Məhkəmə qərarları › İş №1(075)-113/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-113/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-113/2024 26.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3, etibarnamə üzrə nümayəndəsi (vəkili) Müdafiəçi, Xüsusi ittiham qaydasında şikayət olunan şəxs X6 etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 iştirakları ilə, X8 tərəfindən, X2 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: X8, xisusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, “onun barəsində “Tik Tok” sosial şəbəkəsində böhtan xarakterli məlumatları dəfələrlə yayaraq, onun ünvanına təhqir dolu ifadələr işlədərək onu təhqir etdiklərinə görə və onu ağır cinayətdə ittiham etdiklərinə görə 25 yanvar 1951-ci ildə anadan olmuş, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan X2 və ünvan 2 ünvanında qeydiyyatda olan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar çıxarılmasını xahiş etmişdir”. Xüsusi ittiham qaydasında verilmiş şikayət ilə tanış olaraq məhkəmə hesab edir ki, qeyd olunan və aşağıdakı səbəblərdən şikayət üzrə məhkəmə baxışının keçirilməsindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Şikayətdə, şikayət vermiş şəxs X9 haqqında məlumatlar qanunun tələb etdiyi qaydada tam göstərilməmişdir. Yəni şikayətçinin doğulduğu il, məşğuliyyət növü, vəzifəsi qeyd edilməmişdir. Bundan başqa cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin X5 və X9 tərəfindən törədilməsi qeyd olunsa da, şikayər ərzində qeyd edilənlərin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər tərəfindən törədilməsi heç bir möhtəbər sübutlarla təsdiq edilməmişdir. Eyni zamanda əməlin məhz həmin şəxslər tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, baş vermiş cinayətin nədə ifadə olunduğu, şikayətdə göstərilən cinayət hesab etdiyi əməlin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən şikayətdə, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. CPM-nin 300.1.3-cü maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə də qərar qəbul edilir. CPM-nin 302.1.3 maddəsində göstərilir ki, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7 maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. CPM-nin 302.2.3-ci maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302.1.3, 302.2.3, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 xüsusi ittiham qaydasında şikayətinin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7 madəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayət olunan şəxslər X2 və X6 cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar