Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-11/2021 12.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi X11 və Təqsirləndirilən şəxs4, onun müdafiəçisi X2 iştirakları ilə,
1. Təqsirləndirilən şəxs: xx xxxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulana kimi həmin ünvanda yaşamış, barəsində “xxxx” tədbiri seçilmiş, hazırda X3 saxlanılan,
Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə;
2. Təqsirləndirilən şəxs: xx xxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə;
3. Təqsirləndirilən şəxs: xx xxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə;
4. Təqsirləndirilən şəxs: - xx xxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsi, ev 81 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx xxxxxx 2021-ci il tarixdə barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış edilmiş, xx xxxx 2021-ci il tarixdən X3 saxlanılan,
Təqsirləndirilən şəxs4
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə
MÜƏYYƏN ETDİ:
Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib oğurluq cinayəti törətmişdir. Belə ki, o, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrum edilməsinə, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının qalan 10 ay 22 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Ford markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən rayon, Daşkəsən qəsəbəsindən keçən Gəncə- Daşkəsən avtomobil yolunun 28-ci kilometrliyinə çatdıqdan sonra saat 16:30 radələrində yolun kənarında nəzarətsiz buraxılmış həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus 1000 manat dəyərində 01 baş iribuynuzlu düyəni həmin avtomobilin yük yerinə yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1000 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrum edilməsinə, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının qalan 10 ay 22 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxxxx 2020ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Ford markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayon, Baş Küngüt kənd ərazisindən keçən İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun 139-cu kilometrliyinə çatdıqdan sonra saat 11:00 radələrində yolun kənarında olan həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1600 manat dəyərində 01 baş iribuynuzlu erkək dananı boynundakı 30 manat dəyərində, 15 metr uzunluğunda olan 01 ədəd kəndirlə birlikdə həmin avtomobilin yük yerinə yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1630 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib oğurluq cinayəti törətmişdir. Belə ki, o, qəsdən, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Ford markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən rayon, Daşkəsən qəsəbəsindən keçən Gəncə-Daşkəsən avtomobil yolunun 28-ci kilometrliyinə çatdıqdan sonra saat 16:30 radələrində yolun kənarında nəzarətsiz buraxılmış həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus 1000 manat dəyərində 01 baş iribuynuzlu düyəni həmin avtomobilin yük yerinə yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1000 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxxxx 2020ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Ford markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayon, Baş Küngüt kənd ərazisindən keçən İsmayıllı- Qaraməryəm-Şəki avtomobil yolunun 139-cu kilometrliyinə çatdıqdan sonra saat 11:00 radələrində yolun kənarında olan həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1600 manat dəyərində 01 baş iribuynuzlu erkək dananı boynundakı 30 manat dəyərində, 15 metr uzunluğunda olan 01 ədəd kəndirlə birlikdə həmin avtomobilin yük yerinə yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1630 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib oğurluq cinayəti törətmişdir. Belə ki, o, qəsdən, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Ford markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən rayon, Daşkəsən qəsəbəsindən keçən Gəncə- Daşkəsən avtomobil yolunun 28-ci kilometrliyinə çatdıqdan sonra saat 16:30 radələrində yolun kənarında nəzarətsiz buraxılmış həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus 1000 manat dəyərində 01 baş iribuynuzlu düyəni həmin avtomobilin yük yerinə yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1000 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib oğurluq cinayəti törətmişdir. Belə ki, o, qəsdən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Ford markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayon, Baş Küngüt kənd ərazisindən keçən İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun 139-cu kilometrliyinə çatdıqdan sonra saat 11:00 radələrində yolun kənarında olan həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1600 manat dəyərində 01 baş iribuynuzlu erkək dananı boynundakı 30 manat dəyərində, 15 metr uzunluğunda olan 01 ədəd kəndirlə birlikdə həmin avtomobilin yük yerinə yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1630 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2005-ci ildə qardaşı Rafiq Xəlilovun həbsdən yeni çıxmış şəxsin ondan məcburi qaydada pul tələb etməsinə görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı həmin şəxs qardaşını döyərək ona ağır xəsarət yetirmişdir. Bu səbəbdən o da həmin şəxslə mübahisə edib onu iki bıçaq zərbəsi ilə öldürmüşdür. xx.xx.2005-ci ildə Gəncə rayon prokurorluğu tərəfindən qəsdən adam öldürmə maddəsi ilə həbs edilmiş, araşdırma aparılıb xx.xx.2006-cı il tarixdə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. 10 il cəza çəkdikdən sonra yəni, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri. Nizami rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan 10 ay 22 gün vaxtından əvvəl həbsdən azad olunmuş və cəza müddəti bitdikdən sonra xarici pasport əldə etmişdir. 2017-ci ildə işləyib qazanc əldə etmək üçün Rusiya Federasiyasına getmiş, orada bazarda ticarətlə məşğul olub ailəsi üçün qazanc əldə etmişdir. Sonradan orada işi zəif olduğuna görə yaşadığı Gəncə şəhərinə qayıtmalı olmuşdur. 2019-cu ildə Gəncə şəhərinə qayıtdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olub dolanışıq əldə etmişdir. Bir il olar ki, ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra da Gəncə şəhəri ərazisində taksi sürücüsü kimi işinə davam etdirmişdir. Lakin hazırda dünyada və ölkəsində yaranmış Covid-19 xəstəliyi ilə əlaqədar elan olunmuş karantin rejiminə görə işləyib qazanc əldə etmək mümkünsüz olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, hər ikisi ilə münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs2 ilə onu təxminən 1 ay bundan qabaq Təqsirləndirilən şəxs3 tanış etmişdir. Mövcud koronovirus pandemiyası ilə əlqədar olaraq heç bir yerdə işləmir. Hal-hazırda 600 manat məbləğində borcu var. Həmin vaxtlarda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3da borcları olmuşdur. Təxminən üçü birlikdə Gəncə şəhəri Bağmanlar küçəsində görüşüb, Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Ford Taranzit markalı **-DP-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilində oturaraq borcları və maddi sıxıntıları barədə söhbət etməyə başlamışdır. Söhbət zamanı borclarının bir qismini bağlamaq üçün oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 onlara hansısa rayondan heyvan oğurlayıb sataraq pul əldə edib borcları bağlamağı təklif etmiş, o, isə Daşkəsən rayonun Xoşbulaq kəndində yolun kənarında nəzarətsiz buraxılmış heyvanların olmasını, həmin heyvanları asan oğurlaya biləcəyi və oğurlayacağı heyvanları özü satacağı barədə onlara söz vermişdir. Bu zaman Tural idarə etdiyi avtomobil ilə oğurluq edəcəyinə hazır olduğunu demişdir. Bu məqsədlə səhəri gün Təqsirləndirilən şəxs2 idarə etdiyi Ford Tranzit markalı yük avtomobil ilə birlikdə Təqsirləndirilən şəxs3 fəhlə kimi işlədiyi yerdən götürüb, heyvan oğurlamaq üçün xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi istiqamətində yollanmışlar. Daşkəsən rayonu, Xoşbulaq kəndinə çatanda hava qaralmağa başlamış, Xoşbulaq kəndində yolun kənarında əhalinin sıxlığına, həmçinin Eminin həmin vaxt camaatın gözü önündə heyvan oğurlaya bilməyəcəni deməsi səbəbindən həmin gün oğurluq edə bilməyərək Xoşbulaq kəndində yemək yeyib Gəncə şəhərinə qayıtmışlar. Onlar Xoşbulaq kəndində yediyi yeməyin pulunu o, və yolda aldığı su və siqaretin pulunu isə Təqsirləndirilən şəxs2 ödəmişdir. Həmin günün səhəri yəni xx.xx.2020-ci il tarixdə oğurluq etmək üçün təkrar olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi Ford-Tranzit markalı yük avtomobili ilə birlikdə Emini fəhlə kimi işlədiyi yerdən götürüb, heyvan oğurlamaq üçün Daşkəsən rayonu Xoşbulaq kəndi istiqamətində yollanmışlar. Həmin vaxt Emin oğurlayacağı heyvanların ayağını bağlamaq üçün işlədiyi yerdən ip götürmüşdür. Onlar Daşkəsən rayonu Daşkəsən qəsəbəsinə çatdıqda xx.xx.2020-ci il tarixdə təxminən saat 16:30 radələrində yolun kənarında Daşkəsən rayonu istiqamətində təxminən 4 baş iribuynuzlu mal-qaranın getməsini görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs2 iri bunuzlu mal-qaraların nəzarətsiz olduğunu bu heyvanlardan birini oğurlasalar heç kimin xəbəri olmayacağını demişdir. Bu məqsədlə o, və Emin avtomobildən düşən zaman Tural avtomobili Gəncə şəhəri istiqamətində döndərib heyvanların yanında saxlamışdır. Onlar birlikdə həmin 4 baş iri buynuzlu mal-qaranın arasından bir baş qırmızı rəngdə olan, qısa buynuzlu ümumi çəkisi 200 kiloqram olan inəyi avtomobilin arxa hissəsinə mindirib, gətirdikləri iplə ayağını bağlayaraq Gəncə şəhəri istiqamətinə qayıtmışlar. O, avtomobilin yük hissəsində oğurladığı heyvanla birlikdə oturmuş, Emin isə qabaqda T.Nağiyevin yanında oturub qısa bir zamanda oradan uzaqlaşmışlar. Təxminən 10 dəqiqə getdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili yolun kənarında saxlayıb hər üçü avtomobildən düşərək iplə oğurladığı inəyin ayağını daha sıx bağlamış və Emin üzərində olan paltarın çirkli olması səbəbinə görə avtomobilin yük hissəsində inəyin yanında əyləşərək Gəncə şəhərinə qayıtmışlar. Onlar Gəncə şəhəri Totanlı qəsəbəsində yerləşən Gəncə çayının kənarında avtomobilini saxlayıb, oğurladığı inəyin otlaması və su içməsi üçün çayın kənarına aparmışlar. O, Eminə heyvanın yanında gözləməyini, heyvanı satmaq üçün alıcı tapıb gətirəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onu aparıb evə düşürmüş və avtomobili yuduzdurmaq üçün moykaya getmişdir. Təxminən 1 saat sonra Təqsirləndirilən şəxs2 istifadə etdiyi mobil nömrəyə zəng vuraraq onu moykadan götürməsini xahiş etmişdir. O, idarə etdiyi Vaz 21011 markalı sarı rəngli minik avtomobili ilə Təqsirləndirilən şəxs2 moykandan götürüb, yemək üçün kolbasa və çörək alıb Eminin yanına getmişlər. Tural yolda ona alıcı tapa bilməyini soruşduqda Təqsirləndirilən şəxs2 alıcını tapdığını və ondan xəbər gözlədiyini demişdir. Eminin yanına çatdıqda Emin alıcını nə üçün gətirmədiyini soruşanda, o, Eminə alıcının hal-hazırda işinin olmasını bir müddətdən sonra gedib gətirəcəyini demişdir. Orada çayın kənarında yemək yedikdən sonra onları orada qoyub avtomobili ilə alıcı tapmaq üçün Göygöl rayonu ərazisində yerləşən “Heyvan bazarına” getmişdir. Bazarda olarkən təxminən 50-55 yaşlı, ona mənə məlum olmayan kişi cinsindən olan şəxsin heyvanlarla maraqlandığını görmüşdür. Həmin şəxsə yaxınlaşaraq 1 baş dişi iri buynuzlu heyvanın olmasını və 600 manata satmaq istədiyimi demişdir. Bu zaman həmin şəxs idarə etdiyi Vaz 21011 markalı minik avtomobili ilə heyvana baxmaq üçün Gəncə şəhəri Totanlı qəsəbəsində yerləşən Gəncə çayının kənarına getmişdir. Həmin şəxsə day-day deyə müraciət etmişdir. Orada alıcını bir kənara çəkərək oğurladığı bir baş iri buynuzlu heyvanı 400 manat məbləğinə satmış və həmin pul vəsaitini orada gizlincə alıcıdan götürmüşdür. Emin və Təqsirləndirilən şəxs2 isə 400 manata alıcı ilə razılaşdığını və 2-3 gün ərzində gedib götürəcəyimi demişdir. Eminin və Turalın razılığını aldıqdıqdan sonra Emin heyvanı yolun kənarına çıxarmışdır. Həmin şəxs inəyin buynuzuna bağladığı ipdən tutaraq yolun kənarı ilə Göygöl rayonu, Üçtəpə kəndi istiqamətində getmişdir. O, isə Təqsirləndirilən şəxs2 avtomobilini götürmək üçün aparıb moykanın yanında düşürmüşdür. Təxminən 2 gün sonra Gəncə şəhəri, Bağbanlar qəsəbəsində görüşmüşlər. O, oğurlamış olduğu 1 baş iri buynuzlu heyvanı 400 manata satdığını və həmin pul vəsaitinin üzərində olduğunu demiş və həmin pul vəsaitini aralarında bölmüşdür. Bundan başqa bir müddət əvvəl Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs4 qaynanası ilə qonşuluqda yaşayır. Həmin şəxslə qaynanasıgilə qonaq gedərkən tanış olmuşdur. O, taksi işləsə də Təqsirləndirilən şəxs4 iş olduqca müxtəlif yerlərdə fəhlə işləyib özü üçün dolanışıq etmişdir. Təqsirləndirilən şəxs4 ilə tanış olduqdan sonra Gəncə şəhəri, Bağbanlar küçəsində "Cümə" məscidi yaxınlığında yerləşən çayxanada əyləşib çay içmişdir. Təqsirləndirilən şəxs4 ilə çay içərkən Təqsirləndirilən şəxs2 çayxanaya gəlib adını xatırlamadığı şəxsi soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 axtardığı şəxs çayxanada olmamışdır. Həmin vaxt ona əyləşib çay içməyi təkilf etmişdir. Təqsirləndirilən şəxs2 də əyləşib çay içmiş və həmin vaxtdan münasibəti yaranmış olmuşdur. Təqsirləndirilən şəxs2 arendiya götürüb işlətdiyi "Fort" markalı avtomaşınla müxtəlif şadlıq evlərinə su paylayıb qazanc əldə etmişdir. Lakin pandemiyaya görə Təqsirləndirilən şəxs2 də işsiz qalmışdır. xx.xx.2020-ci il tarixdə axşam üstü olarkən yenə Cümə məscidi yaxınlığında yerləşən çayxanada Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və o birlikdə əyləşib çay içib söhbət etmişdir. Söhbət əsnasında hər biri pul borcu olduğu müəyyən olunmuşdur. Hər biri pul tapıb borcu ödəməyin yollarını axtarmışlar. Aralarında olan söhbət əsnasında Təqsirləndirilən şəxs4 təklif etmişdir ki, Balakən rayonunda yaşayan dayısı vardır. Bir neçə dəfə Balakən rayonuna gedibgəlmişdir. Balakən rayon sakinlərinin mal-qaranı səllimi örüş sahəsinə buraxdıqlarını, Təqsirləndirilən şəxs2 məxsus avtomaşınla oraya gedib səllimi olan mal-qaradan oğurlayıb satmaqla qazanc əldə edib borcları ödəyə biləcəyimi demişdir. İsmayılın təklifinin ağılabatan olduğundan onun təklifi ilə razılaşmışlar. xx.xx.2020-ci il tarixdə təxminən saat 23:55 radələrində Təqsirləndirilən şəxs2 məxsus avtomaşınla Gəncə şəhərindən çıxaraq Balakən rayonu istiqamətinə hərəkət etmişlər. xx.xx.2020-ci il tarixdə təxminən saat 05:00 radələrində Balakən rayonuna çatmışlar. Bir qədər Balakən rayonu ərazisində gəzib mal-qara axtarsalar da gecə saatları olduğundan örüş sahəsində və rayon ərazisində heç nə tapa bilməmişlər. Bu səbəbdən Gəncə şəhərinə qayıtmalı olmuşlar. Balakən rayonundan Qax rayonuna, Qax rayonundan da Şəki rayonu ərazisinə keçib Gəncə şəhəri istiqamətində hərəkət etmişər. Şəki rayonu, Aşağı Küngüt kənd ərazisindən keçərkən yolun sol tərəfində sahibsiz qoyun sürüsü olmasını görmüş, həmin vaxt Təqsirləndirilən şəxs2 avtomaşını saxlamış və yerə düşüb sürünün içərsindən bir baş erkək qoyunu tutub avtomaşına qoymuşlar. Ondan sonra tələsik şəkildə oradan uzaqlaşmış, təxminən 500 metr getdikdən sonra yolun sol kənarında 01 baş iri buynuzlu heyvanın (inək) otladığını görmüşlər. Təqsirləndirilən şəxs2 yenə avtomaşını saxlamış və hər biri yerə düşüb qara rəngli erkək dananı tutub avtomaşına qoymuşlar. Bütün bunlardan sonra təcili olaraq həmin yeri tərk etmişlər. Oğuz rayonu ərazisində polis əməkdaşları maska taxmadıqlarına görə saxlamışlar. Polis əməkdaşları saxlayıb söhbət edərkən oğurladıqları heyvanlar səs etmişdir. Həmin vaxt polis əməkdaşlarından biri avtomaşında nə olmasını soruşmuş avtomaşında dana və bir baş heyvan olmasını bildirmişlər. Polis əməkdaşları dana və heyvanı haradan alıb gətirdikləri soruşduqlarında Təqsirləndirilən şəxs4 heyvanları Balakən rayonunda yaşayan dayısından alıb gətirdiklərini bildirmişdir. Polislərlə aralarında olan söhbət əsnasında onlar şübhələnib Oğuz rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs4 heyvanları Balakən rayonu ərazisində oğurladıqlarını bildirmişdir. Belə deməklə guya Təqsirləndirilən şəxs4 qohumlarının onlara Balakəndə köməklik göstərə biləcəklərini düşünmüşlər. Buna görə də həmin heyvanları bir yerdə oğurladıqlarını etiraf etmişlər. Ondan sonra Balakən rayon polis şöbəsinin işçiləri gəlib onları Balakən rayon polis şöbəsinə aparmışlar. Balakən rayon polis şöbəsində polis əməkdaşları Təqsirləndirilən şəxs4 soruşmuş ki, dayısının mobil nömrəsini versin onunla əlaqə saxlayıb heyvanları ondan alıb almadığını dəqiqləşdirsinlər. Lakin İsmayıl dayısının mobil nömrəsini verə bilməmişdir. Belə olduqda Şəki rayonu ərazisindən oğurluq etdikləri müəyyən edilmişdir. Balakən rayon polis şöbəsində də aparılan araşdırma zamanı heyvanları Balakən rayonu ərazisindən deyil, Şəki rayonu ərazisindən oğurladıqlarını bildirmişlər. Beləliklə də göstərmişdir ki, həmin heyvanları xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində Şəki rayon, Baş Küngüt kəndində yolun kənarından oğurladıqlarını bildirmişdir. Həmin heyvanları Gəncə şəhərinə aparıb orda satacaqlarını göstərmişdir. Lakin qabaqcadan kimə satacaqları barədə razılaşmadıqlarını, heyvanları oğurlayandan sonra satıb pulunu necə böləcəkləri barədə söhbət olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 tanımadığını, onunla aralarında ədavət, düşmənçilik, həmçinin borc yaxud əmlak münasibətlər olmadığını qeyd etmişdir. Göstərmişdir ki, rəsmi nikaha girməsə də hazırda qeyri-rəsmi olaraq evlənmiş 1 azyaşlı uşağı vardır. Sonda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödədiklərini, onlarla barşdıqlarını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi Ford Tranzit markalı **-DP-*** dövlət nömrə qeydiyyat nişanlı yük avtomobili X7 məxsusdur. Həmin yük avtomobili ilə şirkətlərdən müxtəlif növ şirələr və sular götürərək Şadlıq saraylarına paylamışdır. Hazırda mövcud korono virus pandemiyası ilə əlaqədar Şadlıq saraylarının fəaliyyəti dayandığı üçün işsizdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır, hər ikisi ilə münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs1 ilə təxminən bir neçə ay bundan qabaq Təqsirləndirilən şəxs3 tanış etmişdir. Hal-hazırda 1800 manat məbləğində borcu var. Həmin vaxtlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3da borcu olmuşdur. Bir vaxt üçü birlikdə Gəncə şəhəri Bağmanlar küçəsində görüşüb, idarə etdiyi Ford Taranzit markalı **-DP-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobildə oturaraq borcları və maddi sıxıntıları barədə söhbət etməyə başlamışlar. Söhbət zamanı borclarının bir qismini bağlamaq üçün oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt onlara hansısa rayondan heyvan oğurlayıb sataraq pul əldə edib borclarını bağlamağı təklif etmişdir. Təqsirləndirilən şəxs1 isə Daşkəsən rayonun Xoşbulaq kəndində yolun kənarında nəzarətsiz buraxılmış heyvanların olmasını, həmin heyvanları asan oğurlaya biləcəkləri və oğurlayacağı heyvanları özü satcağı barədə söz vermişdir. Onlara idarə etdiyi avtomobil ilə oğurluq edəcəyini demişdir. Bu məqsədlə səhəri gün idarə etdiyi Ford Tranzit markalı yük avtomobili ilə Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs3 fəhlə kimi işlədiyi yerdən götürüb, heyvan oğurlamaq üçün xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi istiqamətində yollanmışdır. Daşkəsən rayonu, Xoşbulaq kəndinə çatanda hava qaralmağa başlamışdır. Onlar Xoşbulaq kəndində yolun kənarında əhalinin sıxlığına görə, həmçinin Emin həmin vaxt camaatın gözü önündə heyvan oğurlaya bilməyəcəklərini demişdir. Buna görə həmin gün oğurluq edə bilməyərək Xoşbulaq kəndində yemək yeyib Gəncə şəhərinə qayıtmışlar. Həmin günün səhəri yəni xx.xx.2020-ci il tarixdə oğurluq etmək üçün təkrar olaraq idarə etdiyi Ford Tranzit markalı yük avtomobilində Təqsirləndirilən şəxs1 ilə birlikdə Emini fəhlə kimi işlədiyi yerdən götürüb, heyvan oğurlamaq üçün Daşkəsən rayonu Xoşbulaq kəndi istiqamətində yollanmışlar. Həmin vaxt Emin oğurlayacağı heyvanların ayağını bağlamaq üçün işlədiyi yerdən ip də götürmüşdür. Daşkəsən rayonu Daşkəsən qəsəbəsinə təxminən saat 16:30 radələrində çatdıqda yolun kənarında Daşkəsən rayonu istiqamətində təxminən 4 baş iribuynuzlu mal-qaranın getməsini görmüşlər. Bu zaman iri bunuzlu malqaraların nəzarətsiz olduğunu bu heyvanlardan birini oğurlasalar heç kimin xəbəri olmuyacağını demişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs1 ilə Emin avtomobildən düşmüş və avtomobili Gəncə şəhəri istiqamətində döndərib heyvanların yanında saxlamışdır. O, avtomobildən düşərək hər üçü köməkli olaraq bir baş qırmızı rəngdə olan, qısa buynuzlu ümumi çəkisi 200 kiloqram olan inəyi avtomobilin arxa hissəsinə mindirib, gətirdikləri iplə ayağını bağlayaraq Gəncə şəhəri istiqamətində getmişlər. Təqsirləndirilən şəxs1 avtomobilin yük hissəsində oğurladığı heyvanla birlikdə oturmuş, Emin isə yanında oturaraq qısa bir zamanda oradan uzaqlaşmışlar. Təxminən 10 dəqiqə getdikdən sonra avtomobili yolun kənarında saxlayıb hər üçü avtomobildən düşərək iplə oğurladığı inəyin ayağını daha sıx bağlamış və Emin üzərində olan paltarın çirkli olması səbəbinə görə avtomobilin yük hissəsində inəyin yanında əyləşərək Gəncə şəhərinə getmişlər. Gəncə şəhəri Totanlı qəsəbəsində yerləşən Gəncə çayının kənarında idarə etdiyi yük avtomobilini saxlayıb, oğurladığı inəyin otlaması və su içməsi üçün çayın kənarına aparmışlar. Təqsirləndirilən şəxs1 Eminə heyvanın yanında gözləməyini, heyvanı satmaq üçün alıcı tapıb gətirəcəyini demişdir. O, Təqsirləndirilən şəxs1 aparıb evlərinə düşürüb avtomobili yuduzdurmaq üçün moykaya verib Təqsirləndirilən şəxs1 zəng edərək onu oradan götürməsini xahiş etmişdir. Bir müddət sonra Tural idarə etdiyi Vaz 21011 markalı sarı rəngli minik avtomobili ilə onu moykadan götürüb, yemək üçün kolbasa və çörək alıb Eminin yanına getmişlər. O, yolda Turaldan alıcı tapa bilməsini soruşduqda, Tural alıcını tapdığını və ondan xəbər gözlədiyini demişdir. Eminin yanına çaldıqda Emin Turaldan alıcını nə üçün gətirmədiyini soruşanda, Təqsirləndirilən şəxs1 alıcının hal-hazırda işinin olmasını bir müddətdən sonra gedib gətirəcəyini demişdir. Onlar orada çayın kənarında yemək yedikdən sonra Təqsirləndirilən şəxs1 özü tək avtomobili ilə alıcı arxasınca getmişdir. Təxminən yarım saat keçdikdən sonra Təqsirləndirilən şəxs1 adını bilmədiyi bəstə boy, saçları ağarmış, təxminən 50-55 yaşlı bir kişi gətirmişdir. Tural həmin şəxsə day-day deyə müraciət etmişdir. Həmin şəxs inəyi alacaqsa 2-3 gün ərzində 600 manat verəcəyini demişdir. Həmin şəxslə razılaşdıqdan sonra Emin heyvanı yolun kənarına çıxarmışdır. Həmin şəxs inəyin buynuzuna bağladıqları ipdən tutaraq yolun kənarı ilə Göygöl rayonu, Üçtəpə kəndi istiqamətində getmişdir. Bu zaman Turala aparıb moykanın yanında düşürməsini və qardaşının Bakı şəhərindən qonaq gəlməsini demişdir. Tural onu aparıb moykanın yanında düşürdükdən sonra avtomobilə minərək yaşadığı evə getmişdir. Səhəri gün Tural və Eminə zəng edərək oğurladığı iri buynuzlu heyvanı sata bilmələrini soruşmuş, onlar heyvanı satdıqlarını, görüşüb söhbət etmək üçün Gəncə şəhəri, Bağman qəsəbəsində gəlməyini demişlər. Təxminən yarım saat keçdikdən sonra Tural və Eminlə Bağmanlar qəsəbəsində görüşüb söhbət edən zaman onlar oğurlamış olduqları 1 baş iri buynuzlu heyvanı 400 manata satdıqlarını demiş və həmin pulun 115 manatını Emin ona vermişdir. Bundan başqa göstərmişdir ki, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 də şəhər sakinləri kimi tanımışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixə keçən geçə Gəncə şəhəri Bağban qəsəbəsində onlarla küçədə görüşmüşlər. Onun 1800 manat borcu, İsmayılın 5 min, Turalın isə 600 manat borcu olmuşdur. Söhbət əsasında həmin borcları necə qaytaracaqları və borc sahibələrinin pullarını istəmələrini bir yerdə müzakirə etmişlər. Lakin işləmədikləri üçün borclarını qaytarmaqda cətinlik çəkmişlər. İsmayıl təklif etmişdir ki, onun Balakən rayonunda dayısı yaşayır, o dayısıgilə gedəndə yolun kənarında örüşdə sahibi olmayan heyvanlar gördüyünü demişdir. Buna görə də təklif etmişdir ki, bir yerdə gedib həmin hevanlardan oğurlasınlar və aparıb sataraq borclarını ödəsinlər. Təqsirləndirilən şəxs4 bu fikri ilə o, və Təqsirləndirilən şəxs1 da razılaşmışdır. Onun idarə etdiyi Fort markalı maşınla getmək barədə qərara gəlmişlər. Göstərmişdir ki, həmin maşının mühərriki dizel ilə işləyir. Üstündə 2 manat, Təqsirləndirilən şəxs1 isə 1 manat 50 qəpik pul olmuş, Tural həmin pulu ona vermiş, Gəncə şəhəri Üçtəpə qəsəbəsində fəaliyət göstərən yanaçaq doldurma məntəqəsinə gedərək 3 manat operatora verib ondan xahiş etmişdir ki, yanacağı 10 manatlıq etsin, qalan 7 manat pulu isə səhəri gün verəcəyinə söz vermişdir. O, maşını idarə etmiş, Tural və İsmayıl isə yanında əyləşdikdən sonra Yevlax postunu keçib Balakən rayonuna tərəf istiqamətlənmişlər. Səhər tezdən təxminən saat 06:00 radələrində Balakən rayon mərkəzinə çatmışlar. Yol boyu heç bir mal-qaraya rast gəlməmişlər. Oradan geri Qax rayonuna gəlmişlər, lakin orada da yolun kənarında sahibsiz mal-qaraya rast gəlməmişlər. Qaxdan üzü Şəki rayon istiqamətində maşını hərəkət etdirməyə başlamış, saat təxminən 11:00 radələrində Şəki rayonundan Oğuz rayon istiqamətində gedərkən sonuncu kənd Küngüt kəndində yolun kənarında təxminən 40-50 baş xırdabuynuzlu heyvanların topa halında olduğunu görüb idarə etdiyi maşını saxlamışdır. Tural və İsmayıla yolun kənarında qoyunlar olduğunu, həmin qoyunları oğurlamaq lazım olduğunu demişdir. Maşından yerə düşüb bir qədər dayanmış, kənarda 2-3 nəfər şəxsin dayandığını görüb onların getmələrini gözləmişlər. Həmin 2-3 nəfər şəxs çıxıb gedəndən sonraTural ilə İsmayıl qoyunlara yaxınlaşıb bir baş erkək qoyunu tutaraq maşının yanına gətirmişlər. Həmin erkək qoyunu idarə etdiyi Fort markalı maşının arxa yük yerinə qoymuşlar. Bundan sonra isə avtomobili idarə edib oradan uzaqlaşmışlar. Təxminən 500 metr getdikdən sonra yolun sol tərəfində 01 ədəd erkək dana olmasını, onun iplə ağaca bağlandığını, lakin ipin uzun olduğunu və dananın rahatlıqla otladığını, ətrafda da heç kimin olmadığının şahidi olmuşlar. Bundan sonra danışaraq həmin dananı da götürməyi qərara aldıqlarına görə avtomobilin sürətini endirib qarşıdan geriyə dönməklə dananın yanında saxlamışlar. Həmin vaxt avtomobil ilə dananın təxminən 5-6 metrliyində dayanmışlar. Bundan sonra Tural ilə İsmayıl dananın yanına gedib ipindən dartmaqla onu avtomobili yük yerinə tərəf gətirmiş, o, isə yük yerini açmışdır. Bundan sonra isə üçü birlikdə dananı avtomobilə yükləmişlər. Bundan sonra isə avtomobilə əyləşib və yenə də geriyə dönüb avtomobil Oğuz istiqamətində hərəkət etdirməyə başlamışlar. O, yolu yaxşı tanımadığı üçün Oğuz rayonuna gedib, oradan Yevlax rayon istiqamətinə ayrılan yolla Gəncəyə gedib çıxmaqlarını fıkirləşmişdir. Oğuz rayonu Kərimli kənd ərazisində yerləşən dairədə idarəetdiyi avtomaşına polis əməkdaşları saxla işarəsi vermiş və avtomobildə nə aparmaqları barədə maraqlanmışlar. Həmin vaxt isə onlara avtomobildə 01 baş dana və 01 baş quzu apardıqlarını, həmin heyvanları Balakən rayonundan pul ilə aldıqlarını bildirmişlər. Bundan sonra isə polis əməkdaşları onlara inanmadıqlarına görə polis şöbəsinə aparmışlar, onlar isə yalandan heyvanları Balakən rayonundan oğurladıqlarını demişlər. Bundan sonra isə Balakən RPŞ-nin polis əməkdaşları onları gəlib aparmış və sorğu sual etdikdə orada isə həqiqəti, yəni heyvanları Şəki rayon ərazisindən yuxarıda göstərdiyi qaydada oğurladıqlarını bildirmişlər. Bildirmişdir ki, ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödədiklərini, onlarla barşdıqlarını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs1 qonşusudur onu uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxs2 isə təxminən 2 ilə yaxındır ki, tanıyır hər ikisi ilə münasibəti yaxşıdır. Heç bir yerdə işləmədiyi üçün, ailəsini dolandırmaq üçün günə muzd fəhlə kimi işləyir. Mövcud koronovirus pandemiyası ilə əlaqədar olaraq işsiz qaldığı üçün maddi sıxıntıları vardır. Hal-hazırda Gəncə şəhərində yerləşən "Kredit evi” lombardına 1500 manat məbləğində borcu var. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də borclarının olduğunu bilmişdir. Təxminən üçü birlikdə Gəncə şəhəri Bağmanlar küçəsində görüşərək Təqsirləndirilən şəxs2 idarə etdiyi Ford Tranzit markalı **-DP-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilində oturaraq borcları və maddi sıxıntıları barədə söhbət etməyə başlamışlar. Söhbət zamanı borclarının bir qismini bağlamaq üçün oğurluq etmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs2 hansısa rayondan heyvan oğurlayıb satmağı təklif edən zaman Təqsirləndirilən şəxs1 Daşkəsən rayonun Xoşbulaq kəndində yolun kənarında nəzarətsiz buraxılmış heyvanların olmasını, həmin heyvanları asan oğurlaya biləcəyi və oğurlayacağı heyvanları özü salacağı barədə söz vermişdir. Bu zaman Təqsirləndirilən şəxs2 onun idarə etdiyi avtomobil ilə oğurluq edəcəyini demişdir. Bu məqsədlə səhəri gün yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi Ford Tranzit markalı yük avtomobili ilə onu fəhlə kimi işlədiyi yerdən götürüb, heyvan oğurlamaq üçün təxminən saat 18:00 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi istiqamətində yollanmışlar. Daşkəsən rayonu, Xoşbulaq kəndinə çatanda hava qaralmağa başlamışdır. Onlar Xoşbulaq kəndində yolun kənarında əhalinin sıxlığına görə, həmçinin onlara həmin vaxt camaatın gözü önündə heyvan oğurlaya bilməyəcəklərini demişdir. Buna görə həmin gün oğurluq edə bilməyərək Xoşbulaq kəndində yemək yeyib Gəncə şəhərinə qayıtmışlar. Onlar Xoşbulaq kəndində yediyi yeməyin xərcini və yol xərci pulu olmadığı üçün Təqsirləndirilən şəxs1 ödəmişdir. Həmin günün səhəri yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi Ford Tranzit markalı yük avtomobilində Təqsirləndirilən şəxs1 ilə birlikdə onu fəhlə kimi işlədiyi yerdən götürüb, təkrar olaraq heyvan oğurlamaq üçün Daşkəsən rayonu Xoşbulaq kəndi istiqamətində yollanmışlar. Həmin vaxt oğurlayacaqları heyvanların ayağını bağlamaq üçün işlədiyi yerdən ip götürmüşdür. Onlar Daşkəsən rayonu Daşkəsən qəsəbəsinə təxminən saat 16:30 radələrində çatdıqda yolun kənarında Daşkəsən rayonu istiqamətində təxminən 4 baş iribuynuzlu mal-qaranın getməsini görmüşlər. Bu zaman Təqsirləndirilən şəxs2 heyvanın nəzarətsiz getməsini bu heyvanlardan birini ogurlasalar heç kimin xəbəri olmuyacağını demişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs1la avtomobildən düşən zaman Təqsirləndirilən şəxs2 idarə etdiyi Ford tarnzit markalı yük avtomobilini Gəncə şəhəri istiqamətində döndərib heyvanların yanında saxlamış, Təqsirləndirilən şəxs2 avtomobildən düşərək hər üçü köməkli olaraq bir baş qırmızı rəngdə olan, qısa buynuzlu ümumi çəkisi 200 kiloqram olan inəyi avtomobilin arxa hissəsinə mindirib, gətirdiyi iplə ayağını bağlayaraq Gəncə şəhəri istiqamətində getmişlər. Təqsirləndirilən şəxs1 avtomobilin yük hissəsində oğurladıqları heyvanla birlikdə oturmuş, o, isə avtomobildə əyləşərək qısa bir zamanda oradan uzaqlaşmışlar. Təxminən 10 dəqiqə getdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili yolun kənarında saxlayıb hər üçü avtomobildən düşərək iplə oğurladıqları inəyin ayağını daha sıx bağlamış və üzərində olan paltarın çirkli olması səbəbinə görə yük avtomobilin yük hissəsində inəyin yanında əyləşərək Gəncə şəhərinə getmişlər. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili yolun kənarında saxlayaraq çatdığını deməsini eşitmişdir. Gəncə şəhəri Totanlı qəsəbəsində yerləşən Gəncə çayının kənarında oğurladığı inəyin ayağını açaraq avtomobildən düşürüb otlaması və su içməsi üçün çayın kənarına aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs1 heyvanın yanında gözləməyini, heyvanı satmaq üçün alıcı tapıb gətirəcəyini deyərək hər iksisi avtomobil ilə oradan uzaqlaşmışlar. Təxminən 1 saat keçdikdən sonra Təqsirləndirilən şəxs1 özünə məxsus VAZ 21011 markalı sarı rəngli minik avtomobilində Təqsirləndirilən şəxs2lə birlikdə yemək üçün kolbasa və su alaraq yanına gəlmişdir. Onlardan alıcını nə üçün gətirmədiklərini soruşduqda, Təqsirləndirilən şəxs1 alıcının hal-hazırda işinin olmasını bir müddətdən sonra gedib gətirəcəyini bildirmişdir. Onlar orada çayın kənarında yemək yedikdən bir müddət sonra Təqsirləndirilən şəxs1 özü tək avtomobili ilə alıcının arxasınca ilə getmişdir. Təxminən yarım saat keçdikdən sonra Təqsirləndirilən şəxs1 adını bilmədiyi bəstə boy, saçları ağarmış, təxminən 50-55 yaşlı bir kişi gətirmişdir. Tural həmin şəxsə day-day deyə müraciət etmişdir. Həmin şəxs inəyi alacaqsa 2-3 gün ərzində 600 manat verəcəyini demişdir. Onlar həmin şəxslə razılaşaraq heyvanı yolun kənarına çıxarmışlar. Həmin şəxs inəyin buynuzuna bağladığı ipdən tutaraq yolun kənarı ilə Göygöl rayonu, Üçtəpə kəndi istiqamətində getmişdir. Təqsirləndirilən şəxs1 Vaz 21011 markalı avtomobili ilə heyvanı oğurladığı Təqsirləndirilən şəxs2 Ford Tranzit markalı yük avtomobilini moykadan götürmək üçün getmiş, o, isə piyada yolun kənarı ilə evinə getmişdir. Səhərisi gün Təqsirləndirilən şəxs1 yaşadığı ünvana gələrək “heyvanı satdığımız şəxsin ona 400 manat verəcəyini, istəmirsizsə heyvanı gəlib qapıdan aparmağını deməsini demişdir. O, isə Turala həmin şəxsin verdiyi 400 manat pulu götürməsini demişdir. Səhəri gün Təqsirləndirilən şəxs1 yenidən ünvanına gələrək inandırmaq üçün söyüş söyərək heyvanı satdığı şəxsdən 400 manat götürməsini və həmin pulun 60 manatını çəkdiyi xərcə götürüb qalan 340 manatı üç nəfərin arasında bölməyimizi deyərək 113 manat məbləğində pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 çatası olan 115 manatı da ondan götürmüş, səhəri gün hər iksi avtomobilləri ilə yaşadığı ünvana gələndə Təqsirləndirilən şəxs2 çatası olan 115 manat məbləğində pul vermişdir. Qeyd etmişdir ki, 1-i azyaşlı olmaqla iki övladı vardır. Digər övladı Türkiyədə İİ kurs tələbəsidir. Özü İİİ qrup əlildir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödədiklərini, onlarla barışdıqlarını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Lakin fəhləçilik ilə məşğul olmaqla ailəsini dolandırır. Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 məhlə uşağıdır. Lakin Təqsirləndirilən şəxs2 qonşusu Tural vasitəsi ilə təxminən bir müddətdir ki, tanımışdır. xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixə keçən geçə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə söhbət edən zaman onun 5000 manat, Təqsirləndirilən şəxs2 1800 manat, Təqsirləndirilən şəxs1 isə 600 manat borcunun olduğunu bildirmişdir. Söhbət əsasında həmin borcları necə qaytaracağı və borc sahiblərinin pullarını istəməklərini bir yerdə müzakirə etmişdir. Lakin işləmədiyi üçün borcları qaytarmaq çətin gəlmişdir. Həmçinin karantin ilə əlaqədar da iş yerlərinin çoxusu bağlı olmuşdur. Bu zaman Balakən rayonunda dayısının yaşadığını, onlara gedən zaman yolda sahibsiz heyvanların otladığını, buna görə Balakənə getməklə yolda qarşılarına çıxan heyvanları oğurlayıb Gəncədə sataraq pul əldə etməyi və borcları bağlamağı təklif etdikdə onlar da razılaşmışdır. Oğurluğa Təqsirləndirilən şəxs2 məxsus Ford tranzit markalı yük avtomobili ilə getməklərini qərara almışlar. Lakin həmin vaxt üzərində ümumilikdə 3 manat pul olduğu üçün Gəncə şəhəri Üçtəpə qəsəbəsində fəaliyyət göstərən yanacaq doldurma məntəqəsinə gedərək 3 manat pulu operatora vermiş və ondan xahiş etmişdir ki, yanacağı 10 manatlıq etsin, qalan 7 manat pulu isə səhəri gün verəcəyinə söz vermişdir. Həmin vaxt avtomobili Təqsirləndirilən şəxs2 idarə etmiş, o, isə avtomobildə sərnişin oturacağında əyləşmişdir. Onlar Gəncədən çıxdıqdan sonra Yevlax postunu keçib Balakən rayonuna tərəf istiqamətlənmişlər. Səhər tezdən təxminən saat 06:00 radələrində Balakən rayon mərəkəzinə çatmışlar. Yol boyu heç bir mal-qara rast gəlməmişdir. Oradan geri Qax rayonuna gəlmişlər lakin, orada da yolun kənarında sahibsiz mal-qara rast gəlməmişlər. Qaxdan üzü Şəki rayon istiqamətində maşını hərəkət etdiməyə başlamış, saat təxminən 11:00 radələri olmuşdur. Şəki rayonundan Oğuz rayon istiqamətində gedərkən sonuncu kənd Küngüt kəndində yolun kənarında təxminən 40-50 baş xırdabuynuzlu heyvanların topa halında olduğunun gördükdə Tural idarə etdiyi maşının saxlamış və yolun kənarında qoyunların olduğunu, həmin qoyunlardan oğurlaya biləcəyini demişdir. Onlar avtomobildən yerə düşsə də kənarda 2-3 nəfər şəxs olmuş, lakin həmin şəxslərə baxdıqda onların kənd sakini deyil, yoldan keçən kənar şəxs olduğunu bilmişlər və buna görə də onların getməyini gözləmişlər. Bir müddət sonra həmin şəxslər çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin qoyunların içərisindən 01 baş erkək qoyunu tutub avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra isə hərəkətə başlamışlar. Təxminən 500 metr kənarda 01 baş iri buynuzlu heyvanın olduğunu da görmüşlər. Belə ki, həmin heyvan iplə ağaca bağlanmış və yolun sol kənarında olmuşdur. Buna görə də həmin heyvanı oğurlamaq qərarına gəldikləri üçün Təqsirləndirilən şəxs2 avtomobili geriyə döndərib danadan 5-6 metr kənarda avtomobili saxlamışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs1la birlikdə dananı avtomobilin yük yerinə gətirib üçü birlikdə avtomobilin yük yerinə yükləmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs2 avtomobili işə salmış, Təqsirləndirilən şəxs1 ilə isə avtomobilə əyləşmişlər. Həmin vaxt yolu yaxşı tanımadıqları üçün Oğuz rayonundan Yevlax rayonuna keçməklə oradan Gəncəyə getməyə qərar vermişlər. Buna görə heyvanları oğurladıqları yerdən elə Oğuz istiqamətinə tərəf getmişlər. Oğuz rayonu Kərimli kənd ərazisində olan zaman avtomaşına polis əməkdaşları saxla işarəsi vermişlər. Onlar avtomobili saxladıqdan sonra 1 polis əməkdaşı yaxınlaşıb özünü təqdim edərək karantin rejimi ilə əlaqədar avtomobilin və sənədləri yoxlamışdır. Bundan sonra isə polis əməkdaşı avtomobilin yük yerinə baxdıqda orada oğurladıqları 01 baş erkək dananı və 01 baş erkək quzunu görmüşdür. Həmin vaxt polis əməkdaşı həmin heyvanların haradan olduğunu soruşduqda Balakən rayonundan aldıqlarını bildirmişlər. Lakin polis əməkdaşı inanmadığı üçün heyvanların oğurluq olduğundan şübhələnib onları polis şöbəsinə aparmışlar. Onlar Oğuz RPŞ-də izahat verən zaman həmin heyvanları Balakən rayonu ərazisindən oğurladıqlarını bildirmişlər. Buna görə də izahatlarını alıb Balakən rayonuna aparmışlar. Onlar Balakən rayonu PŞ-də olan zaman artıq etdiyi əməldən və danışdığı yalandan peşman olub heyvanları Şəki rayon ərazisindən oğurladıqlarını bildirmişlər. Balakən rayonunda qohumlarının çox olduğuna görə orada köməklik olacağını düşündüyü üçün heyvanları Balakəndən oğurladıqlarını demiş, lakin Balakən rayonuna getdikdən sonra peşman olub hadisə barədə səmimi etiraf etmişlər. Orada sorğu sual aparılmış, orada heyvanları Şəki rayon ərazisində oğurladıqlarını demişlər. Sonda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödədiklərini, onlarla barşıdıqlarını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir. İstintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, həmçinin göstərmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, əslən Kəlbəcər rayonundan olsa da 1993-cü il tarixdən Şəki rayon Baş Küngüt kəndinə yerləşmiş və hazırda da orada yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Lakin kənd təsərrüfatı ilə məşğul olmaqla ailəsini dolandırır. Yaşadığı evin həyət hissəsində iribuynuzlu heyvanları saxlayır. Belə ki, həyətində 01 baş erkək dana və 02 başda inəyi vardır. Həmin heyvanları kənd sakinləri ilə birlikdə heç vaxt örüşə buraxmamışdır. Buna səbəb isə heyvanların bəzən qarışması, bəzən isə kiminsə sahəsinə girib ziyanlıq vurmaqlarına görə olmuşdur. Buna görə də heyvanları yaşadığı evin yaxınlığında örüşə buraxır və hər birini iplə ağaca bağlayır. Yaşadığı ev Şəki rayon Baş Küngüt kəndində olmasına baxmayaraq həmin kəndinə aşağı hissəsində, yəni giriş, Şəki-Oğuz avtomobil yolunun kənarında yerləşir. Buna görə də həmin heyvanları evinin yaxınlığındakı kənd ərazisində olan meşəlik hissəyə buraxır. Erkək danasını 01 baş olmasına görə həmin heyvanın oğurlanması, yaxud digər halların qarşısını almaq üçün onu evinin yaxınlığında örüşə buraxır, lakin uzağa getməməsi üçün iplə ağaca bağlayır. Həmin heyvanların ağaca bağladığı ipin uzunluğu təxminən 10 metrdən yuxarıdır ki, həmin heyvan ətrafda rahat otlaya bilsin. Həmçinin gün ərzində heyvanların örüş yerlərini bir neçə dəfə dəyişir. Belə ki, onların rahat otlaması üçün iplərini açıb digər ağaclara bağlayır. Həmişəki kimi xx xxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində gəlini Rəna ilə birlikdə heyvanları örüşə buraxmışdır. Erkək dananı da həmişəki yerinə bağlamış və bundan sonra evə gedərək öz işlərini görməyə başlamışdır. Həmin gün saat təxminən 11-dən sonra gəlini Rəna heyvanların örüş yerini dəyişdirməyə getmişdir. Təxminən 15-20 dəqiqə sonra gəlini Rəna gəlib erkək dananın yerində olmadığını bildirmişdir. Bundan sonra birlikdə dananı meşəlik ərazidə axtarmağa başlamışlar. Lakin həmin erkək dananı tapa bilməmişlər. Həmin dananı xeyli axtarsaq da tapa bilməmiş və bundan sonra oğurlandığını düşündükləri üçün 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmçinin həmin erkək dananın xx.xx.2020-ci il tarixdə saat təxminən 11:00 radələrində evinin yaxınlığında, Şəki-Oğuz avtomobil yolunun kənarından oğurlandığını, oğurluq baş verən zaman dananı oğurlayan şəxsləri görmədiyini bildirmişdir. Göstərmişdir ki, həmin dana 02 yaşında, qara rəngli, təxminən 250 kq çəkidə, təxminən 1600 manat dəyərində ola biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək ibtidai istintaqdakı vermiş olduğu ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərin ona vurulmuş ziyanı tamamilə ödədiklərini, onlardan hər hansı şikayətinin və tələbinin olmamasını bildirmişdir. Bu barədə notarial ərizəni zərərçəkmişlərə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təsərrüfatla məşğul olur və təsərrüfatında 8 baş iri buynuzlu mal-qarası vardır. Yaşadığı Daşkəsən rayon Daşkəsən qəsəbə sakinləri və təsərrüfatında olan mal-qarasını həmin qəsəbədə yerləşən örüş otlaq sahəsinə nəzarətsiz buraxırlar. xx.xx.2020-ci il tarixdə səhər saat 07:00 radələrində təsərrüfatında olan 8 baş iri buynuzlu mal-qarasını qəsəbənin örüş otlaq sahəsinə nəzarətsiz buraxıb, iş yoldaşları Seymur Tağıyev və Qoşqar Allahverdiyev ilə birlikdə Qoşqarın idarə etdiyi VAZ 2107 markalı minik avtomobili ilə işlədikləri Daşkəsən rayon Əmirvar kəndində yerləşən “Qoşqar MMC" ağdaş karyerinə getmişlər. Həmin gün şənbə günü olduğu üçün iş vaxtı saat 16:30-da bitmiş, Qoşqar və Seymurla birlikdə evə qayıtmışlar. Daşkəsən qəsəbəsinin girəcəyində avtomobildən düşmüş Qoşqar isə Seymuru düşürmək üçün Daşkəsən rayon Quşçu kəndinə getmişdir. Təxminən 2-3 dəqiqə sonra saat 18:00 radələrində Seymur mənə zəng vuraraq heyvanlarının yolun qırağında olmasını demişdir. O, heyvanları gətirməyə gedəndə 3 baş heyvanının yolun kənarında olmasını qalan 5 baş mal-qarasının orada olmamasını görmüşdür. O, yolun kənarında olan ona məxsus 3 baş iri buynuzlu mal-qaranı yaşadığı ünvana gətirib, qalan 5 baş iri buynuzlu heyvanı axtarmaq üçün qəsəbənin örüş otlaq sahəsinə getmişdir. Onlar qəsəbənin yaxınlığındakı “Güyəli“ dərəsi deyilən örüş otlaq sahəsindən 4 baş iri buynuzlu mal-qaranı tapıb yaşadığı ünvana gətirmiş, lakin, 1 baş, 2 illik, qırmızı rəngli, iri buynuzlu, ümumilikdə çəkisi 200 kiloqram və dəyəri 1000 manat olan düyəni tapa bilməmişdir. Əvvəl elə bilmişdir ki, düyə itibdir və buna görədə yaxın qohumlarına məlumat verərək düyənin tapılmasında köməklik etmələrini xahiş etmişdir. X16 xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində 3 baş iri buynuzlu mal-qaranın və itmiş düyəsinin Daşkəsən rayon, Quşçu körpü qəsəbəsinin yaxınlığında yerləşən “Elba” kəsim sexinin yanında gördüyünü demişdir. Bundan sonra qardaşı Eşqin və o, Güyəli dərəsinin, Quşçu Körpü qəsəbəsinin və yaşadığı Daşkəsən qəsəbəsinin örüş otlaq sahələrini axtarsalarda 1 baş qırmızı rəngli düyəni tapa bilməmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə heyvanı tapılması üçün Daşkəsən rayon polis şöbəsinə müraciət etmişdir. Bir müddət sonra Daşkəsən rayon polis şöbəsindən məlumat verilmişdir ki, onun bir baş qırmızı rəngli, iki illik, iri buynuzlu, ümumilikdə çəkisi 200 kiloqram olan düyə itməmiş və həmin düyənin Gəncə şəhər sakinləri olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə Daşkəsən qəsəbəsində yolun kənarında gizli yolla oğurlamışlar və buna görə tez bir zamanda Daşkəsən rayon polis şöbəsinə gəlməyini xahiş etmişlər. Şahid1 xx xxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Oğuz RPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsində işləyir. Vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. Hər gün saat 09:00-dan 21:00-a qədər avtopatrul olaraq Oğuz rayonunun Kərimli kəndi ərazisində xidmət yoldaşları ilə birlikdə xidmət aparır. xx.xx.2020-ci il tarixdə günün birinci yarısında xidmət yoldaşları Şahid2 və Şahid1 ilə birlikdə avtopatrul olaraq Oğuz rayonu Kərimli kəndi ərazisində xidmət apardığı zaman yolun kənarında dayanıb ətrafı nəzərdən keçirərkən yol ilə hərəkətdə olan Ford transit markalı, ağ rəngli yük maşınının onlara tərəf yaxınlaşdığını görmüşlər. Həmin yük maşınının dövlət nömrə nişanının “20” ilə başladığını, yəni Gəncə şəhərinin seriyası ilə başladığını görüb həmin şəhərin karantində olması səbəbindən həmin avtomobilin Oğuz rayonu ərazisində olmasının normal hal olmadığını düşünüb, onu dayandırıb sürcünün şəxsiyyətini müəyyən etmək və Oğuz rayonu ərazisində olmasının səbəbini öyrənmək qərarına gəlmişlər. Bu məqsədlə həmin yük maşını yaxınlaşdıqda Şahid1 əli ilə yük maşınının sürücüsünə dayanması üçün işarə etmiş və sürücü yanlarına çatdıqda yük maşınını yolun kənarında saxlamışdır. Bu zaman həmin yük maşınına yaxınlaşdıqda yük maşınının kabinəsində sürücü və iki nəfər sərnişinin olduğunu görmüşlər. O, həmin şəxslərə özünü təqdim edib, onlardan şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməsini xahiş etdikdə, həmin şəxslər şəxsiyyət vəsiqələrinin üzərlərində olmadığını bildirmişlər. Həmin vaxt yük maşının yük yerindən səs-küy eşidib, sürücüdən yük yerində nə olmasını soruşduqda, sürücü yük yerində Balakən rayonundan aldıqları heyvanlar olduğunu bildirib, yük yerinə baxmağı təklif edib, maşından enərək yük yerinin qapısını açmışdır. Bu zaman yük yerində bir baş erkək dana və bir baş erkək qoyun olduğunu görmüşlər. Adətən heyvan daşınan maşınların üstü və ya ətrafı açıq olduğundan, həmin heyvanların daşındıqları maşının hər tərəfi qapalı yük maşını olması şübhələndirmiş və həmin yük maşınını sürücü və sərnişinləri ilə birlikdə Oğuz RPŞ-yə aparmaq qərarına gəlmişlər. Bu məqsədlə sürücüyə Oğuz RPŞ-yə getməyi təklif etmiş və o, da təklifi qəbul edib, yük maşınına əyləşib, maşını ardları ilə sürmüşlər. Onlar Oğuz RPŞ-yə çatdıqda, həmin sürücü və sərnişinləri Növbətçi Hissəyə təqdim edib, raport yazıb, xidməti ərazilərinə qayıtmışlar. Daha sonra xidmət yoldaşlarından yük maşınının yük yerindəki bir baş erkək dana və bir baş erkək qoyunun həmin şəxslərin özlərinin oğurladıqları heyvanlar olduqlarını öyrənmişlər. Bundan başqa həmin şəxsləri əvvəllər tanımadığını, onlarla heç bir münasibəti, o cümlədən heç-bir ədavət və düşmənçiliyinin olmamasını, həmçinin onlarla heç bir qohumluq əlaqəsinin olmadığını həmin şəxsləri əvvəllər Oğuz rayonu ərazisində görmədiyini, həmin şəxslərə qarşı heç bir təzyiq və təsir etmədiklərini bildirmişdir. Şahid3 xx.xx.2020-ci, Şahid2 isə xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiklərini bildirmişlər. Onlar ibtidai istintaq zamanı digər Şahid1 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişlər. İşdə olan Bakcell MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli BKC\LGL-18597\20 nömrəli məktuba əlavə edilmiş diskə baxış protokolundan görünür ki, həmin 01 ədəd "CD" disk "HP" markalı kompüterə daxil edilərək baxış keçirildi, baxış zamanı diskin məzmununda 14 ədəd fayl aşkar edilmişdir.Baxış keçirilərək müəyyən edilmişdir ki; -“Nömrənin. Məxsusluq. Tarixçəsi **********4648 **********7” adlı faylı açıldıqda onun içərisində ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs4 aid olması barədə məlumatlar aşkar edilmişdir. -“Nömrənin. Məxsusluq. Tarixçəsi **********5506 5********.17” adlı faylı açıldıqda onun içərisində ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs1 oğluna aid olması barədə məlumatlar aşkar edilmişdir. -“Nömrənin. Məxsusluq. Tarixçəsi. **********0605 5********.17” adlı faylı açıldıqda onun içərisində ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs2 oğluna aid olması barədə məlumatlar aşkar edilmişdir. -“SMS.Tarixçəsi. **********5456 997998820” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“SMS.Tarixçəsi. **********5511 559327424” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“SMS.Tarixçəsi. **********5515 559327424” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“SMS.Tarixçəsi. **********5529 555215835” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“SMS.Tarixçəsi. **********5551 555215835” adlı faylı açıldıqda onun içərisində iş üşün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“Zənglərin Detallaşması **********4618 ********* 17”adlı faylı açıldıqda onun içərisində Təqsirləndirilən şəxs4 məxsus ***-***-**-** mobil nömrəsinə daxil və xaric olan zənglərin siyahısına, həmçinin həmin mobil nömrənin anten dairəsinə dair məlumatlar özündə əks etdirdiyi müəyyən edilmişdir. Həmin siyahıya baxış keçirən zaman sonuncu zəng tarixinin xx.xx.2020-ci il tarixdə olması müəyyən edildi. Həmçinin iş üzrə toplanmış materiallardan görünür ki, Şəki rayon ərazisində baş vermiş oğurluq hadisəsi xx.xx.2020ci il tarixdə baş vermişdir. Buna görə həmin faylda iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. -“Zənglərin.Detallaşması **********5455 ********* 17” adlı faylı açıldıqda onun içərisində Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə daxil və xaric olan zənglərin siyahısına, həmçinin həmin mobil nömrənin anten dairəsinə dair məlumatlar özündə əks etdirdiyi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 məxsus mobil nömrəsi ilə 29 dəfə, Təqsirləndirilən şəxs2 məxsus mobil nömrəsi ilə isə 97 dəfə telefon danışıqların olması müəyyən edildi. Təqsirləndirilən şəxs2 məxsus mobil nömrə ilə sonuncu danışığının xx.xx.2020-ci il tarixdə saat 00:56-da Gəncə rayon ərazisində olması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus mobil nömrənin anten dairəsinin xx.xx.2020 14:03:17 radələrində Gəncə şəhəri. Bayan küçəsi, saat 17:25:54 radələrində Göygöl rayonu,Üçtəpə kəndi 18:30:36 radələrində Göy-göl rayon, Üçtəpə kəndində olması müəyyən edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə anten dairəsinin 10:58:17 radələrində Şəki rayon Baş Zəyzid kəndi olması müəyyən edilmişdir. -“Zənglərin. Detallaşması. **********0555 ********* 17”adlı faylı açıldıqda onun içərisində Təqsirləndirilən şəxs2 məxsus mobil nömrəyə daxil və xaric olan zənglərin siyahısına, həmçinin həmin mobil nömrənin anten dairəsinə dair məlumatlar özündə əks etdirdiyi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 məxsus mobil nömrəsi ilə 2 dəfə, Təqsirləndirilən şəxs1 məxsus mobil nömrəsi ilə isə 89 dəfə telefon danışıqların olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 məxsus mobil nömrə ilə sonuncu danışığının xx.xx.2020-ci il tarixdə saat 00:59-da Gəncə şəhər ərazisində olması müəyyən edildi. Baxış zamanı T. Nağıyevə məxsus mobil nömrənin anten dairəsinin xx.xx.2020-ci il tarixdə saat 20:03 və 20:17-də anten dairəsinin müvafiq olaraq Daşkəsən rayonu, Fərhad heykəlinin yaxınlığında və Daşkəsən rayonu, Xoşbulaq kəndində olması müəyyən edilmişdir. Həmçinin baxış zamanı anten dairəsinin xx.xx.2020ci il tarixdə saat 15:52-də Göygöl rayonu, 17:30 Gəncə rayonu, 18:00-dan 18:30-dək Göygöl rayonu Üçtəpə kəndi, 19:30-da Gəncə rayonu ərazisində olması müəyyən edilmişdir. Bundan başqa baxış zamanı anten dairəsinin xx.xx.2020-ci il tarixdə 11:08 və 11:11-də Şəki rayon Orta Zəyzid kənd ərazisində olması müəyyən edilmişdir. - “Zənglərin. Məxsusluq.Tarixçələri **********5459 555215835 BKC” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilmədi. -“Zənglərin.Məxsusluq.Tarixçələri **********2650 997998820J3KC (2)” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. -“Zənglərin.Məxsusluq.Tarixçələri **********2701 559327424JBKC (2)” adlı faylı açıldıqda onun içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İşdə olan xx.xx.2020-ci il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan xx.xx.2020-ci il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. İşdə olan xx.xx.2020-ci il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu məhkəməsinin qərarına əsasən isə cəzasının qalan 10 ay 22 gün hissəsindən vaxtından əvvəl şərli olaraq azad olunmuşdur. Göründüyü kimi CM-nin 83.3.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 2388 nömrəli Gəncə şəhəri Psixonevroloji dispanserdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 həmin dispanserdə qeydiyyatda deyildir. İşdə olan xx.xx.2020-ci il tarixli, 2389 nömrəli Gəncə şəhəri Psixonevroloji dispanserdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda deyildir. İşdə olan xx.xx.2020-ci il tarixli, 2390 nömrəli Gəncə şəhəri Psixonevroloji dispanserdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda deyildir. İşdə olan xx.xx.2020-ci il tarixli 3116 nömrəli Gəncə şəhəri Psixonevroloji dispanserdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin dispanserdə qeydiyyatda deyil. İşdə olan xx.xx.2020-ci il tarixli, 3001 nömrəli Gəncə şəhəri Rayonlararası Narkoloji dispanserdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 həmin dispanserdə qeydiyyatda deyil. İşdə olan xx.xx.2020-ci il tarixli, 3002 nömrəli Gəncə şəhəri Rayonlararası Narkoloji dispanserdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda deyil. İşdə olan xx.xx.2020-ci il tarixli, 3003 nömrəli Gəncə şəhəri, Rayonlararası Narkoloji dispanserdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda deyil. İşdə olan xx.xx.2020-ci il tarixli, 3570 nömrəli Gəncə şəhər Rayonlararası Narkoloji dispanserdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin dispanserdə qeydiyyatda yoxdur. İşdə olan xx.xx.2020-ci il tarixli Daşkəsən rayon X18 Mərkəzindən daxil olmuş məktubdan görünür ki, təxminən diri çəkisi 200 kq olan 01 baş düyənin orta bazar qiyməti 1000 manat ola biləcəyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 625 nömrəli Şəki-Bazar ASC-dən daxil olmuş məktubdan görünür ki, 01 baş, 2 yaşlı, təxminən diri çəkisi 250 kiloqram olaraq erkək dananın xx.xx.2020-ci il tarixinə orta bazar satış qiyməti 1600 manat təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli 633 nömrəli Şəki-Bazar ASC-dən daxil olmuş məktubdan görünür ki, bir baş diri çəkisi 25 kq olan erkək qoyunun xx xxxxxx 2020-ci il tarixə orta satış bazar qiyməti 140 manat təşkil etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 634 nömrəli Şəki-Bazar ASC-dən daxil olmuş məktubdan görünür ki, 01 metr əl ilə hörülmüş, istifadə olunmuş kəndirin xx xxxxxx 2020ci il tarixə orta satış bazar qiyməti 02 (iki) (15 metr X2 man= 30 man) 30 manat təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli, 1378 nömrəli Gəncə şəhər, Kəpəz RİH başçının 1 nömrəli SİƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanında qeydiyyadadır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Himayəsində 2017-ci və 2019-cu il tarixdə anadan olmuş Bəxtiyar və Zəhra adında iki azyaşlı uşağı vardır. Bu hal həmçinin işdə olan doğum şəhadətnamələri ilə də təsdiq olunur. İşdə olan xx.xx.2020-ci il tarixli 2293 nömrəli Gəncə şəhər, Kəpəz RİH başçının 1 nömrəli SİƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Himayəsində 2010-cu il tarixdə anadan olmuş Zeynəb adında bir azyaşlı uşağı vardır. Bu hal həmçinin işdə olan Zeynəbə məxsus AZE 11061571 saylı şəxsiyyət vəsiqəsinin surəti ilə də təsdiq olunur. İşdə olan xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında qeydiyyadadır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki. Təqsirləndirilən şəxs4 ünvan 7 ünvanında qeydiyyadadır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşin 212-ci səhifəsində olan Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 istintaq dövründə 1 baş erkək dananı və 15 metr uzunluğunda 1 ədəd kəndiri təhvil almışdır. İşdə olan Daşkəsən rayon, Daşkəsən qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə Daşkəsən RPŞ-nə ərizə ilə müraciət edərək 01 baş inəyinin oğurlanması nəticəsində ona dəymiş ziyanın tam olaraq ödənildiyini, buna görə də şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 1677 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2020-ci il tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli, 2200 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 1692 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə saat 22:05-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli, 4(075)-82/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 1710 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə saat 00:35-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli, 2201 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 211 saylı qərardan görünür ki, Nağıyev X4 RPŞ-i tərəfindən şübhəli şəxs qismində tanınmış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 204 saylı qərardan görünür ki, Əkpərov X12 RPŞ-i tərəfindən şübhəli şəxs qismində tanınmış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan DSMF PHŞ-in 18 saylı regional ərazi filialı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş ARAYİŞ-dan görünür ki, Təqsirləndirilən şəxs3 İİİ qrup əlildir. İşdə olan AA2490899 seria nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə anadan olmuş X13 adında 1 azyaşlı övladı vardır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər Polis Şöbəsinin xx xxxx 2021-ci il tarixli məktubuna əlavə edilmiş “Axtarışda olan şəxsin könüllü gəlməsi barədə” protokoluna əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən və məhkəmə orqanından qaçıb gizləndiyi üçün barəsində xx.xx.2021-ci il tarixdən Şəki ŞRPŞ tərəfindən 820785 nömrəli axtarış işi üzrə axtarışa elan olunmuş xx.xx.1991-ci il təvəllüdlü ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs4 xx.xx.2021-ci il tarixdə könüllü olaraq Şəki ŞRPŞ-yə gəlmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyə Nazirliyi Pentisiar Xidməti X6 xx xxxx 2021-ci il tarixli N xx/xx-1289 məktubundan görünürki barəsində xxxx tədbiri seçilməklə axtarış elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə təqsirli bilinən həbs edilmiş şəxs Təqsirləndirilən şəxs4 xx.xx.2021-ci il tarixdə Şəki ŞRPŞ-nə könüllü olaraq getmiş və xx.xx.2021-ci il tarixdə Şəki ŞRPŞ əməkdaşları tərəfindən Şəki penitensiar müəssisəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə əməlləri Cinayət Məcəlləsinin 177.2.1ci maddələri ilə oğurluq cinayəti törətmələri düzgün tövsif edilib. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onlar cinayət törətməkdə təqsirlidirlər və onlara Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun əvvəllər məhkum olunmasını, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını, habelə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmasını onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən məhkəmə residivə görə cəza təyin edərkən əvvəllər törədilmiş cinayətlərin sayını, xarakterini, ağırlığını və nəticələrini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan halları, habelə yeni cinayətin xarakterini, ağırlığını və nəticələrini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə təyin edilmiş cəza həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında daha ciddi cəzanın yuxarı həddi kimi 5 (beş) il müddətinədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Odur ki, CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq cəza onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin yarısından, yəni 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından az ola bilməz. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü madəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Buna görə də qeyd edilən maddəyə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkməli, həmçinin onun barəsində seçilmiş xxxx tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2017-ci və 2019-cu il tarixdə anadan olmuş 2 azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını, habelə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Gəncə şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə saat 00:35-də şübhəli şəxs qismində tutulması və xx.xx.2020-ci il tarixdə MSY-dən azad edilməsi ona cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2010-cu il tarixdə anadan olmuş 1 azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını, habelə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Gəncə şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İşdən də göründüyü kimi Əkpərov X12 RPŞ-i tərəfindən xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmamış, şübhəli şəxs qismində yalnız tanınmaqla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını, habelə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, Barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Gəncə şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs4 xx.xx.2020-ci il tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulması, xx.xx.2020-ci il tarixdə MSY-dən azad edilməsi və həmçinin xx.xx.2021-ci il tarixdə Şəki ŞRPŞ-nə könüllü gələrək xx.xx.2021-ci il tarixdə Şəki ŞRPŞ əməkdaşları tərəfindən Şəki penitisiar müəssisəsinə yerləşdirilməsi cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs4 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olmuş 01 baş erkək dananın və Ford markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması, həmçinin Zərərçəkmiş şəxs1 01 baş erkək dananın kəndiri ilə birlikdə oğurlanmasına görə 1630 manatın, Zərərçəkmiş şəxs2 məxsus 01 baş düyənin oğurlanmasına görə 1000 manat olmaqla ümumilikdə 2630 maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddianın, ekspertiza xərcinin və hər hansı əmlak üzərinə həbs qoyulmaması da nəzərə alınmalıdır. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı onların hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkilləri uyğun olaraq Müdafiəçi4, Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 həvalə edilmişdir. Müdafiəçi4 Şəki ŞRPŞ-nə təqdim etdiyi hesabatında bununla bağlı 45 saat, Müdafiəçi3 30 saat, Müdafiəçi1 30 saat və Müdafiəçi2 isə 10 saat vaxt sərf etdiyini göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-cı il tarixli, 31 saylı qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilən hüquqi yardıma görə 270 manat haqq hesablanaraq Müdafiəçi4, Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə 180 manat haqq hesablanaraq Müdafiəçi3, Təqsirləndirilən şəxs4 göstərilən hüquqi yardıma görə 180 manat haqq hesablanaraq Müdafiəçi1 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə 60 manat haqq hesablanaraq Müdafiəçi2 verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, iki doqquz ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla-cəmi dörd gün müddət ona təyin edilmiş iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş bir il on bir ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Gəncə şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, bir il doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş bir il doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Gəncə şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, bir il doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, həmçinin xx.xx.2021-ci il tarixdə Şəki ŞRPŞ-nə könüllü gələrək xx.xx.2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixinədək X3 saxlanıldığı 24 gün, cəmi 26 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla-cəmi 1 ay 22 gün müddət ona təyin edilmiş bir il doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq bir il yeddi ay səkkiz gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş bir il yeddi ay səkkiz gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Gəncə şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olmuş 01 baş erkək dananın və Ford markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması, həmçinin Zərərçəkmiş şəxs1 01 baş erkək dananın kəndiri ilə birlikdə oğurlanmasına görə 1630 manatın, Zərərçəkmiş şəxs2 məxsus 01 baş düyənin oğurlanmasına görə 1000 manat olmaqla, ümumilikdə 2630 maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın, ekspertiza xərcinin və hər hansı əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilən hüquqi yardıma görə 270 manat haqq hesablanaraq Müdafiəçi4, Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə 180 manat haqq hesablanaraq Müdafiəçi3, Təqsirləndirilən şəxs4 göstərilən hüquqi yardıma görə 180 manat haqq hesablanaraq Müdafiəçi1 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə 60 manat haqq hesablanaraq Müdafiəçi2 “xxxx” KB ASCnin Şəki şəhər filialındakı AZ81UBAZ**********0090AZN001 saylı, VÖEN: ********** hesabına köçürülsün. “xxxx” KB ASC-nin Şəki şəhər filialındakı bank rekvizitləri: benefisiar bankın hesab nöməsi AZ46NABZ********************, Kod 502531, VÖEN: **********, SWİFT UBAZAZ22. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən Cahid İmanov