Məhkəmə qərarları › İş №1(075)-10/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-10/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-10/2025 01.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X4 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər Müdafiəçi2 və X9 iştirakları ilə, xx.xx.1983-cü ildə Şəki rayonu, Aşağı Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, İİ qrup əlil, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Aşağı Şabalıd kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qanunsuz olaraq 14 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində Şəki rayonunun Aşağı Şabalıd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq içəri daxil olmaqla həmin fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən qonaq otağında olan Zərərçəkmiş şəxs məxsus əl çantasındakı 2000 (iki min) manat pulun 1000 (bir min) manatını gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs 1000 (bir min) manat dəyərində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qanunsuz olaraq 17 noyabr 2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən olunmamış saatda Şəki rayonunun Aşağı Şabalıd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq içəri daxil olmaqla həmin fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən qonaq otağında olan Zərərçəkmiş şəxs məxsus əl çantasındakı 1000 (bir min) manat pulu və həmin evin birinci mərtəbəsində yerləşən mətbəxdə olan bir ədəd 300 manat dəyərində “Aepenhoff Germany” markalı, “FQ-883” modelli, qırmızı rəngli, 2800 Wluq tozsoranı gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 1300 (bir min üç yüz) manat dəyərində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahid ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, işsiz olduğu üçün həmkəndlilərinin həyətlərində işləyərək pul əldə edir. Son vaxtlar iş olmadığı üçün siqaret almağa pulu olmamışdır. Ona görə qərara gəlmişdir ki, oğurluq etsin, yəni pul olsa, pul götürsün, pul olmasa hər hansı bir qiymətli əşya götürüb satıb pul əldə etsin. Əvvəllər həmkəndlisi Zərərçəkmiş şəxs həyətindəki ağacları budadığına, həyətini bellədiyinə görə onun evinə giriş çıxışı görmüşdür. Ona görə Fatmanın evindən oğurluq etməyi qərara almışdır. Ona görə 06 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində Fatmanın evinə getmişdir. Fatmanın evinin həyətinin girişindəki tordan olan qapısını açıb həyətə keçmişdir. Evin qarşısına gəlib eyvana qalxmış, mətbəxin qapısı açıq olduğu üçün həmin qapıdan içəri daxil olduqda qutunun içərisində tozsoran olduğunu görmüş və həmin tozsoranı qutu ilə birlikdə götürüb oradan çıxıb evlərinə getmişdir. Həmin tozsoranı heç kim görməsin deyə tozsoranı qutusu ilə birlikdə həyətindəki altaçığa qoymuşdur. Sonra paltarlarını dəyişib tozsoranı satmaq üçün götürüb yaşadığı kənddə maşın olmadığı üçün piyada Şəki rayon, İnçə kəndinə getmişdir. İnçə kəndindən isə Məmməd adlı şəxsin Vaz-2106 markalı avtomobili ilə Şəki şəhər bazarına getmişdir. Bazarda Fatmanın evindən oğurladığı tozsoranı 15 manata Şahmar adlı şəxsə satmışdır. Həmin pulun 5 manatını Məmməd yol haqqına və tozsoranı satmaq üçün müştəri tapdığına görə ona vermişdir. 10 manat pul isə özünə qalmışdır. Həmin 10 manatı sonra öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 14 noyabr 2023-cü il tarixdə Fatma onu qış üçün aldığı odunları evinin arxasına yığmağa çağırdığı üçün onun evinə getmişdir. Fatma ona odunları yığmalı olduğu yeri göstərib odunları üst-üstə həmin yerə yığmasını, pensiyasını alan zaman ona 20 manat pul verəcəyini demişdir. Razılaşdığı üçün odunları Fatmanın göstərdiyi yerə, yəni evin arxasına yığmağa başlamışdır. Odunları yığanda Fatmanın həyətlərindən çıxdığını görmüşdür. Fatmanın getməsindən və evin qapısının açıq olmasından istifadə edib onun evinə daxil olmuşdur. Fatmanın evinin birinci mərtəbəsində yatdığı otağa daxil olanda divanın yan tərəfində yerdə qara rəngli əl çantası olduğunu görmüşdür. Həmin əl çatasını açıb içərisinə baxanda içərisində pul kisəsi olduğunu görmüşdür. Həmin pul kisəsini açanda içərisində pul olduğunu görmüş və puldan iki ədəd 100 manatlıq pul əskinazlarını götürüb otaqdan çıxmışdır. Pul kisəsində 3 ədəd 100 manatlıq, 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq, əl çantasının qabaq cibində isə 2 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinazları qalmışdır. Fatmanın həyətindən çıxanda qərara gəlmişdir ki, geri qayıdıb çantada qalan pullarıda götürsün. Ona görə geri qayıdıb pul kisəsindən 2 ədəd 100 manatlıq və əl çantasının qabaq cibindən 2 ədəd 50 manatlıq pul əskinazlarınıda götürmüşdür. Pul kisəsində 1 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq, çantada isə 1 ədəd 20 manatlıq pul əskinazları qalmışdır. Fatmanın evindən pulunu oğurlayandan sonra çıxıb evlərinə getmişdir. Fatmanın evindən oğurladığı 600 manat pulu sonradan öz ehtiyaclarına xərcləmişdir. Fatmanın evindən 600 manat pul və bir ədəd tozsoran oğurlamasını heç kim görməmiş və heç kimin məlumatı olmamışdır. Məmməd və Şahmar satmaq istədiyi bir ədəd tozsoranın oğurluq olduğunu əvvəlcədən bilməmişlər. Çünki əvvəlcədən onlara həmin tozsoranın özünə məxsus olduğunu demişdir. Fatmanın evindən 2000 manat deyil, 600 manat pulunu və bir ədəd tozsoranını oğurlamışdır. Fatmanın evindən bir ədəd tozsoranı xx.xx.2023-cü il tarixdə saat 14 radələrində, 600 manat pulunu isə xx.xx.2023-cü il tarixdə oğurlamışdır. Bildirmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəmişdir. İlk dəfədir ki, oğurluq cinayət əməli törətmişdir. Əməlindən peşmandır. Ailəlidir, himayəsində iki azyaşlı övladı vardır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, tək və yaşlı olduğu üçün keçən il həyətindəki ağacları budamaq, çəpərinin dağılan hissəsini bərkitmək və torpaq sahəsini belləmək üçün həmkəndlisi Təqsirləndirilən şəxs çağırıb həyətindəki işləri görməsini xahiş etmişdir. Turalda gəlib dediyi işləri görmüş və işini qurtarandan sonra onun zəhmət haqqısını, yəni pulunu vermişdir. Bundan sonra Turalı işləmək üçün evinə çağırmamışdır. Bu ilin yəni 2023-cü ilin noyabr ayının 14-də evinin ikinci mərtəbəsində olan qonaq otağına qalxmış və həmin otaqdakı əl çantasına baxan zaman çantasında saxladığı pulun 1000 manatı yerində olmadığını görmüşdür. Evinin qapı, pəncərəsi sınmadığı və özüdə daima evində olduğu üçün pulunu kiminsə oğurlamasından şübhələnməmişdir. Fikirləşmişdir ki, yaşlı olduğu üçün pulu qoyduğu yeri unutmuşdur.17 noyabr 2023-cü il tarixdə axşama yaxın yenə nə iləsə əlaqədar evinin ikinci mərtəbəsinə qalxıb qonaq otağında olan əl çantasına baxan zaman çantada saxladığı pulun qalan 1000 manatında yerində olmadığını görmüşdür. Pulunun kimin götürməsini bilmədiyi üçün bu barədə heç kimə bir söz deməmişdir. xx.xx.2023-cü il tarixdə mətbəxdə olan bir ədəd tozsoranınında yerində olmadığını görmüşdür. Evini axtarsada tozsoranını tapmamışdır. Həmin ərəfədə xəstələnmiş və yaşlı olduğu üçün polis şöbəsinə şikayət etməmişdir. Fikirləşmişdir ki, bir qədər özünə gəlib gedib evindən pulunun və tozsoranının oğurlanması ilə bağlı şikayət edər. Sonradan evindən 2000 manat pulunun və bir ədəd tozsoranının həmkəndlisi Turalın oğurlamasından şübhələnmiş və Şəki şəhərində yaşayan gəlini İlahəyə zəng vurub bu barədə ona məlumat vermişdir. Gəlini İlahədə sonradan onun evindən 2000 manat pulunun və bir ədəd tozsoranının Tural tərəfindən oğurlanması ilə bağlı Şəki şəhər polis şöbəsinə şikayət etmişdir. Tural 2000 manat pulunun 1000 manatını, 14 noyabr 2023-cü il tarixdə, təxminən saat 13 radələrində evinin ikinci mərtəbəsində yerləşən çarpayının yan hissəsinə qoyduğu əl çantasından oğurlamışdır. Digər 1000 manatını isə 17 noyabr 2023-cü il tarixdə dəqiq saatını bilmədiyi vaxtda yenə həmin yerdən əl çantasından oğurlamışdır. Tural bir ədəd tozsoranını 2023-cü ilin noyabr ayında oğurlamışdır, lakin konkret hansı tarixdə oğurladığını bilmir. Tozsoranının oğurlandığını 19 noyabr 2023-cü il tarixdə bilmişdir. Göstərmişdir ki, evindən oğurlanan bir ədəd tozsoranın Aepenhoff markalı olmuşdur. Həmin tozsoranı 2023-cü ilin avqust ayında 300 manata kəndlərinə gələn tanımadığı səyyar satıcıdan almışdır. Turala evinin ikinci mərtəbəsində yerləşən qonaq otağına daxil olmasına və həmin otaqda olan əl çantasından pul götürməsinə icazə verməmişdir. Tural gizlin evinə daxil olub pulunu və tozsoranını oğurlamışdır. Tural əvvəlcədən pulunu harada saxladığını bilməmişdir. Evinin otaqlarının qapısının kilidi olsada, evdə olduğu müddətdə heç vaxt qapıları bağlamamışdır. Yalnız harasa qonaq gedən zaman evinin qapısını bağlamışdır. Oğurluq olan günüdə evinin bütün qapıları açıq olmuşdur. Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şəki rayonu, Aşağı Şabalıd kəndində yaşayan Təqsirləndirilən şəxs təxminən 7-8 il olar ki, tanıyır. Belə ki, Tural kəndlərinə gəlib fəhləlik etdiyinə görə onu görüb tanımışdır. Əvvəllər Turalla aralarında narazılıq, ədavət və düşmənçilikləri olmamışdır, hazırdada yoxdur. Bildirmişdir ki, 2023-cü ilin noyabr ayının 17-də günorta vaxtları Şəki şəhərində bazarda olan zaman həmkəndlisi Məmməd və Tural yanına gəlmişlər. Turalın əlində kağız qutuda tozsoran olmuşdur. Tural ona tozsoranı 20 manata satmaq istədiyini bildirmişdir. Həmin vaxt Turala 15 manat pulu olduğunu, razılaşacağı halda tozsoranı alacağını demişdir. Turalda tozsoranı dediyi qiymətə ona satmağa razılaşdığı üçün Turala 15 manat pul verib ondan bir ədəd qırmızı gövdəli Aepenhoff markalı tozsoranı alıb maşınına qoyub evinə aparmışdır. Tural isə pulu ondan alıb çıxıb getmişdir. Bir müddət sonra polis əməkdaşları yaşadığı ünvana gəlmişlər. Polis əməkdaşları ondan Turaldan tozsoran alıb-almadığını soruşan zaman polis əməkdaşlarına 2023-cü ilin noyabır ayında gününü dəqiq bilmədiyi tarixdə Turaldan 15 manata bir ədəd tozsoran aldığını bildirmişdir. Polis əməkdaşlarıda Turalın həmin tozsoranı oğurlayıb ona satdığını və həmin tozsoranın hazırda harada olduğunu soruşmuşlar. Həmin vaxt polis əməkdaşlarına həmin tozsoranın evində olduğunu bildirmiş və sonra həmin tozsoranı gətirib polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin polis əməkdaşları ona izahat vermək üçün polis şöbəsinə dəvət etmişlər. Razılaşdığı üçün polis şöbəsinə gəlib izahat verib çıxıb evinə getmişdir. Tozsoranı Turaldan alan zaman ondan tozsoranı nə üçün satdığını soruşmuşdur. Turalda ona tozsoranın özlərinin tozsoran olduğunu, lakin evlərində tozsoranı işlədən olmadığı üçün satmaq istədiyini bildirmişdir. Həmin tozsoranı Turaldan alan zaman oğurluq olduğunu bilməmişdir. Tural əvvəllər ona hər hansı bir əşya və ya predmet satmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, özünə məxsus Vaz-2106 markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Şəki rayonu, Aşağı Şabalıd kəndində yaşayan Təqsirləndirilən şəxs təxminən 10 il olar ki, tanıyır. Əvvəllər Turalla aralarında narazılıq, ədavət və düşmənçilikləri olmamışdır, hazırdada yoxdur. 2023-cü ilin qış aylarında dəqiq tarixini xatırlamadığı vaxtda idarə etdiyi avtomobillə yaşadığı kəndin mərkəzi hissəsinə gələn zaman Turalı yolun kənarında görmüş və Tural ona maşını saxlamaq üçün əli ilə işarə verdiyinə görə maşını onun yanında saxlamışdır. Tural ona Şəki şəhərinə getmək istədiyini bildirdikdə onu Şəki şəhərinə apara biləcəyini demişdir. Həmin vaxtı Tural əlindəki qutuda olan bir ədəd qırmızı gövdəli tozsoranı maşınına qoyub, özü avtomobilinə əyləşdikdən sonra Şəki şəhərinə yola düşmüşlər. Tural yolda ona pulu olmadığını tozsoranı satıb pulunu verəcəyini bildirdikdə etiraz etməmişdir. Turalı Şəki şəhər bazarına gətirmişdir. Bazarda maşından düşəndən sonra həmkəndliləri Şahmarla rastlaşmışlar. Tural söhbət zamanı Şahmara tozsoranı satmaq istədiyini bildirmişdir. Şahmarda Turala 15 manat pulu olduğunu, tozsoranı həmin qiymətə verəcəyi halda alacağını demişdir. Turalda razılaşdığı üçün Şahmar Turala 15 manat pul verib tozsoranı ondan almışdır. Sonra Tural onun pulunu vermişdir. Pulunu aldıqdan sonra oradan çıxıb getmişdir. O, Şəki şəhərinə gələn zaman yolda Turaldan tozsoranı nə üçün satdığını soruşan zaman Tural ona arvadı ilə boşandığını, evlərində tozsoranı işlədənin olmadığı üçün satdığını bildirmişdir. Turalın həmin tozsoranı oğurladığını əvvəlcədən bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK-1/2337 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanılması və istintaqının aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. - “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Şəki rayonu, Aşağı Şabalıd kəndində yerləşən evinə baxış keçirilmişdir. - “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 bir ədəd “Aepenhoff” markalı tozsoranı təqdim edərək, həmin tozsoranı 17 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 15 manata aldığını bildirmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 006 saylı məktubundan görünür ki, Şəki rayonu, Aşağı Şabalıd kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2001-ci ildən Şəki rayon Psixiatriya xəstəxanasında orta dərəcəli əqli gerilik diaqnozu F-71.1 ilə dispanser müşahidəsindədir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə, saat 16:55-də Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. - Şəki şəhər İHB-nin İnçə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 32 saylı arayışdan görünür ki, Şəki rayonu Aşağı Şabalıd kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X7, qızı X8 və oğlu X5 ibarətdir. - Şəki şəhər İHB-nin İnçə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 33 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Aşağı Şabalıd kəndində yaşayır. - Şəki şəhər İHB-nin İnçə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Aşağı Şabalıd kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - Əşyanın tanınmaya təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş əşyaların arasından bir ədəd “Aepenhoff” markalı tozsoranı tanıyaraq göstərdiyi əşyanın ona məxsus olduğunu bildirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, 39 saylı stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) davranış pozuntuları ilə XTB 10 (psixi davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respubilkası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəki rayonu Aşağı Şabalıd kəndində yaşayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək tutulması istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2024-cü il tarixsə, təxminən saat 13:30 radələrində Qax şəhəri ərazisində saxlanılaraq təhvil verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/527 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Aepenhoff Germay” markalı, “FQ-883” model qırmızı rəngli 2800 W-luq tozsoranın istifadə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 60.00 manat müəyyən edilir. - Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iptidai istintaqın gedişi zamanı zamanı xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən, o, evindən oğurlanmış 2000 manat pulun və bir ədəd “Aepenhoff” markalı tozsoranın oğurlandığı yeri dəqiq göstərmiş və bu barədə protokol tərtib edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmişdir. - Sübutların qiymətləndirilməsi, cinayət təqibinin rədd olunması və cinayət işinin materiallarından material ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi və təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3-cü maddələrinə tövsif olunmaqla ibtidai istintaq həmin maddələrlə davam etdirilməsi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihama əlavə və düzəlişlər edildiyindən ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə yenidən itham elan olunması barədə qərar qəbul edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi iş üzrə nəzərə alınması, işdə olan təqsirləndirilən şəxsin təqsirləndirilən şəxsin özünün etiraf edici ifadəsi, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə əmtəəşünashq, məhkəmə psixiatrik ekspertiza rəyləri, ifadənin yerində yoxlaması protokolu, hadisə yerinə baxış protokolu, üzləşdirmə protokolu, tanınmaya təqdim etmə protokolu və sair istintaq sənədləri iş üzrə sübut növü kimi qəbul olunmaqla ********* nömrəli cinayət işinə əlavə edilməsi, iş üzrə bir ədəd “Aepenhoff Germany” markalı, “FQ-883” model qırmızı rəngli 2800 W-luq tozsoran maddi sübüt kimi tanınması, təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Şəki ŞRPŞ-nə verilməsi, iş üzrə Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evdən bir ədəd “Aepenhoff Germany” markalı tozsoranını və 2000 manat pulunu oğurlaması faktı üzrə əməlində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilməsi və bu barədə material ayrılaraq Şəki rayon prokurorluğuna göndərilməsi, Şahid1 Təqsirləndirilən şəxs bir ədəd tozsoran alması faktı üzrə əməlində Azərbaycan Respublikası CM-nin 194.1 və 307.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd olunması və təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq Şəki rayon prokurorluğuna göndərilməsi, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd olunması və onun təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq Şəki rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd olunması və təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq Şəki rayon prokurorluğuna göndərilməsi, iş üzrə dəymiş ziyanın məbləği Zərərçəkmiş şəxs göstərdiyi 2300 manat dəyərində götürülməsi qərar alınmışdır. - Təqsirləndirilən şəxsin yenidən ittiham edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin (17-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin 600 manat məbləğdə pulunu oğurladığını bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərdiyi həmin dəlillər özünümüdafiə xarakteri daşıyır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən, zərərçəkmiş şəxs, şahidin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, himayəsində azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qətimkan qismində həbsdə olduğu 17 (on yeddi) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs X10 məxsus bir ədəd “Aepenhoff Germany” markalı, “FQ-883” modelli, qırmızı rəngli, 2800 W-luq tozsoran qanuni sahibi X1 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qətimkan qismində həbsdə olduğu 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 1 (bir) ay 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan bir ədəd “Aepenhoff Germany” markalı, “FQ-883” modelli, qırmızı rəngli, 2800 W-luq tozsoran qanuni sahibi X1 qaytarılsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar