Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-108/2025 28.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini, həmçinin qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq 15 mart 2025-ci il tarixdə, saat 16 radələrində Fuad Abdurahmanov küçəsində «Gülüstan» şadlıq evinin yaxınlığında tanışı Şahid1 100 (yüz) manat müqabilində alıb əldə etdiyi bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda olan 8,43 qram hissəsini qəsdən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə etməklə üzərində saxlamaqla daşımış, həmin xeyli miqdarda olan, 8,43 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 15 mart 2025-ci il tarixdə, saat 20 radələrində Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən yaşayış binalarının qarşısında, xx.xx.2025-ci il tarixdə saat 14:04:53 saniyədə «Loebank»a məxsus 54****4700 nömrəli kart hesabına köçürülən 15.00 (on beş) manat, xx.xx.2025-ci il tarixdə saat 16:23:51 saniyədə «MilliÖn» ödəniş terminalından həmin kart hesabına köçürülən 5.00 (beş) manat olmaqla cəmi 20.00 (iyirmi) manat köçürülən pul müqabilində tanışı Şahid2 satmış, Şahid2 20 manata alıb əldə etdiyi bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın az miqdarda olan 0,23 qram hissəsini qəsdən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə etməklə üzərində saxlamaqla daşımış, qalan xeyli miqdarda, bir ədəd sellofan bükümdə 8,20 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı isə satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə üzərində saxlamaqla daşımış, Şahid2 satış məqsədi ilə əldə etdiyi az miqdarda, ümumi təmiz çəkisi 0,23 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 15 mart 2025-ci il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Bəxtiyar Vahabzadə adına istirahət parkında 40 (qırx) manat pul müqabilində tanışı Şahid6 satmış, 16 mart 2025-ci il tarixdə Şəki şəhərrayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X5 Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid6 Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən "Aytac" şadlıq sarayının qarşısı ilə Şəki rayonu, Öyrət kəndi istiqamətinə gedən yolda saxlanılaraq, 16 mart 2025-ci il tarixdə, saat 17:35 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz oaraq əldə edib özündə saxlayaraq daşıdığı həmin bir ədəd sarı rəngli sellofana bükülmüş gümüşü-ağ rəngli kağız bükümdə az miqdarda, təmiz çəkisi 0,23 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 17 mart 2025-ci il tarixdə Şəki şəhərrayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X5 Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki şəhəri, Vüqar Mehdiyev küçəsində yerləşən qəbirstanlığın yaxınlığında saxlanılaraq 17 mart 2025-ci il tarixdə, saat 16:29 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə etməklə üzərində saxlamaqla daşıdığı həmin bir ədəd sarı rəngli sellofan bükümdə, xeyli miqdarda, təmiz çəkisi 8,20 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, 15 mart 2025-ci il tarixdə, saat 16 radələrində Fuad Abdurahmanov küçəsində «Gülüstan» şadlıq evinin yaxınlığında tanışı Şahid1 100 (yüz) manat müqabilində alıb əldə etdiyi bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda olan 12,89 qram hissəsini qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə etməklə bir ədəd ağ rəngli sellofan bükümdə olmaqla üzərində saxlamaqla daşımış, 18 mart 2025-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X5 Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Fuad Abdurahmanov küçəsində yerləşən "Gülüstan" şadlıq sarayının yaxınlığında saxlanılaraq, 18 mart 2025-ci il tarixdə tarixdə, saat 01:11 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibindən qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə etməklə üzərində saxlamaqla daşıdığı həmin bir ədəd ağ rəngli sellofan bükümdə xeyli miqdarda, təmiz çəkisi 12,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs avtomobillərin buferi və fənər təmiri ilə məşğul olduğunu bildirmişdir. 18 mart tarixində saat təxminən 09:00 radələrində saxlanıldığını, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Saat 16:00 radələrində əməliyyatçı Nicat adlı şəxs zəng edərək “VAZ” markalı avtomobilini təmir etməsini istəmiş, o isə cavabında “VAZ” markalı avtomobillərə baxmadığını bildirmişdir. Daha sonra Murad adlı usta olub-olmadığını soruşmuş, o isə bunu inkar etmişdir. Axşam saatlarında naməlum şəxs bir qadın “WhatsApp” vasitəsilə zəng edərək Bakıdan gəldiklərini, avtomobillə qəza törətdiyini, onun obyektinin qarşısında olduğunu bildirmiş, o da saat 21:00 radələrində evdən çıxaraq getmişdir. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs Allahverdi adlı şəxsdən narkotik vasitə almadığını və ona narkotik vasitə vermədiyini, atasının da avtomobil ustası olduğunu, aralarında tanışlıq olduğu üçün onu əvvəldən tanıdığını, lakin aralarında narkotik vasitə ilə bağlı alqı-satqısı barədə heç bir söhbət olmadığını bildirmişdir. O, Allahverdinin avtomobilini təmir edib geri verərkən avtomobilin içərisində olan külqabıda yarımçıq, bükülmüş maddə gördüyünü və onu istifadə etdiyini, həmin maddəni Allahverdinin icazəsi olmadan götürdüyünü və sonradan ona bu barədə dediyini qeyd etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində fiziki və psixoloji təzyiq göstərildiyini, bu səbəbdən polisdə verdiyi ifadəni təsdiq etmədiyini, həmin ifadəni təzyiq altında yazdırıldığını bunları sanksiya məhkəməsi zamanı hakimə bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 sürücü kimi fəaliyyət göstərdiyini və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu bildirmişdir. Elşən adlı şəxsi, onun atasını və əmisi tanıdığını, Elşənin avtomobil ustası olduğunu bildirmişdir. O, Elşənə heç vaxt narkotik vasitə satmadığını, istintaq zamanı polisdə ondan alınmış ilkin ifadə təzyiq altında yazdırıldığını, polis əməkdaşları tərəfindən başına torba keçirilərək fiziki zorakılığa məruz qaldığını və bu səbəbdən həqiqətə uyğun olmayan ifadə verməyə məcbur edildiyini bildirmişdir. Avtomobilinin təmirə ehtiyacı olduğu üçün Elşənin işlədiyi yerə getmiş, Elşən ona avtomobili təmir etmək üçün təxminən 1 saat sonra gəlməyini təklif etmişdir. O göstərilən vaxtdan sonra gəlib avtomobili götürmüş və Elşənə zəng edərək zəhmət haqqını almağını istədikdə Elşən pul lazım olmadığını bildirmişdir. Evə getdikdən sonra avtomobilin külqabısında olan siqaretinin yerində olmadığını gördükdə Elşənə zəng edərək ondan avtomobilində olan əşyaları hansı səbəbdən axtardığını soruşmuş, Elşən əvvəlcə inkar etsə də, sonradan avtomobildə olan narkotik maddəni götürdüyünü qəbul etmişdir. Şahid həmçinin bildirmişdir ki, avtomobilinin külqabısında olan narkotik vasitə ona məxsus olmuş onu şəxsi istifadə üçün əldə etdiyini, həmin maddənin Elşən tərəfindən onun icazəsi olmadan götürülərək istifadə edildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Allahverdi adlı şəxsi tanımadığını, Elşəni isə tanıdığını və aralarında, şəxsi münasibət olduğunu, lakin aralarında heç vaxt narkotik vasitənin alqı-satqısı olmadığını qeyd etmişdir. Mart ayının 8-də Bakı şəhərindən gəldiyini və şəxsi istifadəsi üçün özü ilə narkotik vasitə gətirdiyini, həmin ayın 15-də Elşənlə birlikdə narkotik vasitə istifadə etdiklərini, lakin bunun satış və ya ötürmə məqsədli olmadığını bildirmişdir. Şahid polisdə verdiyi ilkin ifadəsini təsdiq etmədiyini, həmin ifadə ona qarşı tətbiq edilən fiziki və psixoloji təzyiq nəticəsində alındığını bildirmişdir. Polis şöbəsinə gətirildikdən sonra döyüldüyünü və təzyiq altında fərqli məzmunlu ifadə verməyə məcbur edildiyini, əslində isə Elşənlə aralarında heç vaxt narkotik vasitənin satışı barədə hər hansı sövdələşmə olmadığını, onların bir-birilərinə narkotik vasitəsi satmadıqlarını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin narkotiklərlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid3 xx.xx.2025-ci il tarixdə Şəki şəhəri ərazisində Şahid6 üzərində narkotik vasitə ilə hərəkətdə olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edilmiş və müvafiq əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibinə o, Sənan Yadigar oğlu və Sadıqov Elnur daxil edilmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid6 Öyrət yolu istiqamətində saxlanılmışdır. Üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilmişdir. Sorğu zamanı həmin narkotik vasitəni 40 (qırx) manat müqabilində Elşad adlı şəxsdən aldığını bildirmişdir. Sonradan təhqiqat bölməsindən əməliyyat tapşırığı daxil olmuş, Elşadın şəxsiyyəti müəyyən edilmiş və xx.xx.2025-ci il tarixdə Şəki şəhəri, Mehtiyev küçəsi, qəbiristanlıq yaxınlığında saxlanılmışdır. Ona verilən suallar zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni, eləcə də Şahid6 satdığı narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə yenidən əməliyyat tapşırığı daxil olmuşdur. 18 mart tarixinə keçən gecə saat təxminən 02:00 radələrində Şəki şəhəri, Fuad Abdurrahmanov küçəsi, Gülüstan şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilmişdir. O, həmin narkotik vasitəni Şəki şəhər sakini Allahverdi adlı şəxsdən 100 (bir yüz) manat müqabilində aldığını bildirmişdir. Həmçinin göstərmişdir ki, aldığı narkotik vasitənin bir hissəsini 20 (iyirmi) manat müqabilində Elşada satmış, Elşad isə həmin maddəni 40 (qırx) manat müqabilində Şahid6 satmışdır. xx.xx.2025-ci il tarixdə Allahverdinin şəxsiyyəti müəyyən edilərək saxlanılması təmin edilmişdir. Şahid6 barəsində inzibati məsuliyyət tədbiri tətbiq edildiyi barədə məlumatı olduğunu bildirmişdir. Şahid6 saxlanılması zamanı o, Sənan və daha bir əməkdaş iştirak etmişlər, lakin həmin əməkdaşın adını hazırda xatırlamadığını qeyd etmişdir. Elşadın saxlanılmasında o, Sadıqov Elnur və Şahid4 iştirak etdiklərini bildirmişdir. Həmçinin saxlanılan şəxslərin polis şöbəsində təzyiqə məruz qalması barədə deyilənlər həqiqətə uyğun olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində Şahid6 saxlanılmasında iştirak etmədiyini, daxil olmuş əməliyyat tapşırığı əsasında əməliyyat qrupu yaradıldığını bildirmişdir. Qrupun rəhbəri Şahid3 olmuş, qrup üzvləri isə o və Sadıqov Elnur olduğunu bildirmişdir. Əməliyyat tədbiri çərçivəsində çəkiliş aparılan zaman bir şəxs Şəki şəhəri ərazisində, Gülüstan restoranının yaxınlığında saxlanılmışdır. Həmin şəxsə yaxınlaşaraq özülərini təqdim etdiklərini və yaxınlaşma səbəbini izah etdiklərini bildirmişdir. Ondan üzərində olan əşyaları təqdim etməsi tələb olunmuş, baxış zamanı şəxsin üzərindən siqaret, mobil telefon və narkotik vasitə aşkar olunmuş, aşkar edilmiş əşyalar maddi sübut kimi qablaşdırılmış, əməliyyat şəraiti uyğun olmadığından saxlanılan şəxs polis şöbəsinə gətirilərək təhqiqat bölməsinə təhvil verilmişdir. Təhqiqat bölməsində çəkiliş vasitəsilə ona suallar verilmiş və əşyalara baxış keçirilmişdir. Çəkiliş yekunlaşdırılmış, çəkiliş zamanı saxlanılan şəxslər narkotik vasitəni bir-birlərindən aldıqlarını bildirmişlər. Elşad adlı şəxs narkotik vasitəni Elşəndən aldığını bildirmiş, Elşən isə narkotik vasitəni Allahverdi adlı şəxsdən aldığını və bir hissəsini Elşada satdığını etiraf etmişdir. Elşənin saxlanılması mart ayının 17-nə keçən gecə saat təxminən 01:00 radələrində, Gülüstan restoranının yaxınlığında baş vermişdir. Fəridin saxlanılması ilə bağlı hər hansı əməliyyat tədbirində iştirak etmədiyini və onun həmin vaxt nə ifadə verdiyi barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Elşən adlı şəxsi tanımadığını, lakin Elşadla tutulmazdan təxminən 7–8 ay əvvəl tanış olduqlarını onu tanıdığını bildirmişdir. 16 mart tarixində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və daxil olmuş məlumat əsasında yoxlama aparacaqlarını bildirmişlər, o, üzərində olan əşyaları könüllü şəkildə təqdim etdiyini və üzərində olan narkotik vasitə və digər şəxsi əşyalar polis əməkdaşları tərəfindən qablaşdırıldığını qeyd etmişdir. Daha sonra ona axşam saatları olduğu və prosesin davamının polis şöbəsində aparılacağı bildirilmiş, polis şöbəsində təhqiqat otağında qablaşdırılmış zərf açılmış, zərfin içərisindən üzərində olan 1 büküm narkotik vasitə, 1 manat kağız pul, sadə mobil telefon aşkar olunduğunnu qeyd etmişdir. Bundan sonra ona vəkillərin siyahısı təqdim edilmiş, adını tam xatırlamadığı vəkil gəldikdən sonra çəkiliş dayandırılmış və istintaq hərəkətləri davam etdirilmişdir. Ondan narkotik vasitəni kimdən aldığı soruşulduqda, Elşad adlı şəxsdən aldığını bildirdiyini qeyd etmişdir. Onu şəhərdən tanıdığını, Elşaddan birinci dəfə 30 manata, ikinci dəfə 50 manata, üçüncü dəfə isə 40 manat olmaqla ümumilikdə 3 dəfə narkotik vasitə aldığını qeyd etmişdir. Sonuncu dəfə 14 mart tarixində Bakıdan Şəkiyə gələn zaman Elşadla telefon əlaqəsi saxlamış, Elşaddan narkotik vasitənin hazır olub-olmadığını soruşduğunu, o, cavabında isə bank kartına pul köçürməyini və zəng gözləməyini bildirmişdir. Əvvəlki alışlar da eyni qaydada olduğunu, əvvəlcə Elşadın kartına pul köçürdüyünü, sonra isə onun göstərdiyi yerdən götürdüyünü bildirmişdir. Bakı Avtovağzalından Elşadın kart hesabına pul köçürdüyünü və Şəki şəhərinə gəldiyini, saat təxminən 18:00–19:00 radələrində Şəkiyə çatsa da, həmin gün Elşadın ona xəbər vermədiyini, ona zəng etdikdə xəbər gözlədiyini və geri zəng edəcəyini bildirmişdir. 15 mart tarixində yenidən Elşada zəng etmiş və Elşad yenə xəbər gözləməli olduğunu bildirmişdir. Həmin gün saat təxminən 21:00–22:00 radələrində Elşad ona zəng edərək pavilyonda olduğunu və ora gəlməyini istəmişdir. O, nəqliyyat vasitəsi olmadığı üçün gedə bilməyəcəyini və onun gəlməsini xahiş etmişdir. Saat təxminən 23:00–24:00 radələrində Elşad zəng etmiş və onlar Bəxtiyar parkı yaxınlığında görüşmüşlər, o, narkotik vasitəni həmin ərazidən götürmüş, evə getdiyini və evə gedəndə narkotik vasitədən bir dəfə istifadə etdiyini qeyd etmişdir. 16 mart tarixində telefonu nasaz olduğu üçün şəhərə gedəndə “Aytac” restoranı istiqamətindən Çeşməli kəndi tərəfə gedən yola narkotik vasitə istifadə etmək məqsədilə daxil olduğunu, bir qədər irəlilədikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları özlərini təqdim etdiklərini bildirmişdir, üzərində aşkar edilmiş narkotik vasitənin qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: “Şübhəli səxsin tutulması haqqında” 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 02:57-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şəki Rayon Məhkəməsinin 4(075)-19/2025 saylı 19 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay, yəni 18 mart 2025-ci il tarixdən 18 iyun 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. “İbtidai istintaqın uzadılması” barədə Azərbaycan Respublikası Baş prokurorluğunun qərarı ilə Şəki şəhər-rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla 05 ayadək, yəni 18 avqust 2025-ci il tarixə kimi uzadılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 4(075)-46/2025 saylı 12 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 18 iyun 2025-ci il tarixdən hesablanmaqla 2 (iki) ay müddətinə yəni, 18 avqust 2025-ci il tarixədək uzadılması qərara alınmışdır. 05 avqust 2025-ci il tarixdə ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ibtidai istintaqı davam etdirilmişdir. 06 avqust 2025-ci il tarixdə təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı təsdiq olunmaqla məhkəməyə göndərilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham elan edilmişdir. İş üzrə 20 mart 2025-ci il tarixli 2105 nömrəli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid2 Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş, üzləşmə zamanı Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2025-ci il tarixdə onun kart hesabına 20 manat pul köçürdüyünü, xx.xx.2025-ci il tarixdə isə onunla Şəki şəhərində yerləşən Bəxtiyar Vahabzadə adına istirahət parkında görüşüb ondan bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana aldığını söyləyərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İş üzrə 20 mart 2025-ci il tarixli 2104 nömrəli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 ilə üzləşdirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid1 üzünə qarşı xx.xx.2025-ci il tarixdə 100 manat pul müqabilində ondan narkotik vasitə olan marixuana aldığını söyləyərək ifadəsində göstərdiklərini bir daha təsdiq təsdiq etmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında 16 mart 2025-cil tarixli protokolda qeyd olunmuşdur ki, Şahid6 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən sarı rəngli sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. “Əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında 16 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şahid6 üzərindən götürülmüş sarı rəngli sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər maddənin onun özünə məxsus olduğunu etiraf etmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında 17 mart 2025-cil tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokolda qeyd olunmuşdur ki, Şahid2 əynində olan qara rəngli idman formasının sağ yan cibindən sarı rəngli sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. “Əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında 17 mart 2025-ci il tarixli təqdim olunan protokoldan görünür ki, Şahid2 üzərindən götürülmüş sarı rəngli sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər maddənin onun özünə məxsus olduğunu etiraf etmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında 18 mart 2025-cil tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli jiletkanın iç yan cibindən ağ rəngli sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. “Əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında 18 mart 2025-ci il tarixli təqdim olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ağ rəngli sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər maddənin onun özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə-bioloji ekspertizasının 17 mart 2025-ci il tarixli, 3-16-16-17/2-249/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində « Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə…» sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sarı rəngli sellofana bükülmüş gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,23 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizasının 18 mart 2025-ci il tarixli 3-16-16-17/2-253/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində « Şahid2 üzərindən aşkar edilmiş maddi sübüt…» yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd sarı rəngli sellofana bükümdə, təmiz çəkisi - 8,20 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübüt…» yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd ağ rəngli sellofana bükümdə, təmiz çəkisi- 12,89 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd sarı bükümdə olan qurudulmuş marixuana, X3 üzərindən aşkar edilmiş 01 (bir) ədəd ağ rəngli sellofana bükümdə olan qurudulmuş marixuana və Şahid6 üzərindən aşkar edilmiş 01 (bir) ədəd sarı rəngli sellofana bükülmüş gümüşü ağ-rəngli kağız bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 20 may 2025-ci il tarixli, 825 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. «X7» Acıq Səhmdar Cəmiyyətinin Şəki filialından Təqsirləndirilən şəxs adına olan kart hesabından çıxarışdan görünür ki, Şahid2 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 14:04:53 saniyədə ödəniş terminalından Təqsirləndirilən şəxs 54****4700 nömrəli kart hesabına «Expresspayment» ödəniş terminalından 15.00 manat və xx.xx.2025-ci il tarixdə saat 16:23:51 saniyədə «MilliÖn» ödəniş terminalından 5.00 manat pul köçürülmüşdür. Şəki Şəhər-Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Şahid1 tanışı Təqsirləndirilən şəxs satdığı narkotik vasitəni haradan əldə etməsini, Şahid1, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və Şahid6 kimlərlə birlikdə narkotik vasitə istifadə etmələrini, onların narkotik vasitələrdən istifadə etmələri barədə kimlərinsə məlumatının olub-olmamasını, onların qabaqcadan əlbir olan bir halında narkotik vasitələrin satışı ilə məşğul olmalarını, eyni zamanda onlar arasında nə kimi münasibətlərin olmasını, həmçinin digər cinayətlərin törədilməsində iştiraklarının olubolmamasını müəyyən etmək mümkün olmamışdır. 13 may 2025-ci il tarixli Təqsirləndirilən şəxs məxsus "Samsunq Galaxy S8+" markalı mobil telefona baxış protokolundan görünür ki, həmin telefon üzərində "xxxx" MMC-yə məxsus ***-***-**-** kart nömrəsi vardır. Həmin mobil telefona baxış keçirilən zaman telefonun ekranın sağ yan tərəfinin yuxarı hissəsinin və aşağı hissəsinin sınmış vəziyyətdə olduğu müəyyən edildi.Telefonun yeddi rəqəmi şəklində olan kilidi açılsada texniki səbələrdən Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirmək mümkün olmamışdır. 22 may 2025-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəyə dair məlumatlar diskə baxış protokolundan görünür ki, həmin 01 ədəd "CD" disk "hp" markalı kompyuterə daxil edilərək baxış keçirilmiş, baxış zamanı 18 fevral 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək daxil olan və çıxan zənglərin, eyni zamanda qeyd edilən mobil nömrəyə daxil olan və çıxan SMS-lərin mətninin, daxil olan və çıxan zənglərə dair mobil nömrələrin sahiblərinin anket məlmatlarının ələ keçirilməsi məqsədi ilə Şəki rayon Məhkəməsi qarşısında vəsatət qaldırılmış, vəsatət və təqdimat təmin edilərək Şəki rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərarı əldə edilərək icra olunması üçün "xxxx" MMC-ə göndərilmişdir. "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli BKC\LGL-4909/25 nömrəli məktubu ilə ***-***-**-** mobil nömrəyə dair məlumatlar 1 ədəd diskdə istintaqa təqdim edilmişdir. Həmin 01 ədəd "CD" disk "hp" markalı kompyuterə daxil edilərək baxış keçirilmiş,baxış zamanı "Mexsusluq tarixchesi _OTHER_559776766" faylı açıldıqda həmin fayılda ***-***-**-** mobil nömrəsinin ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs məxsus olduğu, xx.xx.2018ci il tarixdə saat 19:33 dəqiqədə etibarən İMEİ **********95706 nömrə altında istifadə olunduğu, «Mushteri zenglerinin detallashmasi_MSİSDN_559776766 » faylı açıldıqda həmin faılda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il saat 00:00:00-dan xx.xx.2025 00:00:00-dək olan müddət ərzində ayrı-ayrı vaxtlarda müxtəlif mobil nömrələrə zənglər olduğu, zənglər daxil olduğu, eləcədə sms-lər göndərildiyi, sms-lər daxil olduğu, eləcədə internet üzərindən danışıqlar aparıldığı, danışıqların müxtəlif anten dairələrini əhatə etdiyi,Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən xx.xx.2025-ci il tarixdə saat 13:59:15 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** zəng edildiyi 7 saniyə danışıq aparıldığı, danışığın USHK4838F/USHK4838 Sheki TV yani/Şəki şəhəri,32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/ Shaki/ (41.19834/ 47.18416) anten dairəsini əhatə etdiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 14:00:06 saniyədə zəng edildiyi, 75 saniyə danışıq aparıldığı,danışığın USHK4838F/USHK4838 Sheki TV yani/Şəki şəhəri,32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.198xx/xx.18416) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 15:22:38 saniyədə zəng edildiyi, 15 saniyə danışıq aparıldığı, danışığın USHK4838C/USHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.198xx/xx.18416) anten dairəsini əhatə etdiyi,xx.xx.2025-ci il tarixdə saat 15:24:03 saniyədə SMS daxil olduğu,LSHK4838O3/ LSHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.198xx/xx.18416) anten dairəsini əhatə etdiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il saat 15:24:30 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən zəng edildiyi, 37 saniyə danışıq aparıldığı, danışığın USHK4838F/USHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov,34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.19834/ 47.18416) anten dairəsini əhatə etdiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə 14 mart 2025-ci il tarixdə saat 17:33:36 saniyədə SMS daxil olduğu, LSHK4838O3/LSHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/ Shaki/ (41.198xx/xx.18416) anten dairəsini əhatə etdiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 17:34:29 saniyədə zəng edildiyi,28 saniyə danışıq aparıldığı, danışığın USHK4838F/USHK4838 Sheki TV yani/Şəki şəhəri,32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.198xx/xx.18416) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 19:23:59 saniyədə zəng edildiyi,39 saniyə danışıq aparıldığı, danışığın USHK0109B/USHK0109 Sheki_20 yanvar/Şəki şəhəri, Şərablar küç 72/ Shaki/ (41.20xx/xx.1811) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 19:25:01 saniyədə zəng edildiyi, 15 saniyə aparıldığı, danışığın USHK0109E/USHK0109 Sheki_20 yanvar/Şəki şəhəri, Şərablar küç 72/Shaki/ (41.20xx/xx.1811) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 19:47:28 saniyədə zəng edildiyi,52 saniyə danışıq aparıldığı, danışığın USHK0109B/USHK0109 Sheki_20 yanvar/Şəki şəhəri, Şərablar küç 72/Shaki/ (41.20xx/xx.1811) anten dairəsini əhatə etdiyi, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 13:27:49 saniyədə zəng olunduğu, 36 saniyə danışıq aparıldığı,danışığın USHK4838F/USHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.198xx/xx.18416) anten dairəsini əhatə etdiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 13:40:48 saniyədə zəng edildiyi, zəngə cavab verilmədiyi, zəngin LSHK2267O7/LSHK2267 Shaki BSC/Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 19 a/Shaki/ (41.212xx/xx.16938) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 13:50:58 saniyədə sms göndərildiyi, danışığın LSHK2267O7/LSHK2267 Shaki BSC/Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 19 a/Shaki/ (41.212xx/xx.16938) anten dairəsini əhatə etdiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən xx.xx.2025-ci il tarixdə saat 13:51:20 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edildiyi, 9 saniyə danışıq aparıldığı, danışığın USHK0115 D/USHK0115 PANSİONAT Hotel/Şəki şəhəri, Salman Mümtaz küçəsi, Sahil Otelin arxası Pansionat otel/Shaki/ (41.20xx/xx.16305) anten dairəsini əhatə etdiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 13:57:40 saniyədə zəng edildiyi, 60 saniyə danışıq aparıldığı, danışığın USHK4838E/USHK4838 Sheki TV yani/Şəki şəhəri,32-ci rayonu, M.F.Axundov,34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.198xx/xx.18416) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 15:44:33 saniyədə zəng etdiyi, zəngə cavab verilmədiyi, zəngin LSHK0115O5/LSHK0115 PANSİONAT Hotel/ /Shaki/ (41.20xx/xx.16305) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 15:44:34 saniyədə zəng edildiyi, zəngə cavab verilmədiyi, zəngin LSHK0115O5/LSHK0115 Pansionat Hotel//Shaki/ (41.20xx/xx.16305) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 16:45:42 saniyədə, xx.xx.2025-ci il tarixdə saat 16:45:42 saniyədə, xx.xx.2025-ci il tarixdə saat 16:46:27 saniyədə, xx.xx.2025-ci il tarixdə saat 16:47:08 saniyədə saniyədə sms-lər göndərildiyi, LSHK4838O3/LSHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.198xx/xx.18416) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 16:47:20 saniyədə zəng edildiyi, 40 saniyə danışıq aparıldığı, danışığın, USHK0109E/USHK0109 Sheki _20 yanvar/Şəki şəhəri, Şərablar küç 72/Shaki/ (41.20xx/xx.1811) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 18:46:37 saniyədə zəng etdiyi, zəngə cavab verilmədiyi, danışığın LSHK4838O3/LSHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov,34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.19834/47. 18416) anten dairəsini əhatə etdiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən xx.xx.2025-ci il tarixdə saat 11:11:38 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edildiyi, 09 saniyə danışıq aparıldığı, danışığın USHK0109B/ USHK0109 Sheki_20 yanvar/Şəki şəhəri, Şərablar küç 72/Shaki/ (41.20xx/xx.1811) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 11:12:47 saniyədə zəng etdiyi, 09 saniyə danışıq aparıldığı, danışığın USHK2267B/USHK2267 Shaki BSC/Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 19 a/Shaki/ (41.21241/ 47.16938) anten dairəsini əhatə etdiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 16:03:05 saniyədə zəng olunduğu, 11 saniyə danışıq aparıldığı, danışığın USHK4838F/ USHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.198xx/xx.18416) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 16:17:01 saniyədə zəng etdiyi, 6 saniyə danışıq aparıldığı, danışığın USHK4838İ/ USHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov,34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.19834/ 47.18416) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 16:24:12 saniyədə zəng edildiyi, 14 saniyə danışıq aparıldığı, danışığın USHK4838C/ USHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.198xx/xx.18416) anten dairəsini əhatə etdiyi, « SMS detallashmasi_ MSİSD » faylı açıldıqda həmin faılda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2025 -ci il saat 00:00:00-dan xx.xx.2025-ci il saat 00:00:00-dək olan müddət ərzində belə ki,xx.xx.2025-ci il tarixdə saat 15:06:27 saniyədə Təqsirləndirilən şəxs nömrəsindən ***-***-**-** nömrəsinə «Elaqe saxla menle qaqawim Vvatsapinda yoxdur ki sozumu deye bilim», xx.xx.2025-ci il tarixdə, saat 15:42:00 saniyədə, «Ay qaqawim mene mene zng ele mawin qalib padyomnikde gozdurem zngivi», xx.xx.2025-ci il tarixdə saat 15:56:14 saniyədə ***-***-**-** nömrəsinə «Zng eledim acmadin atmisam 5 i», xx.xx.2025-ci il tarixdə saat 14:35:39 saniyədə «Gotur bi adama cavab verde cixmisan evden cixim mende minim mawuruta gelim», Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 18:14:37 saniyədə «qedeş nagasan yığıram koddadı telin bide açda qurbansa», xx.xx.2025-ci il tarixdə saat 13:40:10 saniyədə «qedeş mennen sivyaz saxla mütləq!», Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən xx.xx.2025-ci il tarixdə saat 23:57:27 saniyədə ***-***-**-** nömrəsinə « e agzima Yg danisaq gelim uuuf», xx.xx.2025ci il tarixdə saat 23:57:27 saniyədə, «Sevaa nEyirSen a quzum X14 beynime aXida bilersens e agzima Yg danisaq gelim uuuf» xx.xx.2025-ci il tarixdə saat 23:57:30 saniyədə, «e agzima Yg danisaq gelim uuuf», xx.xx.2025-ci il tarixdə saat 14:07:17 saniyədə ***-***-**-** nömrəsinə «Daha sonra zəng edə bilərsinizmi?»,Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 16:53:28 saniyədə ***-***-**-** nömrəsindən «4098 5844 6509 5402. Ehtiyac yoxdu hecneye pulu at gelsin men qaqaw sa qarwi qehbeliy elememiwemki meni doluyasa. İwim var at pulu gozdurem lazim dole hecne», xx.xx.2025-ci il tarixdə saat 16:55:12 saniyədə ***-***-**-** nömrəsinə «Qaqawim yari kusok 3o manatliq Bufer qeyd ele de qaqawo hazir olana yaxin Ygarsan pulu ataran», xx.xx.2025-ci il tarixdə saat 20:16:29 saniyədə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «Yeke oglansan telfonu niye akmirsan mezelesen menenen», xx.xx.2025-ci il tarixdə saat 20:18:04 saniyədə ***-***-**-** nömrəsinə «Telfonu akk», xx.xx.2025-ci il tarixdə saat 23:11:08 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə «Ayaqnan eve seher 12 de iw yerinde olanda xeber edicem tek gelersen ama xais goturersen», xx.xx.2025-ci il tarixdə saat 23:11:08 saniyədə ***-***-**-** möbil nömrəsinə «Wukur telfonum sonur ona gore zng catmir seher 12 de ge amanato gotur yaxsi Brat anasi skim de sabahdan o terefe qalanmaz Ayaqim zadim sudu Qalxiram Ayaqnan eve seher 12 de iw yerinde olanda xeber edicem tek gelersen ama xais goturersen»,xx.xx.2025-ci il tarixdə saat 23:12:34 saniyədə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «Götürmüsen sendedi ??yoxsa hele götüresisen?», xx.xx.2025-ci il tarixdə saat 09:48:14 saniyədə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «Telfonu ak hardasan», xx.xx.2025-ci il tarixdə saat 18:49:33 saniyədə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə«4127-2093-0210- 9365»xx.xx.2025-ci il tarixdə saat 17:15:56 saniyədə ***-***-**-** nömrəsindən «4169 7388 2163 5848»,xx.xx.2025-ci il tarixdə saat 19:13:21 saniyədə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «demişem mene eleme kiminse yanında bax sen öl soz söhbet düşer pis»,xx.xx.2025-ci il tarixdə saat 19:13:21 saniyədə «Malış men soyş söymüşem dedim sen koda qoyırsan teli varyoxu sikim demişem mene eleme kiminse yanında bax sen öl soz söhbet düşer pis»,xx.xx.2025-ci il tarixdə saat 17:47:30 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «Qaqaş konturym qalmadı e sə yığmaqdan mesaj atmaqdan hardasan? Teli aç», xx.xx.2025-ci il tarixdə saat 20:12:29 saniyədə «Qaqaş son konturumdu telo açmamısan yene habıdayam arxa terefde fik», xx.xx.2025-ci il tarixdə saat 09:32:11 saniyədə «Zeng ele mene»,xx.xx.2025-ci il tarixdə saat 10:49:19 saniyədə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «Gör ne deyrem ata gelir maşın düzeltdirmeye .60ı atamnan almışam .u»,xx.xx.2025-ci il tarixdə saat 10:49:20 saniyədə «şağın pulu vermişem .gelib sennen atam görürecey birazdan .sexde ol» məzununda mesajlar göndərildiyi, «Zenglerin mexsusluq tarixcheleri _MSİSDN_559776766 » faylı açıldıqda həmin fayılda mobil nömrə istifadəçilərinin anket məlumatlarının qeyd olunduğu, Şahid2istifadəsində olan ***-***-**-** mobil nömrənin, ünvan 3 ünvanında yaşayan Haldunbəy Cəbrayılovun adına olduğu müəyyən edildi və zənglərin məxsusluq tarixçələrinin surəti 03 vərəqədə çıxarılaran protokola əlavə edildi. Şəki şəhər «Dəyirmanarxı» məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən məktubdan görünür ki, X2 şəhəri, M.Rəsulzadə küçəsi, ev 27/4 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları əsasında X6 İ-4153 saylı medalın vəsiqəsinə görə “Laçının azad olunmasına” görə, medalla, İ-42694 nömrəli medalın vəsiqəsinə görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə, İ-9325 saylı medalın vəsiqəsinə görə “Cəbrayılın azad olunmasına” görə medalla, İ-6675 saylı medalın vəsiqəsinə görə “Qubadlının azad olunmasına” görə medalla təltif edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025 il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X6 əvvəllər məhkum olunmamışdır. Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli, 406 nömrəli məktubdan görünür ki, X2 rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. «Şəki Rayon Mərkəzi Xəstəxanası» X11 daxil olmuş xx.xx.2024-cü il tarixli,18-1-71/2- 718/2024 nömrəli məktubdan görünür ki, X6 «Şəki Rayon Mərkəzi Xəstəxanası» X11 «Şəki Rayon Mərkəzi Xəstəxanası» X13 poliklinika şöbəsinin narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İşdə olan sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, qəsdən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini, həmçinin qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Onun könüllü təqdim etdiyi sarı rəngli sellofan bükümdə içərisindən təmiz çəkisi 12.89 qram olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməmişdən qabaq döyüldüyü üçün, narkotik vasitəni üzərinə götürməsə ona müxtəlif təzyiqlər göstərildiyini, bu səbəbdən də ilkin ifadələrində Şahid2 narkotik vasitəni satmadığını, birlikdə istifadə etmək üçün aldığı barədə ifadə verdiyini bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə sorğusu əsasında Şəki şəhər rayon Polis şöbəsindən əldə edilmiş şöbənin müvəqqəti saxlama yerində saxlanılan şəxslərin qeydiyyat kitabından 17-18 mart 2025-ci il tarixli dövləri əhatə edən səhifələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs bölməyə 18 mart 2025-ci il tarixdə, saat 05:15-də gətirilmiş, şəxs heç bir şikayətinin olmadığını bəyan etməklə imza etmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən əldə edilmiş 798/2025 saylı məhkumun tibbi kitabçası adlı sənəddə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə gətirilmiş Təqsirləndirilən şəxs fizioloji və psixo-nevroloji patologiya aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəklişdən görünür ki, onun vəkilinin və digər şahidlərin iştirakı ilə üzərinə baxış keçirildiyini və həmin vaxtı narkotik vasitənin onun üzərindən aşkar olunaraq götürüldüyünü təsdiq etdiyini və həmin vaxtı ona hər hansı təzyiq və hədənin olmadığı müşahidə edilmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən hər hansı işgəncə, qanunazidd və qeyri-insani davranışlara yol verilməsi, həmçinin polis əməkdaşları tərəfindən zorakılıq hərəkətlərinin edilməsi barədə hər hansı bir müraciəti olmadığından bildirdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs nəinki şəxsi axtarış zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də narkotik vasitələrin onun olmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan mariuxananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması, eləcə də satılması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı siyahısına əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə kustar üsulla hazırlanmış marixuananın miqdarı 5 qram müəyyən edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətləri islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr az yaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi sarı rəngli sellofan bükümdə içərisindən təmiz çəkisi 12.84 qram olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1 və 234.2-ci maddələrinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, vətənə xidmətinə görə müxtəlif medallarla təltif edildiyini, ona təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi CM-nın 234.1-ci maddənin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulsa da CM-nın 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən təqsirləndirilən şəxsin sonradan səmimiyyətini pozması ilə bağlı şəxsiyyətini səciyyəndirməsini diqqətdən kənara qoymamaqla yanaşı, cinayətin predimeti olan metamfetamin daha güclü təsirə malik narkotik vasitələrdən fərqli olduğunu da nəzərdə saxlayaraq, cəzanın ədalətliliyi baxımından, eləcə də hərəkətlərində narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etmə, daşıma və saxlama ilə yanaşı narkotik vasitəni qanunsuz olaraq satmanın da, olduğunu diqqətsiz buraxmağın mümkünsüzlüyünü qeyd edərək fərqli yanaşmanı əhəmiyyətli saymaqla, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onu səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən də Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, onun şəxsiyyətini, şəxsiyyətini səciyyələndirən halları, ibtidai istintaq və məhkəmə araşdırması zamanı göstərdiyi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əmələ münasibətini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ədalətli həddə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, CM-nin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcək Təqsirləndirilən şəxs, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2025-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli 825 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12.84 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə maddə –qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üstündən götürülmüş Leobanka məxsus olan plastik kart, “Samsung Galaxy S8+” markalı mobil telefon özünə qaytarılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35.97 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməli, iş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12.84 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə maddə – qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs üstündən götürülmüş “Leobanka” məxsus olan plastik kart, “Samsung Galaxy S8+” markalı mobil telefon özünə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35.97 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №1(075)-108/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-108/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver