Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-104/2023 29.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1968-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 97,56 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib hamin narkotik vasitənin 0,26 qram olan hissəsini kağız bükümdə olmaqla üzərində və 97,09 qram olan hissəsini sellofan torbada olmaqla idarə etdiyi “VAZ 21074” markalı ** VJ *** dövlət nömrə nişanlı avtomobildə bardaçok hissəsində gizlədərək saxlamış, 0,21 qram olan hissəsini isə hər hansı şəxsi marağı, yəni özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə kimi bir niyyəti olmadan istifadə etməsi üçün tanışı Şahid3 vermiş, 11 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin NMQ-nun əməkdaşları və Azərbaycan Respublikası DİN-nin YPXA-nın 5-ci tağımının əməkdaşlarının birgə keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində həmin gün Təqsirləndirilən şəxs Yevlax- Zaqatala-Gürcüstan avtomobil yolunun 46-cı kilometrində, Şəki rayonu ərazisində yerləşən 717 saylı YPX stasionar postunda idarə etdiyi “VAZ 21074” markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobillə saxlanılaraq orada şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 16:07 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibindəki “Vinçestr” markalı siqaret qutusunun içərisindən kağız bükümdə olmaqla təmiz çəkisi 0,26 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin tarixdə saat 18:20 dəqiqədən başlayaraq hal şahidlərinin iştirakı ilə idarə etdiyi “VAZ 21074” markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin bardaçok hissəsindən isə sellofan torbada olmaqla təmiz çəkisi 97,09 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 46-cı kilometrində, Şəki rayonu ərazisində yerləşən 717 saylı YPX stasionar postunda idarə etdiyi “VAZ 21074” markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobillə saxlanılarkən sonuncunun idarə etdiyi avtomobildə olmuş Şahid3 şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 19:56 dəqiqədən başlayaraq Şəki şəhəri, X8 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynindəki açıq göy rəngli köynəyinin sol döş cibindəki “Pall Mall” markalı siqaret qutusunun içərisindən Təqsirləndirilən şəxs hər hansı şəxsi marağı, yəni özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə kimi bir niyyəti olmadan istifadə etməsi üçün ona verdiyi kağız bükümdə olmaqla təmiz çəkisi 0,21 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, etibarnamə ilə idarə etdiyi “Vaz 21074” markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaqla özünü və övladını dolandırır. Hərdən əlinə düşdükdə narkotik vasitə olan marixuana istifadə etmişdir. Marixuanadan başqa digər hər hansı bir narkotik vasitə istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ağdaş şəhərində Ləki dairəsində dayanıb müştəri gözləyərkən iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb Zaqatala şəhərinə getmək istədiklərini demiş, aralarındakı danışıqdan sonra 70 manat müqabilində həmin şəxsləri Zaqatala şəhərinə aparmağa razı olmuşdur. Müştəriləri düşürüb qayıdarkən maşında tək olmaması üçün əvvəllər tanıdığı Vüqara zəng edib onunla Zaqatalaya gedib qayıtmasını xahiş etmişdir. Bundan sonra Vüqar və digər iki nəfər şəxslə Zaqatala şəhəri istiqamətində hərəkətə başlamış və təxminən iki saatdan artıq müddətdə Zaqatala şəhərinə çatmışdır. Şəhərin mərkəzində həmin iki nəfər sərnişin onun zəhmət haqqı olan 70 manat pulu ona verib maşından düşmüşlər. Yaşadığı Ağdaş şəhərinə qayıtmaq üçün Şəki rayonu dörd yol postu istiqamətdə hərəkətə başlamışdır. Vüqar da həmin vaxt onun yanında əyləşmişdir. Zaqatala rayonu ərazisində magistral yolda hərəkətdə olarkən təbii tələbatını təmin etmək üçün maşını yolun kənarında saxlayıb maşından düşmüşdür. Vüqar da maşından düşmüş və ondan təxminən 10 metr aralıda təbii tələbatını ödəmək üçün başqa ağaca tərəf getmişdir. Maşından düşüb yolun kənarından təxminən 5 metr içəri getdikdə gövdəsi iri çinar ağacının dibində torpağın üstündə bir ədəd ağ rəngli sellofan torba görmüşdür. Sellofan torbanın üzəri sarı rəngli lentlə bağlanmışdır. Həmin sellofan torba diqqətini çəkdiyi üçün əyilib yerdən götürmüş, sellofan nazik olduğundan içərisində yaşıl rəngli marixuana olduğunu görmüşdür. Gələcəkdə özü istifadə etmək üçün dərhal geri qayıdıb maşına əyləşmiş və torbanı cırıb bir dəfə istifadə etmək üçün üstündən biraz götürüb qalan narkotiki isə Vüqar maşına gələnə qədər dərhal bardaçoka qoymuşdur. Vüqar onun bardaçoka narkotik qoyduğunu görməmişdir. Daha sonra Vüqar da maşına əyləşmiş və o, dərhal maşını işə salıb oradan uzaqlaşmışdır. Bir qədər yol gəldikdən sonra marixuana çəkmək istəmiş, ona görə də Zaqatala rayonunun çıxışında avtomobili yolun kənarında saxlayıb cibindəki narkotiki çıxartmışdır. Həmin vaxt üstündə iki ədəd kazbek olmuşdur. Həmin kazbekləri Vüqarla birlikdə marixuana ilə doldurub çəkməyə başlamışlar. Narkotik vasitə olan marixuananı çəkə-çəkə avtomobili Şəki rayonu istiqamətində idarə etməyə başlamışdır. Polis Postuna yaxınlaşdıqda kazbeki üzərində olan “Vinçestr” siqaret qutusunun içərisinə qoymuşdur. Vüqar da çəkdiyi kazbeki söndürüb özünün siqaret qutusunun içərisinə qoymuşdur. Beləliklə, Şəki rayonunda yerləşən dördyol adlanan ərazidə polis postuna çatdıqda yol paturl xidməti əməkdaşları onun idarə etdiyi avtomaşını saxlatmışdır. Polis əməkdaşları ona üzərində və idarə etdiyi avtomaşında narkotik vasitə olmasına dair məlumat olduğunu deyərək üzərinə və avtomaşına baxış keçirilməsinin zəruriliyini izah edərək həmin yerə X9 təhqiqatçısı dəvət edilmişdir. Bir müddət sonra vəkil də həmin yerə gəlmişdir. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə ilk öncə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində olan əşyaları təqdim etməsini təklif edilmişdir. O, da əynində olan açıq qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir qutu “Vinçestr” siqaretini, bir ədəd özünün istifadə etdiyi “Nokia” markalı mobil telefonu, əynində olan açıq qəhvəyi rəngli şalvarın sol cibindən və sağ arxa cibindən pulları, həmçinin siqaret qutusunun içərisindəki kağız bülkülü vəziyyətində olan kazbeki masanın üzərinə qoymuşdur. Daha sonra həmin əşyaları təqdim etməyi xahiş etdikdə üzərindən aşkar edilmiş əşyaları və kazbekin içərisindəki marixuananı təqdim edərək yolun kənarından tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş kazbekin içərisində olan narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imza atmışlar. Bundan sonra isə ona yaşadığı evdə, idarə etdiyi avtomobildə, yaxud başqa yerdə narkotik vasitə olub-olmaması barədə sual verildikdə o, idarə etdiyi “Vaz 21074” markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilin bardaçokunda narkotik vasitə marixuana olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşlarının, vəkilin və hal şahidlərinin iştirakı ilə idarə etdiyi “Vaz 21074” markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı o, avtomobilin bardaçokunda gizlətdiyi və yolun kənarından tapdığı sellofan torbanın içərisindəki narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitə də iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. İdarə etdiyi avtomobildən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. O, həmin sellofan torbada olan və siqaret qutusunda gizlətdiyi narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etdiyini, yaşadığı Ağdaş şəhərinə aparıb orada istifadə etmək istədiyini, narkotikdən heç kimə pay, hədiyyə və ya pul müqabilində vermədiyini, satmadığını, narkotik vasitəni əldə edərkən yanında heç kimin olmadığını, Vüqarın ondan 10 metr kənarda olduğunu, narkotiki yerdən götürüb maşında gizlətməsini görmədiyini, Şahid3 bu barədə məlumatının olmadığını, sonradan polis əməkdaşları maşına baxış keçirərkən Vüqarın bu barədə məlumatı olduğunu, əlində olan nəşəni ötürücünün yanına qoyduqdan sonra Vüqar nəşə çəkmək istədiyini deyib həmin narkotiki oradan götürüb çəkdiyini, bunun üçün Vüqardan pul almadığını, ona narkotik satmadığını, əvvəllər istifadə etdiyi narkotik vasitələri hərdən tapdıqda qəbul etdiyini, narkotiki mütəmadi deyil, hərdən istifadə etdiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, himayəsində azyaşlı övladının olduğunu bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Yaşadığı rayonda fəhlə işləməklə özünü və ailəsini dolandırır. Hərdən əlinə düşdükdə narkotik vasitə olan marixuana istifadə edir. Marixuanadan başqa narkotik istifadə etməmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ağdaş şəhərində yaşadığı evdə olarkən Vüqar ona zəng edib Zaqatala rayonuna adam aparacağını demiş və qayıdarkən tək olmaması üçün onunla birlikdə getməsini xahiş etmişdir. O, razı olduqdan sonra, Vüqar idarə etdiyi avtomobil ilə yaşadığı küçəyə gəldikdən sonra maşının ön sağ oturacağında əyləşmiş və həmin vaxt avtomobildə arxa oturacaqda əyləşmiş tanımadığı iki nəfər şəxslə birlikdə təxminən iki saatdan artıq müddətdə Zaqatala şəhərinə çatmışlar. Şəhərin mərkəzində həmin iki nəfər sərnişin Vüqara zəhmət haqqı olaraq 70 manat pul verib maşından düşdükdən sonra onlar Ağdaş şəhərinə qayıtmaq üçün maşınla Şəki rayonu dörd yol postu istiqamətdə hərəkətə başlamışlar. Təqsirləndirilən şəxs avtomobili özü idarə etmiş, avtomobildə başqa heç kim olmamışdır. Zaqatala rayonu ərazisində magistral yolda hərəkətdə olarkən Vüqar təbii tələbatını ödəmək üçün maşını yolun kənarında saxlamış və maşından düşmüşdür. O, da maşından düşüb Vüqardan təxminən 10 metr aralıda ağaca yaxınlaşmışdır. Vüqar ondan qabaq maşına əyləşmişdi. Biraz gəldikdən sonra Vüqar cibindən marixuana çıxartmış və əlindəki kazbekə doldurub qalan nəşəni də maşında ötürücünün yanına qoymuşdur. O da hərdən nəşə çəkdiyi üçün həmin narkotiki çəkmək istəmiş və oradan götürmüşdür. Üstündə kazbek olmadığı üçün Vüqar ona kazbek vermişdir. Marixuananı kazbekə doldurub yandırmış və bir neçə tüstü almışdır. Narkotik vasitə olan marixuananı çəkə-çəkə Şəki rayonu istiqamətində gəlmişlər. Polis Postuna yaxınlaşdıqda kazbeki üzərində olan “Pall Mall” siqaret qutusunun içərisinə qoymuşdur. Vüqar da çəkdiyi kazbeki söndürüb özünün siqaret qutusunun içərisinə qoymuşdur. Şəki rayonunda yerləşən dördyol adlanan ərazidə polis postuna çatdıqda yol patrul xidməti əməkdaşları maşına “saxla” işarəsi vermişlər. Vüqar avtomobili yolun kənarında postun qarşısında saxlamışdır. Polis əməkdaşları onlara narkotik vasitə əldə etməkdə şübhəli olduqlarını olduqlarını dedikdə Vüqar polis əməkdaşlarına Zaqatala rayonundan yolun kənarından marixuana tapdığını və maşınında saxladığını bildirmişdir. Daha sonra onu Şəki Şəhər-Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəlmiş, burada polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə o, üzərində saxladığı “Pall Mall” siqaret qutusunun içərisində gizlətdiyi marixuananı masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş kazbekin içərisində olan narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imza etmişlər. Təqsirləndirilən şəxs ona narkotik vasitə satmadığını, özü avtomobildə ötürücünün yanına qoyduğu narkotiki oradan götürdüyünü, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını görmədiyini, eşitmədiyini, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə saxlaması barədə əvvəlcədən məlumatının olmadığını, Polis şöbəsinə gəldikdən sonra Vüqarın idarə etdiyi avtomobildə narkotik vasitə saxlaması barədə məlumatının olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİN-in BDYPİ-nin YPXA-nın 5-ci taqımının YPX inspektoru vəzifəsində xidmət edir. 11 iyul 2023-cü il tarixdə Yevlax-Zaqatala-Gürcüstan yolunun 46-cı kilometrində 717 saylı YPX stasionar postunda YPX inspektoru Şahid2lə birlikdə xidmətdə olan zaman Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə olan Vaz 21074 markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobil nəzarət yoxlama məqsədilə saxlanılmış, avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onunla etdikləri sual-cavab zamanı o, özündə narkotik vasitə saxladığını bildirmişdir. Həmçinin avtomobilin ön oturacağında əyləşən sürücü Şahid3 Məhəmmədiyyə oğlu da özünü şübhəli apardığından hər iki şəxs Vaz 21074 markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobil ilə birlikdə onlar tərəfindən postda saxlanılmış və dərhal Şəki ŞRPŞ-nin rəhbərliyinə raportla məruzə edərək bu barədə məlumat vermişlər. Bir neçə dəqiqə sonra həmin yerə Şəki ŞRPŞ-nin əməkdaşları gəlmişlər. Bundan sonra isə 717 saylı YPX stasionar Postunda videoçəkiliş vasitəsi ilə vəkilin, Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki açıq qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd “Vinçestr” markalı siqaret qutusunu, bir ədəd “Nokia” markalı mobil telefonu, əynindəki açıq qəhvəyi rəngli şalvarın sol və sağ arxa ciblərindən pul əskinazlarını və siqaret qutusunun içərisindəki kağız bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs stolun üzərinə qoyduğu kağız bükülünü göstərərək içərisində narkotik vasitə olan marixuana olduğunu demişdir. Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər kütləni nə vaxt və haradan hansı məqsədlə əldə etdiyini soruşduqda o, xx.xx.2023-cü il tarixdə Zaqatala rayonundan qayıdarkən yolun kənarından ağacın altından tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda, idarə etdiyi avtoomobildə və ya digər yerlərdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilin bardaçokunda narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra kağız bükülüdə olan narkotik vasitəyə bənzər kütlə ekspertiza tədqiqatına göndərilməsi üçün ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra isə yenidən vəkilin, Şahid2 və iki nəfər hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin bardaçok hissəsindən sellofan torbanın içərisində narkotik vasitəyə bənzər yaşıl kütlə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, xx.xx.2023-cü il tarixdə Zaqatala rayonundan qayıdarkən yolun kənarındakı ağacın altdından tapdığını, bir hissəsini özü istifadə etmək üçün siqaret qutusunun içərisinə qoyduğunu, həmin narkotiki də gələcəkdə istifadə etmək üçün bardaçoka qoyduğunu bildirmişdir. Bundan başqa avtomobildən iş üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar edilməmişdir. Daha sonra sellofan torbada olan narkotik vasitəyə bənzər yaşıl kütlə ekspertiza tədqiqatına göndərilməsi üçün ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, İdarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaqla özünü və ailəsini dolandırır. 11 iyul 2023-cü il tarixdə saat 18 radələrində Şəki rayonunda yerləşən 717 saylı YPX stasionar postunun qarşısından keçərkən iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və orada dayanan Vaz 21074 markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobili göstərib həmin nəqliyyat vasitəsinə baxış keçiriləcəyini demişlər. Daha sonra həmin baxışda hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O, etiraz etməmiş və avtomobilə tərəf yaxınlaşmışdır. İki nəfər polis əməkdaşı, vəkil və adını sonradan bildiyi Təqsirləndirilən şəxs həmin yerdə dayanmışdılar. Bir neçə dəqiqə sonra adını sonradan bildiyi digər hal şahidi Şahid5 də həmin yerə gəlmişdir. Daha sonra təhqiqatçı ona və digər hal şahidinə hüquqlarını və vəzifələrini izah edib Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını, bunun üçün onun idarə etdiyi avtomobilə baxış keçiriləcəyini demişdir. Onun, digər hal şahidi Ramilin, Təqsirləndirilən şəxs, vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin bardaçok hissəsindən sellofan torbanın içərisində narkotik vasitəyə bənzər yaşıl kütlə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan nəşə olduğunu, xx.xx.2023-cü il tarixdə Zaqatala rayonundan qayıdarkən yolun kənarındakı ağacın altdından tapdığını, bir hissəsini özü istifadə etmək üçün siqaret qutusunun içərisinə qoyduğunu, həmin narkotiki də gələcəkdə istifadə etmək üçün bardaçoka qoyduğunu bildirmişdir. Bundan başqa avtomobildən başqa hər hansı maddi sübut aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin sellofan torbada olan narkotik vasitəyə bənzər yaşıl kütlə ekspertiza tədqiqatına göndərilməsi üçün ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və imza etmişlər. O, 07.2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman orada iştirak etdiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə yol verilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:50-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 18:55-də Şəki Şəhər-Rayon Polis şöbəsinin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 11 iyul 2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı ondan təmiz çəkisi 0,26 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 11 iyul 2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilin bardaçok hissəsindən sellofan torbada təmiz çəkisi 97,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. 11 iyul 2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, Şahid3 üzərinə şəxsi axtarış zamanı ondan təmiz çəkisi 0,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İnvitro MMC-nin xx.xx.2023-cü il tarixli tibbi müayinənin nəticələrinə dair sənəddən görünür ki. Təqsirləndirilən şəxs ekspress metod ilə müayinəsi zamanı onda ‘‘Marixuana (THC)" qəbulu faktı aşkar edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/537 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş n/v bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisində 01(bir) ədəd papirosda, təmiz çəkisi – 0,26 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmçinin həmin papirosdakı, təmiz çəkisi – 0,18 qram olan digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, üzərində “B.Vüqar Bəkir oğlunun nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisində 01(bir) ədəd sellofan bağlamada, təmiz çəkisi – 97,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd sellofan bağlamada və 01(bir) ədəd ədəd papirosda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/538 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid3 Məhəmmədiyyə oğlunun üzərindən çıxan n/v bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd papirosda, təmiz çəkisi – 0,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmçinin həmin papirosdakı, təmiz çəkisi – 0,17 qram olan digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, üzərində “Şahid3 Məhəmmədiyyə oğlunun üzərindən çıxan n/v bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd papirosda olan qurudulmuş marixuana ilə üzərində “B.Vüqar Bəkir oğlunun nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bağlamada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2023-cü il tarixli, 1301 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə qəbul edir. Onun qeyd olunan cinayət əməlini törədən zaman kənar şəxslrin məlumat və iştiraklarının olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobildən aşkar edilmiş narkotik vasitənin mənbəyini, narkotik narkotik vasitəni hardan və kimdənsə alması, kimlərlə birlikdə narkotik vasitə istifadə etməsi, başqa cinayətlərdə iştirakının olub-olmaması, kimlərə narkotik vasitə satması, ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olubolmaması, həyat tərzi, maraq dairəsi, spirtli içkilərə meyilli olub-olmaması, idarə etdiyi avtomobildə olan Şahid3 hər hansı maddi və s. Maraq qarşılığında verib verməməsini keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilməsi mümkün olmamışdır. Bu istiqamətdə tədbirləri davam etdirilir. Gələcəkdə müsbət nəticə əldə edilərsə əlavə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş “Nokia” markalı mobil telefondur. Mobil telefon işlək vəziyyətə gətirilən zaman telefonun ekranında “Nokia” sözləri yazılmış, baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etdiyini bildirmişdir. Bundan başqa mobil telefona baxış keçirilən zaman əvvəlcə menyu hissəsinə və oradan da “zənglər” adlı hissəyə daxil olduqda həmin hissədə sonuncu gələn və gedən zənglər qeyd olunmuşdur. Həmin bölmədə müxtəlif mobil nömrələrin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin nömrələrin ailə üzvlərinə və yaxın qohumlarına məxsus olduğunu bildirmişdir. Həmin “zənglər” adlı bölmədə iş üçün əhəmiyyət kəsb edə biləcək xüsusat aşkar edilməmişdir. Bundan başqa “Kontakt” adlı bölməyə baxış keçirilən zaman orada adların siyahısında çağrı mərkəzlərinə məxsus nömrələrdən başqa hər hansı ad və nömrə aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonda adları oxuya bilmədiyi üçün telefonun kitabçasına hər hansı nömrə qeyd etmədiyini bildirmişdir. Baxış zamanı həmin bölmədə iş üçün əhəmiyyət kəsb edə biləcək xüsusat aşkar edilməmişdir. Bundan başqa digər “Radio”, “Zəngli saat”, “Təqvim”, “Tənzimləmələr” və “Kalkulyator” bölmələrinə baxış keçirilmiş, lakin, iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Bundan başqa “Mesajlar” bölməsinə baxış keçirildikdə gələn mesajlar olan hissədə “Asanpay” və “İSB”dən daxil olmuş nəqliyyat vasitəsinin texniki baxışı və icbari siğortası barədə mesaj mətnlər, həmçinin bir neçə mobil nömrədən zənglərin gəlməsi barədə məlumat mesajlarının olduğu müəyyən edilmişdir. Mesajlar bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək xüsusat aşkar olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, onun avtomobilindən və üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,21 qram, 0.26 qram, 97,09 qram və çəkidə olan marixuana maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-nə məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından, həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş və onun həmin hissədə təqsirsizliyini təsdiq edən sənədlərin surətləri ibtidai araşdırmaya prosesual rəhbərlik edən Şəki rayon prokurorluğuna göndərilmişdir. Şahid3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından, həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş və onun həmin hissədə təqsirsizliyini təsdiq edən sənədlərin surətləri ibtidai araşdırmaya prosesual rəhbərlik edən Şəki rayon prokurorluğuna göndərilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərinə və hadisə yerinə baxış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-ci il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ağdaş Rayon İcra Hakimiyyəti Başçısnın Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 iyul 2023- cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, himayəsində bir azyaşlı uşağı vardır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Ağdaş Rayon Mərkəzi X4 Şəxsdən daxil olmuş 09 avqust 2023-cü il tarixli PHŞ-6- 22/2-1207/2023 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Epizodik eroin qəbulu” diaqnozu ilə profilaktik narkoloji qeydiyyatdadır. Ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyil. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi və daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) və himayəsində bir azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdaş rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2023-cü il tarixli, 1301 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,21 qram, 97,04 qram, 0,16 qram olan qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərləri 17/537 saylı rəy üzrə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat, 17/538 saylı rəy üzrə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, X2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdaş rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,21 qram, 97,04 qram, 0,16 qram - qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyərləri olan 17/537 saylı rəy üzrə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat, 17/538 saylı rəy üzrə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-104/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-104/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver