Məhkəmə qərarları › İş №1(075)-103/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-103/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Hökm Şəki şəhəri İş № 1(075)-103/2025 11.03.2026 ŞƏKI RAYON MƏHKƏMƏSI Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsmayıl oğlunun, müdafiəçisi müdafiəçi1 iştirakları ilə, ## ####### 1969-cu ildə ünvan 2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, təqaüdçü, məhkumluğu olmayan, Şəki rayonunun Suçma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin X7 həbsdə saxlanılan, Təqsirləndirilən şəxs İsmayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsmayıl oğlu təqsirləndirilir ona görə ki, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs1 17000 (on yeddi min) manat pul müqabilində onun Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətində işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək inandırıb, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, 2023-cü ilin may ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən Mərkəzi Poçtun inzibati binasında 8000 (səkkiz min) manat, 2023-cü ilin avqust ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Texniki Universitetinin qarşısında 7000 (yeddi min) manat, 2023-cü ilin avqust ayının ortalarından həmin ilin sentyabr ayının sonlarınadək olan müddətdə, ayrı-ayrı vaxtlarda, istintaqla dəqiq müəyyən olunmamış günlərdə Şəki rayonu ərazisindən ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərdiyi 1600 (bir min altı yüz) manat, 2023-cü ilin sentyabr ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “A1 market”də olan ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərdiyi 400 (dörd yüz) manat olmaqla, ümumilikdə cəmi xeyli miqdar təşkil edən 17000 (on yeddi min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 17000 (on yeddi min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs İsmayıl oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs2 8.700 (səkkiz min yeddi yüz) manat pul müqabilində onun oğlu şahid1 Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsində işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək inandırıb, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb zərərçəkmiş şəxs2 ## ###### 2024-cü il tarixdə Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən “Şəki Store” mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsilə onun 416973...**** nömrəli, Kapitalbank tərəfindən verilmiş Birbank kartına göndərdiyi 1500 (bir min beş yüz) manat, 2024-cü ilin yanvar ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında 3500 (üç min beş yüz) manat, 2024-cü ilin fevral ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində 3.000 (üç min) manat, ## #### 2024-cü il tarixdə Şəki şəhəri ərazisində quraşdırılmış ödəmə terminalı vasitəsilə onun 416973...**** nömrəli, Kapitalbank tərəfindən verilmiş Birbank kartına göndərdiyi 600 (altı yüz) manat, onun cinayətkar qəsdindən məlumatı olmayan şahid1 Aqaəli oğlunun vasitəsilə ## #### 2024-cü il tarixdə Şəki rayonunun Qoxmuq kəndi ərazisində quraşdırılmış ödəmə terminalı vasitəsilə onun 416973...**** nömrəli, Kapitalbank tərəfindən verilmiş Birbank kartına göndərdiyi 100 (bir yüz) manat olmaqla, ümumilikdə cəmi xeyli miqdar təşkil edən 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 8700 (səkkiz min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs İsmayıl oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs1 onun həmkəndlisi şahid2 bacısı oğludur. 2022-ci ildə o, alverlə məşğul olmuşdur. 2023-cü ilin təxminən may ayında alverlə əlaqədar olaraq pul lazım olduğu üçün şahid2 3000 (üç min) manat borca pul istəmişdir. şahid2 onunla razılaşaraq 3000 manat pulu ona yaşadıqları kənddə vermişdir. Bir müddət sonra yenidən pul lazım olduğu üçün 2023-cü ildə xatırlamadığı vaxtda şahid2 5000 (beş min) manat borc istəmişdir. şahid2 yenə də ona borc pul verməyə razılaşmış və yaşadıqları kənddə evlərinin yanında 5000 manat pulu ona borc vermişdir. Bir müddət keçdikdən sonra ona yenidən pul lazım olduğu üçün şahid2 Bakı şəhərində olduğunu bilib ona zəng edərək əlavə olaraq 7000 (yeddi min) manat borc pul istəmişdir. 2023-cü ildə xatırlamadığı tarixdə şahid2la Bakı şəhəri, Yasamal rayonunda yerləşən Texniki Universitetin yaxınlığında görüşüb ondan 7000 (yeddi min) manat borc pul almışdır. Həmin vaxt şahid2 yanında bacısı oğlu zərərçəkmiş şəxs1 da var idi. Beləliklə o, şahid2 15000 (on beş min) manat borca pul almışdır. 2024-cü ilin noyabr ayında şahid2 bacısı oğlu zərərçəkmiş şəxs1 onun barəsində Bakı şəhəri Yasamal RPİ-yə şikayət edərək Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətində işə düzəltməyi müqabilində onun 17000 manat pul aldığını bildirmişdir. Həmin vaxt araşdırma zamanı bildirmişdir ki, o, pulu zərərçəkmiş şəxs1 yox onun dayısı şahid2 borc kimi almışdır və həmin vaxt 3000 manat pulu geri qaytarmışdır. Bundan sonra hər ay pensiyasından 500 manat zərərçəkmiş şəxs1 pul verməyə razılaşmışdır. İki ay 500 manat olmaqla 1000 manat ödəmişdir. Daha sonra barəsində Aqəli Cəlilov şikayət etdikdən sonra barəsində cinayət işi açılaraq Şəki Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi üçün ödəniş edə bilməmişdir. O, şahid2 borca pul aldığı müddətdə zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmaq istəyirdi. O, da həmin nazirliyin keçmiş əməkdaşı kimi zərərçəkmiş şəxs1 köməklik göstrmək istəmiş və bu məqsədlə sənədlərin toplanmasına, zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyinə bir neçə dələ qəbula aparmış, lakin işə qəbul olunmamışdır. O, zərərçəkmiş şəxs1 işə qəbul olunmasını pul müqabilində etməmiş, sadəcə olaraq köməklik etmişdir. O, Aqəli Cəlilovu uzun müdətdir ki, tanımış və 2023-cü ildən yaxından tanış olmuşdur. zərərçəkmiş şəxs2la söhbət zamanı zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, oğlu şahid1 Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə işə qoymaq istəsə də buna nail ola bilmir. O, zərərçəkmiş şəxs2 bu işdə köməklik edə biləcəyini bildirmişdir. 2025-ci ilin yanvar ayının əvvəllərində o, zərərçəkmiş şəxs2 zəng edərək işi həll etdiyini, əvəzində 5000 manat pul lazım olduğunu bildirmişdir. zərərçəkmiş şəxs2 ona həmin məbləğdə pulu olmadığını bildirdikdə o, zərərçəkmiş şəxs2 demişdir ki, nəyə gücün çatır göndər qalan məbləği özü bitirəcək, sonra ona qaytarar. Həmin gün zərərçəkmiş şəxs2 ona zəng edərək 1500 manat pul düzəldə bildiyi demiş və o, özünə məxsus olan “Kapital Bank”a məxsus 4169 7388 6300 **** saylı “Birbank” kart nömrəsini göndərərk pulu həmin hesaba köçürməsini istəmişdir. Həmin vaxtdan təxminən on gün sonra zərərçəkmiş şəxs2 Bakı şəhərinə gəlmiş, onunla Xalqlar Dostluğu metrostansiyasının yanında görüşüb zərərçəkmiş şəxs2 3500 manat pul almışdır. O, pulu aldıqdan sonra zərərçəkmiş şəxs2 bildirmişdir ki, narahat olma uzağı bir ay müddətində oğlu işlə təmin olunacaq. Təxminən bir ay sonra Şəki şəhərinə gələrək zərərçəkmiş şəxs2la görüşmüş və bildirmişdir ki, sənədləri qaydasına qoymaq üçün 3000 manat pul lazımdır. zərərçəkmiş şəxs2 ona pulu olmadığını bildirdikdə təcili olduğunu demişdir. Bundan sonra zərərçəkmiş şəxs2 öz xidməti iş otağında 3000 manat pulu ona vermişdir. 2024-cü ilin təxminən iyul ayında o, zərərçəkmiş şəxs2 yenidən zəng edərək bildirmişdir ki, təcili olaraq 700 nanat pul göndərməlisən, oğlunun işi tamamilə həll olunur. zərərçəkmiş şəxs2 da onunla razılaşaraq 700 manat pulu onun kart hesabına köçürmüşdür. Beləliklə o, zərərçəkmiş şəxs2 onun oğlunu işə düzəltmək vədi ilə aldadaraq 8700 manat pul almışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsmayıl oğlu onun həmkəndlisi və uzaqdan qohumudur. 2022-ci il tarixdə o, həqiqi hərbi xidmətdə olmuş və ##.##.2023-cü il tarixdə həqiqi hərbi xidməti bitirib yaşadığı kəndə gəlmişdir. 2023-cü ilin fevral ayında babası Namizəd dünyasını dəyişmişdir. Yas mərasimi ərzində Təqsirləndirilən şəxs onlara tez-tez gəlmiş və söhbət əsnasında Təqsirləndirilən şəxs bildirmişdir ki guya babası Namizəd vəsiyyət edib ki, onu hər hansı bir dövlət qrumunda işə düzəltsin və Təqsirləndirilən şəxs bildirmişdir ki, o, gözü açıq ölər ki, Elşəni işlə təmin edə bilməsin. Bundan sonra o, və dayısı şahid2 razılıq vermişlər. Onlar razılıq verdikdən sonra Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyində Mülki Müdafiə Qoşunlarında işə düzəlməyi üçün ondan 8000 (səkkiz min) manat pul və müəyyən sənədləri yığmağını istəmişdir. O, sənədləri və pulu topladıqdan sonra 2023-cü ilin may ayında Şəki şəhəri, Mərkəzi poçtun içərisində 8.000 (səkkiz min) manat pulu və topladığı sənədləri Təqsirləndirilən şəxs vermişdir. Pulu verən zaman onların yanında heç kim olmamışdır. O, pulu verdikdən sonra Təqsirləndirilən şəxs onun adından Fövqəladə Hallar Nazirliyinə teleqram vurmuş və ondan xəbər gözləməyini bildirmişdir. 2023cü ilin avqust ayına qədər o, Təqsirləndirilən şəxs xəbər gözləmişdir. 2023-cü ilin avqust ayında o, Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, onu akademiyaya göndərərək təhsil aldıqdan sonra zabit rütbəsi ilə Xüsusi Riskli Xilasetmə Xidmətinə düzəldə biləcək, buna görə əlavə olaraq 7.000 (yeddi min manat) pul verməlisən. O, Təqsirləndirilən şəxslə razılaşdıqdan sonra bu barədə dayısı şahid2 məlumat vermişdir. Dayısı şahid2 razılıq verdikdən sonra Təqsirləndirilən şəxslə danışmışlar. 2023-cü ilin avqust ayının avvəllərində dayısı şahid2 Şəki rayonundan Bakı şəhərinə gəlmiş və birlikdə Yasamal rayonu ərazisində yerləşən Kapital Bankın filialına getmişlər. Pulları dəyişdirdikdən sonra 7.000 (yeddi min) pulu Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Texniki Universitetinin qarşısında yerəşən “Adore” parfumeriya mağazasının qarşısında dayısı şahid2 7.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs pulu nazirlikdə olan əməkdaşa verməli olduğunu bildirmiş onlardan ayrılmışdır. Təqsirləndirilən şəxs bundan sonra 2023-cü ilin oktyabr ayınadək hər gün bir bəhanə ilə işin düzəlməsinin gecikdiyini bildirmişdir. Lakin 2023-cü ilin oktyabr ayında artıq Təqsirləndirilən şəxs inanmadığını bildirib pulunu qaytarmasını tələb etmişdir. Şahin isə pulu qaytarmaq əvəzinə onun işini düzəldəcəyini bildirib pulunu qaytarmaqdan imtina etmişdir. O, 7000 manat pulu verdikdən sonra Şəki rayonu Suçma kəndinə qayıtmışdır. Kənddə olan zaman 2023-cü ilin avqust ayının ortalarından sentyabr ayının sonunadək ümumilikdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə ondan hissə-hissə 2.000 manat pulu həm “e manat” ödəmə terminalı vasitəsilə, həm də nağd şəkildə ondan almışdır. Qeyd edilən 2000 manat pulun sonuncu 400 manatını Abşeron rayonu Xırdalan şəhərində yerləşən Al marketdə olan ödəmə terminalı vasitəsilə Şahinin ona göndərdiyi nömrəsini unutduğu kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ondan 2.000 manat pulu onu nazirlikdə işə düzəltmək üçün həkim komissiyasından keçirtmək adı ilə, kadra vermək adı ilə və müxtəlif adlarla almışdır. Təqsirləndirilən şəxs onu aldatdığını görüb ##.##.2024-cü ildə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə yaxınlaşaraq onun barəsində şikayət etmişdir. Şiayəti əsasında toplanmış material Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona 3000 və 1000 manat olmaqla ümumilikdə 4000 manat pulu geri qaytarmışdır. Lakin 13000 manat pulunu geri qaytarmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2014-cü ildən Şəki şəhəri, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində direktor vəzifəsində işləyir. Oğlu şahid1 33 yaşı olmasına baxmayaraq heç bir yerdə işləmir. 2023-cü ilin sonlarında direktoru olduğu Mədəniyyət Mərkəzinin qarşısındakı çayxanada oturub çay içən zaman əvvəlcədən tanıdığı və Şəki şəhər X5 sabiq rəisi Gündüz tanımadığı şəxslə birlikdə yanına gəlib salamlaşmışlar. O, həmin şəxsləri çay stoluna dəvət etmişdir. Gündüz yanında olan şəxslə onu tanış edərək həmin şəxsin adının Şahin olduğunu, əvvəllər Zaqatala rayonunda X5 rəisi işlədiyini bildirmişdir. Söhbət zamanı Gündüz ona bildirmişdir ki, Təqsirləndirilən şəxs öz qohumunu Şəki rayonu, Suçma kənd kitabxanasında işə düzəltmək istəyir. O, həmin şəxslərə bildirmişdir ki, kitabxanalara onların idarəsi baxmır, onun səlahiyyətində deyil. Təqsirləndirilən şəxs ona hörmət edəcəyini bildirsə də o, səlahiyyəti olmadığını bildirərək razılaşmamışdır. Həmin vaxt Gündüz ondan oğlunu işə düzəldib-düzəldə bilmədiyimi soruşduqda bildirmişdir ki, uşağı işə qoya bilməmişdir. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs onun yanına gələrək haləhval tutmuşdur. Belə gəlişlərin birində Təqsirləndirilən şəxs ondan oğlu Nicat barədə soruşmuş və bildirmişdir ki, bir nəfər adam var onun əli ilə oğlunu Fövqəladə Hallar Nazirliyində yanğından mühafizə işinə düzəltmək olar. O, əvvəlcə etiraz etsə də Təqsirləndirilən şəxs əvvəllər Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olması səbəbindən ona inanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əlaqə saxlayacam deyib çıxıb getmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək işi həll etdiyini, əvəzində heç nə lazım olmadığını, həll etmiş şəxsə hədiyyə almaq üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin məbləğdə pulu olmadığını bildirdikdə Təqsirləndirilən şəxs ona demişdir ki, nəyə gücün çatır göndər qalan məbləği özü bitirəcək, sonra na qaytarar. O, da tanışlarına zəng edib 1500 manat pul düzəltmiş və bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs ona kart hesabının nömrəsini göndərərək pulu həmin hesaba köçürməsini istəmişdir. O, da razılaşaraq “Şəki Store” marketindən 1500 manat pulu Təqsirləndirilən şəxs hesabına göndərmişdir. Həmin gün axşam Təqsirləndirilən şəxs ona zəng edərək narahat olmamağını, pulun üstünü düzəldib 5000 manatı işi həll etmiş şəxsə hədiyyə etdiyini bildirmişdir. Həmin vaxtdan təxminən on gün sonra Bakı şəhərinə gedərək Xalqlar Dostluğu mctrostansiyasının yanında Təqsirləndirilən şəxslə görüşüb 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra bildirmişdir ki, narahat olma uzağı bir ay müddətində oğlu işlə təmin olunacaq. Bundan sonra o, yaşadığı ünvana Şəki rayonu, Qoxmuq kəndində qayıtmışdır. Təxminən bir ay sonra Təqsirləndirilən şəxs zəng edib oğlunun işi ilə maraqlanmış və bildirmişdir ki, verdiyi pulu borc götürmüşdür, o, borcunu qaytarmalıdır. Təqsirləndirilən şəxs yenə ona bildirmişdir ki, narahat olma iki gün müddətində dəqiq bir söz deyəcək. Təxminən iki-üç gün sonra Təqsirləndirilən şəxs Şəki şəhərinə gələrək onunla görüşmüş və bildirmişdir ki, sənədləri qaydasına qoymaq üçün 3000 manat pul lazımdır. O, Təqsirləndirilən şəxs pulu olmadığını bildirdikdə Təqsirləndirilən şəxs təcili olduğunu demişdir. Belə olduqda o, arvadına zəng edərək qardaşının şəhid pulundan onlara çatmış 2000 manat pulu göndərməsini bildirmiş və 1000 manat pulu da borc tapıb öz xidməti iş otağında Təqsirləndirilən şəxs 3000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs zəng edib oğlunun işi ilə maraqlandıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, işi həll edəcək şəxs hazırda Qarabağ bölgəsindədir, Bakı şəhərinə qayıdan kimi işi həll edəcək. 2024-cü ilin təxminən iyul ayında Təqsirləndirilən şəxs ona zəng edərək bildirdi ki, təcili olaraq 700 manat pul göndərməlisən, oğlunun işi tamamilə həll olunur. O, birtəhər 600 manat pul tapıb hazırda xatırlamadığı mağazadan ödəmə terminalı vasitəsilə 600 manat pulu Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs 700 manat tələb etdiyi üçün oğlu şahid1 100 manat borc pul alıb yaşadıqları Qoxmuq kəndində yerləşən “Zülfuqar Marketidən ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs hesabına göndərmişdir. Həmin vaxtdan oğlunun işə düzəlməsi ilə bağlı Şalıiıı Abdullayev tərəfindən heç bir hərəkəl olunmamış, verdiyi pulu geri tələb edəndə hər dəfə pulu qaytaracağını bildirsə də müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid2 zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid1 Aqaəli oğlu zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, HK*/**** nömrəli material üzrə Təqsirləndirilən şəxs İsmayıl oğlu barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. - “Hadisə yerinə baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, baxışda iştirak edən zərərçəkmiş şəxs1 izahatında bildirdiyi kimi Təqsirləndirilən şəxs göndərdiyi 2000 manat pulun sonuncu 400 manatını ünvan 1 ünvanında yerləşən Al marketdə olan ödəmə terminalı vasitəsilə Şahinin ona göndərdiyi nömrəsini unutduğu kart hesabına göndərmişdir. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması qərara alnmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İsmayıl oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulan ittiham edilməsi qərara alınmışdır. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Suçma kənd inzibati ərazi dairəsinin ##.##.2025-ci il tarixli, ***/* saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs İsmayıl oğlu hal-hazırda ünvan 2 ünvanında yaşayır. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Suçma kənd inzibati ərazi dairəsinin ##.##.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, 2013-cü ilin aprel ayından 2017-ci ilin iyul ayınadək ərazidən kənarda baş vermiş səbəblərə görə həbs edilmişdir. Bu müddət ərzində barəsində məhkum olunduğu həbsxana rəhbərliyi tərəfindən heç bir irad və tənbeh faktı olmamışdır. 2017-ci ilin iyul ayından etibarən azadlığa buraxılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli, *** saylı məktubundan görünür ki, Şəki rayon Suçma kəndində qeydiyyatda olan 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs İsmayıl oğlu Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ##.##.2025-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsmayıl oğlu əvvəllər Zaqatala Rayon Məhkəməsinin ##.##.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqa və rəhbərliklərində və maddi məsul vəziyyət tutmaq hüququndan məhrum edilməklə məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2014-cü il tarixli qərarı ilə ##.##.2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Şəki Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 04 il müddətinə azaldılmış, cəza ##.##.2013-cü il, ##.##.2017-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, ##.##.2018-ci ildə təyin edilmiş cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. - “Axtarışda olan şəxsin tutulması haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıl oğlu ##.##.2025-ci il tarixdə, saat 12:00 radələrində barəsində tutma tətbiq edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İsmayıl oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Suçma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsmayıl oğlu yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. - Şəki Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs ## ####### 1969-cu il tarixdə ünvan 2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, təqaüdçü, ünvan 2ndə qeydiyyatda olmaqla tutulanadək həmin kənddə yaşayan Abudllayev Şahin İsmayıl oğlunun barəsində 02 (iki) ay 13 (on üç) gün müddətinə, yəni ## ### 2025-ci il tarixədək hesablanmaqla ## ###### 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” X3 ## #### 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 2ndə qeydiyyatda olan ##.##.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs İsmayıl oğlu “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. - Zaqatala Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs İsmayıl oğlu Azərbaycan Respublikası Cinayət Məcələsinin 178.2.1, 178.2.2, 178.2.4-cü və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 320.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, məhkum Təqsirləndirilən şəxs İsmayıl oğluna təyin edilmiş əsas cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən isə əsas cəzaya əlavə cəza birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, məhkum Təqsirləndirilən şəxs İsmayıl oğlunun cəzasının çəkilməsinin əvvəli onun tutulduğu ## ##### 2013-cü il tarixdən hesablanması, məhkum Təqsirləndirilən şəxs İsmayıl oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkum Təqsirləndirilən şəxs İsmayıl oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” ## #### 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İsmayıl oğluna Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi təkrar törədildikdə və 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün məhkəmə istintaqı zamanı qismən etiraf ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İsmayıl oğlunun törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs İsmayıl oğlunun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olduğundan törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs İsmayıl oğlunun Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hall kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 58.2 və 58.3-cü maddələrinə əsasən məhkəmə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsmayıl oğlunun iş üzrə zərəçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini, cəzanın məqsədinə nail olunmasını, eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsmayıl oğlunun az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına xidmət etdiyini, təqsirləndirilən şəxsin barəsində şikayət və tələbin olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs İsmayıl oğlu cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli ## ### 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialara münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunvericilik normalarına, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın öz təsdiqini tapmasını əsas hötürərək məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar təmin edilməli, cinayət nəticəsində zərərçəkmiş şəxs1 vurulmuş 13000 manat maddi ziyan və 129 manat ödənilmiş dövlət rüsumunun əvəzi Təqsirləndirilən şəxs İsmayıl oğlundan tutularaq zərərçəkmiş şəxs1 ödənilməli, cinayət nəticəsində X1 vurulmuş 8700 manat maddi ziyan və 107 manat ödənilmiş dövlət rüsumunun əvəzi Təqsirləndirilən şəxs İsmayıl oğlundan tutularaq X1 ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs İsmayıl oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs İsmayıl oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı ## ### 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia təmin edilsin. Cinayət nəticəsində zərərçəkmiş şəxs1 vurulmuş 13000 manat maddi ziyan və 129 manat ödənilmiş dövlət rüsumunun əvəzi Təqsirləndirilən şəxs İsmayıl oğlundan tutularaq zərərçəkmiş şəxs1 ödənilsin. Cinayət nəticəsində X1 vurulmuş 8700 manat maddi ziyan və 107 manat ödənilmiş dövlət rüsumunun əvəzi Təqsirləndirilən şəxs İsmayıl oğlundan tutularaq X1 ödənilsin. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi vaxtdan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar