Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-100/2025 29.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, X5 oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, 1980-ci ildə Laçın rayonunda anadan olmuş, hal-hazırda Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində yaşayan, X2 məhkəmə məhsuliyyətinə verilməsinə və onun AR CM-nın 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, o, Şəki rayon Mərkəzi Xəstəxanası publikhüquqi şəxsin direktoru vəzifəsində işləyir. X3 ilə şəxsi yaxın münasibətləri olmamışdır. O, “Tik Tok” sosial şəbəkəsində özünə məxsus “@blogger11” adlı səhifəsində X4 barəsində böhtan dolu, şəxsiyyətini təhqir edəcək ifadələr işlətməklə müxtəlif videolar paylaşır. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X3 xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilərini əsassız hesab etdiyini bildirmiş, həmçinin işin baxılması üçün aidiyyəti üzrə onun qeydiyyatda olduğu Laçın Rayon Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş xüsusi ittihamçı üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən iclasa gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.11-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, xüsusi ittiham qaydasında şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.7-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda əhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.2.3, 384-385-ci maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №1(075)-100/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-100/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver