Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-10/2023 30.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X8 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X14 iştirаkları ilə 07 avqust 1998-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını gizli yolla talama məqsədi ilə fərdi yaşayış evinə və saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını gizli yolla talama məqsədi ilə qanunsuz olaraq 25 may 2022-ci il tarixdə, saat 3 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarının üzərindən həyətinə keçdikdən sonra həmin yaşayış evinin saxlanc yeri olan zirzəmi otaqlarından birinə nəfəslikdən və digərinə isə qapının açıq olmasından istifadə etməklə daxil olaraq həmin zirzəmi otaqlarından və altıaçıqdan dəyəri 1000 manat olan 01 ədəd 100 litrlik mis qazanı, dəyəri 500 manat olan 01 ədəd mis mecməyini, dəyəri 100 manat olan 01 ədəd mis kəpkiri, hər birinin dəyəri 800 manat, ümumi dəyəri 1600 manat olan 02 ədəd 90 litrlik mis qazanları, hər birinin dəyəri 300 manat, ümumi dəyəri 600 manat olan 02 ədəd mis mecməyıları, hər birinin dəyəri 250 manat, ümumi dəyəri 500 manat olan 02 ədəd 7 litirlik latun samovarları, dəyəri 50 manat olan 01 ədəd mis abgərdəni, dəyəri 30 manat olan 01 ədəd balaca mis kəfkirü, hər birinin dəyəri 500 manat, ümumi dəyəri 1500 manat olan 03 ədəd 80 litrlik mis qazanı, dəyəri 300 manat olan 01 ədəd mis mecməyinı, dəyəri 400 manat olan 01 ədəd 70 litrlik qazanı, dəyəri 250 manat olan 01 ədəd mis mecməyinı, dəyəri 300 manat olan 01 ədəd 60 litrlik mis qazanı, dəyəri 200 manat olan 01 ədəd mis mecməyinı, dəyəri 70 manat, diametri 80 sm olan 01 ədəd mis tavanı, hər birinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 90 manat olan 30 ədəd nejefeka kabab şişlərini, dəyəri 30 manat olan 01 ədəd mis xəkəndazı, dəyəri 500 manat olan 01 ədəd diametri 80 sm olan mis mecməyinı, hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 240 manat olan 04 ədəd iri mis süzgəci, dəyəri 10 manat olan 01 ədəd alüminium su süzəni (leyka), dəyəri 30 manat olan 01 ədəd yığılıb-açılan dəmir çarpayını, dəyəri 80 manat olan 01 ədəd 3 metr hündürlüyündə, 22 mm qalınlığında dəmir armaturdan ibarət 01 ədəd nərdimavanı, dəyəri 50 manat olan hündürlüyü 2 metr, 25 mm qalınlığında 01 ədəd dəmir nərdivanı, dəyəri 20 manat olan eni 1 metr, uzunluğu 1,6 metr olan qalın tutacaqlı 01 ədəd dəmir listi, hər birinin dəyəri 24 manat olmaqla ümumi dəyəri 96 manat 04 ədəd hər biri 2 metr, ümumi 8 metr uzunluğunda 20 mm qalınlığında dəmir armatırları, hər birinin dəyəri 12 manat olmaqla ümumi dəyəri 48 manat 04 ədəd hər birinin uzunluğu 1,5 metr, ümumi 6 metr uzunluğunda olan dəmir uqolnikləri və dəyəri 30 manat olan 01 ədəd mis badyanı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə cəmi 8624 (səkkiz min altı yüz iyirmi dörd) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs onа elаn edilən ittihаm üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, atası Mirkazım Abdurrəhimov dünyasını dəyişdikdən sonra anası Şahid1 ilə birlikdə yaşayır. Bir çox hallarda "Qafqaz" adlanan restoranın yaxınlığında yerləşən Qurban adlı şəxsin ət satılan mağazasına gedib oradan nisiyə ət almışdır. Ət mağazası Şəki şəhəri 20 yanvar küçəsində yerləşir. Ət almağa gedibgələrkən evlərdən birinin qapısı üzərində satlır sözü yazılmasını və yaşayış olmadığını görmüşdür. O, oğurluq etdiyi günə kimi bir neçə gün həmin evin ətrafında gəzib müşahidə aparmış və evə girib-çıxan olmadığını görmüşdür. Ondan sonra tam əmin olmuşdur ki, evdə yaşayan yoxdur. xx.xx.2022-ci il tarixdə gecə saat 3 radələrində Şəki şəhəri 20 yanvar küçəsində yerləşən evin yaxınlığına getmiş və ətrafda heç kimin olmadığını müşahidə etmiş, evin ətrafı çay daşları ilə hasarlanmış, iki darvaza qapısı vardır. Dəmir darvaza qapısının sol tərəfində olan dəmir qaz borusu ilə hasarın üzərinə qalxmış, oradan da evin həyətinə düşmüşdür. Həyətə nəzər yetirdiyində həyətyanı sahəni kol-kos örtüldüyünü görmüş, tam arxayın olmuşdur ki, evdə yaşayış yoxdur. Evin zirzəmisinə girmək qərarına gəlmışdir. Pəncərənin açıq yerindən zirzəmiyə daxil olmuş, lakin orada elə də qiymətli əşyalar olmadığına görə çölə çıxmış, evin arxa tərəfindən keçib digər zirzəminin giriş qapısı önünə gəlmişdir. Sol tərəfdə yerləşən zirzəminin qapısı üzərində asma kilid olsa da kilidin açıq olduğunu görmüşdür. Həmin zirzəmiyə daxil olub oradan 1 ədəd böyük mis qazan, həmin qazanın mis mecməyisini və 1 ədəd mis kəfgiri götürüb çıxmışdır. Oradan çıxıb digər zirzəminin göy rəngli qapısına yaxınlaşmış, çöl tərəfdən qapını əliylə itələsə də qapı daxili kilidlə bağlı olduğuna görə aça bilməmişdir. Həmin zirzəminin balaca açıq nəfəsliyindən zirzəmiyə daxil olmuş, zirzəmiyə daxil olduqdan sonra ətrafa nəzərə yetirdikdə orada köhnə işlənmiş mis qazanlar, samovarlar və bir çox əşyalar olmasını görmüşdür. O, iki taylı göy rəngli qapının aşağı və yuxarı hissəsində olan cəftələrini, daha sonra qapını özünə çəkməklə açmışdır. Sonra zirzəmidə divara bərkidilmiş rəflərin önündəki pərdələri açdıqda görmüşdür ki, 2 ədəd iri mis qazan və 2 ədəd mecməyini, 2 ədəd 5 litirlik latun samovarları, 1 ədəd mis abgərdəni, 1 ədəd balaca mis kəfkiri, polkanın yaxınlığında pəncərənin önündə 3 ədəd mis qazanları, 1 ədəd mis tavanı götürüb qapıdan çölə yığmış, sonra qapını bağlayıb yenidən nəfəslikdən çölə çıxmış, sonra evin altıaçığına nəzər yetirdiyində oradan 1 ədəd mis xəkəndaz və 1 ədəd mis mecməyini götürmüşdür. Bütün bunlardan sonra oğurladığı əşyaları darvaza qapısının yaxınlığına yığmışdır. Darvaza qapısını həyətdən açıb oğurladığı əşyaları "Məişət" deyilən yerin həyətinə aparıb yığmışdır. Oğurladığı əşyaları həmin yerdə kol-kosun arasında gizlətdikdən sonra yaşadığı evə gedib yatmış, səhər tezdən münasibəti olan Şahid2 zəng vuraraq ona demişdir ki, yaşadığı evə yaxın ərazidə yerləşən ərzaq mağazasına şəkər tozu gətirməlidir. Ona köməklik edib həmin şəkət tozunu maşına yığıb gətirməyi xahiş etmişdir. Elvinlə görüşüb kombinat istiqamətinə hərəkət etmişlər. Bir nəfər Chevrolet Niva markalı avtomobildən düşərək arxa yük yerini açmışdır. Elvinlə həmin avtomobildən 3 ədəd şəkər tozu ilə dolu kisələri avtomobildən götürüb Ford markalı avtomobilə yükləmişdir. Həmin şəkər tozlarını birbaşa Elvingilə məxsus ərzaq mağazasına gətirmişlər. Kisələri mağazaya qoyub bir yerdə Şəki şəhər ticarət mərkəzinə getmişlər. Elvin bazara girdikdən sonra Qurban daynının yanına gedib şəxsi işiylə bağlı evə gedib-gəlməsi üçün avtomobili 5 dəqiqəlik ona verməsini xahiş etmişdir. Oğurladığı qazanları, somavarları və digər əşyaları Qurban dayının maşınına yığıb yaşadığı evin həyətinə gətirmişdir. Evə gələndə anası evdə olmamış, oğurladığı əşyaları yaşadığı evin həyətində yerləşən yaşayış olmayan digər evin zirzəmisinə görünməyən yerə qoymuş, sonra Qurban dayıya məxsus avtomobili işə salıb idarə edərək bazar istiqamətində gedib avtomobili götürdüyü yerə qoyub çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Şahid2 zəng etmiş, yaşadığı evdə dəmir əşyaları olduğunu, həmin əşyaları satacağı yerə aparmasını xahiş etmişdir. Şahid2 yaşadığı evə gəlmiş və oğurladığı əşyaları onun avtomobilinə yığdıqdan sonra Şəki şəhəri "Qax astonovkası” deyilən yerdə Rahim adlı şəxsin metal qəbulu sexinə gedib oğurladığı mis qazanları və digər müxtəlif əşyaları metal kimi satmışdır. Şahid2 mis əşyaların rəhmətlik nənəsindən qaldığını, pulu olmadığına görə satdığını demişdir. Satdığı mis əşyaların çəkisi 66 kq olmuş, həmin şəxs bir kiloqramı 10 manat 50 qəpiyə vurub ona 693 manat pul vermişdir. Şahid2 10 manat yol haqqı vermiş, oğurluqla əldə etdiyi pulu şəxsi işlərinə və mərhum atasının baş daşına xərcləmişdir. Həmin ərəfədə “motor aralığı” deyilən yerdə Ülviyə məxsus evin həyətində fəhlə kimi işləmişdir. Ev sahibi Ülvi ona demişdir ki, həyətdə qurumuş ağacları kəsərsən, yarasız vəziyətdə olan dəmir əşyalarını götürüb aparsan. Ülviyə məxsus evin həyətində ağacları bir yerə yığmış, sonra həyətdə olan çürümüş vedrələri, paslanmış pəncərə barmaqlığlarını bir yerə toplamışdır. Elvinin atası Qurbandan xahiş etmişdir ki, avtomobili ona versin, Ülvidən aldığı ağacları və dəmirləri həyətlərinə gətirsin. O, Ford markalı avtomobil ilə Ülvi yaşayan evin həyətinə gedib, ona verilən ağacları və dəmirləri yığıb yaşadığı evin həyətinə gətirmişdir. xx.xx.2022-ci il tarixdə yenidən Şahid2 zəng edərək evində satacağı dəmir olduğunu, həmin dəmirləri idarə etdiyi Ford markalı avtomaşınla Rahimin metal qəbulu sexinə aparmasını xahiş etmişdir. Bir qədər sonra Şahid2 gəlmiş, avtomobilin yanacağı olmadığı üçün onun avtomobilinə 5 manatlıq yanacaq vurmuşdur. Oğurluq zamanı əldə etdiyi 2 ədəd 5 litrlik latun samovarları və fəhlə işləyərkən söküntüdən topladığı dəmirləri yığıb Rahimin metal qəbulu sexinə aparmışdır. Aldığı pulun məbləğini xatırlamır, şəxsi işlərinə xərcləmişdir. Akifənin evindən 3 ədəd qazan, 2 ədəd məcməyi 2 ədəd kəpkir, 3 ədəd süzgəc və 2 ədəd samovar oğurlamışdır. Ümumiyyətlə mis olan əşyaları oğurlamasını etiraf edir.. Lakin dəmirdən olan digər əşyalar, yəni uqolnik, armatur, nərdivan, şişlər və s. olmayıb və o, götürməyib. Oğurladığı bütün malları Rahimə satıb. Oğurluğu maddi problemlərinə görə etmişdir, hazırda etdiyi əməldən peşmandır. Ziyanı ödəmişdir. Ona görə də, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində daimi yaşayış olmuşdur. Yaşadığı evdə olan qədimi mis əşyalar ata-babasından onlara miras qalmışdır. Həmin əşyaları evin zirzəmisində saxlamışdır. Özü uzun illərdir asma xəstəliyindən əziyyət çəkdiyinə görə qış aylarında bacısı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində yaşayır. Yaz-yay aylarında isə Şəki şəhərinə qayıdır. xx.xx.2021-ci il tarixdən Bakı şəhərinə getmiş, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Şəki şəhərində yerləşən evinə qayıtmış, bacısı Şahid5 ilə birlikdə evin darvaza qapısını açıb həyatyanı sahəyə girdiyində darvaza qapısından solda evin zirzəmisinə qoyduğu böyük ölçülü mis çömçənin otun üzərində olduğunu görmüşlər. Evə yaxınlaşmış və evin arxa hissəsinə düşən zirzəminin qapısına nəzər yetirdikdə qapının üzərində olan asma qıfılın bağlı vəziyyətdə olduğunu görmüş, sonra qapının asma qıfılını açıb zirzəmiyə daxil olmuşlar, həmin vaxt qapıdan daxil olduqda sol tərəfə qoyduğu böyük qədimi 100 litr tutumu olan mis qazanın, həmin qazanın mis mecməyisinin və 1 ədəd mis kəfkirin yerində olmadığını görmüşlər. Səhər gün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Zirzəmidə oraya qoyduğu 2 ədəd 90 litr tutumu olan mis qazanın və 2 ədəd mecməyinin, 2 ədəd 5 litirlik latun samovarın, 1 ədəd mis abgərdənin, 1 ədəd balaca mis kəfkirin, polkanın yaxınlığında pəncərənin önündə 3 ədəd biri 3 litirlik, biri 5 litirlik, biri 6 litirlik mis qazanların, diametri 80 sm olan mis tavanın və 30 ədəd kabab şişlərinin yerində olmadığını, sonra evin altıaçığına nəzər yetirdikdə oradan 1 ədəd mis xəkəndaz və 1 ədəd mis mecməyinin yerində olmadığını görmüşdür. O, evindən naməlum şəxs və ya şəxslərin oğurladığı əşyaları tam olaraq müəyyən etmiş və polis şöbəsinə gəlmişdir. Evindən oğurlanmış 1 ədəd 100 litrlik mis qazanın dəyəri 1000 manat, həmin qazanın 1 ədəd mis mecməyısının dəyəri 500 manat, 1 ədəd iri mis kəfkirin dəyəri 100 manat, 2 ədəd 90 litrlik mis qazan hər birinin dəyəri 800 manat, ümumilikdə 1600 manat, həmin qazanların 2 ədəd mecməyisi hər birinin dəyəri 300 manat, ümumilikdə 600 manat, 2 ədəd 7 litirlik latun samovarların hər birinin dəyəri 250 manat, ümumi dəyəri 500 manat, 1 ədəd mis abgərdənin dəyəri 50 manat, 1 ədəd balaca mis kəfkirin dəyəri 30 manat, 3 ədəd yəni, 80 litirlik mis qazanın dəyəri 500 manat, həmin qazanın mis mecməyısı 300 manat, 70 litirlik qazanın dəyəri 400 manat, həmin qazanın mis mecməyısı 250 manata, 60 litirlik mis qazanın dəyəri 300 manat, həmin mis qazanın mecməyısının dəyəri 200 manat, 1 ədəd diametri 80 sm olan mis tavanın dəyəri 70 manat, 30 ədəd nejefeka kabab şişlərinin hər birinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 90 manat, 1 ədəd mis xəkəndazın dəyəri 30 manat və 1 ədəd diametri 80 sm olan mis mecməyinin dəyəri 500 manat, 4 ədəd iri mis süzgəcin, hər birinin dəyəri 60 manat, ümumi dəyəri 240 manat, 1 ədəd alüminium su-süzənin (leyka) dəyəri 10 manat, 1 ədəd dəmir yığılıb-açılan çarpayının dəyəri 30 manat, 1 ədəd 3 metr hündürlüyündə, 22 mm qalınlıqda dəyəri 80 manat olan dəmir armaturdan ibarət nərdimavan, 1 ədəd hündürülüyü 2 metr, 25 mmqalınlıqda dəyəri 50 manat olan dəmir nərdivan, eni 1 metr, uzunluğu 1.60 metr olan qalın tutacaqlı dəyəri 20 manat dəmir list, 4 ədəd hər biri 2 metr, ümumi 8 metr uzunluğunda 20 mm qalınlığında dəyəri 24 manat dəmir armatırlar, 4 ədəd hər birinin uzunluğu 1.50 metr, ümumi uzunluq 6 metr, dəyəri 12 manat olan dəmir uqolniklər və 1 ədəd dəyəri 30 manat olan mis badya olmuşdur. Evindən oğurlanmış əşyalardan 2810 manat dəyərində mis əşyalar özünə qaytarılmış, bununla yanaşı təqsirləndirlən şəxs Qismət Abdurəhimovun anası əlavə 1500 manat ödəmə etmişdir. Hazırda ona dəymiş maddi ziyandan 4314 manat qalıq qalmışdır. Maddi ziyanla yanaşı mənəvi sarsıntı da, keçirmişdir. Bacısı ürək xəstəsidir, həmin vaxtdan stresdədir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs oğurladığı əşyaları tək daşıya bilməzdi, onu Elvin avtomobili ilə gözləmişdir, əşyaları bi-başa avtomobilə yığıb satmağa aparmışlar. Eksperimentin keçirilməsi ilə bu hal müəyyən oluna bilər. Həmçinin istintaq dövründə Qismətin və Elvinin avtomobillə hərəkət etdikləri saatlar müəyyən olunmuyub. Halbu ki, polis əməkdaşlarının telefonlarında Qismət və Elvinin avtomobildə birlikdə hərəkət etmələrinə dair görüntünü, o, görmüşdür, lakin iş materiallarına həmin görüntü əlavə edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs satdığı zaman kameraya düşən əşyaları oğurlamasını boynuna alır, digərlərini etiraf etmir. Deməli həmin əşyaları da digər şəxsə satmışdır ki, bu hal da, istintaq zamanı araşdırılmamışdır. Əlavə şahidlər dindirilməli, istintaq yenidən aparılmalıdır. Mülki iddianın təmin olunmasını, təqsirləndirlən şəxsə ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Əhmədiya qızı ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə Zərərçəkmiş şəxs göstərdiyi xüsusatlara uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Bəxdiyar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, 2008-ci ildən metal alqısatqısı ilə məşğul olur. Şəki şəhəri, F.Abdurrahmanov küçəsində metal qəbulu sexi yerləşir. Həmin sexdə müxtəlif şəxslərin gətirib təqdim etdiyi istənilən metalları gündəlik qiymətlərə uyğun qəbul edir. Sexə alıb yığdığı metalları yük avtomobilləri ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "Alminum" zavoda göndərir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində işdə olan zaman Şəki şəhər sakini Təqsirləndirilən şəxs metal qəbulu sexinə gələrək evində satmaq istədiyi mis olduğunu və misi neçiyə almasını soruşmuşdur. Həmin şəxsə misi 10 manat 50 qəpiyə aldığınıdemişdir. Bütün şəxslərdən metal aldığında şəxsiyyəti təsdiq edən vəsiqəni tələb edir. Təqsirləndirilən şəxs onun tələbləri ilə razılaşıb getmiş, günorta saatları olarkən işçisi Sərxan ona zəng edərək sexə metal gəldiyini bildirmişdir. O, sexə getdiyində Təqsirləndirilən şəxs üç ədəd mis qazan, iki ədəd mis məcmeyi, iki ədəd mis kəfkir, iki ədə podnos və üç ədəd mis süzgəc gətirdiyini görmüşdür. Onun gətirdiyi mis əşyaları tərəziyə qoymuş, misin 66 kq çəksi olmasını müəyyən edilmiş, hər kq 10 manat 50 qəpikdən hesablama aparıb Qismət Abdurəhimova 693 manat pul vermişdir. Metal qəbulu sexində hər bir giriş-çıxışa müşahidə kameraları yerləşdirmiş, sexə gələn hər bir şəxsin videogörüntüləri qeydə alınır. Bundan təxminən 10 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenə əvvəl gəldiyi Fort markalı avtomaşınla sexə 2 ədəd latun samovar gətirmişdir. 48 manata almışdır. Bundan bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə bir neçə polis əməkdaşı sexə gələrək oğurluq hadisəsi olduğunu və oğurlanmış əşyalar barədə onunla sorğu-sual etmişlər. Sonradan dəftərə və müşahidə kameralarına baxdığında Təqsirləndirilən şəxs yaşadığı evdən deyil, satdığı əşyaları oğurluq yolu ilə əldə etdiyini öyrənmişlər. Təqsirləndirilən şəxs aldığı mis əşyaları metal kimi avtomaşınlarla Ceyranbatan qəsəbəsində yerləşən Alminum zavoda göndərmişdir. Zavoddan üç ədəd mis qazan, iki ədəd mis məcmeyi, iki ədəd mis kəfkir, iki ədə podnos və üç ədəd mis süzgəci geri götürərək polisə təhvil verilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Qismətdən qeyd etdiyi əşyaları almış, dəmir isə həmin vaxt almamışdır. Nərdivan isə ümumiyyətlə olmayıb. Qismət ona 100 kq dəmir satıb, lakin bu hadisədən əvvəllər olub. İbtidai istintaq zamanı da bu ifadəni vermişdir. İfadənin bu hissəsində ziddiyətin olmasını izah edə bilmir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yalnız iki samovar almışdır, onları da, polisə təhvil vermişdir. Qismətdən nə almışdırsa hamısını qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşudur və xoş münasibləri vardır. 26.05.202-ci il tarixdə saat 16 radələrində tanışı Məhəmmədin işlədiyi bərbərxanaya atası Qurban Məmmədova məxsus Fort-transit markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla getmişdir. Orada olan zaman qonşusu Qismət Abdurrəhmanov istifadəsində olan ***-***-**-** cin nömrədən onun istifadəsində olan ***- ***-**-** cin nömrəsinə zəng vuraraq onun harada olmasını soruşmuş, ona Şəki şəhərində olduğunu bildirdiyin səhəmin şəxs onun yaşadığı evə gəlməsini, onu nə səbəbə çağırmasını soruşduqda Qismət Abdurrəhmanov həyətlərində dəmirlər olduğunu, həmin dəmirləri metal qəbulu sexinə idarə etdiyi fort markalı avtomobil ilə aparmasını və ona yol haqqı olaraq 10 manat verəcəyini demişdir. O, da Qismət ilə razılaşıb idarə etdiyi Fort markalı avtomobililə Qismətin yaşdığı evə getmişdir. Qismət yaşadığı evin həyətində olan bir ədəd iri həcimli və bir neçə ədəd kiçik həcimli qazanları avtomobilə yığmışdır. X10 Qoxmuq körpüsü yaxınlığında yerləşən metal qəbulu sexinə getdiklərini bildirmişdir. Avtomobili metal qəbulu sexinin həyətinə salıb saxlamış, Qismət özü avtomobildən yerə düşərək qazanları avtomobildən yerə boşaltmış, metal qəbulu sexində işləyənə sonradan adının Rahim olduğunu bildiyi şəxsə satmışdır. O, həmin şəxslərin yanında olmadığına görə Qismətin qazanları hansı qiymətə satdığını bilməmişdir. Qismət ona yol haqqı olaraq 10 manat pul vermiş, o, da çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələri olarkən Qismət ona zəng edib təkrar yaşadığı evə çağırmış, ondan nə səbəbə çağırmasını soruşanda həmin şəxs həyətdə dəmirlər olduğunu, həmin dəmirləri metal qəbulu sexinə aparıb vermək istədiyini bildirmişdir. O, da fort markalı avtomobil ilə Qismətin yaşadığı evə getmiş, giriş qapısının önünə çatanda Qismətin qapıları açaraq gözləməsini görmüşdür. O, avtomobili bir başa sürüb həyətə salmış, Qismət yaşadığı evin həyətində olan əşyaları avtomobilə yığmış və sexə sürməsini demişdir. O, avtomobili Qoxmuq körüpüsü yaxınlığında olan metal qəbulu sexinə sürmüş, Qismət orada apardığı əşyaları Rahim adlı şəxsə satmışdır. Bu dəfə Qismətin ona pul verib-verməməsi yadında deyil. Daha sonra, o, çıxıb getmişdir. Qismət Abdurrəhmanov qazanları, samovarları və dəmirləri Zərərçəkmiş şəxs Əhmədiyə qızının yaşadığı evin həyətinə girərək oradan oğurlamasını Şəki Şəhər-Rayon Polis Şöbəsinə gələndən sonra bilmişdir. Əvvəl qazanları, samovarları və dəmirləri metal qəbulu sexinə aparan zaman Qismətin həmin əşyaları oğurlamasından məlumatı olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan oğurluq hadisəsinin baş verdiyi günün səhəri harda olması dəqiq yadında deyil. Şəkər tozu almağa gedəndə Qismət yanında olub, lakin saat neçədə getməklərini xatırlamır. Əşyaları Qismətin həyətindən yığıb aparıb sexə. Birinci gedişində 10 manat alıb, ikinci gedişində pul almasını xatırlamır. İş materiallarında olan videogörüntüdə onun, Qismətlə şəkər tozu yığmağa getməkləri əks olunub. Avtomobili özü sürüb, Qismət yanında olub. Qismətin sexə satdığı əşyaları dəqiq xatırlamasa da, samovar, qazan kimi əşyalar olduğunu bilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Şəki şəhər sakini Təqsirləndirilən şəxs ilə oğlu Şahid2 arasında xoş münasibət vardır. 2022-ci ilin iyun ayının əvvllərində Təqsirləndirilən şəxs Şəki şəhər sakini Zərərçəkmiş şəxs məxsus evdən mis əşyalar oğurlanmasından məlumatı olmuşdur. Zərərçəkmiş şəxs ata evinə yaxın evin qonşuluğunda yaşayır. Akifə onun mərhum anası Adilə müəllimənin yaxın rəfiqəsi olmuşdur. xx.xx.2022-ci il tarixdə evdə olan zaman Təqsirləndirilən şəxs anası Limunət onun yaşadığı evə gələrək oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evində oğurluq etməsinə görə polis tərəfindən tutulması barədə məlumat verərək Zərərçəkmiş şəxs onların qonşuluğunda yaşadığını və onunla gedib Akifədən şikayətini geri götürməsini xahiş etməsini deyərək onunla getməsini xahiş etmişdir. Onlar birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getmiş və onunla söhbət edərək ərizəsini geri götürməsini xahiş etmişdir. Onlar Zərərçəkmiş şəxs ərizəsini geri götürməsini xahiş etsələrdə Akifə evinə mebel aldığını, hazırda borcu olduğunu, Qismətin oğurladığı qazanların qaytarmamasını, 3000 manat versənizsə daha uyğun olar demişdir. Limunət də Akifənin tələbini yerinə yetirə bilmədiyinə görə ağlayıb sızlamışdır. Onlar Akifədə onların xahişinə əhəmiyyət vermədən Limunətdən 3000 manat pul tələb etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, liseydə xadimə işləyir. Böyük oğlu Təqsirləndirilən şəxs onunla birlikdə Şəki şəhərində yaşayır. X12 dünyasını dəyişdikdən sonra bir sıra maddi çətinlikləri yaranmışdır. Oğlu Qismət ara-sıra müxtəlif yerlərdə fəhlə işləməklə ailəsinin dolanışığına köməklik edir. Polis əməkdaşları onun yaşadığı evə gəldikdən sonra Təqsirləndirilən şəxs Şəki şəhər sakini Zərərçəkmiş şəxs Əhmədiyə qızına məxsus evdən mis əşyalar oğurlamasından məlumatı olmuşdur. Qurban Məmmədova məxsus ərzaq mağazasından nisiyyə ərzaq məhsulları alır. Onların Qurban və onun ailə üzvüləri ilə xoş münasibəti vardır. Oğlu Təqsirləndirilən şəxs oğurluq etdiyinə görə polis tərəfindən tutulan zaman Qurbanın yoıdaşı Şahid4 yanına getmiş və ondan xahiş etmiş ki, Qismətin evindən oğurluq etmiş Zərərçəkmiş şəxs yanına gedib ondan ərizəsini geri götürməsini xahiş etsinlər. Aygün birlikdə getməyə razı olmuşdur. Onlar birlikdə Zərərçəkmiş şəxs yaşadığı evinə getmiş, darvaza qapısını döymüşlər, qapını Akifə açmışdır. Zərərçəkmiş şəxs əvvəllcə onu həyətə buraxmamış, onun bacısı onu da həyətə girməsini desədə Akifə onun evindən oğurluq edən Qismətin anası olduğunu, ona görə də, həyətə girməməsini demişdir. Aygün özü tək həyətə keçib bir qədər danışdıqdan sonra Arifə qapını açıb onu da, həyətə buraxmışdır. Birlikdə Zərərçəkmiş şəxs xahiş etmişlər ki, Təqsirləndirilən şəxs barəsində olan şikayətini geri götürsün. Zərərçəkmiş şəxs kreditə mebel götürdüyünü, hazırda 3000 manat borcu olduğunu, ona 3000 manat verməli olduğunu, yada oğlunun oğurladığı mis əşyaları geri qaytarmasını tələb etmişdir. Zərərçəkmiş şəxs hazırda pulu olmadığını, gələcəkdə ona dəymiş ziyanı ödəyəcəyini desədə həmin qadın ona qısa vaxtda 3000 manat verməsini tələb etmişdir. Belə olmuş onlar Akifənin əhəmiyyət vermədiyini görüb oradan çıxıb getmişlər. Qismət oğurladığı əşyaların hər birini ifadəsində göstərmiş və onlar əllərindən gələn qədər zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər. Buna baxmayaraq hələdə Zərərçəkmiş şəxs onlardan pul tələb edir. İş materiallarına əlavə edilmiş 11 iyun 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur İş materiallarına əlavə edilmiş 13 iyun 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarından gğrünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş 13 iyun 2022-ci il tаrixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs oğurladığı mis əşyaları metal qəbulu sexinə satması ilə bağlı görüntülər olan 1 ədəd DVD diskə baxış protokolundan görünür ki, həmin diskin içərisində 03 ədəd videogörüntünün olması aşkar edildi. Həmin videogörüntülər açılmış və həmin videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı "VİD-20220902-WA0008” adlı video faylı açdıqda həmin faylın 26 may 2022-ci il tarixdə saat 18:36:43-də qeydiyyata alınması, görüntüdə X2 Şahid3 məxsus metal qəbulu sexində köhnə metal əşyalar olan otaqda Zərərçəkmiş şəxs Əhmədiyə qızına məxsus evdən oğurladığı mis əşyaları tərəzinin üzərinə yığıb çəkdiklərini, sonra isə həmin əşyaları kənar bir yerə yığmaları müşahidə olunur."VİD-20220902-WA0009” adlı video faylı açdıqda həmin faylın 26 may 2022-ci il tarixdə saat 18:35:51-də qeydiyyata alınması, görüntüdə X2 Şahid3 məxsus metal qəbulu sexində köhnə metal əşyalar olan yerdə tanışı Şahid2 idarə etdiyi Ford markalı, 55-BX757 dövlət nömrə nişanlı avtomobilin arxa yük yerini açıb oradan Zərərçəkmiş şəxs Əhmədiyə qızına məxsus evdən oğurladığı mis əşyaları yerə boşaldıb içəri daşıdığı, bir nəfər şəxsin ona kömək etməsi, sonda sürücü Şahid2 sükan arxasından düşüb avtomobilin arxa yük yerinin açıq qapılarını örtməsi müşahidə olunur. "VİD-20220902-WA0010” adlı video faylı açdıqda həmin faylın 26 may 2022-ci il tarixdə saat 18:38:40-da qeydiyyata alınması, görüntüdə X2 Şahid3 məxsus metal qəbulu sexində köhnə metal əşyalar olan otaqda zərərçəkmiş şəxs X4 məxsus evdən oğurladığı mis əşyaları tərəzinin çəkdikdən sonra kənar otaqda kənar yerə daşıyıb yığması müşahidə olunur. Baxış zamanı Təqsirləndirilən şəxs və sürücü Şahid2 sifəti aydın şəkildə görünürməsi müəyyən edildi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli könüllü təqdim edilən əşyaların götürülməsi protokolundan görünür ki, ünvan 3 ünvanında yaşayan Şahid3 Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs Əhmədiyə qızına məxsus fərdi yaşayış evindən gizli yolla talayaraq oğurladığı və xx.xx.2022-ci il tarixdə metal qəbulu sexinə satdığı mis əşyların bir qismini, yəni 01 ədəd mis mecməyını, 01 ədəd iri mis kəfkiri, 01 ədəd balaca mis kəfkiri, 02 ədəd 90 litirlik mis qazanları, 01 ədəd 100 litirlik mis qazanı, 01 ədəd süzgəci, 01 ədəd mis tavanı və 02 ədəd latun samovarları qanuni sahibinə qaytarılması üçün Şahid3 könüllü təqdim etmiş və həmin əşyalar qanuni sahibinə qaytarılması məqsədi ilə götürülmüşdür. Şahid3 həmin əşyaları Bakı şəhərində yerləşən metal qəbulu sexinə göndərdiyini, Təqsirləndirilən şəxs ona satdığı mis əşyaların oğurluq yolu ilə əldə olunmasını bildikdən sonra Bakı şəhərinə gedib əşyaları metal qəbulu sexindən alıb geri gətirdiyini və könüllü olaraq araşdırmaya təqdim etdiyini bildirmişdir. Təqdim olunan əşyalar maddi sübut kimi götürülmüş və iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə verilmiş əməliyyat tapşırığının xx.xx.2022-ci il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində və respublikanın digər rayonları ərazisində analoji və digər cinayətlərin törədilməsində iştirakının olmaması müəyyən edilmişdir. ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs Əhmədiyə qızına məxsus evdən müxtəlif növ mis əşyaları oğurlayan naməlum şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində keçirilmiş əməliyyat tədbirləri zamanı qeyd olunan ünvandan oğurluq edən şəxsin Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 55-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 9/5349 nömrəli məhkəməəmtəəşünaslıq ekspertiza rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivli paramertlərinə uyğun olaraq 2022-ci ilin may-iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4172 manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli 574 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 414 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Rayonlararası Dispanserdə qeydiyyatda durmur və narkoloji dispanserə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 16 iyun 2022-ci il tarixli 370 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, X1 şəhəri, Q.Məmmədli küçəsi, ev 55 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-nin 177.2.3-cü maddəsi ilə yanaşı həm də, CM-nin 177.2.4-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli qərarında qey edilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham verilərkən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği (yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsasən) 8624 manat kimi qəbul edilmişdir. Halbuki iş üzrə verilmiş 29 iyul 2022-ci il tarixli 9/5349 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivli paramertlərinə uyğun olaraq 2022-ci ilin may-iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri 4172 manat müəyyən olunur. Həmin ekspert rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs tərəfindən oğurlandığı iddia edilən əşyalardan mis süzgəc 4 ədəd qeyd edilsə də, ekspert rəyində həmin əşya 1 ədəd kimi qeyd edilmiş və dəyəri 40 manat müəyyən edilmiş, mis badya isə ümumiyyətlə qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, tələb edilən mis süzgəci 4 ədəd kimi hesab edərək, 3 ədədinin də dəyərini, yəni 120 manatı və mis badyanın qəbul edilmiş dəyəri olan 30 manatı da iş üzrə ekspert rəyində qeyd edilən dəyərlə topladıqda (4172+150=4322), yenə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin tərkbini yaratmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətini ehtiva edir. Özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndində qeyd olunmuşdur ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə görə qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmə qeyd edir ki, işin mexanizminə uyğun gəlməyən halları qeyd etməklə sübut toplanması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan edilərək məhkəməyə verilməsinə səbəb olmuşdur. Məhkəmə isə məhkəmə istintaqının nəticəsində belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı bu halda yanlışlığa yol vermiş və düzgün olmayaraq təqsirləndirilən şəxsin əməlini əlavə olaraq CM-nin 177.2.4-cü maddəsi ilə də tövsif etmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə istintaqı zamanı təsdiq olunmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi Təqsirləndirilən şəxs verilmiş itihamdan xaric edilməlidir. Bundan başqa məhkəmə, araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o, cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın bir qismi ibtidai istintaq dövründə ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət törədən şəxsin şəxsiyyətini əsas götürərək onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, onun 11 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının icrasına nəzarət yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, hazırkı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs 4314 manat məbləğində maddi ziyan və 5000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə məhkəmə istitaqı aparılarkən 29 iyul 2022-ci il tarixli 9/5349 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülərək Zərərçəkmiş şəxs dəymiş maddi zərərin məbləği 4172 manat müəyyən edilmişdir və ibtidai istintaq dövründə 4310 manat maddi zərərin əvəzi, yəni 2810 manat dəyərində oğurlanmış əmlak geri qaytarılmış, 1500 manat məbləğində isə pul ona ödənilmişdir. Məhkəmə, oğurlanmış əmlakların dəyərini ekspert rəyində qeyd edilən qiymətlər əsas götürülməklə hesablamağı adekvat hesab etdiyindən, Zərərçəkmiş şəxs geri qaytarılmış əmlakların dəyərinin də, ekspert rəyində qeyd edilən qiymətlərlə hesablamağı daha məqsədə uyğun hesab edir. Belə ki, ibtidai istintaq zamanı (hazırkı qiymətlər ekspert rəyinə uyğun olmaqla göstərilmişdir) 250 manat dəyərində 1 ədəd mis mecməyi, 50 manat dəyərində 1 ədəd iri mis kəfkir, 20 manat dəyərində 1 ədəd balaca mis kəfkir, hər birinin dəyəri 350 manat olmaqla cəmi 700 manat dəyərində 2 ədəd 90 litirlik mis qazan, 400 manat dəyərində 1 ədəd 100 litirlik mis qazan, 40 manat dəyərində 1 ədəd süzgəc, 40 manat dəyərində 1 ədəd mis tava, hər birinin dəyəri 140 manat olmaqla cəmi 280 manat dəyərində 2 ədəd latun samovar və ekspert rəyində göstərilməsə də, dəyəri məhkəmə tərəfindən zərərçəkmiş şəxsin qeyd etdiyi kimi 30 manat qəbul edilmiş 1 ədəd mis badya olmaqla ümumilikdə 1810 manat dəyərində oğurlanmış əmlaklar Zərərçəkmiş şəxs geri qaytarılmış və 1500 manat pul sonuncuya ödənilmişdir. Beləliklə Zərərçəkmiş şəxs cəmi 3310 manat maddi zərərin əvəzi ödənilmişdir. Belə olan halda məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ümumi məbləği 4322 manat kimi müəyyən edildiyindən və həmin məbləğdən 3310 manatı ona ödənildiyindən, qalan 1012 manat maddi zərərin əvəzi Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İddiaçı Zərərçəkmiş şəxs mülki iddia tələbində cavabdeh Təqsirləndirilən şəxs öz hərəkətləri nəticəsində ona mənəvi zərər vurduğunu bildirərək mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyi, «İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığını, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan Qərarın 8-ci bəndinə əsasən izah olunmuşdur ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №li Qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə iclasında mülki iddiaçı iddiasının mənəvi zərər tələbinə dair hissəsini əsaslandırdığı halların nədən ibarət olması, özünün hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə keçirdiyi fiziki və mənəvi sarsıntıların nədə ifadə olunması, bunların cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia tələbi 5000 manat məbləğində mənəvi zərər hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd mis mecməyi, 1 ədəd iri mis kəfkir, 1 ədəd balaca mis kəfkir, 2 ədəd 90 litirlik mis qazan, 1 ədəd 100 litirlik mis qazan, 1 ədəd süzgəc, 1 ədəd mis tava, 2 ədəd latun samovar və 1 ədəd mis badyanın saxlanması üçün Şəki şəhər-rayon Polis Şöbəsinin təminat hissəsinə təhvil verilməsi qeyd edilsə də, məhkəmə iclasında Zərərçəkmiş şəxs, həmin əmlakların artıq polis şöpbəsindən ona təhvil verildiyini qeyd etmişdir. Ona görə də, qeyd edilən əmlakların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamnan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə sürülən itiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şəki şəhər-rayon Polis Şöbəsinin təminat hissəsinə təhvil verilmiş 1 ədəd mis mecməyı, 1 ədəd iri mis kəfkir, 1 ədəd balaca mis kəfkir, 2 ədəd 90 litirlik mis qazan, 1 ədəd 100 litirlik mis qazan, 1 ədəd süzgəc, 1 ədəd mis tava, 2 ədəd latun samovar və 1 ədəd mis badya Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Mülki iddia qismən təmin edilsin. Cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 1012 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-10/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-10/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver