Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-108/2021 07.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs: - xx xxxxxx 1975-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla 2013cü il tarixdə Mingəçevir şəhəri, Qaçqınlar və Məcburi Köçkünlər üçün salınmış 504 mənzilli yeni yaşayış qəsəbəsində, 8 saylı evin 30 saylı mənzilində yaşayan, “barəsində polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmiş, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmiş, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 16 avqust 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X8 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10 radələrində Şəki rayonu, Kiçik Dəhnə kəndinin giriş hissəsində yerləşən “Yabirin kafesi” adlanan kafenin qarşısında saxlanılıb Şəki rayonu, Turan qəsəbəsində yerləşən, Şəki ŞRPŞ-nin X10 gətirilərək üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki şalvarının bel hissəsindən qırmızı-qara rəngli sellofan torbanın içərisindəki digər 01 ədəd sarı rəngli sellofan torbada, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 135,24 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və əynindəki ağ rəngli şalvarının sol yan cibindən qırmızı-ağ rəngli kağızı bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1.659 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmiş, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci mаddəsi ilə, оnа elаn оlunmuş ittihаmdа özünü təqsirli bilərək ifаdələrində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Ali təhsilli olsa da 2015-ci il tarixdə infilasiyadan sonra iş tapmağı mümkün olmamışdır. Özünə məxsus Vaz 2199 markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhərində taksi fəaliyyəti göstrməklə ailəsini dolandırır. Şəki rayonunda qohumları vardır. Belə ki, dayısının yoldaşı Şəki şəhərindəndir. 16 avqust 2021-ci il tarixdə Şəki şəhərinə qohumlarıgilə qonaq gəlmək qərarına gəlmişdir. Lakin həmin gün 2 bakal pivə içdiyi üçün avtomobil ilə deyil, yol maşını ilə gəlməyi qərara almışdır. Buna görə də Mingəçevir şəhərindən Yevlax rayon Xaldan dairəsinə tanımadığı avtomobil ilə gəlmiş, həmin ərazidə dayanıb Şəki şəhərinə gedən avtomobil gözləyən zaman həmin dairədən bir qədər kənarda, Şəki rayon istiqamətində, avtobus dayanacağının yaxınlığında 01 ədəd sellofan torba olmasını görmüşdür. Həmin torbaya yaxınlaşıb içərisində nə olmasına baxdıqda onun içərisində əvvəllər istifadə etdiyi üçün nəşə olduğunu görmüşdür. Həmçinin həmin vaxt nəşənin yanında qırmızı kağızda “patı” olduğunu görmüşdür. Əvvəllər hər iki narkotik vasitədən istifadə etmişdir. Lakin həmin narkotik vasitələrdən mütəmadi olaraq deyil, arada-bir istifadə edir. Bundan sonra həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün götürüb əynindəki şalvarın kəmərinin sol tərəfdən içərisinə qoymuş və kənardan görsənməməsi üçün əynindəki köynəyi üzərinə çıxarmış, qırımızı kağızda olan “patı”nı isə şalvarının sol cibinə qoymuşdur. Bir qədər sonra avtomobillərə əli ilə saxla işarəsi verən zaman xatırlamadığı və tanımadığı şəxs avtomobili saxlayıb hara getdiyini soruşduqda Şəki şəhərinə getdiyini bildirmişdir. Həmin şəxsi isə Kiçik Dəhnə kəndində qədər getdiyini bildirmişdir. O, da razılaşmış və onunla birlikdə Kiçik Dəhnə kəndinə qədər gəlmişdir. Kəndin giriş hissəsindəki kafedə əyləşib çay içərək gözləmək qərarına gəlmişdir. Bir qədər keçmişdir ki, kafenin yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünü təqdim edərək üzərində narkotik vasitə olmasına dair şübhələr olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. Bundan sonra isə onlara etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis Şöbəsində təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Şəki Vəkil Bürosunun vəkil Müdafiəçi təhqiqatçı tərəfindən polis bölməsinə dəvət edilmişdir. Vəkili gəldikdən sonra vəkili Cavidin iştirakı ilə üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş və üzərindən, Xaldan dairəsinin yanında tapdığı içərisində nəşə və patı olan sellofan torba aşkar edilmişdir. Həmin vaxt təhqiqatçı həmin kütlələri haradan əldə etməyi soruşduqda ifadəsində göstərdiyi xüsusatları ona da bildirmişdir. Bundan sonra isə bu barədə barədə protokol tərtib edilmiş və digər iştirakçılar kimi onun tərəfindən də imzalanmışdır. Narkotik vasitədən heç kimə vermədiyini, satmadığını, belə bir fikri olmadığını, həmin vaxt ətrafda heç kim olmadığını bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, uzun müddət bundan öncə Yasamal rayon məhkəməsinin 08.11.2004-cü il taqrixli, 1-416/2004 saylı hökmü ilə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay bütün növ qazancından 20% dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin cəza ilə əlaqədar bir neçə dəfə Yasamal rayon İcra Şöbəsində olmuşdur. Lakin həmin cəzasının icra olunub-olunmamasından və ya bu müddət ərzində qəbul edilmiş Amnistiya aktlarının təsiri altına düşüb-düşməməsində məlumatı yoxdur. Lakin təxminən 2011-2012-ci illərdə xaricə getmək istəmiş lakin onu sərhəddən buraxmamışlar. Bundan sonra Yasamal rayon İcra Şöbəsindən sənəd alıb təqdim etdikdən sonra ölkə hüdudlarını tərk edə bilmişdir. Əlavə olaraq bildirmişdir ki, ailəli olmuş 2 övladı vardır. Lakin sonradan boşanmış və uşaqları analarının himayəsində qalmışlar. Uşaqlarından 1-i Universitetdə oxuyur, digəri isə hazırda 11-ci sinif şagirdidir. Özü QİÇS xəstəsi olmaqla İİ qrup əlildir. Əməlindən peşman olduğunu və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdır. Məhkəmə iclasında şahid qismində dindirilən CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin Sarıca PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 16 avqust 2021-ci il tarixdə xidməti fəaliyyəti ilə məşğul olan zaman Elşən adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması, qəbulu və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «Elşən» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün bölmə rəhbərliyinə məruzə olunmuşdur. Bölmə rəhbərliyinin icazəsi ilə 16 avqust 2021-ci il tarixdə «Elşən» adlı şəxsin, xx.xx.1975-ci il təvəllüdlü, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfərləri Şahid1 və Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki rayon, Kiçik Dəhnə kəndinin giriş hissəsində olan kafenin yaxınlığında olması müəyyən edildiyindən həmin əraziyə gedib ona yaxınlaşıb xidməti vəsiqələri göstərib polis əməkdaşı olduqlarını və narkotik vasitə əldə etməkdə məlumat əldə etdiyi üçün onlarla birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşdığı üçün onu polis bölməsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün raportla bölmə rəhbərliyinə müraciət etmişlər. Onun üstünə şəxsi axtarış keçirilməsi X6ə həvalə edilmişdir. X6 öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmişdir. Sonra vəkil Müdafiəçi gəlmişdir. E.X9 tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KQT-nun inspektoru Qiyam Səfərəliyev dəvət edilmişdir. Qiyam Səfərəliyev gəlmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin, onun, Şahid1 iştirakı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli damalı köynəyinin sol döş cibindən siqaret və alışqanı, ağ rəngli şalvarının sol yan cibindən qırmızı rəngli kağıza bükülmüş kütləni, şalvarının bel hissəsindən rəngli sellofan torbanı çıxardaraq təqdim edib masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa əşya olub olmaması barədə sual verildikdə o, xeyr deyə cavab vermişdir. Daha sonra isə Təqsirləndirilən şəxs əynindəki geyim əşyalarına şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilən hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindəki aşkar olunan əşyaları təqdim etməsini bildirdikdə o, həmin əşyaların özünə məxsus olduğunu, qırmızı rəngli kağız bükümdə olan kütlənin “şüşə” olduğunu, rəngli sellofan torbada isə nəşə olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kütlələrə baxıldıqda həqiqətən də qırmızı rəngli kağız kütlənin içərisində metamfetamin və rəngli sellofan torbada isə narkotik vasitə marixuana olması müəyyən edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlələri haradan, nə vaxt, hansı məqsədlə əldə etməsi barədə sual verdikdə o, Şəki rayonunda olan qohumlarının qonaq gəlmək istədiyini, buna görə də Mingəçevir şəhərindən minib Xaldan dairəsinə gəldiyini demişdir. Dayanacağa gedərkən yerdə qeyd edilən bükülüdə bir şey olduğunu gördüyünü, həmin bükülünü açdıqda onun içərisində nəşə və sellofan bükülünün içərisində isə ayrıca kağız bükülü olduğunu gördüyünü bildirmişdir. Əvvəllər narkotik vasitə istifadə etdiyindən həmin kütlələri tanıdığına görə onu arada bir istifadə etmək məqsədilə götürmüşdür. Şəki şəhərinə getmək məqsədilə yoldan keçən avtomobilə əl etmiş, daha sonra bir avtomobillə Şəki rayon, Kiçik Dəhnə kəndinə qədər gəldiyini demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə marixuana və psixotrop maddə ayrı-ayrılıqda zərfə qoyularaq möhürlənmiş və üzərləri o, da daxil olmaqla digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar videoçəkiliş nümayiş etdirilmişdir. Bundan sonra isə bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, daha sonra isə o, da digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirələndən sonra təhqiqatçı tərəfindən onun üstünə şəxsi axtarış keçirilən zaman orada olduğunu, onların üstünə şəxsi axtarış keçirilməsində iştirak etdiyini, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra onlara qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə yol verilmədiyini, keçirilmiş əməliyyat tədbirləri zamanı onun qoluna qandal vurulmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 istintaq zamanı Şahid3 ifadəsində göstərdiyi xususatları eyni ilə öz ifadəsində təstiq etmişdir. İşdə olan 16.08.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki ağ rəngli şalvarın sol yan cibindən qırmızı rəngli kağız bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar kütlə və şalvarının bel hissəsindən rəngli sellofan torbanın içərisində narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. İşdə olan 17.08.2021-ci il tarixli, 17/608 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd rəngli sellofan torbada olan...” sözləri və imzalar yazılmış qırımızı-qara rəngli, sellofan torbanın içərisində digər 01 (bir) ədəd sarı rəngli sellofan torbada, təmiz çəkisi -135.24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlançış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd qırmızı rəngli kağız bükümdə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qırmızı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 1.659 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 135.24 qram marixuanadan tədqiqata 0.05 qram sərf edilmiş 135.19 qram qalıq qalmışdır. Həmçinin 1.659 qram olan metamfetamindən tədqiqata 0,050 qram sərf edilmiş 1.609 qram qalıq qalmışdır. Ekspertiza xərci 107.91 manat təşkil etmişdir. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 06.09.2021-ci il tarixli, 1085 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan 18.08.2021-ci il tarixli, 287A nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs marixuana və metamfetamin aşkar edilmişdir. İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş 25.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. Tələbnamədə CM-nin 127.1-ci maddəsi ilə 07.10.2004-cü il tarixdə onun barəsində olan cinayət işinin məhkəməyə göndərilməsi qeyd edilmişdir. İşdə olan Yasamal rayon məhkəməsinin 08.11.2004-cü il taqrixli, 1-416/2004 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay bütün növ qazancından 20% dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşdə olan Yasamal rayon məhkəmə nəzarətçiləri və icraçıları şöbəsinin 12.01.2005-ci il tarixli məktubundan görünür ki, CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinmiş Təqsirləndirilən şəxs barəsində olan hökmün surətinin tərflərindən icraata qəbul edilməsi və icraya yönəldilməsi göstərilmişdir. İşdə olan Mingəçevir Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 10.09.2021-ci il tarixli, 318 nömrəli məktubda qeyd edilmişdir ki, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhər, H.Əliyev prospekti 8 saylı evin 30 saylı mənzilində yaşayan, 1975-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs oğlu Mingəçevir Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və Dispanserə müraciət etməmişdir. İşdə olan Mingəçevir Şəhər Ruhi-Əsəb xəstəlikləri dispanserindən daxil olmuş 10.09.2021-ci il tarixli 592 nömrəli məktubda qeyd edilmişdir ki, Mingəçevir şəhər, H.Əliyev prospekti ev 8, mənzil 30 qeydiyyatda olan Təqsirləndirilən şəxs oğlu Mingəçevir Şəhər Ruhi-Əsəb xəstəlikləri dispanserində psixiatrik müşahidədə olmamış və dispanserə müraciət etməmişdir. İşdə olan Təqsirləndirilən şəxs barəsində arayış və xasiyyətnamədən görünür ki, o, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla 2013-cü il tarixdə Mingəçevir şəhəri, Qaçqınlar və Məcburi Köçkünlər üçün salınmış 504 mənzilli yeni yaşayış qəsəbəsində, 8 saylı evin 30 saylı mənzilində yaşayır, barəsində MKİS-nə şikayət xarakterli məlumat daxil olmaması göstərilməklə müsbət xarakterizə edilmişdir. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” 16.08.2021-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.08.2021-ci il tarixdə saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 18.08.2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15:30da “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 30.09.2021-ci il tarixli, 04- 01/08-352 saylı arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü, Ağdam rayonu, Qiyaslı kənd sakini Təqsirləndirilən şəxs həqiqətən Respublika QİÇS-lə Mübarizə Mərkəzində 23.01.2017-ci il tarixdən İİV-17/015 kodu ilə qeydiyyata götürülmüşdür. İşə əlavə edilmiş ƏƏSMN DSMF PHŞ 17 saylı RƏF-nın Mingəçevir şəhər şöbəsinin 11.10.2021-ci il tarixli, **********9 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ümumi səbəbdən İİ qrup əlil olduğuna görə 03.05.2023-cü il tarixinədək 130 manat sosial müavinət alır. Məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş Bakı şəhəri, Yasamal Rayon İcra şöbəsinin 04.11.2021-ci il tarixli, 17/72-26119/5 saylı cavab məktubunda bildirilmişdir ki, 1(075)-108/2021 saylı, 03.11.2021-ci il tarixli müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1-416/2004 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, hər ay bütün növ qazancından 20% məbləğində pul tutulmaqla 6 ay müddətində islah işləri cəzasına məhkum edilmişdir. Araşdırma zamanı sözügedən hökmlə bağlı nəzarət aşkar edilməmişdir. Bununla əlaqədar məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrasının nəticəsi barədə məlumat vermək mümkün deyil. Məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli 6037/2021 nömrəli məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinə daxil olmuş 03.11.2021-ci il tarixli sorğuya əsasən bildirilir ki, 1(004)- 416/2004 saylı cinayət işi üzrə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icra olunub-olunmaması barədə məlumat yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi aşkardır. Bu iş üzrə toplanmış və tədqiq olunmuş sübutlarla, ekspertiza rəyləri, təqsirləndirilən şəxsin özünün etirafedici və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs əməlində Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən metafetaminin yuxarı həddi 2 qramadək, külli miqdarı isə 2 qram, qurudulmuş Marixuana-Kannabisin yuxarı həddi 5 qram, külli miqdar isə 500 qram kimi göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metafetaminin miqdarı 1.659 qram və aşkar edilərək götürülmüş qurudulmuş marixuananın cəmi miqdarı 135.24 qram olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1.659 qram metafetamin və 135.24 qram qurudulmuş marixuana Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, İİ qrup əlil olmaqla QİÇS xəstəsi olmasını, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 08.11.2004-cü il tarixli, 1(004)-416/2004 saylı hökmünə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə tərəfindən qeyd edilən hökmün icra olunub-olunmaması ilə bağlı Bakı şəhəri, Yasamal Rayon İcra şöbəsinə sorğu verilmiş, sorğuya cavabda bildirilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1-416/2004 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, hər ay bütün növ qazancından 20% məbləğində pul tutulmaqla 6 ay müddətində islah işləri cəzasına məhkum edilmişdir. Bildirilmişdir ki, araşdırma zamanı sözügedən hökmlə bağlı nəzarət aşkar edilməmişdir. Buna görə də məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrasının nəticəsi barədə məlumat verilməsinin mümkün olmaması göstərilmişdir. Həmçinin məhkəmə tərəfindən qeyd edilən hökmün icra olunub-olunmaması ilə bağlı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə də sorğu verilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli 6037/2021 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 1(004)-416/2004 saylı cinayət işi üzrə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icra olunub-olunmaması barədə məlumat yoxdur. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi Nəbiyev X7 rayon məhkəməsinin 08.11.2004-cü il tarixli, 1(004)- 416/2004 saylı hökmünə əsasən CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay bütün növ qazancından 20% dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həmin cəza təqsirləndirilən şəxsə təyin edilsə də cəzanın icra olunub-olunmaması barədə məlumat yoxdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş qeyd edilən cəzanın çəkilməməsi qənaətinə gəlir. Lakin Azərbaycan Respublikası CM-in 80.1.1-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə hökm bu müddətdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu CMnin 127.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Göründüyü kimi Yasamal rayon məhkəməsinin 08.11.2004-cü il tarixli, 1(004)- 416/2004 saylı hökmünün elan edilməsindən və ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən 17 ildən çox müddət keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, Yasamal rayon məhkəməsinin 08.11.2004-cü il tarixli, 1(004)-416/2004 saylı hökmü ilə böyük icitmai təhlükə törətməyən cinayətə görə Təqsirləndirilən şəxs təyin edilmiş hər ay bütün növ qazancından 20% dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası hazırki hökmlə cəza təyin edilən zamanı nəzərə alına bilinməz. Buna görə də yuxarıda şərh edilənlər nəzərə alınmalı və Yasamal rayon məhkəməsinin 08.11.2004-cü il tarixli, 1(004)-416/2004 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş hər ay bütün növ qazancından 20% dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası hazırki hökmlə cəza təyini zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 16.08.2021-ci il tarixdən 18.08.2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Nəbiyev X1 profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 1.609 qram metafetamin və 135.19 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə cəmi 107.91 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X2, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, bir il, altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 16.08.2021-ci il tarixdən 18.08.2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq barəsində qəti olaraq bir il, beş ay, iyirmi səkkiz gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 07 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Nəbiyev X1 profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 1.609 qram metafetamin və 135.19 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə cəmi 107.91 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X2, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov.
Məhkəmə qərarları › İş №1(075)-108/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-108/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver