Məhkəmə qərarları › İş №1(075)-113/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-113/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-113/2025 18.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X2 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “Evrascom” tikinti şirkətində mühafizəçi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 29, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə qəsdən dələduzluq cinayət əməlini və qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməyə cəhd etmə cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 sonuncunun öz qardaşı üçün Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Kontakt Home” mağazasının 20 yanvar filialından kreditlə 2327 (iki min üç yüz iyirmi yeddi) manata aldığı “Samsung S-22” markalı mobil telefonu Şəki rayonuna aparıb qardaşı X3 verəcəyi barədə uydurma və yalan vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui- istifadə edərək aldadıb 28 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında həmin telefonu ondan alıb ələ keçirdikdən sonra 600 manata istintaqa məlum olmayan yerdə və şəxsə satıb pulunu əldə etməklə Zərərçəkmiş şəxs1 2327 (iki min üç yüz iyirmi yeddi) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ilə aralarında olan dostluqla bağlı yaranan etibarlı münasibətdən suiistifadə edərək sonuncunun əmlakını hüquqa zidd, əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yeni doğulmuş uşağının ürək xəstəsi olduğunu, uşağın təcili əməliyyat olunmalı olduğunu və bunun üçün təcili pul lazım olması barədə uydurma və yalan məlumat verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 2024-cü ilin yanvar ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış vaxtda işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Evrascom” tikinti şirkətində 5000 (beş min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 5000 (beş min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ilə aralarında olan dostluqla bağlı yaranan etibarlı münasibətdən sui-istifadə edərək sonuncunun əmlakını hüquqa zidd, əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əvvəllər aldadıb ələ keçirdiyi mobil telefonun pulunu və sonradan borc adı ilə aldığı pulları qaytarması üçün imkanı olmadığını, özünün banka kredit borcu qaldığını, 3000 (üç min) manat ona pul verəcəyi təqdirdə həmin borcu bağladıqdan sonra yenidən kredit götürüb onun pulunu qaytaracağı barədə uydurma və yalan vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda 2024-cü ilin mart ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Evrascom” tikinti şirkətində 3000 (üç min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə dostu Zərərçəkmiş şəxs1 ilə aralarında olan dostluqla bağlı yaranan etibarlı münasibətdən sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun əmlakını hüquqa zidd, əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 banklara olan borclarını vaxtında ödəyə bildmədiyi üçün 2463 (iki min dörd yüz almış üç) manat pul müqabilində onun düşdüyü qara siyahıdan çıxarılmasına köməklik edəcəyi barədə yalan məlumat verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs1 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Zərərçəkmiş şəxs1 04 iyul 2024-cü il tarixdə, saat təxminən 01:38-də Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ərzaq mağazasında qoyulmuş terminal vasitəsi Leobank tərəfindən verilmiş ona məxsus 4098 5844 7893 6030 nömrəli kart hesabına göndərdiyi 45 manat, həmin gün saat 16:28-də Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ərzaq mağazasında qoyulmuş terminal vasitəsi Leobank tərəfindən verilmiş ona məxsus 4098 5844 7893 6030 nömrəli kart hesabına göndərdiyi 405 manat, 05 iyul 2024-cü il tarixdə, saat təxminən 23:56-da Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ərzaq mağazasında qoyulmuş terminal vasitəsi Leobank tərəfindən verilmiş ona məxsus 4098 5844 7893 6030 nömrəli kart hesabına göndərdiyi 50 manat, 06 iyul 2024-cü il tarixdə, saat təxminən 17:54-də Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ərzaq mağazasında qoyulmuş terminal vasitəsi Leobank tərəfindən verilmiş ona məxsus 4098 5844 7893 6030 nömrəli kart hesabına göndərdiyi 300 manat, 15 yanvar 2025-ci il tarixdə, saat 16:21-də Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən “Səfəvilər” kafesində M10 proqramı vasitəsilə Kapital bank tərəfindən verilmiş ona məxsus 4169 73** ***** 5728 nömrəli kart hesabına göndərdiyi 500 manat, 19 yanvar 2025-ci il tarixdə, saat 22:09-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Evrascom” tikinti şirkətində M10 proqramı vasitəsilə Kapital bank tərəfindən verilmiş ona məxsus 4169 73** ***** 0216 nömrəli kart hesabına göndərdiyi 40 manat, 19 yanvar 2025-ci il tarixdə, saat 22:19-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Evrascom” tikinti şirkətində M10 proqramı vasitəsilə Kapital bank tərəfindən verilmiş ona məxsus 5239 15** ***** 9111 nömrəli kart hesabına göndərdiyi 5 manat, 17 mart 2025-ci il tarixdə, saat 17:21-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Evrascom” tikinti şirkətində M10 proqramı vasitəsilə Kapital bank tərəfindən verilmiş ona məxsus 4169 73** ***** 1503 nömrəli kart hesabına göndərdiyi 315 manat, 07 aprel 2025-ci il tarixdə, saat 20:14-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Evrascom” tikinti şirkətində M10 proqramı vasitəsilə Kapital bank tərəfindən verilmiş ona məxsus 4169 73** ***** 5728 nömrəli kart hesabına göndərdiyi 150 manat, 11 aprel 2025-ci il tarixdə, saat 20:13-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Evrascom” tikinti şirkətində M10 proqramı vasitəsilə Kapital bank tərəfindən verilmiş ona məxsus 4169 73** ***** 5728 nömrəli kart hesabına göndərdiyi 101 manat, 15 aprel 2025-ci il tarixdə, saat 19:19-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Evrascom” tikinti şirkətində M10 proqramı vasitəsilə Kapital bank tərəfindən verilmiş ona məxsus 4169 73** ***** 5728 nömrəli kart hesabına göndərdiyi 101 manat, 21 aprel 2025-ci il tarixdə, saat 20:03-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Evrascom” tikinti şirkətində M10 proqramı vasitəsilə Kapital bank tərəfindən verilmiş ona məxsus 4169 73** ***** 5728 nömrəli kart hesabına göndərdiyi 101 manat və 08 may 2025-ci il tarixdə, saat 07:49-da yaşadığı Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən evində M10 proqramı vasitəsilə Kapital bank tərəfindən verilmiş ona məxsus 4169 73** ***** 5728 nömrəli kart hesabına göndərdiyi 350 manat olmaqla ümumilikdə cəmi 2463 (iki min dörd yüz almış üç) manat məbləğində pulunu alaraq ələ keçirməklə zərərçəkmiş şəxs X4 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 2463 (iki min dörd yüz almış üç) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə 2024-cü ilin noyabr ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən “Səfəvilər” kafesində tanışı Zərərçəkmiş şəxs2 8000 (səkkiz min) manat pul müqabilində onun Dövldət Təhlükəsizlik Xidmətinin Şəki Rayon Şöbəsinə sürücü kimi işə düzəlməsinə köməklik edəcəyi barədə uydurma və yalan vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Zərərçəkmiş şəxs2 30 noyabr 2024-cü il tarixdə, saat 20:05 dəqiqədə Şəki şəhəri, X14 prospektində yerləşən ərzaq mağazasında qoyulmuş Milliön ödəmə terminalı vasitəsi ilə ona məxsus Unibank tərəfindən verilmiş 4098 5844 7893 6030 nömrəli Leobank kart hesabına göndərdiyi 1500 (bir min beş yüz) manat pulu ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs2 aldadıldığım bildiyi üçün qalan məbləği iradəsindən asılı olmayan həmin səbəbə görə ələ keçirə bilməyərək cinayəti başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 8000 (səkkiz min) manat məbləğində pulunu ələ keçirməyə cəhd etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 Ehtibar oğlunu 2020-ci ildə Lider marketdə işlədiyi müddətdə tanımış, tanış olduqdan sonra Röyalla aralarında dostluq münasibəti yaranmışdır. Son vaxtlar o, Röyal ilə birlikdə Bakı şəhərində yerləşən “Evrascom” tikinti şirkətində mühafizəçi işləmişdir. O, 2023-cü ilin dekabr ayından 2024-cü ilin mart ayına qədər olan müddətdə Röyaldan maddi çətinliyi olduğuna görə və azyaşlı övladının müalicəsi üçün ümumilikdə 12.200 (on iki min iki yüz) manat borc almışdır. Aldığı pulun çox az bir hissəsini ödəmiş, qalan böyük bir hissəsini isə ödəməmişdir. Belə ki, 2024-cü ilin yanvar ayında uşaq xəstə olduğu üçün ona pul lazım olmış, pul tapa bilmədiyi üçün Röyala demişdir ki, mağazadan özünün adına kreditə telefon alsın, həmin telefonu satıb pulunu götürəcək, telefonun kreditini o, özü ödəyəcək. Röyal da razılaşmış və Bakı şəhərinin Metronun 20 yanvar stansiyasının yaxınlığında yerləşən “KONTAKT HOME” mağazasından təxminən 2327 manata “Samsung S-22” markalı mobil telefonu kreditə almışdır. Həmin vaxt o da Röyalın yanında olmuş, dost kimi mağazada onun da mobil telefon nömrəsini qeydiyyata almışlar. O, həmin telefonu Röyaldan götürüb Bakı şəhərində tanımadığı şəxsə 600 manata satmış, həmin pulu da uşağının müalicəsi üçün xərcləmişdir. Röyala demişdir ki, həmin telefonun kreditini o, özü ödəyəcək. Röyal da razılaşmışdır. O, telefonu satdıqdan sonra 200 və 100 manat olmaqla iki dəfədə cəmi 300 manat pulu Röyalın adına olan Kapital bank tərəfindən verilmiş, nömrəsini xatırlamadığı kartına göndərmişdir. Qalan pulu ödəyə bilməmişdir. Bundan başqa bildirmişdir ki, o, Beynəlxaq Bankdan kredit götürmüşdür. 2024-cü ilin mart ayında onun təxminən 3000 manat kredit borcu qalmışdır. O, qərara gəlmişdir ki, 3000 manat banka ödəyib, krediti bağlayıb bir dəfəlik 15000 manat kredit götürüb borclarını bir dəfəlik ödəsin, banka olan borcunu hissə-hissə ödəyər. Bu məqsədini Röyala bildirib ondan 3000 manat borc pul istəyib demişdir ki, banka olan borcunu ödəyib, 15.000 manat kredit götürüb ona olan borcunu tam şəkildə ödəmək istəyir. Röyal da inanıb 2025-ci ilin mart ayının sonunda ona 3000 pul vermişdir. Bundan sonra o, Beynalxalq Banka gedib soruşmuşdur ki, yeni işə düzəlib, krediti tam şəkildə ödəyib bağladıqdan sonra yeniləmək istəyir, yəni əlavə kredit götürmək istəyir. Bank mütəxəssisi ona bildirmişdir ki, işə başlayandan 2-3 ay keçəndən sonra ona yenidən kredit verə bilərlər. Pula ehtiyacı olduğu üçün o, kreditini ödəməyib həmin 3000 manat pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa o, 2024-cü ilin yanvar ayından 2025-ci ilin may ayına kimi Röyaldan hissə-hissə olmaqla ümumilikdə təxminən 7000 manat borc pul almışdır. Ümumilkidə təxminən 12.200 manat borc almış, 2800 manat da Röyalın kredit faizlərini üstünə gələndə sonuncuya ümumilikdə 15000 manat borcu olmuşdur. Həmin pulun 2.200 manatını ödəmişdir. Qalan pulları da hissə-hissə ödəməyə söz vermişdir. Həmçinin o, göstərmişdir ki, o, qabaqcadan Röyala mağazadan telefon alıb verməsini, o da həmin telefonu satıb pulunu götürəcəyini demiş, sonuncu da mağazadan “Samsung S22” markalı mobil telefon alıb ona vermişdir. O cümlədən o, Röyaldan 3000 manatı da borc olaraq almışdır. Həmçinin o, özünün banka olan problemini həll etmək istədiyini Röyala demişdir. Söhbət zamanı o, Röyala demişdir ki, onun işini Rafael adlı tanışı düzüb qoşmalıdır. Bununla bağlı o, ödəniş üçün banka pul keçirməlidir. Banka ödəniş etmək üçün o, Röyaldan borc olaraq pul almışdır. Həmçinin o, özünün bankda olan problemini həll etmək üçün Aydın adlı hüquqşünasla da məsləhətləşdiyini Röyala bildirmişdir. Qeyd etdiyi kimi o, Röyaldan mobil telefondan başqa təxminən 12.200 manata qədər borc pul almışdır. Ancaq o, Röyala Rafael adlı bank işçisi ilə əlaqə saxlaması, onun adına pul verməsi, həmçinin Aydın adlı vəkillə əlaqə saxlaması və Aydın adlı vəkilə pul verməsi barədə deməmişdir. O, Röyala özünün işlərini düzüb qoşmaqla Rafael adlı bank işçisi və Aydın adlı hüquqşünasla əlaqə saxladığını demişdir. Röyal da ifadəsində, Rafael adlı bank işçisinin və Aydın adlı vəkilin onun banka olan gecikmələrini düzüb qoşacağı barədə qeyd etmişdir. Bundan başqa o, Röyala xalası oğlunun bankda işləməsi barədə deməmişdir. O, Röyala xalası oğlunun bankda işləməsi və onun kredit gecikməsini xalası oğlu düzüb qoşacağını deməyini xatırlamır. O, Röyaldan ancaq borc olaraq pul almışdır. Bundan başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs2 2020ci ildə, o, Lider marketdə satıcı kimi işə başladığı müddətdə görüb tanımışdır. Onun Kamranla dostluq münasibəti vardır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 2024-cü ilin noyabr ayında Kamran onun işlədiyi, Şəki şəhəri M.F.Axundov prospektində yerləşən “Səfəvilər” kafesinə gəlmişdir. Birlikdə çay içib söhbət edən zaman Kamran ona demişdir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Şəki Rayon Şöbəsinə sürücü kimi işə düzəlmək istəyir. O da Kamrana demişdir ki, tanışı adam olar deyər, gücü çatan qədər şirinlik verər işini düzüb qoşarlar. Kamran ona demişdir ki, onun 5000 manata, 10.000 manata gücü çatmır, 1500 manat verə bilər. O da Kamrana özünün adına olan Leobank tərəfindən verilmiş 4098 5844 7893 6030 nömrəli kartını vermiş, Kamran həmin karta 1500 manat pul göndərmişdir. Lakin Kamran həmin pulu onun kartına dəqiq hansı tarixdə göndərdiyini xatırlamır. Kamranın həmin şöbəyə sürücü kimi işə düzləməsi üçün maraqlanmış, lakin Kamranın işi düzəlməmişdir. Həmin vaxt ona pul lazım olmuş, buna görə o, Kamrana, onun işinin düzəlməməsi ilə bağlı heç nə deməmişdir, həmin pul ilə borclarını ödəmişdir. Bundan sonra 2024-cü ilin dekabr ayından 2025-ci ilin mart ayına kimi olan dövrdə o, Kamranın kartına 500 manat, 300 manat, 200 manat və 100 manat olmaqla cəmi 1100 manat pul göndərmiş, onun Kamrana 400 manat borcu qalmışdır. O, Kamrana özünü Dövlət Təhlükəsizlik Xidmətinin məxfi işçisi olduğunu deməmişdir. Ona pul lazım olduğna görə Kamrana DTX-nə işə düzəldəcəyini bildirib aldaraqa 1500 manat pulunu almışdır. Həmçinin Kamranın atası İmranın topdan satış mağazasında işlədiyini bilirdi. O, Səfəvilər kafesini işlətdiyi dövrdə Kamranın atasından nisyə mal almış, pulunu hissə-hissə ödəmişdir. Sonda onun Kamranın atasına ümumilikdə 492 manat borcu qalmışdır. O, Kamranın kartına ondan aldığı 1500 manat puldan hissəhissə olmaqla cəmi 1100 manat pulu göndərmişdir. Kamran da həmin pulu atasına olan borcundan sildiyini bildirib, Kamran ona verdiyi 1500 manat pulu tələb etmişdir. Hazırda onun Kamrana 400 manat, atasına isə 1092 manat borcu qalmışdır. Bundan başqa o, göstərmişdir ki, Kamran aldadıb 1500 manat pulunu aldıqdan bir müddət sonra sonuncu nəsə başa düşüb ondan verdiyi pulu tələb etmişdir. O, əvvəl müxtəlif bəhanələr gəlirib ona demişdir ki, pulunu qaytaracaq. Lakin Kamran əl çəkməyib tez-tez pulunu tələb etdiyi üçün o, Kamrana demişdir ki, guya pul Ramin adlı şəxsdədir. Həmçinin bildirmişdir ki, o, ***-***- **-** mobil telefon nömrəsini təxminən 3-4 il qabaq sosial şəbəkə vasitəsi ilə sifariş verib almışdır. Kamrana həmin mobil telefon nömrəsini verib demişdir ki, həmin nömrənin Whatsapp proqramı ilə ancaq yazışma ilə əlaqə saxlasın. Kamran da həmin nömrənin Whatsapp proqramı vasitəsi ilə yazaraq pulu nə vaxt qaytarılacağını soruşanda, o, Kamrana yazmışdır ki, “Bakıdadır, gələ bilməmişdir, narahat olmasın gələcək, pulunu qaytaracaq”. Bütün bunları o, vaxt almaq üçün Kamrana yazmışdır. Belə ki, o, Kamrana onu işə düzəltmək üçün kiməsə pul verdiyini qabaqcadan deməmişdir. Həmçinin o, Kamrana DTX-nın məxfi işçisi olduğunu da deməmişdir. Kamran vəziyyəti bilib pulunu tələb edəndə o, pulun guya Ramin adlı şəxsdə olduğunu bildirmişdir. Ancaq Raminin DTXnın işçisi olması barədə deməmişdir. Həmçinin ***-***-**-** mobil telefon nömrəsini də o, sosial şəbəkə vasitəsi ilə sifariş verib almışdır. ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrini özü istifadə etmişdir. Həmin mobil telefon nömrələrinin kimin adına olmasını bilmir. O, həmçinin ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrindən istifadə edir. Kamran, Röyal və Tərlanla həmin mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Bununla yanaşı o, göstərmişdir ki, Leobank tərəfindən verilmiş 4098 5844 7893 6030 nömrəli kart onun özünə məxsusdur və onun özü istifadə etmişdir. Bildiyinə görə 5239 1517 5390 9111 nömrəli kart Beynəlxalq Bank tərəfindən deyil. Kapitad bank tərəfindən verilmişdir. Kapital bank tərəfindən verilmiş 4169 73** ***** 5728, 4169-7388-1392-1503, 4169 7388 6136 0216 və 5239 1517 5390 9111 nömrəli kartların kimə məxsus olduğunu xağırlamır. O, hər dəfə evə pul göndərmək lazım olanda, yaxud borclarını qaytarmaq üçün pul lazım olanda Röyala xahiş etmişdir ki, karta pul vursun. Həmin kartlarda tanışlarının, yaxud borclu olduğu şəxsin kartı olmuşdur. Ola bilər ki, Röyal karta pulu vurduqdan sonra tanış şəxs pulu çıxarıb evinə vermişdir. Buna görə o, həmin kartların konrkret kimə məxsus olduğunu üstündən uzan müddət keçdiyinə görə xatırlamır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayından tanıyır. Həmin tarixdə Yelmar Şəki şəhərində yerləşən “Lider” marektdə satıcı kimi işə gəlmişdir. O, və Röyal da həmin dövrdə mağazada satıcı işləmişdir. Bir müddət Yelmarla birlikdə işləmişlər. 2021-ci ilin payızında o, və Röyal həmin mağazadan işdən çıxmışlar, onlardan sonra da Yelmar işdən çıxmışdır. Yaxın dostluq münasibəti olduğu üçün işdən çıxandan sonra da Yelmara zəng edib danışır, görüşürdülər. Mahiyyəti üzrə bildirmişdir ki, birlikdə işlədikləri müddətdə Yelmar ona, Dövlət Təhlükəsizlik Xidmətində kamendant işlədiyini, komandiri ilə sözü düz gəlmədiyi üçün işdən çıxdığını demişdir. 2024-cü ilin sentyabr ayında Yelmar Şəki şəhəri M.F.Axundov prospektində yerləşən “Alyans” klinikasının yaxınlığındakı “Səfəvilər” kafesini işlədirdi. O, dostları ilə həmin kafeyə çay içməyə getmişdir. Dostlarının işi olduğu üçün çıxıb getmişlər, Yelmarla münasibəti yaxın olduğu üçün sonuncu ilə oturub söhbət etmişdir. Həmin vaxt o, telefonuna baxan zaman Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının hansısa rayonda keçirdiyi əməliyyat tədbirini görmüşdür. Yelmar ona demişdir ki, o, Dövlət Təhlükəsizlik Xidmətindən işdən çıxsa da hazırda oranın məxfi işçisidir. Yelmar ona demişdir ki, o da Dövldət Təhlükəsizlik Xidmətində işə düzəlmək istəyirsə, xalası oğlunu oraya işə düzəltmiş, artıq təlimə gedir. O, Yelmara demişdir ki, fikirləşib, evdəkilərlə məsləhətləşib deyəcək. 2024-cü ilin noyabr ayında Yelmar ona zəng edib demişdir ki, kafeyə gəlsin işlə bağlı söhbət edəcək. O da Yelmarın işlədiyi kafeyə getmiş, Yelmar ona demişdir ki, istəsə onu sürücü kimi işə düzəldə bilər. O da razılıq vermişdir. Sonra Yelmar ondan əvvəlcədən 8000 manat şirinlik kimi pul istəmişdir. O, Yelmara demişdir ki, onun bu qədər pulu yoxdur. Sonra Yelmar ona demişdir ki, 3000 manat verər. O, yenə də Yelmara, 3000 manat pulu olmadığını, bankdan kredit götürüb 1500 manat pul verə biləcəyini demişdir. Yelmar da razılaşmışdır. Bundan sonra o, bankdan 750 manat kredit götürmüş, 750 manat da borc alıb cəmi 1500 manat pulu xx.xx.2024-cü il tarixdə Yelmarın təqdim etdiyi özünə məxsus Leobank kartında göndərmişdir. Həmin vaxt Yelmara göndərdiyi pulun qəbzini özünə götürmüşdür. Yelmar 1500 manat pulu aldıqdan sonra ona 6 ay kurs müddətinin olacağını bildirmiş, 6 aydan sonra işə başlayacağını demişdir. Əlavə olaraq bildirmişdir ki, atası ərzaq mallarının topdan satış mağazasının mallarını satırdı. Yelmar onun vasitəsi ilə atasını tanıdığı üçün atasından kafedə istifadə etmək üçün nisyə ərzaq məhsulları almışdır. 2024-cü ilin oktyabr ayından başlayaraq Yelmar atasından ümumilikdə 1800 manat dəyərində mal almışdır. 2025-ci ilin yanvar ayında atası Yelmardan nisyə verdiyi malın pulunu istəməyə başlamışdır. Yelmar da atasına, pulu verəcəyini bildirib süründürməyə başlamışdır. Yelmar atasının pulunu vermədiyi üçün kafedə olan mallarını geri götürmüşdür. Yelmarın təxminən 500 manat borcu qalmışdır. Sonradan atasına 500 manat pulu vermişdir. 2025-ci ilin fevral ayında Yelmar ondan işə düzəltmək üçün dediyi 8000 manat pulun qalan 6500 manatını tələb edəndə, atası razı olmamış və Yelmara artıq pul verməmişdir. Bundan sonra o, Yelmardan verdiyi 1500 manat pulunu istəmişdir. Yelmar da ona demişdir ki, ondan aldığı pulu guya kiməsə verib, həmin adam Bakı şəhərindədir, gələndə pulu alıb verəcək. Buna baxmayaraq Yelmar hər dəfə bir bəhanə gətirərək bu günə kimi ondan aldığı pulu tam qaytarmamışdır. O, Yelmara, Dövlət Təhlükəsizlik Xidmətinin Şəki Rayon Şöbəsinə sürücü kimi işə düzəlmək istəməyi barədə özü deməmişdir. Yelmar özü bunu ona təklif etmişdir. Həmçinin Yelmar ona həmin işə düzəlmək üçün ümumilikdə 8000 manat hörmət etməyini demiş, o da Yelmara o qədər pulu olmadığını, ancaq 1500 manat kredit götürüb verə biləcəyini demişdir. Razılaşandan sonra o, 1500 manat pulu xx.xx.2024-cü il tarixdə Şəki şəhəri, M.F.Axudov prospektindən keçən çayın kənarında yerləşən ərzaq mağazasında qoyulmuş milliön ödəniş terminalı vasitəsi ilə Yelmarın kartına göndərmişdir. Yelmar ondan aldığı 1500 manat pulun 500 manatını qaytmış, 1000 manatı qaytarmamışdır. Bundan başqa Yelmar atasından aldığı malın pulundan 492 manat borcu qalmışdır.O, Yelmardan pulunu istədikdə, sonuncu ona, işində problem yaradacığını, onu işdən çıxartdıracağını, atasını işdən çıxartdıracağını deyib hədələmişdir. Həmin dövrdə o, atası ilə birlikdə topdan satış mağazasında işləmişdilər. Yelmar onu başqa cür hədələməmişdir. Təqsirləndirilən şəxs onu, DTX-nin Şəki Rayon Şöbəsinə sürücü kimi işə düzəldəcəyi ilə bağlı hansısa vəzifəli şəxsə pul verəcəyini deməmişdir. Sadəcə sonradan ona demişdir ki, onun həmin işə düzəlməsi üçün DTX-nin işçisi Ramin adlı şəxsdən xahiş edib. Onun işi düzəlməyəndə Yelmar ona ***-***- **-** mobil telefon nömrəsini verib Ramin müəllimin telefon nömrəsi olduğunu bildirmişdir. O da həmin mobil telefon nömrəsinə zəng elədikdə həmin şəxs telefonu açmamışdır. O, həmin telefonun “Whatsapp” proqramı vasitəsi ilə yazışmışdır. O, sonradan Röyalla görüşüb söhbət edən zaman məlum olmuşdur ki, Yelmar DTX-nin Şəki Rayon Şöbəsində deyil, Röyalla birlikdə Bakı şəhərində mühafizə şirkətində mühafizəçi işləyir. Həmçinin həmin vaxt ona məlum olmuşdur ki, Yelmar Röyalı da aldadıb pulunu almışdır. Yelmarın Röyala təqdim etdiyi Rafael adlı şəxsin istifadə etdiyi mobil telefon nömrəsi onun təqdim etdiyi Ramin adlı şəxsin istifadə etdiyi 055- ***-**-** mobil telefon nömrəsi ilə eyni olmuşdur. Bundan sonra o, tam əmin olmuşdur ki, Yelmar onu aldadaraq 1500 manat pulunu ələ keçirmişdir. Həmçinin o, göstərmişdir ki, özü ***-***-**-** mobil telefon nömrəsindən istifadə edir, həmin nömrə ilə Yelmarın istifadə ediyi ***-***-**-**, ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Onunla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yazında Şəki şəhərində yerləşən “Lider” mağazasında işlədiyi müddətdə görüb tanımışdır. Sonra o, 2020-ci ilin sentyabr ayında oradan işdən çıxmışdır. Yelmarla onun dostluq münasibəti vardır. Hazırda da o, Yelmarla birlikdə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən “Evvrascom” tikinti şirkətində mühafizəçi işləyir. O, 2023-cü ilin dekabr ayının ortalarında “Ewrascom” tikinti şirkətində mühafizəçi kimi işə başlamışdır. “Evrascom” tikinti şirkətində işə başladıqdan bir müddət sonra 2023-cü ilin dekabr ayının sonlarında Şəki rayonunda yaşayan qardaşı Sərxan ona zəng edib münasib qiymətə kreditə mobil telefon alıb göndərməsini xahiş etmişdir. O da fikirləşmişdir ki, qardaşına bir az bahalı telefon alsın ki, uzun müddət istifadə etsin. 28 dekabr 2023-cü il tarixdə o, Yelmara, şəhərə gedib qardaşına mobil telefon alacağını demişdir. Yelmar da ona demişdir ki, o da şəhərə gedir, qohumları ilə görüşəcək. Belə olub Yelmarla birlikdə Nardaran qəsəbəsindən Bakı şəhərinə gəlib “KONTAKT HOME” mağazasının 20 yanvar filialına geldib kreditlə 2327 manata “Samsung S-22” markalı mobil telefonu almışdır. Ayda 130 manat olmaqla 18 ay ərzində ödəniş etməli idi. Həmin vaxt Yelmar yanında olmuşdur. Yelmar ona demişdir ki, 2- 3 günə istirahəti olacaq, rayona gedəcək, telefonu verər aparıb qardaşına verər. O da razılaşmış və telefonu oradaca Yelmara vermişdir. Belə ki, şirkətdə işləyən mühafizəçilər vaqonda 8-9 nəfər bir yerdə qalırlar. Fikirləşmişdir ki, telefon üstündə olar vaqonda oğurlayarlar. Həmin vaxt Yelmar bəzi veşlərini götürmüşdür, özünün deməsinə görə qohumunun evinə gedirdi. Buna görə o, telefonu Yelmara vermişdir. Həmin gün axşam tərəfi Yelmar iş yerinə gəlmişdir. Təxminən 2-3 gündən sonra istirahət vaxdı olduğuna görə Yelmar, -“rayona gedir” deyib çıxıb getmişdir. Səhəri gün o, Yelmara zəng edib demişdir ki, ona bir yer deyəcək həmin yerə gedər, qardaşı gəlib telefonu ondan götürər. Yelmar da ona demişdir ki, telefon onda deyil. Telefonu hara etdiyini soruşduqda, Yelmar ona, pula ehtiyacı olduğuna görə telefonu 600 manata satıb. O, Yelmara acıqlanıb demişdir ki, onun adına olan telefonu nə üçün satmışdır. Yelmar da ona demişdir ki, narahat olma tanış adama satmışdır, vaxt ver alıb qaytaracaq. O da qorxutmaq üçün Yelmara demişdir ki, əgər telefonu qaytarmasa polisə şikayət edəcək. Yelmar da demişdir ki, narahat olma telefon özgədə deyil, pulunu bitirib telefonu alıb qaytaracaq, heç kimə deməsin. Təxminən 1 ay gözləmiş, telefonun kreditinin vaxdı çatanda Yelmardan soruşmuşdur ki, telefon nə oldu, Yelmar da ona demişdir ki, telefon satılıb, telefondan narahat olmasın, heç nə olmayacaq, telefonun kreditini o, özü ödəyəcək, heç kimə heç nə deməsin. O da məcbur qalıb razılaşmışdır. Yelmar həmin telefonun kreditini ödəmədiyi üçün məcbur olub o, özü ödəməyə başlamışdır. O, hər ay Yelmara, telefonun kreditini ödəməsini deyəndə, sonuncu demişdir ki, imkanı yoxdur, özü ödəsin, sonra o, pulun hamısını qaytaracaq. O da məcbur olub krediti özü ödəməyə başlamışdır ki, faiz üstünə gəlməsin. Bəzən aylıq ödəniş etmək üçün pulu olmurdu, 2 ayı, bəzən 3 ayı bir dəfədə ödəyirdi. O, bu vaxda kimi mobil telefonun ümumilikdə 2844 manat kreditini ödəmişdir. O, kreditin ödənilməsi ilə bağlı saxladığı qəbzləri cəmi 10 ədəd, həmçinin qalıq borcla bağlı çıxarışın surətini 01 vərəqədə izahatına əlavə etmişdir. Hazırda onun telefonla bağlı 537 və 528 manat olmaqla əsas borc və faiz borcu birlikdə cəmi 1065 manat kredit borcu qalmışdır. Bundan başqa qeyd etmişdir ki, 2024-cii ilin yanvar ayının ortalarında Yelmar ona, uşağı dünyaya gəldiyini demişdir. Bir neçə gün sonra Yelmar pis vəziyyətdə ona yaxınlaşıb demişdir ki, doğulan uşağın ürəyində deşik var, təcili 1 ayın içində əməliyyat olunmasa öləcək. Həmçinin Yelmar demişdir ki, 2 dəfə əməliyyat olunmalıdır, bir əməliyyat 7 min, ikinci əməliyyata isə 5 min manat pul lazımdır. Ona nə kimi köməklik edə bilər. Həmin ərəfədə o, özü ailə qurması üçün 5000 manat pul yığmışdır. Yelmara demişdir, uşağına və ailəsinə yazığı gəlmişdir. Buna görə həmin 5000 manat pulu Bakı şəhərində Yelmara borc olaraq vermişdir. Yelmar pulu aldıqdan sonra demişdir ki, uşağın müalicəsini həll eldikdən sonra onun pulunu az-az ödəyəcək. O da razılaşmışdır. Bundan təxminən 1 ay sonra, 2024-cü ilin fevral ayında o, Yelmardan uşaq barədə soruşanda, sonuncu ona demişdir ki, uşağın əməliyyat olunmasına ehtiyac olmadı, uşağın ciddi problemi olmayıb, həkimlər demişdir ki, müalicə ilə düzələlək. O da Yelmara demişdir ki, belədirsə onda onun pulunu qaytarsın. Yelmar ona demişdir ki, uşağı özəl klinikalarda yoxlatmış, ondan aldığı pulları klinikalara ödəniş etmişdir və yola xərcləmiş, pul qalmamışdır, narahat olmasın onun pulunu verəcək. Bir müddət sonra Yelmar, ailə problemi olduğunu bildirib iş yerindən icazə alıb Şəki rayonuna qayıdıb gəlmişdir. Yelmar Şəki şəhərində “Səfəvilər” kafesini açıb orada işləyirdi. Bir müddət sonra o, Yelmara demişdir ki, onun pulunu nə vaxt qaytaracaq, Yelmar da demişdir ki, kafedə gündəlik az qazanc olur, ona görə onun pulunu ödəyə bilmir. Belə ki, o, 2024-cü ilin mart ayında Yelmara demişdir ki, dövlətdə işləmir, gündəlik qazancı da azdır, onun pulunu necə ödəyəcək? Yelmar da ona demişdir ki, fikrləşib, bankdan götürdüyü kreditin 3000 manat ödənişi qalıb, 3000 manat ödəyib həmin krediti bağlaya bilsə, işlətdiyi kafeni də girov qoyub 35.000 manata kimi kredit götürə bilir, həmin krediti götürüb ona olan borclarını tam şəkildə ödəyə bilər, 3000 manat tapa bilmir. Həmin dövrdə Yelmar onunla birlikdə işlədiyi müddətdə 976 manat aylıq əmək haqqı alırdı, digər tərəfdən kafe işlədirdi. Buna görə o, yenə də Yelmara inanmışdır. O, yenə də Yelmara inanıb fikirləşmişdir ki, 3000 manat borc pul tapıb versin Yelmar banka olan qalıq borcunu ödəyib yüksək məbləğdə kredit götürüb ona olan borclarını tam ödəyər. Həmin ərəfədə Yelmar, uşağının mülalicəsi üçün Bakı şəhərinə gəldiyini bildirmiş, o, Yelmara pulu düzüb qoşduğunu demişdir. Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən iş yerində əlbəəl olaraq Yelmara 3000 manatı pul vermişdir. O, həmin pulu 2024-cü ilin mart ayının ortalarında Yelmara vermiş və pulu verən zaman yanında heç kim olmamışdır. Yelmar pulu götürüb ona demişdir ki, gözləsin xəbər edəcək, bir neçə sənəd hazırlamalıdır. Yelmar gedəndən bir neçə gün sonra o, zəng edib demişdir ki, krediti bağlayıb, kafenin sənədlərini hazırlayır və bankdan xəbər gözləyir. Bir neçə gün sonra Yelmar ona zəng edib demişdir ki, kreditin ödənişi ilə bağlı gecikmələr olduğu üçün bank ona vaxt verib ki, bir müddət gözləyir, bankın işçisi ona xəbər verəcək. Bu müddət ərzində də o, kafenin sənədlərini hazırlayacaq. Bir müddət sonra o, Yelmara zəng edib demişdir ki, verdiyi 3000 manatı borc alıb vermişdir. İndi də borclular pulunu istəyirlər, ona konrket vaxt desin görək pulu nə vaxt qaytaracaq. Yelmar ona dəqiq vaxt deməyib, bildirmişdir ki, aldığı pulları hissə-hissə ödəsin, o, kredit götürdükdən sonra ondan aldığı pulları faizi ilə biridikdə qaytaracaq. O, yenə də Yelmara inanmış və aldığı borc pulları hissə-hissə qaytarmışdır. O, Yelmara verdiyi həmin 3000 manat pulu hissə hissə yığıb Yelmara vermişdir. Beldə ki, “Azpulmat” Bank olmayan kredit təşkilatından öz adına 260 manat, qardaşının adına “Azpulmat” və “Manatoaz” bank olmayan kredit təşkilatından 260 manat və 600 manat olmaqla cəmi 860 manat pul götürmüşdür. Həmçinin dost-tanışın adına “Azpulmat” Bank olmayan kredit təşkilatından kredit götürmüşdür. Təxminən 2000 manat kredit götürmüş, 1000 manat da borc götürmüşdür. Cəmi 3000 manat düzüb qoşub Yelmara vermişdir. Həmin aldığı pulları o, aylıq əmək haqqı ilə ödəmişdir. Buna baxmayaraq kreditə aldığı pulların faizini ödəyə bilmirdi. Bu minvalla o, tez-tez zəng edib Yelmardan krediti götürüb-götürməməsi ilə bağlı maraqlanan zaman sonuncu ona, hər dələ bir bəhanə gətirərək, hələki uzun müddət gözləyəcək, bank kredit vermir demişdir. Yelmarın pulu qaytarmaq fikri olmadığı nəticəyə gələrək, qərara gəlmişdir ki, özü bankdan pul götürüb xırda kreditləri ödəyib bağlasın, təkcə banka borcu olsun, onu da hissə-hissə ödəyər. Lakin o, öz adına və dost tanışların adından “Azpulmat” və “Manato” Bank olmayan kredit təşkilatından götürdüyü kreditlərin gecikməsinə görə onun adı qara siyahıya düşmüşdür. Buna görə o, rəsmi olaraq bankdan kredit ala bilməmişdir. 2024-cü ilin iyun ayının əvvəlində o, Yelmara zəng edib bu barədə bildirib demişdir ki, ona pul göndərmir, o da kreditləri və borcu ödəyə bilmir. Qara siyahıya düşdüyünə görə bank ona kredit vermir. Yelmar da ona demişdir ki, onun 2 nəfər tanışı var, biri bankda işləyir, biri də vəkil işləyir. Onu həmin şəxslərlə tanış edəcək, həmin şəxslər onun banka olan gecikmələrini məhkəmə yolu ilə aradan qaldıracaq ki, o, bankdan sərbəst kredit götürə bilsin. O, Yelmardan soruşmuşdur ki, -“bunu necə edəcək, onun nə qədər xərci çıxacaq?”. Yelmar da ona demişdir ki, dövlət rüsümü, vəkil pulu və sair üçün hissə-hissə olmaqla cəmi 2000 manat pulu çıxacaq. O, Yelmara demişdir ki, borcun içindədir, o qədər pulu verə bilməyəcək, heç olmasa onun işini həll eləsinlər o, kredit götürüb sonra onların pulunu verər. Yelmar da ona demişdir ki, maraqlanıb ona bir söz deyəcək. Bir neçə gündən sonra Yelmar ona demişdir ki, ilkin ödəniş üçün 800 manat lazım olacaq, qalan pulları da 2 ay müddətində lazım olanda hissə-hissə göndərəcək. Həmçinin o, Yelmardan soruşmuşdur ki, əgər o, razılaşsa nə qədər vaxda kredit ala biləcək. Yelmar da ona demişdir ki, 2 aya kimi onun gecikmələri silinəcək və o, kredit götürə biləcək. Bundan sonra o, Şəki şəhərinə gəlib Yelmarla görüşüb soruşmuşdur ki, onun bu işini kim düzüb qoşacaq. Yelmar da ona demişdir ki, xalası oğlu bankda işləyir, xalası oğlu onun işini həll edəcək. Lakin o, Yelmardan xalası oğlunun adını və hansı bankda işlədiyini soruşmamış, sonuncu da ona bu barədə heç nə deməmişdir. O, yenə də Yelmara inanıb fikirləşmişdir ki, borclarını saxlayıb, borc alıb kredit məsələsini həll elsin. Belə olub o, 04 iyul 2024-cü il tarixdə saat təxminən 17:30-da Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ərzaq mağazasında qoyulmuş terminal vasitəsi ilə Yelmarın ona göndərdiyi Leobank tərəfindən ona verilmiş 4098 5844 7893 6030 nömrəli kart hesabına 800 manat pul göndərmişdir. Bundan təxminən 10-15 gün keçəndən sonra Yelmar ona zəng edib demişdir ki, -“xalası oğlu deyir ki, sənin işini düzəlmir”, lakin Yelmar ona səbəbini izah etməmişdir. Sonra Yelmar ona zəng edib demişdir ki, xalası oğlu avtomobil qəzasına düşüb, komada yatır, ondan heç nə soruşa bilmir, pul da onun kartındadır, xalası oğlu sağalandan sonra onun pulunu qaytaracaq. Təxminən 1 aydan sonra Yelmar ona zəng edib demişdir ki, onun işini həll edə biləcək Rafael adında bir nəfər də tanışı var, bankda işləyir, xalası oğlunun dostudur, xalası oğlunun yarımçıq qalan işini tamalayacaq, xalası oğlu 800 manatı Rafaelə verəcək. O, razılıq verməyib demişdir ki, xalası oğlu komadan ayılandan sonra onun pulunu qaytarar. Aylarla gözləmiş, Yelmar ona hər dəfə xalası oğlunun komadan ayılmadığını demişdir. 2025-ci ilin yanvar ayında Yelmar ona, xalası oğlunun komadan ayırmadığını deyəndə, o, fikirləşmişdir ki, heç olmasa 800 manat pulu batmasın deyə Yelmarla razılaşmışdır ki, Rafael adlı şəxs onun banka olan geçikmə işini düzüb qoşsun. Bundan sonra Yelmar ondan əlavə rüsum kimi 500 manat pul istəyib demişdir ki, bankın işçisi Rafaelə göndərəcək. O, yenə də Yelmara inanıb razılaşmış, 2025-ci ilin yanvar ayının ortalarında əmək haqqını alıb Şəki şəhərinə gəlmişdir. 15 yanvar 2025-ci il tarixdə saat 16:21-də Yelmarın işlədiyi M.F.Axundov prospektində yerləşən “Alyans” klinikasının yanında olan “Səfəvilər” kafesində əmək haqqı kartında olan puldan 500 manat pulu Yelmarın adına olan Kapital bank tərəfindən verilmiş 4169 73** ***** 5728 nömrəli karta göndərmişdir. Bir müddət sonra Yelmar ona zəng edib demişdir ki, danışıb, pulu da Rafaelə göndərib, onun işi ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə Yelmar onun mobil telefonunun “Whatsapp” proqramına ***-***-**-** nömrəsini göndərib demişdir ki, Rafaelin nömrəsidir, danışmağa vaxdı olmur, həmin nömrənin “Whatsapp” proqramına yazıb özü ilə əlaqə saxlasın. O da həmin güngən Yelmarın ona verdiyi mobil telefon nömrəsinin “Whatsapp” proqramına yazmağa başlamışdır. 2025-ci ilin yanvar ayının sonuna kimi yazışmışdır. Yazışma zamanı Yelmarın dediyi Rafael adlı şəxs ondan şəxsiyyət vəsiqəsinin şəklini istəyib, rüsum ödəməyini bildirmişdir. O, Rafaelin dediyi rüsumları ödəmişdir. Belə ki, 19 yanvar 2025-ci il tarixdə saat 22:19-da 40 manat və 5 manat olmaqla cəmi 45 manat pulu göndərmişdir. 40 manat pulu Kapital bank tərəfindən verilmiş 4169 7388 6136 0216 nömrəli kartı, 5 manatı ilə ABB bank tərəfindən verilmiş 5239 1517 5390 9111 nömrəli karta göndərmişəm. Bundan sonra Rafael ondan pul istəməmişdir. 30 yanvar 2025-ci il tarixdə Rafael ona yazmışdır ki, o, öz işini bitirib, onluq iş qalmayıb. Ona bankın vəkili Səbuhi müəllimin nömrəsini göndərəcək, Səbuhi ilə əlaqə saxlasın, məhkəmə işlərini Səbuhi müəllim həll edəcək. Bundan sonra Rafaelə zəng çatmamışdır, “Whatsapp” proqramı bağlı olduğu üçün o, Yelmara zəng edib demişdir ki, Rafael ona vəkilin nömrəsini verəsi idi, telefonuna zəng çatmır. Yelmar da ona, maraqlanıb deyəcək demişdir. Sonra ona zəng edib demişdir ki, Rafael məzuniyyətə gedib, gözləsin bank işi təsdiqlənməyib, bank işi yekunlaşandan sonra vəkil onunla əlaqə saxlayacaq. Bir müddət gözləmiş, 2025-ci idin mart ayının 14-də Yelmar ona ***-***-**-** mobil telefon nömrəsini göndərib, zəng edib demişdir ki, vəkili dəyişib, onun işini vəkil Aydın müəllim görəcək, nömrəsini göndərmişdir, Aydın müəllimin danışmaq üçün vaxdı olmur, ancaq “Whatsapp” proqramı vasitəsi ilə yazışar. O, yenə də Yelmara inanmış, həmin telefon nömrəsini yaddaşa salıb “Whatsapp” proqramı vasitəsi ilə yazışmağa başlamışdır. Vəkil ondan şəxsiyyət vəsiqəsinin şəkilini istəmiş, o da göndərmişdir. Sonra Aydın müəllim ona demişdir ki, İMEİ ünvan yaratsın, onun adımdan məhkəmədə iştirak etmək üçün onlayın etibarmanə yazdıracağını bildirmişdir. Özünü vəkil kimi təqdim edən şəxs X7 olduğunu bildirmişdir. 2025-ci ilin martın 14-dən may ayının 8-dək olan müddətdə yazışan zaman vəkil ona yazmışdır ki, onun adından məhkəmə iştirak edib, tələblər irəli sürüb, “Azpulmat” və “Manato.az” bank olmayan kredit təşkilatının rəhbərliyi ilə razılaşmağa çalışır. Həmin müddət ərzində özünü Aydın kimi təqdim etmiş şəxs əvvəlcə ondan 350 manat vəkil pulu, daha sonra ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul istəmişdir. Həmin vaxt o, işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Evrascom” tikinti şirkətində olmuşdur. O, özünün telefonunda olan M10 proqramı vasitəsi pul göndəmişdir. Belə ki, o, Aydının göndərdiyi Kapital bank tərəfindən verilmiş 4169-7388-1392-1503 nömrəli karta birinci dəfə 17 mart 2025-ci il tarixdə saat 17:21-də hesabına 315 manatı göndərmiş, sonra 07 aprel 2025-ci il tarixdə saat 20:14-də Kapital bank tərəfindən verilmiş 4169 73** ***** 5728 nömrəli kart hesabına 150 manat, 11 aprel 2025-ci il tarixdə saat 20:13-də həmin kart hesabına 101 manat, 15 aprel 2025-ci il tarixdə saat 19:19-da həmin kart hesabına 101 manat, 21 aprel 2025-ci il tarixdə saat 20:03-də yenə həmin kart hesabına 101 manat, 08 may 2025-ci il tarixdə saat 07:49-da həmin kart hesabına 350 manat göndərmişdir. Beləliklə də Yelmar guya onun kredit götürməyi üçün düşdüyü qara siyahıdan çıxarmağa köməklik etmək adı ilə aldadıb ümumilikdə 2463 manat pulumu almışdır. Sonuncu dəfə o, 350 manat pulu yaşadığı Orxa Xəyzid kəndində M10 proqramı vasitəsi Yelmarın verdiyi karta göndərmişdir. Gündərdiyi 800 manat pulun qəbzini itirmişdir. O, sonuncu 350 manat pulu göndərdiyi gündən təxminən 2-3 gün sonra o, həmin nömrəyə Whatsapp proqramı vasitəsi ilə zəng etmiş, telefonu Yelmar açmışdır. O, Aydın müəllimdir deyəndə, Yelmar, yox Yelmardı demişdir. O, -“Yelmar vəkil sənsən” deyəndə, Yelmar telefonu söndırmüşdür. Bundan sonra o, Yelmarın telefonuna yazmışdır ki, -“vəkil sənsən”, Yelmar da, -“mən deyiləm” yazmışdır. Daha sonra Yelmar görüntülü zəng edib ətrafını göstərib demişdir ki, o, vəkil deyil, vəkil də onun yanında deyil. Artıq ona məlum olmuşdur ki, vəkil Aydın müəllim və bank işçisi Rafael adından Yelmar özü çıxış etmişdir, onu da aldadıb ki, guya həmin şəxslərin telefonda danışmağa vaxtları yoxdur, ancaq yazışma ilə əlaqə saxlaylar. Bundan bir neçə gün sonra o, Şəki şəhərinə gəlmişdir. Dostu Kamranla görüşmüş, sonuncu ondan soruşdu ki, Yelmarı görübmii. O da Kamrana demişdir ki, Yelmar onunla birlikdə Bakı şəhərində mühafizəçi işləyir. Kamran da təəccüblənib demişdir ki, Yelmar ona deyib ki, Dövlət Təhlükəsizlik Xidmətinində işləyir, onu da DTX-nin Şəki rayon Şöbəsində sürücü kimi işə düzəldəcəkdir. O, Kamrandan, onu kimin vasitəsi ilə işə düzəldəcəyini soruşduqda, sonuncu ona demişdir ki, Yelmar ona demişdir ki, guya Ramil adlı şəxsin vasitəsi ilə onu işə düzəldəcək. Həmin vaxt Kamran Ramil adlı şəxslə əlaqə saxladığı mobil telefon nömrəsini ona göstərmiş, baxıb görmüşdür ki, Yelmarın ona bank işçisi Rafaelin istifadəsində olan ***-***-**-** mobil telefon nömrədir. Söhbət zamanı Kamran da ona demişdir ki, Yelmar onu da işə düzəltmək adı ilə aldadıb 1500 manat pulunu almışdır. Həmin vaxt ona tam aydın olmuşdur ki, Yelmar onu inandırmaq üçün yalandan bank işçisi kimi Rafael adlı şəxslə əlaqə saxlamaq üçün özü onunla yazışmış, o cümlədən vəkil Aydın adı ilə əlaqə saxlamağını bildirib özü ***-***-**-** nömrəsi ilə onunla yazışıb aldadıb pullarını ələ keçirmişdir. Bundan bir gün sonra Kamran bildirmişdir ki, Yelmar onun dostu Tərlanın da pulunu alıb qaytarmır. Sonda o, Kamran və Tərlan qərara gəlmişlər ki, birlikdə Yelmar barədə şikayət ərizəsi yazsınlar. Belə olub onlar birlikdə Dövlət Təhlükəsizlik Xidmətinin Şəki rayon Şöbəsinə şikayət ərizəsi yazmışlar. Həmçinin o, göstərmişdir ki, Yelmar, onun qardaşına göndərdiyi 2327 manata kreditə aldığı mobil telefonu 600 manata satıb pulunu ələ keçirmişdir. O, mobil telefonu Yelmara Metropolitenin 20 yanvar stansiyasının yaxınlığında yerləşən “KONTAKT HOME” mağazasının qarşısında vermişdir. Bundan sonra uşağı xəstə olduğunu bildirib onu inandırıb aldaraqa 5000 manat borc pulunu almışdır. Özünün kreditini bağlayıb əlavə böyük məbləğdə kredit götürüb ona olan borclarını ödəyəcəyini bildirib aldadaraq 3000 manat pulunu almışdır. Bundan başqa Yelmar guya onun adını bankdakı qara siyahıdan çıxarmağa köməklik edəcəyini bildirib aldadaraq 2463 manat pulumu almışdır. 5000 və 3000 manat pulu o, iş yemdə Yelmara vermişdir. Bundan başqa 2463 manat pulu hissə-hissə yuxarıda qeyd etdiyi kimi Yelmarın kartına göndərmişdir. Beləliklə də Yelmar ondan ümumilikdə 2327 manat, 5000 manat, 3000 manat və 2463 manat olmaqla, ümumilikdə 12.790 manat pulunu almışdır. Bundan başqa qeyd etmişdir ki, “KONTAKT HOME” mağazasına gecikmələrlə pul ödənildiyi üçün 2840 manat ödəmiş, 1065 manat da ödəniləcək məbləğ qalıb (həmin qəbzləri izahatıma əlavə etmişdir). Həmin pulu da o, ödəsə cəmi 3905 manat pul edir ki, 2327 manatdan əlavə 1578 manat ödəmiş olur. Bundan başqa o, öz adma, qohum və dost adına “Azpulmat” və “Manato.az” Bank olmayan kredit təşkilatından aldığı kreditlərə görə əlavə 1060 manat ödəmişdir. Bununla Yelmar onu əlavə 2638 manat ziyana salmışdır. Beliklə Yelmar ona 12.790 manat nəqd olaraq, 2638 manat isə əlavə olaraq ziyan vurmuşdur, bununla da Yelmar ona ümumilikdə 15.428 manat pul dədəməlidir. O, mobil telefonu mağazadan alıb Şəki rayonunda yaşayan qardaşına verməsi üçün Yelmara verən zaman yanlarında heç kim olmamışdır. Həmçinin Yelmar ona, özünün adma olan bankdakı kreditini ödəyib böyük məbləğdə kredit götürüb ona olan borclarını verəcəyini bildirib aldadaraq 3000 manatı alan vaxt yanlarında heç kim olmamışdır. Bundan başqa onun banka olan gecikmələrini sildirmək adı ilə aldadaraq pulunu alan zaman da yanında heç kim olmamışdır. Onlar ancaq, “Whatsapp” proqramı vasitəsi ilə yazışmışlar və danışmışlar. O, göndərdiyi pulların qəbzlərini izahatına əlavə etmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq aldığı puldan bu günə kimi pul qaytarmamışdır. Bundan başqa o, göstərmişdir ki, Təqsirləndirilən şəxsla onun yaxın dostluq münasibəti olmuşdur, Yelmarla onun arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik, o cümlədən pul və ya əmlakla bağlı mübahisələri olmamışdır. Hazırda ona vurulmuş ziyandan 10582 manat ödənilməmiş qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə gönərilməsi barədə” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin toplanmış HK-1/1048 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası XM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli 350 nömrəli arayışından görünür ki, Şəki şəhəri, P.Əliyev 2/2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi yoldaşı X6 və övladı X5r. - Şəki Şəhər İcra Hakimiyyəti “Pətəli” Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və məhkumluğu yoxdur. - Cinayət İşinin töfsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 25082608 nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. - Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona vurulmuş 1500 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ondan heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi təkrar törədildikdə və 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün məhkəmə istintaqı zamanı qismən etiraf ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 29,178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 29,178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olduğundan törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, 59.1.14-cü maddəsinə əsasən vurulmuş ziyanı qismən ödəməsini, 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.2 və 58.3-cü maddələrinə əsasən məhkəmə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən Təqsirləndirilən şəxs iş üzrə zərəçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini, cəzanın məqsədinə nail olunmamasını, eyni zamanda Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına xidmət etdiyini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, CM-nin 178.2.2 və 29,178.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu tarixdən, yəni 18 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılan, 01 ədəd disk Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı hökm elan olunduğu tarixdən, yəni 18 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş materiallarında olan və maddi sübut kimi tanınmış 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar