Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-10/2024 10.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi6 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, 2 oktyabr 1985-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Bərdə rayonu, Qaradəmirçi kəndində pasport qeydiyyatında olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 52 saylı inzibati binada qeydiyyatında olmaqla, Bakı şəhəri, NZS qəsəbəsi, Z.Yusibov 25/7 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyətilə, etibardan sui istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 16.694.40 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat dəyərində broyler toyuq və toyuq məhsullarını ələ keçirmək məqsədi ilə aralarında olan razılışmaya əsasən Təqsirləndirilən şəxs3 həmin şirkətin işçisi, onların cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 zəng edərək özünü Şəki şəhərində fəaliyyət göstərən sahibkar kimi təqdim etməklə ondan pulunu Şəki şəhərində məhsulları təhvil alan kimi verəcəyini vəd etməklə aldadıb etibarını qazanaraq Şəki şəhərinə həmin dəyərdə toyuq və toyuq məhsulları gətirməsini sifariş vermiş, Şahid1 sonuncuya inanıb idarə etdiyi avtomaşınla Zərərçəkmiş şəxs2 MMC-yə məxsus bir kiloqramı 4,50 manat olmaqla cəmi 323,64 manat dəyərində 71,92 kiloqram lebro toyuq paketdə donmuş halda, bir kiloqramı 4,20 manat olmaqla cəmi 4368,08 manat dəyərində 1040,02 kiloqram tam bud açıq donmuş halda, bir kiloqramı 6,30 manat olmaqla cəmi 216,50 manat dəyərində 34,365 kiloqram file tabaq donmuş halda, bir kiloqramı 4,50 manat olmaqla cəmi 43,92 manat dəyərində 9,76 kiloqram bud butulka açıq donmuş halda, bir kiloqramı 4,5 manat olmaqla cəmi 4,32 manat dəyərində 0,96 kiloqram bud dibi açıq donmuş halda, bir kiloqramı 8 manat olmaqla cəmi 160 manat dəyərində 20 kiloqram can əti (toyuq), bir kiloqramı 6,30 manat olmaqla cəmi 11337.42 manat dəyərində 1799,59 kiloqram file açıq donmuş halda, bir kiloqramı 4,40 manat olmaqla cəmi 240,50 manat dəyərində 54,66 kiloqram qanad açıq donmuş halda olmaqla ümumilikdə 16694,4 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat dəyərində toyuq və toyuq məhsullarını Şəki şəhərinə gətirdikdən sonra, xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində həmin məhsulları Şəki şəhərində, Bazarstore ticarət mərkəzinin yanında ondan təhvil aldıqdan sonra sonuncuya guya Zərərçəkmiş şəxs2 MMC-nin onlara borclu olduğunu bildirməklə həmin məhsulları ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə xeyli miqdar təşkil edən 16694,4 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa ibtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyətilə, etibardan sui istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 16.694.40 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat dəyərində broyler toyuq və toyuq məhsullarını ələ keçirmək məqsədi ilə aralarında olan razılışmaya əsasən Təqsirləndirilən şəxs3 həmin şirkətin işçisi, onların cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 zəng edərək özünü Şəki şəhərində fəaliyyət göstərən sahibkar kimi təqdim etməklə ondan pulunu Şəki şəhərində məhsulları təhvil alan kimi verəcəyini vəd etməklə aldadıb etibarını qazanaraq Şəki şəhərinə həmin dəyərdə toyuq və toyuq məhsulları gətirməsini sifariş vermiş, Şahid1 sonuncuya inanıb idarə etdiyi avtomaşınla Zərərçəkmiş şəxs2 MMC-yə məxsus bir kiloqramı 4,50 manat olmaqla cəmi 323,64 manat dəyərində 71,92 kiloqram lebro toyuq paketdə donmuş halda, bir kiloqramı 4,20 manat olmaqla cəmi 4368,08 manat dəyərində 1040,02 kiloqram tam bud açıq donmuş halda, bir kiloqramı 6,30 manat olmaqla cəmi 216,50 manat dəyərində 34,365 kiloqram file tabaq donmuş halda, bir kiloqramı 4,50 manat olmaqla cəmi 43,92 manat dəyərində 9,76 kiloqram bud butulka açıq donmuş halda, bir kiloqramı 4,5 manat olmaqla cəmi 4,32 manat dəyərində 0,96 kiloqram bud dibi açıq donmuş halda, bir kiloqramı 8 manat olmaqla cəmi 160 manat dəyərində 20 kiloqram can əti(toyuq), bir kiloqramı 6,30 manat olmaqla cəmi 11337.42 manat dəyərində 1799,59 kiloqram file açıq donmuş halda, bir kiloqramı 4,40 manat olmaqla cəmi 240,50 manat dəyərində 54,66 kiloqram qanad açıq donmuş halda olmaqla ümumilikdə 16694,4 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat dəyərində toyuq və toyuq məhsullarını Şəki şəhərinə gətirdikdən sonra, xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində həmin məhsulları Şəki şəhərində, Bazarstore ticarət mərkəzinin yanında ondan təhvil aldıqdan sonra sonuncuya guya Zərərçəkmiş şəxs2 MMC-nin onlara borclu olduğunu bildirməklə həmin məhsulları ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə xeyli miqdar təşkil edən 16694,4 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa ibtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs3 qəsdən, tamah niyyətilə, etibardan sui istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 16.694.40 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat dəyərində broyler toyuq və toyuq məhsullarını ələ keçirmək məqsədi ilə aralarında olan razılışmaya əsasən özü həmin şirkətin işçisi, onların cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 zəng edərək özünü Şəki şəhərində fəaliyyət göstərən sahibkar kimi təqdim etməklə ondan pulunu Şəki şəhərində məhsulları təhvil alan kimi verəcəyini vəd etməklə aldadıb etibarını qazanaraq Şəki şəhərinə həmin dəyərdə toyuq və toyuq məhsulları gətirməsini sifariş vermiş, Şahid1 ona inanıb idarə etdiyi avtomaşınla Zərərçəkmiş şəxs2 MMC-yə məxsus bir kiloqramı 4,50 manat olmaqla cəmi 323,64 manat dəyərində 71,92 kiloqram lebro toyuq paketdə donmuş halda, bir kiloqramı 4,20 manat olmaqla cəmi 4368,08 manat dəyərində 1040,02 kiloqram tam bud açıq donmuş halda, bir kiloqramı 6,30 manat olmaqla cəmi 216,50 manat dəyərində 34,365 kiloqram file tabaq donmuş halda, bir kiloqramı 4,50 manat olmaqla cəmi 43,92 manat dəyərində 9,76 kiloqram bud butulka açıq donmuş halda, bir kiloqramı 4,5 manat olmaqla cəmi 4,32 manat dəyərində 0,96 kiloqram bud dibi açıq donmuş halda, bir kiloqramı 8 manat olmaqla cəmi 160 manat dəyərində 20 kiloqram can əti(toyuq), bir kiloqramı 6,30 manat olmaqla cəmi 11337.42 manat dəyərində 1799,59 kiloqram file açıq donmuş halda, bir kiloqramı 4,40 manat olmaqla cəmi 240,50 manat dəyərində 54,66 kiloqram qanad açıq donmuş halda olmaqla ümumilikdə 16694,4 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat dəyərində toyuq və toyuq məhsullarını Şəki şəhərinə gətirdikdən sonra, xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində həmin məhsulları Şəki şəhərində, Bazarstore ticarət mərkəzinin yanında ondan təhvil aldıqdan sonra sonuncuya guya Zərərçəkmiş şəxs2 MMC-nin onlara borclu olduğunu bildirməklə həmin məhsulları ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə xeyli miqdar təşkil edən 16694,4 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun bibisi oğludur. 2022-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayının əvvəllərinədək Zərərçəkmiş şəxs2 MMC-nin Bakı şəhəri Nizami rayonunda yerləşən ofisində satış müdiri vəzifəsində işləmişdir. O, əvvəllər işlədiyi MMC-də münasib qiymətə endirimli toyuq məhsulların satışı həyata keçirilən zaman bibisi oğlu Pərvizlə əlaqə saxlayıb ona bu barədə demişdir. Pərviz də, həmin məhsullardan alıb pərakəndə satışını həyata keçirdərək satışdan əldə olunan qazancı da, hər ikisi arasında yarı bölərək gəlir əldə edirdilər. Noyabr ayında həmin MMC-də Lerik rayonunda yerləşən Zərərçəkmiş şəxs2 MMC-də 18000 manat dəyərində endirimli toyuq məhsullarının olduğunu bilmişdir. Belə olduqda o, bibisi oğlu Pərvizə zəng edib bu barədə məlumat vermişdir. Pərviz həmin vaxt göstərilən məbləğdə nəğd pulunun olmadığını dedikdə satış müdiri olan Nəriman malları nisyə verəcəyini demişdir. Belə olduqda Pərviz razı olmuşdur. Həmin gün Lerik rayonuna gedib orada toyuq məhsullarına baxmış və oradan təxminən 18000 manat dəyərində toyuq məhsullarını nisyə almışdır. Daha sonra həmin məhsulları Bakı şəhərinə özünün istifadə etdiyi anbara aparmışdır. Bir neçə gün sonra Nəriman ona dedimişdir ki, Pərviz aldığı malların pulunu ödəsin. Ona görə o, Pərvizə təklif etmişdir ki, hissə-hissə olmaqla ödəniş etsin. Pərviz hissə-hissə olmaqla 9500 manat pulu MMC-yə ödəmişdir. Daha sonra Pərviz aldığı toyuqların bir hissəsini mağazalara satmışdır. Lakin həmin toyuq məhsulları xarab olduğu üçün mağazalarda narazılıqlar yaranmışdır. Belə olduqda Pərviz mağazalara verdiyi malları geri götürmüş və öz anbarına aparmışdır. Bu barədə Nərimana və digər aidiyyəti işçilərə məlumat verilmişdir. Lakin, onlar bir müddət gözləməsini demişdirlər. Bir ay sonra məhsulları Lerik rayonuna aparıb MMC-yə təhvil verməsini demişdirlər. Pərviz malları Lerik rayonuna aparıb təhvil vermişdir. Lakin ödədiyi 9200 manat pulu ona qaytarmamışdırlar. Belə olduqda Nərimanla və digər aidiyyəti işçilərlə aralarında narazılıqlar yaranmışdır. Bundan sonra işdən çıxmışdır. Daha sonra bir neçə dəfə müvafiq orqanlara rəsmi müraciətlər etmişlər ki, Zərərçəkmiş şəxs2 MMC-dən Pərvizlə birlikdə ödədiyi pulunu alar. Lakin ödədikləri 9200 manat pul qaytarılmamışdır. Bundan sonra verdikləri pulu geri almaq üçün dostları Təqsirləndirilən şəxs3 Lerik Broylerin əlaqə nömrəsi olan mobil telefona zəng vuraraq sifariş borclarının əvəzi olaraq 9200 manat məbləğində toyuq məhsulu verməsini xahiş etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs3 həmin məbləğdə toyuq sifariş vermiş və şübhə yaratmamaq üçün sifarişin Şəki rayonuna gətirilməsini demişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində o, idarə etdiyi Opel markalı maşınla Ekologiya postunun qarşısından Pərvizi və tanışı Ehtimadı götürmüşdür. Şəkiyə çatdıqdan sonra Ehtimad toyuq məhsullarını gətirən şəxslə telefonla danışmış və xx.xx.2023-cü il tarixdə saat təxminən 00 radələrində maşın gəlib çatmışdır. Toyuq məhsullarını Bakı şəhərinə aparmaq üçün Fazil adlı sürücü ilə danışmışlar. Toyuq məhsulları gəldikdən sonra əvvəlcədən danışdıqları fəhlələr tərəfindən toyuq məhsulları avtomaşına yükləmiş və avtomaşın onun yanına gəlmişdir. Bundan sonra sürücüyə Bərdə rayonuna sürməsini demişdir. Onlar Bərdə rayonuna yola çıxmışdırlar. Biraz sonra Pərviz zəng edib ona demişdir ki, məhsulları gətirən şəxs onu polisə şikayət etmişdir. Saat təxminən 03 radələrində onlar Bərdəyə çatmışdırlar. O, Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən obyektinin qarşısında maşını saxlatdırmış və yolda tanışı olan qazel şoferinə zəng edib götürdükləri malı Bakıya aparmaq lazım olduğunu bildirmişdir. O, onunla razılaşmış və obyektinin qarşısına gəlmişdir. O, Ehtimadla birlikdə hər biri 8-9 kq olan 250 ədəd toyuq məhsulları olan qutunu qazelə yükləmişdir. Sonra malı gətirən maşının sürücüsünə 100 manat pul vermiş və sürücü getmişdir. xx.xx.2023-cü il tarixdində, saat təxminən 05 radələrində o, Ehtimadla birlikdə öz maşını ilə Bakı şəhərinə yola düşmüşlər. İçərisində yük olan qazeldə onların ardınca gəlmişdir. O, Bakıya təxminən 11-12 radələrində çatmışdır. Malı NZS-də yerləşən özünə məxsus olan kənd məhsulları dükanına aparmışdır. 2 gün ərzində bütün mal satılmışdır. O, həmin malları satıb 9200 manat gəlir əldə etmişdir. Malları pərakəndə və topdan satmışdır. Lerik Broyler tərəfindən polisə şikayət edildiyindən O, Pərviz və Ehtimad barəsində cinayət işi başlanılmışdır. Bundan sonra onlara məxsus olan pulu bu cür geri qaytarmaqlarının düzgün olmadığını səf etdiklərini başa düşüb Lerik broylerdən götürdükləri malın pulunu qaytarmaq istəmişlər. Həmin vaxtı onlara “Lerik broylerin” nümayəndəsi kimi təqdim olunan X7 götürdükləri toyuq məhsullarının Lerik broylerə yox onu qardaşı X12 məxsus olduğunu bildirərək pulun ona çatmalı olduğunu bildirmişdir. Bu barədə barələrində gedən cinayət işi üzrə də istintaqı aparan müstəntiq və prokuror da, zərərçəkmiş kimi pulun Mirkamrana verməli olduqlarını demişdir. Bundan sonra Mirkamran ilk öncə onlardan ziyanın əvəzi olaraq 15000 manat pul istəsə də sonradan götürdükləri malın məbləğində pulun verilməsinə razılaşmışlar. İbtidai istintaqı aparan müstəntiqin də, deməsindən sonra 9200 manat pulu Mirkamran Sadıqova verərək ondan notarial qaydada şikayətinin olmaması barədə ərizə almışlar. Mirkamran Sadıqovdan şikayətin olmaması barədə ərizəni istintaq orqanına təqdim etdikdən sonra müstəntiq onlara Mirkamran Sadıqovun nümayəndə kimi səlahiyyətinə xitam verildiyini, bundan sonra pulun digər nümayəndəyə verməli olduqlarını bildirmişdir. Belə olduqdan sonra onlar müstəntiqin sözü ilə artıq pulun Mirkamrana ödənildiyini, verilməli pul varsa Mirkamrandan almalarını bildirmişdir. Özlərinə məxsus pulun geri qaytarılması vasitəsini düzgün seçmədiklərindən çox peşman olduğunu, lakin onların heç kimə qarşı dələduzluq etmək niyyətlərinin olmadığından barələrindədə ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində digər Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini təsdiq etməklə göstərdi ki, əvvəllər Bakı şəhəri, NZS qəsəbəsində toyuq məhsullarının topdan və pərakəndə alqı satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 onun dayısı oğlu olmaqla Zərərçəkmiş şəxs2 MMC-də işləmişdir. Xəyal göstərilən MMC-də işlədiyindən ona toyuq məhsullarında endirim olduğunu xəbər edərək həmin məhsulları sifariş verməsini və əldə olunana gəlirlirləri sonra birlikdə bölməyi təklif etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 MMCdən Xəyalın da zamin durması müqabilində nisyə olaraq 16000 manat məbləğində toyuq məhsulu sifariş verərək götürmüş və həmin malın 9200 manatını ödəmişdir. O, aldığı malı Nərimanov rayonunda əvvəldən danışdığı soyuducu anbarına yükləmişdir. O, anbara gedib malları 3-4 gün ərzində sıralamışdır. Bundan sonra müştəri tapdıqda o, həmin malı topdan satış qaydasında Bakı şəhərində ayrı-ayrı mağazalara paylamışdır. O, malları payladıqdan sonra həmin gün axşam saatlarında zənglər gəlmişdir ki, mal xarabdır. Toyuğun donu açıldıqdan sonra onun xarab olması müəyyən olunmuşdur. O, təxminən 10-15 gün sonra yenidən ofisə getmiş və demişdir ki, ona verilən mallar xarabdır. Ofisdəki şəxslər ona gec gəldiyini demişdirlər. Təxminən 10-15 gün ofisə gedib gəlmiş, lakin malı qəbul etmək istəməmişlər. Sonda ofisdəki şəxslər ona demişdirlər ki, malı aparıb Lerikdə anbara təhvil versin. O, da yenidən yük taksisi sifariş verib, xx.xx.2023-cü il tarixdə malı Lerikə aparmış və ondan orada 8000 manatlıq malı geri almışdırlar. Malı geri alanda ona qaimə verməmişdilər. O, şirkətin işçilərinə demişdir ki, malın hamısını təhvil alsınlar, lakin onlar onun pulunu ödədiyi (9200 manat) hissəsini geri qaytarmamışlar. O, da əsəbləşib malın yerdə qalan hissəsini Lerik rayonunda onların ofisinin qarşısına boşaltmışdır. Bakıya geri qayıdanda onun barəsində polisə şikayət edilmişdir. Yolda ondan izahat alınmış, malı boşaltdığı yerə baxış keçirilmişdir. Bundan sonra o, Bakı şəhərinə geri qayıtmışdır. Bakı şəhərində də, polisə və digər qurumlara bu barədə şikayət ərizələri yazmışdır. Lakin, ona bildirmişdirlər ki, bu, mülki məsələdir, məhkəməyə müraciət etsin. O, məhkəməyə müraciət etməmişdir. O, 2023-cü ilin may ayının 27-si əvvəllər işlədiyi NZS qəsəbəsindən tanıdığı Ehtimadın yanına getmiş, Zərərçəkmiş şəxs2 MMC arasıda bu cür problem olduğunu demişdir. Həmin pulun qaytarılması üçün Ehtimada Lerik broylerdə ekspeditor işləyən Fərrux adlı şəxsin nömrəsini verərək ona zəng edib toyuq sifariş vermək lazım olduğunu bildirmişdir. Ehtimad onunla razılaşmış və həmin nömrəyə zəng edib 9200 manatlıq mal sifariş vermişdir. Fərrux ona inanmış və xx.xx.2023-cü il tarixdə malı gətirəcəyinə söz vermişdir. Sonradan Ehtimad bir-iki dəfə də, Fərruxla danışmış və malı gətirməsini təsdiq etmişdir. Bundan sonra O, Pərviz və Ehtimad Şəkidə xx.xx.2023-cü il tarixdə həmin malı qəbul etdərək Fərruxa Lerik broylerin onlara 9200 manat olan borclarının bağlandığını şirkətə bu cür məlumat verməsini, əyər ona malın bu cür götürülməsi hər hansı problem yaratsa pulunu geri qaytaracaqlarını bildirmişlər. Pərviz və Ehtimad toyuq məhsulunu götürüb getdikdən sonra. Fərrux şirkətə zəng etmiş, kiminləsə danışmış və ona demişlər ki, polisə şikayət etsin. Bundan sonra polis əməkdaşları gəlib onu və Fərruxu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, Pərviz və Ehtimad barəsində cinayət işi başlanılmışdır. Etdikləri əməlin düz olmadığını anladıqdan sonra götürdükləri malın dəyərini qaytarıb ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışmaq istəmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi kimi iş üzrə istintaqı aparan müstəntiqin deməsi ilə zərərçəkmiş X7 ilə razılaşıəb 9200 manat ödəmələrinə baxmayaraq sonradan pulun “Lerik broylerin” digər nümayəndəsinə ödənilməli olduğu bildirilmişdir. Özünü dələduzluq cinayəti törətməkdə təqsirli bilmir, barələrində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiklərini təsdiq etməklə göstərdi ki, Xəyal və Pərviz adlı şəxsləri NZS qəsəbəsində işlədikləri dükanda görüb tanımış, həmin mağazada yük boşaltmaq lazım olanda hərdən onların yanında işləmişdir. Pərvizlə Bakı şəhəri, NZS qəsəbəsində yerləşən çay evlərinin birində görüşmüşlər. Pərviz ona Zərərçəkmiş şəxs2 MMC tərəfindən onun pulunun götürülərək geri qaytarılmadığını və aralarında pul mübahisəsi olduğunu, əgər toyuq məhsulunun sifarişini özü versə, onun sifarişini qəbul etməyəcəklərini bildirərək həmin şirkətdə işləyən Fərrux adlı şəxsin nömrəsini verərək Şəki şəhərinə mal sifariş verməsini xahiş etmişdir. Pərvizlə dost olduğundan onun pulunun geri qaytarılmasından ötrü razılaşmamışdır. Bundan sonra Fərruxa zəng edib Şəki şəhərinə toyuq məsulunun verilməsini sifariş etmişdir. Daha sonra Pərviz və Xəyalın ifadəsində qeyd etdiklərini bildirməklə, vurduqları ziyanı ödəmələrinə baxmayaraq onların məsuliyyətə cəlb olunması üçün məhkəməyə vermişlər. Özünü dələduzluq cinayəti törətməkdə təqsirli bilmir, barələrində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından etibarən Zərərçəkmiş şəxs2 MMC-də baş mühasib vəzifəsində işləyir. Onun əsas vəzifəsi şirkətin maliyyə vəsaitlərinin yönəldilməsindən ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 16.694.40 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat dəyərində toyuq və və toyuq məhsullarını ələ keçirmək məqsədi ilə şirkətin işçisi, Şahid1 zəng edərək ondan pulunu Şəki şəhərində məhsulları təhvil alan kimi verəcəyini vəd etməklə Şəki şəhərinə 16.694.40 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat dəyərində toyuq və ət məhsulları gətirməsini sifariş vermiş, Şahid1 Zərərçəkmiş şəxs2 MMC-yə məxsus aşağıda qeyd olunan çəkidə və dəyərdə toyuq və toyuq məhsulları sifariş verib yük maşınına yükləyərək Şəki şəhərinə gətirmişdir. Lebro toyuq paketdə donmuş 312 kq, 1 kq 4,50 manat olmaqla cəmi 1404 manat, tam bud açıq donmuş 1040,02 kq, 1 kq 4,20 manat olmaqla cəmi 4368,1 manat, file tabaq donmuş 78,61 kq, bir kq 6,30 olmaqla cəmi 495,22 manat, bud butulka açıq donmuş 206,46 kq, 1 kq 4,5 manat olaqla, cəmi 929,27 manat, bud dibi açıq donmuş 238 kq, 1 kq 4,5 manat olmaqla, cəmi 1071 manat, can əti 20 kq, bir kq 8 manat olmaqla cəmi 160 manat, file açıq donmuş 1799,59 kq, bir kq 6,30 olmaqla cəmi 11,337,41 manat və qanad açıq donmuş 54,66 kq, 1 kq 4,40 manat olmaqla cəmi 240,50 manat olmaqla ümumi dəyəri 20.005,26 manat olan toyuq və toyuq məhsulları götürülmüşdür. Şahid1 həmin məhsullar olan yük maşını ilə xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində Şəki şəhərinə çatdıqdan sonra yuxarıda adları qeyd olunan şəxslər həmin məhsulları ondan təhvil alaraq sonda Təqsirləndirilən şəxs1 Şahid1 demişlər ki, guya Zərərçəkmiş şəxs2 MMC-nin ona borclu vardır, buna görə həmin məhsulları ələ keçirərmişdir. Beləliklə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əlbir olub şirkətin 16.694.40 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) dəyərində məhsullarını ələ keçirmişlər. Bundan başqa qeyd etmişdir ki, Mirkamran Sadıqovun vəzifəsi audit olmuş, sonuncu artıq şirkətdən işdən çıxmışdır. Audit kimi Mirkamranın vəzifəsi şirkətin məhsullarını yoxlamaqdan ibarətdir. Şahid1 isə şirkətdə satış təmsilçisi işləyir. Yəni şirkətin məhsullarını rayonlara daşıyıb çatdırmaqdan və müddəti keçmiş malları yığışdırıb geri qaytarmaqdan ibarətdir. Şirkətə sifariş daxil olur, şirkət də daxil olan sifariş məbləğində malları qaimə əsasında verir, Fərrux da həmin malları sifarişçiyə çatdırır. Sifarişçi də pulu ya nəğd şəkildə Fərruxa verir, yada şirkətin hesabına köçürür. “Lerik Broyler MMC-yə sifariş olunan məhsullar üzrə satış birbaşa həyata keçirə bilmədiyindən özünün əvvəlcədən alqı-satqı müqaviləsi bağladığı satış nümayəndələri tərəfindən həyata keçirir. Həmin satış nümayəndələrinin Zərərçəkmiş şəxs2 MMC ilə olan müqaviləsinə əsasən ilkin olaraq məhsul onlara əvvəlcədən müəyyən olunmuş limit üzrə satılır və bundan sonra nümayəndələrin razılığı ilə məhsl sifarişçilərə çatdırılır. Satış nümayəndəsinin razılığı olmasa sifariş olunan məhsul satış təmsilçisi tərəfindən qəbul edilə və digər sifarişçiyə satıla bilməz. Ancaq Şahid1 satış təmsilçisi olduğu üçün və şirkətlə alqı-satqı müqaviləsi olmadığı üçün şirkət Fərruxun adına mal verə bilmir. Şirkət məhsulunu satmaq üçün heç bir müştəridən yatırım tələb etmir. Buna görə Mirkamran Sadıqovun şirkətdən məhsul götürməmişdən qabaq şirkətə hansısa bir məbləğdə pul yatırımı etməmişdir. Təqsirləndirilən şəxslərə verilən məhsul Zərərçəkmiş şəxs2 MMC ilə X16 arasında olan alqı-satqı müqaviləsi yalnız Kənan Sadıqov tərəfindən məhsul sifariş verildikdən sonra satış təmsilçisi tərəfindən sifariş olunan Şəki şəhərinə gətirilmişdir. Çox güman ki, Fərrux sifarişçini tapdıqdan sonra şirkətdən öz adına məhsul götürə bilməyəcəyini düşünüb, Kənan Sadıqovdan xahiş etmişdir ki, malı o, sifariş versin, mallarla bağlı qaimə yazıldıqdan sonra Fərrux həmin malı Kamran Sadıqova çatdırmayıb Şəki şəhərinə aparmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 MMC ilə müqavilə bağlayıb toyuq və toyuq məhsulu götürmüş və pulunu da ödəmişdir. Hazırda Zərərçəkmiş şəxs2 MMC-nin Təqsirləndirilən şəxs1 heç bir borcu yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X10 digər nümayəndə Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə verməklə əlavə olaraq göstərdi ki, iş materiallarında olan Zərərçəkmiş şəxs2 MMC ilə X11 arasında alqı-satqı müqaviləsi üzrə göstərilən məhsullar Kənan Sadıqovun adına qaimə yazılıb götürülsə də həmin məhsullar Kənan Sadıqova təhvil verilmədiyindən təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyan Zərərçəkmiş şəxs2 MMC-yə törədilmişdir. Hazırda 16.694.40 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) ziyanın ödənilməsini üçün tədbir görülməsini xahiş edir. Zərərçəkmiş (mülki iddiaçı) hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1, həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə 16.694.40 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) borcun və 141 (bir yüz qırx bir) manat dövlət rüsumunun, cəmi 16835 (on altı min səkkiz yüz otuz beş manat) manat borcun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş (mülki iddiaçı) hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndələri Zərərçəkmiş şəxs1 və X10 mülki iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayından etibarən Lerik rayonunda yerləşən, Zərərçəkmiş şəxs2 MMC-də satış təmsilçisi işləyir. O, respublikanın demək olar ki, bütün rayonlarına Bakı şəhəri daxil olmaqla toyuq və toyuq əti məhsulları paylayır. Ona rayonlardan sifarişlə bağlı zənglər daxil olur. O, həmin zənglər əsasında sifarişləri yazdırır. Şirkətin Bakı şəhərində ofisi var, lakin o, məhsulları adətən Lerik rayonundan götürür. Təxminən 2023-cü il may ayının 20-dən sonrakı tarixdə əvvəllər tanımadığı nömrədən whatsapp vasitəsilə səsli mesaj gəlmişdir. Həmin mesajda özünü Etimad kimi təqdim etmiş şəxs toyuq əti məhsulu sifariş vermək istədiyini demişdir. O, təxminən 5-10 dəqiqə sonra həmin mesaja səsli cavab verərək təşkil edə biləcəyini demişdir. Bundan sonra o, Ehtimada zəng vurub 150 ədəd sifariş etdiyi toyuq məhsulundan əlavə 150 ədəd filedə olduğunu istəsə gətirə biləcəyini demişdir. Ehtimad da həmin məhsulu da gətirməsini bildirmişdir. Bundan sonra sifariş olunan məhsulu Lerik rayonundan olan Zərərçəkmiş şəxs2 MMC-dən götürərək birbaşa Şəki rayonuna gəlmiş, yolda hansısa rayona mal verməmişdir. O, saat təxminən 23:50 radələrində Şəki şəhərinə çatmışdır. Onlar Ehtimadın konum atdığı “Bazarstore” mağazasının yanında yerləşən boş anbara daxil olmuşlar. Ehtimaddan malı boşaltmamışdan əvvəl pulun ödənilməsini bildirsə də, Ehtimad Pərvizi göstərib Rasim müəllimin verəcəyini bildirmişdir. Sonuncu ilə razılaşdıqdan sonra həmin vaxtı məhsulu gətirdikləri avtomaşında Ucara da təhvil vermək üçün məhsul olduğundan Ehtimadın sifariş verdiyi məhsulu göstərərək həmin hissəddə olan toyuq məhsullarını götürməsini bildirdi. Bundan sonra dörd nəfər fəhlə tərəfindən həmin mallar təxmini xatırladığı 15 seriyalı olan maşına yüklənildi. Malı yükləyib bitirdikdən sonra o, pulunu istəmişdir. Ehtimad ona demişdir ki, başqa yerə gedək ki, Rasim müəllim adını çəkdiyi şəxs ona pulu verəsidir. O, əvvəl bununla razılaşmamış, lakin sonradan Ehtimadın təklifi ilə razılaşmışdır və onun idarə etdiyi Opel astra markalı maşına oturmuşdur. Öndə onun oturduğu Opel markalı maşın, arxası ilə onların Ateko, onun dalınca da onların gətirdiyi Ateko markalı maşın gəlirdi. Ehtimad maşına oturanda bıçaq olduğunu görmüşdür. O, maşını idarə edərkən sağ əli ilə bəzən bıçağı əlinə alırdı. Onlar “Bazarstore” mağazasından biraz yuxarı qalxmış, sonra geri qayıtmışdırlar. Geri qayıdanda gətirdikləri Ateko markalı maşın başqa istiqamətə getdi. O, Etimada bu barədə demiş, Etimad adlı şəxs də ona demişdir ki, Rasim müəllim qabaqda onları gözləyir. Onun pulunu verəcəklər ,narahat olmasın. Onlar bir az getmiş və “Bazarstore” mağazasından bir az aşağıda Ehtimad maşını saxlamışdır. Ehtimad ona demişdir ki, Rasim müəllim orada gözləyir. O yolun kənarında kiminsə dayandığını görmüş, lakin Ehtimada pulunu maşında vermələrini bildirmişdir. Bu zaman Ehtimad sağ əlindəki bıçağı onun sol qoluna dirəmiş və maşından düşməsini tələb etmişdir. O, bundan sonra qorxduğu üçün maşından düşmüşdür. Həmin yolun kənarında dayanan şəxsin yanına getmişdir. Bu zaman Ehtimad çıxıb getmişdir. O, Rasim müəllim kimi ona təqdim edilən şəxslə danışmağa başlamış və ondan pulunu istəmişdir. O ona demişdir ki, şirkət rəhbərliyinə zəng etsin və desin ki, o onlara pulu qabaqcadan vermişdir. O, özünü Rasim müəllim kimi təqdim edən şəxsə demişdir ki, faktura onun adınadır. Şirkətə verdiyi pulun ona dəxli yoxdur. O, ona pul verməyəcəyini bildirmişdir. Özünü ona Rasim müəllim kimi təqdim edən şəxs demişdir ki, şirkətin ona 9.500 manat borcu var. Bundan sonra DİN-in 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə aparmışdırlar. Malın hara getməsindən onun məlumatı yoxdur. Bundan başqa o, bildirmişdir ki, Kamran müəlim və onun qardaşının Zərərçəkmiş şəxs2 MMC ilə müqaviləsi olduğundan sifariş qəbul edərkən ilk öncə Kamran müəllimə zəng vuraraq sifariş olduğu barədə məlumat verdikdən və onun razılığını adıqdan sonra Zərərçəkmiş şəxs2 MMC-dən məhsulu təhvil alırlar. Kamran müəllim və ya onun qadaşı razılıq vermədiyi halda Zərərçəkmiş şəxs2 MMC-dən malın götürülməsi mümkün deyildir. Alınan mal rəsmiyətdə ilk öncə Kamran müəllim tərəfindən alınıb sonra isə ona verilir. Şirkətdən başqa cür məhsulun alınması mümkün deyildir. Polisdə iş olandan sonra Kamran müəllim və təqsirləndirilən şəxslərlə Bakıda görüşmüşdür. Kamran müəllim ona təqsirləndirilən şəxslərin 9200 manat verdiyini demişdir. O, isə onun üzərində Şirkət tərəfindən qalıq borc qalmayacaqsa necə qərar versələr onun da razılıq verəcəyini bildirmişdir. Dəymiş ziyan ilk öncə ona o, Kamran müəllimə, Kamran müəllim isə Şirkətə ödəməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Votpeker adlı mebel salonunun sürücüsü kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 23:30 radələrində *0066 taksi şirkətində işləyən Zamiq adlı şəxs oğluna zəng edərək Şəki rayonundan Bərdə rayonuna aparası yük olduğunu demişdir. Oğlu əlavə qazanc əldə etmək üçün bununla razılaşmış və işlədiyi yerdə Tural adlı şəxsə məlumat vermişdir. O, da gedə biləcəyini demişdir. Gecə saatları olduğuna görə oğlu tək olmaması üçün oğlu ilə birlikdə evdən çıxmışdır. Bundan sonra oğlunun telefonuna zəng gəlmişdir. Zəng edən şəxs özünü oğlunun aparacağı yükün sahibi kimi təqdim etmiş və Şəki şəhərində olan “Günay” şadlıq sarayının qabağına gəlməyini istəmişdir. Onlar evdən çıxıb deyilən ünvana gedəndə oğluna yenə zəng gəlmişdir. Həmin şəxs oğluna “Bazarstore” mağazasından yuxarıda Bakcell dükanının qarşısında dayandığını demişdir. Onlar sifariş verilən yerə yaxınlaşanda orada 2 nəfər şəxsi görmüşlər. Onlardan biri oğluna demişdir ki, işçilər “Günay” şadlıq sarayının həyətindədirlər. Oğlu da maşını həmin yerə sürmüşdür. Ora çatdıqdan sonra maşının yük yerini açmışlar. Həmin yerdə İsuzu markalı maşından yükü maşına yığmışdırlar. Gec olduğu üçün o, yuxulu olmuş və işin gedişatına fikir verməmişdir, sadəcə maşından düşəndə görmüşdür ki, yüklənən mal toyuq məhsullarıdır. Malı yüklədikdən sonra onlar oradan çıxmışdırlar və yük maşınını Şəki şəhəri “Bağdad” kafesinin qarşısında saxlamışdırlar. Malı oğluna sifariş verən şəxs onun yanında əyləşmiş və oğluna maşını sürməyini demişdir. Oğlu da S.Mümtaz küçəsinə çıxmışdır və S.Mümtaz küçəsində yerləşən “Embawood” mağazasının qarşısında maşını saxlatdırmışdır. O, maşından düşməmişdir. Orada nə etdiklərini bilməmişdir. Sonra onun oğlu və həmin adam maşına oturmuş və birlikdə Bərdəyə yola düşmüşdürlər. Saat təxminən 03-04 radələri olardı, onlar Bərdəyə tanımadıqları yerə çatmışdırlar. Orada təxminən yarım saat gözləmişdirlər. Sonra qazel və onunla birlikdə opel markalı maşın gəlmişdir. Opeldən düşən adam Şəkidə şadlıq sarayının həyətində gördüyü adam idi. Qazel sürücüsünü isə tanımamışdır. O, maşınların dövlət qeydiyyat nişanlarına baxmamışdır. Onların yanında gələn adamla opelin sürücüsü malı qazelə yükləmiş, onlarla gələn adam oğluna 100 manat pul vermiş və o, oğlu ilə Şəkiyə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Votpeker adlı mebel salonunda sürücüsü işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 23:30 radələdində *0066 taksi şirkətində işləyən Zamiq adlı şəxs ona zəng edərək Şəki rayonundan Bərdə rayonuna aparası yük olduğunu demişdir. O, əlavə qazanc əldə etmək üçün bununla razılaşmış və məlumat vermək üçün işlədiyi yerdə rəhbərlikdə işləyən Tural adlı şəxsə məlumat vermişdir. O, da gedə biləcəyini demişdir. Gecə saatları olduğu üçün tək getmək istəməmiş və bu barədə atasına demişdir. Atası da onunla getməyə razılaşmışdır. Bundan sonra onun telefonuna zəng gəlmişdir. Zəng edən şəxs özünü aparacağı yükün sahibi kimi təqdim etmiş və ondan “Günay” şadlıq sarayının qabağıma gəlməyini istəmişdir. O, evdən çıxıb ora gedəndə ona yenə zəng etmişdir. Ona “Bazarstore” mağazasından yuxarısında yerləşən Bakcell dükanının qarşısında dayandığını demişdir. O, deyilən ünvana gəlmiş, orada 2 nəfər şəxs dayanmışdır. Onlardan biri ona demişdir ki, işçilər “Günay” şadlıq sarayının həyətindədirlər. O da maşını həmin yerə sürmüşdür. Ora çatdıqdan sonra o, maşının yük yerini açmışdır. Həmin yerdə İsuzu markalı maşından yükü onun maşınına yığmışdırlar. Ona verilən sifarişdə birinin çəkisi 11-12 kq olmaqla 250 ədəd qutu olduğunu demişdirlər. Elə dedikləri qədər 250 ədəd qutu yığmışdırlar. Bundan sonra o, şadlıq sarayının həyətindən çıxmışdır. Maşında onun atası da var idi. “Bazarstore” mağazasından yuxarıda Bakcell dükanının qarşısında özünü malın sahibi kimi təqdim edən şəxs maşında oturan şəxs düşdükdən sonra maşınına oturmuşdur. O, da maşını S.Mümtaz küçəsi ilə sürmüşdür. S.Mümtaz küçəsində yerləşən “Embawood” mağazasının qarşısında ona maşını saxlamağını demişdir. O, maşını saxladıqdan sonra “Mercedes” markalı maşın arxasında dayanmışdır. Yanında oturan şəxs yük yerini açmağını demişdir. O, da yük yerini açmışdır. Mercedes markalı maşındakı şəxs yük yerinin arxasına yaxınlaşmışdır. Yanında olan şəxs 18-20 ədəd qutunu həmin adama vermiş və o, da avtomaşına yükləyib çıxıb getmişdir. Sonra həmin şəxs maşına oturmuş və Bərdəyə sürməyini demişdir. O, da Bərdə rayonuna maşını sürmüşdür. Onlar təxminən saat 3-4 radələrində Bərdə rayonuna bilmədikləri bir yerə çatmışdılar. Yarım saat sonra yük qazeli gəlmişdir. Həmin qazellə birlikdə Opel markalı maşın da gəlmişdir. O, maşını kimin idarə etdiyini bilməmişdir. Həmin şəxslə yanında olan adam malı qazelə yükləmişdirlər. Bundan sonra ona həmin adam əlavə gözlədiyi üçün danışdıqları kimi məbləğdən 20 manat çox, yəni 100 manat pul vermişdir. Bundan sonra o, atası ilə birlikdə Şəkiyə qayıtmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, o, 24 may 2023-cü il tarixdən "xxxx" MMC-də sürücü işləyir. Baldızının oğlu Fərrux isə həmin şirkətdə ekspeditor işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Fərrux ona zəng edib bildirmişdir ki, Şəki şəhərindən sifariş daxil olub, Şəki şəhərinə mal aparmalıdır, buna görə səhər tezdən şirkətə gəlsin. O, da xx.xx.2023-cü il tarixdə şirkətə məxsus «Hundai H 065 yük» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla şirkətə getmişdir. Şirkətdə broller toyuqlarının hissələrinə aid məhsullar avtomaşına yüklənəndən sonra saat təxminən 16:30 radələrində Lerik rayonundan çıxıb Şəki rayonu istiqamətinə yola düşmüşlər. Yolda olduqları vaxt bir nəfər tez-tez Fərruxa zəng edib harada olduğunu, nə üçün gecikdiyini soruşdu. O, Fərruxdan zəng edənin kim olduğunu soruşanda, sonuncu ona bildirmişdir ki, zəng edən Ehtimaddır, harda olduqlarını və nə üçün ləngidiklərini soruşur. Həmin gün onlar gecə saat 23 radələrində Şəki şəhərinə çatmışlar, Ehtimad Fərruxun telefonuna göndərdiyi konum vasitəsi ilə Şəki şəhərində yerləşən «Bazarstore» ticarət mərkəzinin yanına gəlmişlər, onları həmin vaxt özünü Etimad kimi təqdim etmiş şəxs qarşılamışdır. Həmin şəxs Opel markalı avtomaşınla gəlmişdir. Etimad Fərruxla görüşəndən sonra avtomaşını «Bazarstore» ticarət mərkəzinin aşağı tərəfindəki aralıqla sürməyi bildirdi. O, da avtomaşını həmin aralığa sürmüşdür. Həmin vaxt Etimad Fərruxa demişdir ki, bir azdan maşın gələcək malı gələn maşina yükləyib aparacaq. Bir müddət gözlədikdən sonra oraya dəqiq markasını xatırlamadığı onun idarə etdiyi formada «Ateko» markalı yük maşını gəlmişdir. Həmin yerdə avtomaşın yaxınlaşmış, orada olan tanımadığı şəxslər malı həmin yük maşınına yükləməyə başlamışlar. O, kənarda dayanmış, onun idarə etdiyi maşında olan malların boşaldılmasına Fərrux özü nəzarət etmişdir. Mallar digər yük maşınına yüklənəndən sonrat maşının arxa yük yerini bağlamışlar. Həmin vaxt Fərrux Ehtimada demişdir ki, malın pulunu nəqd alacaq, Ehtimadda demişdir ki, gedək malı boşaldaq Rasim müəllim pulunu verəcək. O, Fərruxa demişdir ki, keçib Ehtimadın avtomaşınında otursun. Fərrux da Ehtimadın idarə etdiyi maşınına oturmuşdur. O, fəhlələrin birini idarə etdiyi avtomaşına dəvət etmiş, bir nəfər fəhlə gəlib onun maşınında oturmuşdur. Bundan sonra Ehtimad maşını sürmüş, onun arxasınca sürmuşdür. Onun da arxasınca digər yük maşını sürmüşdür. Etimad avtomaşını qabaqdan sağa sürüb oradan uzaqlaşmışdır, bir qədər getdikdən sonra Etimad avtomaşını tanımadığı mağazanın qarşısında saxlamışdır. Yolda arxasınca gələn yük maşını başqa istiqamətə getmişdir. Onlar həmin mağazanın qarşısına çatanda həmin avtomaşın orada olmamışdır. O, sükan arxasında oturmuşdur. Həmin vaxt onun yanında olan fəhlə yerə düşüb getmişdir. Fərrux Etimadın avtomaşınından düşüb mağazanın qarşı tərəfində dayanmış, adını sonradan bildiyi Pərvizın yanına getmişdir. Bu vaxt Etimad avtomaşını sürüb oradan uzaqlaşmışdır. O, baxıb görmüşdür ki, Fərrux Pərvizlə danışır, aralarında narahatçılıq olduğunu hiss edib o, avtomaşından düşüb onlara yaxınlaşmışdır. O, çatanda görmüşdür ki, Fərrux həmin Pərvizə deyir ki, «mənim malımın pulunu ver», Pərviz isə ona demişdir ki, «Sizin şirkətin mənə borcu var, nə vaxt mənim pulumu verərlər, onda gəlib malı apararlar». Həmin vaxt onların arasında bu səpgidə söhbət gedirdi. Fərrux Pərvizə demişdir ki, «mal mənimdir, pulunu mən verməliyəm, sənə kim pul verməlidir, gedib pulunu ondan tələb elə». Həmin vaxt konrket nəticə olmadığı üçün Fərrux məcbur olub «102» xidmətinə zəng edib vəziyyət barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlib onları Polis Şöbəsinə dəvət etmişlər. Pərviz polis əməkdaşlarına məlumat verən zaman bildirmişlər ki, Fərrux Opel markalı avtomaşında olan zaman Etimad ona bıçaq göstərib demişdir ki, düş get Rasim müəllimdən pulunu götür. Həmin vaxt ona məlum olmuşdur ki, Etimad Pərvizi ona Rasim müəllim kimi təqdim etmişdir. Həmçinin o, göstərmişdir ki, idarə etdiyi avtomaşına təxminən 4 tona yaxın mal yüklənmişdir. Konkret kimə nə qədər mal yükləndiyini bilmir. Fərrux malı digər yük maşınına yığdıran zaman orada bilmişdir ki, 21.000 manat dəyərində mal vardır. Həmçinin onun idarə etdiyi maşında bir qədər toyuq məhsulları qalmışdır. Mal yüklənəin zaman o, dəqiq fikir vermədiyi üçün toyuq məhsulları yüklənmiş yük maşının və özünü Ehtimad kimi təqdim etmiş şəxsin idarə etdiyi Opel markalı avtomaşının dəqiq markası və dövlət qeydiyyat nişanını xatırlamır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamış onlarla heç bir ədavəti və düşmənşiliyi yoxdur. Təqsirləndirilən şəxslər tərəfindən satış təmsilçisinə mal sifariş edilmiş və bu barədə ona satı təmsilçisi Fərruzx Fərruxzadə məlumat vermişdir. X2 "xxxx" MMC ilə müqaviləsi üzrə depozit hesabı olmaqla Masallı rayonu üzrə verilən sifarişlər, yəni yeddi rayona məhsul satışı onlar tərəfindən icra edilir. Şirkətdən məhsul birbaşa olaraq satış təmsilçisinə verilmir. Hazırki iş üzrə təqsirləndirilən şəxslər tərəfindən götürülən mallar qardaşı Kənan Sadıqovun depozit hesabından çıxılmaqla şirkət tərəfindən götürülən məhsullar onlara məxsus olmuşdur. İstintaq dövründə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə götürdükləri malın Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmadığı izah edilmiş və şirkətin onlara borcu varsa şirkətdən tələb etmələri izah edilmişdir. Bundan sonra təqsirləndirilən şəxslər tərəfindən götürülmüş məhsulun dəyəri olan 9200 manat ziyan onlara ödənilmişdir. Bundan sonra o, da notariat orqanında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şikayətilərinin olmaması barədə ərizə vermişdir. Əlavə olaraq qqeyd etmişdir ki, qardaşı Kəna Sadıqovun Zərərçəkmiş şəxs2 MMC ilə alqı satqı müqaviləsi vardır ki, həmin müqavilə üzrə sifariş Kənan Sadıqov tərəfindən Zərərçəkmiş şəxs2 MMCyə verilir və sifariş olunan məhsul Kənan Sadıqova satılmaqla şirkətdən çıxır. Bundan sonra həmin məhsulların dəyərinin ödənilməsi öhdəliyi Kənan Sadıqovun üzərində olur. Malı götürmüş satış təmsilçiləri malı Kənandan götürmüş olur. Bundan sonra Zərərçəkmiş şəxs2 MMC-dən çıxan məhsul üzrə bütün məsuliyyət Kənanın adına olmaqla məhsulun dəyəri olan pul da ondan tələb olunur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyan üzrə 9200 manat pulu aldıqlarını və onlardan şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs2 MMC-nin də qardaşına borcu olduğunu, əgər pul istəyirsə müqavilə üzrə qardaşının qeydiyyatda olduğu ərazi üzrə Məhkəməyə mülki iddia verə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 19:05-də Şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 20:30-da Şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin gün saat 18:30-da Şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli 774 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcələləsinin 178.2.1 və 178.2.4-cü maddələrindən həmin məcəllənin 178.2.1, 178.2.4, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 1072 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 181.2.4, 181.2.5-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 06 ədəd qaimələr maddi subut kimi tanınsın və disk və qayimə sənədlərinin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcələləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi üzrə təyin olunmuş “məhkəmə-əmtəəşünaslıq” ekspetizasının 15 avqust 2023-cü il tarixli 3-16-16/2-9/6196/2023 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertiza təyini qərarında göstərilən, 312 kq donmuş lebro paketdə toyuq, 1040,02 kq açıq donmuş tam bud, 78,61 kq donmuş file tabaq, 206,46 kq butulka açıq donmuş bud, 238 kq açıq donmuş bud dibi, 20 kq can əti, 1799,59 kq açıq donmuş file və 54,66 kq açıq donmuş qanaddan ibarət toyuq və toyuq məhsullarının 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 20.005.31 manat müəyyən olmuşdur. Cinayət işində olan 01 iyun 2023-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid2 4 nəfər şəxslərin arasında soldan 2-ci yerdə dayanmış Təqsirləndirilən şəxs2 Şalman oğlunu tanıyıb göstərib, xx.xx.2023-cü il tarixdə həmin şəxs yük maşınını sifariş verdiyini və həmin şəxs onu qarşıladığını, onun idarə etdiyi “Mersedes Benz -817” markalı, **- AC-*** dövlət qeydiyyat nişanlı avtomaşına yük yığıldıqdan sonra həmin şəxs yanında oturub onu Bərdə rayonuna sürdürdüyünü və Bərdə rayonunda avtomaşında olan yükü başqa avtomaşına boşaltdırıb onu yola saldığını bildirmişdir. Zərərçəkmiş şəxs2 MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Lerik Broyler MMC-nin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir kreditor borcu yoxdur. Cinayət işində olan 06 iyun 2023-cü il tarixli mobil telefona baxış protokolundan görünür ki, Bundan sonra xidməti iş otağımda Şahid1 təqdim etdiyi «Samsung A10» markalı mobil telefonda ***-***-**-** nömrəsi istifadə olunur. Baxışda iştirak edən Şahid1 bildirdi ki, həmin telefon nömrəsi onun öz adına olmaqla təxminən 6 ildir həmin nömrəni istifadə edir. Baxış zamanı Etimad adlı şəxs ona zəng etdiyi ***-***-**-** nömrəyə «Perakende Şeki» adı yazması, həmin nömrə ilə Şahid1 istifadə etdiyi ***-***-**-** nömrə arasında zənglər qeydə alınmışdır. Şahid1 istifadə etdiyi mobil telefonun «Whatsapp» proqramına baxış zamanı Etimad adlı şəxsin istifadə etdiyi ***-***-**-** nömrəli telefonla Şahid1 istifadə etdiyi ***-***-**-** nömrəli telefon arasında yazışmalar qeydə alınmışdır. xx.xx.2023-cü iı tarixli LB/53 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2 MMC (satıcı) ilə X16 (alıcı) arasında müqaviləyə əsasən satıcı alıcı tərəfindən təqdim olunmuş sifarişlərə əsasən, toyuq və toyuq əti məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli LB/09 nömrəli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 MMC X5 xx.xx.2023-cü il tarixədək Şəki RPİ-də ibtidai istintaq aparılan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli LB/24 nömrəli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 MMC Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixədək Şəki RPİ-də ibtidai istintaq aparılan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi qismində tanınsın. xx.xx.2023-cü il tarixli LB/09 nömrəli etibarnaməyə əsasən X5 verilmiş etibarnamə etibarsız sayılmaqla cinayət işində X9 şirkətin nümayəndəsi qismində tanınmaması qeyd olunmuşdur. “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakına xitam verilməsi, digər zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında” xx.xx.2023-cü il tarixli 1036 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması və cinayət prosesində iştirakı təmin edilməsi barədə qərar verilmişdir. Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş 006951 nömrəli malların təhvil-qəbul aktından görünür ki, Şahid1 tərəfindən təhvil verilən məhsullar aşağdakı kimidir:
1. Ümumi qiyməti 1040,015 manat, 1 kiloqramı 4,20 manat olmaqla 100 tam bud açıq donmuş
2. Ümumi qiyməti 658,295 manat, 1 kiloqramı 4,60 manat olmaqla 60 bud dibi açıq donmuş
3. Ümumi qiyməti 1799,590 manat, 1 kiloqramı 6,30 manat olmaqla 150 file açıq donmuş
4. Ümumi qiyməti 480,167 manat, 1 kiloqramı 4,40 manat olmaqla 46 qanad açıq donmuş
5. Ümumi qiyməti 20 manat, 1 kiloqramı 8 manat olmaqla 20 can əti 30 may 2023-cü il tarixli 004141 nömrəli qəbzdən görünür ki, Arif Rzayev tərəfindən Şahid1 490,210 kiloqram olmaqla 47 tara qanad açıq donmuş və 20 kiloqram olmaqla 1 tara can əti təhvil verilmişdir. 30 may 2023-cü il tarixli 004267 nömrəli qəbzdən görünür ki, Ruslan tərəfindən Fərruxa
1. 50 ədəd 570.480 tara panel donmuş
2. 100 ədəd 1040.015 tara tam bud açıq donmuş
3. 10 ədəd 78.605 tara file tabax donmuş
4. 20 ədəd 206.460 tara butulka açıq donmuş
5. 60 ədəd 658.295 tara bud dibi açıq donmuş
6. 150 ədəd 1799.590 tara file açıq donmuş təhvil verilmişdir. 30 may 2023-cü il tarixli, 006780 nömrəli Zərərçəkmiş şəxs2 MMC” tərəfindən yazılmış Malların təhvil-qəbul aktından görünür ki, malların qəbul edən Kənan Sadıqova verilmiş oğurlanmış malların qaimə-fakturası aşağdakı kimidir:
1. Ümumi qiyməti 43,92 manat, 1 kiloqramı 4.50 manat olmaqla cəmi 9.76 kiloqram bud butulka açıq donmuş
2. Ümumi qiyməti 4,32 manat, 1 kiloqramı 4,50 manat olmaqla cəmi 0,96 kiloqram bud dibi açıq donmuş
3. Ümumi qiyməti 11337,4 manat, 1 kiloqramı 6,30 manat olmaqla cəmi 1799,59 kiloqram file açıq donmuş.
4. Ümumi qiyməti 216,50 manat, cəmi 1 kiloqramının qiyməti 6,30 manat olmaqla cəmi 34,365 kiloqram file tabax donmuş.
5. Ümumi qiyməti 323,6 manat, 1 kiloqramının qiyməti 4,50 manat olmaqla 71,92 kiloqram paket toyuq donmuş.
6. Ümumi qiyməti 240,50 manat, 1 kiloqramının qiyməti 4,40 manat olmaqla cəmi 54,66 kiloqram qanad açıq donmuş.
7. Ümumi qiyməti 4368,1 manat, 1 kiloqramı 4,20 manat olmaqla cəmi 1040,015 kiloqram tam bud açıq donmuş.
8. Ümumi qiyməti 160 manat, bir kiloqramının qiyməti 8 manat olmaqla cəmi 20 kiloqram can əti olmaqla ümumilikdə 16694,40 manat 30 may 2023-cü il tarixli, 006766 nömrəli Zərərçəkmiş şəxs2 MMC” tərəfindən yazılmış Malların təhvil-qəbul aktından görünür ki, malların qəbul edən Kənan Sadıqova verilmiş oğurlanmış malların qaimə-fakturası aşağdakı kimidir:
1. Ümumi qiyməti 1404 manat, 1 kiloqramı 4,50 manat olmaqla cəmi 312 kiloqram Lebro toyuq paket donmuş
2. Ümumi qiyməti 4368,063 manat, 1 kiloqramı 4,20 manat olmaqla cəmi 1040,02 kiloqram tam bud açıq donmuş
3. Ümumi qiyməti 495,22 manat, 1 kiloqramı 6,30 manat olmaqla cəmi 78,61 kiloqram file tabak donmuş.
4. Ümumi qiyməti 929,07 manat, cəmi 1 kiloqramının qiyməti 4,50 manat olmaqla cəmi 206,46 kiloqram bud butulka açıq donmuş.
5. Ümumi qiyməti 1071 manat, 1 kiloqramının qiyməti 4,50 manat olmaqla 238 kiloqram bud dibi açıq donmuş.
6. Ümumi qiyməti 160 manat, 1 kiloqramının qiyməti 8 manat olmaqla cəmi 20 kiloqram can əti.
7. Ümumi qiyməti 11337,41 manat, 1 kiloqramı 6,30 manat olmaqla cəmi 1799,59 kiloqram file açıq donmuş.
8. Ümumi qiyməti 240,5 manat, bir kiloqramının qiyməti 4,40 manat olmaqla cəmi 54,66 kiloqram qanad açıq donmuş olmaqla ümumilikdə 20005,26 manat 03 iyun 2023-cü il tarixli, 002437 nömrəli Zərərçəkmiş şəxs2 MMC” tərəfindən yazılmış aktdan görünür ki, Şahid1 tərəfindən Arif Rzayevə təhvil verilən məhsullar aşağıdakı kimidir:
1. 240,08 kiloqram Toyuq paket donmuş
2. 44,245 kiloqram File tabak donmuş
3. 196,7 kiloqram Bud butulka açıq donmuş
4. 237,04 kiloqram Bud dibi açıq donmuş olmaqla ümumilikdə 718.065 kiloqram məhsul. xx.xx.2023-cü il tarixli “MPAY” ödəniş terminalından ödənilmiş qəbzin surətindən görünür ki, X5 məxsus 416974******5770 nömrəli kart hesabına 2000 (iki min) manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli “MPAY” ödəniş terminalından ödənilmiş qəbzin surətindən görünür ki, X5 məxsus 416974******5770 nömrəli kart hesabına 500 (beş yüz) manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, X5 məxsus 416974******5770 nömrəli kart hesabına 500 (beş yüz) manat ödəniş edilmişdir. X16 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizəsində bildirmişdir ki, o, Lerik Broylerin əməkdaşı di və Şəki şəhərində qardaşı Mirkamran Sadıqovla göndərdiyi toyuqları satdıqları şəxslər Xəyal, Pərviz və Ehtimad arasında pula görə yaranmış mübahisə artıq öz yerini tapıb. Qardaşı Mirkamran barışıq edib. Xəyaldan Pərvizdən və Ehtimaddan heç bir şikayəti yoxdur. Gələcəkdə də olmayacaq. Məhkəmədən barışıq ərizəsinin qəbul edilməsini xahiş etmişdir. X16 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, Lerik broylerlə əməkdaşlığ etdiyi vaxtı Ehtimat adlı şəxs Fərrux adlı ekspedetilə verilən toyuq məhsulları sifarişini qardaşı Mirkamran Sadıqova bildirib və onun icazəsi ilə qardaşı Mirkamran Fərruxa həmən toyuq məhsullarını Şəki Şəhərinə aparmasına icazə verib. 9200 manatlıq malı qəbul etdikdən sonra Pərviz adlı şəxs bildirib ki, "xxxx" şirkətində Nərman adlı şəxsə 9500 manat ödəmişdir. Ekspeditel bununla razılaşmayıb və buna görədə Fərrux 102 qaynar xətdə məlumat verərək Şəki Şəhər Polis idarəsinə aparılıb. Həmin günün sabahı qardaşı Mirkamran Şəki Şəhərinə gedərək bildirib ki, həmin toyuq məhsulları "Lerik broylərə" yox onlara aiddir. İstintaq dövründə Şəki Şəhər Prokuroru və Polisi tərəfindən üzləşmə zamanı sübuta yetirilib ki, bu toyuq məhsulları Zərərçəkmiş şəxs2 MMC-yə yox, Mirkamrana aiddir. Ondan sonra da bunlar polisə bildiriblər ki, onlar onda pulu Mirkamrana ödəyərək barışıq alır. Ondan sonra qardaşı Mirkamranla razılığa gələrək 9200 manatı Mirkamrana ödəyib və barşıq alıblar. Qardaşı Mirkamranın dedikləri doğrudur. O, da barışığını verir, Xəyaldan, Pərvizdən, Ehtimaddan heç bir şikayəti yoxdur. Gələcəkdə də olmayacaq. Şikayət ərizəsini geri qaytarıb barışıq ərizəsini qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş **********248 nömrəli ərizədən görünür ki, X3 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti yoxdur. Barışmış və gələcəkdə bu işlə bağlı heç bir iddia tələbi olmayacaq. Şəki ŞRPŞ-nin CAB-nə veriliş əməliyyat tapşırığının cavabında qeyd olunmuşdur ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında əvvəllər heç bir münasibət olmamış, eləcədə onların arasında ədavət və ya düşmənçilik, o cümlədən onların arasında pul və ya əmlakla bağlı mübahisələrinin olması müəyyən edilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olmuşdur ki, Opel Astra markalı avtomobili idarə etmiş «Etimad» alı şəxs xx.xx.1998-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 52 saylı inzibati binada qeydiyyatda olan Təqsirləndirilən şəxs3dur və o, Şəki şəhərinə gətirilərək İstintaq bölməsinə təqdim olunmuşdur. Həmçinin keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşıb, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 16.694 manat dəyərində broyler toyuq və toyuq məhsullarını ələ keçirmək məqsədi ilə sonuncu həmin şirkətin işçisi Şahid1 zəng edərək ondan pulunu Şəki şəhərində məhsulları təhvil alan kimi verəcəyini vəd etməklə aldadıb Şəki şəhərinə həmin dəyərdə toyuq və toyuq məhsulları gətirməsini sifariş vermiş, Şahid1 ona inanıb Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 16.694 manat dəyərində toyuq və toyuq məhsullarını Şəki şəhərinə gətirdikdən sonra həmin məhsulları Şəki şəhərində yerləşən Bazarstore ticarət mərkəzinin yanında başqa avtomaşına yüklədikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhsulları Bərdə rayonuna aparmışlar. Bundan başqa keçirilmiş tədbirlər zamanı, Şəki şəhərində həmin toyuq və toyuq məhsullarının yükləndiyi avtomaşının dəqiq markası və dövlət qeydiyyat nişanını, həmçinin malları yükləyən fəhlələrin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs3 Şahid1 bıçaqla hədələməsi müəyyən edilməmişdir. Bakı şəhərt Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal təsərrüfat Birliyin 66 saylı MKİS-dən daxil olmuş arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2, həqiqətən də, Xətai rayonu, NZS qəsəbəsi, ünvan 5 ünvanda qeydiyyatsız yaşayır, himayəsində iki az yaşlı övladları vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-dən daxil olmuş arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3, həqiqətən də, ünvan 6 ünvanda qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bakı şəhərt Abşeron Rayon İcra Hakimiyyətinin Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1, həqiqətən də, ünvan 7 ünvanda qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Səhiyyə Nazirliyi Sumqayıt şəhər narkoloji dispanserdən daxil olmuş xx.xx.2023-cü il tarixli 2306 nömrəli arayışdan qeyd olunmuşdur ki, ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda yoxdur. Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzdən daxil olmuş xx.xx.2023-cü il tarixli 4045 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 9 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs3 BŞNM-də qeydiyyatda yoxdur. Tibb Ərazi Bölmələrini X28 Publik hüquqi Şəxsi Bakı Baş X23 Hüquqi Şəxsi 26 nömrəli şəhər poliklinikasından daxil olmuş xx.xx.2023-cü il tarixli 186 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 10 ünvanda yaşayan xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 poliklinikanın Ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda yoxdur. Tibbi Ərazi Bölmələrinin X21 Hüquqi Şəxsi Sumqayıt X27 Hüquqi Şəxsi 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika qöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 276 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 8 ünvanda qeydiyyatda olan, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 həmin poliklinikada “onurğanın osteoxandrozu, L4 L5 fəqərəarası disk yırtığı, sağ tərəfi lyumboişalgiya, daimi kökcük tipli ağrı sindiromu ilə, sağ pəncənin parezi, sağ tərəfli L4 L5 diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 22 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 23 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmənin mövqeyi Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin izahatını və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli törədilmədiyi üçün onlara həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 toyuq məhsullarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs2 MMC-dən aldıqları toyuq məhsullarının yararsız olduğuna görə əvvəlcədən ödədikləri 9200 manatı ala bilmədiklərindən Zərərçəkmiş şəxs2 MMC-yə həmin məbləğdə toyuq məhsulları sifariş verməklə həmin pulu götürdükləri məhsulla əvəzləşdimək istəmişlər. Bunun üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən Zərərçəkmiş şəxs2 MMC-yə Şəki şəhəri üçün toyuq məhsullarının sifarişinin verilməsinə razılaşmışlar. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 MMC tərəfindən yetişdirilib tədarük olunan malları Şahid1 sifariş vermişdir. Bundan sonra Şahid1 sifariş olunan malları X11 razılığı və icazəsi əsasında Şəki şəhərinə gətirmiş və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən təhvil alındıqdan sonra sonuncular məhsulların pulunu ödəməkdən yayımaqla toyuq məhsularını qanunsuz olaraq ələ keçirmişlər. Qeyd edilənlər xüsusatlar zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, təqsirləndirilən şəxslərin ifadələri ilə öz təsdiqini tapır. İstintaq zamanı təqsirləndirilən şəxslər puldan 9200 manatını əvvəllər iş üzrə Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi olmuş X6 ödəmişlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə xx.xx.2023-cü iı tarixli LB/53 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2 MMC (satıcı) ilə X16 (alıcı) arasında müqaviləyə əsasən satıcı alıcı tərəfindən təqdim olunmuş sifarişlərə əsasən, toyuq və toyuq əti məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Xəyal Salmanov və Ehtiram Həsənov tərəfindən ələ keçirilən toyuq məhsullarının sifarişi üzrə 30 may 2023-cü il tarixli, 006780 nömrəli Zərərçəkmiş şəxs2 MMC” tərəfindən yazılmış malların təhvil-qəbul aktında məhsulları qəbul edən Kənan Sadıqova verilmiş oğurlanmış malların qaimə-fakturası qeyd edilməklə həmin məhsulların da, Kənan Sadıqov tərəfindən qəbul edilməsi və ona məxsus olması göstərilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bundan başqa həmin qərarda qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o, da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Göründüyü kimi cinayət işi üzrə toplanmış sübutlarla müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 MMC ilə X11 arasında toyuq məhsullarının alqı-satqı müqaviləsi olmuşdur. Təqsirləndirilən şəxslər tərəfindən ələ keçirilmiş məhsullar isə Zərərçəkmiş şəxs2 MMC-nin Kənan Sadıqova müqavilə üzrə satdığı məhsullardır. Belə olan halda yuxarıda qeyd olunan plenum qərarından da, göründüyü kimi iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 MMC yox məhz X16 olmalı olduğu halda istintaq orqanı tərəfindən yalnış olaraq Zərərçəkmiş şəxs2 MMC zərər çəkmiş şəxs kimi tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərardan görünür ki, təqsirləndirilən şəxslərin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakını talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan suiistifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin X22, Təqsirləndirilən şəxs2 Elləz oğlu və Təqsirləndirilən şəxs3 hərəkətlərində hüquq pozuntusu olsa da, onların hərəkətlərinin məhz Zərərçəkmiş şəxs2 MMC-yə, yəni hazırki iş üzrə zərər çəkmiş hüquqi şəxsi aldadaraq və ya etibardan sui-istifadə edərək yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən olunmur. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən ələ keçirilmiş toyuq məhsulları Zərərçəkmiş şəxs2 MMC tərəfindən alqı satqı müqaviləsi üzrə X1. Təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs2 MMC-yə münasibətdə məhsulları ələ keçirmək istəmələrinə baxmayaraq nəticədə Zərərçəkmiş şəxs2 MMC-nin Kənan Sadıqova satdığı məhsulları ələ keçirməklə sonuncunun əmlakını ələ keçirməklə özbaşınalıq əməlini törətmişlər. Bundan sonra təqsirləndirilən şəxslər ibtidai istintaq dövründə məhsulun sahibi olan Kənan Sadıqovun qardaşı Mirkamran Sadıqovla barışıq əldə edərək, əldə etdikləri məhsulun dəyəri olan 9200 manat pulu vermiş və bununla bağlı Mirkamran Sadıqov istintaq dövründə notarial qaydada təsdiq olunmuş ərizəsini təqdim etmişdir. Bundan başqa X11 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizəsindən də müəyyən olunur ki, təqsirləndirilən şəxslərin əldə etdikləri toyuq məhsulları ona məxsus olmuş və dəymiş ziyan tam olaraq ödənmişdir. Azərbaycab Respublikası Müki Məcəlləsinin; 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs2 MMC ilə X13 arasında bağlanmış xx.xx.2023-cü iı tarixli LB/53 nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığı, uydurma və ya digər hər hansı əqdi pərdələmək niyyətinin olduğu da Zərərçəkmiş şəxs2 MMC tərəfindən mübahisələndirilməmişdir. Bu hal tərəflər arasında olan alqı-satqı müqaviləsinin görüntü xatirinə və ya hər hansı digər əqdi pərdələmək niyyəti ilə bağlanmış olmamasını bir daha təsdiq edir. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində məhz Zərərçəkmiş şəxs2 MMC qarşı dələduzluq cinayətini xarakterizə edən əlamətlərin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əsassız olaraq CM-in 178.2.1 və 178.2.4-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs2 MMC tərəfindən onlara ollan borcunu qaytarmaq niyyıti ilə sonuncunun əmlakını ələ keçirmək niyyəti olsa da, yalnış olaraq X15 məxsus əmlakları əldə etmiş və hazırki iş üzrə olan zərər çəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs2 MMC-nin əmlakını qanunsuz olaraq ələ keçirməməklə heç bir maddi ziyan vurmamışdır. ibtidai istintaq orqanı onlar arasında yaranmış və iş üzrə zərər çəkmiş şəxs Kənan Sadıqov olduğu halda qanunsuz olaraq Zərərçəkmiş şəxs2 MMC zərər çəkmiş şəxs qismində tanınmışdır. Bütün qeyd edilənlər məhkəməyə mübahisə tərəfləri arasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 MMC-yə qarşı aldatmaq və ya etibarından sui-istifadə etmək cinayət əməlinin olunması nəticəsinə gəlməyə əsas vermir. CM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayət-prosesual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində iş üzrə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC əmlakının etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. CPM-in: 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X14 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əməlində cinayət tərkibi olmadığından, həmin əsasla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış sübutlar ümumiyyətlə, Hüquqi şəxs olan Zərərçəkmiş şəxs2 MMC-yə qarşı dələduzluq cinayətinin mövcudluğunu istisna etdiyindən, təqsirləndirilən şəxslərə həmin maddə ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməli və barələrində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Orxan Nərimanlı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 74-cü bəndində göstərilir ki, Təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Hazırki cinayət işi üzrə cinayət hadisəsinin, yəni dələduzluq cinayətinin Zərərçəkmiş şəxs2 MMC-yə qarşı baş verməsi müəyyən olunmadığından, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 MMC-yə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ziyanın vurulması istisna olunur və bu baxımdan verilmiş mülki iddia cinayət mühakimə icraatında həll oluna bilməz. Buna görə də məhkəmə, Zərərçəkmiş şəxs2 MMC-nin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasının baxılmamış saxlanılmasını və CPM-in 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququnun Zərərçəkmiş şəxs2 MMC-yə izah edilməsini məqsədəmüvafiq hesab edir.
Cinayət işi üzrə maddi sübut olan 06 (altı) vərəqədə qayimə sənədləri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 50 (əlli) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 39.1.2, 42.1.2, 42.2.2, 61, 62, 346-347, 349, 351-353 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilsin. Zərərçəkmiş şəxs2 MMC- tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçıya ümumi qaydada məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Cinayət işi üzrə maddi sübut olan 06 (altı) vərəqədə qayimə sənədləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 50 (əlli) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Elşən Vəliyev