Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-118/2022 15.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: - xx xxxxxx 1973-cü ildə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəki rayonu, Kiçik Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanda yaşayan, 04 sentyabr 2022ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, vahid niyyətlə əhatə olunan qəsdlə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 290,31 qram çəkidə dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananı özünün şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib, həmin narkotik vasitənin 0,31 qram olan hissəsini üzərində və 290 qram olan hissəsini isə idarə etdiyi «Shevrolet Cruze» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq daşımış, 02 sentyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində o, həmin gün saat 18:40 radələrində Şəki rayonu, Çayqaraqoyunlu kəndinin ərazisində yerləşən «Alaqapı» adlanan ərazidə saxlanılaraq onun idarə etdiyi «Shevrolet Cruze» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə birgə Şəki rayonu, Turan qəsəbəsində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X5 inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman, onun əynindəki tünd göy rəngli köynəyin sol döş cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,31 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüş, ardınca X5 həyətində onun idarə etdiyi «Shevrolet Cruze» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerində bir ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 290 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci mаddəsi ilə, оnа elаn оlunmuş ittihаmdа özünü təqsirli bilərək ifаdələrində göstərmişdir ki, o, evlidir, üç övladı vardır, kiçik oğlu iflic xəstəsi olduğuna görə 1-ci qrup əlildir, ikinci qızının beynində şiş vardır. O, Bakı şəhərində yaşamaqla «Vasmoy» deyilən bazarda araba sürürməklə müştərilərin yükünü daşıyıb pul qazanıb ailəsini dolandırır. Bildirmişdir ki, o, uzun müddətdir narkotik vasitə olan marixuana qəbul edir. Marixuananı siqaretə doldurub çəkməklə qəbul etmişdir. Ancaq o, təxminən bir həfdtədən bir, bəzən iki həftədən bir, bəzən də bir aydan bir narkotik vasitə qəbul etmişdir. Göstərmişdir ki, xəstə iflic oğlu Elvinin 17 yaşı tatam olduğu üçün onu Şəki Hərbi Komissarlığına çağırmışlar. Belə ki, oğlu tibbi müayinədən keçməli idi. Buna görə də o, ailə üzvləri ilə birlikdə Şəki şəhərinə gəlməyi qərar vermişdir. Hava çox isti olduğuna görə o, “rent a car” şirkətindən «Chevrolet Cruz» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşını 2-3 günlük icarəyə götürmüş, həyat yoldaşı və üç uşaqlarını da götürüb 31 avqust 2022-ci il tarixdə günorta saat 11:30 radələrində Bakı şəhərindən çıxıb Şəki rayonuna yola düşmüşdür. Həmin gün saat 16-17:00 radələrində Şəki rayonuna çatıb, Şəki rayonu, Kiçik dəhnə kəndinə atasıgilə getmişdir. Səhəri gün o, əlil oğlunu Şəki Hərbi Komissarlığına aparmış, orada oğlunu görüb vəziyyətini biləndən sonra arayış verib demişlər ki, Şəki MRX-da tibbi müayinələrdən keçirsin. Həmçinin oradan bildirmişlər ki, kənddən onun adına arayışda alınsın. Bundan sonra oğlunu Şəki MRX-na aparıb orada lazım olan tibbi müayinələrdən keçrib tibbi sənədləri götürüb kəndə gəlmişdir. Kəndin icra nümayəndəliyindən oğlunun adına ailə tərkibinə dair arayış almışdır. Səhəri gün, yəni 02 sentyabr 2022-ci il tarixdə həmin sənədləri Şəki Hərbi Komissarlığına təqdim etmək üçün evdən çıxanda həyat yoldaşı demişdir ki, gələndə balıq alıb gətirsin. O, Şəki şəhərinə gəlib oğlunun adına olan tibbi sənədləri və arayışı Hərbi Komissarlığa təqdim edib oradan bazara gəlmişdir. Bazarda lazım olan bəzi şeyləri almış, lakin balıq almamışdır. Bildirmişdir ki, təxminən 8-10 il qabaq Şəki rayonu, Çapağan kəndinə gedən yolun kənarında balıqçılıq tərəsərrüfatı var idi, o, oradan bir neçə dəfə balıq alıb evə aparmışdır. Bu dəfə də fikirləşmişdir ki, yolüstü həmin balıqçılıq təsərrüfatına gedib balıq alar. Günorta saat təxminən 13:30 radələrində Şəkiyə giriş yolu ilə gedib, Çapağan kəndinə gedən yol ayrıcından dönüb Çapağan kəndi istiqamətinə getmişdir. Həmin kəndə çatmağa bir qədər qalmış sağa gedən yol ayrıcında avtomaşını saxlayıb piyada balıq gölləri olan yerə getmişdir. Çatıb görmüşdür ki, orada heç kim yoxdur. Qayıdan zaman sahənin kənarında yabanı şəkildə yetişmiş çətənə bitkisinin kökündən çıxarılaraq yerə atıldığını görmüşdür. Həmin bitkilər qurumuş olmuşdur. O, avtomaşında olan sellofan torbanı götürüb həmin çətənə bitkisinin yarpaqlarından yığıb torbaya doldurmuş, torbanı da büküb idarə etdiyi avtomaşının arxa yük yerində təkər qoyulan yerə qoymuşdur. Həmçinin həmin yerdən çətənə bitkisinin qurumuş hissələrindən bir qədər də götürüb kağıza büküb çəkdiyi Kent markalı siqaretin içərisinə qoymuşdur ki, dağılmasın. Həmin siqaret qutusunu da əynindəki köynəyin döş cibinə qoymuşdur. Sonra oradan çıxıb evə gəlmişdir. Kağıza büküb götürdüyü narkotik vasitədən bir az götürüb özü xəlvət siqaretə doldurub çəkərək istifadə etmişdir. Siqareti qurtardığı üçün qutusunu atıb, qalan narkotik vasitəni kağız bükümdə yenə də köynəyin döş cibinə qoymuşdur. Hava isti olduğu üçün günorta evdə olmuşdur. Bakı şəhərinə səhər tezdən çıxmaq qərarına gəlmişdir. Buna görə yoldaşına demişdir ki, hazırlaşsın, səhər tezdən Bakı şəhərinə yola düşəcəklər. Özü isə Mingəçevir şəhərində yaşayan əmisi oğlu ilə görüşmək üçün saat təxminən 18:20 radələrində evdən çıxıb Mingəçevir şəhəri istiqamətinə yola düşmüşdür. Şəki rayonunun «Alaqapı» adlanan ərazisinə çatanda yolda yol polis əməkdaşı onu saxladıb sənədlərini yoxlayan zaman oraya başqa polis əməkdaşları gəlib ona, narkotik vasitə saxlamağı və satışı ilə məşğul olmağı barədə məlumat daxil olduğunu bildirib həmin məlumatın yoxlanılması üçün onlarla birlikdə X6 getməyini bildirmişlər. O, vəziyyəti başa düşüb artıq hərəkət etmədən, həmin polis əməkdaşları ilə birlikdə Sarıca PB-nə gəlmişdir. Polis Bölməsinin birinci mərtəbəsində o təhqiqatçının xidməti otağına aparılmış, təhqiqatçı ona hüquq və vəzifələrini, o cümlədən vəkil tutmaq hüququnu izah edib Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. O, vəkillərdən növbətçilik üzrə Musa müəllimi seçdiyi üçün təhqiqatçı həmin vəkili otağa dəvət edib ona təqdim etmişdir. Sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq, videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. O da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarışa başlamışdır. Təhqiqatçı əvvəlcə ona üzərində olan əşyaları çıxarıb təqdim etməyi təklif etmiş, o da əynindəki boz rəngli şalvarın sol yan cibindən alışqanı, idarə etdiyi avtomaşının pultunu, 20 manat pulu, sağ yan cibindən Redmi markalı mobil telefonunu və əynindəki göy rəngli köynəyin sol döş cibindən kağıza bükülmüş narkotik vasitəni stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı üstünü axtarmış, heç nə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı ondan ağ rəngli kağıza bükülmüş bükülünü içərisindəkinin nə olduğunu soruşanda, o, təhqiqatçıya, həmin bükülüdəkinin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşanda, o, təhqiqatçıya bildirmişdir ki, Şəki şəhərinə gələndə Çapağan kəndində göllərin yaxınlığındakı sahədə yabanı şəkildə yetişmiş çətənə kollarından yığıb götürmüşdür. Təhqiqatçı ondan başqa yerdə də narkotik vasitə saxladığını soruşanda, o, təhqiqatçıya, idarə etdiyi avtomaşında da narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı kağız bükülüdə olan narkotik vasitəni açıb iştirakçılara göstərdikdən sonra ağ rəngli zərfə qoyub bağlayıb möhürləmişdir. Həmin zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin təhqiqatçı üstündən aşkar olunmuş Redmi markalı mobil telefonunu da ağ rəngli zərfə qoyub bağlayıb möhürləmişdir. Həmin zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Üstündən aşkar olunmuş avtomobilin pultunu, alışqanı və 20 manat pulu təhqiqatçı özünə qaytarmışdır. Daha sonra video çəkiliş davam etdirilməklə Polis Bölməsinin həyətində saxladığı «Chevrolet Cruz» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmişdir. Baxış keçirilən zamanı o, avtomaşının arxa yük yerini açıb, təkər qoyulan yerdən içərisində narkotik vasitə olan sellofan torbanı götürüb təqdim etmişdir. Tətqiqatçı həmin sellofan torbanı açıb içərisində olan narkotik vasitəni iştirakçılara göstərdikdən sonra bağlayıb möhürləmişdir. Daha sonra video çəkiliş dayandırılmış, ona və digər iştirakçılara nümayiş etdirilmişdir. Sonda isə təhqiqatçı protokol tərtib etmiş, ucadan oxumuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bildirmişdir ki, o, Bakı şəhərində fəhlə işlədiyi müddətdə mövsümdən asılı olaraq Sabirabad rayonuna qarpız yığmağa, Xaçmaz rayonuna pamidor yığmağa, Şəmkir rayonuna soğan yığmağa və digər rayonlara tərəvəz yığmağa gedəndə fəhlə işləyən tanımadığı şəxslərdən narkotik vasitə alıb istifadə etmişdir. Şəki rayonu, Çapağan kəndinə gedən yolun kənarından əvvəllər narkotik vasitə yığmamışdır. Həmin ərazidən yığıb üstündən və idarə etdiyi avtomaşında saxladığı narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir. Həmçinin qeyd etmişdir ki, o, heç kimə narkotik vasitə satmamış, pay verməmiş, həmçinin heç kimlə narkotik vasitə qəbul etməmişdir. Onun narkotik vasitə qəbul etməsindən və üstündə saxlamasından heç kimin məlumatı olmamışdır. Bundan başqa o, göstərmişdir ki, psixi və ya yoluxucu xəstəlik keçirməmişdir. Həmçinin o, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə yaxud təsirə məruz qalmamışdır. Göstərmişdir ki, əməlindən çox peşmandır. Baş vermiş cinayət əməlinə görə səmimi peşmandır. Himayəsində 3 övladı vardır. Kiçik oğlu uşaqlıqdan iflic xəstəliyindən əziyyət çəkir, 1-ci qrup əlildir. Onun tez-tez sudurqaları tutur. İkinci qızının isə beynində şiş vardır. Həyat yoldaşı böyrək xəstəliyindən əziyyət çəkir, heç bir yerdə işləmir. Ailəsini çətinliklə təkbaşına dolandırır, Bakı şəhərində “Vasmoy” adlanan bazarda araba ilə yük daşımaqla qazanc əldə edir. Arvadı, qızları və xəstə əlil uşağı onun himayəsindədir. Ailəlikcə Bakıda kirayədə yaşayırlar. Səmimi peşmançılıq çəkməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca PB-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Onun əsas vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan, baş vermiş cinayətlərinin üstünü açmaqdan, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. Bildirmişdir ki, “Elçin” adlı şəxsin Şəki rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üstündə saxlaması və satışı ilə məşğul olması barədə 02 sentyabr 2022-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zaman, “Elçin” adlı şəxsin, xx xxxxxx 1973-ci il təvəllüdlü, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumat onun tərəfindən rəsmiləşdirilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə Şəki ŞRPŞ-nin Sarıca PB-nin Post patrul xidməti tağımının manqa komandiri, polis baş serjantı, Şahid1, BDYPİ-nin YPX alayının 5-ci tağımının inspektoru polis baş serjantı Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, həmin qrupa rəhbərlik etmək ona həvalə edilmişdir. Qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Həmin gün saat təxminən 18:40 radələrində Şahid1 və Şahid2 ilə birlikdə Şəki rayonu, Çayqaraqoyunlu kəndinin ərazisində yerləşən “Alaqapı” adlanan yerdə əməliyyat tədbirləri keçirən zaman məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Cruz» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəki rayonu, Kiçik Dəhnə kəndindən çıxıb Yevlax istiqamətində hərəkət edir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla Şəki rayonu, Çayqaraqoyunlu kəndinin ərazisində yerləşən “Alaqapı” deyilən yerdən keçən şosse yoldan keçən zaman Yol patrul xidməti inspektoru Şahid2 onu saxladıb sənədlərini yoxlayan zaman o, Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşları olduğunu bildirib, Elçinə narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib həmin məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə Polis Bölməsinə getməsini təklif etmişdir. Elçin vəziyyəti başa düşüb etiraz etməyib onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. X8 Bölməsinə gətirilən şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınması və üzərində şəxsi axtarış aparılaraq qanuna müvafiq qaydada tədbir görülməsi üçün Bölmə rəisinə raportla məruzə etmişdir. Həmin raportun icrası təhqiqatçı Nicat Nərimanlıya həvalə edildiyindən, Elçin Növbətçi hissədə qeydiyyata götürüldükdən sonra onu təhqiqatçı Nicatın xidməti iş otağına aparmışlar. Təhqiqatçı xidməti iş otağında Elçinə hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş, sonuncu vəkillərdən Musa Sarıyevi seçdiyi üçün təhqiqatçı həmin vəkili xidməti iş otağına dəvət edib Elçinə təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Elçin şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrini izah edilməklə bərabər proses iştirakçılarına etiraz etmək hüququnu da izah edib, video çəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılacağını bildirmişdir. Elçin də etiraz etməmişdir. Bundan sonra Elçinin üstünə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman təhqiqatçı Elçinə üstündə olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmiş, Elçin də əyninqdəki boz rəngli şalvarın sol yan cibindən alışqanı, idarə etdiyi avtomaşının pultunu, 20 manat pulu, sağ yan cibindən Redmi markalı mobil telefonu və əynindəki göy rəngli köynəyin sol döş cibindən ağ rəngli kağız bükülünü çıxarıb stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı onun üstünü axtarsa da başqa heç nə aşkar edilməmişdir. Sonra təhqiqatçı ondan kağıza bükülmüş bükülünü içərisindəkinin nə olduğunu soruşanda, o, təhqiqatçıya həmin bükülüdəkinin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşanda, o, təhqiqatçıya bildirmişdir ki, Şəki şəhərinə gələndə sağa tərəf gedəndə Çapağan kənddin yaxınlığındakı göllərin yaxınlığındakı sahədə yabanı şəkildə yetişmiş çətənə kollarından yığıb götürmüşdür. Təhqiqatçı ondan başqa yerdə də narkotik vasitə saxladığını soruşanda, Elçin təhqiqatçıya, idarə etdiyi avtomaşında da narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı kağız bükülüdə olan narkotik vasitəni açıb iştirakçılara göstərdikdən sonra ağ rəngli zərfə qoyub bağlayıb möhürləmişdir. Həmin zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin təhqiqatçı Elçinin üstündən aşkar olunmuş Redmi markalı mobil telefonunu da ağ rəngli zərfə qoyub bağlayıb möhürləmişdir. Həmin zərfin də üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Üstündən aşkar olunmuş avtomobilin pultunu, alışqanı və 20 manat pulu təhqiqatçı Elçinin özünə qaytarmışdır. Daha sonra video çəkiliş davam etdirilməklə Polis Bölməsinin həyətində saxlanılmış «Chevrolet Cruz» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmişdir. Baxış keçirilən zaman Elçin avtomaşının arxa yük yerini açıb, təkər qoyulan yerdən sellofan torbanı götürüb təqdim edib torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqiqatçı həmin sellofan torbanı açıb içərisində olan yaşıl rəngdə qurudulmuş şəkildə bitki kütləsini iştirakçılara göstərdikdən sonra bağlayıb möhürləmişdir. Daha sonra video çəkiliş dayandırılmış, ona və digər iştirakçılara nümayiş etdirilmişdir. Sonda isə təhqiqatçı protokol tərtib edilmiş, ucadan oxunmuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri zamanı onun narkotik vasitə qəbul etməsi və üstündə saxlaması barədə məlumat daxil olmuşdur. Ancaq Elçinin konrket harada və kimlərə narkotik vasitə satması barədə dəqiq məlumat əldə olunmamışdır. Həmçinin Elçinin üstündən aşkar olunmuş narkotik vasitəni harada və kimlərdən əldə etməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs başqa cinayət əməli törətməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıcav PB-nin manqa komandiri vəzifəsində işləyən Şahid1 və üzrlü səbəbdən məhkəmə iclasına gəlməmiş, ibtidai istintaqda vermiş olduğu ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş BDYPİ-nin Yol Patrul Xidməti Alayının 5-ci tağımının Yol Patrul Xidməti inspektoru Şahid2 istintaq zamanı Şahid3 ifadəsində göstərdiyi xususatları eyni ilə öz ifadələrində təstiq etmişlər. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:01-də şübhəli şəxs qismində tutulmuşdur. (i/v. İ c. s.23-24) İşdə olan 02 sentyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi subutun götürülməsi protokolundan görünür ki, həmin tarixdə Şəki ŞRPŞ-nin Sarıca PB-nə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki göy rəngli köynəyin sol döş cibindən bir ədəd ağ rəngli kağız bükümdə və idarə etdiyi «Shevrolet Cruze» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində bir ədəd sellofan torbada özü istifadə etmək üçün saxladığı qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. (i/v. İ c. s. 45-55) İşdə olan məhkəmə-bioloji ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 17/700 nömrəli ekspertiza rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi subut ….» sözləri, adları və imzaları yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi – 0,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdiqata təqdim edilmiş, üzərinə yapışdlırılmış kağıxa «M.Elçinin idarə etdiyi nəqliyyat vasitəsindlən götürülmüş maddi subut ….» sözləri, adları və imzaları yazılmış sellofan torbanın içərisindəki, təmiz çəkisi 290.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanlar tərkiblərinə görə eynidirlər. marixuananın təmiz çəkisi 290,31 qram, tədqiqata sərf edildi - 0,04 qram, qalıq 290,27 qramdır. Ekspertiza xərci 34.55 manat təşkil etmişdir. (i/v.İ c. s. 62-65) İşdə olan Şəki “İnvitro” klinikasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı marixuana qəbulu faktı aşkar edilmişdir. (i/v. İ c. s. 69) İşdə olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 12:45-də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i/v.İ c. s. 110-112) İşdə olan Təqsirləndirilən şəxs barəsində arayış və xasiyyətnamədən görünür ki, o, Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayır, barəsində kənd Nümayəndəliyinə şikayət xarakterli məlumat daxil olmaması göstərilməklə müsbət xarakterizə edilmişdir. Himayəsində 2005-ci il tarixdə anadan olmuş əlil övladı var. (i/v. İ c. s. 123-125) İşdə olan 24 avqust 2022-ci il tarixli, İQ 420462 seriya nömrəli ilkin Hərbi Qeydiyyata Alınma Haqqında Vəsiqənin surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararsız hesab edilmişdir. İşdə olan Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 351 nömrəli məktubdan görünür ki, Məmmədov X3 Şəhər Rayonlararası Narkoloji Dispanserinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (i/v. İ c. s. 126) İşdə olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında 23 sentyabr 2022-ci il tarixli, 10355 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Çapağan kəndi istiqamətinə sürməyi bildirmiş, Şəkiyə giriş yolundan sola doğru Çapağan kəndi istiqamətinə sürməyi bildirmiş, həmin istiqamətdə bir qədər getdikdən sonra sağa dönən yolda avtomaşını saxladıb sola doğru gedən daşlıq-torpaq yolu göstərib həmin istiqamətə getdiyini, sahənin kənarı ilə bir qədər getdikdən sonra sahənin kənarında olan gölməçələri göstərib həmin yerdə əvvəllər balıq tutularaq satıldığını bildirib, həmin gölməçədən bir qədər qabağa doğru gedərək kolluq-qamışlıq yeri göstərib həmin yerdən çıxarılaraq kənara atılmış çətənə bitkisinin kollarını gördüyünü və həmin kolların yarpaqlarını yığıb sellofan torbaya qoyduğunu, bir azda kağıza büküb əynindəki köynəyin sol doş cibinə qoyduğunu bildirmişdir. (i/v. İ c. s. 139-143) İşdə olan Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 1122 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının müşahidəsində yoxdur. (i/v. İ c. s. 145) İşdə olan Şəki ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitə olan marixuana qəbul edir. Təqsirləndirilən şəxs qəbul etdiyi, həmçinin üstündən və idarə etdiyi avtomaşından aşkar edilmiş narkotik vasitəni nə vaxt, haradan və necə əldə etməsini, narkotik vasitənin satışı ilə məşğul olub-olmamasını, kimlərə narkotik vasitə satmasını keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərindən başqa digər cinayət əməllərini törədib törətməməsini, onun qeyd olunan cinayət əməlini törədən zaman kənar şəxslərin məlumatı və ya iştiraklarının olub-olmaması müəyyən etmək mümkün olmamışdır. (i/v. İ c. s. 146) İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 1433 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehdiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (i/v. İ c. s. 147) İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il islah işləri cəzasına məhkum olunmuşdur. (i/v. İ c. s. 149) İşdə olan Şəki Rayonu Üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəki rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, 28 may Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-ci il tarixli amnistiya aktı tətbiq edilmiş və o, 22 iyul 2016-cı il tarixli qərarla cəzadan azad edilmişdir. (i/v. İ c. s. 151) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi aşkardır. Bu iş üzrə toplanmış və tədqiq olunmuş sübutlarla, ekspertiza rəyləri, təqsirləndirilən şəxsin özünün etirafedici və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs əməlində Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş Marixuana-Kannabisin yuxarı həddi 5 qram, külli miqdar isə 500 qram kimi göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın cəmi miqdarı 290,31 qram, olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 290,31 qram qurudulmuş marixuana Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan İ qrup əlil olan iflic övladının, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, arvadına və uşaqlarına təkbaşına baxmasını, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, məhkumluğunun olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı cəmi 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs «Şəki Rayon Mərkəzi Xəstəxanası» X10 Narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfin içərisində və bir ədəd skllofan torbada qalmış 290,31 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə cəmi 34.55 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X2, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ**********0000003944 SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı cəmi 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi dörd gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq iki il, beş ay, iyirmi altı gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs iki il, beş ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan Şəki rayonu, Kiçik Dəhnə kəndindəki fərdi yaşayış evini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs «Şəki Rayon Mərkəzi Xəstəxanası» X10 Narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfin içərisində və bir ədəd skllofan torbada qalmış 290,27 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə cəmi 34.55 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X2, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ**********0000003944 SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi, təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-118/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-118/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver