Məhkəmə qərarları › İş №1(075)-12/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-12/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-12/2024 19.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bəkirov Yusif Şucaət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1986-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 14 iyul 2023-cü il tarixdə saat 14:40 radələrində Şəki şəhəri, Məmməd Cabbarov küçəsində qohumu Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında mülklə bağlı olan mübahisə və münaqişələrə görə sonuncunun onun ünvanına bir neçə dəfə mobil telefon vasitəsilə nalayiq ifadələr işlətməsi səbəbindən aralarında həmin şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən əli və təpik ilə Səlimov tmran Abduləvvəl oğlunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla sonuncuya sol bazu oynağının bağların gərilməsi, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, yumşaq toxumalarının əzilməsi, sağ bud nahiyəsinin hematoması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, zərərçəkmiş bu əməli ona törətməyə sövq etmişdir. Belə ki, təxminən 7 ildir ki, qohumu Zərərçəkmiş şəxsla aralarında mülk mübahisi ilə bağlı münaqişələri yaranmışdır. Aralarındakı mülk mübahisəsi ilə bağlı 200 yaxın məhkəmə çəkişməsi olmuşdur. İmran mütamadi olaraq ona zəng vurub anasının və bacısının ünvanına nalayiq söyüşlər söyüb onu təhqir etmişdir. 23 may 2023cü il tarixdə yenə İmran ona zəng vurub nalayiq söyüş söydüyü üçün onun səsini yazmış və Şəki ŞRPŞ-nə, Şəki Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. 14 iyun 2023-cü il tarixdə müraciətinin nəticəsini öyrənmək üçün Şəki Rayon Prokurorluğuna getmişdir. Prokurorluğu inzibati binasına daxil olanda dəhlizdə Zərərçəkmiş şəxs Şəki Rayon Prokuroru və Prokurorun müavini ilə söhbət etdiklərini görmüş, onların söhbətlərinin yekunlaşmasını gözləmişdir. Lakin İmran söhbətini kəsib ona duruşuna bax deyib ona söz atmışdır. İmrana cavab olaraq «dilin çox uzanıb səni cəzalandaracam» demişdi. İmranda ona cəzalandırmayanın deyəndə onları bir-birindən uzaqlaşdırmışlar. Sonra prokuror ərizəsi ilə bağlı fikirlərini deyib inzibati binadan çıxıb polis şöbəsinə getmişdir. Lakin müstəntqin işdə olmadığını öyrəndiyi üçün oradan evinə getmişdir. Evinin qarşısına çatanda İmranın Ford markalı yük avtomobilini evinin tinində saxladığını və avtomobilinə sexdən paketlənmiş quru xəngəl yüklədiyini görmüşdür. İmranın bir müddət əvvəl ona nalayiq söyüşlə söyməsi, bir az əvvəl isə prokurorluğun binasında ona söz ataraq sataşması yadına düşdüyü üçün əsəbləşmişdir. İmranın arxası ona doğru olduğu üçün ona tərəf dönməsi üçün əvvəlcə sexin qapısına təpik vurub qapını bağlamışdır. İmran ona tərəf dönən zaman bir-birinin yaxasından tutub dartışmışlar. İmran həmin vaxt onu vurmaq üçün təpik, yumruq atmışdır. Lakin İmranın atdığı təpik və yumruqlar ona dəyməmişdir. İmranın yaxasından tutanda ondan «sən niyə mənim anamın və bacımın ünvanına söyüş söyürsən» deyə soruşmuşdur. Bu zaman yoldan keçən tanmadığı bir neçə şəxs onlara yaxınlaşıl ayırmışlar. İmran həmin vaxt yerdən daş götürüb ona doğru atmışdır. Kənara çəkildiyi üçün daş ona dəyməmişdir. Daha sonra İmran telefonla kiməsə zəng vurub həmin şəxsə «... oğlu məni döyməyə gəlib» dediyi üçün əsəbləşmiş və onu ayıran şəxsin əlindən çıxıb İmranın üstünə doğru qaçmışdır. İmrana çatıb yumruqla onun alın nahiyəsindən vurmuşdur. Bu zaman orada olan tanımadığı şəxslər yenidən onu və İmranı ayırmışlar. Onları ayırandan sonra İmran yenə yerdən daş götürüb ona atmış, lakin daş ona dəyməmişdir. Daha sonra evinə getmişdir. İmranın onu tutdurmaq niyyəti olduğu və ondan polisə şikayət edəcəyini bildiyi üçün evində oturub polis əməkdaşlarını gözləmişdir. Bir qədər sonra polis əməkdaşları ilə şöbəyə getmişdir. Əlavə olaraq bildirmişdir ki, vəsatət və ifadə verməyi mənasız görür. İşin istintaqa geri qaytarılmasını istəyir. Zərərçəkmişdə əvvəlki prosesdə onunla eyni mövqeydə olmuşdur, müstəntiqə etiraz edirdi, lakin sonradan müəmmalı şəkildə mövqeyini dəişdi. İstintaqın təqdim etdiyi zərərçəkmiş şəxsin evindən götürülən kamera görüntüləri, yəni hadisənin monitordan çəklilişlə götürülməsinə dair görüntülər istintaq müddətində dəyişdirilib. Həmin görüntüdə İmran onun barəsində nalayiq ifadələr işlətməklə, polis tutmasa onu atacam deyir. O, bu görüntünü görmüşdür, lakin kopiyasını istəməyib, çünki ki, hesab etməyib ki, istintaq dövründə diski dəyişdirə bilərlər. Sonradan video materialı tələb edəndə deyiblər ki, dəfdərxanadadı. O, müstəntiqə inanıb. Sonradan onda əsalı şüphələr yaranıb. Onun şikayət ərizələrini iki dəfə prokurorluq Şəki ŞRPŞ-ya göndərməsinə baxmayaraq işə əlavə olunmayıb. Ərizələrinə ümimiyyətlə baxılmamışdır. O, cinayət məsüliyyətinə cəlb olunmağına etiraz etməyib, lakin hər şeyin ədalətli şəkildə olmasını istəyir. Sonda bildirmişdir ki, şansları var idi bu məsələyə şərtsiz son qoysinlar. Razılığa gəlmək istəyirdi ki, aralarında olan münaqişəni mülki qaydada nalayiq ifadələr olmadan davam etdirsinlər, lakin qarşı tərəf razılığa gəlməmişdir. Zərərçəkmiş şəxs barışmağın qarşılığında onun mülki iddiadan imtina etməsini istəyirdi. O, mülki iddialarından imtina etməyəcək. Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsin, o, da öz növbəsində qanun pozuntusuna yol verməyəcək. Barışığın əldə olunacağı halda cinayət məsuliyyətinədə xitam veriləcəydi. Lakin Zərərçəkmiş şəxs artıq neçə illərdi ki, onun həbs olunmasına çalışır. Buna sübut Səlimovun bir məhkəmə prosesini belə buraxmaması, onun həbs olunması üçün məhkəmənin gedişatında israrla çalışmasıdır. Səlimov hər hansısa prosesə gəlməyib bu məsələni qanunla öz axarına da buraxa bilərdi. İstəyir ki, ona ən yuxarı həddə cəza verilsin. İctimayətə aydın olar ki, İmran onu həbs eletdirib.Törətdiyi cinayət əməlinin sanksiyasında nəzərədə tutulan islah işləri, həbs və yaxud cərimə cəzalarının heç biri onların arasında olan münaqişəni bu günə qədər həll etməyib və etmətyəcəkdə. Bütün məhkəmənin gedişatı boyunca qarşı tərəfin ona qarşı etdiyi hərəkətlərə cavab verməmiş ancaq məhkəmənin yekununu gözləmişdir. Şəki polisi Səlimovun ona və ailə üzvlərinə qarşı işlətdiyi təhqiramiz ifadələrə göz yumur. Çoxsaylı ərizələrinin əksəriyyətinin cavabı olmuşdur ki, bu məsələ məhkəmə mübahisəsi predmetidir. Hər dəfə məhkəməyə gələndə vaxt və pul itkisi yaşayır. Bu məsələlərə sərf edəcəyi vaxtı və madiyyatı şəxsi həyatına, ailəsinə sərf etmək istəyir. Yenədə onların şansı var ki, bu münaqişə davam etməsin. Səlimov ona qarşı nalayiq ifadələr işlədib. O, qarşılıq verəsi olsaydı, bu günə kimi verərdi. Zərərçəkmiş şəxs etdiyi hərəkətin qarşılığını onun kimi verməyi, o, özünə yaraşdırmır. Qanunla ona veriləcəy cəzadan boyun qaçırmır. Son sözündə onu deyir ki, yenədə Zərərçəkmiş şəxsla onun son qərar qəbul edilənədək şansları var ki, söyüşlərə son qoyulsun. O, istənilən mülki qaydada mübarizəyə hazırdır lakin qadınları qatmadan, onların ünvanına nəlayiq ifadələr işlətmədən. Bu gün bu söyüşlərə son qoysunlar, onun barəsində açılan haqsız cinayət işinə xitam verilməknən. Haqsız ona görə adlandırır ki, qanuni tərəfindən düz hərəkət etməyə bilər, ancaq onun özünə məlum olan səbəbləri var. İslah olunmalı adam deyil, çünki xüsusi bir cinatər törətməyib. Onların düşmənçiliyimiz səbəbi 7 ildirdir ki, bu söyüşlərdir. Bu gün nalayiq ifadələrə son qoyulsun, əks halda söyüşlərin qarşılığını verməyə onunda haqqı çatır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, təqsirləndirilən şəxslə aralarında uzun müddətdir ki, mübahisə var. Belə ki, əvvəllər məhkum olunmuş özünü kriminal avtoritet kimi tanıdan «Ramzes» ləqəbli Təqsirləndirilən şəxs 2017-ci ildən bu günədək onu hədələyərir. Rahim 2017-ci ildən bu günədək nənəsinin adına olan mülkün ona bağışlanmasını 2006-cı ildə hətda anasının dəfn mərasimi günündə də gizlətmişdir. Çünki, əgər ona ata mülkünün 1/2 hissəsini ona bağışlanmasını bilsəydi varis kimi öz haqqını tələb edə bilərdi. Öz əmlakını təhlükəsizlik kamera sistemi ilə təmin etmişdir. Hətta Rahim ayrı-ayrı vaxtlarda təhlükəsizlik sisteminin 6 kamerasını oğurlayaraq aparmışdır. Rahim evinin qanunsuz tikildiyini və sökülməsini iddia edərək dəfələrlə onu məhkəməyə vermişdir. Rahim Bakı şəhərində yaşasda hər dəfə Şəki şəhərinə gələrək ona qarşı qanuna zidd hərəkətlər törətmişdir. Belə ki, o, 14 iyul 2023-cü il tarixdə təxminən saat 14:50 radələrində idarə etdiyi Ford tranzit markalı 90 N M 371 dövlət nömrə nişanlı avtomobilini « Səxavət co» şirkətinin huquqi ünvanın qarşısında saxlayıb sexdən istehsal olunan məhsulu avtomobilinə yükləyərəkən Rahim qəflətən binanın tinindən çıxaraq ona hücum edərək əli və təpiklə onu vurmağa başlamışdır. Kameranın altından kənara dartaraq aparmışdır ki, etdikləri kameraya düşməsin. Onun qollarını tutub özünü müdafiə edən zaman yoldan keçən şəxslər onlara yaxınlaşmış və Rahimi ondan ayırıb kənarlaşdırmışlar. Lakin bir dəqiqə keçməmiş Rahim əlində evlərinin qapsının arxasını bağlamaq üçün olan dəmir ilə yenidən qəflətən ikinci dəfə üstünə hücum çəkib dəmirlə alın nahiyəsindən vurmuşdur. Zərbədən alnından xəsarət almış və alnından qan axmağa başlamışdır. Dərhal 102 xidmətinə zəng vurub Rahimin onu döyərək xəsarət yetirməsi barədə məlumat vermişdir. Sonra qanı dayanmadığı üçün özü Şəki MRX-na getmişdir. Həkimlər ona ilkin tibbi yardım göstərmişlər. Xəstəxanadan çıxandan sonra polis şöbəsinə gedib Rahimin onu döyərək xəsarət yetirməsi barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Rahim onun polisə şikayət etdiyini eşitdikdən sonra başından armatur parçası ilə vurub. O, əvvəllər əsəbi olduğu vaxtlarda təqsirləndirilən şəxs barəsində nalayiq ifadələr işlətmiş, ona söyüş söymüşdür. Sonda bildirdi ki, humanizm prinsipinə riyayət edərək və tövsiyyələrə qulaq asaraq barışmaq istəmişdir. Lakin Rahim onunla mübarizə aparmaq qərarına gəlib. O, heç vaxt Rahimin həbs olunmasını istəməyib. İstəsəydi buna da nail ola bilərdi. Qanun çərçivəsində qərar qəbul edilməsini xahiş edir. Çox itəyirdi ki, Rahim onun tərərfimdən bağışlanaraq islah olunsun. Lakin heç bir barışıq əldə edilməmişdir. Bu məsələnin qanun çərçivəsində həll olunmasını xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi. Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qaynı, Təqsirləndirilən şəxs isə baldızı oğludur.Onların hər ikisi ilədə qohum kimi normal münasibətləri vardır. 14 iyul 2023-cü il tarixdə bütün günü evlərində olmuş, küçədə dava- dalaş səsləri eştməmiş və həmin gün İmranla Rahim arasında olan dava-dalaşdan məlumatı olmamışdır.Homçinin onların davalarını görməmişdir.Lakin bir neçə gün sonra İmranla küçədə rastlaşanda onun alın nahiyəsinə yapışqan yapışdırıldığını görüb ondan alınma nə olduğunu soruşmuşdur. İmranda ona Rahimlə dalaşdıqlarını və Rahimin onu vurduğunu demişdir. O, daha sonra ifadəsində İmrana Rahimin onu döyməsi üçün Şəki şəhərinə gəlməsi barədə bir söz demədiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkətlərinin protokollarını, eləcə də ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri süçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi publik hüquqi şəxsin 22 noyabr 2023-cü il tarixli, T885/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Abduləvvol oğlunda sol bazu oynağının bağların gərilməsi, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, yumuşaq toxumalarının əzilməsi, sağ bud nahiyəsinin hcmotoması olmuşdur. Qeyd edilən xəsarətlər qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxslə əlbəyaxa zamanı bərk-küt əşyaların təsirindən törənmiş (bunlara yumruq, təpik və s. Misal ola bilər), dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2023-cü il tarixli T646/2023 saylı rəydə Zərərçəkmiş şəxs müəyyən olunan xəsarətlərin xüsusiyyətlərinə, bədənin müxtəlif nahiyələrində yerləşməsinə və sayına əsasən onların şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs travmadan sonra tibb müəssisəsində həkimlər tərəfindən muayinə olunarkən baş nahiyəsinə yetirilmiş xəsarət kəllə beyin travması, görmə qabiliyəti və yaddaş pizğunluğu ilə mü.ayət olunmamışdır. Zərərçəkmiş şəxs “X5”nda xx.xx.2023-cü il tarixdə muayinəsi zamanı “Konyuktivid, mürəkkəb miopik astiqmatizm” müəyyən edilmiş diaqnozların aldığı travma ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Mahmudov X2 rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 04 ay müddətinə azadlıqdan mərhum etmə və 02 il müddətinə sürücülük hüququndan mərhum etmə cəzasına məhkum edilmiş, 31 may 2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.1 -ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Bakı şəhəri 107 saylı MKİC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci ildən Biləcəri qəsəbəsi məhəllə 5057/68 ev 4 mənzil 18-də qeydiyatda olmaqla yaşayır. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmasına görə mənəvi zərərin əvəzi olaraq 3000 manat və 50 manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsini zərərçəkmiş şəxs xahiş etmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan görüntülərə baxış keçirilərkən müəyyən olundu ki, görüntülərdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşıllar, üçünçü şəxslər isə onları bir-birindən ayırmağa çalışır. Təqsirləndirilən şəxs təqdim etdiyi CD diskdə olan səs yazılarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, onun yaxınlarının barəsində nalayiq ifadələr işlədir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ona istinad edilən maddənin dispozisiyasında göstərilən əlamətlərlə üst-üstə düşür və onun cinayət əməli özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Beləliklə məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam subuta yetir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, 14 iyul 2023-cü il tarixdə saat 14:40 radələrində Şəki şəhəri, Məmməd Cabbarov küçəsində qohumu Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında mülklə bağlı olan mübahisə və münaqişələrə görə sonuncunun onun ünvanına bir neçə dəfə mobil telefon vasitəsilə nalayiq ifadələr işlətməsi səbəbindən aralarında həmin şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən əli və təpik ilə Səlimov tmran Abduləvvəl oğlunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla sonuncuya sol bazu oynağının bağların gərilməsi, alın nahiyəsinin əzilmişcırılmış yarası, yumşaq toxumalarının əzilməsi, sağ bud nahiyəsinin hematoması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunması nəzərə alınmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsnın yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə qəsdən böyük iştimai təhlükə törətməyən cinayət törətməsini, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız ifadələrinin təsiri altında törətməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmur. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən hallarını, ağırlaşdıran halların olmamasını, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən CM-nin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə kimi cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə ona istinad edilən maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növündə cəzanın seçilməsi üçün əsaslar görmür, az ciddi cəza növü olan cərimə cəzasının cəzanın məqsədlərini təmin edə bilməsi qənaətinə gəlir. Məhkəmənin fikrinə görə cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsi tam əsaslıdır və bu cəzanın məqsədini təmin edə bilər. Məhkəmə hesаb edir ki, Təqsirləndirilən şəxs bаrəsində ibtidаi istintаq dövründə seçilmiş polisin nəzarəti altına vermə qətimkаn tədbiri hökm qаnuni qüvvəyə minənədək dəyişdirilmədən sаxlаnılmаlıdır. Mülki iddiaya münasibətdə məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X3 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenumun Qərarının 11-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Şərh olunanlara və işin materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya qarşı cinayət əməlinin törədilməsi nəticəsində hüquqları pozulmuş, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmiş, mənəvi sarsıntı keçirmişdir. Bununla yanaşı, iddiaçı tərəf vurulmuş mənəvi ziyanın miqdarını 3000 manat məbləğində müəyyən etsə də, məhkəmə iclasında məhz həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında qeyd edilir ki, “Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlaban məbləğdə, yəni 500 manat məbləğdə müəyyən etməyi məqsədə uyğun hesab edir. Mülki Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 1000 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilsin. Dövlət rüsumunun 20 manatı Zərərçəkmiş şəxs aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut, ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar