Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-1/2023 18.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1961-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Şəki şəhəri, A.Şaiq küçəsi, ev 73-də qeydiyyatda olmaqlıa yaşamış, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, "xxxx" MMC-da direktor vəzifəsində işləmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 9-da qeydiyyatda olmaqla, Bakı Şəhəri Səbail rayonu, Neftçilər prospekti ev 14, mənzil 65-də yaşamış, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəki şəhər sakini Zərərçəkmiş şəxs Fransa Respublikasında daimi yaşamaq hüququ əldə etməsi üçün viza düzəldəcəyinə köməklik göstərəcəyinə dair yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə 2017-ci ilin dekabr ayının sonlarında Şəki şəhəri ərazisində yerləşən "Gülab evi" adlanan kafedə 9000 manat və 2018-ci ilin fevral ayının əvvəllərində isə Şəki şəhəri ərazisində yerləşən "Təzə Bazar" adlanan yerin yaxınlığında 2000 manat olmaqla ümumilikdə vahid niyyətlə 11000 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəki şəhər sakini Zərərçəkmiş şəxs özü və ailə üzvlərini Fransa Respublikasına getmək üçün Şengen vizası(turistlik) əldə etməsinə və digər sənədləşmə işlərinin aparılmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə 2017-ci ilin dekabr ayının sonlarında Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən "Gülab Lounge" restoranında 9000 manat və 2018-ci ilin fevral ayının əvvəllərində isə Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən "Miraj" adlı qızıl mağazasında 2000 manat olmaqla ümumilikdə vahid niyyətlə 11000 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda dələduzluq cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2004-cü il tarixdən Almaniyadan müxtəlif şəxslərin sifarişi ilə avtomobil gətirib satmaqla pul qazanmışdır. Zərərçəkmiş şəxs Şaki şəhər sakini kimi tanıyır. 2017-ci ilin sonlarına yaxın Raminin qardaşı Orxan ona Fransadan zəng edib Almaniyadan avtomobil gətirdiyini bildiyini, qardaşı Raminin də bura gəlib işləmək istədiyini, lakin hansı qaydada gəlmək lazım olduğunu bilmədiyini bildirib onun Fransa Respublikasına gəlməsinə köməklik gostərməyini xahiş etmişdir. Həmin vaxt o, Orxana Ramini birbaşa Fransaya gətirə bilməcəyini, çünki Almaniya gəlib getdiyini və həmin ölkəyə gəlib getmək barədə məlumatının olduğunu deyib imkan olacağı halda köməklik edəcəyini, Ramini 1 ay müddətində Macarıstan Respublikasına gətirəcəyini,həmin respublikadan Orxanın özü gəlib aparacağını demişdir. Bundan sonra Ramin özü görüşmək istədiyini bildirmişdir. Daha sonra Ramin ilə Şəki şəhərində görüşmüşdür. Ramin ilə danışıb söhbət edən zaman ondan zəruri sənədləri götürüb viza düzəldəcək şəxsə təqdim edəcəyini, həmin şəxsin sənədlərə baxdıqdan sonra pul barədə söz deyəcəyini demişdir. Həmin vaxt Ramin özü və həyat yoldaşı və 3 uşağı birlikdə Fransaya getmək istədiyini bildirmişdir. Bundan sonra Ramindən özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin əslini, xarici pasportlarını, nigah haqqında şəhadətnaməni və hazırda xatırlamadığı digər sənədləri götürüb xəbər verəcəyini demişdir. Bundan sonra Bakı şəhərinə gedib tanışı Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Nərminəni təxminən 2016-cı il tarixdən tanıyır onunla tanışılığı özünə viza düzəldən vaxtı olmuşdur. Nərminə ilə söhbət edən Raminin sənədləri ona təqdim etmişdir. Daha sonra isə onunla iş vizası düzəltmək barədə söhbət edən zaman Nərminə hər viza üçün adambaşına rüsum ilə birlikdə 2000 manat lazım olmasını, Ramin və ailə üzvlərinin 5 nəfər olmasına görə 10.000 manat pulun lazım olmasını, əlavə olaraq 2000 manat bilet pulun da olmasını bildirmişdir. Həmin vaxt Nərminəyə Ramin ilə pul söhbət etməməsini, ondan 12500 manat pul alacağını, həmin pulun 500 manatı onun, 2000 manatı biletin, 10.000 manatı isə onun olacağını deyib bu barədə onunla razılaşmışdır. Daha sonra isə Şəki şəhərinə gəlib, şəhərdə yerləşən, Gülab evində Ramin ilə görüşüb söhbət etmişdir. Söhbət zamanı Raminə özünün və ailə üzvlərinin Macarıstan Respublikasına aparacağını, həmin işə ümumilikdə bilet və digər xərclər daxil olmaqla 12500 manat pulun lazım olacağını, həmin pulun 500 manat hissəsini özünə götürəcəyinə, 2000 manat hissəsi biletə lazım olduğunu və digər hissəsini Nərminə adlı viza hazırlayacaq qadına verəcəyini demişdir. Ramin ilə bu barədə danışıb razılaşdıqdan sonra Ramin 9000 manat hazırda pulun olduğunu, həmin pulu indi verib yerdə qalan 3500 manat hissəsini sonra verəcəyini demişdir. Həmin vaxt Raminin yanında Xancan adlı qohumu olmuşdur. Ramindən 9000 manat pulu götürdükdən sonra Bakı şəhərinə getmişdir. Bakı şəhərində 28 may metrosu ətrafında olan ofisində Nərminə ilə görüşüb ilkin olaraq ona 2000 manat pulu vermişdir. Nərminədən vizanın nə vaxt hazır olacağı barədə soruşduqda o, ilin sonu olduğunu, yanvar ayının 15dən sonra fevral ayının sonlarına kimi həll edəcəyini demişdir. Daha sonra 2018-ci ilin fevral ayının əvvəllərinə Nərminə zəng edib təcili pul lazım olduğunu, 2000 manat pul ehtiyacın olduğunu deyib Ramindən 2000 manat pul alıb ona verməyini demişdir. O, Raminin ona 1000 manat borc qaldığını, yerdə qalan pulun isə onun və biletin pulu olduğunu bildirdikdə Nərminə başqa işlərlə bağlı problemlər olduğunu, həmin 2000 manat pulu başqa işlərə xərcləyəcini və hazırda çətin vəziyyətdən çıxacağını, Raminin işində heç bir narazılıq olmayacağını demişdir. Bundan sonra isə Ramin ilə 2018-ci ilin fevral ayının əvvəllərində Şəki şəhərində, Təzə Bazarda qohumu Xancanın qızıl mağazasında görüşmüşdür. Həmin vaxt ona bilet pulun lazım olduğunu, işin həll edildiyini demişdir. Ramin ilə söhbət zamanı pulun Nərminə başqa məqsədlə verəcəyini bildirməmiş və yalnız bilet üçün lazım olduğunu demişdir. Daha sonra isə orada Ramindən 2000 manat pulu götürüb Nərminəyə Bakı şəhərində, 28 may metrosunun yaxınlığında, "Travel" kimi işlətdiyi ofisində əlbəəl vermişdir. Daha sonra isə onunla sağollaşmışdır. Həmin vaxt sonra Nərminə Ramin və ailə üzvlərinin vizaların hazır olacağını bildirmişdir. Bundan sonra 2018-ci ilin mart ayının əvvəllərində Nərminə Raminin işinin Litva səfirliyində hazırlacağını, şengen vizası olacağını, onun və ailə üzvlərinin səfirliyə gəlməyinin ehtiyac olduğunu demişdir. Bundan sonra bu barədə Raminə demiş və ailə üzvləri ilə birlikdə Bakı şəhərini gəlməyini bildirmişdir. Daha sonra mart ayının əvvəllərində Ramin və ailə üzvləri Bakı şəhərinə gəlmişdir. Onlar ilə H.Əliyev sarayının arxa hissəsində "Winter Plaza" qarşısında görüşmüşdür. Həmin vaxt Nərminəni Raminə təqdim edib işi görəcək adamın bu olduğunu, turizm sirkətin rəhbəri olduğunu demişdir. Daha sonra isə birlikdə həmin plazaya daxil olub foyesində əyləşmişdir. Həmin foyedə Nərminənin özü ilə gətirdiyi anket kağızlarına Ramin və ailə üzvləri imza etmişdir. Plazada Litva səfirliyi və Almaniya Səfirliyi yerləşir. Həmin vaxt Ramin narazılıq eləyib "boş" qayıtdıqlarını, dedikdə səbrli olmaqlarını, hazırlıq işləri getdiyini demişdir. Bundan sonra isə onlar çıxıb Şəkiyə getmişlər. Daha sonra isə Ramin xeyli vaxt keçməsinə baxmayaraq narazılıq edib pulu geri istədikdə Nərminə səbrli olmağını, düzəldəcəyini demişdir. O, da bunu Raminə demişdir. 2018-ci il may ayının əvvəllərində Nərminə yenidən Ramin və ailə üzvlərinin yenidən Bakı şəhərinə gəlməsini demişdir. Bundan sonra təklifi ilə Ramin ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində onlarla "Kasparov" körpüsü adlanan yerdə görüşmüşdür. Litva səfirliyinə getməmiş. Ramin ailə üzvləri və Nərminə səfirliyə getmişlər. Daha sonra bir qədər keçmiş və Ramingil səfirlikdən çıxıb qeydiyyatdan keçdiklərini, 15 gün müddətində məlumat veriləcəyini deyib çox sağol bildirmişlər. Bundan sonra 15 gün keçdikdən sonra Ramin zəng edib heç bir xəbər olmadığını deyib narazılıq edib pulu verməyini demişdir. O, da Nərminəyə bu barədə dedikdə səbrli olmasını, həll edəcəyini, pulun olmadığını, işi düzəldəcəyini demişdir. Bundan sonra isə Nərminə mobil telefonu söndürüb yoxa çıxmışdır. Bundan sonra isə onunla 2018-ci ilin iyun ayında sonra əlaqə saxlaya bilməmişdir. hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs1 ilə birlikdə CM-nin müxtəlif maddələri ilə istintaq aparılır. Həmin məhkəməyə verilməyinn səbəbi Zərərçəkmiş şəxs kimi bir neçə şəxsə viza düzəltmək istəmiş, lakin Nərminə isə bunları düzəltməmiş və aldatmışdır. Bundan başqa ifadəsində Ramindən pulu onu viza hazırladıb Macarıstan Respublikasına aparacağını, vizanın şengen olduğunu, 9000 manat pulu 2017-ci ilin dekabr ayının sonlarında, 2000 manat pulu isə 2018-ci ilin fevral ayının əvvəllərində aldığını, birinci pulu Şəki şəhərində Gülab evi deyilən kafedə, ikinci pulu isə Şəki şəhərində Təzə Bazarda aldığını, Litva səfirliyindən şengen vizası alınıb bilet ucuz olduğuna görə Macarıstana aparacağını, Nərminə 10000 manat pulu hansı formada kimlərə bölüşdürəcəyini bildirmədiyini, bu barədə məlumatının olmadığını, Nərminənin kiməsə pul verib verməsini dəqiq bilmədiyini, Zərərçəkmiş şəxs onun ilə aralarında heç bir ədavət və düşmənçilik, borc münasibətləri olmadığını bildirmişdir. Zərər çəkmiş şəxsə dəymiş zərəri ödəyəcəyinə söz verərək, barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2009-cu il tarixdən 2019-cu il tarixinə kimi Bakı şəhərində müxtəlif turizm şirkətlərində həm menecer, həm direktor vəzifələrində çalışmışdır. Sonuncu dəfə 2018-ci il tarixdə "xxxx" Şirkətini qurmuş və direktoru kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs2 2016-cı il tarixdən Almaniyaya getməyə görə müraciət etmiş və həmin müraciət əsasında Almaniya göndərmişdir. Həmin proseslər zamanı Akifi tanımışdır. Bundan sonra Akif bir neçə şəxsə turistik viza düzəltmək üçün müraciət etmişdir. Həmin vizaları hər bir nəfər şəxs üçün 600-700 manat civarında həll etmişdir. Akifin gətirdiyi bir neçə şəxsə viza hazırlasa da, səfirlik qaydası ciddiləşdiyinə görə sonradan viza üçün müraciət etmək mümkün olmamışdır. Akif ona 2018-ci ilində xatırlamadığı ayında Zərərçəkmiş şəxs və ailə üzvlərinin sənədlərini gətirib şengen vizası almaq lazım olduğunu bildirmişdir. Həmin vaxt Akifilə Ramin və ailə üzvləri olmaqla ümumilikdə 5 nətər üçün şengen vizası hazırlamaq üçün razılaşmışlar. Akif həmin vaxt pulu tam olaraq indi verməyəcəyini, vizalar hazır olub götürüldükdən sonra pulu verəcəyini, ondan əvvəl bir neçə şəxsin viza pulunu verməsinə baxmayaraq vizanın hazırlanmamasına və pulunda geri qaytarılmamasına görə pulu sonradan verəcəyini demişdir. Akif ilə danışdıqdan sonra sənədləri götürdükdən sonra şengen vizasına müraciət üçün ilkin hazırlıqları gördükdən sonra Ramin və onun ailə üzvləri 2018-ci ilin xatırlamadığı ayında Bakı şəhərində "Winter Plazada" görüşmüşdür. Onlar ilə görüşdükdən sonra əvvəlcədən hazırladığı anket məlumatları olan kağızlara imza etdirmişdir. Daha sonra Ramil və ailə üzvləri çıxıb getmişdir. Bundan sonra təxminən 2018-ci ilin may ayında Ramin və ailə üzvləri ilə görüşüb birlikdə Litva səfirliyinə getmişdir. Səfirliyə getdikdən sonra orada sənədləri təqdim etmiş və qeydiyyatdan keçmişdir. Bundan sonra isə səfirlikdən çıxıb getmişlər. Bundan sonra səfirlikdən Ramin və ailə üzvlərinə viza verilməsindən imtina edilmişdir. Həmin imtina barədə məlumat səfirlikdə qeydiyyatdan keçən zaman nömrə yerinə öz nömrəsini qeyd etdiyi üçün onun mobil nömrəsinə sms kimi gəlmişdir. Viza verilməməsinə görə Akifin verdiyi 2000 manat pulu sonradan onun özünə qaytarmı, digər pulu isə ondan almamışdır. Bundan başqa ifadəsində Akifi 2016-cı ildən tanıdığını, onunla münasibətləri viza əldə etmək üçün yarandığını, Ramini tanımadığını, onunla aralarında ədavət və düşmənçilik olmadığını, Akif ilə Ramin və ailə üzvlərinə viza əldə edilməsi 5000 manat pul danışıb razılaşdıqlarını, lakin Akif ilkiin olaraq 2000 manat verdiyinin, viza verildikdən sonra qalan pulu verəcəyini dediyini, vizadan imtina edildiyinə görə Akif pul vermədiyini, Akifin dedikləri düzgün olmadığını, Akif ona pul vermədiyini, həmin pulu rüsum və digər xərclər üçün istədiyini, həmin pulu heç kimə verməyəcəyini, pulu özü üçün və rüsumlar üçün istədiyini, onun ilə aralarında heç bir ədavət və düşmənçilik, borc münasibətləri olmadığını bildirərək barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, rəsmi olaraq heç bir yerdə işləmir. Musiqiçi olduğuna görə xeyir işlərinə getməklə pul qazanıb ailəsini dolandırır. Qardaşı Orxan 15 ilə yaxın müddətdir ki, Fransada yaşayır. Qardaşının işləri normal olduğuna görə onun yanına gedib işləmək fikri olmuşdur. Qardaşı Fransa vətədandaşı olmamasına görə həmin ölkəyə getməyi üçün viza göndərməyi mümkün deyildir. Şəki şəhərində Akif adlı tanıdığı, sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi bir nəfər səxs olmuşdur. Həmin şəxsi xeyli müddətdir ki, tanıyır. Həmin şəxs əvvəllər Almaniyadan maşın gətirib satmış, həmçinin çoxlu sayda insanın xaricə getməsinə köməklik göstərmişdir. Bunları düşünüb 2017-ci il tarixdə Akifin onunda Fransaya getməyinə köməklik göstərəcəyinə inanaraq onunla danışmaq qərarına gəlmişdir. 2017-ci il dekabr ayında onunla danışanda o, Fransaya göndərməyin problem olmadığını, göndərə biləcəyini bildirmişdir. Həmin vaxt Akif Nərminə adlı qadının olmasını, səfirliyin işçisi olduğunu, onunla danışıb məsləhətləşdikdən sonra dəqiq cavab verəcəyini və nə qədər pula ehtiyac olacağını bildirəcəyini demişdir.Təxminən 2017-ci ilin dekabr ayının sonlarında Akif ilə ikinci dəfə Şəki şəhərində, Gülab evi deyilən kafedə oturub söhbət etmişlər. Söhbət vaxtı o, Fransaya rahat göndərəcini, dekabr ayı olduğu üçün yeni ildən sonra fevral ayında məni göndərəciyini, indi 9000 manat pul alacağını, fevral ayında bilet alanda isə 2000 manat pul alacağını, ümumilikdə 11000 manata Fransaya göndərəciyini bildirmişdir. Həmin vaxt Akif 11000 manat pulun bir hissəsini Nərminəyə verəcəyini, bir hissəsi ilə bilet alacağını və bir hissəsinin isə özünə götürəcəyini bildirmişdir. Akifin əvvəllər dəfələrlə müxtəlif şəxsləri xarici ölkəyə göndərməsini bilmiş, həmçinin o, da özü əvvəllər belə işlər gördüyünü, heç vaxt problem yaşamadığını, hamını rahatlıqla göndərdiyini, onu da digərləri kimi göndərəcəyini, viza almaqda çətinlik çəkməyəcəyini deyib köməklik göstərəcəyinə vədlər verib inandırmışdır. İnanmaqda səbəbi elə onun əvvəllər belə işlər görməsi, Nərminə adlı xanımın olmasını, həmin xanım vasitəsilə iş görəcəyini, onunla birlikdə əvvəllərdə belə işlər gördüyünü bildirməsi özünə və Nərminəyə qarşı inam yaratdığını və həm Nərminənin, həmdə Akifin viza əldə etməyində köməklik göstərəcəyinə inam yarandığına görə pulu vermək qərarına gəlmişdir. Həmin pulu inanıb vermək səbəblərimdən biri Akif, biri də Nərminə olmuşdur. Belə ki, həmin vaxt Akifə 9000 manat pul vermişdir. Həmin vaxt Akifə özünün və ailə üzvlərinin xarici pasprotlarını vermişdir. Yanında həmin vaxt bibisioğlu Şahid2 olmuşdur. Pulu verdikdən sonra Akif özü xəbər edəcəyini bildirmişdir. Daha sonra isə sağollaşmışlar. Bundan sonra fevral ayına kimi bir neçə də Akif ilə əlaqə saxladıqda o, yeni il ilə əlaqədar olaraq qarışıqlıq olduğunu, fevral ayında özünün çağıracağını bildirmişdir. Bundan sonra 2018-ci ilin fevral ayının əvvəllərində Akif zəng eləyib hər şeyin hazır olduğunu bilet üçün dediyi 2000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra səhərisi günü, Akif ilə 2018-ci ilin fevral ayının əvvəllərində bibisioğlu Xancanın Şəki şəhəri Təzə Bazar ərazisində olan, qızıl mağazasında görüşmüşdür. Həmin vaxt ona 2000 manat pul vermişdir, Akif isə tələsik pulu götürüb getdi, avtomobil gözlədiyini, narahat yerdə saxladığını, özü əlaqə saxlayacağını bildirmişdir. Bir qədər keçdikdən sonra 2018-ci ilin fevralın sonu mart ayının əvvəllərində Akif zəng eləyib o və ailə üzvlərinin sənədləri ilə birlikdə Bakı şəhərinə, Litva səfirliyinə gəlməyini bildirmişdir. Həmin vaxt Fransa səfirliyini vox niyə Litva səfirliyinə gedəcəyini soruşduqda o, vizanın şengen olduğunu, həmin səfirlikdə daha rahat olmasını bildirmişdir. Bundan sonra isə və ailə üzvləri olan, yəni nəyat yoldaşı Şahid1, övladları həmin vaxt 15 yaşlarında olan Aysun və əfsanə, 6 yaşında olan oğlu Ələfsər ilə birlikdə Bakı şəhərində, Akifin bildirdiyi H.Əliyev sarayın arxa hissəsindəki ünvana getmişdir. Həmin ünvana getdikdə Litva səfirliyinin olmadığını, otel kimi bir yer olduğunu görmüşdür. Həmin vaxt Akif ilə görüşdükdə onun yanında, əvvəllər dediyi Nərminə olmuşdur. Akif həmin qadını səfirliyinin işçisi kimi təqdim etmişdir. Həmin vaxt Nərminə ilə ilkin tanış olsada Akif vizanı həmin qadının vasitəsilə əldə edəcəyini və aldığı pulun bir hissəsini bu məqsədlə ona verəciyini bildirmişdir. Söhbət zamanı Nərminə də Akifin dediklərini təsdiq edib viza düzəltməkdə köməklik edəcəyini, bu məqsədlə hazırda anket məlumatların hazırlanmasının zəruri olduğunu, əvvəllər müxtəlif şəxsləri xarici ölkələri göndərilməsi üçün viza əldə etməklərinə köməklik etdiyini, narahatlığıma heç bir əsas olmadığını, lakin bu işlərin qısa müddət ərzində deyil müəyyən müddət ərzində hazır olduğunu, buna görə də bir qədər səbrli olmağımızı bildirmişdir. Həmin oteli gördükdə, həmçinin Nərminəni gördükdə artıq Akifdən şübhələnməyə başlamışdır. Ondan buranın səfirliyinə oxşamadığını, bayraqların olmadığını dedikdə, Akif və Nərminə səfirliyin binasında təmir işləri getdiyi üçün müvəqqəti olaraq bura köçürüldüyün bildirmişdir. Bundan sonra həmin otel girişdə olan "jurnalnı" stolunda yanında əyləşmiş və Akif kağız veriblər imzalamığı bildirmişlər. Həmin vaxt artıq Akifdən şübhələndiyi üçün ona əsəbləşmişdir. Akif isə " sənə viza lazım deyil? Mən göndərirəmdə" demişdir. Bundan başqa həmin vaxt Nərminə də Akifin dediklərini təsdiq edib narahat olmamağı demişdir. Bundan sonra əsəbləşdiyinə görə indi xatırlamadığı kağıza yazı yazmışdır. Həmin vaxt ondan sonra ayrılmış və Şəkiyə qayıtmışlar. Həmin vaxtdan sonra Akif ilə danışan zaman o, göndərəciyini, arxayın olmağını bildirmişdir. Bundan sonra isə 2018-ci ilin may ayının əvvəllərində Akif zəng edib Litva səfirliyinə gəlməyini demişdir. Bundan sonra yenə ailə üzvləri ilə birlikdə Litva səfirliyinə getmişlər. Akif ilə "köhnə kasparov" körpüsünün yanında görüşmüşlər. Həmin vaxt onun yanında Nərminədə olmuşdur. Onlarla görüşdükdən sonra birlikdə səfirliyə getmişlər. Onlar səfirliyə ailə üzvləri və Nərminə ilə birlikdə getmişlər. Səfirliyə getdikdə Akif və Nərminə sənədlərini Litva səfirliyinə artıq vermişdir. Səfirliyə getdikdən sonra orada sorğu sual etdikdən sonra 15 iş günü ərzində məlumat veriləcəyini bildirib ona məlumat verilməsi üçün əlaqə nömrəsi istənilmişdir. Həmin vaxt Nərminə qabaqlayıb Şəkidən gəlməyini bildirib özünün Bakı şəhərində olmasına görə öz nömrəsini qeyd etdirmişdir. Bundan sonra isə səfirlikdən çıxmışlar və Akifgil ilə sağollaşıb rayona qayıtmışlar. Onun səfirliyə aparması sənədlərini verməyi, orada sorğu sual etməklə inam yaratmışdır. Bundan sonra səfirlik 15 gün deməsinə baxmayaraq heç bir xəbər çıxmamışdır. Daha sonra isə Akif və Nərminə ilə danışan zaman o, proseslər getdiyini, xəbər verəcəklərini bildirmişlər. Bundan sonra isə Akif və Nərminənin aldatmasını başa düşmüşdür. Akif ilə ondan sonra dəfələrlə əlaqə saxlasada sonradan əlaqə saxlaya bilməmişdir. Evlərinə getdikdə ailəsi onunla boşandığını, oğlu isə onun kimi atasının olmadığını bildirmişdir. Bundan sonra isə Akif dəfələrlə müxtəlif bəhanələrlə pulu geri verəcəyini bildirmişdir. Daha sonra isə ondan sənədləri geri istədikdə o, tanımadığı Şəki taksisi ilə Bakı şəhərindən göndərmişdir. Həmin vaxtdan sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. Bundan başqa ifadəsində Akifə 9000 manat pulu 2017-ci ilin dekabr ayının sonlarında Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən "Gülab Lounge" adlanan restoranda, 2000 manat pulu isə 2018-ci ilin fevral ayının əvvəllərində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən bibimoğlu Xancanın "Miraj" adlı qızıl mağazasında Fransaya göndərmək üçün viza almağına köməklik göstərməyi məqsədilə verdiyini, Təqsirləndirilən şəxs2 həmin pulu hansisa vəzifəli şəxs erəcəyini demədiyini, Nərminəni tanımadığını, adının Nərminə olduğunu bildiyini, onun da adını Akif dediyini, nömrəsinin isə ***-***-**-** olmasını bildiyini, sonradan isə onun Təqsirləndirilən şəxs1 olmasını eşitdiyini, Akifin n 055-750 - 80-91, ***-***-**-**, ***-***-**-** mobil nömrələri olduğunu bildiyini, pulu verən zaman yanında Xancan bibioğlu olduğunu, Akif və Nərminə ilə aralarında ədavət, düşmənçilik borc münasibətləri olmadığını, Litva səfirliyinə heç bir məlumat gəlmədiyini, sonradan başa düşmüşdür ki, səfirlik viza verməmiş, Nərminə də öz nömrəsini verməkdə məqsədi vizanın verilməməsindən xəbərinin olmaması olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırı, Zərərçəkmiş şəxs dayısı oğludur. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, yaşadığı evlər yaxın olduğuna görə münasibətləri yaxşı olmuşdur. Akif uzun müddət Almaniyadan avtomobil gətirib burada satmaqla pul qazanmışdır. Ramin qardaşı Orxan uzunmüddətdir ki, Fransa Respublikasında yaşayır. Orxan Fransa Respublikasında yaşadığına görə Ramində onun yanına gedib işləmək qərarına gəlmişdir. Ramin ona Fransaya gedib işləmək istədiyini, lakin viza hansı formada düzəlməsindən məlumatının olmadığını, qonşuluğumuzda olan Akifin Almaniyada gedib gəldiyinə görə onun viza düzəltməkdə məlumatının olduğunu deyib Akif ilə görüşmək istədiyini, onunla birlikdə getmək istədiyini demişdir. Bundan sonra isə Ramin və Akif ilə Şəki şəhərində olan Gülab evinin adlanan kafeinin yaxınlığında görüşmüş və həmin kafeyə keçib əyləşmişlər. Söhbət zamanı Ramin Fransaya getmək istədiyini deyib köməklik istədikdə Akif özü əvvəllər belə işlər gördüyünü, heç vaxt problem yaşamadığını, hamını rahatlıqla göndərdiyini, Ramin və ailəsini də digərləri kimi göndərəcəyini, viza almaqda çətinlik çəkməyəcəyini deyib köməklik göstərəcəyinə vədlər vermişdir. Bundan sonra isə Ramin ona inanmış, bundan sonra isə nə qədər pul lazım olacağı barədə söhbət getdikdə Akif əvvəlcə 9000 manat pul lazım olduğunu, sonra isə 2000 manat lazım olacağını, ilin sonu olduğuna görə təzə ilin əvvəllərində vizaların açılacağını bildirmişdir. Bundan sonra həmin vaxt Ramin Akifə pul vermiş, bundan sonra isə bir qədər bu barədə söhbət etdikdən sonra sağollaşaraq getmişlər. Həmin vaxtdan bir xeyli keçdikdən sonra təxminən 2018-ci ilin fevral ayının əvvəllərində bazarda işlədiyi qızıl mağazasında olan Ramin mağazaya gəlmişdir. Həmin vaxt o, Akifin bura gələcəyini deyib sonuncu pulu verəcəyini bildirmişdir. Bundan bir qədər keçdikdən sonra isə Akif mağazaya gəlmişdir. Həmin vaxt Ramin Akifə 2000 manat pul vermiş, Akif isə mağazada çox qalmamış və tələsdiyini deyib çıxıb getmişdir. Bundan sonra xeyli müddət keçmişdir. Ramin ilə söhbət zamanı işinin nə yerdə olmasını soruşduqda o, iki dəfə Bakı şəhərinə getdiyini, orada Akifin səfirliyin işçisi kimi təqdim etdiyi Nərminə adlı qadının onları səfirliyə apardıqlarını və qeydiyyatda keçdiklərini bildirmişdir. Bir müddət keçdikdən sonra isə Ramin işin alınmadığını, Akif və həmin Nərminə adlı qadının onu aldatdığını, sənədlərinin onlarda qaldığını demişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Litva Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən daxil olmuş məktubdan görünür ki, Zərərçəkmiş şəxs 24 may 2018-ci il tarixdə səfirliyə şengen vizası(turistlik) üçün müraciət etmiş, sənədləri artıq qalmamış və imtina səbəbini isə bildirə bilməcəyəklər. Şəki Rayon Psixiatriya Xəstəxanasında daxil olmuş məktubdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 və ünvan 3 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. Respublika Psixiatriya Xəstəxanası X6 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Şəki RMX X6 daxil olmuş məktubdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 və ünvan 3 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs Şəki RMX X10 narkoloji kabinetinə müraciət etməmiş, qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs2 barəsində olan arayış və xasiyyətnamədən görünür ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır, yaşadığı müddət ərzində barəsində şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 barəsində olan arayış və xasiyyətnamədən görünür ki, o, Bakı şəhəri, X11 küçəsi ev 9 ünvanında qeydiyyatdadır, yaşadığı müddət ərzində barəsində şikayət daxil olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1 (101)-71/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 320.1, 32.4, 312.2, 318-1.2.1, 318-1.2.3, 29, 318-1.2.1, 29 318- 1.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdətəqsirli bilinmiş, ona CM-nın 178.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nın 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 318- 1.2.1, 318-1.2.3, 29, 318-1.2.1, 29, 318-1.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş Azərbaycan Respublikası Cinayət- Prosesual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən CM-nin 320.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 cəza təyin edilməmiş, CM-nın 66.3-cü maddəsi ilə təyin edimiş azadlıqdan məhrumetməetmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçıəkmə müddətinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1 (103)-1055/2023 nömrəli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1 (101)-71/2023 saylı hökmü apellyasiya şikayətihnə və protestinə münasibətdə dəyişdirilərək. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə və cəzalandırılmasına dair müddəalar çıxarılsın (xaric edilsin). Təqsirləndirilən şəxs2 CM-nin 178.3.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müdətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 318-1.2.1, 318-1.2.3, 29, 318- 1.2.1, 29, 318-1.2.3-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddtə azadlıqdan məhrumetmə cəzası ilə CM-nın 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətə azadıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 CM-nin 178.3.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müdətə azadlıqdan məhrumetmə cəzası və CM 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası, CM-nin 318-1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddtə azadlıqdan məhrumetmə cəzası ilə CM-nın 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nın 67.1-ci maddəsinə əsasən həmin cəza Nəsimi rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrumetmə cazası və Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə 3000 (üç min) manat cərimə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 21-1/3- 24812 nömrəli, 18 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat, Nəsimi Rayon Məhkəməsinin 15 oktyabrr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına 02 il sınaq müddəti ərzində şərti olaraq məhkum edilmiş X3 “8” Noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 Noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinin altına düşdüyü üçün Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı iləcərimə cəzasından azad edilmişdir.Təqsirləndirilən şəxs1 hökmlə təyin edilmiş sınaq müddəti isə xx.xx.2021-ci il tarixdə başa çatdığından cəzadan azad edilərək Bakı Şəhər Probasiya İdarəsinin qeydiyatından çıxarılmışdır. 18 avqust 2021-ci il tarixli 1315 nömrəli qəbzdən görünür ki, X2 tərəfindən dövlət xəzinədarlığına hökm üzrə təyin edilmiş cərimə cəzası üzrə 1001 manat ödəniş etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Süleynman oğlunun məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərinmə cəzasının “8 Noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 Noyabr 2021-ci il tarixlin Qərarının 2.11-ci bəndinə əsasən ödənilməmiş 2000 manat hissəsindən azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərər çəkmiş Zərərçəkmiş şəxs və onun ailə üzvlərinə viza almaqda köməklik edərək ölkədən getmələrinə kömək edəcəyi barədə yalan vədlər verməklə inandırıb Akif Əsəsdov onun ilkin olaraq 9000 manat, daha sonra isə 2000 manat olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 11000 manat pulunu vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir. İşin faktiki hallarından həmçinin görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs viza alınması üçün Təqsirləndirilən şəxs2 verdiyi pulun 2000 manatını sonuncu Təqsirləndirilən şəxs1 vermiş, o da işin düzəlməsi üçün zərərçəkmiş şəxsə və onun ailə üzvlərinə yalan vədlər verərək onlara işin düzələcəyini bildirsə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 niyyətlərii onun pulunu aldatmaqla və etibardan sui-istifadə etməklə ələ keçirmək olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində özünün Zərərçəkmiş şəxs münasibətdə ona qarşı dələduzluq etmədiyini, özünün turizm şirkəti olduğundan onun və ailə üzvlərinin viza alması üçün Litva səfirliyinə getdiyini lakin onlara səfirlikdən imtina gəldiyi üçün işlərinin alınmadığını, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə kömək etmək və işlərin görülməsi məqsədi ilə 2000 manat pul aldığını lakin sonra həmin pulu Təqsirləndirilən şəxs2 geri qaytardığını bildirsə də, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu hallar məhkəmə istintaqında öz təsdiqini tapmamışdır, məhkəmə hesab edir ki, bu hallar mövcud olmuş olsa belə, onun əməlinin cinayət olmasını aradan qaldırmır. Belə ki, işin faktiki hallarından və Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadədən görünür ki, səfirlik qaydası ciddiləşdiyinə görə sonradan viza üçün müraciət etmək mümkün olmamış, lakin Akifin yenidən müraciət edib təkid etdikdə pula ehtiyacı olduğuna görə viza düzəltmədən həmin şəxslərdən Akifin vasitəsilə pul almışdır. Viza üçün müraciət etmədən pul almaq niyyətindən Akifin məlumatı olmamışdır. Sonuncu ilə digər vizə məsələlərinin düzəldilməsindən Akifə borcunun qaldığını, bundan başqa Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin və onun ailə üzvlərinin başqa ölkədə işləməyə getmək üçün viza alıması ilə bağlı məsələdə, həmin işləri həll edəcəyinə dair yalandan söz vermiş bu işin həlli üçün Təqsirləndirilən şəxs1 da 2000 manat pul alaraq Təqsirləndirilən şəxs2la birlikdə zərər çəkmiş şəxsi aldatmaq və etibarından sui-istifadə etməklə xeyli miqdarda pulunu ələ keçirmişlər. Onun zərər çəkmiş şəxsin ailə üzvləri ilə birlikdə səfirliyə getməsi və bu işlərin görülməsində onlara köməklik etməsini bildirməsi, zərər çəkmiş şəxsin pulunun dələduzluq yolu ilə ələ keçirməməsinə haqq qazandırmır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, təqsirləndirilən şəxslərin niyyəti əvvəlcədən zərər çəkmiş şəxin pulunu ələ keçirməyə yönəlmiş, bu məqsədlə onlar zərər çəkmiş şəxsdən viza alınması üçün vaxtlarda olmaqla, ümumilikdə vahid niyyətlə 11000 manat pul alıb həmin vəsaitin öz ehtiyacları və digər şəxslərə olan məsələlərini həll etmək üçün xərcləmişlər. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsə də, onun zərər çəkmiş şəxslərə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-in 59-cu madəsinə əsasən yüngülləşdirən və 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxslərə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onların barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onların törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətmələri və zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməyərək cinayətin ictimai təhlükəli nəticələrini aradan qaldırmamaları, şəxsiyyətləri nəzərə alınmaqla, barələrində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1 (103)-1055/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs2 CM-nin 178.3.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müdətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 318-1.2.1, 318-1.2.3, 29, 318-1.2.1, 29, 318- 1.2.3-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddtə azadlıqdan məhrumetmə cəzası ilə CM-nın 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətə azadıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəzayala qismən toplanılmalı (CM-66.5), cəza çəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə hesablandığı vaxtdan 22 iyun 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1 (103)-1055/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 CM-nin 178.3.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müdətə azadlıqdan məhrumetmə cəzası və CM 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası, CM-nin 318-1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddtə azadlıqdan məhrumetmə cəzası ilə CM-nın 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nın 67.1-ci maddəsinə əsasən həmin cəza Nəsimi rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrumetmə cazası və Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə 3000 (üç min) manat cərimə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəzayala qismən toplanılmalı (CM-66.5), cəza çəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə hesablandığı vaxtdan 22 iyun 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. Bundan başqa, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 3000 manat cərimə cəzası icra olunduğundan hazırki hökmlə hesablanmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, müsadirə edilməli əmlak və maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1 (103)-1055/2023 nömrəli qərarı ilə qəti olaraq təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1 (103)-1055/2023 nömrəli qərarı ilə qəti olaraq təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il, 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-1/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-1/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver