Məhkəmə qərarları › İş №1(075)-116/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-116/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-116/2021 09.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1992-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Zərərçəkmiş şəxs MMC-nin Şəki şəhəri, X7 prospekti 169 ünvanında yerləşən Şəki filialından vahid niyyətlə 2021-ci ilin iyul ayının əvvəllərindən başlamaqla həmin ilin avqust ayının 12-dək olan müddət ərzində həmin marketə alıcı qismində daxil olmaqla orada marketin spirtli içkilər yerləşdiyi rəflərinə yaxınlaşaraq 01 ədəd 45 manat dəyərində “X9” markalı viskini, 01 ədəd 45 manat dəyərində “X9” markalı viskini, 01 ədəd 65 manat dəyərində “Chivas Regal” markalı viskini, 01 ədəd 65 manat dəyərində “Chivas Regal” markalı viskini, 01 ədəd 52 manat dəyərində “Chivas Regal” markalı viskini, 01 ədəd 52 manat dəyərində “Chivas Regal” markalı viskini, hər birinin qiyməti 13 manat olmaqla ümumilikdə 39 manat dəyərində 03 ədəd “AZGRANAT Mens Club” markalı viskini, hər birinin qiyməti 52 manat olmaqla ümumilikdə 208 manat dəyərində 04 ədəd “Jack Danie”ls markalı viskini, hər birinin qiyməti 45 manat olmaqla ümumilikdə 90 manat dəyərində 02 ədəd “Jack Daniels” markalı viskini, 01 ədəd 52 manat dəyərində “Chivas Regal 12YO+2GL FY21” markalı viskini və 01 ədəd 50 manat dəyərində “JW X10” markalı viskini götürüb əynindəki köynəyin altında gizlədərək həmin marketdən çıxmaqla ümumilikdə 815 manat dəyərində əmlakı gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 815 manat maddi ziyan vurub oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Şəki rayon məhkəməsinin 20.02.2019ci il tarixli hökmü ilə CM-nin 221.2.2-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin elektron qolbağı qırdığı üçün Şəki rayon Məhkəməsinin 14.05.2020-ci il tarixli qərarı ilə qalmış 08 ay 02 gün müddətində cəzası azadlıqdan məhrum etmə ilə cəzası ilə əvəz edilərək məhkum edilmişdir. 16 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, Şəki şəhərində yeni açılmış Araz Supermarketə təxminən 5 dəqiqəlik məsafədə yaşayır. Həmişə ev və özü üçün lazımi ərzaqları oradan alır. Təxminən 2021-ci ilin iyul ayının əvvəllərində Araz marketdə olan zaman spritli içkilərə baxmışdır. Mütəmadi olaraq spirtli içkilərdən istifadə edir. Həmin vaxt vitrində bahalı viskilərin olmasını görmüşdür. Marketin yeni açılmasını, mühafizənin zəif təşkil edilməsini görüb hər gün, yaxud bir neçə gündən bir viskilərdən birini götürsə heç kimin xəbərinin olmayacağını düşünmüşdür. Bundan sonra isə elə həmin vaxt yaxınlıqda heç kimin olmadığını görüb viskilərdən birini götürüb köynəyinin alt hissəsində gizlətmişdir. Bundan sonra isə mağazadan birbaşa olaraq çıxıb getmişdir. Həmin gün viskini hissə-hissə olmaqla gün ərzində içib bitirmişdir. Həmin vaxtdan 12 avqust 2021-ci il tarixdə daxil olmaqla ümumilikdə Arazmarketdən 18 ədəd müxtəlif markalı viskilər götürmüşdür. Həmin viskiləri elə olurdu ki, hər gün, elə olurdu ki, bir neçə gündən bir götürmüşdür. Lakin mağazaya gedən zaman yalnız bir ədəd viski götürüb həmişəki kimi köynəyinin altında gizlətmişdir. Bəzən şübhələnməsinlər deyə mağazadan gündəlik ucuz ərzaqlardan da almışdır. Sonuncu dəfə 12 avqust 2021-ci il tarixdə mağazadan həmişəki qaydada 01 ədəd viski götürüb mağazadan çıxmışdır. Mağazadan çıxan zaman qapının yaxınlığında mühafizəçinin olduğunu görmüşdür. Bir qədər getdikdən sonra mühafizəçi onu çağırıb kameraya baxdığını, viski götürdüyünü gördüyün deyib viskini geri qaytarmağını bildirmişdir. Həmin vaxt ev üçün çörək almışdır. Mühafizəçiyə ev üçün aldığı cörəyi evə verib gələcəyini bildirmişdir. Bundan sonra isə evə gedib çörəyi verib geri mağazaya qayıtmışdır. Mağazaya qayıtdıqdan sonra oğurladığı viskini geri qaytarmışdır. Həmin vaxt viskini oğurladığına görə onun pulu qədər də pul verəcəyini dedikdə hazırda üzərinə pul olmadığını, gedib saat 17:00 radələrində qayıdıb pulu verəcəyini demişdir. Bundan sonra isə pulu olmadığından mağazaya geri qayıtmamışdır. Ona bildirilmişdir ki, vurulmuş ziyanı ödəyərsə polisə müraciət etməyəcəklər. Lakin maddi imkanı olmadığından, işləmədiyindən və alkoqol asıllığı olduğundan vurulmuş ziyanlığı ödəyə bilməmişdir. Həmin gündən sonra marketə bir daha oğurluq ya da alış veriş etməyə getməmişdir. Göstərmişdir ki, 1 ay ərzində bəzən hər gün, bəzən isə bir neçə gün fasilə verməkdə cəmi 18 ədəd müxtəlif markalı viskilər oğurlamışdır. Bildirmişdir ki, həmin mağazanın sahibi, yaxud müdiri ilə arasında hər hansı ədavət və düşmənçilik, həmçinin ona borcları olmadığını bildirmişdir. Göstərmişdir ki, nə ibtidai istintaq nə də məhkəmə istintaqı dövründə vurlmuş 815 manat zərər üzrə hər hansı ödəniş edə bilməmişdir. Ailədə atası və anası ilə yaşayır. Nə atası nə də anası işləmir. Ona müəyyən müddət vaxt verilərsə ziyanlıqdan qismən ödəniş edə bilər. Lakin hazırda hər hansı ödəniş etmək imkanı yoxdur. Əməlindən peşman olduğunu, buna görə də ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, 05.08.2020-ci il tarixdən etibarən Araz Supermarket MMC-nin hüquqşünası vəzifəsində işləyir. Əsas işi həm şirkəti nümayəndə qismində müxtəlif orqanda təmsil etmək, həm də digər hüquq məsələlərindən ibarətdir. Şəki ŞRPŞ-dən şirkətin Şəki filialından 815 manat dəyərində müxtəlif viski markalı spirtli içkilərin oğurlanması və cinayət işi üzrə nümayəndə ayrılması barədə onlara məktub daxil olmuşdur. Bundan sonra isə şirkət rəhbərliyi tərəfindən həmin cinayət işi üzrəı nümayəndə qismində iştirak etməyi barədə tapşırıq verilmişdir. Həmin cinayət işi üzrə Şəki şəhər sakini Təqsirləndirilən şəxs şirkətin Şəki filalialından 2021-ci ilin iyul ayının əvvəllərindən 2021-ci il avqust ayının 12-nə kimi olan müddət ərzində 815 manat dəyərində viski markalı spirtli içkilər oğurlamışdır. Bildirmişdir ki, təqsirləndirilən şəxslə aralarında heç bir ədavət və düşmənçilikləri, heç bir borc və ya digər əmlak məsələləri olmamışdır. Göstərmişdir ki, təqsirləndirilən şəxsin əməli nəticəsində hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs MMC-yə 815 manat ziyan dəymişdir. Həmin ziyanlıq 2 aylıq ibtidai istintaq dövründə təqsirləndirilən şəxsdən tələb edilmiş, lakin onun tərəfindən indiyədək hər hansı ödəniş edilməmişdir. Həmçinin iş məhkəməyə verildikdən sonra da təqsirləndirilən şəxs tərəfindən ödənişlər edilməsindən imtina edilmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidirlər. Buna görə də ittihamçının təklifi ilə razılaşaraq ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Araz Supermarket MMC-də mühafizəçi işləyir. Göstərmişdir ki, X6 filialı Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşir. Market birmətəbəli binadan ibarətdir. Həmin marketdə gündəlik yeyinti məhsulları, həmçinin spirtli və spirtsiz içkilər, həmçinin digər gündəlik tələbat əşyaları da satılır. Marketdə stılacaq əşyalar barkotlar vasitəsilə sistemə işlənilir. Marketdə digər spirtli içkilər kimi viski markalı spirtli içkilər satılır. Həmin içkilər marketin sonunda digər içkilərin yaxınlığında yerləşir. Marketdə barkot sistemi olduğuna görə anbara daxil edilən və satılan malların hesabatı dəqiq olur və həmin mallarda hər hansı bir əksiklik olması mümkün deyildir. 15 iyun 2021-ci il tarixdə market açılan zaman marketdə çoxlu sayda viski markalı spirtli içkilər gəlmişdir. Həmin mallardan 15 iyun 2021ci il tarixdən bu günə kimi satılan hissəsi yoxdur. 12 avqust 2021-ci il tarixdə saat 09:30 radələrində marketdə bir nəfər əvvəllər tanımadığı şəxsin viski oğurladığını aşkar etmiş və onu tutub yoldan geri qaytararaq marketin müdiri Şahid2 bu barədə məlumat vermişdir. Həmin vaxt Elçin müəllim ona oğurladığı viskinin qiyməti dəyərində bir əlavə pulda ödədikdən sonra onu buraxmaqlarını bildirmişdir. Buna görə də oğurluq edən Hüseybalanın oğurladığı viskinin dəyərindən əlavə həmin qiymətdə də pulu ödəməsi üçün saat 5-ə kimi vaxt istəməsini nəzərə alıb onu buraxmışdır. Bir qədər sonra isə Elçin müəllim özü də marketə yaxınlaşmışdır. O, Elçin müəllimə demişdir ki, marketin qarşısında olanda həmin şəxs marketdən çıxan zaman ona şübhəli baxması, həmin vaxt yaxınlıqda bir nəfər tanımadığı ağsaqqal kimi kişinin həmin şəxsin narahat adam olduğunu bildirməsini, buna görə də şübhələnib kameraya baxan zaman həmin şəxsin bir ədəd viski oğurladığını müəyyən etmişdir. Bundan sonra isə onun ardınca gedib marketə dəvət etmiş, marketdə isə həmin şəxsin viskini geri qaytardıqdan sonra əlavə pulu geri qaytarmaq üçün vaxt istəyib getməsini bildirmişdir. Bundan sonra Elçin müəllimlə marketdə kameralara baxış keçirən zaman həmin şəxsin son bir həftə ərzində marketdən ümumilikdə satış qiyməti ilə hesabladığı 06 ədəd 376 manat dəyərində viski oğurladığını müəyyən etmişdir. Həmin gün həmin şəxsin geri qayıtmasını gözləsələr də o, geri qayıtmamışdır. Buna görə də Şəki ŞRPŞ-nə müraciət etmək qərarına gəlmişlər. Bundan sonra müəyyən etmişlər ki, həmin şəxs tərəfindən ümumilikdə 815 manat dəyərində müxtəlif markalı viskilər oğurlanmışdır. Belə ki, kameralara baxış keçirən zaman həmin şəxsin kameranın yaddaş tutumuna görə 07.08.2021-ci il tarixdən 12.08.2021-ci il tarixədək oğurluq etdikərinin görüntülərini əldə etmişlər. Həmin görüntülərə baxış keçirən zaman 12.08.2021-ci il tarixdə saat 09:05 radələrində 01 ədəd 45 manat dəyərində X9 0.7 l markalı viskini, 11.08.2021-ci il tarixdə saat 10:52 radələrində 01 ədəd 45 manat dəyərində X9 0.7 l markalı viskini, 10.08.2021-ci il tarixdə saat 08:52 radələrində 01 ədəd 65 manat dəyərində chivas regal 12 viski 1L markalı viskini, 09.08.2021-ci il tarixdə saat 08:44 radələrində 01 ədəd 65 manat dəyərində chivas regal 12 il viski 1L markalı viskini, 08.08.2021-ci il tarixdə saat 10:18 radələrində 01 ədəd 52 manat dəyərində chivas regal 700 ml 12 il markalı viskini, 07.08.2021-ci il tarixdə saat 15:25 radələrində 01 ədəd 52 manat dəyərində chivas regal 700 ml 12 il markalı viskini oğurlamasını müəyyən etmişlər. Bundan sonra isə barkot sistemi ilə əskik olan mallara baxış keçirən zamanı 03 ədəd 13 manat dəyərində azgranat mens club markalı 7 illik, 0.75 litr həcmdə olan ümumilikdə 39 manat dəyərində viskinin, 04 ədəd 52 manat dəyərində jack daniels 1 litr həcmdə olan ümumilikdə 208 manat dəyərində viskinin, 02 ədəd 45 manat dəyərində jack daniels 0.7 litr həcmdə olan ümumilikdə 90 manat dəyərində viskinin, 01 ədəd 52 manat dəyərində chivas regal 12YO+2GL FY21 markalı 0.7 litr(1x6) 40% RL həcmdə olan viskinin, 01 ədəd 50 manat dəyərində JW X10 markalı 750 ml həcmdə olan viskinin əskik olmasını müəyyən etmişlər. Qeyd etdiyi viskilərdə satış olmadığını, həmin viskilərin əskik olması həmin içkilərin həmin şəxsi tərəfindən 07 avqust 2021-ci il tarixdə əvvəlki vaxtlarda oğurlaması nəticəsində əskik olduğunu bilmişlər. Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən oğurluq etmiş şəxs tutulduqdan sonra həmin şəxsin Şəki şəhər sakini Təqsirləndirilən şəxs olmasını bilmişlər. Beləliklə oğurluq nəticəsində dəymiş ziyanlıq 815 manat təşkil etmişdir. Şahid2 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və məhkəmə iclasına gələ bilməməsini üzrlü hesab edilməsi xahiş etmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı digər Şahid1 məhkəmə iclasında vermiş olduğu ifadəyə oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan 20 avqust 2021-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmış və icraata götürülmüşdür. İşdə olan 20 avqust 2021-ci il tarixli, qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:45-də şbphəli şəxs qismində tutulmuş və 21 avqust 2021-ci il tarixdə saat 19:10-dab MSY-dən azad edilmişdir. İş üzrə Araz Supermarket MMC-in Şəki Filialının müşahidə kameralarının görüntülərinə keçirilmiş 06.08.2021-ci il tarixli baxış protokolundan görünür ki, “VİD- 20210821-WA0000” adlı video faylı açdıqda həmin faylın 08.08.2021-ci il tarixdə saat 10:18-də qeydiyyata alınması, video görüntüdə Təqsirləndirilən şəxs mağazanın sağ hissəsi ilə gəlib viski olan rəflərə yaxınlaşıb rəfin yuxarı hissəsindən bir ədəd viskini götürməsi, götürdüyü viskinin götürülməsinin seçilməməsi üçün arxadakı viskini isə qabağa tərəf çəkib səliqəyə salması, gəldiyi yol ilə geri qayıtması, rəflərin bitdiyi yerdə döngə hissəsində viskini əynindəki köynəyin və kəmərin alt hissəsinə qoyub gizlətdiyi müəyyən edilmişdir . Videonun müddəti 17 saniyə olması müəyyən edilmişdir .

1. “VİD-20210821-WA0001” adlı video faylı açdıqda həmin video görüntüdə Təqsirləndirilən şəxs mağazanın sağ hissəsi ilə gəlib viski olan rəflərə yaxınlaşıb rəfin yuxarı hissəsindən bir ədəd viskini götürməsi, götürdüyü viskinin götürülməsinin seçilməməsi üçün arxadakı viskini isə qabağa tərəf çəkib səliqəyə salması, gəldiyi yol ilə geri qayıtması, rəflərin bitdiyi yerdə döngə hissəsində viskini əynindəki köynəyin və kəmərin alt hissəsinə qoyub gizlətdiyi müəyyən edilmişdir . Videonun müddəti 14 saniyə olması müəyyən edilmişdir .

2. “VİD-20210821-WA0002” adlı video faylı açdıqda həmin faylın 11.08.2021-ci il tarixdə saat 08:56-da qeydiyyata alınması, həmin video görüntüdə Təqsirləndirilən şəxs mağazanın sağ hissəsi ilə gəlib viski olan rəflərə yaxınlaşıb rəfin yuxarı hissəsindən bir ədəd viskini götürməsi, götürdüyü viskinin götürülməsinin seçilməməsi üçün arxadakı viskini isə qabağa tərəf çəkib səliqəyə salması, gəldiyi yol ilə geri qayıtması, rəflərin bitdiyi yerdə döngə hissəsində dayanıb mağazanın işçilərinin olub olmamasına baxdıqdan sonra gizlin bir şəkildə viskini əynindəki köynəyin və kəmərin alt hissəsinə qoyub gizlətdiyi müəyyən edilmişdir . Videonun müddəti 21 saniyə olması müəyyən edilmişdir . 3.“VİD-20210821-WA0003” adlı video faylı açdıqda həmin faylın 09.08.2021-ci il tarixdə saat 08:44-də qeydiyyata alınması, həmin video görüntüdə Təqsirləndirilən şəxs mağazanın sağ hissəsi ilə gəlib viski olan rəflərə yaxınlaşıb bir neçə saniyə ətrafa və rəfə baxdıqdan sona həmin rəfin yuxarı hissəsindən bir ədəd viskini götürməsi, götürdüyü viskinin götürülməsinin seçilməməsi üçün arxadakı viskini isə qabağa tərəf çəkib səliqəyə salması, gəldiyi yol ilə geri qayıtması, rəflərin bitdiyi yerdə döngə hissəsində dayanıb mağazanın işçilərinin olub-olmamasına baxdıqdan sonra getməsi müəyyən edilmişdir . Videonun müddəti 24 saniyə olması müəyyən edilmişdir .

4. “VİD-20210821-WA0004” adlı video faylı açdıqda həmin faylın 07.08.2021-ci il tarixdə saat 15:25-də qeydiyyata alınması, həmin video görüntüdə Təqsirləndirilən şəxs mağazanın sağ hissəsi ilə gəlib viski olan rəflərə yaxınlaşıb bir neçə saniyə ətrafa və rəfə baxması, həmin vaxt bir nəfər müştərinin onun yanından keçməsi, bundan sonra Təqsirləndirilən şəxs rəfin yuxarı hissəsindən bir ədəd viskini götürməsi, götürdüyü viskinin götürülməsinin seçilməməsi üçün arxadakı viskini isə qabağa tərəf çəkib səliqəyə salması, gəldiyi yol ilə geri qayıtması, rəflərin bitdiyi yerdə döngə hissəsində dayanıb mağazanın işçilərinin olub olmamasına baxdıqdan sonra gizlin bir şəkildə viskini əynindəki köynəyin və kəmərin alt hissəsinə qoyub gizlətdiyi müəyyən edilmişdir . Videonun müddəti 48 saniyə olması müəyyən edilmişdir .

5. “VİD-20210821-WA0006” adlı video faylı açdıqda həmin video görüntüdə Təqsirləndirilən şəxs mağazanın sağ hissəsi ilə gəlib viski olan rəflərə yaxınlaşıb bir neçə saniyə ətrafa və rəfə baxması, bundan sonra Təqsirləndirilən şəxs rəfin yuxarı hissəsindən bir ədəd viskini götürməsi, götürdüyü viskinin götürülməsinin seçilməməsi üçün arxadakı viskini isə qabağa tərəf çəkib səliqəyə salması, gəldiyi yol ilə geri qayıtması, rəflərin bitdiyi yerdə döngə hissəsində dayanıb mağazanın işçilərinin olub olmamasına baxdıqdan sonra gizlin bir şəkildə viskini əynindəki köynəyin və kəmərin alt hissəsinə qoyub gizlətdiyi müəyyən edilmişdir . Videonun müddəti 24 saniyə olması müəyyən edilmişdir .

6. “VİD-20210821-WA0007” adlı video faylı açdıqda həmin faylın 10.08.2021-ci il tarixdə saat 08:31-də qeydiyyata alınması, həmin video görüntüdə Təqsirləndirilən şəxs mağazanın sağ hissəsi ilə gəlib viski olan rəflərə yaxınlaşıb bir neçə saniyə ətrafa və rəfə baxması, bundan sonra Təqsirləndirilən şəxs rəfin yuxarı hissəsindən bir ədəd viskini götürməsi, götürdüyü viskinin götürülməsinin seçilməməsi üçün arxadakı viskini isə qabağa tərəf çəkib səliqəyə salması, gəldiyi yol ilə geri qayıtması, rəflərin bitdiyi yerdə döngə hissəsində dayanıb mağazanın işçilərinin olub olmamasına baxdıqdan sonra gizlin bir şəkildə viskini əynindəki köynəyin və kəmərin alt hissəsinə qoyub gizlətdiyi müəyyən edilmişdir . Videonun müddəti 47 saniyə olması müəyyən edilmişdir .

7. “VİD-20210821-WA0008” adlı video faylı açdıqda həmin faylın 12.08.2021-ci il tarixdə saat 08:42-də qeydiyyata alınması, həmin video görüntüdə Təqsirləndirilən şəxs mağazanın sağ hissəsi ilə gəlib viski olan rəflərə yaxınlaşıb bir neçə saniyə ətrafa və rəfə baxması, bundan sonra Təqsirləndirilən şəxs rəfin yuxarı hissəsindən bir ədəd viskini götürməsi, götürdüyü viskinin götürülməsinin seçilməməsi üçün arxadakı viskini isə qabağa tərəf çəkib səliqəyə salması, gəldiyi yol ilə geri qayıtması, rəflərin bitdiyi yerdə döngə hissəsində dayanıb mağazanın işçilərinin olub olmamasına baxdıqdan sonra gizlin bir şəkildə viskini əynindəki köynəyin və kəmərin alt hissəsinə qoyub gizlətdiyi müəyyən edilmişdir . Videonun müddəti 21 saniyə olması müəyyən edilmişdir .

8. “VİD-20210821-WA00061” adlı fayl açıldıqda həmin faylın 08.08.2021-ci il tarixdə baş verməsi, Təqsirləndirilən şəxs kassaya yaxınlaşaraq tələsik formada aldığı bir neçə ərzaqın pulunu verdikdən sonra mağazadan çıxıb getməsi müəyyən edilmişdir . Videonun müddəti 11 saniyə olması müəyyən edilmişdir .

9. “VİD-20210821-WA00071” adlı fayl açıldıqda həmin faylın 11.08.2021-ci il tarixdə saat 08:57-də qeydə alınması, Təqsirləndirilən şəxs kassaya yaxınlaşaraq aldığı bir ədəd çörəyin tələsik formada pulunu verdikdən sonra mağazadan çıxıb getməsi müəyyən edilmişdir . Videonun müddəti 19 saniyə olması müəyyən edilmişdir .

10. “VİD-20210821-WA00091” adlı fayl açıldıqda həmin faylın 09.08.2021-ci il tarixdə saat 08:46-da qeydə alınması, Təqsirləndirilən şəxs kassaya yaxınlaşaraq aldığı bir ədəd çörəyin və digər ərzaqın tələsik formada pulunu verdikdən sonra mağazadan çıxıb getməsi müəyyən edilmişdir . Videonun müddəti 53 saniyə olması müəyyən edilmişdir .

11. “VİD-20210821-WA00101” adlı fayl açıldıqda həmin faylın 12.08.2021-ci il tarixdə saat 08:44-də qeydə alınması, Təqsirləndirilən şəxs kassaya yaxınlaşaraq ondan əvvəlki müştərini gözləməsi, aldığı çörəyi qarın nahiyəsinə tutaraq oğurladığı viskinin görünməməsinə çalışdığı, aldığı bir ədəd çörəyin tələsik formada pulunu verdikdən sonra mağazadan çıxıb getməsi müəyyən edilmişdir . Videonun müddəti 01 dəqiqə 22 saniyə olması müəyyən edilmişdir.

12. Baxış zamanı “VİD-20210821-WA0001” adlı video faylıdakı görüntünün “VİD- 20210821-WA00101” adlı video görüntünün bir hissəsi olması və eyni tarixdə baş verməsi, həmçinin “VİD-20210821-WA0006” adlı video faylıdakı görüntünün “VİD- 20210821-WA0002” adlı video görüntünün bir hissəsi olması və eyni tarixdə baş verməsi müəyyən edilmişdir. İş üzrə ArazSupermarket MMC-in Şəki Filialının müşahidə kameralarının görüntülərinin Təqsirləndirilən şəxs təqdim etmək haqqında protokolundan görünür ki, Video görüntü olan disk xidməti HP markalı komputerə daxil edilmişdir kdən sonra həmin diskdə olan 12 ədəd görüntünün hər biri ilə ayrı-ayrılıqda, heç bir vaxt məhdudiyyəti qoyulmadan Təqsirləndirilən şəxs və müdafiəçisinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs görüntülərlə diqqətlə tanış olduqdan sonra “VİD-20210821-WA0000”, “VİD- 20210821-WA0001”, “VİD-20210821-WA0002”, “VİD-20210821WA0003”, “VİD-20210821- WA0004”, “VİD-20210821-WA0006”, “VİD-20210821-WA0007”, “VİD-20210821-WA0008”, “VİD-20210821-WA00061”, “VİD-20210821-WA00071”, “VİD-20210821-WA00091” və “VİD-20210821-WA00101” video görüntülərdə olan şəxsin özünün olduğunu, həmin görüntülərdə onun Araz Supermarketdən rəfdəki viskiləri götürməyi və köynəyinin alt hissəsində gizlətməyi, həmçinin mağazadan çıxmasının qeydə alınmasını, görüntülərlə bağlı heç bir etiraz və vəsatətin olmadığını bildirmişdir. İşdə olan 16.09.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, Bağbanlar küçəsi ev 6/28-də ünvanda qeydiyyatda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə 20.09.2021-ci il tarixli 9/6215 nömrəli ekspertiza rəyindəndə göründüyü kimi, ekspertiza təyini haqqında qərarda qeyd edilən viskilərin 2021-ci ilin iyul-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 815.00 manat müəyyən edilir. Həmin viskilərin ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqində göstərilmişdir. Ekspertiza xərci 50 manat təşkil etmişdir. İşdə olan 20 avqust 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Zərərçəkmiş şəxs MMC-nin Şəki şəhəri, X7 prospekti 169 ünvanında yerləşən Şəki filialından vahid niyyətlə 2021-ci ilin iyul ayının əvvəllərindən başlamaqla həmin ilin avqust ayının 12-dək olan müddət ərzində həmin marketə alıcı qismində daxil olmaqla orada marketin spirtli içkilər yerləşdiyi rəflərinə yaxınlaşaraq 01 ədəd 45 manat dəyərində “X9” markalı viskini, 01 ədəd 45 manat dəyərində “X9” markalı viskini, 01 ədəd 65 manat dəyərində “Chivas Regal” markalı viskini, 01 ədəd 65 manat dəyərində “Chivas Regal” markalı viskini, 01 ədəd 52 manat dəyərində “Chivas Regal” markalı viskini, 01 ədəd 52 manat dəyərində “Chivas Regal” markalı viskini, hər birinin qiyməti 13 manat olmaqla ümumilikdə 39 manat dəyərində 03 ədəd “AZGRANAT Mens Club” markalı viskini, hər birinin qiyməti 52 manat olmaqla ümumilikdə 208 manat dəyərində 04 ədəd “Jack Danie”ls markalı viskini, hər birinin qiyməti 45 manat olmaqla ümumilikdə 90 manat dəyərində 02 ədəd “Jack Daniels” markalı viskini,01 ədəd 52 manat dəyərində “Chivas Regal 12YO+2GL FY21” markalı viskini və 01 ədəd 50 manat dəyərində “JW X10” markalı viskini götürüb əynindəki köynəyin altında gizlədərək həmin marketdən çıxmaqla ümumilikdə 815 manat dəyərində əmlakı gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsMMC-yə ümumilikdə 815 manat maddi ziyan vurub oğurluq cinayətini törətmişdir. İş üzrə 20.08.2021-ci il tarixli ********* nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Şəki şəhəri, X7 prospekti 169 ünvanında yerləşən Şəki filialından oğurluq edən şəxsin, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və o, yaşadığı evin yaxınlığında saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir. İş üzrə X6 Filialının müdiri Elçin Mütəlimovun təqdim etdiyi sənədlərə keçirilmiş baxış protokolundan görünür ki, həmin siyahı türk dilində yazılmışdır. Təqdim edilmiş sənədlərdə 2 siyahı vardır. Həmin siyahıda mağazadan naməlum şəxs tərəfindən talanmış viskilərin adlar, sayları, satılıb satılmaması, barkodlar, kodları kimi məlumatların olması müəyyən edildi. Birinci siyahıya baxış keçirən zaman “X9 0.7 l” markalı viskinin 6 ədəd mağazada olması, kodunun 066650, barkodunun isə **********370 olması, “AZ-GR X11 7 illik 0.75 l” markalı viskinin 5 ədəd mağazada olması, kodunun 194523, barkodunun isə **********067 olması, “Civas regal 12 il, viski 11 ” markalı viskinin 5 ədəd mağazada olması, kodunun 022492, barkodunun isə **********32 olması, “Jack Daniels 1 lt ” markalı viskinin 4 ədəd mağazada olması, kodunun 243736, barkodunun isə **********442 olması, “Civas Regal 700 ml, viski 12 il” markalı viskinin 3 ədəd mağazada olması, kodunun 042537, barkodunun isə **********3931 olması, “Jack daniels 0.7 lt” markalı viskinin 2 ədəd mağazada olması, kodunun 024512, barkodunun isə **********798 olması, “Chivas regal 12YO+FY21, 0.7l(1x6) 40% rl” markalı viskinin 1 ədəd mağazada olması, kodunun 022994, barkodunun isə **********023 olması, “JWBlack label viski 750 ml” markalı viskinin 1 ədəd mağazada olması, kodunun 029484, barkodunun isə **********011 olması müəyyən edildi. İkinci siyahıya baxış keçirən zaman həmin əmlakların kodların və barkodların əvvəlki siyahıda olan kodlarla eyni olması müəyyən edildi. Həmin siyahıya baxış keçirən zaman qeyd olunan əmlakların saylarının göstərilməsi, həmin əmlaklardan heç birindən çıxış olmaması müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs barəsində tələbnamədən görünür ki, o, CM-nin 221.2.2-ci maddəsi ilə Şəki RM-nin 20.02.2019-cu il tarixli hökmü ilə 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 14.05.2020-ci il tarixli Şəki rayon Məhkəməsinin qərarı ilə cəzası 08 ay 02 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir,16.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş üzrə 26.08.2021-ci il tarixli, 878 nömrəli X1 daxil olmuş məktubdan görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsi ev 6/28-də yaşayan Təqsirləndirilən şəxs X2 dispanser müşahidəsində yoxdur. İş üzrə 13.08.2021-ci il tarixli 1123/1 nömrəli ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “opodilərin epizodik qəbulu” diaqnozu ilə “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində dispanser qeydiyyatındadır. Yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, götürmə və baxış keçirilməsi haqqında protokolu və işdə olan digər mötəbər istintaq sənədləri ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oğurluq cinayətini etməsi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilib. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi və onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki rayon məhkəməsinin 20.02.2019-cu il tarixli hökmünə əsasən CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin cəzasını çəkməkdən qərəzli olaraq yayındığına görə Şəki rayon Məhkəməsinin 14.05.2020-ci il tarixli qərarı ilə cəzası 08 ay 02 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş,16.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum ediilmişdir. Lakin Təqsirləndirilən şəxs hazırda törətmiş olduğu oğurluq cinayəti böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan CM-nin 18.4.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yaranmayacaqdır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvələr ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini, lakin bu cəzanın çəkilməsindən qərəzli olaraq yayınmasına görə həmin cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 20.08.2021-ci il tarixdən 21.08.2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 1 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 09 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. İş üzrə maddi sübut olan, mülki iddianın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınmalıdır. 815 manat maddi ziyanın ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə cəmi 50 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar 20.08.2021-ci il tarixdən 21.08.2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı bir gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq barəsində qəti olaraq səkkiz ay, iyirmi doqquz gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 09 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. İş üzrə maddi sübut olan, mülki iddianın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınsın. 815 manat maddi ziyanın ödənilməməsi nəzərə alınsın. İş üzrə cəmi 50 manat -ekspertizası xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar