Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-101/2022 05.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirаkları ilə X11 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə X4 29 sentyabr 2022-ci il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 Rəşad Şamil oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonunda anadan olmuş, subay, Şəki şəhəri, Yeni Çələbixan qəsəbəsində yaşayan X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. X9 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 23:00-00:00 radələrində qızı Yeganə ona zəng edərək evə kiminsə daxil olduğunu demişdir. Həmin vaxt o, 102 qaynar xəttinə müraciət edərək bu barədə məlumat vermişdir. Şikayəti üzrə Şəki şəhər-rayon Polis Şöbəsində araşdırma aparılmış və haqqında şikayət verdiyi şəxs X11 barəsində cinayət işinin başlanması rədd edilmişdir. X11, Şəki şəhər-rayon Polis Şöbəsində verdiyi izahatında 1 ilə yaxındır onunla münasibətdə olmasını, sosial şəbəkə və telefon vasitəsi ilə onunla yazışıb görüşməsini, onun X7 evinə çağırmasnı bildirmişdir. Eyni zamanda yaşadıqları Şəki rayonu, Yeni Çələbixan qəsəbəsinin bir qrup sakininə, öz iş yoldaşlarına onun barəsində həqiqətə uyğun olmayan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, ailəsi dağılmaq ərəfəsindədir. X11 onların evinə girməyə cəhd göstərmiş, yalnız qızı Rəşadı gördüyünə görə qaçıb getmişdir. X11 onlara Rəşadın qohumu olan qonşu tərəfdən gəlməyə cəhd göstərmişdir. Həmin gündən etibarən qızları qorxduğundan xəstə olmuşlar, məktəbə belə getməyə qorxullar. X11 ilə heç bir münasibəti olmadığı halda, Rəşad polis şöbəsində onların münasibəti olması barədə həqiqətə uyğun olmayan yalan ifadələr vermişdir. Bundan başqa qonşuların yanında onun barəsində həqiqətə uyğun olmayan məlumatları yaymışdır ki, guya həmin gün Rəşadı evə o, dəvət etmişdir. Halbuki bu yalandır. Rəşad qeyd olunan yalan məlumatları yaymış, lakin kimlərin yanında deməsini, o, bildirmək istəmir. Bundan başqa Rəşadın anası onun barəsində nalayiq ifadələr işlətmişdir. X11 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işinin başlanılması və onun həmin maddələrlə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 izahat verərək göstərdi ki, o, X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə tanış olmuşdur. X9 ilə uzun müddətdir ki, münasibətləri var. Bunu təsdiq edən telefon yazışmaları var. X2 qarşı hər hansı bir təhqiramiz ifadə işlətməmişdir. Polis şöbəsində də ifadəsində bunları bildirmişdir. Başqa hər hansı bir şəxsə X9 barəsində heç bir söz deməmişdir. Buna görə də xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X5 müdafiəçisi Müdafiəçi bildirdi ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində X11 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməlin törədilməsi, həmin əməlin onun tərəfindən törədilməsini subut edən hallar göstərilməmişdir. Odur ki, şikayət ərizəsinin icraata götürülməkdən imtina ediməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəliv orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində barəsində şikayət verilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməlin törədilməsi, həmin əməlin onun tərəfindən törədilməsini subut edən halların göstərilməsi qanunvericiliyin tələbidir və şikayət ərizəsinin qeyd olunan formada tərtib olunmaması məhkəmənin hazırlıq iclasında şikayətin icraata qəbul olunmaması üçün əsasdır. Lakin şikayət ərizəsi ilə tanış olduqda müəyyən olur ki, ərizədə barəsində şikayət verilən şəxs X5 işlətdiyi hansı ifadələrin konkret olaraq böhtan, hansıların isə təhqir olduğu göstərilməmişdir. X3 cinayət qanunu ilə nəzərdə tutulan hansı əməlləri törətməsi, həmin əməllərin harada, nə vaxt və necə törətməsi, əməllərin məhz Rəşad Şükürzadə tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi aydın olmur. Rəşad Şükürzadənin törətdiyi hansı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə nəzərdə tutulduğu müəyyən olunmur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətdə X5 Şəki ŞRPŞdə aparılan araşdırılma zamanı ifadəsində X10 ilə 1 ilə yaxın münasibətdə olmasını, sosial şəbəkə və telefon vasitəsilə yazışması, Rüfanə Məmmədovanın onu evinə çağırmasını bildirməsi, Rəşad Şükürzadənin verdiyi ifadədir, verilən ifadədə göstərilən hallar məlumatların yayılması kimi qiymətləndirilə bilməz və Rəşadın bu kimi ifadə verməsi cinayət əməli kimi qiymətləndirilməməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X4 xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmunu qanunvericinin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X11 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışı keçirilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-101/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-101/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver