 manat təşkil edir (İ cild, İş.v 162-165) Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 1(107)-35/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair” Şəki Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 4(075)-17/2019 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. (İ cild İş.v 183-188). Şəki 4 №li x18 04.05.2019-cu il tarixli 61 nömrəli məktubdan görünür ki, məktəbin inzibati binasında olan kameralar müşahidə xarakterli olduğundan 10 aprel 2019-cu il tarixə həmin kamerada olan video görüntüləri təqdim etmək mümkün deyil. (İ cild İş.v 191). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.Hacıyev adına Şəki Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsi tərəfindən verilmiş 12 aprel 2019-cu il tarixli, 326 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2009-cu il tarixdən Şəki MRXnın Poliklinika şöbəsində Şəkərli Diabet tip 2 (orta ağır forma) diaqnozu ilə dispanser qeydiyyata götürülüb və insulin ilə müalicə təyin edilib. (İ cild İş.v 222). Şəki şəhər İcra Hakimiyyəti Çələbixan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2019-cu il tarixli, 287 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı, eləcə də 2000-ci il təvəllüdlü Qasımova Zeynəb adlı qızı, 2003-cü il təvəllüdlü Qasımov Məhəmməd adlı oğlundan ibarət ailə tərkibi vardır. (İ cild İş.v 223). Şəki şəhər İcra Hakimiyyəti Çələbixan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2019-cu il tarixli, 288 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. (İ cild İş.v 224). Şəki şəhər İcra Hakimiyyəti Çələbixan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (İ cild İş.v 225). Güyümlər toyuq sexinin nömrəsiz və tarixsiz məktubundan görünür ki, Şəki şəhəri S.Rəhman küçəsində yerləşən Güyümlər toyuq sexinin inzibati binasında olan təhlükəsizlik kameralarının yaddaş kartının həcmi kiçik olduğundan 10.04.2019-cu il tarixdə qeydə alınan video görüntülər silinmişdir. (İİ cild İş v. 5). İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x16 Təcrübi və x19 rayon şöbəsinin meyitin ekspertizası üzrə 10.04.2019-cu ildə başlayıb 08.05.2019-cu ildə tamamlanmış, 14 saylı ekspert rəyində göstərilir ki, 1958-ci il təvəllüdlü x3 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunanlara, laborator müayinələrin cavablarına əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və qarşıya qoyulmuş suallara uyğun olaraq mərhum x3 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir: Həyatla bir araya sığmayan travma, müştərək travma, açıq kəllə beyin travması, baş beyin ağır dərəcəli əzilib dağılması, sağ ənsə-gicgah və sağ qulaq seyvanı nahiyəsinin əzilmiş-cırılmış yaraları, beyin qişa və maddələrinə qansızma, onurğanın boyun şöbəsinin İ-İV fəqərələrinin cismlərinin və köndələn çıxıntılarının sınığı, döş qəfəsinin qapalı travması, döş qəfəsinin ön səthində sağ və sol məmə xətti üzrə hər iki tərəfdə İİ-Xİİ, hər iki arxa kürək xətti üzrə (paravertebral xətt üzrə) hər iki tərəfdən İ-Xİİ qabırğalarda qabırğa qövslərində yerdəyişmiş sınıqları, hər iki ağ ciyərin əzilməsi və toxumasına qansızması, qabırğa arası qan damarlarının zədələnməsi, daxili qanaxma, sağ oma-çanaq sümüyünün yerdəyişən sınığı, çanağın yumşaq toxumalarının əzilməsi, sağ əl arxasının sıyrılmış yaraları, bel nahiyəsinin dərialtı hematoması, hər iki aşağı ətrafın ön səthinin sıyrılmış yaraları. Mərhum x3 ölümünə səbəb həyatla bir araya sığmayan travma, müştərək travma, açıq kəllə beyin travması, baş beyin ağır dərəcəli əzilib dağılması, sağ ənsə-gicgah və sağ qulaq seyvanı nahiyəsinin əzilmiş-cırılmış yaraları, beyin qişa və maddələrinə qansızma, onurğanın boyun şöbəsinin İ-İV fəqərələrinin cismlərinin və köndələn çıxıntılarının sınığı, döş qəfəsinin qapalı travması, döş qəfəsinin ön səthində sağ və sol məmə xətti üzrə hər iki tərəfdə İİ-Xİİ, hər iki arxa kürək xətti üzrə (paravertebral xətt üzrə) hər iki tərəfdən İ-Xİİ qabırğalarda qabırğa qövslərində yerdəyişmiş sınıqları, hər iki ağ ciyərin əzilməsi və toxumasına qansızması, qabırğa arası qan damarlarının zədələnməsi, daxili qanaxma, sağ oma-çanaq sümüyünün yerdəyişən sınığı, çanağın yumşaq toxumalarının əzilməsi dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum x3 meyitində aşkar edilmiş xəsarətlər ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. 10.04.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir, qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən əvvəl törənmişlər, bu xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməyə xarakterikdir, avtomobilin uzanıqlı vəziyyətdə olan piyadanı vurması nəticəsində əmələ gəlməsi istisna edilmir. Belə ki, mərhumun aşağı ətraflarında hər hansı bir sümük travmatik dəyişiklik olmaması, döş qəfəsində qabırğalarda eyni boylama xətlər üzrə sınıqların olması, kəllə tağı, üz skeleti və kəllə əsası sümüklərində çox saylı qəlpəli sınıqların olması, başın deformasiyası xüsusiyyətlərinə görə, demək olar ki, toqquşma zamanı şəxsin vertikal vəziyyətdə olması istisna edilir. Avtomobilin bədən üzərindən keçməsi zamanı yuxarıda qeyd edilən xəsarətlər əmələ gəlmişdir ki, bu da başın, döş qəfəsinin normal quruluşunu və germetikliyini pozmuş, bədəndə deformasiyalar törətmişdir. Daxili müayinə zamanı döş qəfəsi və qarın boşluğu orqanlarında qansızmalar aşkar edilmiş, lakin böyük həcmli cırılmalar, orqanların dislokasiyası (yerdəyişməsi) və baş beyinin evakuasiyası olmamışdır. Bu əlamətlər olmadığına görə, demək olar ki, digər ikinci avtomobilin zədələnmiş bədən üzərindən keçməsi istisna edilir. x3 meyitindən götürülmüş qanda 1,9 % qatdığında etil spirti aşkar edilmişdir ki, buda canlı səxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. (İİ cild, iş v. 11-15) İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizası “Lak və boya materiallarının tədqiqi” növlü və ixtisaslı 16.05.2019-cu il tarixli, 12636 saylı ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş“10.04.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi yerindən aşkar olunub götürülmüş naməlum avtomobilə məxsus boya qırıntıları; müstəntiqŞahid6 imza”yazısı olan kağız zərfin içərisində olan boya nümunələri müqayisə olaraq tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs məxsus Vaz-2170 markalı ** FL *** nömrə nişanlı avtomobildən götürülmüş boya nümunələri” yazısı olan kağız zərfin içərisində olan boya nümunələri ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Tədqiqata təqdim edilmiş x6 məxsus olduğu qeyd edilən (gödəkçə, şalvar, jaket, papaq) səthində avtonəqliyyata aid boya mikrohissəciklər və ya lak-boya örtüyünün sürtünmə izləri yoxdur. x6 məxsus olduğu qeyd edilən (gödəkçə, şalvar, jaket, papaq) səthində avtonəqliyyata aid boya mikrohissəcikləri və ya lak-boya örtüyünün sürtünmə izləri olmadığından tədqiqata təqdim edilmiş VAZ-2170 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən götürülmüş lak-boya nümunəsi ilə müqayisəli tədqiqatı aparılmadı. Aparılmış tədqiqatın dəyəri 104,16 manat təşkil edir (İİ cild, iş v. 21-24) İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası, Yol-nəqliyyat hadisələri hallarının tədqiqi növlü və ixtisaslı 22.05.2019-cu il tarixli, 13508 saylı ekspert rəyində göstərilir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: “VAZ-2170” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 109 manat təşkil edir (İİ cild, iş v. 36-39). Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 02 iyul 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İİ cild, iş v. 45). İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və x17 Təcrübi və Tədris Birliyinin 29.11.2019-ci il tarixli, 573-MTKŞ/2019 saylı ekspert rəyində göstərilir ki, mərhum O.N.Abdurəhimovun meyitinin müayinəsi zamanı sağ ənsəgicgah, sağ qulaq seyvanında əzilmiş yara, baş beynin ağır dərəcə əzilib dağılması, beyin qişa və maddəsinə qansızma, kəllə tağı və əsas, sümüklərinin çoxqəlpəli sınıqları, İ-İV boyun fəqərələrinin cisimləri və köndələn çıxıntılarının sınığı, döş qəfəsinin ön səthində məmə xətti üzrə sağ və sol İİ-X qabırğaların, arxa kürək xətti üzrə sağ və sol İ-Xİİ qabırğaların yerdəyişmiş sınığı, hər iki ağciyərin əzilməsi və toxumasına qansızma, qabırğaarası damarların zədələnməsi, daxili qanaxma, sağ oma-qasıq sümüyündə yerdəyişən sınıq, çanağın yumşaq toxumalarının əziyi, sağ əlin arxa səthinin sıyrılmış yaraları, bel nahiyəsinin dərialtı hematoması, hər iki aşağı ətrafın ön səthinin sıyrılmış yaraları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdilər, yetirilmə müddəti 10.04.2019-cu ilə uyğun gəlir, dərəcəsinə görə sağ ənsə-gicgah, sağ qulaq seyvanının əzilmiş yarası, baş beynin ağır dərəcəli əzilib-dağılması, kəllə sümüklərinin çoxqəlpəli sınıqları, beynin qişaları və toxumasına qansızma, İ-İV boyun fəqərələrinin sınıqları, döş qəfəsinin ön səthində iki tərəfli İİ-Xİİ, arxa səthinin iki tərəfli İ-Xİİ qabırğaların sınıqları, ağciyərlərin əzilməsi və qansızma, qabırğaarası damarların zədələnməsi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ oma-qasıq sümüyünün sınığı, çanağın yumşaq toxumalarının əziyi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, bel nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Mərhum O.N.Abdurəhimovun ölümünə səbəb ağır açıq kəllə-beyin travması, kəllə sümüklərinin çoxqəlpəli sınığı, beyin toxumasının əzilib-dağılması, boyun fəqərələrinin sınığı və döş qəfəsinin küt travmasından yaranmış travmatik şok olmuşdur. Qeyd edilən xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə bir avtomaşının yol örtüyündə uzanmış vəziyyətdə olan şəxsin üzərindən keçməsi nəticəsində yaranmasına uyğun gəlmir. Belə ki, yol örtüyündə horizontal vəziyyətdə olan piyada üzərindən qeyd edilən avtomaşının bir dəfə keçməsi zamanı başın, döş qəfəsinin və çanağın eyni vaxtda yaralanması baş verə bilməzdi. Sağ qasıq-oma sümüyünün yerdəyişən sınığı, çanağın yumşaq toxumalarının əziyi, bel nahiyəsinin dərialtı hematoması zərərçəkmiş vertikal vəziyyətdə olarkən çox güman ki, vaqon tipli avtomaşınla piyadanın vurulması zamanı yaranmış, sonrakı etapda yol örtüyünə dəymə nəticəsində sıyrıq və əzilmiş yaralar, minik avtomaşınının yol örtüyündə uzanmış vəziyyətdə olan piyadanın üzərindən keçməsi və fırlatması zamanı ağır kəllə-beyin travması, boyun fəqərəsi və döş qəfəsi orqanlarının küt travması yaranmışdır. Xİ-Xİİ qabırğalar öz anatomik quruluşuna görə 10 sm-ə qədər inkişaf etdiyindən döş qəfəsinin ön səthində həmin qabırğaların sınması mümkün deyildir. Ekspertizaya təqdim edilmiş mərhum O.N.Abdurəhimova məxsus gödəkçənin ön sağ qolunun tikişi üzərində bir ədəd, sağ qolun iç tikişi üzərində bir ədəd, sağ qolun bayır səthində bir ədəd, arxa sol səthində bir ədəd, sağ qolun arxa səthində bir ədəd və sviterin arxa sol yuxarı səthində bir ədəd aşkar edilmiş cırılma zədələri qeyd edilən paltarların müvafiq nahiyələrinin hər hansı bir əşyaya ilişib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş mərhum O.N.Abdurəhimova məxsus gödəkçənin sol yan tikişi üzərində bir ədəd; sviterin sağ çiyin tikişi üzərində bir ədəd, sol çiyin tikişi üzərində bir ədəd; şalvarın sağ ayağının ön səthində bir ədəd və sol yan tikişi üzərində bir ədəd aşkar edilmiş sökülmə zədələri qeyd edilən paltarların müvafiq nahiyələrinin hər hansı bir əşyaya ilişib dartılması nəticəsində əmələ gəlmişlər. Mərhum O.N.Abdurəhimovun bədənində aşkar edilən xəsarətlərlə hadisə vaxtı onun əynindəki üst paltarlarının zədələri nisbi eynilik təşkil edir. Ekspertizaya təqdim edilmiş mərhum O.N.Abdurəhimova məxsus papaq üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş mərhum O.N.Abdurəhimova məxsus gödəkçənin arxa sol aşağı səthində və şalvarın ön orta səthində və arxa orta yuxarı səthində aşkar edilmiş çirklənmə izləri yol örtüyü ilə təmas nəticəsində yarana bilərdilər. Həmin izlər özlərini tam əks etdirmədiyindən onların avtomobilin təkərin (təkərlərin) protektor izləri olub-olmaması barədə dəqiq fikir söyləmək mümkün olmadı. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və x17 Təcrübi və Tədris Birliyinin 10.04.2020-ci il tarixli, 116-MTKŞ/2020 saylı ekspert rəyində göstərilir ki, 1958-ci il təvəllüdlü x3 adına tərtib edilmiş tibbi sənədlərə, hadisə vaxtı onun əynində olan paltarların tibbi-kriminalistik müayinələrinə, cinayət işində olan iş materiallarına, cinayət işinə əlavə edilmiş fotocədvəldəki görüntülərə və qərarın təsviri hissəsində iş haqqında olan məlumatlara əsasən ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq komissiya nəticəyə gəlir ki, O.N.Abdurəhimovun meyitinin müayinəsi zamanı (10.04.2019-cu il tarixli 14 saylı ekspert rəyinə əsasən) onda baş beynin ağır dərəcəli əzilib dağılması, beyin qişa və maddəsinə qansızma, kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli sınıqları, l-İV boyun fəqərələrinin cisimləri və köndələn çıxıntılarının sınığı, döş qəfəsinin ön səthində məmə xətti üzrə sağ və sol ll-X qabırğaların, arxa kürək xətti üzrə sağ və sol İ-Xİİ qabırğaların yerdəyişmiş sınığı, hər iki ağciyərin əzilməsi və toxumasına qansızma, qabırğaarası damarların zədələnməsi, daxili qanaxma, sağ oma-qasıq sümüyündə yerdəyişən sınıq, sağ ənsə-gicgah nahiyəsində və sağ qulaq seyvanında əzilmiş yaraları, çanağın yumşaq toxumalarının əziyi, sağ əlin arxa səthinin sıyrılmış yaraları, bel nahiyəsinin dərialtı hematoması, hər iki aşağı ətrafın ön səthinin sıyrılmış yaraları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, ümumilikdə küt yaranma mexanizminə malik olmaqla böyük fiziki qüvvəyə malik bərk küt əşyanın (əşyaların) təsirindən, ölümündən az əvvəl törənmişlər. Bu xəsarətlər qısa zaman kəsiyində baş verdiyindən onların hansı ardıcıllıqla yetirildiyini dəqiq təyin etmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş O.N.Abdurəhimova məxsus paltarların məhkəmə-tibbi kriminalistik tədqiqatı zamanı gödəkçənin ön sağ qolun tikişi üzərində bir ədəd, sağ qolun iç tikişi üzərində bir ədəd, gödəkçənin sol yan tikişi üzərində bir ədəd, sviterin sağ çiyin tikişi üzərində bir ədəd, sol çiyin tikişi üzərində bir ədəd və sol yan tikişi üzərində bir ədəd sökülmələr, gödəkçənin sağ qolunun bayır səthində bir ədəd, arxa sol səthində bir ədəd, sağ qolun arxa səthində bir ədəd, şalvarın sağ ayaq hissəsinin ön səthində iki ədəd və sviterin arxa sol yuxarı səthində bir ədəd cırılmalar aşkar olundu. O.N.Abdurəhimova məxsus papaq üzərində isə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. O.N.Abdurəhimovun bədənində aşkar edilmiş xəsarətləri ona məxsus paltarlarda aşkar edilmiş zədələrlə uyğunlaşdırdıqda, müəyyən olundu ki, gödəkcədə, sviterdə və şalvarda olan sökülmələr öz xarakterinə görə onun bədənində öz əksini tapmamışlar. O.N.Abdurəhimovun sağ diz, sağ baldırın ön səthində, sol budun aşağı 1/3-nin və sağ balıdırın ön səthində aşkar edilmiş sıyrıqlardan yalnız ikisi (sağ diz və sağ baldırın yuxarı 1/3-nin ön səthində) şalvarın sağ ayaq hissəsinin ön səthində olan iki ədəd cırılma xarakterli zədələrlə öz yerləşməsinə görə nisbi olaraq uyğun gəlir, digər xəsarətlər şalvarda öz əksini tapmamışlar. Bu isə yalnız bədənin zədələnməsi ilə izah oluna bilər. Eyni zamanda gödəkçənin sağ və sol qolunda, arxa səthində və sviterin arxa səthinin sol yuxarı nahiyəsində olan cırılma xarakterli zədələr onun bədənində öz əksini tapmamışlar. Bunu isə tək paltarların zədələnməsi ilə izah etmək olar. O.N.Abdurəhimovun baş nahiyəsində və sağ əlində olan xəsarətlər bədənin müvafiq nahiyələri paltarla örtülmədiyi üçün paltarlarda öz əksini tapmamışlar. Eyni zamanda baş nahiyəsində olan xəsarətlər ona məxsus papaqda da öz əksini tapmamış, bunu isə hadisə zamanı papağın başdan düşməsi ilə əlaqələndirmək olar. O.N.Abdurəhimovun meyitinin müayinəsi zamanı onun bədəni və daxili üzvlərində avtomaşının protektor və şinlərin izlərinin olması qeyd edilməmişdir. Eyni zamanda hadisə vaxtı onun əynində olan paltarların üzərində protektor izləri aşkar olunmasa da, O.N.Abdurəhimova məxsus gödəkçənin arxa səthinin sol aşağı səthində və şalvarın ön səthinin orta və arxa səthinin yuxarı nahiyəsində çirklənmə izləri olmuşdur. Bu çirklənmə izləri paltarların yol örtüyü ilə təması nəticəsində yarana bilərdilər. Həmin izlər özlərini tam əks etdirmədiyindən və identifikasiya üçün yararlı olmadığından, onların hər hansı bir avtomobilin təkərinin (təkərlərin) protektor və ya şinlərin izlərinə məxsus olub-olmaması barədə dəqiq fikir söyləmək mümkün deyil. Avtomobilin protektor izləri meyitin əynində olan paltarların, meyitin, onun daxili orqanlarının üzərindən keçdiyi halda belə onların yaranması mütləq deyil. Bu izlərin əmələ gəlib-gəlməməsi hadisə zamanı zərərçəkmişin əynində olan paltarların sayı, hazırlanma materialı, qalınlığı, eyni zamanda hərəkətdə olan avtomobilin (avtomobillərin) zərərçəkmişin bədəninin üzərindən hansı sürətlə vurub keçməsi və s. aslıdır. Qeyd etmək lazımdır ki, avtomobil protektor izləri əksər hallarda daha yaxşı bədənin paltarlarla örtülməyən sahələrində əks olunur. Mərhum x3 meyitində aşkar edilmiş xəsarətlərin və hadisə zamanı onun əynində olmuş paltarların tibbi-kriminalistik tədqiqatı zamanı aşkar edilmiş zədələrin lokalizasiyası, xarakteri, əmələ gəlmə mexanizmini, qərarın təsviri hisəsində göstərilən “VAZ 2170 Lada Priora” tipli avtomobilin texniki xüsusiyyətlərini (avtomobilin tipi, ön və arxa təkərləri arasındakı məsafələri, təkər şinlərin eni) nəzərə alaraq belə qənaətə gəlmək olar ki, bu xəsarətlərin eyni vaxtda, yəni qərarın təsviri hissəsində göstərilən şəraitdə bir avtomaşının, yəni “VAZ 2170 Lada Priora” tipli avtomaşının yol örtüyündə uzanmış vəziyyətdə olan şəxsin üzərindən keçməsi nəticəsində yaranmasına uyğun gəlmir. Belə ki, yol örtüyündə üfuqi (horizontal) vəziyyətdə olan piyada üzərindən qeyd edilən avtomaşının bir dəfə keçməsi nəticəsində bədənin geniş sahəsində (başında, döş qəfəsində və çanaqda) yerləşən xəsarətlərin eyni vaxtda yaralanması baş verə bilməzdi. O.N.Abdurəhimovun meyitində aşkar edilmiş xəsarətlərin xarakterinə, əmələ gəlmə mexanizminə və lokalizasiyalarına görə demək olar ki, sağ ənsə-gicgah nahiyəsində və sağ qulaq seyvanının əzilmiş-cırılmış yaraları, sağ qasıq-oma sümüyünün yerdəyişən sınığı, çanağın yumşaq toxumalarının əziyi, bel nahiyəsinin dərialtı hematoması zərərçəkmiş şaquli (vertikal) vəziyyətdə olarkən, çox güman ki, vaqon tipli, yəni, avtomobilin qabaq hissəsi nisbətən yastı olan və ya qabaq hissəsində hər hansı bir çıxıntılı detalı (detalları, xüsusən ayrılmış bamperi) olmayan avtomobil ilə piyadanın arxadan vurulması zamanı yarana bilərdi. İlkin zərbə yeri çox güman ki, insan bədəninin ağırlıq mərkəzinə yaxın və ya az yuxarıda olan hissəsi olmuşdur (nəqliyyat vasitənin piyada ilə toqquşmasının l-ci fazası). İlkin zərbə bədənin arxa səthinə yetirildikdə baş qəflətən arxaya atılır və bu zaman boyun fəqərələrinin zədələnməsi üçün real şərait yaranır (qəfləti qatlanma nəticəsində). O.N.Abdurahimovun meyitində aşkar edilmiş bəzi boyun fəqərələrinin köndələn çıxıqları və ya cisimlərin sınıqları buna dəlalət edə bilər. O.N.Abdurəhimovun avtomobil ilə toqquşması və ilkin zərbənin alınması zamanı onun şaquli (vertikal) vəziyyətdə olmasını zərbədən sonra bədənin boylama oxu üzrə bir qədər fırlatması hadisə yerinə baxış zamanı meyitdən müəyyən məsafələrdə yerləşən ona məxsus ayaqqabıların aşkar olunması bir daha təsdiq edir. Sonrakı mərhələdə (toqquşmanın İİİ fazası) O.N.Abdurəhimov ön tərəfə və ya bir qədər kənara atılaraq yol örtüyünə dəyməsi nəticəsində onun bədənində olan bir qrup xəsarətlər (sağ əlin arxa səthinin, sağ dizin ön səthinin, sağ baldırın ön səthinin və sol budun ön səthinin sıyrıqları) yarana bilərdi. Bu mərhələdə kəllə sümüklərinin müəyyən sınıqları yol örtüyünə çırpılmadan, bədən önə atıldıqdan sonra isə zərərçəkənin üstündən avtomobilin təkərlərinin keçməsi baş vermişdir. Buna isə O.N.Abdurəhimovun meyitində aşkar edilmiş kəllənin deformasiyası ilə müşayiət olunan başın yumşaq toxuma örtüyünün iç səthinə bütün nahiyələrdə qansızmalar, kəllə tağı, əsası və üz skeleti sümüklərinin çoxsaylı qəlpəli, dağılmış, basılmış sınıqları, baş beynin sərt və yumşaq qişasına qansızma, çoxsaylı əzilmiş-cırılmış sahələr, baş beynin əzilməsi və qansızma, l-İV boyun fəqərələrinin və döş qəfəsinin ön səthində sağ və sol məmə xətti üzrə ll-Xİİ, hər iki kürək xətti üzrə (paravertebral xətt üzrə) l-Xİİ qabırğaların yerdəyişmiş sınıqlarının olması dəlalət edir. Bu xəsarətlərin bir və ya bir neçə avtomobilin, o cümlədən qərarda göstərilən “VAZ 2170 Lada priora” markalı **-FL-*** dövlət nömrə nişanlı avtomobilin yol örtüyündə üzü üstə uzanmış və bu avtomobilin boylama oxuna nisbətdə perpendikulyar vəziyyətdə olmaqla piyadanın üzərindən keçməsi nəticəsində əmələ gəlməsi inkar olunmur. Bunu isə O.N.Abdurəhimova məxsus gödəkçənin arxa səthində solda aşkar edilmiş, hər hansı bir predmetə ilişib-dartılması nəticəsində əmələ gəlmiş cırılmış xarakterli zədənin yerləşməsi, xarakteri, “VAZ 2170 Lada priora” markalı **-FL-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin alt hissəsində aşkar olunaraq götürülmüş liflərin cins əlamətlərinə görə O.N.Abdurəhimova məxsus qış gödəkçəsinin tərkib liflərinə uyğun gəlməsi təsdiq edir. Qeyd olunanları, o cümlədən A.N.Abdurəhimovun aşağı ətraflarında hər-hansı bir sümük-travmatik dəyişiklik olmaması, həmçinin, mərhumun boyunun hündürlüyünü (160 sm), “VAZ 2170 Lada Priora” markalı avtomobilin təkərlərinin orta xətlər arasında məsafəsini (öndə -1410 mm, arxada - 1380 mm), hadisə zamanı meyitin əynində olan paltarlarda aşkar edilən bəzi zədələrin xarakteri və yerləşməsini (xüsusən, gödəkçənn arxa səthində solda olan zədə) nəzərə alaraq güman etmək olar ki, həmin avtomobil yol örtüyündə uzanmış vəziyyətdə olan şəxsin üzərindən yalnız bir hissəsi ilə (sağ və ya sol tərəfi ilə) keçə bilərdi. A.N.Abdurəhimovun meyitində aşkar edilmiş xəsarətlərin lokalizasiyasını, xarakterini, əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, bu xəsarətlər piyada hərəkətdə olan avtomobillə vurulduqdan sonra qısa vaxt kəsiyində azı iki avtomobilin hər biri mərhumun bədəninin müxtəlif hissələrdən (baş nahiyəsindən və gövdədən) keçməklə yetirilə bilərdi. Qeyd olunan hallar bütün məhkəmə təbabəti dərsliklərində və avtomobil travmalarının təhlili ilə bağlı aparılmış elmi işlərdə öz əksini tapmış və bu səbəbdən də əldə olunan məlumatların etibarlıq dərəcəsi son rəy verilməsi üçün yetərincə olmuş, ilkin verilmiş rəydə göstərilənlərin təkrar ekspertiza aparılarkən komisiya üzvləri tərəfindən təsdiq edilməməsinə səbəb olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara cəm halında hüquqi qiymət verərək, işin faktiki hallarını nəzərə alaraq və aşağıda qeyd olunanlara istinad edərək hesab edir ki, CM-nin 263.2-ci və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə qeyd edir ki, CM-nın 264-cü maddəsi CM-nın 263.2-ci maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda yol nəqliyyat hadisəsi yerindən qaçmanı nəzərdə tutduğundan, təqsirləndirilən şəxsə CM-nın 264-cü maddəsi ilə verilmiş ittiham CM-nın 263.2-ci maddəsi ilə verilmiş ittihamın nəticəsi ilə bağlıdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-nın 263.2-ci maddəsi ilə ittihamı, yol nəqliyat hadisəsi zamanı idarə etdiyi avtomobili yaşayış məntəqəsi daxilində 50 kilometr sürətlə idarə etməli olduğu halda saatda 60-70 km sürətlə idarə etməsi və hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, hərəkətini davam etdirməsi ilə bağlı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun tələblərini pozmaqla ehtiyatsızlıqdan yolun hərəkət hissəsində uzanıqlı vəziyyətdə olan piyadanı vurması, nəticədə sonuncunun aldığı sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə görə verilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə ittiham yaşayış məntəqəsində müəyyən edilmiş sürət həddini aşmaqla avtomobili idarə edib yol hərəkəti haqqında qanunun tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətməsi hərəkətlərinin zərərçəkmiş şəxsin ölümü ilə nəticələnməsinə görə verilmiş, ittihamın əsasını zərərçəkmişin ölümü ilə təqsirləndirilən şəxsin hərəkətləri arasındakı səbəbli əlaqənin olması götürülmüşdür. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ibtidai istintaq ilk gündən səthi və başdansovdu aparılmış, obyektivlik pozulmuş, sübutların toplanması üçün zəruri hərəkətlər icra olunmamış, verilmiş ittiham işin faktiki halları və cinayət işində toplanmış sübutlarla - materiallarla təsdiqini tapmamış, üst-üstə düşməmişdir. Hadisənin baş verməsini görmədiyi və hadisəni hansı avtomobilin törətməsini bilmədiyi barədə ifadə vermiş Şahid1, həmin ifadəsində eyni zamanda hadisəni törətmiş avtomobilin sürətinin 60-70 km/saat olduğunu görməsini göstərmiş, ibtidai araşdırma orqanı şahidin hadisənin baş verməsini və piyadanı hansı avtomobilin vurduğunu görmədiyi halda onun sürətini necə gördüyünü aydınlaşdırmadan bununla razılaşmışdır. Təqsirləndirilən şəxs özü gəlib hadisə barədə məlumat verənə kimi heç kim “VAZ 2170 Lada Priora” markalı avtomobilin hadisə yerində olduğunu, həmin yoldan keçdiyini görməmiş, heç bir şahid belə ifadə verməmişdir. Əksinə furqonlu və Opel markalı avtomobil barədə ifadə verilmişdir. Reallığına şübhə yaradan bu ifadələr kimi mühüm əhəmiyyətli hallar mübahisə doğurmuş, təqsirliliyin sübutu üçün əsaslı şübhə olaraq qalmışdır. Hadisə yerinə baxış keçirilməsi protokolunda avtomobillə vurulmuş piyadanın hadisədən əvvəl başında olmuş papağın harada olduğu görünmür. Lakin geyim paltarlarının götürülməsi haqqında protokolla isə sözügedən papaq götürülmüşdür. Bundan belə başa düşülür ki, götürülmüş digər geyimlər kimi papaq da meytin əynində olmuşdur. Lakin bu vəziyyət çəkilmış fotoşəkillərdə əksini tapmamış, hadisədən əvvəl piyadanın başında olmuş papağının meyitin başında olduğu görünmür. Həmçinin meyitin baş beynin ağır dərəcəli əzilib-dağılması xəsarəti aldığı halda papaqda heç bir xəsarətin olmaması ilə uyğun gəlmədiyi şübhəsiz görünür. Həmin halın naməlum vəziyyətdə başvermiş yol-nəqliyyat hadisəsinin törənmə mexanizminin müəyyən edilməsində əhəmiyyətli olduğu ekspert rəyindən də aşkar görünür ki, ayaqqabıların piyadanın ayağından çıxıb kənara düşməsi baxış protokolunda müəyyən edildiyindən vurulmamın, dəymə-zərbə yerinin tapılmasında istinad edilməsi üçün əsas olmuşdur. Papağın yerinin müəyyən edilməyib göstərilməməsi isə baxışın lazımsız səviyyədə keçirilməsinin göstəricisi olmuşdur. Hətta məhkəmə baxışında dindirilmiş hal şahidi və zərərçəkmiş şəxsin hüquqi varisi ifadələrində digər hal şahidini tanımadıqlarını baxış keçirilməsində iştirakını görmədiklərini bildirmişlər. Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 12.04.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxsə məxsus avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin tormoz borusunun üstünə çəkilmiş qoruyucunu bağlayan vintin üzərində ağ rəngli sintetik material aşkar olunaraq maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Məhkəmə bu halla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs həmin aşkar olunub götürülmüş sintetik materialın avtomobilin qeyd olunan hissəsində aşkarlanıb götürülməsini mübahisələndirmiş, qiymətləndiməsi üçün məhkəmənin diqqətini sözügedən hissəyə çəkmişdir. Avtomobilin alt hissəsində aşkar edilmiş sintetik materialın götürülməsi nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokolla aparılmışdır. Həmin protokolda avtomobilin texniki sazlığı və aşkar edilən cızıq, qopuq, əziklər və bu kimi hallar əks etdirilmiş, eləcə də protokolda aşkar olunan sintetik material barədə göstərilmiş, lakin həmin hissədə - tormoz borusunun üstünə çəkilmiş qoruyucuda və ətraf hissələrdə sürtünmə izləri müəyyən edilməmişdir. Eyni zamanda aşkar edilmiş sintetik materialla içərisindəki sintetik materialın eynilik təşkil etdiyi zərərçəkmiş şəxsin meyitinin əynində olmuş gödəkçənin səthində avtonəqliyyata aid boya mikrohissəciklər və ya lak-boya örtüyünün sürtünmə izləri olmamışdır. Beləliklə görünür ki, ibtidai istintaqın özünün apardığı araşdırma ilə nə avtomobildə, nə də gödəkçədə bir-birlırinə sürtünmə halı müəyyən edilməmişdir. Məhkəmə diqqəti qeyd olunanlara cəlb etməklə izah edir ki, ibtidai istintaq orqanı avtomobilin altından aşkar edilmiş sintetik materialın gödəkçənin hansı hissəsindəki (ön sağ qolun tikişi üzərində bir ədəd, sağ qolun iç tikişi üzərində bir ədəd, gödəkçənin sol yan tikişi üzərində bir ədəd) sökük və ya (sağ qolunun bayır səthində bir ədəd, arxa sol səthində bir ədəd, sağ qolun arxa səthində bir ədəd) cırıq yerindən olan sintetik material olduğunu müəyyən etməmişdir. Həmçinin gödəkcədə olan sökülmələr öz xarakterinə görə və cırılma xarakterli zədələr onun bədənində öz əksini tapmamışlar. Qeyd olunan halla bağlı fotoşəkilə baxdıqda görünür ki, tormoz borusunun üstünə çəkilmiş qoruyucunu bağlayan vint qorucudan nisbətən qarşıya çıxıntılıdır. Əgər bu çıxıntılı hissəyə görə gödəkçənin avtomobilin alt hissəsinə toxunmadığı fikrinə gəlsək, onda vintin çıxıntılı hissəsinin sintetik material götürdüyü gödəkçənin cırılmış hissələrinin birinin ətrafında cızıq – sürtünmə izi olmalı idi ki, belə cızıq – sürtünmə izi aşkar edilməmişdir. Belə olan halda, yəni nə avtomobilin, nə də gödəkçənin həmin hissələrinə toxunma halı müəyyən edimirsə, içəri daxil olub tutub dartaraq götürmək qabiliyyəti olmayan vintin uc hissəsinin cırılmış yerə hansı qaydada daxil olub oradan müəyyən miqdarda ağ rəngdə sintetik material götürməsini izah etmək lazım gəlir. Bundan başqa həm də nəzərə almaq lazımdır ki, fotoşəkildən tam aydın görünür ki, aşkar olunmuş ağ rəngdə sintetik material tər-təmiz görünür və yerindən təzə qoparılmış əlamətini özündə əks etditən pırpızlı formadadır. Hansı ki, təqsirləndirilən şəxs hadisədən sonra avtomovilini idarə edib şəhərdən Vərəzət qaçqınlar qəsəbəsinə getmiş, bir gün sonra yenə həmin qəsəbədən şəhərə qayıtmışdır. Bu müddət ərzində və qət olunmuş yol məsafəsində aşkar olunmuş sintetik materialın halında dəyişikliyin nə üçün yaranmadığı açıq qalmışdır. Bu da qeyd olunan halla bağlı şübhənin əsaslı olduğunun göstəricisi kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında 13.04.2019-cu il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxsin göstərməsinə əsasən piyadanı 6.2 m məsafədə uzanıqlı gördüyü yer, vurulduğu yer, işıqforda dayanmış avtomobili gördüyü yer, işıqforda dayanmış avtomobilin olduğu yer və ara məsafələri göstərilmişdir. Lakin bu halda da sənədlər arasında uyğunsuzluqlar müəyyən edilmişdir ki, protokolda təqsirləndirilən şəxsin qarşıda işıqforda dayanmış ağ rəngli avtomobilin yaşıl işıq yanan zaman hərəkətə başladığı vaxt aralarında olan məsafə 11.2 mert qeyd olunmuş, sxem də isə bu barədə qeyd aparılmamış, ölçülərin tamamlandığı görünmür. Bu ölçülərin əhəmiyyəti olduğunu məhkəmə belə izah edir ki, diqqət şəkən hallardan biri də budur ki, təqdiq edilmiş diskdən görünür ki, müşahidə kamerasının önündən keçmə vaxtları ilə təqsirləndirilən şəxsin idarə etdiyi avtomobillə ondan qarşıda hərəkət edən avtomobillər arasındakı vaxt 1 dəqiqədən az olmaqla 50-55 saniyə görünür. Eyni zamanda müəyyən edilir ki, təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə piyadanın hansısa hissəsindən keçdikdən sonra dayanıb avtomobilin arxa işığında qaraltıya baxmış, yenidən hərəkətini davam etdirmişdir. Həmçinin ifadənin yerində yoxlanması haqqında protokoldan belə anlaşılır ki, işıqforun yaşıl işığında hərəkətə başlayarkən qarşıdakı avtomobillə təqsirləndirilən şəxsin arasında 11.2 metr məsafə olmuşdur. Belə olan halda onların hadisə yerində keçməsi məsafəsi də saniyələrlə ölçüldüyü vəziyyətdən yenə aşagı düşmüş olur, 50-55 saniyə daha da azalır. Avtomobillərin aralarında olmuş bu az məsafə müddətində orta dərəcəli sərxoş olduğu müəyyən edilmiş piyadanın yolun hərəkət hissəsinin ortasına gəlib uzanması üçün saniyələrlə ölçülən vaxt kifayət etməli idi ki, bu da inandırıcı gəlmir. Qarşıdakıların yandan keçib, yalnız təqsirləndirilən şəxsin hərəkətləri ilə həmin xəsarətlərin yaranması da həqiqəti əks etdirmir, işin faktiki hallarına, müəyyən edilmiş xəsarətlərə uyğun deyidir. Sadalananlar kimi çoxsaylı çatışmamazlıqlar və ittihamı şübhə altına almış hallardan başqa ən əsası və başlıcası odur ki, məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin ölüm səbəbinin məhz təqsirləndirilən şəxsin hərəkətləri ilə bağlı olması sübuta yetməyib, hadisənin baş vermə mexanizmi, şəraiti və sair kimi dəqiqləşdirilməmiş halların çoxsaylı əsaslı şübhələr ortaya çıxarması ilə cinayət işi üzrə təqsirləndirilən şəxsin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün kifayət qədər mövcud olan əsaslar işin tamamlanmasına imkan vermişdir. İbtidai istintaq o qədər səthi aparılmışdır ki, öz gəldiyi qənaətləri də izah etməkdə imkansız olmuşdur. Belə ki, yuxarıda qeyd olunandan əlavə, mübahisə olunmaz haldır ki, avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş asfalt yolun üzəri insanlar üçün uzanmaqdan ötrü nəzərdə tutulmamışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə, onun idarə etdiyi avtomobillə asfaltın üzərində üzanıqlı vəziyyətdə olan piyadanın üzərindən keçdiyi barədə ittiham vermiş, lakin piyadanın asfaltın üzərində nə üçün uzanıqlı olduğunun səbəbini aydınlaşdırmamış, buna hüquqi qiymət verməmişdir. Bundan başqa uzanıqlı vəziyyətin hansı formada, istiqamətdə və sair olması, eləcə də avtomobilin hansı qaydada, hansı hissəsi ilə piyadanın harasından keçməsini müəyyənləşdirməmiş, buna heç cəhd də etməmişdir. Belə olan vəziyyətdə hadisə yerinə baxış zamanı müəyyən edilən hallar, tərtib edilmiş sxemdə göstərilənlər və fotoşəkillərdə görünənlər əldə edilən sübut materialları kimi qalmışdır. Bunlar ibtidai araşdırma orqanının müəyyən edib təqdim etdiyi sübutlar olmaqla ittihamı təsdiq etməlidir. Eyni zamanda ibtidai araşdırma orqanının təqdim etdiyi mexanizm və şəraitə uyğun suallara ekspertiza müvafiq cavablar verməli, mexaniz və şəraitin uyğun gəlmədiyi halda hansı səbəblərə görə cavabların verilməsinin mümkün olmadığını bildirməlidir. Üstündən keçmə məvhumu ümumi halı müəyyən etmişdir. Hazırki işin hallarına görə piyadanın meyitinin üzərində müxtəlif nahiyələrində çoxsaylı xəsarətlər müəyyən edilmişdir. Lakin piyadanın bədəninin hansı hissəsindən hansı formada avtomobilin keçdiyinin müəyyən edilməməsi ittihamın əsaslılığını birmənalı şübhə altında saxlamışdır. Zərərçəkmiş şəxsin yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərindən ölməsi inkar edilməmişdir. Lakin təqsirləndirilən şəxsə məxsus “VAZ 2170 Lada priora” markalı avtomobilin asfaltın üzərində uzanıqlı vəziyyətdə olan zərərçəkmiş şəxsin üzərindən bir dəfə keçməsi ilə bu qədər çoxsaylı xəsarətlər yarana bilməzdi. Qeyd olunan hal məhkəmə istintaqı zamanı toplanmış sübutlarla tam təsdiqini tapmış, komisiyon və təkrar komisyon məhkəmə-tibbi ekspertizalarının rəylərində tam geniş və izahlı göstərilmişdir. Məhkəmə sadə halda diqqətə çatdırmaqla gəldiyi nəticəni belə izah edir ki, ittihama görə təqsirləndirilən şəxsin hadisə vaxtı idarə etdiyi avtomobilin çəkisi, ölçüsü, təkərlər arasındakı məsafə, təkərlərin eni, yerdən hündürlük məsafəsi və bu kimi əlamətlərlə, zərərçəkmiş şəxsin meyiti üzərində aşkar edilmiş - baş beyinin ağır dərəcəli əzilib dağılması, onurğanın boyun şöbəsinin İ-İV fəqərələrinin cisimlərinin və köndələn çıxıntılarının sınığı, döş qəfəsinin ön səthində sağ və sol məmə xətti üzrə hər iki tərəfdən İİ-Xİİ, hər iki arxa kürək xətti üzrə (paravertebral xətt üzrə) hər iki tərəfdən İ-Xİİ qabırğalarda qabırğa qövslərində yerdəyişmiş sınıqları, hər iki ağ ciyərin əzilməsi, sağ oma-çanaq sümüyünün yerdəyişən sınığı kimi xəsarətləri, hadisə yerinə baxış zamanı müəyyən edilənlər, hadisədən əvvəl piyadanın əynində olmuş geyimlər üzərindəki zədələrlə əlaqəli birlikdə müqayisə etdikdə, verilmiş ittihamı əsaslı hesab etmək mümkünsüzdür. Belə ki, ittiham tərəfin təqdim etdiyi sübutlara görə “VAZ 2170 Lada priora” markalı avtomobil uzanıqlı vəziyyətdə olan zərərçəkmiş şəxsin üzərindən bir dəfə keçmişdir. Lakin istintaq o qədər səthi aparılmışdır ki, avtomobilin hansı hisəsinin zərərəçəkmiş şəxsin bədəninin hansı hissəsindən keçməsi müəyyənləşməmişdir. İbtidai istintaq orqanı özü qənaətə gəlir ki, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil piyadanın üzərindən bir dəfə keçmişdir və bu hal mübahisələndirilmir. Eyni zamanda meyitin baş beyni dağılmış, onurğanın boyun fəqərələrinin cisimləri və köndələn çıxıntıları, döş qəfəsinin ön səthində və arxa kürək xətti üzrə hər iki tərəfdən qabırğaları, oma-çanaq sümüyü sınmış və digər xəsarətlər vardır. İlkin məhkəmə-tibbi ekspertizasının rəyində, aşkar olunmuş xəsarətlərin avtomobilin asfalt üzərində uzanıqlı vəziyyətdə olan piyadanın üzərindən bir dəfə keçməklə yarandığının konkret birmənalı deyil, mümkün ola bilməsini göstərmişdir. Komissiyon və təkrar komissiyon məhkəmə-tibbi ekspertizalarının rəylərində isə bunun, yəni həmin xəsarətlərin qeyd olunan avtomobilin asfalt üzərində uzanıqlı vəziyyətdə olan piyadanın üzərindən bir dəfə keçməklə yarana bilməsini qəti inkar etmiş, eyni zamanda gəlinmiş nəticəyə əsaslı, geniş izah vermişdir. Məhkəmə sonuncu rəyləri inandırıcı hesab edir. Eyni zamanda məhkəmə fikrini izah edir ki, həmin avtomobilin təkərinin bir-birinə bitişik olan həmin orqanların hamısındakı sümükləri eyni vaxta sındırması uyğun gəlmir. Cavabını tapmayan suallar yaranır ki, təkərin biri baş hissəyə düşürsə, digəri çanaq-oma hissəsindən keçirmi?, təkətlər arasındakı boşluqda qalan hissədə sınıqlar necə yaranmışdır?, boyunun fəqərələrinin köndələn çıxıntıları necə sınmışdır? Üzü və arxası üstə uzanıqlı vəziyyətdə təkərin boyun üzərindən keçməsi ilə boyunun fəqərələrinin köndələn çıxıntılarının sınması uyğun gəlmir. Məhkəmə baxışında dindirilmiş ilkin rəyi vermiş ekspertin ifadəsindən belə başa düşülür ki, belə olan halda piyada ya sağ, ya sol böyrü üstə olan vəziyyətdə təkər boyun fəqərələrinin köndələn çıxıntılarının üzərindən elə keçməli idi ki, hər iki tərəfdəki çıxıntılar təkərlə asfaltın arasında qalıb qırılsın. Bu da o halda mümkün olur ki, avtomobilin bir tərəfindəki təkər və ya təkərlər yanı üstə uzanmış piyadanın baş hissəsindən üstünə çıxıb boyundakı fəqərələri həmin qaydada sındırıb digər hissələrdən də eyni qaydada hərəkətini davam etdirib çanaq-oma hissəsində yerə düşmüş olsun, ayaqların üstündən keçməsin və ya əksinə keçib getmiş olsun. Təkər(lər) qeyd olunan qayda ilə gedib keçdiyi yerlərdən qalxıb düşərkən piyadanın bədəni də tərpənməyib yerini dəyişmədən dayansın və ya həmin qaydada kənar qüvvə onu həmin vəziyyətdə tutub saxlamış olsun. Bu vəziyyət heç cür inandırıcı gəlmir və mümkünsüzdür. Komisyon və təkrar komisyon məhkəmə-tibbi ekspertizaların rəylərində göstərilir ki, Xİ-Xİİ qabırğalar öz anatomik quruluşuna görə 10 sm-ə qədər inkişaf etdiyinə görə döş qəfəsinin ön səthində həmin qabırğaların sınması mümkün deyildir. Məhkəmə baxışında dindirilmiş iklin rəyi vermiş ekspert rəyini müdafiə etsə də, rəyinin Xİ-Xİİ qabırğalar üzrə olan hissəsində özündən asılı olmayan səbəbdən mexaniki yanlışlığa yol verdiyini, komisyon və təkrar komisyon ekspertizaların bu səhvi haqlı olaqraq müəyyən edib aradan qaldırdığını etiraf etmişdir. Qeyd olunan ekspertiza rəyləri ilə təsdiqini tapır ki, O.N.Abdurəhimovun ölümünə səbəb ağır açıq kəllə-beyin travması, kəllə sümüklərinin çoxqəlpəli sınığı, beyin toxumasının əzilib-dağılması, boyun fəqərələrinin sınığı və döş qəfəsinin küt travmasından yaranmış travmatik şok olmuşdur. Qeyd edilən xəsarətlər göstərilən şəraitdə bir avtomaşının yol örtüyündə uzanmış vəziyyətdə olan şəxsin üzərindən keçməsi nəticəsində yaranmasına uyğun gəlmir. Yol örtüyündə horizontal vəziyyətdə olan piyada üzərindən qeyd edilən avtomaşının bir dəfə keçməsi zamanı başın, döş qəfəsinin və çanağın eyni vaxtda yaralanması baş verə bilməzdi. Hər halda bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir və günahsızlığını sübut etmək təqsirləndirilən şəxsin vəzifəsi deyil, təqsirləndirilən şəxsin təqsirini sübut etmək ittiham tərəfin borcudur. Cinayət işinin materiallarından görünür ki, baş vermiş hadisənin görüntüsünün 4 №li x18 təhlükəsizlik kamerasına çəkilməsi mümkün olmuşdur. Buna görə də polis əməkdaşları həmin vaxt görüntüləri əldə etmək üçün məktəbə daxil olmuş və təxminən 30-40 dəqiqə içəridə qalmışlar. İstintaq orqanı x18 təhlükəsizlik kamerasından görüntüləri götürmək üçün məktəbə daxil olmuş polis əməkdaşlarının kimliyini müəyyənləşdirməmiş, onları dindirməmiş, kameranın yaddaşı olmadığı halda 30-40 dəqiqə içəridə nə etdiklərini araşdırmamışdır. Yalnız görünüşdən ötrü istifadə edilən təhlükəsizlik kamerasının məktəb üçün binanın çölündə əhəmiyyəti anlaşılmaz və inandırıcı deyildir. Bunun üçün istintaq orqanı həmin təhlükəsizlik kamerasına baxış keçirib protokol tərtib etməli olduğu halda yalnız arayış alıb işə əlavə etməklə işini yarıtmamış, hərəkətlərində şübhələr yaratmışdır. Belə ki, cinayət işinin materiallarından görününür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən hadisənin 2-ci günü verilmiş yazılı göstərişdə yaxın ətrafdakı və sürücünün hərəkət istiqaməti üzrə müşahidə kamera görüntülərinin götürülməsi göstərişi verilsə də, vaxtında icra edilməməsinə görə hadisə yerindən keçmiş avtomobillərin görüntüləri çəkilmiş kameraların olduğu toyuq satışı mağazasındakı təhlükəsizlik kameralarının yaddaşından çəkilişlər silindikdən sonra onların götürülməsinin mümkünsüz olması barədə formal olaraq sənəd alınmışdır. Halbuki, təqsirləndirilən şəxsin məhkəmə iclasında təqdim etdiyi və tədqiq edilmiş videodiskdəki çəkilişdən görünür ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi kimi hadisədən sonra onun hərəkəti istiqamətində qarşısı ilə hərəkət edən, aralarında saniyələrlə ölçülən fərqlə iki avtomobil getmişdir, onların hər üçünün hərəkətləri toyuq satışı mağazasındakı təhlükəsizlik kamerasına çəkilmişdir. Məhkəmə baxışında aparılan araşdırma zamanı zərərçəkmiş şəxsin meyiti üzərində aşkar edilmiş baş, boyun, döş qəfəsi, qabırğalar, ağciyər, canaq sümüyünü əhatə edən çöxsaylı xəsarətlərin bir dəfə “VAZ 2170 Lada priora” markalı avtomobilin uzanıqlı vəziyyətdə olan zərərçəkmiş şəxsin üzərindən keçməklə yarandığı sübuta yetməmiş, bunu ixtisaslı mütəxəssis olmayan şəxsin də real araşdırması, fikrində canlandırması yolu ilə də görmək mümkündür. Bununla yanaşı keçirilmiş komisiyon və təkrar komisyon məhkəmə-tibbi ekspertizaları zamanı verilmiş rəylərdən məlum olmuşdur ki, həmin xəsarətlər piyada hərəkətdə olan avtomobillə vurulduqdan sonra qısa vaxt kəsiyində azı iki avtomobilin hər biri mərhumun bədəninin müxtəlif hissələrdən keçməklə yetirilməyə uyğun xəsarətlərdir. Bu rəy məhkəmə iclasında ittiham tərəfin vəsatəti əsasında keçirilmiş komisiyon və təkrar komisyon məhkəmə-tibbi ekspertizası zamanı ətraflı izah edilməklə xəsarətlərin hər birinin yaranma mexanizminə kifayət qədər inandırıcı aydınlıq gətirilmişdir. Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının rəyində göstərilir ki, “Mərhum x3 meyitində aşkar edilmiş xəsarətlərin və hadisə zamanı onun əynində olmuş paltarların tibbi-kriminalistik tədqiqatı zamanı aşkar edilmiş zədələrin lokalizasiyası, xarakteri, əmələ gəlmə mexanizmini, qərarın təsviri hisəsində göstərilən “VAZ 2170 Lada Priora” tipli avtomobilin texniki xüsusiyyətlərini (avtomobilin tipi, ön və arxa təkərləri arasındakı məsafələri, təkər şinlərin eni) nəzərə alaraq belə qənaətə gəlmək olar ki, bu xəsarətlərin eyni vaxtda, yəni qərarın təsviri hissəsində göstərilən şəraitdə bir avtomaşının, yəni “VAZ 2170 Lada Priora” tipli avtomaşının yol örtüyündə uzanmış vəziyyətdə olan şəxsin üzərindən keçməsi nəticəsində yaranmasına uyğun gəlmir”. Ekspert komissiyası öz fikrini əsaslandıraraq qeyd edir ki, “belə ki, yol örtüyündə üfuqi (horizontal) vəziyyətdə olan piyada üzərindən qeyd edilən avtomaşının bir dəfə keçməsi nəticəsində bədənin geniş sahəsində (başında, döş qəfəsində və çanaqda) yerləşən xəsarətlərin eyni vaxtda yaralanması baş verə bilməzdi. O.N.Abdurəhimovun meyitində aşkar edilmiş xəsarətlərin xarakterinə, əmələ gəlmə mexanizminə və lokalizasiyalarına görə demək olar ki, sağ ənsə-gicgah nahiyəsində və sağ qulaq seyvanının əzilmiş-cırılmış yaraları, sağ qasıq-oma sümüyünün yerdəyişən sınığı, çanağın yumşaq toxumalarının əziyi, bel nahiyəsinin dərialtı hematoması zərərçəkmiş şaquli (vertikal) vəziyyətdə olarkən, çox güman ki, vaqon tipli, yəni, avtomobilin qabaq hissəsi nisbətən yastı olan və ya qabaq hissəsində hər hansı bir çıxıntılı detalı (detalları, xüsusən ayrılmış bamperi) olmayan avtomobil ilə piyadanın arxadan vurulması zamanı yarana bilərdi”. Bunlar onu göstərir ki, ibtidai istintaq tam və obyektiv araşdırma aparmamış, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildən az əvvəl həmin yerdən keçmiş avtomobilləri müəyyən etməmiş, bunula da cinayət işində kifəyət qədər ziddiyətlər, əsaslı şübhələrə yol açan hallar saxlamış, bunları araşdırıb aradan qaldırmağa can atmamaqla, həqiqətin ortaya çıxmasına tutarlı səylər göstərməməklə hərəkətinin bilərəkdən edilməsi fikri yaratmışdır. Qanunun tələbinə görə ibtidai istintaq orqanı nəticəyə gəlmək üçün bütün zəruri əməliyyat istintaq hərəkətlərinin icra edilməsinə nail olmalı idi. Ekspert rəyində eyni zamanda göstərilir ki, “A.N.Abdurəhimovun aşağı ətraflarında hər-hansı bir sümük-travmatik dəyişiklik olmaması, həmçinin, mərhumun boyunun hündürlüyünü (160 sm), “VAZ 2170 Lada Priora” markalı avtomobilin təkərlərinin orta xətlər arasında məsafəsini (öndə -1410 mm, arxada - 1380 mm), hadisə zamanı meyitin əynində olan paltarlarda aşkar edilən bəzi zədələrin xarakteri və yerləşməsini (xüsusən, gödəkçənin arxa səthində solda olan zədə) nəzərə alaraq güman etmək olar ki, həmin avtomobil yol örtüyündə uzanmış vəziyyətdə olan şəxsin üzərindən yalnız bir hissəsi ilə (sağ və ya sol tərəfi ilə) keçə bilərdi. A.N.Abdurəhimovun meyitində aşkar edilmiş xəsarətlərin lokalizasiyasını, xarakterini, əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, bu xəsarətlər piyada hərəkətdə olan avtomobillə vurulduqdan sonra qısa vaxt kəsiyində azı iki avtomobilin hər biri mərhumun bədəninin müxtəlif hissələrdən (baş nahiyəsindən və gövdədən) keçməklə yetirilə bilərdi”. Məhkəmə qeyd edir ki, bu hallar - piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, daha da dəqiqləşdirsək piyadanın ölümü ilə təqsirləndirilən şəxsin hərəkətlərinin səbəbli əlaqəsi sübuta yetirilməmişdir. Belə olan halda verilmiş ittihamı əsaslı hesab edib Təqsirləndirilən şəxs barəsində CM-nin 263.2-ci və 264-cü maddələri ilə ittiham hökmü çixarılması mümkünsüzdür. Cinayət işinin materiallarını öyrəndikdə müəyyən olunur ki, ibtidai araşdırma dövründə ibtidai istintaq orqanı kobud pozuntulara yol vermişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 28.5-ci maddəsində göstərilir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəlləsinin 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda şübhəli məqamlar var və bu şübhələr cinayət prosessual qanunvericiliyə görə təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non necanti insumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Yəni, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. CPM-nin 1-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət-Rrosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda göstərilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, ittihamın təsdiqi kimi məhkəməyə təqdim edilmiş sübutlar isə ziddiyyətli və şübhəlidirlər. CPM-nin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olması barədə tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməməsi qənaətinə gəlir. CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və x8 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını, qanunvericiliyin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunmadı. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik presumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsiri sübuta yetirilməmiş Təqsirləndirilən şəxs ona istinad edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə görə qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin halların arasında CPM-nin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. İnsan Hüquqlarının və x8 Haqqında Konvensiya (bundan sonra Avropa Konvensiyası) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilə olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəaları Azərbaycan Respublikasının ərazisində müvafiq surətdə tətbiq edilməlidir. Avropa Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən, Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və x8 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cinayət işinə baxarkən ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və x8 haqqında” Avropa Konvensiyasının müddəalarına və Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Cinayət işi üzrə məhkəmənin gəldiyi nəticə sübutlarla əlaqədar olduğundan Avropa Məhkəməsinin həmin məsələlərlə bağlı presedentlərinə müraciət edilmişdir. x1rşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsi Korbely Macarıstana qarşı iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ethiva edir. Həmin prinsiplərə əsasən qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən etməklə yanaşı o, cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Avropa Məhkəməsinin Barbera, Messegue və Yabardo İspaniyaya qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafıq yəni, qanuni yolla əldə olunmalıdır. Eyni zamanda məhkəmə həmin qərarında onu da qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsinin Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Təqsirləndirilən şəxsə verilmiş ittiham onun nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmə və qəsdən yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməlləri ilə bağlıdır. Bu isə verilmiş ittiham üçün kifayət etməmiş, işin bütün halları tam tədqiq edilməmiş, səthi istitaq aparılmaqla və qanunsuz yolla sübut toplamaqla, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı halda CM-nin 263.2-ci və 264-cü maddələri ilə ittiham elan edilərək məhkəməyə verilməsinə səbəb olmuşdur. Başqa sözlə, təqsirləndirilən şəxsə CM-nin 263.2-ci və 264-cü maddələri ilə verilmiş ittiham, qanuna uyğun yolla və kifayət edən həddə əldə edilmiş sübutlar üzərində qurulmamışdır. Ona görə də həmin sübutlara görə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarıla bilməz. Təqsirləndirilən şəxs CM-nin 263.2-ci və 264-cü maddələri ilə bəraət verilməsi ilə eyni vaxtda onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, CPM-nin 356.5-ci maddəsinə əsasən cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq, qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübutolanyol-nəqliyyat hadisəsi yerindən aşkar edilərək götürülmüş boya nümunələri, Vaz-2170 markalı,90 FL573 dövlət qeydiyyat nişanlı avtomobilinalt hissəsindən aşkar edilərək götürülmiş lif məhv edilməli, x6 məxsus bir ədəd gödəkcə, bir ədəd şalvar, bir ədəd jaket, bir ədəd papaq zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus01 ədəd şalvar, bir ədəd pencək, Vaz-2170 markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağının üzlüyü, eləcə də Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində saxlanılan Vaz-2170 markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Ekspertiza xərci olan cəmi 394,10 manat Dövlət büdcəsi hesabına aid edilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 350-353, 356, 358, 384, 42.1, 42.1.2-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış Təqsirləndirilən şəxs onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə maddi sübutolanyol-nəqliyyat hadisəsi yerindən aşkar edilərək götürülmüş boya nümunələri, Vaz-2170 markalı,90 FL573 dövlət qeydiyyat nişanlı avtomobilinalt hissəsindən aşkar edilərək götürülmiş lif məhv edilsin, x6 məxsus bir ədəd gödəkcə, bir ədəd şalvar, bir ədəd jaket, bir ədəd papaq zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus01 ədəd şalvar, bir ədəd pencək, Vaz-2170 markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağının üzlüyü, eləcə də Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində saxlanılan Vaz-2170 markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza xərci olan cəmi 394,10 manat Dövlət büdcəsi hesabına aid edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-1/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-1/2020
24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver