Məhkəmə qərarları › İş №1(075)-109/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-109/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-109/2023 28.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,041 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 03 avqust 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki şəhər-rayon Polis Şöbəsinin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Şəki şəhəri, Arxüstü küçəsində saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 05:03 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 1,041 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 8 il olar ki, narkotik vasitədən istifadə edir. 2017-ci ildə Cinayət Məcəlləsinin 180, 177 və 234-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum edilmiş, 28 sentyabr 2022-ci il tarixdə azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə gecə saatlarında yaşadığı evdən çıxıb gəzmək məqsədilə Arxüstü küçəsində piyada asta addımlarla hərəkət edərkən yerdə qara rəngli siqaret qutusu gördükdə həmin qutunun içərisində siqaret olduğunu düşünmüş, ona görə də əyilib siqaret qutusunu yerdən götürmüş və içərisinə baxdıqda bir ədəd sarı rəngli büküm olduğunu görmüşdür. Dərhal bükümü açıb içərisinə baxdıqda kakos adlı narkotik vasitə olduğunu görmüşdür. Əvvəllər də kakos istifadə etdiyi üçün həmin narkotiki tanımış,ətrafa baxıb heç kimin onu görmədiyindən əmin olduqdan sonra sarı rəngli bükümü içərisindəki narkotik dağılmaması üçün bağlayıb gələcəkdə özü istifadə etmək üçün əynindəki göy rəngli şalvarın sağ cibinə qoymuşdur. Daha sonra yoluna davam etmiş, bir neçə dəqiqə sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşları olduqlarını deyib üzərində narkotik vasitə olduğuna dair məlumat olduğuna görə Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra o, etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş və o əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən “LG” markalı mobil telefonu, 4 manat pulu, bir ədəd “Leo” banka məxsus öz adına olan hesab kartını, əynindəki şalvarın sağ yan cibində yerdən tapdığı içərisində kakos olan bir ədəd sarı rəngli bükümü masanın üzərinə qoymuşdur. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və möhürlənib götürülmüşdür. O, üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə vermədiyini, satmadığını, narkotik vasitəni taparkən ətrafda və yanında heç kimin olmadığını, havanın qaranlıq olduğunu, bükümü dərhal cibinə qoyub yolunu davam etdiyini, üzərindən aşkar olunaraq götürülmüş plastik kartın hesabının boş olduğunu, üzərindən aşkar olunan narkotik vasitədən başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Şəki ŞRPŞnin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. 03 avqust 2023-cü il tarixdə Şəki şəhər sakini Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri qanunsuz olaraq saxlaması, istifadəsi və satışı ilə bağlı məlumat daxil olmuş, onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə şöbənin digər əməkdaşı əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə birlikdə Şəki rayonu ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış, Şəki şəhəri, Arxüstü küçəsindəki yerin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etdikdən sonra ona narkotik vasitələri qanunsuz olaraq saxlamaqda, satmaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək, onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişdirlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onu polis şöbəsinə gətirmiş və şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələri izah edilərək müdafiə hüququ təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd “LG” markalı mobil telefonu, 4 manat pul əskinazını, bir ədəd “Leobank”a məxsus plastik kartı, şalvarın sağ yan cibindən qızılı-ağ rəngli kağız bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra əynində olan paltarların üzəri, cibləri yoxlanılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qızılı-ağ rəngli kağız bükülünün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin kakos adlı narkotik vasitə olmasını bildirərək həmin narkotik vasitəni özü istifadə etmək üçün bir az əvvəl Arxüstü küçəsindən siqaret qutusunun içərisində tapdığını, narkotik vasitə istifadə etdiyi üçün götürüb saxladığını bildirmişdir. Həmin sellofan büküm açıldıqda, içərisindən narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə çıxmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, və müəyyən olunmuşdur ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında 03 avqust 2023cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki şəhər-rayon X3 X4 Mənəfzadənin üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 1,041 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Şəki rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablanmışdır. “Məhkəmə-kimyəvi” ekspertizanın xx.xx.2023-cü il tarixli 17/583 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 1,041 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi-1,041 qram., tədqiqata sərf edildi-0,050 qr., qalıq-0,991 qram təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısın” na daxildir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 553 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən “Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, Asıllıq sindromu” diaqnozu ilə Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 16 avqust 2023-cü il tarixli, 1003 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. “Ambulator məhkəmə psixiatrik” ekspertizanın 29 avqust 2023-cü il tarixli, 531 saylı rəyinə əsasən: Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hadisə zamanı və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş üzrə verilmiş əməlliyyat tapşırığının xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, əməliyyat tapşırığının icrası istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri nə vaxt, haradan, kimdən və necə əldə etməsini, narkotik vasitənin satışı ilə məşğul olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-narkoloji ekspertizanın 06 sentyabr 2023-cü il tarixli 1486 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş və onun həmin hissədə təqsirsizliyini təsdiq edən sənədlərin surətləri ibtidai araşdırmaya prosesual rəhbərlik edən Şəki rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxsnın üzərinə baxış zamanı istifadə edilmiş videoçəkilişin 1 ədəd DVD diski iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnın əvvəllər məhkum olunması ilə bağlı məlumat mövcuddur. Belə ki, o, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3, 180.2.4, 177.2.2, 177.2.3, 234.1, 66.2-ci maddələrinə əsasən təqsirli bilinib 05 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunub, məhkumluğu ödənilməmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(075)-21/2018 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3, 180.2.4, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 180.2.3, 180.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azəbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 20 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaradır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxsnın törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-3.1-ci maddəsində nəzərdə tutulmuş Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə-narkoloji ekspertizanın 06 sentyabr 2023-cü il tarixli 1486 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan narkotik vasitə olan təmiz qalıq çəkisi 0.991 qram olan heroin, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə də, maddi sübut kimi tanındığından, həmin cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, qeyd olunan maddi sübut Şəki ŞRPŞ-də saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 avqust 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı Təqsirləndirilən şəxsnın barəsində olan cinayət işi üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 0.991 qram olan heroin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd diski cinayət işinin materiallarında saxlanılmalı, xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri 69,10 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 03 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Şəki şəhər - rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 0.991 qram olan heroin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 69,10 manat (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar