Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-11/2023 03.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1999-cu ildə Şəki şəhərində аnаdаn olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, məhkumluğu olmаyаn, işsiz, ünvan 5 ünvаnındа pasport qeydiyyatında olmаqlа, tutulana qədər həmin ünvаndа yaşamış, bаrəsində “həbs” qətimkаn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryək əldə edib üzərində saxlayaraq daşımış, 10 avqust 2022-ci il tarixdə Şəki Şəhər- Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin tarixdə saat 21:15 radələrində Şəki şəhəri, X10 küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X8 prospekti 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 19,845 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə ibtidai istintaq orqanının mövqeyi ilə razılaşaraq, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamın düzgün olduğu qənaətinə gəlmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, üç ilə yaxın bir müddətdir narkotik vasitə istifadə etmiş, narkotik vasitənin əsasən tiryək növündən istifadə edərək qəbul etdiyi narkotik vasitəni Bakı şəhərindən tanımadığı şəxslərdən almışdır. İlk dəfə tutulmamışdan 20 gün əvvəl istirahət etmək məqsədi ilə Bakı şəhərinə getmiş və Bakı şəhərində “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında ünvanını bilmədiyi evdə təklikdə kirayə yaşamışdır. xx.xx.2022-ci il tarixdə narkotik vasitə qəbul etmək istəmiş, lakin, özündə narkotik vasitə olmadığı üçün narkotik vasitə almaq məqsədi ilə əvvəllər narkotik vasitə aldığı Bakı şəhəri Yasamal rayonu ərazisindəki adını bilmədiyi küçəyə getmiş, həmin yerdə bir qədər gəzişib narkotik vasitə ala biləcəyi şəxs axtardığı vaxt küçədə bir nəfər narkotik vasitə istifadəçisinə bənzəyən şəxs görmüşdür. Həmin şəxs hərəkətlərindən və bədən quruluşundan uzun müddət narkotik vasitə istifadə edən şəxsə oxşamışdır. O, həmin şəxsdən narkotik vasitə ala biləcəyini düşünüb, ona yaxınlaşmış və özünün də narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Söhbət zamanı həmin şəxs ona narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O, həmin şəxsdən narkotik vasitə təşkil edə bilib-bilməyəcəyini soruşduqda, adını bilmədiyi şəxs ona üzərində narkotik vasitə olan tiryək olduğunu, həmin tiryəki ona 75 (yetmiş beş) manata sata biləcəyini bildirmiş, o, həmin şəxslə razılaşıb, 75 manat ödəyərək bir ədəd sellofan bükümdə tiryək alaraq bükümü əynindəki şalvarın cibinə qoymuşdur. Həmin vaxtdan sonra içərisində tiryək olan bükümü onda olduğunu heç kimin bilməməsi üçün gündəlik geyindiyi şalvarın cibində saxlamış, 2 gün Bakı şəhərində qaldıqdan sonra Şəki şəhərinə qayıtmaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə o, Bakı şəhərindəki Beynəlxalq Avtovağzaldan dövlət nömrə nişanını xatırlamadığı, Mercedes markalı taksi ilə Şəki şəhərinə yola düşmüş, axşam saatlarında Şəki şəhərinə çatıb yaşadığı Şəki şəhəri, M.B.Qasımov küçəsindəki evin yaxınlığında taksidən enib, evinə gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını və onun üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlamağı barədə məlumatlarının olmasını bildirərək birlikdə polis şöbəsinə getməli olduğunu qeyd etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində otaqların birində ona üzərində şəxsi axtarış aparılacağı bildirilərək Şəki rayonu ərazisində fəlaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, o, təqdim olunmuş siyahıdan vəkil seçmiş, bundan sonra müdafiəçi və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə üstündə şəxsi axtarış aparılacağı bildirilmiş və təhqiqatçı tərəfindən ona üstündə, paltarında, paltarlarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığı, içərisində tiryək olan həmin bir ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuş və bunlardan başqa üzərində hər hansı bir əşyanın olmadığını qeyd etmişdir. Sonra təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir şey aşkar olunmamışdır. Həmin vaxt onun üzərindən aşkar edilmiş, yəni şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd sellofan bükümün içərisində nə olması soruşulduqda, o, həmin bükümün içərisindəki kütlənin tiryək olmasını bildirərək həmin tiryəki özü istifadə etmək üçün üç gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra həmin sellofan büküm açılmış və içərisindən qara rəngli kütlə çıxmış, ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, üzərindən aşkar olunmuş içərisində tiryək olan sellofan büküm həmin zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Videoçəkiliş dayandırıldıqdan sonra onlara nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, videoçəkiliş bərpa edilmiş, heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və baxış iştirakçıları protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Atasının xəstə olduğunu, ondan başqa atasına baxan heç kimin olmadığını və anasının rəhmətə getdiyini bildirmişdir. O, əməlindən peşman olmuş, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz vermiş və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmamışdır. “Salman” adlı şəxsin Şəki rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, “Salman” adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə tərəfindən raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuş, alınmış əməliyyat məlumatına əsasən “Salman” adlı şəxsin xx.xx.1999cu il təvəllüdlü, ünvan 4 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin tarixdə tərəfindən Şəki ŞRPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuş, şöbə rəisinin icazəsi ilə 10 avqust 2022-ci il tarixdə onun rəhbərliyi, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şəki şəhəri M.B.Qasımov küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demişlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Natiq Əzimova həvalə edilmiş, təhqiqatçı Natiq Əzimov öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdan seçmiş, vəkil dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis dəvət edilmiş, mütəəssis gəlmiş və hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçnin, onun, əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa bir əşyanın olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir şey aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin tiryək olmasını bildirərək həmin tiryəki özü istifadə etmək üçün üç gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin sellofan büküm açıldıqda, içərisindən narkotik vasitəyə bənzər qara rəngli kütlə aşkar olunmuşdur. Daha sonra ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində tiryək olan sellofan büküm zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş, o da heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmadığı üçün o və baxış iştirakçıları protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, o, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmamışdır. “Salman” adlı şəxsin Şəki rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, “Salman” adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə Şəki ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuş, alınmış əməliyyat məlumatına əsasən “Salman” adlı şəxsin xx.xx.1999-cu il təvəllüdlü, ünvan 4 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin tarixdə Şahid1 tərəfindən Şəki ŞRPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuş, şöbə rəisinin icazəsi ilə 10 avqust 2022-ci il tarixdə Şəki ŞRPŞnin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şəki şəhəri M.B.Qasımov küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demişlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Natiq Əzimova həvalə edilmiş, təhqiqatçı Natiq Əzimov öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdan seçmiş, vəkil dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis dəvət edilmiş, mütəəssis gəlmiş və hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçnin, onun, baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa bir əşyanın olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir şey aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin tiryək olmasını bildirərək həmin tiryəki özü istifadə etmək üçün üç gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin sellofan büküm açıldıqda, içərisindən narkotik vasitəyə bənzər qara rəngli kütlə aşkar olunmuşdur. Daha sonra ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində tiryək olan sellofan büküm zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş, o da heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmadığı üçün o və baxış iştirakçıları protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 10 avqust 2022-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 2250-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 21-22) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 10 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş video diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitəyə bənzər qara rəngli kütlə olan 01 ədəd sellofan büküm aşkar edilmiş, zərfə qoyularaq qablaşdırılıb götürülmüşdır. (İş.v 41-49) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X5 11 avqust 2022-ci il tarixli, 17/632 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…” sözləri və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərsindəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəksi – 19,845 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqat prosessinin təsvirinin Qeydindən görünür ki, tiryəkin təmiz çəkisi-19,845 qr., tədqiqata sərf edildi-0,100 qr., qalıq-19,745 qram təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (İş.v 54-56) 12 avqust 2022-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İş.v 94-96) 12 avqust 2022-ci il tarixli təqdimatdan görünür ki, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilmişdir. (İş.v 97-99) Şəki Rayon Məhkəməsinin 4(075)-84/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə verilmiş təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (İş.v 101-103) 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, CM-nın 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İş.v 104-105) 23 sentyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, CM-nın 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Yasamal rayonu ərazisində yerləşən 53 nömrəli orta məktəbin qarşısında yeri müəyyən olunaraq Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən tutulmuş və Şəki ŞRPŞ-yə gətirilərək İstintaq Bölməsinə təhvil verilmişdir. (İş.v 133) 23 sentyabr 2022-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 2250-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 144-146) 25 sentyabr 2022-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İş.v 149-151) 25 sentyabr 2022-ci il tarixli təqdimatdan görünür ki, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilmişdir. (İş.v 152-154) Şəki Rayon Məhkəməsinin 4(075)-98/2022 saylı, 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə verilmiş təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (İş.v 156-163) Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 947 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 148) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş.v 164) Şəki Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 421 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. (İş.v 184) Məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli 1680 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İş.v 185) Şəki şəhər İHB-nın «Giləhli» məhəllə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 32 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında atası X4 ilə birlikdə yaşayır. (İş.v 188) Şəki şəhər İHB-nın «Giləhli» məhəllə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 33 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (İş.v 189) Şəki Rayon Məhkəməsinin 1(075)-114/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və barəsində axtarış elan edilmişdir. 13 dekabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokolun surətindən görünür ki, CM-nın 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 13 dekabr 2022ci il tarixdə saat 11:05 radələrində Yasamal rayonu Zahid Xəlilov küçəsində yeri müəyyən olunaraq Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən tutulmuş və Şəki ŞRPŞ-yə gətirilərək təhvil verilmişdir. X2 13 dekabr 2022-ci il tarixli, xx/xx-5643 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şəki RPŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2022-ci il tarixdə Pentensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə gətirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan tiryəkin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryək əldə edib üzərində saxlayaraq daşımış, 10 avqust 2022-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin tarixdə saat 21:15 radələrində Şəki şəhəri, X10 küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X8 prospekti 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 19,845 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai təhlükəli əməldən səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci ildən xx.xx.2022ci ilədək həbsdə saxlandığı 2 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 2 gün, xx.xx.2022-ci il tarixdən hazırki günədək, yəni xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 1 ay 22 gün, cəmi 1 ay 26 gün müddət nəzərə alınaraq ona təyin edilmiş həbsdə saxlandığı cəmi 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar olunan, tədqiqatlardan sonra xalis çəkisi 19,745 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı cəmi 1 (bir) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 3 ay 22 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 2 (iki) ay, 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 2 (iki) il, 2 (iki) ay, 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2300-dan növbəti gün saat 0600-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar olunan, tədqiqatlardan sonra xalis çəkisi 19,745 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-11/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-11/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver