Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-113/2022 30.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1990-cı il tarixdə Qax rayonu Baydarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər X1 Rejim-nəzarət şöbəsinin nəzarətçisi işləmiş, ədliyyə kiçik giziri olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qax rayonu Baydarlı kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, hazırda X2 həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cinayət işi üzrə kifayət qədər toplanmış istintaq sübutlarının məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroini əldə etmə, saxlama, daşıma və öz qulluq mövqeyindən istifadə etməklə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə verilməsinə cəhd etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, xx.xx.2014-cü ildən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 Rejim-Nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində işlədiyi müddətdə həmin Müəssisədə cəza çəkən məhkum Şahid4 xahişi ilə mobil telefon alıb gətirmək üçün sonuncunun ona verdiyi istintaqa məlum olmayan əlaqə nömrəsi ilə əlaqə saxlayaraq xx.xx.2022-ci il tarixdə Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən radarın yaxınlığında görüşüb 100 manat pul verib həmin məbləğdə pul vəsaitini sonradan sonuncudan alması şərtilə kiçik ölçülü “Nokia” markalı mobil telefonu alan zaman narkotik vasitənin satışı barədə əvvəlcədən razılığa gəlmədən, habelə özünün bu maddələrin satışından mənfəət əldə etmədən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,662 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və “Nokia” markalı mobil telefonu əldə edib, narkotik vasitəni sol ayağındakı ayaqqabının daban hissəsində, mobil telefonu isə çantada gizlədib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə günün nəzarət cədvəlinə uyğun olaraq xidmətə gələrkən öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsi və “Cəzaçəkmə müəssisələrinin X7”na əsasən cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş əşya hesab olunan narkotik vasitə olan heroini və “Nokia” markalı mobil telefonu məhkum Şahid4 vermək üçün yoxlamadan gizlətmiş, həmin tarixdə saat 16:20 radələrində X2 həmin müəssisənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yoxlanılması zamanı çantasından “Nokia” markalı mobil telefon aşkar olunmuş, daha sonra həmin müəssisənin rəhbərliyi tərəfindən onunla aparılan profilaktiki söhbət zamanı sol ayağındakı ayaqqabının daban hissəsində gizlətdiyi 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,662 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və “Nokia” markalı mobil telefon aparatını təhvil verməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilmədən qulluq mövqeyindən istifadə etməklə cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə verilməsinə cəhd etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroini əldə etmiş, saxlamış, daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317- 1.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, məhkum Şahid4 cəzaçəkmə müəssisəsindən tanımışdır. Rövşənlə onların münasibəti yaxşı olduğu üçün Rövşən ona ailəsi ilə rahat və tez-tez danışa bilməsi üçün mobil telefon alıb gətirməsini ondan xahiş etmişdir. O, əvvəlcə buna razı olmasa da Rövşənə yazığı gəldiyi üçün sonradan ona bu yaxşılığı etmək qərarına gəlmişdir. Rövşən ondan bahalı olmayan, təxminən 100-120 manatlıq mobil telefon almasını xahiş etmişdir. Rövşən ondan öz puluyla telefon alıb ona gətirməsini, pulu olanda telefona görə borcunu ödəyəcəyini desə də o, bununla razılaşmayıb ona mobil telefonu hardansa özü alarsa telefon onun adına qeydiyyata alınacağını bildirmişdir. Bunu istəmədiyi üçün Rövşənə onun hansısa tanışından mobil telefon ala biləcəyini demişdir. Daha sonra Rövşən bir nəfər tanışının nömrəsini kağıza yazıb ona verib ondan mobil telefon ala biləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, həmin adamla əlaqə saxlayıb nömrəni Rövşənin verdiyini bildirib növbəti gün işə gedəcəyini demiş və telefonundan bütün zəngləri silmiş, həmçinin Rövşənin verdiyi kağızı da cırıb atmışdır. xx.xx.2022-ci il tarixdə o, işə gedərkən Şəki şəhəri, S.Mümtaz küçəsində həmin adamla görüşüb ondan mobil telefonu götürüb dəsmala bükərək çantasına qoymuşdur. Həmin adamı o, həyatında birinci dəfə idi ki, görmüşdür. Həmin adamın adını, kim olduğunu bilməmişdir. Telefona görə həmin adama 100 manat öz cibindən pul vermişdir. Həmin adam daha sonra ona bir dənə də balaca bükülü verib bunu Rövşənə çatdırmasını, Rövşənə hədiyyə etmək istədiyini demişdir. O, həmin vaxt həmin bükümdə qadağan olunmuş əşya, habelə narkotik vasitə ola biləcəyini düşünmüş, həmin bükülünü götürməkdə tərəddüd etsə də Rövşənin xatirinə bunu etmək qərarına gəlmişdir. Bükülünü də götürüb həmin adamla sağollaşıb müəssisəyə tərəf getmişdir. Daha sonra çöldəki tualetə girib bükülünü sol ayaqqabısının daban hissəsində, ayağının altına qoyaraq ayaqqabısının içinə gizlətmişdir. Bundan sonra müəssisəyə girəndə oradakı əməkdaşlar onu saxlayıb birbaşa rəhbərliyin otağına aparmış, ona orada müəssisəyə qadağan olunmuş əşya gətirməsi barədə bir nəfərin onu ələ verdiyini bildirmişlər. Buna görə də o, rəhbərliyin bu barədə məlumatı olduğunu görüb üstündəkiləri onlara təqdim edərək hər şeyi Rövşənin sifarişi ilə etdiyini bildirmişdir. Həmin vaxt Rövşənin onu ələ verdiyini düşünüb bu cür etməklə Rövşənin də onunla birlikdə cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdir. O, həmin vaxt onu yalnız Rövşənin sata biləcəyini düşünüb istintaqa yalan ifadə vermişdir. Lakin hadisə hazırda qeyd etdiyi kimi baş vermişdir. Rövşənlə onların arasında heç vaxt 200 manat barədə söhbət olmamışdır. O, Rövşənin də onunla birlikdə məsuliyyətə cəlb olunması üçün ifadəsində o cür qeyd etmişdir. Onun əvvəlki izahat və ifadələrində Rövşənin adını çəkməsinə səbəb Rövşənin onu satdığını düşünməsi olmuşdur. İndi bu işdə Rövşənin əlinin olmadığını tam əminliklə bilir. Rövşənin də məsuliyyətə cəlb olunması üçün sonuncuya əvvəllər də narkotik vasitə və mobil telefon gətirməsini deməsi də həqiqət deyil. O, əvvəllər Rövşən də daxil olmaqla heç bir məhkuma qadağan olunmuş əşya gətirməmişdir. xx.xx.2022-ci il tarixdə X4 keçirtmək istəyən zaman üzərindən aşkar olunaraq götürülmüş “Nokia” markalı mobil telefonun daxilində 02 ədəd simkart olması barədə heç bir məlumatı olmamışdır. Həmin telefonun arxasını açıb daxilinə baxmamışdır. Mobil telefonu götürdüyü kimi aparıb çantasına qoymuşdur. Şahid4lə aralarında mobil nömrə alınması barədə heç bir söhbət olmamışdır. Həmin nömrələri telefonu ona satan adam alıb qoymuşdur. O, həmin mobil telefonun daxilində nömrələrin olmasından xəbərsiz olmuşdur. Göstərmişdir ki, atası 1999-cu ildə vəfat etmişdir. Həmin vaxt onun 8 yaşı olmuşdur. Hazırda ailəsi ilə birlikdə Qax rayonunun Baydarlı kəndində yaşayır. Anası və həyat yoldaşı heç bir yerdə işləmir. Özü ailədə tək övladdır, yəni qardaş-bacısı yoxdur. Himayəsində 2011-ci və 2014-cü illərdə anadan olmuş 2 azyaşlı uşağı var. Ailədə yeganə işləyən və evə qazanc gətirən özü olmuşdur. Əməlindən çox peşmandır. Bildirmişdir ki, himayəsində 2 azyaşlı uşağının olmasını, ailəsini təkbaşına dolandıran şəxs olmasını nəzərə alaraq təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetməyə alternativ olan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 cəza çəkən məhkum Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, nəzarətçi Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində nəzarətçi kimi tanımışdır. Onunla münasibətləri yaxşı olmuş, hər hansı ədavətləri olmamış, dost olmuşlar. Təxminən 2 ay bundan əvvəl, 2022-ci ilin iyul ayında İlkini görüb onunla söhbət etməyə başlamış, söhbət zamanı o, İlkinə ailəsiylə tez-tez danışmaq istədiyini, ona görə də mobil telefonu olmasını istədiyini demişdir. İlkin əvvəlcə bunu edə bilməyəcəyini desə də o, İlkindən bir neçə dəfə xahiş etdikdən sonra ona kömək etməyə razılıq vermişdir. O, İlkindən çöldən ucuz qiymətə, təxminən 100 manat civarında mobil telefon alıb ona gətirməsini xahiş etmiş və pulu olacağı vaxt İlkinə 100 manat verəcəyini demişdir. İlkin mobil telefonu haradan alacağını soruşanda o, İlkinə bir nəfər tanışının nömrəsini vermişdir ki, ondan mobil telefon alıb gətirsin. O, özü də əvvəllər azadlıqda olarkən həmin adamdan telefon almışdır. Hazırda həmin adamın nömrəsini xatırlaya bilmir. Həmin vaxtdan İlkin saxlanılana qədər o, İlkinlə dəfələrlə cəzaçəkmə müəssisəsində görüşsə də İlkin ona telefon gətirdiyini bildirməmişdir. xx.xx.2022-ci il tarixdə ona məlum olmuşdur ki, İlkin cəzaçəkmə müəssisəsinə narkotik vasitə və telefon gətirərkən saxlanılmışdır. İlkinə tapşırmamışdır ki, ona narkotik vasitə gətirsin. İlkinlə aralarında belə söhbət olmamışdır. İlkindən sadəcə xahiş etmişdir ki, ailə üzvləriylə tez-tez, rahat danışa bilməsi üçün ona mobil telefon alıb gətirsin, pulu olanda da İlkinə həmin mobil telefonun qiyməti olan 100 manat pulu verəcəkdir. Lakin İlkin ona mobil telefon gətirməmişdir. xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs heç bir nömrə veməmiş və İlkinə tapşırmamışdır ki, onun üçün narkotik vasitə gətirsin. Onun cəzaçəkmə müəssisəsindən kənarda heç bir tanışı yoxdur ki, onun üçün narkotik vasitə gətirsin. İlkinə bir nəfər tanışının nömrəsini demişdir ki, ondan mobil telefon alıb ona gətirsin. İlkin həmin mobil telefonu öz pulu ilə ona gətirəcəkmiş, mobil telefonun təxminən 100 manat məbləğində olmasını, baha olmamasını xahiş etmişdir, o da İlkinə pulu olanda həmin 100 manatı verəcəkmiş. Hazırda İlkinə nömrəsini verdiyi həmin şəxsin kim olduğunu bilmir. İlkinin həmin şəxslə görüşüb-görüşmədiyini bilmir, lakin İlkin ona mobil telefon gətirməmişdir. İlkin onun adını yalandan çəkmişdir. Bəlkə də İlkin onun İlkini müəssisə rəhbərliyinə satdığını düşündüyü üçün yalandan onun adını istintaqa vermişdir. Halbuki o, nə İlkini satmış, nə də ondan ona nəsə gətirməsini istəmişdir. İlkindən 2 ay əvvəl ona mobil telefon gətirməsini istəmişdir, lakin İlkin ona heç vaxt mobil telefon gətirməmişdir. Cəzaçəkmə müəssisəsində izahatında narkotik vasitə sözü yazılarkən o, etiraz etmiş, lakin izahatda narkotik vasitə sözü silinməmişdir. O, həmin vaxtı müəssisədəki vəziyyətiylə əlaqədar olaraq məcbur olub izahatı imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən X1 Rejim-Nəzarət şöbəsində nəzarətçi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs həmin Müəssisədə nəzarətçi işlədiyi üçün tanımış, İlkinlə iş yoldaşı olmuşlar. İlkinlə münasibətləri yaxşı olmuş, aralarında hər hansı düşmənçilik, ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində o, X2 növbətçilik cədvəlinə uyğun işdə olmalı imiş. Buna görə də həmin gün saat 15:00-da yaşadığı evdən atasına məxsus “Ford Transit” markalı avtomobillə yola çıxmışdır. İlkinin yaşadığı Qax rayonu, Baydarlı kəndi ilə onun yaşadığı kənd qonşu olduğu üçün onlar İlkinlə işə həmişə birlikdə gedib-gəlmişlər. xx.xx.2022-ci il tarixdə də o, kəndin başından İlkini də götürüb X4 tərəf yola düşmüşdür. Yolda olarkən Təqsirləndirilən şəxs ona bibisi oğlunun ona taksi ilə pul göndərdiyini demişdir. Buna görə də Müəssisəyə dönən yolda taksi ilə görüşəcəyini deyib saxlamasını xahiş etmişdir. O, Şəki şəhəri S.Mümtaz küçəsindən X4 tərəf dönüb maşını saxlamış və İlkin avtomobildən düşüb yola tərəf getmişdir. İlkin ona avtomobili Müəssisənin dayanacağında saxlamasını demiş və özü yola tərəf getmişdir. O da avtomobili Müəssisənin dayanacağında saxladığı üçün İlkinin yolda kiminlə görüşdüyünü görməmişdir. Biraz sonra İlkin yenidən avtomobilə tərəf gəlib çantasını götürmüş və onlar birlikdə Müəssisəyə daxil olmuşlar. Müəssisəyə daxil olduqdan sonra yoxlama zamanı İlkinin üzərində Müəssisəyə daxil edilməsi qadağan olunmuş əşya aşkar edilmişdir və İlkinin barəsində müvafiq tədbirlər görülmüşdür. Sonradan bilmişdir ki, xx.xx.2022-ci il tarixdə İlkinin üzərindən mobil telefon və narkotik vasitə aşkar edilərək götürülmüşdür. O, İlkini uşaqlıq vaxtlarından tanıyır və İlkinin bu cür hərəkət etməsinə hələ də inana bilmir. Bildiyi qədərilə İlkinin heç kimə borcu olmamış, eləcə də ona borcu olmamışdır. İlkin əvvəllər heç vaxt Müəssisəyə qadağan olunmuş əşyalar gətirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən X1 Rejim-Nəzarət şöbəsində nəzarətçi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs həmin Müəssisədə nəzarətçi işlədiyi üçün tanımışdır. Onun iş yoldaşı olmuşlar. İlkinlə münasibətləri yaxşı olmuş, aralarında hər hansı düşmənçilik, ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs növbətçilik cədvəlinə uyğun olaraq Müəssisəyə gələn zaman üzərində qadağan olunmuş əşyalar aşkar edildiyi üçün barəsində müvafiq tədbirlər görülmüşdür. Ona bu barədə həmin gün qeyd etdiyi saatda növbəyə gələn iş yoldaşları məlumat vermişlər. Təqsirləndirilən şəxs ona heç vaxt borcu olmamışdır. O, İlkinə borca pul verməmişdir. İlkin bu barədə yalan danışmışdır. İlkinin qeyd etdikləri həqiqətə uyğun deyildir. O, İlkinə heç vaxt 650 manat borca pul verməmişdir, eləcə də xx.xx.2022-ci il tarixdə İlkindən 650 manat borcu tələb etməmişdir. Ümumiyyətlə xx.xx.2022-ci il tarixdə o, İlkinin yanına getməmiş, İlkinlə aralarında hər hansı söhbət olmamışdır. İlkin, ona borcu olması barədə istintaqa yalan məlumat vermişdir. İlkin əvvəllər heç vaxt Müəssisəyə qadağan olunmuş əşyalar gətirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, 2016-cı ildən etibarən o, X2 Əməliyyat şöbəsində işləyir. Təqsirləndirilən şəxs həmin Müəssisədə nəzarətçi işlədiyi üçün tanımışdır. İlkinlə münasibətləri normal olmuş, aralarında hər hansı düşmənçilik, ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində İlkin gün növbətçisi cədvəlinə uyğun olaraq Müəssisəyə gəlmiş, həmin vaxt o da xidmətiylə əlaqədar olaraq nəzarət buraxılış məntəqəsində olmuşdur. Müəssisənin bütün əməkdaşları işə gələn zaman nəzarət-buraxılış məntəqəsində yoxlanışdan keçirilirlər. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs nəzarət-buraxılış məntəqəsində yoxlanışdan keçərkən çantasında mobil telefon aparatı olduğu müəyyən edilmişdir. Bundan sonra o, bu barədə rəhbərliyə məlumat vermişdir. Rəhbərliyin göstərişinə əsasən Təqsirləndirilən şəxs rəhbərliyin otağına aparmış, daha sonra İlkinin üzərinə baxış keçirmək üçün Cavad Ariflini, Mürsəl Adıgözəlovu və Asif Yusifovu rəhbərliyin otağına dəvət etmişdir. Adlarını qeyd etdiyi şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxış zamanı İlkinin üzərindən bir ədəd mobil telefon və bir ədəd bükümdə olan narkotik vasitə aşkar olunmuşdur. O, İlkinə həmin vaxt aşkar edilənləri kim üçün gətirdiyini soruşduqda İlkin bu barədə heç nə deməmiş, baxış bitdikdən sonra o, aşkar edilənləri müvafiq qaydada qablaşdırıb möhürləmiş, bundan sonra İlkinin baş verənlər barədə izahatını almışdır. Baş vermiş hadisə barədə müvafiq materialı toplandıqdan sonra rəhbərlik tərəfindən müvafiq tədbirlər görülmüşdür. İlkinin üzərinə baxış keçirilən zaman İlkin narkotik vasitə və mobil telefonu kimə gətirməsi barədə heç nə deməmişdir. O, İlkindən bu barədə soruşsa da İlkin hər hansı şəxsin adını çəkməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman bu barədə nəsə bildirməsə də sonradan onun tərəfindən izahatı alınan zaman İlkin narkotik vasitə və mobil telefonu birdən-birə Şahid4 gətirdiyini bildirmişdir. İlkin əvvəllər heç vaxt Müəssisəyə qadağan olunmuş əşyalar gətirməmişdir. Cinayət işində olan 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs günün nəzarət cədvəlinə uyğun olaraq xidmətə gələrkən özünü şübhəli apardığından və əvvəlcə də müəssisəyə qadağan olunmuş əşyalar gətirməsi barədə şübhələr və əməliyyat məlumatı olduğu üçün müəssisə rəhbərliyi tərəfindən onunla profilaktiki söhbətlər aparıldıqdan sonra müəssisə rəhbərliyi tərəfindən onun üzərinə baxış keçirilməsi təklif olunmuş və əməkdaş Təqsirləndirilən şəxs üzərində olan sol ayağındakı ayaqqabının daban hissəsində gizlətdiyi sellofan bükülüdə içərisində “heroin” olduğunu bildirdiyi bükülünü və çantasında olan daxilində “Azercell” və “Nar” danışıq kartları olan “Nokia” markalı mobil telefon aparatını təhvil vermişdir. (İ c. səh, 5) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2022-ci il tarixli, 17/629 №-li arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...əməkdaş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə..." sözləri və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,662 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Tədqiqata 0.05 qram sərf edilmiş 0.612 qram qalıq qalmışdır. Ekspertiza xərci 50 manatdır. (İ c. səh, 10-11) İşdə olan şübhəli şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 20:35 tutulmuşdur. (İ c. səh, 25-26) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 xx/xx-3641 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, ədliyyə kiçik giziri Təqsirləndirilən şəxs 2014-cü ildən ədliyyə orqanlarında, xx.xx.2014-cü il tarixdən Penitensiar xidmətin xx.xx.2014-cü il tarixli, 444 ş/h nömrəli əmri ilə X1 Rejimnəzarət şöbəsinin nəzarətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Penitensiar xidmətin xx.xx.2022-ci il tarixli, 592/k nömrəli əmrinə əsasən öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilmişdir. (İ c. səh, 47) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2022-ci il tarixli, 17/634 №-li arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...əməkdaş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə..." sözləri və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,612 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Tədqiqata 0.05 qram sərf edilmiş 0.562 qram qalıq qalmışdır. Ekspertiza xərci 102.12 manatdır. (İ c. səh, 63-65) Cinayət işində olan baxış keçirilməsi haqqında 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon aparatı X1 zərflər üçün möhürü ilə möhürlənərək qablaşdırılmış vəziyyətdədir. Həmin mobil telefon aparatı qablaşdırmadan çıxarıldıqdan sonra baxış keçirildi və aşağıdakılar müəyyən edildi: həmin mobil telefon aparatı qara-boz rənglidir, sönülü vəziyyətdədir, üzərində “NOKİA” sözləri vardır, korpusunun uzunluğu 67, eni 22, qalınlığı 10 mm-dir, telefonun üst hissəsində 01 ədəd “USB” tipli adapter keçidi və ön tərəfdə üst hissədə isə mikrofon vardır. Mobil telefon aparatının korpusunun arxasında səsin eşidilməsi üçün dinamik vardır. Mobil telefon aparatının üzərindəki “NO” düyməsi 3-4 saniyə basılı saxlandıqdan sonra mobil telefon aparatının ekranında “Power on waiting. WELCOME” yazısı görünür. Həmin mobil telefon yararlıdır. Telefon açılan kimi şifrə daxil edilməsi tələb olunur. Qeyd edilən şifrə hazırda istintaqla müəyyən edilmədiyindən telefon aparatına baxış keçirilməsi mümkün olmadı. Bundan sonra həmin mobil telefon aparatı söndürülərək arxa hissəsi açıldı və enerji daşı çıxarıldı. Mobil telefon daxilində 02 ədəd simkart olması müəyyən edildi. Həmin simkartlardan biri “Azərcell”, digəri isə “Nar” operatorlarının simkartıdır. Həmin simkartların hansı nömrəyə məxsus olmasının müəyyən edilməsi məqsədilə hər iki simkart həmin mobil telefon aparatından çıxarılaraq şəxsi istifadəmdə olan “NOKİA” markalı mobil telefona daxil edildi. “Azərcell” operatoruna məxsus nömrə telefonumda “SİM1” bölməsinə, “Nar” operatoruna məxsus nömrə isə “SİM2” bölməsinə yerləşdirildi. Bundan sonra şəxsi istifadəmdə olan “NOKİA” markalı mobil telefonun ekranı açıldıqda “SİM1 PİN kod-u daxil et. 3 cəhd qal.” sözləri peyda oldu. Qeyd edilən pin kod hazırda istintaqa məlum olmadığından həmin nömrənin müəyyən edilməsi mümkün olmadı. Daha sonra “SİM1” bölməsində olan “Azərcell” operatoruna məxsus nömrə çıxarılaraq ekran yenidən açıldı, bu zaman ekranda “SİM2 PİN kod-u dax et. 3 cəhd qal.” sözləri peyda oldu. Qeyd edilən pin kod hazırda istintaqa məlum olmadığından həmin nömrənin müəyyən edilməsi mümkün olmadı. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Nokia” markalı mobil telefona şəxsi istifadəmdə olan simkart daxil edildi və ekran açıldı. Bu zaman mobil telefon aparatının ekranında hər hansı şifrə tələb olunmadan birbaşa ekrana daxil olmaq mümkün oldu. Daha sonra həmin mobil telefon aparatında “daxil olmuş zənglər”, “mesajlar” və s. bölməsinə baxış keçirildi, həmin bölmələrin tamamilə boş olması müəyyən olundu. Bununla da həmin mobil telefonda araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı zəng, mesaj, məlumat və s. aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Araz Vəlizadəyə təqdim etdiyi 01 ədəd mobil telefon aparatına baxış keçirilməsinə başlandı. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon aparatı Azərbaycan Respublikası DİN-nin zərflər üçün № 53 möhürü ilə möhürlənərək qablaşdırılmış vəziyyətdədir. Həmin mobil telefon aparatı qablaşdırmadan çıxarıldıqdan sonra baxış keçirildi və aşağıdakılar müəyyən edildi: həmin mobil telefon aparatı qara rənglidir, sönülü vəziyyətdədir, üzərində “NOKİA” sözləri vardır, korpusunun uzunluğu 110, eni 48, qalınlığı 12 mm-dir, telefonun üst hissəsində 01 ədəd “USB” tipli adapter keçidi, 01 ədəd fənər və qulaqcıq taxmaq üçün 01 ədəd deşik vardır. Mobil telefon aparatının üzərindəki “NO” düyməsi 3-4 saniyə basılı saxlandıqdan sonra mobil telefon aparatının ekranında “NOKİA” yazısı görünür. Telefon ekranı açıldı. Ekrandakı tarix və saat real tarix və saata uyğun deyil. Həmin mobil telefonda “tüm aramalar” bölməsinə daxil olundu. Bütün zənglər (edilən, daxil olan, cavabsız zənglər) silindiyi üçün həmin bölmə boş olduğundan araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı zəng aşkar edilmədi. Daha sonra həmin mobil telefonda “Mesajlar” qovluğuna daxil olundu, lakin araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı mesaj aşkar edilmədi. Bundan sonra “Telefon Defteri” qovluğuna daxil olunaraq telefonda olan bütün kontaktlara baxış keçirildi, lakin araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı kontakt müəyyən edilmədi. Bundan sonra həmin mobil telefon aparatı söndürülərək arxa hissəsi açıldı və enerji daşı çıxarıldı. Mobil telefon daxilində 02 ədəd simkart olması müəyyən edildi. Həmin simkartların hər ikisi “Nar mobile” operatorunun simkartıdır. Həmin simkartların “***-***-**-**” və “***-***-**-**” nömrəli olması müəyyən edildi. Bundan başqa həmin telefonda araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı zəng, mesaj, məlumat və s. aşkar edilmədi. (İ c. səh, 125-131) Cinayət işində olan Qax rayon İcra Hakimiyyəti Qıpçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli, 26 №-li məktubundan və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Qax rayonu Baydarlı kəndində anası Mənzurə, arvadı Asiman və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 2011 və 2014-cü illərdə anadan olmuş Rafiq və Zamiq adlarında 2 azyaşlı uşağı var.(İ c. səh, 152-159) Cinayət işində olan Şəki ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli, 189-26890-1222 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in BƏSİ İdarəsinin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. (İ c. səh, 207-208) İşdə olan 27 sentyabr 2022-ci il tarixli üzləşmə Protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərini təsdiq etməyərək Şahid4 onu müəssisə rəhbərliyini satdığını düşündüyü üçün sonuncunun da onunla birlikdə cinayət məsuliyyətinə cəlb olunmasını istədiyi üçün əvvəlki ifadələrində yalan danışdığını, əslində isə Şahid4lə münasibətlərinin yaxşı olduğunu, sonuncunun ondan ailəsi ilə rahat və teztez danışa bilmək üçün mobil telefon alıb gətirməsini xahiş etdiyini, əvvəlcə buna razı olmasa da Şahid4 yazığı gəldiyi üçün bununla razılaşdığını, sonuncunun ona verdiyi mobil nömrə ilə əlaqə saxlayıb xx.xx.2022-ci il tarixdə işə gələrkən görüşərək 100 manat verib mobil telefon aldığını, bu zaman həmin adamın ona bir ədəd balaca büküm verib bunu Rövşənə çatdırmasını, ona hədiyyə etdiyini dediyini, onun da həmin bükümün içərisində narkotik vasitə ola biləcəyini düşündüyü halda Rövşənin xətrinə bunu etmək qərarına gələrək bükümü götürüb gizlədərək müəssisəyə tərəf getdiyini, həm bükümü, həm də mobil telefonu gizlədərək müəssisəyə daxil olmaq istəyərkən əməkdaşlar tərəfindən saxlanılaraq birbaşa rəhbərliyin otağına aparıldığını, orada ona bir nəfərin onu ələ verdiyi üçün hər şeydən məlumatları olduğunu dediklərinə görə üzərindəki narkotik vasitə və mobil telefonu rəhbərliyə təqdim edərək həmin əşyaları Şahid4 üçün gətirdiyini bildirmişdir. (İİ c. səh, 22-24) Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2022-ci il tarixli, 1464 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ c. səh, 57-58) Cinayət işində olan X1 xx.xx.2022-ci il tarixli, xx/xx-3971 №-li məktubuna əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi məhkum Şahid4 tanışını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satmaq istədiyi şəxslərin dairəsi Şahid4, X5 və X6 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayətin törədilməsində başqa şəxslərlə əlbir olub-olmaması və başqa cinayətlərin törədilməsində iştirak edib-etməməsi yoxlanılmış və müsbət nəticə əldə olunmamışdır. Baş vermiş hadisə barədə məlumatı olan məhkumlar müəyyən edilməmişdir. Cinayət işində olan Şəki ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli, 189-28005-1222 №-li məktuba əsasən Təqsirləndirilən şəxs satdığı narkotik vasitə olan heroinin mənbəyinin, həmin narkotik vasitəni əldə etdiyi şəxslərin, sözügedən cinayətin törədilməsində başqa şəxs və ya şəxslərlə əlbir olub olmamasının, Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakının olub olmamasının, psixotrop maddə aludəçisi olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatlara sərf edildikdən sonra qalan, 01 ədəd zərfdə 0,562 qram çəkidə narkotik vasitə olan heroin və içərisində 02 ədəd sim kart olan 01 ədəd “Nokia” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmağa verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs təqdim etməsi ilə götürülmüş ona məxsus bir ədəd “Nokia” markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılmışdır. Beləliklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri onun özünün məhkəmə iclasında vermiş olduğu etiraf ifadəsi, şahidlərin ifadələri, götürmə və baxış keçirilməsi haqqında protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və işdə olan digər mötəbər istintaq sənədləri ilə tam sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.2-ci maddələrinin tərkibi vardır. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, qeyd edilən cinayətləri törətməkdə təqsirlidir və buna görə də onlara Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əssən Heroinin yuxarı həddi 0.15 qram, küllü miqdarı isə 2 qram kimi göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin miqdarı 0,662 qram olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin üzərindən ayrı-ayrılıqda aşkar edilərək götürülmüş heroinin miqdarı Аzərbаycаn Respublikаsı CMnin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi əməlini törətməyə cəhd etmişdir. Аzərbаycаn Respublikаsı CM-nin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, CM-nin 317-1.2-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza da təyin edilməlidir. Аzərbаycаn Respublikаsı CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Аzərbаycаn Respublikаsı CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinə qazanc gətirmiş yeganə şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1 maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317- 1.2-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 10 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatlara sərf edildikdən sonra qalan, 01 ədəd zərfdə 0,562 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan içərisində 02 ədəd sim kart olan 01 ədəd “Nokia” markalı mobil telefon dövlət hesabına müsadirə edilməlidir. 152.12 (yüz əlli iki manat on iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib doqquz ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 29, 317-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il müddətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müəssisələrində Rejim-Nəzarət şöbəsində nəzarətçi vəzifəsi tutmaq hüququndan məhrum edilməklə yeddi ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla onun üzərində qəti olaraq bir il müddətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müəssisələrində Rejim-Nəzarət şöbəsində nəzarətçi vəzifəsi tutmaq hüququndan məhrum edilməklə bir il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 10 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatlara sərf edildikdən sonra 01 ədəd zərfdə qalan 0,562 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan içərisində 02 ədəd sim kart olan 01 ədəd “Nokia” markalı mobil telefon dövlət hesabına müsadirə edilsin. 152.12 (yüz əlli iki manat on iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə mülki iddia, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınsın. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-113/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-113/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver