Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-12/2021 03.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X1, Təqsirləndirilən şəxs, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1990-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, İ.Osmanlı küçəsi, ev 2/5-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, cavabdeh kimi dəymiş maddi ziyana görə ondan 4873,00 manatın alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(075)-287/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə zərər çəkmiş şəxsə göstərilən məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə verilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən o, xx xxxxxx 2014-cü il tarixdə Zərərçəkmiş şəxs mülkiyyətində olan “VAZ 2172” markalı 99-EU- 74 dövlət qeydiyyat nişanlı avtomobilə baş etibarnamə almışdır. Bunun üçün ilkin olaraq 2800 manat ödəniş etmiş və avtomobilin kredit öhdəliyini üzərinə götürmüşdür. Bundan sonra bir neçə dəfə kredit məbləğindən ödəniş etmiş, lakin sonradan həmin avtomobillə qəza keçirtmiş, nəticədə avtomobilə zərər dəymişdir. Buna görə də avtomobili təmir etdirmək üçün təmir sexinə vermişdir. Lakin avtomobilin təmiri üçün lazım olan vəsaiti ödəyə bilmədiyindən avtomobil təmir sexində qalmışdır. Bundan sonra bankın nümayəndələri kredit borcu ilə əlaqədar həmin avtomobili təmir sexindən aparmışlar. Bir müddət sonra isə Zərərçəkmiş şəxs avtomobilə vurulmuş ziyanla bağlı onun barəsində məhkəməyə müraciət etmişdir. O da Zərərçəkmiş şəxs qarşı qarşılıqlı iddia vermiş və Şəki Rayon Məhkəməsi Zərərçəkmiş şəxs iddiasını tam, onun iddiasını isə qismən təmin etməklə yekun olaraq dəymiş maddi ziyana görə ondan 4873,00 manatın alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair xx xxxxx 2018-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Lakin maddi imkanı zəif olduğundan borc məbləğini ödəməmişdir. Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği Zərərçəkmiş şəxs ödəməyə hazırdır. O, məhkəmə iclasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 4873,00 manat pu məbləğini Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X2 nəqd şəkildə ödəmişdir. Buna görə barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X3 məhkəmə iclasında göstərdi ki, Şəki rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)-287/2018 saylı qətnaməsi, həmçinin hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs onların xeyrinə tutulmalı olan 4873 manat maddi ziyan məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə Zərərçəkmiş şəxs ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan hər hansı şikayət və tələbləri yoxdur. Buna görə Təqsirləndirilən şəxs barəsində CM-nin 306.1-ci maddəsi üzrə cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Şəki rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)- 287/2018 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı Zərərçəkmiş şəxs qarşılıqlı iddia üzrə alınaraq cavabdeh Təqsirləndirilən şəxs verilməli olan cəmi 2376 manat cavabdeh Təqsirləndirilən şəxs ilk iddia üzrə alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməli olan 7249 manatdan çıxılmış və yekun olaraq cavabdeh Təqsirləndirilən şəxs cəmi 4873 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Şəki rayonu üzrə İcra Şöbəsinin icra məmuru Şahid tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)- 287/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs tələbin könüllü olaraq icrası barədə 10 gün müddət verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixlərdə Şəki rayonu üzrə İcra Şöbəsinə yazmış olduğu izahatlarından görünür ki, məhkəmə qətnaməsini icra etməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətlə məlumatlandırılmışdır. İş materiallarında olan Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)-287/2018 saylı qətnaməsini qərəzli olaraq qəsdən icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün həbs edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 208 saylı “Qərardan” görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şəki şəhər İHB-nın “Damarşın” məhəlləsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə verilmiş ittihamda özünü tam təqsirli bilmiş məhkəmə qətnaməsi üzrə müəyyən olunmuş 4873 manat maddi ziyan məbləğini Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X2 ödəmişdir. Buna görə barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X3 göstərmişdir ki, Şəki rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)-287/2018 saylı qətnaməsi, həmçinin hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulmalı olan 4873 manat maddi ziyan məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə Zərərçəkmiş şəxs ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan hər hansı şikayət və tələbləri yoxdur. Buna görə Təqsirləndirilən şəxs barəsində CM-nin 306.1-ci maddəsi üzrə cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 çıxış edərək göstərdi ki, Şəki rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)-287/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş 4873 manat maddi ziyan məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə Zərərçəkmiş şəxs ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)-287/2018 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə (işinə) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar apelyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gündən sonra qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-12/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-12/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver