Məhkəmə qərarları › İş №1(075)-101/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-101/2025

21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-101/2025 21.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və vəkili X7 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X3 xüsusi ittiham qaydasında şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, “Tik Tok” soail şəbəkəsində özünə məxsus, istifadəsində və aktiv olan “@blogger11” adlı sosial səhifəsində 10 iyul 2025-ci il tarixdə Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilinin yanından video çəkməklə “X6 direktoru Məcid Əliyevin qanunsuz mülkləri” və “Hörmətli cənab rüşvətxor Məcid bəyin fəaliyyəti ancaq xalqla Hörmətli cənab Prezident arasında olan körpüləri sındırmaqdan ibarətdir” başlığı altında böhtan xarakterli məlumatları yayaraq onu təhqir etdiyinə və ağır cinayət törətməkdə ittiham etdiyinə görə xx.xx.1980-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Laçın rayonu Katos kəndində qeydiyyatda olan, hal-hazırda Şəki rayonu Yeni Çələbixan qəsəbəsində yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə iş məhkəmənin icraatında olan X3 xüsusi ittiham qaydasında şikayəti üzrə 1(075)-102/2025 saylı işə birləşdirlməlidir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 hazırkı işin digər işə birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və vəkili X9 hazırkı işin digər işə birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, məhkəmə qərar aldı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X3 xüsusi ittiham qaydasında şikayətinə dair 1(075)-101/2025 saylı iş məhkəmənin icraatında olan 1(075)-102/2025 saylı işə birləşdirilsin. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar