Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-110/2025 04.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs və nümayəndəsi X3 iştirakları ilə xx xxxxxx 1990-cı ildə Balakən rayonu, Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Qazma kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqınnda iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İrəli sürülmüş ittiham, onunla bağlı izahat və ifadələr: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə və digər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, ittiham aktına əsasən, o, 15 fevral 2025-ci il tarixdə, saat 17 radələrində gündüz və quru hava şəraitində, sürücülük hüququ əsasında və ayıq vəziyyətdə olmaqla idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Kamaz 53212 Yük” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 10-12 ton yüklü vəziyyətdə Şəki rayonunun Baş Göynük kənd avtomobil yolunda rayonunun Aşağı Göynük kəndi istiqamətində enişə doğru 50 km/saat sürətlə hərəkətdə olarkən, “Şəki-Qax” avtomobil yolunun kəsişməsinə olan məsafə kritik həddə qədər azaldığı zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin (yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla)) tələblərini pozmaqla diqqətsizlik edərək yol şəraitinə nəzarət etməmiş və hadisə yerinə çatmağına təxminən 400 metr məsafə qalmış sürət həddi artaraq 80-100 km/saat olduğundan həmin sürətlə hərəkətini davam etdirərək, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələblərinə riayət etməmiş, nəticədə həmin yol sahəsində idarə etdiyi “Kamaz 53212 Yük” markalı, **- MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib, avtomobili yol şəraitinə uyğun olmayan sürətlə idarə edərək avtomobilin idarə olunmaz vəziyyətə düşməsi səbəbindən idarə etməni itirib, “Şəki-Qax” avtomobil yolunun kəsişməsində dönməli olduğu halda yolu düzünə keçərək ehtiyatsızlıqdan qarşı tərəfdə, Şəki rayonu Baş Göynük kənd avtomobil yolunda avtomobilin yoldan çıxaraq yük yerinin sağ qapı dirəyi ilə həmin yol sahəsində kənarda hərəkətdə olan piyada X6 vuraraq sonuncunun açıq kəllə beyin travması, kəllə qapağı sümüklərinin çoxsaylı açıq sınıqları, baş-beyin toxumalarının eakuasiyası, əzilib-dağılması, döş qəfəsi və qarın boşluğu orqanlarının əzilmiş yaraları ilə müşayət olunan döş qəfəsi və qarın boşluğunun açıq yaraları, daxili orqanların yerdəyişmələri ilə əzilib dağılmaları kimi dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə həyat üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq həyatla bir araya sığmayan həyat üçün vacib orqanların tamamilə əzilib-dağılmaları nəticəsində hadisə yerində ölməsinə, həmçinin hərəkətə davam edərək qarşıda yolun sağ ehtiyat hissəsində hərəkətsiz dayanmış iki avtomobillə təmas edərək toqquşduqdan sonra yolun hərəkət hissəsində dayanmış, sürücü Zərərçəkmiş şəxs məxsus “Belarus 892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun arxa hissəsi ilə toqquşma baş verməsi nəticəsində ehtiyatsızdlıqdan traktorun içərisində əyləşmiş sürücü Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, təpə-gicgah sümüyünün qapalı yerdəyişməyən sınığı, sol alın-gicgah payının hemorragik əzilməsi, sol bud sümüyünün qapalı sınığı, bədənin müxtəlif nahiyələrinin qançır və sıyrıqları nəticəsində inkşaf edən travmatik şok kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər zərər çəkmiş şəxsin ölümünə və bir nəfər zərər çəkmiş şəxsin dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində səhhətinə dəymiş 5000 manat, “Belarus 892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktoruna dəymiş 4590 manat maddi zərərin və 116 manat dövlət rüsumunun əvəzinin ödənilməsi tələbi icraata qəbul edilmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahid ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə bilikdə Balakən rayonunun Qazma kəndində yaşayır. Təxminən 14 ildən artıqdır ki, avtomobil idarə edir. Hazırda isə özünə məxsus “KAMAZ 53212 YÜK” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edir və həmin yük avtomobili ilə sifarişlər əsasında müxtəlif yüklər daşıyaraq ailəsini dolandırır. xx.xx.2025-ci il tarixdə səhər vaxtı o, tanışı Anar adlı şəxsə zəng edib, daşınılası yükü olub-olmadığını soruşmuş, sonra Anar ona həmin günü saat 10 radələrində zəng edib, daşımaq üçün quru odun qırıntıları olduğunu, həmin odunları daşıya biləcəyini soruşmuşdur. O da Anara razılıq verib, hara gələcəyini soruşduqda ona günün ikinci yarsında Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən “Göynük Petrola” gəlməyini və onu orda qarşılayacağını demişdir. O da tək avtomobilini idarə edərək Balakən rayonundan Şəki rayonuna gəlmiş və “Göynük Petrol”a çatanda yenidən Anarla mobil telefonla əlaqə saxlayaraq qeyd olunan ünvanda görüşmüşlər. Oradan isə Anarın idarə etdiyi, dövlət nömrə nişanına fikir vermədiyi açıq qəhvəyi rəgli, “VAZ 2106” markalı avtombilin arxasınca Şəki rayonunun Baş Göynük kəndinə getmişlər, həmin kənddə tanımadığı evin qarşısında dayanmışlar, orada avtomobilə yüklənəcək odun parçalarını Göyçay rayonuna aparacağını və həmin rayonda özünün deyəcəyi “İstilik” parnikinə təhfil verəcəyini demişdir. Bundan sonra həmin evdə olan quru və çürümüş odunları özünün və ev sahibinin köməyi ilə onun yük avtomobilnə yüklənmişdir. Anar getdikdən sonra o da idarə etdiyi yük avtomobili ilə Baş Göynük kəndindən Göyçay rayonuna getmək üçün üzü “Şəki-Qax” yolu istiqamətində hərəkətə başlamışdır. Onun idarə etdiyi “KAMAZ 53212 YÜK” markalı avtomobil yüklü olduğu üçün sürətlər qutusunun 2-ci pilləsində olmaqla təxminən 50 km/saat sürətlə hərəkət etdirmişdir. Baş Göynük yolundan “Şəki-Qax” yolununun kəsişməsinə təxminən 400 metr məsafə qalmış, avtomobil də yüklü olduğu üçün və yol enişli olduğundan sürətin artığını görüb, ayağını əyləc pedalına basmış, lakin sürət artdığı üçün əyləcin saxlamayacağını görüb, əlavə kömək üçün əl əyləcini dartmışdır. Lakin əl əyləcinində avtomobilin sürətinin azalmasına kömək etməmişdir. Sonra yenidən ayağı ilə əyləci sıxmışdır. Avtomobildə hava sisteminin partlamasını eşitmişdir. Lakin idarə etdiyi yük avtomobili daha da sürətlənmiş və o, “Şəki-Qax” yolunun kəsişməsinə çatmışdır. O, istəmişdir ki, avtoobili aşırtsın. Lakin idarə etdiyi yük avtomobilini saxlaya bilməyəcəyini və avtomobilini baş yola, yəni “Şəki- Qax” yoluna döndərə bilməyəcəyini görüb, Baş Göynük yolunda gəldiyi istiqamətdə hərəkəti düzünə davam etdirərək “Şəki-Qax” yolunu kəsişməsini də düzünə keçib, həmin kənd yolunda hərəkətə davam etdikdə yolun sol və sağ kənarında çox saylı insanların dayandığını görmüşdür. O, hərəkət istiqamətində yolun solunda insanların çox olduğunu və yolun hərəkət hissəsinin sağında dayanmış traktorun olduğunu görüb, idarə etdiyi “KAMAZ 53212 YÜK” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili sağa çəkmək istəyən vaxt avtomobilin gövdəsi sağa doğru əyilmiş və həmin vəziyyətdə avtomobili sola qaçırtmağa çalışsa da, avtomobildən düşən detal - qapısı dayanmış piyadaya dəyib, qarşıda eyni istiqamətdə hərəkətsiz dayanmış traktorla arxadan toqquşaraq avtomobil sağ tərəfi üstə aşmış və aşmış vəziyyətdə hərəkətinə davam etməklə bir qədər qarşıda dayanmışdır. Toqquşduğu traktorun arxa hissəsində olan dəmir qurğu avtomobilinin qarşı hissəsində qalmış, traktor isə zərbənin təsirindən xeyli qarşıya gedərək, yolun sol tərəfində olan dirəyə dəyib dayanmışdır. O, həmin vaxt özündə olduğunu, lakin baş nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən yüngül xəsarətlər almışdır. Onu avtomobildən tanımadığı şəxslər çıxarmışlar. Onu avtomobildən çıxardandan sonra traktorun malasının onun idarə etdiyi yük avtomobilin kabinasına girdiyini və adını sonradan bildiyi Samir adlı şəxsin yerdə ona məxsus “KAMAZ 53212 YÜK” markalı avtomobilin altında yarlı vəziyyətdə uzandığını görmüşdür. Kənar şəxslərin köməyi ilə Samir adlı şəxsi oradan çıxarıb, yol kənarında uzatmışlar. O, Samiri əvvəllər tanımamışdır. Lakin o, avtomobildən düşəndən sonra kənarda olan şəxslərin “Samir, Samir” deyərək qışqırdıqlarını gördüyü üçün yaralı olan şəxsin adının Samir olmasını bilmişdir. Digər şəxs isə hərəkətsiz olmuş, orada olan şəxslərin dediyindən eşitmişdir ki, yaşlı bir nəfər, yəni Yusif adlı şəxs isə onun idarə etdiyi yük avtomobili ilə törətdiyi qəza nəticəsində ölmüşdür. Orada yol kənarında dayanmış “Ford Transit” markalı yük avtomobillərinə də toqquşma nəticəsində zədə dəymişdir. Həmin avtomobillərdən hansınınsa sürücüsünün deməsinə görə ölən şəxs Yusifə onun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin arxa tin hissəsi dəyib. Bundan sonra hadisə yerinə gələn TTY avtomobili ilə yaralını, meyiti, həmçinin onu Şəki RMX-na aparılmış və orada ilkin tibbi yardım almışdır. Daha sonra isə Şəki ŞRPŞ-nə dəvət olunduğu üçün gələrək hadisə barədə ifadə vermişdir. Faktla bağlı göstərdikləri bunlardan ibarət olmuşdur.Hadisədən əvvəl o, “KAMAZ 53212 YÜK” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 40-45 km/saat sürətlə idarə etdirmişdir. Lakin Baş Göynük kəndindən “Şəki-Qax” yolunun kəsişməsinə çatmağına təxminən 400 metr məsafə qalmış əylənc vasitəsi ilə sürəti azatmaq istədikdə bunu edə bilməmiş, sol yan güzgüdən arxaya baxdıqda arxa təkərdən tüstü çıxdığını görmüş, (lakin yangın olmayıb) ona elə gəmiş ki, əylənc yararsız vəziyyətə düşüb, ona görə də əl əyləncindən də istifadə edə bilməmiş buna görə də sürət bir qədərdə artaraq avtomobilinin əyləc işləmədiyi üçün yük avtomobilinin daha da sürətlənərək 50 km/saat sürətlə yol-nəqliyyat hadisəsini törətməklə avtomobil yolun sağ kənarında dayanmışdır. Həmin gün yağış yağıb dayanmışdır. O, ittiham aktında qeyd edildiyi kimi avtomobilinin saz vəziyyətdə olması ilə razılaşmır. O, istəməzdi ki, belə bir hadisə baş versin. Onun özü də xəsarət almışdır. Hadisə zamanı o, ölümü gözə alıb, hadisənin qarşısını almağa çalışmışdır. Hadisədən sonra zərərçəkmiş Samirə özü yaralı olsa da, su verib, həkim çağırmışdır. Samirin müalicəsində atası onun həmişə yanında olmuşdur. Bakıya aparılmasını təmin etmişdir. Onun ayağına implant qoyulmasında dəstək olmuşdur. Maddi köməklik göstərilmişdir. Avtomobilinə usta baxışı reysə çıxmamışdan 1 həftə qabaq keçirmiş, saz vəziyyətə gətirmişdir. Mülki iddia ilə bağlı onu qeyd etdi ki, məhkəmənin qərarından sonra zərərçəkmiş şəxsə sığorta ödənişi ediləcəkdir. Onun zərəri nisbətən də olsa qarşılanacaqdır. Məhkəmədən onu əməli ehtiyatsızlıqdan törətdiyini, yaxın vaxta valideyn olacağını nəzərə almasını, ədalətli qərara qəbul etdilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, Şəki rayonunun Köndələn kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. X12 ilə 1982-ci ildə kəbinlə ailə həyatı qurmuşlar, rəsmi nikahları vardır. Yusiflə evliliyiklərindən 4 uşağı dünyaya gəlmişdir. Nübar Abdullayeva, Anar Mustafayev, Rəşad Mustafayev və X9 uşaqlarıdır. Mahiyyəti üzrə bildirmişdir ki, 15 fevral 2025-ci il tarixdə saat 17 radələrində Şəki rayonu Baş Güynük kəndidə bibisi oğlunun yas mərasimində olmuşdur. O, yasdan çıxıb yaşadığı evə gedən vaxt Şəki rayonunun Baş Göynük kəndinin Baş Göynük yolu ilə Şəki-Qax yolunun kəsişməsində çoxlu insanların olduğunu, polis əməkdaşlarının olduğunu görmüşdür. O, yaşadığı evə getmişdir. Evdə olan vaxt onunla birlikdə yaşayan gəlini X10 ona yolnəqliyyat hadisəsi baş verdiyini, həmin yol-nəqliyyat hadisəsində əri Yusif Mustafayevi avtomobil vurduğunu onu xəstəxanaya apardıqlarını demişdir. Sonra qonşuları və yaxınları onun yaşadığı evə gələrək baş sağlığı vermişlər. O, həmin vaxt başa düşmüşdür ki, əri Yusif xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində ölmüşdür. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qimində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Şəki rayonu, Aşağı Göynük kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. Yaşadığı kənddə özünə məxsus “Belarus 892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktoru ilə təsərrüfat işlərində işləyərək aldığı məvaciblə ailəsini dolandırır. Mahiyyəti üzrə bildirmişdir ki, 15 fevral 2025-ci il tarixdə saat 17 radələrində Şəki rayonu Baş Göynük kəndində “Şəki-Qax” yolunun kəsişməsini keçərək həmin kəndin “Qarasov” sahəsinə gedən istiqamətdə yolun hərəkət hissəsinin sağ tərəfində özünə məxsus traktorun içərisində əyləşmişdir. Həmin vaxt traktoru işlək vəziyyətdə dayanmışdır. O, həmin vaxt arxadan səs gəldiyini eşitmiş və qəfil arxaya çönüb baxdıqda “Kamaz” maraklı avtomobilin manevr edərək aşdığını və aşdıqdan sonra gəlib arxadan onun olduğu traktora dəydiyini görmüşdür. O, bundan sonra heç bir şeyi xatırlamır. Gözlərini açdıqda Şəki RMX-da olduğunu görmüşdür. Onun səhhətinə dəymiş zərər ailəsinin həyat şəraitinə mənfi təsir etmişdir. Təqsirləndirilən şəxs 3000 manat xərc çəkmişdir. Lakin ona dəymiş zərər daha çoxdur. “Belarus 892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktoruna 18613 manat zərər dəymişdir. Traktor lizinq obyekti olmaqla, sığortalanmışdır. Franşiza məbləği 1273 manat çıxılmaqla qalan hissəsi ona ödəniləcəkdir. Onun avtomobilin dəyərinin örənilməsi ilə bağlı 3317 manat borcu qalmışdır. Həmin məbləğ də ödənişdən çıxılacaqdır. Nəticədə o, həmin məbləğlərdən məhrum olacaqdır. Yəni sonda ona 14023 manat ödəniş gəlib çatcaqdır. Həmin məbləğ isə traktorun, qoşqunun xərclərini ödəmir. Yakun olaraq onun əmlakına, qoşqusuna 4590 manat zərər dəymişdir. Səhhətinə ciddi zərər dəymişdir. Təxminən bu günədək 5000 manatdan yuxarı dərman və müalicəyə xərci çıxmışdır. O, ilk dəfə ona dəymiş zərərin əvəzinin ödənilməsi vədi ilə ərizəsini vermişdir. Sonra görmüşdür ki, zərərəin əvəzi ödənilmir. O, hazırda təqsirləndirilən şəxsdən narazıdır. Ona dəymiş zərəri ödəmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X7 bildirdi ki, o, zərərçəkmiş şəxsin həyat yoldaşıdır. Onların körpə uşaqları var. Uşaqlardan xəstə olanı var. Bu hadisədən sonra ərzaq mağazasına borcları yaranmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs maddi və mənəvi məhrumiyyətlərə məruz qalmasına baxmayaraq, dəstək olmamışdır. Təqsirləndirilən şəxsdən vurduğu zərəri ödəməsini istəmişlər. Onunla düşmənçilikləri yoxdur. Bir ildir ki, təqsirləndirilən şəxsin əməli nəticəsində həyatlarını altüst edilməsinə səbəb olduğundan nifrət edir. Məhkəmədən qanuni qərar qəbu edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə bilikdə Şəki rayonunun Baş Göynük kəndində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. “X26” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Təxminən 10 ildən artıqdır ki, avtomobil idarə edir. Hazırda isə avtomobilini öz təsərrüfatı üçün və məvacib qarşılığında yük daşımaq üçün istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində o, yaşadığı kəndin “Qarasov” sahəsi tərəfdən üzü Şəki-Qax yolunun kəşisməsi istiqamətdə yolun ehtiyyat hissəsində sağ tərəfdə idarə etdiyi “X26” markalı, **- HA-*** dövlət qeydiyyat nişanlı avtombilini saxlamışdır. Onlar kənd camaatı olaraq hər zaman kəndin həmin sahəsinə toplaşdıqlarını bildirmişdir. O, avtomobili saxlayıb düşmüşdür. Yaxınlıqda olan kafeyə getmişdir. O, kafedən çıxıb evə getmək istəyən vaxt Şəki rayonu Baş Göynük yolundan gəlib Şəki-Qax yolunun kəssişməsini keçərək həmin kəndin “Qarasov” sahəsi istiqamətində yüksək sürətlə hərəkət edən yük avtomobilinin, yəni Kamazın sağ təkərləri üstə qalxdığını, saniyə fərqi olmadan sağ böyrü üstə aşdığını, aşmış vəziyyətdə süründüyünü və həmin ona məxsus avtomobilin sağında yolun hərəkət hissəsində dayanmış həmkəndlisi Zərərçəkmiş şəxs məxsus göy rəngli traktoru vuraraq 33-35 metr qarşıya yolun sol tərəfinə atdığını, özünün isə aşmış vəziyyətdə təxminən 43 metr getdiyini görmüşdür. O, dərhal kömək etmək üçün hadisə yerinə qaçmışdır. Həmin vaxt əmisinin “Kömək edin, Samir öldü” dediyini eşitmişdir. Samirə kömək etmək üçün traktorun yanına qaçmışdır. O, Samirin Kamazın yük yerinin ön tərəfi ilə kabinkasının üst tərəfinin arasında huşsuz vəziyyətdə uzandığını görmüşdür. Həmin vaxt traktorun malası kamazın kabinkasının sağ tərəfinə batdığını görmüşdür. O, dərhal Samirə köməklik eləmişdir. Bu vaxt Şəki rayonunun Köndələn kəndində yaşayan Yusifin baş nahiyyəsinin sol tərəfi deşilmiş kamazdan təxminən 30 metr məssafədə yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüşdür. O, Samiri və yerdə uzanmış olan kamazın sürücüsünü köməklik edərək TTY avtomobilinə mindirmişdir. Sonra YPX-nin əməkdaşları gəlmişdir. Hadisə yerini mühafizə etmişlər. Sonra müstəntiq gəlmiş hadisə yerini müayinə etmişdir. Onlar da Samirin arxasınca Şəki RMX-na gəlmişlər. Məhkəmə istintaqında şahid X14 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. O, bildirdi ki, onun idarə etdiyi “X26” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili də bu hadisədə ziyan dəymişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə bilikdə Şəki rayonunun Köndələn kəndində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. X1 uşaq yaşlarından tanımışdır. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində o, adəti üzrə Şəki rayonun Baş Göynük kəndində “Şəki-Qax” yolunnun Baş Göynük kəndinin “Qarasov” sahəsi tərəfə gedən yolda həmin kəsişmədən kəndin “Qarasov”sahəsinə istiqamətdə təxminən 4-5 metr aşağıda həmkəndlisi Məhəmməd İmanovla dayanıb söhbət etmişdir. Həmin vaxt “Şəki-Qax” yolunun kəsişməsindən üzü həmin kəndin “Qarasov sahəsinə gedən yolun hərəkət hissəsi istiqamətdə “Ford” markalı avtomobil dayanmışdır. O, həmin avtomobildə olan satışa çıxarılmış paltarlara baxmış, paltarın baha olduğunu görüb, almayanda “Ford” markalı avtomobilin sürücüsü ona “Sizdən paltar alan olmaz” deyib avtomobilinə əyləşmiş və Şəki şəhəri istiqamətində avtomobilini sürmüşdür. “Ford” markalı avtomobil hərəkətə başlamamışdan 2-3 saniyə əvvəl mərhum Yusif Mustafayev yanlarından keçib həmin kəndin “Qarasov” sahəsi istiqamətində hərəkət etmişdir. “Ford” markalı avtomobil hərəkətə başladıqdan təxminən 10-11 saniyə sonra “Kamaz” markalı yük avtomobilinin Şəki rayonunun Baş Göynük yolundan gəlib “Şəki-Qax” yolunun kəşisməsini keçərək həmin kəndin “Qarasov” sahəsi istiqamətində kəsişməni keçdikdən sonra gövdəsi sağa doğru əyilmiş və həmin vəziyyətdə avtomobilin arxa tin hissəsi yolun sağ kənarında dayanmış piyadaya dəyib, qarşıda eyni istiqamətdə hərəkətsiz dayanmış iki ədəd “Ford” markalı yük avtomobilləri ilə və traktorla arxadan toqquşaraq avtomobil sağ tərəfi üstə aşmış və aşmış vəziyyətdə hərəkətinə davam etməklə bir qədər qarşıda dayanmışdır. Həmin kəndin “Qarasov” sahəsi istiqamətində yolun hərəkət hissəsində dayanmış Zərərçəkmiş şəxs məxsus göy rəngli traktoru vuraraq 33-35 metr qarşıya yolun sol tərəfinə atdığını özünün isə aşmış vəziyyətdə təxminən 43 metr getdiyini görmüşdür. Mərhum Yusifin cansız bədənin həmin kəndin “Qarasov” sahəsinə gedən yolun hərəkət hissəsinin sağ tərəfində kamazdan təxminən 30 metr məssafədə yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüşdür. Bundan sonra ətrafda olan kənd sakinləri hamsı kömək üçün kamaza tərəf getmişlər. Sonra Samiri TTY avtomobilinə mindirib yola salmışlar. Sonra YPX-nin əməkdaşları gəlmiş və hadisə yerini mühafizə etmişlər. Sonra müstəntiq gəlmiş hadisə yerini müayinə etmişdir. Məhkəmə istintaqında Şahid5 Şahid3 Musday oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin DYPB-nin YPX-ti inspektoru vəzifəsində işləyir. 15 fevral 2025-ci il tarixdə əməliyyat qrupunda xidmətdə olmuşdur. Təxminən saat 17 radələrində Şəki ŞRPŞ-nin məsul növbətçisi vəzifəsində işləyən Elvin Musatafazadə zəng edərək Şəki rayon, Aşağı Göynük kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verməsi və xəsarət alanların olması barədə məlumat verdiyi üçün o, əməliyyat quru ilə birlikdə hadisə yerinə getmişdir. Onlar hadisə yerinə çatanda yolda tanımadığı şəxslərin toplaşdığını, Şəki rayon, Baş Göynük kəndindən “Şəki-Qax” yolunun kəsişməsini keçdikdən sonra həmin kəndin “Qarasov” sahəsi deyilən istiqamətdə yolun sağ hissəsində, yolun hərəkət hissəsinə paralel vəziyətdə çox hissəsi dağıntılara məruz qalmış, sağ böyrü üstə aşmış “KAMAZ 53212 YÜK” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili, həmin istiqamətdə yolun sol ehtiyyat hissəsində vurulmuş vəziyyətdə yolun hərəkt hissəsinə pararlel dayanmış “Belarus 892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktoru, “Qarasov” sahəsi tərəfdən üzü Şəki-Qax yolunun kəşisməsi istiqamətdə yolun ehtiyyat hissəsində sağ tərəfdə yolun hərəkət istiqamətinə paralel vəziyyətdə sağ böyrü sürtülmüş vəziyyətdə dayanmış, “X26” markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtombili həmçinin “Qarasov”” sahəsinə gedən istiqamətdə yolun ağ ehtiyyat hissəsində sol böyrü sürtülərək əzilmiş vəziyyətdə “X26” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dayandığını görmüşdür. Həmçinin hadisə yerində Kamaz markalı avtomobildən arxada yerdə adı sonradan ona məlum olan X4 cansız bədəninin uzanmış vəziyyətdə olduğunu görmüşdür. Ətrafda olan şəxlər Yusif Mustafayevin “Kamaz” markalı avtomobilin törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü bildirmişdirlər. Mən hadisə yerinə çatıb hadisə yerinin mühafizəsini təşkil etdim. Müstəntiq hadisə yerini müayinə etdi. Bundan sonra evakuator çağırıldı və “KAMAZ 53212 YÜK” markalı, **-MB- *** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər: - Cinayət işi başlama və icraata götürülməsi haqqında 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır.(İş.v 1) - Hadisə yerinə baxış keçirilməsinə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şəki rayonu, Baş Göynük kəndyolu ilə Şəki-Qax yolunun kəsişməsini keçərək həmin kəndin Qarasov sahəsinə gedən istiqamətdədir. Hadisə yerində yolun sağında və solunda ticarət və iaşə obyektləri var. “Baş Göynük kənd avtomobil yolu”nda, yol sahəsi quru hamar səthə malik olmaqla asfalt örtüklüdür. Yolunun hərəkət hissəsinin ümumi eni 6 metr, sol ehtiyat hissənin eni 1,4 m, sağ ehtiyat hissənin eni 3,8 metrdir. Hadisə gündüz işıqlı hava şəraitində baş vermişdir. “Şəki-Qax” yolunun kəsişməsindən Şəki rayonu, Baş göynük kəndinin “Qarasov” sahəsinə gedən yola doğru 43,9 metrə qarşıda, “Kamaz 53212 Yük” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfi üstə aşmış və yola paralel vəziyyətdə qalmışdır. Bundan başqa hadisə yerində Şəki rayonu, Baş Göynük kəndindən “Şəki-Qax” avtomobil yolunun kəsişməsini, keçməklə nmeyitin yerləşdiyi yerə kimi 66,5 metr məsafədə, “Kamaz 53212 Yük” markalı avtomobilə aid təkər izləri (birtərəfli sağ) müşahidə olunur. Bundan başqa “Kamaz 53212 Yük” markalı avtomobilin meyitdən 27,9 metr məsafədə sağ yan üstə sürtülərək getməsi müşahidə olunur.Yolun sağ kənarından 1,4 metr məsafədə 1 nəfər kişi cinsindən olan meyit vardır. Meyitin əynində paltarlar olmaqla baş nahiyəsinin sol təpə hissəsi güclü zərbənin təsirindən zədə almaqla sümüklər dağılmış vəziyyətdədir.Yolun hərəkət hissəsinin kənarı ilə Şəki rayonu, Baş Göynük kəndindən həmin kəndin “Qarasov” sahəsi istiqamətindədir. “Kamaz 53212 Yük” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşma yeri, Şəki rayonu, Baş Göynük kəndinin “Qarasov” sahəsi istiqamətdə, yolun hərəkət hisəsinin sol kənarından 1,80 metr məsafədə yerləşir. “Kamaz 53212 Yük” markalı avtomobil sağ tərəfi üstə aşdıqdan sonra Şəki rayonu, Baş Göynük kəndinin “Qarasov” sahəsi istiqamətdə, yolun hərəkət hisəsində, yolun hərəkət hissəsinə paralel vəziyyətdə, yolun hərəkət hisəsinin sol kənarından 0,60 metr məsafədə dayanmışdır. **-AB-*** dövlət qeydiyyat nişanlı traktora nisbətdə “Kamaz 53212 Yük” markalı avtomobil toqquşduqdan sonra Şəki rayonu, Baş Göynük kəndinin “Qarasov” sahəsi istiqamətdə, yolun hərəkət hissəsinə paralel vəziyyətdə, sol tərəfdə 3,40 metr məsafədə dayanmışdır. “X26” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Kamaz 53212 Yük” markalı avtomobil dəydikdən sonra Şəki rayonun Baş Göynük kənd yolu ilə “Şəki-Qax” yolunun kəsişməsi istiqamətində yolun hərəkət hisssəsinə paralel vəziyyətdə, sol tərəfdə 2,50 metr məsafədə dayanmışdır. “X26” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəki rayon, Baş Göynük kənd istiqamətində, sola tərəfdə, yolun hərəkət hissəsinə paralel vəziyyətdə “Kamaz 53212 Yük” markalı avtomobildən isə 21,50 metr məsafədə dayanmışdır. Hadisə yerinin sxemi, fotolar hadisə yerinə baxış protokolinda qeyd edilənlərin görünüşünü təsvir edir. (İş.v 6-23) - xx.xx.2025-ci il tarixli, 167 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə günü spirtli içki qəbul etməmişdir. (İş.v 24) - Sürücülük vəsiqəsininn surətindən və Elektron Məhkəmə İnformasiya Sistem məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək “B1, B, C1, C” kateqoriyası üzrə sürücülük hüququ vardır. (İş.v 26) - Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 016-3-13-16-6/2-189/2025 nömrəli məktubdan görünür ki, X21 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək olan BD717855 nömrəli “B1,B,C1,C” kateqoriaylı sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmayıb.(İş.v 47-48) - Balakən rayonu, Qazma kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Muradov X15 rayonu, Qazma kəndində qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (İş.v 56-57) - Şəki ŞİHB-nın Aşağı Göynük kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, X2 rayonu Köndələn kəndində qeydiyyatda olmaqla xx.xx.2025-ci il tarixədək yaşamış, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (İş.v 80-81) - Zərərçəkmiş şəxs qismində tanınma və zərərçəkmiş şəxsin hüquqi varsi qismində tanınması haqqında qərarlardan aydın olur ki, X12 xx.xx.2025-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmış, arvadı X11 eyni tarixdə onun hüquqi varisi qismində tanınmışdır. (İş v.66,69) - Şəki Regional ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş ərizədə qeyd olunur ki, X5 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. (İş v.155) - Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan aydın olur ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (İş v.166) - Şəki Regional ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş ərizədə qeyd olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. (İş v.155) - Şəki Regional ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş ərizədə qeyd olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən imtina etdiyini bildirmişdir. (İş v.199) - Nəqliyyat vasitəsinin qedyiyyata şəhadətnaməsindən məlum olur ki, Belarus 892 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktor “AZMAŞ LİZİNQ “ MMC-yə məxsusdur. (İş v.175) - Sığorta şəhadətnaməsindən aydın olur ki, qeyd olunan traktor “Qala Sığorta” Asc tərəfindən 42500 manat məbləğində sığortalanmış, 1275 manat şərtsiz azadolma müəyyən edilmiş, Zərərçəkmiş şəxs faydalanan şəxs sırasındadır. (İş v. 176) - Şəki RMX PHŞ tərəfindən göndərilmiş tibbi sənədlərlə Zərərçəkmiş şəxs hadisə nəticəsində aldığı xəsarətlər, müaynə və müalicələr aparılmışdır. (İş v.88-113) - Şəki ŞİHB-nın Baş Göynük kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (İş.v 178-179) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğu ilə əldə olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş.v 87) - Balakən Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 27 fevral 2025-ci il tarixli, 18-1-27/2-160/2025 nömrəli məktubdan görünün ki, 1990-cı il təvəllüdlü Muradov X15 RMX-nın PHŞ-in Poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində qeydiyyatda yoxdur. (İş.v 117) - Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Kamaz” markalı avtomobilin kobina hissəsi güclü dinamik zərbə nəticsəində geriyə doğru deformasiya olunmuş, qabaq körpüsü avtomobil üzərindənçıxmışdır. Avtomobilin tormoz sisteminə baxış keçirilən zaman qabaq körpünün avtomobil üzərindən ayrılması nəticəsində qabaq sağ və sol tərəflərə gedən tormoz şlankalrının qırılmış vəziyyətdədir. Abtomobilin orta və arxaya körpüsünə gedən şlanklarda hər hansı partlama, deşilmə və kəsilmə müəyyən edilməmişdir. Avtomobilin arxa və orta körpüsünün enerji akkumlyatorlarının üzərində olmaqla hər hansı nasazlığı olmamışdır. Bundan sonra avtomobilin körpüsünün sol tərəfi, arxa körpüsünün sağ tərəfi sökülmüş, bu zaman tormoz qəliblərinin norma daxilində vəziyyətdə olması müəyyən edilmişdir. Beləliklə, baxış zamanı avtomobilin tormoz sisteminin işlək vəziyyətdə olması müəyyən edilmişdir. (İş.v 146-147) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 16 may 2025-ci il tarixli, 8/672 № li rəyinin nəticə hissəsindən görünür ki, baxışa təqdim olunmuş Kamaz 53212 markalı, **- MB-*** dövlat qeydiyyat nişanlı avtomobilin tormoz sistemi hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yəni avtomobilin tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz 53212 markali. **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilnin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azerbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilan 60 km/saat sürətdən artıq, yeni 80-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 4.5. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə Belarus 892 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (İş.v 184-189) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin trosoloji məhkəmə ekspertizasının 01 may 2025-ci il tarixli, 8/666 № li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş "Kamaz-53212" yük markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (banında, yük yerində, sağ qapıda, yükyerinin qapılarında) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə her hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitəsinin aşması nəticəsində yaranması mümkündür. X4 bədəni üzərində (baş nahiyyəsində) olan xəsarətlərlə həmin avtomobilin üzərində (yükyerinin sağ qapı dirəyində) olan zədə ilə qismən uyğunluq təşkil edir və avtomobilin həmin sahəsi ilə piyadanın təmasda olması istisna edilmir. (İş.v 190-193) - Məhkəmə-tibbi ekspertizasının 05 fevral 2025-ci il tarixli, 06 nömrəli rəyindən görünür ki, X4 məhkəmə tibbi ekspertizası zamanı aşkar olunan xəsarətlər – açıq kəllə beyin travması, kəllə qapağı sümüklərinin çoxsaylı açıq sınıqları, baş-beyin toxumalarının eakuasiyası, əzilib-dağılması, döş qəfəsi və qarın boşluğu orqanlarının əzilmiş yaraları ilə müşayət olunan döş qəfəsi və qarın boşluğunun açıq yaraları, daxili orqanların yerdəyişmələri ilə əzilib dağılmaları, xəsarətlər həyatidirlər, ölümü ərəfəsində yetirilmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yük avtomobilinin yolun kənarında olan piayadanı vurmaı zamanı əmələ gələ bilərlər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə xəsarətlər həyat üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. X4 ölümünə səbəb həyatla bir araya sığmayan həyat üçün vacib orqanların tamamilə əzilibdağılmaları olmuşdur, ölüm meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X8 qanında məhkəmə-tibbi ekspertizası zamanımetil, etil, propil, butil, amir spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, prizolon, 14,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (İş.v 151-154) -Məhkəmə-tibbi ekspertizasının 17 fevral 2025-ci il tarixli, 47 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, təpə-gicgah sümüyünün qapalı yerdəyişməyən sınığı, sol alıngicgah payının hemorragik əzilməsi, sol bud sümüyünün qapalı sınığı, bədənin müxtəlif nahiyələrinin qançır və sıyrıqları nəticəsində inkşaf edən travmatik şok qərarda göstərilən xx.xx.2025-ci il tarixdə, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yük avtomobilinin traktorla toqquşması zamanı traktorun sürücüsü qismində xəsarətləri alması mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. (İş.v 157-159) - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - xx.xx.2025-ci il tarixli iltizam ilə Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqınnda iltizam” qətimkan tədbiri seçilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübutlar, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyətinə cəlb olunur. cəzası nəzərdə tutulmuşdur. Cinayət hüquq nəzəriyyəsinə əsasən təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Həmin Qanunun 50-ci maddəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə istintaqında araşdırma zamanı müəyyən edilən həqiqətdən göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə cinayətkarcasına özünəgüvənmə göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün hadisə baş vermiş və baş vermiş hadisə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Hadisə nəticəsində vətəndaş Yusif Mustafayev ölmüş, digər şəxs Zərərçəkmiş şəxs ağır xəsarət almışdır. Məhkəmə müəyyən edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmaması, həyat yoldaşının hamilə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə çəkişməsi zamanı təqsirləndirlən şəxs Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı dəstək olması üçün dəfələrlə şərait yaradılmışdır. Lakin təqsirləndirilən şəxs zərərin əvəzinin ödənilməsinə cəhd etməmiş, nəticədə Zərərçəkmiş şəxs ondan şikayətçi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2026-cı ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 72-ci bəndinə əsasən yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Zərərçəkmiş şəxs tərəfindən aldığı tibbi müayinə və müalicələrlə bağlı, müalicələrinin davam etməli olması və mülki iddia ərizəsində qeyd etdiyi digər hallarla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş, ittihamda həmin məbləğlər təsidq edilməmişdir. Qeyd olunan halların isə məhkəmə istintaqı zamanı araşdırılması lüzumsuz olaraq istintaqın uzanmasına, mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb olacağına, o cümlədən cinayət prosesinin digər iştirakçılarının hüquqlarının pozulmasına gətirib çıxarar. Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, Zərərçəkmiş şəxs mülki iddia ərizəsində onun səhhətinə dəymiş 5000 manat, “Belarus 892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktoruna dəymiş 4590 manat məbləğin təqsirləndirilən şəxsdən alınıb xeyrinə tutulmasını istəsə də, bu məbləğləri təsdiq edən heç bir zəruri sübutu məhkəməyə təqdim etməyərək mülki iddiasını əsaslandırmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş şəxsin “mülki iddiaçı qismində tanınma, vurulmuş maddi ziyanın ödənilməsinə dair” mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə bildirir ki, zərərçəkmiş şəxsin mülki iddia ərizəsinin baxılmamış saxlanılmasına dair məhkəmələrin mövqeyi prosessual cinayət-prosessual normalara, eləcə də formalaşmış məhkəmə təcrübəsinə uyğundur və həmin mövqe zərərçəkmiş şəxsi mülki mühakimə icraatı qaydasında mülki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Ekspertiza tədqiqatının dəyəri olan 360 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə maddi sübut müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı hökm elan olunduğu tarixdən, yəni 04 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddia baxılmamış saxlanılsın. Ödənilmiş 116 (yüz on altı) manat 0,40 (qırx qəpik) manat dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 360 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №1(075)-110/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-110/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver