Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-105/2021 27.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1974-cü ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı övladı olan, natamam orta təhsilli, işsiz, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11.11.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 17.03.2009-cu il tarixli amnistiya aktına əsasən azad edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Rayon Məhkəməsinin 8 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 04 iyul 2021-ci il tarixdə, saat 19:35 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində şəhər sakinlərinin çoxluq təşkil etdiyi ərazidə yerləşən, ictimai yer hesab edilən “Kərpic” restoranına orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində gəlib şəhər sakinlərinin istirahət vaxtında qəsdən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərən, həmçinin restoranın iş rejimini və restoranda olan müştərilərin istirahət hüququnu pozan, müştərilərin restorandan vaxtından əvvəl getməsinə və restoranın vaxtından əvvəl bağlanmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri edərək heç bir əsaslı səbəb olmadan əynindəki şalvarın bel kəmərinin sağ tərəfində saxlayaraq gəzdirdiyi bıçağı çıxarıb, həmin bıçaqdan silah qismində istifadə edib fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs sol qolunun said nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək sonuncuya sol saidin orta 1/3-nin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, Zərərçəkmiş şəxs özünü qorumaq üçün Təqsirləndirilən şəxs uzaqlaşmaq və xəstəxanaya getmək məqsədi ilə dərhal qaçaraq zaldan çıxıb restoranın çıxışına tərəf getsə də, Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs restoranın qarşısından keçən Sabit Rəhman küçəsinin piyada səkisinə qədər 40 metr məsafədə təqib edərək restoranda istirahət edən insanların dincliyini, şəhər sakinlərinin istirahət hüququnu, kafenin iş rejimini 10 dəqiqə müddətində pozmaqla və kafedə olan müştərilərin istirahət hüququnu pozmaqla qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəldən də Şəki şəhər sakini kimi tanımışdır. 04 iyul 2021-ci il tarixdə övladının xəstəliyinin müalicəsinə pul istəmək üçün Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən “Kərpic” restoranının sahibi X1 ilə görüşmək qərarına gəlmiş və “Kərpic” restoranına yollanmışdır. O, “Kərpic” restoranına çatıb restoranın zalına girərək masalardan birində əyləşmiş, həmin vaxt zalda olan və “Kərpic” restoranını işlədən Zərərçəkmiş şəxs Pərviz İbrahimxəlilovun harada olmasını soruşmaq üçün sonuncudan onunla birlikdə eyni masa arxasında əyləşməsini xahiş etmişdir. Gündüz işlədiyinə görə onunla birlikdə əyləşə bilməyəcəyini bildirib zaldan çıxmışdır. Bir qədər sonra Gündüz zala geri qayıtdıqda, o, Gündüzə “niyə mənimlə belə danışırsan” deyə irad bildirmiş, Gündüz isə ona “mən səninlə necə danışıram ki, necə danışmalıyam ki” deyə cavab vermişdir. O da həmin anda əsəblərini idarə edə bilməyib, üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs sol qoluna bir dəfə vurmuşdur. Bıçaq Gündüzün qoluna batıb və həmin nahiyədə qalmışdır. Gündüz dərhal qaçaraq zaldan çıxıb restoranın çıxışına tərəf getmiş, o da Gündüzün ardınca restoranın çıxışına getmişdir. Ardınca getməkdə məqsədi Gündüzə kömək etmək olmuşdur. O, restoranın giriş qapısının qarşısında olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb onu vurmuşdur. Daha sonra isə hadisə yerinə polis şöbəsinin əməkdaşları gəlmiş və o, polis əməkdaşları ilə birlikdə Şəki ŞRPŞ-yə gəlmişdir. Artıq həmin anda, o, etdiyi əməldən peşman olmuş, polis şöbəsində isə Gündüzlə barışmışdır. Gündüzü bıçaqla vurması istəyərəkdən olmamış, yalnız sərxoş olduğundan bu əməli törətmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, yadında olduğu qədər mübahisə zamanı zalda onların ikisindən başqa heç kim olmamış, ümumiyyətlə, birbirilərinə söyüş söyməmiş, onların mübahisəsini heç kim eşitməmişdir. Gündüzün ardınca qaçmamış, qapıya tərəf getməsində isə niyyəti ona kömək etmək olmuşdur. Polislər gələndə özü onlara belə bir səhv hərəkət etdiyini demiş və şöbəyə getmişdir. Məhkəmədən özünün ikinci qrup əlil olmasını, iki azyaşlı övladının olmasını, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən “Kərpic” restoranını işlədir. O, Təqsirləndirilən şəxs Şəki şəhər sakini kimi tanıyır və münasibətləri daim yaxşı olmuşdur. 04.07.2021-ci il tarixdə təxminən saat 19:30 radələrində Təqsirləndirilən şəxs onun işlətdiyi “Kərpic” restoranına gəlib, restoranın zalındakı masalardan birində əyləşmiş və ondan özü ilə birlikdə eyni masa arxasında əyləşməyini xahiş etmişdir. Həmin vaxt o, İlqara işlədiyinə görə onunla birlikdə əyləşə bilməyəcəyini bildirib əlindəki pivə ilə dolu bardaqlarla birlikdə zaldan çıxıb həmin pivə bardaqlarını restoranın həyətindəki masalara paylamış və zala geri qayıtdıqda İlqar onu görüb, əyləşdiyi masadan ayağa qalxaraq ona yaxınlaşmış, ona “niyə mənimlə elə danışırsan” deyib bıçaqla sol qoluna bir dəfə zərbə endirmişdir. Bıçaq onun sol qoluna girib, həmin nahiyədə qalmışdır. O, xəstəxanaya getmək məqsədi ilə dərhal zaldan çıxıb restoranın çıxışına tərəf qaçmışdır. Həmin vaxt İlqar da onun ardınca gəlmişdir. O, restorandan çıxıb restoranın yerləşdiyi küçənin əks tərəfində saxladığı avtomobilinə əyləşmiş, sağ əli ilə İlqarın onun sol qoluna vurduğu bıçağı dartıb çıxardaraq avtomobilində olan dəsmal ilə qolunu sarımışdır. Bundan sonra xəstəxana istiqamətində sürərək restoranının girişinə yaxınlaşarkən İlqarın restoranın qarşısında dayandığını görüb avtomobilini yolun kənarında saxlayaraq avtomobildən enmiş, İlqara yaxınlaşıb onun sifət nahiyəsinə bir dəfə yumruq və bir dəfə təpik zərbəsi endirmişdir. Bundan sonra isə öz avtomobilinə əyləşib Şəki Mərkəzi Rayon Xəstəxanasına getmiş, xəstəxanaya mürciət etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, hadisə təxminən saat 19:30 radələrində “Kərpic” restoranın zalında baş vermiş və təxminən 5-10 dəqiqə davam etmiş, zalda özü və Təqsirləndirilən şəxs başqa heç kim olmamış, onların mübahisəsini heç kim görməmiş, eşitməmiş, o və Təqsirləndirilən şəxs ucadan danışmaqla və ya söyüşlər söyməklə səs-küy salmamışlar. Restoran təxminən 09:00-a kimi işləmiş, yalnız polislər gəlib hadisə yerinə baxış keçirdiyindən müştərilər dağılmışdır. Onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, barışmışlar. Təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o, həmin gün «Kərpic» restoranında xidmətçi (ofisiant) olaraq işləmişdir. 04.07.2021-ci il tarixdə restoranda baş vermiş hadisəni görməmişdir. Saat təxminən doqquzun yarısında restoranın həyətində əyləşən müştərilərə xidmət göstərdiyi zaman Zərərçəkmiş şəxs zaldan həyətə çıxıb restoranın girişinə tərəf qaçmış, Təqsirləndirilən şəxs də Gündüzün ardınca getmişdir. O, işinə davam etmişdir. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gəlmiş və yalnız bundan sonra restoranın zalında İlqarın bıçaqla Gündüzü vurduğunu eşitmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ucadan danışmaqla səs-küy salmamışlar. Daha sonra o, polis şöbəsinə dəvət olunduğundan polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, o, hadisə baş verən gün Kərpic restoranında xidmətçi (ofisiant) olaraq işləmiş və gələn müştərilərə xidmət göstərmişdir. O, restoranın həyətindəki masalardan birində əyləşən müştərinin əyləşdiyi masaya həmin müştərinin əvvəlcədən sifariş etdiyi yeməkləri qoyduğu vaxt səs eşitmiş və Zərərçəkmiş şəxs zalın qapısından həyətə çıxıb restoranın girişinə tərəf qaçmasını, Gündüzün ardınca isə şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs zaldan çıxıb getdiyini görmüşdür. Lakin o, müştərilərlə məşğul olduğundan onların ardınca getməmiş və işinə davam etmişdir. İlqarın Gündüzü vurmasını həmin an bilməmiş, daha sonra, yəni polislər restorana gəldikdən sonra məlumatı olmuşdur. İlqarla Gündüzün arasında olan mübahisədən xəbəri olmamış, səs-küy eşitməmiş, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurmasını, Gündüzün qaçan zaman qolunda bıçaq olmasını da görməmişdir. Hadisə təxminən səkkizin yarısı baş vermişdir. Restoran saat doqquza kimi işləmişdir. Müştərilərin dağılmasına səbəb polis əməkdaşlarının restorana gəlməsi və müvafiq istintaq hərəkətlərinin aparılması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, o, Şəki ŞRPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində xidmət edir. O, 04.07.2021-ci il tarixdə, saat 09:00-dan 04.07.2021-ci il tarixdə, saat 21:00-a qədər olan müddətdə xidmət yoldaşları Şahid4 və Şahid3 ilə birlikdə Şəki şəhəri, Sabit Rəhman küçəsində avtopatrul marşrutu üzrə xidmətdə olmuşdur. Həmin gün təxminən saat 19:45 radələrində küçədə xidmət apardıqları zaman Şəki şəhəri, Sabit Rəhman küçəsindəki “Kərpic” restoranının qarşısından keçən səkidə tanımadıqları şəxslərin toplaşdığını görmüş, həmin yerə yaxınlaşaraq oradakı tanımadıqları şəxslərdən nə baş verdiyini soruşduqda həmin şəxslərdən biri Zərərçəkmiş şəxsla digər bir şəxsin dalaşdıqlarını bildirmişdir. Onlar dərhal restorana daxil olub restoranın həyətindəki əlüzyuyanın qarşısında şəxsiyyəti onlara sonradan məlum olan Təqsirləndirilən şəxs əlüzünü yuduğunu görüb ona yaxınlaşaraq nə baş verdiyini soruşduqda, Təqsirləndirilən şəxs onlara bir qədər əvvəl “Kərpic” restoranının zalında öz bıçağı ilə “Kərpic” restoranını işlədən Gündüz adlı şəxsin sol qoluna bir dəfə zərbə vurduğunu bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs polis şöbəsinə getməyi təklif etmiş, Təqsirləndirilən şəxs isə razılaşaraq onlarla birlikdə Şəki ŞRPŞ-yə gəlmişdir. O, polis şöbəsinə çatdıqdan sonra hadisə ilə bağlı raportla rəhbərliyə məruzə etmiş, bundan sonra xidməti vəzifələrinin icrasına davam etmişlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan mübahisənin şahidi olmamış, o, cümlədən Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Şahid4 məhkəmə iclasında Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin PPXB-nin sürücü polis nəfəri vəzifəsində xidmət edir. O, 04.07.2021-ci il tarixdə, saat 09:00-dan 04.07.2021-ci il tarixdə, saat 21:00-a qədər olan müddətdə xidmət yoldaşları Şahid4 və Şahid2la birlikdə Şəki şəhəri, Sabit Rəhman küçəsində avtopatrul marşrutu üzrə xidmətdə olmuşdur. Həmin gün təxminən saat 19:45 radələrində küçədə xidmət apardıqları zaman Şəki şəhəri, Sabit Rəhman küçəsindəki “Kərpic” restoranının qarşısından keçən səkidə tanımadıqları şəxslərin toplaşdığını görüb həmin yerə yaxınlaşdıqda, şəhər sakini və “Kərpic” restoranını işlədən şəxs kimi tanıdıqları Zərərçəkmiş şəxs restoranın qarşısında yolun kənarında dayanmış avtomobilinə əyləşib avtomobilini sürüb getdiyini görmüş, oradakı tanımadıqları şəxslərdən nə baş verdiyini soruşduqda, həmin şəxslərdən biri onlara restoranın qarşısındakı avtomobilə əyləşib gedən şəxslə, yəni Zərərçəkmiş şəxs ilə artıq restorana daxil olan şəxsin dalaşdıqlarını bildirmişdir. Onlar dərhal restorana daxil olub restoranın həyətindəki əlüzyuyanın qarşısında şəxsiyyəti onlara sonradan məlum olan Təqsirləndirilən şəxs əl-üzünü yuduğunu görüb ona yaxınlaşaraq nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs onlara bir qədər əvvəl “Kərpic” restoranının zalında öz bıçağı ilə restoranı işlədən Gündüz adlı şəxsin sol qoluna bir dəfə zərbə vurduğunu bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs polis şöbəsinə getməyi təklif etmiş, Təqsirləndirilən şəxs isə razılaşaraq onlarla birlikdə Şəki ŞRPŞ-yə gəlmişdir. Onlar polis şöbəsinə çatdıqdan sonra hadisə ilə bağlı raportla rəhbərliyə məruzə olunmuşdur. Bundan sonra isə onlar xidməti vəzifələrinin icrasına davam etmişlər. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 210 nömrəli, 12.11.2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, 04.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. 04.07.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu yer “Kərpic” restoranının əsas binasındakı zaldır və həmin zal restoranın giriş qapısından 40 metr məsafədə yerləşir. Baxışın gedişində “Kərpic” restoranının əməkdaşı Şahid5 restoranın zalının döşəməsində olan qan izlərini göstərib həmin qan izlərini hadisədən sonra həmin yerdə aşkar etdiyini, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurduqdan sonra Zərərçəkmiş şəxs döşəməyə tökülmüş qanı olduğunu bildirmişdir. Bundan sonra restoranın giriş qapısının sol tərəfində olmaqla, qapıdan 2 metr məsafədə piyada səkisinin üzərində qan izləri və 1 ədəd optik eynək aşkar edilmiş və Şahid5 həmin eynəyin Təqsirləndirilən şəxs məxsus olduğunu, hadisə zamanı həmin yerə düşdüyünü bildirmişdir. Aşkar olunan optik eynək və qan izləri çöplər vasitəsilə mütəxəssis tərəfindən götürülərək ağ rəngli zərfdə qablaşdırılmışdır. 05 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 06 iyul 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 221.3-cü mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. Şəki Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ilə üç ay müddətinə, yəni 05 iyul 2021-ci il tarixdən 05 oktyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 20 gün, yəni 05 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 330 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğlunun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət: sol saidin orta 1/3-nin deşilmiş-kəsilmiş yarası iti dcşicikəsici əşyanın və ya alətin təsirindən əmələ gəlmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 04.07.2021-ci il tarixinə uyğundur, xəsarətin bıçaqla vurulma zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 16 sentyabr 2021-ci il tarixli, 17/692 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi 06.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4, 221.3, 66.3-cü maddələrinə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11.11.2002-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.04.2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin 17.03.2009-cu il tarixli amninistiya qərarına əsasən azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserinin 16 sentyabr 2021-ci il tarixli, 555 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Şəki şəhəri Pirimlər məhəllə nümayəndəliyi tərəfindən verilmiş 223 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs оğlu Şəki şəhəri, G.Əsədov küçəsi, ev 7-də yaşayır. 2011ci il təvəllüdlü X5 və 2014-cü il təvəllüdlü X6 adlı övladları vardır. Şəki şəhəri Pirimlər məhəllə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir, ona cəza verilməməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. Göründüyü kimi əməlin xuliqanlıq kimi tövsif olunması üçün hərəkət üç əlamətə malik olmalıdır. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olundu ki, hazırkı cinayət işi üzrə hadisənin baş verdiyi ünvanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yüngül bədən xəsarəti yetirilməsi ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi göstərilsə də, xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin təqsirləndirilən şəxsin konkret hansı hərəkətlərində ifadə olunması göstərilməmişdir. Eyni zamanda hadisə iştirakçıları olmuş təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs içkili vəziyyətdə Zərərçəkmiş şəxs bıçaqla vurduğunu, həmin an “Kərpic” restoranının zalında heç kimin olmadığını, səs-küy olmadığını, söyüşlər söyülmədiyini göstərmişlər. Restoranın iş rejiminin pozulmasına, müştərilərin restorandan vaxtından əvvəl getməsinə münasibətdə məhkəmə qeyd edir ki, hadisədən təxminən bir saat yarım sonra restoranın bağlanmasına səbəb polis işçilərinin gəlməsi və hadisə yerinə baxış keçirilməsi ilə bağlı müvafiq istintaq hərəkətlərinin aparılması olmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində ictimai qaydanın pozulduğu halda ibtidai araşdırma orqanı tərəfindən hadisənin baş verdiyi yerdə hadisəni görmüş şəxslərin dairəsi müəyyənləşdirməli, həmin gün orada olan digər şəxsləri iş üzrə şahid qismində dindirməli, bununla da ictimai qaydanın pozulması hallarının baş veribvermədiyini aydınlaşdırmalı olduğu halda bunu etməmiş, mübahisə tərəflərinin dindirilməsi ilə kifayətlənmişdir. İş üzrə şahid qismində tanınmış şəxslər isə hadisənin bilavasitə şahidi olmamışlar. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxsə silah qismində əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməsi ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirmiş, onun tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri əsassız olaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qarşılıqlı şəkildə barışmasını və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından azad edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-nin saxlancına verilmiş bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 73.2, 321, 346, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-nin saxlancına verilmiş bir ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərci 30.60 (otuz manat altmış qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-105/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-105/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver