Məhkəmə qərarları › İş №1(075)-112/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-112/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-112/2021 24.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxx 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, himayəsində bir az yaşlı övladı olan, işləməyən, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq ünvan 2a yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, qəsdən, epidemiya əleyhinə və karantin rejimlərini pozaraq yeni növ koronavirus (COVİD19) infeksiyasının yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki, o, səhhətində yaranmış narahatlıqlara görə 09.09.2021-ci il tarixdə «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X19 götürülən test nümunəsinin 11.09.2021-ci il tarixdə pozitiv (+) olması müəyyən edildikdən sonra 14 gün müddətinə, yaşadığı ünvan 3 ünvanında karantin nəzarətinə götürülməklə ev şəraitində müalicəsi üçün karantin nəzarətində olmasına, həmçinin bu barədə istifadəsində olan mobil telefonuna İTS.GOV.AZ ünvanından xəbərdarlıq ismarıcı göndərilməklə özü və ailə üzvülərinin yaşayış yerini tərk etməməsi, karantin rejimi qaydasını pozacağı təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllərində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının tələblərini pozaraq, yoluxmuş olduğu yeni növ koronavirus «Covid 19» infeksiyasının hava-damcı yolu ilə yayılması, digər şəxslərlə sosial məsafənin qorunması, infeksiya yoluxmuş şəxslərin digər şəxslərlə birbaşa təmasda olmaması kimi xüsusatları bildiyi halda, 15 sentyabr 2021-ci il tarixdə saat 08:30-da yaşadığı ünvan 3 ünvanında yerləşən evini tərk edərək Mingəçevir şəhər avtovağzalına gəlib saat 09:00 radələrində oradan Mingəçevir-Şəki marşurutu üzrə hərəkət edən ictimai nəqliyyat hesab edilən marşurut avtobusuna əyləşib Şəki şəhər Avtovağzalına, saat 10:00 radələrində oradan ünvan 5 ünvanında yerləşən, Şəki Məhkəmə Kompleksininin inzibati binasına gəlib saat 12:30 radələrinə orada olmaqla ümumilikdə 4 saat ərzində Mingəçevir və Şəki şəhərləri ərazilərində olub karantin rejimini pozmaqla epidemiya əleyhinə və karantin rejimlərini pozaraq yeni növ koronavirus «Covid 19» infeksiyasının yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2002-ci ilin dekabr ayında Mingəçevir şəhər sakini Məbhəbət İslamovla ailə həyatı qurmuşdur. Birgə nigahından iki övladları dünyaya gəlmişdir. Qızı Pərvinənin 18 yaşı, oğlu Rəvanın isə 16 yaşı vardır. 2015-ci ildə əri ilə aralarında yaranmış narazılıqlara görə əri boşanmaları üçün Mingəçevir şəhər məhkəməsinə müraciət etmiş və həmin ildə əri Məhəbbətlə rəsmi boşanmışdır. Məhkəmə qərarına əsasən əri Məhəbbət uşaqlarına aliment ödəməli olmuşdur. Lakin Məhəbbət sonralar uşaqların aliment pulunu ödəməmişdir. Buna görə də o, Mingəçevir şəhər probasiya şöbəsinə şikayət etmişdir. Onun şikayətindən sonra əri aliment pulunu iki aydan bir az-az 30-40 manat olmaqla ödəmişdir. Halbuki əri hər ay 240 manat pul ödəməli idi. Belə olub o, Mingəçevir şəhər məhkəməsinin qərarından 2021-ci ilin avqust ayının 4-də Şəki Apellyasiya məhkəməsinə şikayət etmişdir. Həmçinin o, göstərmişdir ki, iki-üç gün əvvəl xırdavat alveri ilə məşğul olan qonşusu onun evinə gəlmişdir. Həmin vaxt qonşusu korona xəstəsi olmuş, lakin o bunu sonradan bilmişdir. Qonşusunun xəstə olduğunu eşitdikdən sonra 09 sentyabr 2021-ci il tarixdə uşaqları da götürüb “Covid-19” testindən keçəmək üçün Mingəçevir şəhər Mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada həkimlər ondan oğlundan və qızından Covid-19 virusuna qarşı test nümunələri götürmuşlər və ona bildirmişlər ki, götürdükləri testin nəticəsi barədə mobil nömrəyə ismarıcla xəbər veriləcək. O, xəstəxanada test verən zaman özünün mobil telefonu olmadığı üçün anasının isitifadə etdiyi ***-***-**-** mobil nömrəsini qeyd etdirmişdir. İki gündən sonra anasının mobil telefonuna onun, oğlunun və qızının verdiyi testin nəiticəsinin pozitiv olması barədə ismarıc gəlmişdir. Həmin ismarıc da ona və uşaqlarına xəbərdarlıq olunmuşdur ki, 14 gün müddətinə o, və ailə üzvlərinin karantin qaydasına əməl edərək yaşadıqları evi tərk etməsinlər, evdə qalıb müalicə alsınlar, əks halda inzibati və ya cinayət məsuliyyəti daşıyacaqlar. Bundan sonra isə o, və uşaqları yaşadığı evdə olmaqla müalicəyə başlamışlar. Müalicəni başlayandan qısa müddət sonra özünü yaxşı hiss etməyə başlamışdır. Sonradan o, özünü tam yaxşı hiss etmişdir, heç bir ağrısı və narahatçılığı olmamışdır. Həmçinin qeyd etmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə anasının mobil telefonuna Şəki Apellyasiya məhkəməsindən onu 15 sentyabr 2021-ci il tarixdə keçiriləcək məhkəmə baxışına dəvət olunması barədə icmarıc gəlmişdir. Ona görə o, 15 sentyabr 2021-ci il tarixdə səhər saat 08:30 radələrində yaşadığı evdən çıxıb Mingəçevir şəhər Avtovağzalına getmiş, saat 09:00 radələrində oradan marşurut avtobusu ilə Şəki şəhərinə yola düşmüşdür. Şəki şəhər avtovağzalına, oradan isə taksi ilə Şəki Məhkəmə Kompleksinə getmişdir. Məhkəmədə ona gözləməyini bildirdikləri üçün Məhkəmə Kompleksinin girişindəki foyedə olan oturacaqda əyləşib məhkəmə prosesinin başlamasını gözləmişdir. Bu zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşıb, kovid xəstəsi olduğunu, evdə qalmaqla karantin müddətinin hələ bitmədiyi halda nə üçün Məhkəmə Kompleksinə gəldiyini soruşmuşdur. O, həmin əməkdaşa demişdir ki, onu Şəki Apelyasiya məhkəmədən çağırdıqları üçün gəlmişdir. Daha sonra oraya müstəntiq gəlib onun həmin yerdə saxlanılmağı ilə bağlı hal şahidlərinin iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı müstəntiq onun “Covid 19” virusunun xəstəsi olub olmadığını soruşduqda o, bir neçə gün əvvəl həmin virusa yoluxduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan “Covid-19” test nəticəsi ilə bağlı ismarıcla xəbərdarlıq olunub olunmadığını soruşduqda o, polis əməkdaşlarına özünün mobil telefonu olmadığını, lakin həmin icmarıcın anasının mobil telefonuna gəldiyini bildirmişdir. Bundan sonra isə müstəntiq bu barədə protokol tərtib edib ucadan oxumuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə o da həmin protokolu imza etmişdir. Bundan sonra isə polis əməkdaşları təcili tibbi yadım avtomaşını çağırıb onu həmin avtomaşınla Mingəçevir şəhərinə, yaşadığı ünvana yola salmışlar. Bundan sonra o, bir daha karantin qaydasını pozmamış və evi tərk etməmişdir. Şəki şəhərinə gəlməklə o, təxminən 4 saat ərzində yaşadığı evi tərk etmişdir. O, evini tərk etdikdən sonra Şəki şəhərinə gəldiyi avtobusda 3-4 nəfər tanımadığı sərnişinlər olmuşdu. Həmçinin məhkəmənin foyesində də tanımadığı şəxslər olmuşdur. Şəki Məhkəmə Kompleksinə müraciət edən zaman maskadan istifadə etsədə əlcəkdən istifadə etməmişdir. Bildirmişdir ki, törətmiş olduğu hərəkətdən peşmandır, əməlinin ictimai təhlükəliyini dərk etməmişdir. Bütün ömrü boyu qanunlara riayət etdiyini, himayəsində 1 azyaşlı uşağının və İ qrup anasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şəki rayonlararası mühafizə şöbəsinin polis nəfəri işləyir. Bildirmişdir ki, 15 sentyabr 2021ci il tarixdə saat 12:00 radələrində Şəki Məhkəmə kompleksində xidmətdə olan zaman əvvəllər tanımadığı bir kişi ona yaxınlaşıb Məhkəmənin Kompleksinin inzibati binasının foyesində oturacaqda əyləşən tanımadığı bir qadını göstərərək həmin qadının onun keçmiş arvadı Təqsirləndirilən şəxs olduğunu və həmin qadının Covid-19 xəstəsi olmasına baxmayaraq Şəki Məhkəmə Kompleksinə gəldiyini bildirmişdir. O, həmin şəxsin dediklərinin həqiqət olub-olmamasını öyrənmək üçün əvvəllər tanıdığı Şəki ŞRPŞ-nin PPXB-nün manqa komandiri vəzifəsində işləyən polis baş serjantı Şahid1 zəng vurub ona, Şəki Məhkəmə Kompleksində bir nəfər kişi məhkəmənin foyesində əyləşən qadını ona göstərib keçmiş arvadı Təqsirləndirilən şəxs olduğunu və onun Covid-19 xəstəsi olduğunu dediyini bildirib, Təqsirləndirilən şəxs Covid-19 xəstəsi olub-olmamasını planşetdə yoxlayıb ona məlumat verməsini xahiş etmişdir. Şahid1 da razılaşmışdır. Az sonra polis baş serjantı Şahid1 ona zəng vurub, Təqsirləndirilən şəxs adının Covid-19 xəstələrinin siyahısında olduğunu bildirmiş, həmin şəxsin oradan uzaqlaşmasına imkan verməməsini demiş və özlərinin oraya gəldiklərini demişdir. Az sonra Şahid1 polis nəfəri Şahid2la Şəki Məhkəmə Kompleksinin inzibati binasına gəlmişlər. Onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edəndən sonra Şahid1 Şəki ŞRPŞ-nin növbətçi hissəsinə zəng vurub Mindəçevir şəhər sakini Təqsirləndirilən şəxs Covid-19 xəstəsi olmasına baxmayaraq karantin rejimi qaydalarını pozaraq Şəki Məhkəmə Kompleksinə gəlməsini aşkar edərək saxlamaları barədə məlumat vermişdir. Az sonra hadisə yerinə müstəntiq gəlmişdir. Daha sonra hadisə yerinə baxış keçirilməsi üçün iki nəfər hal şahidi dəvət edilmiş və hal şahidlərinə «Covid 19» test nəticəsinin pozitiv olan Təqsirləndirilən şəxs karantin qaydasını pozaraq yaşadığı evi tərk etməsi, ona görə də onun hazırda olduğu yerə baxış keçiriləcəyi bildirilmişdir. Hal şahidləridə razılaşdıqları üçün onun, polis nəfərləri Şahid2, Şahid1 və hal şahidlərinin iştirakı ilə Covid-19 xəstəsi olan Təqsirləndirilən şəxs saxlanıldığı yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs «Covid 19» virusu xəstəsi olmasına baxmayaraq, karantin rejimini pozaraq yaşadığı evi tərk edərək Şəki məhkəmə kompleksində aşkar olunduğu müəyyən olunmuşdur. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs nə vaxt «Covid 19» testi verdiyi, nəticəsinin nə olduğu, əgər pozitiv çıxıbsa yaşadığı evi tərk etməsinin səbəbi, xəstəliyi ilə əlaqədar ona xəbərdarlıq edilib edilmədiyi, mobil telefonuna bu barədə SMS gəlib gəlmədiyini soruşduqda, Təqsirləndirilən şəxs Covid-19 xəstəsi olduğunu, bu barədə ona Mingəçevir mərkəzi xəstəxanasından xəbərdarlıq edildiyini, həmçinin mobil telefonuna evini tərk etməməsi barədə xəbərdarlıq SMS məlumatı göndərildiyini bildirmişdir. Keçmiş ərinin aliment pulunu ödənməməsi ilə bağlı məhkəmə qərarından Şəki Apellyasiya məhkəməsinə şikayət etdiyini, buna görə onu Şəki Apellyasiya məhkəməsinə çağırdıqları üçün Şəki məhkəmə kompleksinə gəldiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs «Covid 19» xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etməsi və ətrafda olan şəxslərə virusun yayılmasına real təhlükə yaratması barədə xəbərdarlıq edilərək evdən çıxmaması bildirilmişdir. Daha sonra bu barədə protokol tərtib edilib ucadan oxunmuş, protokol düzgün tərtib olunduğu üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Bundan sonra təcili tibbi avtomobili çağrılaraq Təqsirləndirilən şəxs həmin avtomobillə Mingəçevir şəhərinə yaşadığı ünvana yola salınmışdır. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxs Şəki Məhkmə Kompleksinin inzibati binasının foyesində saxlanılan zaman maskası olsada, əlində əlcək olmamışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə onun arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 15 sentyabr 2021-ci il tarixdə o, polis nəfəri, polis serjantı Şahid1 Fiday oğlu ilə birlikdə Şəki şəhəri, S.Mümtaz küçəsində xidmətdə olan zaman Şəki rayonlararası mühafizə şöbəsinin polis nəfəri, polis serjantı Şahid3 onlara zəng vuraraq, Şəki rayon məhkəməsinə gələn bir kişinin ona yaxınlaşıb məhkəmənin foyesində əyləşən bir qadını göstərib həmin qadının onun keçmiş arvadı Təqsirləndirilən şəxs olduğunu, həmin qadının Covid-19 xəstəsi olduğunu bildirmiş və həmin qadının xəstə olub olmamasını dəqiqləşdirilməsi üçün planşetdə yoxlanılmasını xahiş etmişdir. Sonra Şahid3 həmin qadının yəni Təqsirləndirilən şəxs adını dediyi üçün o, həmin şəxsin DİN-nin X17 vasitəsi ilə «Covid19» test nəticəsinin pozitiv çıxan şəxslərin siyahısında qeydiyyatda olub-olmamasını yoxlamış və Təqsirləndirilən şəxs «Covid19» test nəticəsinin pozitiv çıxan şəxslərin siyahısında qeydiyyatda olduğunu müəyyən etmişdir. Ona görə birlikdə dərhal Şəki Məhkəmə Kompleksinə getmişlər. İçəri daxil olduqda foyedə sol tərəfdə bir qadının olduğunu görüb ona yaxınlaşıb kim olduğunu soruşduqda, həmin qadın onlara, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs Məhkəmənin kompleksinin foyesində olmsına əmin olduqdan, yəni onu orada aşkar etdikdən sonra o, Şəki ŞRPŞ-nin növbətçi hissəsinə zəng vurub Mindəçevir şəhər sakini Təqsirləndirilən şəxs Covid-19 xəstəsi olmasına baxmayaraq karantin rejimi qaydalarını pozaraq Şəki Məhkəmə Kompleksinə gəlməsini aşkar edərək saxlanılması barədə məlumat vermişdir. Az sonra hadisə yerinə müstəntiq gəlmişdir. Daha sonra hadisə yerinə baxış keçirilməsi üçün iki nəfər hal şahidi dəvət edilmiş və hal şahidlərinə «Covid 19» test nəticəsinin pozitiv olan şəxsin karantin qaydasını pozaraq yaşadığı evi tərk etməsi, ona görə də onun hazırda olduğu yerə baxış keçiriləcəyi bildirilmişdir. Hal şahidləri də razılaşdıqları üçün onların, polis nəfəri Şahid3 və hal şahidlərinin iştirakı ilə Covid-19 xəstəsi olan Təqsirləndirilən şəxs saxlanıldığı yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs «Covid 19» virusu xəstəsi olmasına baxmayaraq, karantin rejimini pozaraq yaşadığı evi tərk edərək Şəki Məhkəmə Kompleksində aşkar olunduğu müəyyən olunmuşdur. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs nə vaxt «Covid 19» testi verdiyi, nəticəsinin nə olduğu, əgər pozitiv çıxıbsa yaşadığı evi tərk etməsinin səbəbi, xəstəliyi ilə əlaqədar ona xəbərdarlıq edilib edilmədiyi, mobil telefonuna bu barədə SMS gəlib gəlmədiyini soruşduqda, Təqsirləndirilən şəxs Covid-19 xəstəsi olduğunu, bu barədə ona Mingəçevir mərkəzi xəstəxanasından xəbərdarlıq edildiyini, həmçinin mobil telefonuna evini tərk etməməsi barədə xəbərdarlıq SMS məlumatı göndərildiyini, Şəki məhkəmə kompleksinə keçmiş ərinin aliment pulunu ödənməməsi ilə bağlı məhkəmə qərarından Şəki Apellyasiya məhkəməsinə şikayət etdiyini, buna görə də onu Şəki Apellyasiya məhkəməsinə çağırdıqları üçün Şəki Məhkəmə Kompleksinə gəldiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs «Covid 19» xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etməsi və ətrafda olan şəxslərə virusun yayılmasına real təhlükə yaratması barədə xəbərdarlıq edilərək evdən çıxmaması bir daha bildirilmişdir. Daha sonra bu barədə protokol tərtib edilib ucadan oxunmuş, protokol düz yazıldığı üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Bundan sonra təcili tibbi avtomobili çağrılaraq Təqsirləndirilən şəxs həmin avtomobillə Mingəçevir şəhərinə yaşadığı ünvana yola salınmışdır. Həmçinin o, göstərmişdiri ki, Təqsirləndirilən şəxs tanımır, sonuncu ilə heç bir münasibəti, eləcədə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Üzrlü səbəbdən məhkəmə iclasına gəlməyən, lakin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 Fiday oğlu ibtidai istintaq zamanı Şahid2 oğlunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərmişdir ki, o, 15 sentyabr 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən Şəki məhkəmə kompleksində olmuşdur. Bu zaman bir polis əməkdaşı ona və onunla birlikdə Şəki Məhkəmə Kompleksində fəhlə işləyən Şahid4 yaxınlaşıb özünü təqdim edərək, onlara Şəki Məhkəmə Kompleksində bir nəfər şəxsin «Covid-19» virusunun pozitiv çıxmasına baxmayaraq yaşadığı evə tərk etməklə karantin qaydasını pozduğunu, bu məqsədlə keçiriləcək baxışda iştirak etməyini xahiş etmişdir. Həmin vaxt o, və Şahid4 razılaşıb həmin polis əməkdaşları ilə baxış keçiriləcəyi yerə gəlmişlər. Bundan sonra onun, Şahid4 və orada olan polis əməkdaşlarının iştirakı ilə Covid-19 xəstəsinin saxlanıldığı yerə baxış keçirilmişdir. Baxış zamanı sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs «Covid 19» virusu xəstəsi olmasına baxmayaraq, karantin rejimini pozaraq yaşadığı evi tərk edərək Şəki Məhkəmə Kompleksinin foyesində aşkar olunduğu müəyyən olunmuşdur. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs nə vaxt «Covid 19» testi verdiyi, nəticəsinin nə olduğu, əgər pozitiv çıxıbsa yaşadığı evi tərk etməsinin səbəbi, xəstəliyi ilə əlaqədar ona xəbərdarlıq edilib edilmədiyi, mobil telefonuna bu barədə SMS gəlib gəlmədiyini soruşduqda, Təqsirləndirilən şəxs Covid-19 xəstəsi olduğunu, bu barədə ona Mingəçevir mərkəzi xəstəxanasından xəbərdarlıq edildiyini, həmçinin mobil telefonuna evini tərk etməməsi barədə xəbərdarlıq SMS məlumatı göndərildiyini, Şəki məhkəmə kompleksinə bir neçə gün əvvəl keçmiş ərinin aliment pulunu ödənməməsi ilə bağlı məhkəmə qərarından Şəki Apellyasiya məhkəməsinə şikayət etdiyini, həmin gündə onu Şəki Apellyasiya məhkəməsinə çağırdıqları üçün Şəki Məhkəmə Kompleksinə gəldiyini bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilib ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Həmçinin o, göstərmişdir ki, Günay Ramazonovanı baxış keçirilənə kimi tanımamış və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Üzrlü səbəbdən məhkəmə iclasına gəlməyən, lakin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı Şahid5 göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Baş Nazirin 21.07.2020-ci il tarixli “Koronavirus (COVİD 19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsi, izlənilməsi və müşahidəsi üzrə tədbirlərin keçirilməsi, monitorinqi və dövlət qurumları arasında əlaqələrdirməsina dair Protokol" təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən təcrid olunma müddəti yaşayış yerində və ya olduğu yerdə təcridolunma başlandığı gündən 14 (on dörd) gün keçdikdən sonra başa çatır. İşdə olan 15.09.2021-ci hadisə yerinə baxış protokolundan görünür ki, həmin tarixdə Şəki Məhkəmə Kompleksinin foyesinə baxış keçirilən zaman, özünün deməsinə görə verdiyi Covid-19 testinin nəticəsi pozitiv çıxmış, bundan sonra ona yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq yaşadığı evi tərk edib Şəki Məhkəmə Kompleksinə gəlmiş X7 olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs «Covid 19» xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etməməsi və ətrafda olan şəxslərə virusun yayılmasına real təhlükə yaratmaması barədə xəbərdarlıq edilərək evdən çıxmaması bildirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ağzında masqa olması müəyyən edilsədə, əlində əlcək olmaması müəyyən olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər Rayonlararası narkoloji dispanserindən daxil olmuş 11.10.2021-ci il tarixli 850 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur və həmin dispanserə müraciət etməmişdir. İş üzrə Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserdən daxil olmuş 17.10.2021-ci il tarixli 2155 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur və həmin dispanserə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər MKT İstehsalat birliyindən daxil olmuş 13.10.2021-ci il tarixli, 1218,1219 və 1220 saylı arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə ünvan 10 ünvanda qeydiyyatda olmaqla yaşayır, himayəsində iki övladları vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan AZ-İV 569803 saylı doğum şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Rəvan adında yetkinlik yaşına çatmayan uşağı var. İşdə olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 22.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması ilə bağlı məlumat yoxdur. İşdə olan Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 29.09.2021-ci il tarixli 020-12915-1221 nömrəli məktubunda görünür ki, Təqsirləndirilən şəxs (AA*******) «COVİD-19» virusuna yoluxduğu və 09.09.2021-ci il saat 16:34:05-dən 23.09.2021-ci il saat 16:34:05-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcrari Dövlət Sğorta Agentliyinin Tibbi Ərazi X3 (TƏBİB) informasiya sistemi tərəfindən 11.09.2021-ci il saat 02:19:46-da Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İşə əlavə edilmiş mobil telefona baxış keçirilməsi barədə 22 oktyabr 2021-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd «Samsung Galaxy A31» markalı mobil telefonun Mesajlar səhifəsində, «İTS.GOV.AZ»dan 10.10.2021-ci il tarixdə saat 09:05-də daxil olmuş ismariclərdə göstərilmişdir ki, «X10 Siz və Sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir, sağlamlığınızı qoruyun». Eyni vaxtda daxil olmuş ikinci ismarıcda göstərilmişdir ki, «X12 Siz və Sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir, sağlamlığınızı qoruyun». 12.10.2021-ci il tarixdə saat 12:35-də daxil olmuş ismaricdə göstərilmişdir ki, «Hörmətli Təqsirləndirilən şəxs Siz və Sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir, sağlamlığınızı qoruyun». Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, övladları Rəvanə və Rəvanlda birlikdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında «Covid-19» xəstəliyindən yoxlanamaq üçün test verən zaman, özünün mobil telefonu olmadığı üçün, müayinənin nəticəsi ilə bağlı ismarıcın göndərilməsi üçün anasının istifadə etdiyi ***-***-**-** saylı mobil teldefon nömrəsini vermişdir. Onun və övladlarının «Covid-19» testinin cavabının pozitiv olması barədə ismarıc anasının istifadə etdiyi həmin telefon nomrəsinə daxil olmuşdur. Lakin anası həmin ismarıcı silmişdir. Buna baxmayaraq onun və övladlarının karantində qalması vaxtının bitməsinə dair sonradan təkrar daxil olmuş ismarıc isə anasının istifadə etdiyi həmin mobil telefonda qalmışdır. İşdə olan Mingəçevir Şəhər X1 daxil olmuş 06.10.2021-ci il tarixli, 653-saylı məktubdan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırda ünvan 1184-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin dispanserdə psixatrik müşahidədə olmamış və müraciət etməmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari X22 Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X21 «Mingəçevir Şəhər Mərkəzi X13 Şəxsdən daxil olmuş 07.10.2021-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırda ünvan 1184-cü il təvəllüdlü Təqsirləndirilən şəxs – 09.09.2021-ci il tarixdə Covid- 19 virusu ilə əlaqədar labarator müayinə (yoxlama) olunmuş və 11.09.2021-ci il tarixdə müəyyən edilmiş müayinənin nəticəsi pozitiv olmuşdur. Testin nəticələri pozitiv çıxdığı gündən etibarən vətəndaş 14 gün ərzində karantində qalmalıdır. Həmin məktubə əlavə edilmiş arayış və iltizamnamədan görünür ki, Təqsirləndirilən şəxs, X5 və X8 09.09.2021ci il tarixdə Covid-19 virusuna yoluxmaları ilə əlaqədar verdikləri testin nəticəsi pozitiv çıxdığına görə Təqsirləndirilən şəxs xəbərdar olunaraq 14 gün müddətində ailə üzvləri ilə birlikdə yaşadığı evi tərk etməmək, əks halda inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan 26 oktyabr 2021-ci il tаrixli 1892 saylı qərardan görünür ki, həmin tarixdə X15 CM-nin 139-1.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İşdə olan 26 oktyabr 2021-ci il tarixli 1893 saylı qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan 007406 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, X6 İ qrup əlildir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi baxış protokolu, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, o, yeni növ koronovirus (COVİD19) infeksiyasına yoluxduğu və bu barədə məlumatlandığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020ci il tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının tələblərini pozaraq, təcrid olunduğu yaşayış evindən çıxaraq Şəki şəhər ərazisində insanların arasında olub yoluxmuş olduğu yeni növ korovavirus (COVİD19) xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs “COVİD19” virusu aşkar olunduğu tarixdən etibarən 14 gün müddətində olduğu yer üzrə təcrid olunmalı olduğu barədə məlumat ona həm şifahi formada, həm də mobil telefonuna “sms” göndərməklə verilmişdir. Ümumiyyətlə korovavirus (COVİD19) xəstəliyin yayılması ilə bağlı məlumatlar hər gün mediada işıqlandırıldığından və gündəmdə olduğundan təqsirləndirilən şəxsin təcrid olunmalı olduğunu və insanların arasında olduğu zaman maskadan istifadə etsə belə başqa şəxsləri yoluxdurması təhlükəsinin real olduğunu bilməməsi ağlabatan hesab edilmir. Bir sözlə, məhkəmə Təqsirləndirilən şəxs özünün xəstə olduğunu bildiyi və təcrid olunma ilə bağlı xəbərdarlıq edildiyi halda insanların arasına çıxması yoluxdurma üçün real təhlükə mənbəyi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 139-1.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ cərimə və azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməsi daha ədalətli hesab edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar