Məhkəmə qərarları › İş №1(075)-102/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-102/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-102/2021 03.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X5, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs: 25 avqust 1995-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, Şəki şəhəri N.Nərimanov küçəsi ev 12-də yaşayan və barəsində 30.08.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına Az ağır zərər vurmuşdur. Belə ki, o, 08 iyun 2021-ci il tarixdə təxminən saat 18:00 radələrində idarə etdiyi Vaz 21060 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu istiqamətindən Şəki şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkət edərkən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 151-ci km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, idarə etdiyi avtomobilin qarşı hissəsi ilə yolun sağından soluna doğru velosipedlə hərəkətdə olan xx.xx.2012-ci ildə anadan olmuş, azyaşlı Zərərçəkmiş şəxs avtomobilin qarşı hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan azyaşlı Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beynin orta dərəcəli əzilməsi, hər iki alın paylarında hemorragik kontuziya ocaqları, sol göz ətrafında yumşaq toxumaların əzilməsi, üzün sıyrılmış yaralarının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, habelə “Uran” markalı velosipedin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs 30 (otuz) manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, idarə etdiyi Vaz 21060 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və onun avtomobilləri idarə etməyə hüquq verən “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. Bildirmişdir ki, 08.06.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar dostu Şahid1 birlikdə idarə etdiyi Vaz 21060 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki RMX-sı tərəfdən üzü Şəki şəhəri Daş Qaya deyilən yer istiqamətində gedirmişlər. Həmin vaxt Rəhman qabaq sağ oturacaqda əyləşmiş, o, isə Vaz 21060 markalı avtomobili Oğuz rayonu istiqamətindən Şəki şəhəri istiqamətində təxminən 50 km/saat sürətlə hərəkət etdirmişdir. Təxminən saat 18:00 radələrində Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 151-ci km-də təxminən 20 metrlik məsafədə qarşıdan velosipedlə Şəki şəhəri istiqamətindən Oğuz rayonu istiqamətində hərəkətdə olan təxminən 5-6 nəfər azyaşlı velosiped idarə edən uşaqları görmüşdür. Uşaqlar həmin istiqamətdə sağda olan küçədən çıxırmışlar. Həmin anda uşaqlardan biri yolu velosipedlə sağdan sola keçmişdir. Bu zaman o əyləci basmış və maşının surəti təxminən 40 km/saata qədər azaltmış, lakin hərəkətini dayandırmamış, hərəkətə davam etdirmişdir. Bu zaman velosiped idarə edənlərdən biri sonradan adını bildiyi xx.xx.2012-ci ildə anadan olmuş, azyaşlı Zərərçəkmiş şəxs da yolu keçən birinci uşaq kimi qəflətən yolun sağından soluna doğru hərəkət edib idarə etdiyi Vaz 21060 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısından keçmək istəmişdir. Həmin vaxt o, hadisənin qarşısını almaq üçün avtomobilin sükanını qismən sola çəkib əks hərəkət yoluna çıxartmış, lakin məsafə yaxın olduğundan idarə etdiyi Vaz 21060 markalı avtomobilin qabaq sağ qanad hissəsi ilə velosipedin ortasınan vurmuş və Şahin asfalta yıxılmışdır. Əslində Şahinin velosipedlə yolun sağından soluna keçmək istəyərkən özü gəlib onun avtomobilinin qabaq sağ qanadına çırpılmışdır. Şahin velosipedlə həmin yerdə asfalt örtüyünün uzərində çəkilmiş ağ xəttin sol hissəsinə yaxın hissədə onun maşınına dəymişdir. Şahin sağdan sola keçərkən yola baxmamış, o isə hadisədən yayınmaq üçün sükanı sola çəkmək istəmişdir. Lakin nə qədər cəhd etsə də uşaq maşına dəyərək yerə yıxılmışdır. Bu zaman velosipedin rolu fırlanaraq avtomobilin qabağ alın şüşəsini deşmiş, həmçinin Şahinin dirsəyi sağ qapının pəncərə şüşəsini sındırmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşmüş və azyaşlı Şahinin xəsarət aldığını görüb onu yoldan keçən tanımadığı avtomobillə Şəki RMX-na aparmışdır. Xəstəxanada azyaşlı Şahinə ilkin tibbi yardım göstərildikdən sonra o, hadisə yerinə qayıdıb hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak edərək tərtib olunmuş protokol və sxemlə tanış olaraq onu imzalamışdır. Göstərmişdir ki, sürəti 50 km/saat olmuş, həmin sürət həddi də hadisə baş verən ərazidə icazə verilən həddə olmuşdur. Bildirmişdir ki, ümumiyyətlə azyaşlı uşaqların avtomobil yolunda nə işi var. Həmçinin qeyd etmişdir ki, Şahinin atasının dostuna 500 manat yardım etmişlər. Lakin Şahinin atası həmin pulu götürməkdən imtina etmişdir. Aralarında barışıq yoxdur, barışmamışlar. Özünü təqsirli hesab etmir, qanunamüvafiq hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham olunduğu cinayət əməlini törətməsi, tək özünün ifadəsi deyil, həmçinin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, məhkəmə ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və atası X2 iştirakı ilə dindirilərkən ifadəsində göstərmişdir ki, 08.06.2021-ci il tarixdə özünə məxsus “Uran” markalı velosipedlə Şəkidəki Miqrasiya idarəsinə yaxın yerdə evdən çıxmış və küçəsinin 5- 6 nəfər uşaqları ilə yolun kənarında velosiped sürürmüşlər. Həmin zaman velosiped sürən dostlarından biri yolu velosipedlə sağdan sola keçmişdir. Təxminən saat 18:00 radələrində o da həmin yerdə yolun sağından soluna keçmək istəyən zaman Oğuz rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkətdə olan Vaz 21060 markalı avtomobil yolun sol hissəsinə yaxın hissədə avtomobilin qabaq sağ qanad hissəsi ilə onu vurmuş və o, asfalta yıxılmışdır. Bundan sonra o, huşunu itirmiş və ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X6 dindirilərkən ifadəsində göstərmişdir ki, 08 iyun 2021-ci il tarixdə övladı Şahin özünə məxsus “Uran” markalı velosipedlə evdən çıxmış və küçəsinin 5-6 nəfər uşaqları ilə yolun kənarında velosiped sürürmüşlər. Təxminən saat 18:00 radələrində oğlu Şahin Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 151-ci km-də yolun kənarındakı mağazaya daxil olmaq üçün idarə etdiyi “Uran” markalı velosipedlə yola çıxmış, bu zaman Oğuz rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21060 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanad hissəsi ilə onun az yaşlı oğlunu vurmuş və oğlu asfalta yıxılmışdır. Zərbədən oğlunun huşu itmiş və övladı xəstəxanada ayılmışdır. Qeyd etmişdir ki, həmin hadisə nəticəsində oğlu Şahinə məxsus “Uran” markalı velosipedə 30 (otuz) manat maddi ziyan vurulmuşdur. Həmçinin göstərmişdir ki, həmin anda uşaqlardan biri velosipedi ilə sağdan sola keçmiş, Şahin də onun ardınca keçmək istəmişdir. Bildiyinə görə avtomobilin sürəti daha yüksək olmuşdur. Birinci uşaq yolu keçən kimi sürücü avtomobilinin sürətini azaltmamış və ya hərəkətini dayandırmamışdır. Qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona hər hansı köməklik olunmamış, ancaq eşitdiyinə görə kiməsə 500 manat pul vermişdir ki, ona çatdırsın. Lakin o, həmin təklifi qəbul etməmişdir. Aralarında barışıq yoxdur. Təqsirləndirilən şəxs şikayətçidir. Səbuhi heç barışığa belə cəhd etməmiş, əksinə uşağını xəstəxanaya yerləşdirdiyinə görə Səbuhi onu ittiham edərək uşağı tezliklə xəstəxanadan çıxarmasını tələb etmişdir. O, Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08.06.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar dostu Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21060 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri Daş Qaya deyilən yerə gedirmişlər. Həmin vaxt o, qabaq sağ oturacaqda əyləşmiş, Səbuhi isə Vaz 21060 markalı avtomobili Oğuz rayonu istiqamətindən Şəki şəhəri istiqamətində idarə etmişdir. Təxminən saat 18:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 151-ci km-də qarşıdan velosipedlə Şəki şəhəri istiqamətindən Oğuz rayonu istiqamətində hərəkətdə olan təxminən 5-6 nəfər azyaşlı velosiped idarə edən uşaqlar görmüşdür. O uşaqları təxminən 20 metr məsafədə fərq etmişdir. Uşaqlardan biri yolu velosipedi ilə keçmişdir. İkinci uşaq Zərərçəkmiş şəxs da velosipedlə salonunda olduğu Vaz 21060 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. Həmin vaxt Səbuhi hadisənin qarşısını almaq üçün avtomobilin sükanını qismən sola çəkib əks hərəkət yoluna çıxartmış, lakin məsafə yaxın olduğundan idarə etdiyi Vaz 21060 markalı avtomobilin qabaq sağ qanad hissəsi ilə velosipedi vurmuş və Şahin asfalta yıxılmışdır. Bu zaman Şahin yolun sağdan sola keçən hissəsinin yolun sol hissəsinə yaxın hissəsində olmuşdur. Bundan sonra Səbuhi salonunda olduğu avtomobili saxlayıb avtomobildən düşmüş və azyaşlı Şahinin xəsarət aldığını görüb onu yoldan keçən tanımadığı avtomobillə Şəki RMX-na aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 08.06.2021-ci il tarixdə yaşadığı ünvandan çıxıb Şəki şəhərində yerləşən Azpetrol yanacaq doldurma mərtəqəsinə gedərkən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 151-ci km-də yol nəqliyyat hadisəsi baş verdiyini görmüş və hadisə yerinə gələn polis əməkdaşına yaxınlaşıb hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 08.06.2021-ci il tarixdə təxminən saat 18:00 radələrində idarə etdiyi Vaz 21060 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət edərkən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 151-ci km-də yolun sağından soluna doğru velosipedlə hərəkət edən xx.xx.2012-ci il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs vurmuş, nəticədə azyaşlı Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alaraq Şəki RMX-na daxil olmuşdur. Sonra isə o hadisə yerində olan digər hal şahidi və polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində axıra qədər iştirak edərək hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olmuş və digər iştirakçılarla bərabər protokola imza etmişdir. Üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 Namizəd oğlu ibtidai istintaq zamanı Şahid2 verdiyi ifadəyə oxşar olan, eyni məzmunlu ifadə vermişdir. Şahid3 Namizəd oğlu 03.11.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək şəxsi işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsini göstərmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, BDYPİ-nin 5-ci tağım yol patrul xidməti inspektoru vəzifəsində işləyir, polis serjantıdır. 08.06.2021-ci il tarixdə Şahid5 ilə birlikdə xidmətdə olduqları zaman təxminən saat 18:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 151-ci km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər, həmin vaxt orada ona məlum olmuşdur ki, vət. Təqsirləndirilən şəxs 08.06.2021-ci il tarixdə təxminən saat 18:00 radələrində idarə etdiyi Vaz 21060 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət edərkən Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 151-ci km-də yolun sağından soluna doğru velosipedlə hərəkət edən xx.xx.2012-ci ildə anadan olmuş, azyaşlı Zərərçəkmiş şəxs vurmuş, nəticədə azyaşlı Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alaraq Şəki RMX-na daxil olmuşdur. Bundan sonra o hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə protokola imza etmişdir. Üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 Şahid4 verdiyi ifadəyə oxşar olan, analoji məzmunlu ifadə vermişdir. İşdə olan 08.06.2021-ci il tarixli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ayıq olmuşdur. İş materiallarında olan Şəki rayonu "xxxx" MMC-nin 10.06.2021-ci il tarixli 32 saylı rəyindən görünür ki, “Uran” markalı velosipedə 30 (otuz) manat dəyərində ziyan dəymişdir. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş 16.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertin 07.07.2021-ci il tarixli, 248 №-li rəyindən görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər:- qapalı kəllə beyin travması, baş beynin orta dərəcəli əzilməsi, hər iki alın paylarında hemorragik kontuziya ocaqları, sol göz ətrafında yumşaq toxumaların əzilməsi, üzün sıyrılmış yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən 08.06.2021-ci il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddələ pozulmasına səbəb olan Az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 25.08.2021-ci il tarixli, 8/2000 №-li rəyindən görünür ki,İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Vaz 21060 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərci 100 manatdır. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 16.06.2021-ci il tarixli 016-104615- 1221 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinin informasiya uçot bazasına görə sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxs 07.11.2017-ci il tarixdə AE seriyalı 726076 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 avqust 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs az ağır xəsarət vurulmasına səbəb olması tam sübuta yetirilir və təqsirləndirilən şəxsin bu əməli Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailə şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən halları və iş üzrə cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs çəkilməsi real olan, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs əlavə cəza kimi nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisələrində çəkməlidir. Maddi sübut olan BDYPİ-nin YPXA-nın 717 saylı postun duracağında saxlanılmış Vaz 21060 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və Uran markalı velosipedin isə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və atası X3 təhvil verilməsi nəzərə alınmalıdır. 100 (yüz) manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X4 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba keçirilməlidir. İş üzrə 30 manat maddi ziyanın ödənilməməsi və mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353 və 356-cı maddələrinə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan BDYPİ-nin YPXA-nın 717 saylı postun duracağında saxlanılmış Vaz 21060 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Uran” markalı velosipedin isə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və atası X3 təhvil verilməsi nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X4 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə 30 manat maddi ziyanın ödənilməməsi və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar