Məhkəmə qərarları › İş №1(075)-12/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-12/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-12/2025 24.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1991-ci il tarixdə Şəki rayonu, Qayabaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Qayabaşı kəndində qeydiyyada olmaqla həmin kənddə yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, ümumi təmiz çəkisi 489,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd şəffaf rəngli sellofan bükümdə olan təmiz çəkisi 9,94 qram hissəsini üzərində, qalan bir ədəd sellofan torbada olan 480,0 qram hissəsini isə yaşadığı Şəki rayonu, Qayabaşı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin mətbəxində olan əl-üz yuyanın altında gizlətməklə saxlamış, 21 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X9 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəki rayonu, Qayabaşı kəndində saxlanılaraq Şəki rayonu, Turan qəsəbəsində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X9 inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 1621 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən həmin qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxladığı xeyli miqdarda, bir ədəd şəffaf rəgli sellofan bükümdə, ümumi təmiz çəkisi 9,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə, saat 19:06 dəqiqədən etibarən ona məxsus Şəki rayonu, Qayabaşı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin mətbəxində olan əl-üz yuyanın altında gizlədib saxladığı xeyli miqdarda, bir ədəd sellofan torbada təmiz çəkisi 480,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir(maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamışdır. Yaşadığı kəndi də əhatə edən Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməkdaşları ilə münasibəti yaxşı olmuş, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin keçirilməsində könüllü olaraq polisin işinə köməklik etmiş, fəaliyyəti ilə bağlı polis əməkdaşları tərəfində ona pul verilmişdir. Eyni zamanda o, psixotrop maddə olan metanfetamin qəbul etmiş, aralarında yaranmış əməkdaşlıq münasibətlərinə görə polis əməkdaşları onun bu qanunsuz əməlinə şərait yaratmışdır. Müəyyən müddət işlərinə köməklik göstərib əsasən birlikdə işləyib əməkdaşlıq etdiyi polis əməkdaşı Şahid1 qəbul etdiyi psixotrop maddənin artıq onun səhətini korladığını, beyninə pis təsir etdiyini bildirib, bir müddət mühitdən ayrılıb orqanizminin təmizlənməsi üçün narkotik vasitə saxlamaqda təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilib cəzaçəkmə müəssəsində özünə gəlib təmizləndikdən sonra qayıdıb yenidən birlikdə işləyib fəaliyyət göstərmələrini təklif etmişdir. O, psixotrop maddə vərdişindən qurtarıb sağalmaq istəsə də, azadlıqdan məhrum edilməsini istəməmişdir. Ona görə də evdə oturub çölə çıxmamaqla müalicə olunmağa çalışıb Şahid1 kənar dayanmaq istəmiş, lakin Şahid1 ondan əl çəkməyib tez-tez əlaqə saxlayıb çağırmış, son zamanlar isə bölmə rəisinin onu görmək istədiyini deyib bölməyə dəvət etmişdir. O, Şahid1nən etdiyi təklifi həyata keçirmək üçün onu axtardığını başa düşdüyünə görə yayınmaqda davam etmişdir. 21 fevral 2024-cü ildə saat 10 radələrində Şəki rayonu, Qayabaşı kəndində evlərində olarkən Şahid1 onun Polis bölməsinə getmədiyini görüb, görüşmək üçün kəndin mərkəzində görüşməyə dəvət etmiş, o mağazaya gəldiyi zaman yaxınlaşıb bölmə rəisinin çağırdığını, birlikdə polis bölməsinə getməli olduğunu demişdir. O, etiraz etməyib Şahid1 ilə birlikdə Polis bölməsinə getmiş, Polis bölməsində Şahid1 xidməti iş otağında ona qəbul etməsi üçün metamfetamin vermişdir. O, aludəçisi olduğu üçün metamfetamini qəbul etmişdir. Sonra ona narkotik vasitə olan marixuana verərək üzərində saxlamasını, guya onu narkotik vasitə əldə edib saxlamaqda şübhəli kimi tutub gətirdiklərini, təhqiqatçı dəvət edib üzərinə şəxsi müayinə keçirilərkən çıxardıb təqdim etməsini tapşırmışdır. Eyni zamanda daha çox miqdarda narkotik vasitə olan marixuananı aparıb evlərinə qoyub, sonradan təhqiqatçı ilə birlikdə gedib aşkar edib götürməyi təklif etmiş, o evlərində ailə üzvlərinin bilməməsi üçün razı olmamış, lakin istifadəsiz olan mərhum atasından miras qalmış evdə həmin vəziyyəti yaradıb ona aid narkotik vasitə kimi götürülməsinə razılıq vermişdir. Həmin markotik vasitə də onun iştirakı ilə polis əməkdaşları ilə birlikdə getməklə atasından miras qaimış istifadəsiz evdə yerləşdirilmişlər. Şahid1 ona qəbul etdiyi psixotrop vasitənin qanından təmizlənməsi və başının yaxşı işləməsi üçün bu cür etdiklərini bildirmişdir. O da polis əməkdaşlarının ona təsir, hədə qorxu edəcəyindən qorxaraq dedikləri kimi şəxsi axtarış aparılması üçün videoçəkiliş aparılarkən üzərinə qoyulmuş narkotik vasitə olan marixuananı çıxarıb təqdim etmiş, sonra polis əməkdaşları ilə birlikdə atasından miras qalmış istifadəsiz evə gedib, evin mətbəxində qoyulmuş əl-üz yuyanın altında əvvəlcədən polis əməkdaşlarının qoyduğu və ona göstərdikləri yerdən götürüb təqdim etmişdir. Eyni zamanda polis əməkdaşlarının qabaqcadan öyrətdikləri kimi Qayabaşı kəndinin yuxarı hissəsindən keçən su kanalının kənarında yabanı şəkildə yetişmiş çətənə bitkisinin yarpaqlarından yığıb mərhum atasından miras qalmış evə gətirib qurudaraq evin mətbəxində qoyulmuş əl-üz yuyanın altında gizlətdiyini demişdir. Üzərinə və hadisə yerinə baxışın hər ikisi video çəkilişlə aparılmış, baxışda o, polis əməkdaşları və vəkili iştirak etmişdir. Polis əməkdaşlarının onu döyəcəklərindən qorxduğuna görə bu barədə nə vəkilinə, nə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün prokurorun yanına aparılanda, nə də məhkəmə qarşısına çıxıarıldığı zaman bildirməmişdir. Polis əməkdaşları onu 14 radələrinə Polis bölməsinə apardıqlarını qeyd etsələr də, o, 2 saat əvvəlcədən polis bölməsinə aparılmış, narkotik vasitənin marixuana növündən istifadə etməmiş, daima metamfetamin qəbul etmişdir. Metamfetamini də polis əməkdaşı Şahid1 əməliyyat tədbirlərində göstərdiyi xidmətləri ilə bağlı ona vermiş və üstəlik hər tədbir sonrası ona müxtəlif məbləğlərdə ödəniş də etmişdir. Onun psixotrop vasitə qəbul etməsini ailə üzvlərindən heç kim bilməmiş, onlardan xəlvət qəbul etmişdir. Qeyd etdiyi kimi onun üzərində narkotik vasitə olmamış, nə də atasından miras qalmış evdə narkotik vasitə gizlətməmişdir. Ona verilən ittiham üzər özünü təqsirli bilməmiş və günahsız olduğu üçün barəsində bəraət hökmü çıxarılmasını xahiş etməmişdir. İbtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, Şəki rayonu, Qayabaşı kəndində ailə üzvləri ilə, yəni anası, qardaşı və qardaşının ailəsi ilə birlikdə yaşamışdır. Qayabaşı kəndində mərhum atasından miras qalmış ev olmuş, o, arabir nəzarət etmək üçün həmin evə gedib qalmışdır. Təxminən üç ilə yaxın müddətdir ki, nəşə, yəni narkotik vasitə olan marixuana qəbul etmiş, narkotik vasitəni sentyabr ayında əkin sahələrinin kənarında yabanı şəkildə yetişmiş çətənə bitkilərinin yarpaqlarından yığıb qurudaraq özü istifadə etmək üçün saxlamışdır. 2023-cü ilin sentyabr ayında Şəki rayonu, Qayabaşı kəndinin yuxarı hissəsindən keçən su kanalının kənarında yabanı şəkildə yetişmiş çətənə bitkisinin yarpaqlarından yığıb mərhum atasından miras qalmış evə aparıb qurudaraq evin mətbəxində qoyulmuş əl-üz yuyanın altında gizlətmişdir. Təxminən 10-15 gündən bir həmin narkotik vasitənin üstündən bir qədər götürüb xəlvət özü istifadə etmişdir. Hər dəfə gedib həmin yerdən narkotik vasitə götürməmək üçün bir neçə gün qabaq o, yenə də həmin narkotik vasitənin üstündən bir qədər götürüb sellofana büküb cibinə qoymuşdur. 21 fevral 2024-cü ildə saat 14 radələrində yaşadığı Şəki rayonu, Qayabaşı kəndinin mərkəzi hissəsində dayandığı vaxt Sarıca PB-nin əməkdaşları Elçin və digərləri ona yaxınlaşıb özlərini təqdim edərək, onun narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirib, onu Sarıca PB-nə dəvət etmişlər. O, vəziyyəti başa düşüb, heç bir artıq hərəkət etmədən, polis əməkdaşları ilə birlikdə Sarıca PB-nə getmişdir. Orada onu növbətçi hissədə qeydiyyata götürəndən sonra təhqiqatçının xidməti iş otağına aparmışlar. Təhqiqatçı ona hüquq və vəzifələrini, o cümlədən müdafiəçi tutmaq hüquqlarını izah edib Şəki şəhərində fəaliyyət göstərək vəkillərin siyahısı ilə tanış etmiş, o seçdiyi vəkili təhqiqatçı dəvət edib ona təqdim etmişdir. Təhqiqatçı onu şübhəli şəxs qismində tutub üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmiş, o da etiraz etməmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən özü çəkdiyi Rotmas siqaretini, alışqanı, 50 qəpik xırda pulları, bir ədəd konfeti, sağ yan cibindən özünə məxsus Samsung Calaxy A23 markalı mobil telefonunu, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə olan sellofan bükülünü çıxarıb stolun üstünə qoyaraq üstündə başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı onun üstünü axtarmış, lakin üstündən heç nə aşkar olunmamışdır. Təhqiqatçı stolun üstünə qoyduğu sellofan bükülünün içərisindəkinin nə olduğunu soruşmuş, o bükülüdəkinin nəşə, yəni marixuana olduğunu, özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Təhqiqatçı bükülünü açıb içərisinə baxdıqdan sonra boş zərfə qoyub bağlayıb möhürləmişlər. Həmçinin təhqiqatçı üstündən aşkar olunmuş mobil telefonu başqa bir zərfə qoyub bağlayıb möhürləmiş, eləcə də üstündən aşkar olunmuş siqareti, 50 qəpik xırda pulları, alışqanı və konfeti başqa bir boş zərfə qoyulub bağlayıb möhürləmişdir. Həmin zərflərin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Daha sonra videoçəkiliş dayandırılmış, onlara nümayiş etdirilmiş, sonda isə təhqiqatçı protokol yazıb ucadan oxumuş, düz yazıldığı üçün protokolu digər iştirakçılarla birlikdə o da imzalamışdır. Təhqiqatçı ondan üstündən aşkar olunmuş narkotik vasitəni nə vaxt və haradan əldə etdiyini soruşanda, o, yuxarıda qeyd etdiyi kimi təhqiqatçıya yaşadığı Qayabaşı kəndinin yuxarı hissəsindən keçən kanalın kənarında yabanı şəkildə yetişmiş çətənə bitkisinin yarpaqlarından yığıb qurudaraq özü istifadə etmək üçün mərhum atasından miras qalmış evdə saxladığını, özü istifadə etmək üçün üstündən bir qədər götürdüyünü bildirmişdir. Təhqiqatçı evə baxış keçirmək istədiyini bildirəndə o, etiraz etməyib, mərhum atasından miras qalmış evə baxış keçirilməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Təhqiqatçı, o, vəkili, şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları ilə birlikdə mərhum atasından miras qalmış evə getmişlər. Onun razılığı ilə həyətə daxil olub videoçəkilişdən istifadə etməklə evə baxış keçirilmişlər. Baxış keçirilən zaman o, mərhum atasından miras qalmış evin mətbəxində olan əl-üz yuyanın altını açıb orada gizlətdiyi qara rəngli sellofan torbanı çıxarıb təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı həmin sellofan torbanı açıb içərisindəkini göstərdikdən sonra bağlayıb möhürləmiş, üzərinə yapışdırılmış kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Təhqiqatçı iştirakçılarla birlikdə evə baxış keçirmiş, lakin başqa şübhəli heç nə aşkar olunmamışdır. Sonra videoçəiliş dayandırılmış, çəkiliş iştirakçılara göstərilmiş, bu barədə protokol yazılmış, ucadan oxunmuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin o, ifadəsində heç vaxt heç kimə narkotik vasitə satmadığını və pay verməsiyini, onun narkotik vasitə qəbul etməsini, üstündə və yaşadığı mərhum atasından miras qalmış evdə narkotik vasitə saxlamasını heç kimin bilmədiyini, heç bir yoluxucu və ya psixi xəstəlik keçirmədiyini, xəstəlikdən heç bir tibb müəsisəsində qeydiyyatda olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda qeyd etdiklərini, üzərinə və hadisə yerinə video çəkilişlə aştarış aparılan zaman və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimata məhkəmə iclasında baxılan zaman təsdiq etmiş, məhkəmənin ifadəsini təsir və təzyiq altında verməsi ilə bağlı sualına belə bir halın olmadığı kimi göstərmişdir. Bundan başqa təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdikləri məhkəmə tərəfindən yoxlanılmış, lakin bununla bağlı heç bir möhtəbər sübut əldə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Qayabaşı kənd sakini kimi tanımış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. Ona “İbrahim” adlı şəxsin Şəki rayonu ərazisində narkotik vasitə qəbul etməsi və saxlaması ilə məşğul olması barədə 21 fevral 2024-cü ildə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zamanı “İbrahim” adlı şəxsin, xx.xx.1991-cü il təvəllüdlü, Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq, cinayət başında yaxalanması məqsədi ilə Sarıca PB-nın X3 Profilaktiki işin təşkili üzrə inspektru Şahid2, Sarıca PB-nın manqa komandiri Şahid3 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, qrupa rəhbərliyi o, etmişdir. Qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmiş, həmin gün saat 14 radələrində o, Şahid2 və Şahid3la birlikdə Şəki rayonu, Qayabaşı kəndi ərazisində əməliyyat tədbirləri keçirən zaman Təqsirləndirilən şəxs müəyyən edib özlərini təqdim etmiş, narkotik vasitə əldə etməsi və üstündə saxlaması barədə məlumat daxil olduğunu bildirib, məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə Polis bölməsinə getməsini təklif etmişlər. İbrahim vəziyyəti başa düşüb etiraz etməyib onlarla birlikdə Polis bölməsinə getmişdir. İbrahimin Polis bölməsində gətirilən şəxslərin qeydiyyatı jurnalında qeydiyata alınması və üzərində şəxsi axtarış aparılaraq qanuna müvafiq qaydada tədbir görülməsi üçün Bölmə rəisinə raportla məruzə etmişdir. Raportun icrası təhqiqatçıya həvalə edildiyindən, İbrahimi Növbətçi hissədə qeydiyyata aldırdıqdan sonra təhqiqatçının xidməti iş otağına aparmışlar. Təhqiqatçı xidməti iş otağında İbrahimə hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş, seçdiyi vəkili təhqiqatçı xidməti iş otağına dəvət edib İbrahimə təqdim etmişdir. Təhqiqatçı tərəfindən İbrahim şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilməklə bərabər proses iştirakçılarına etiraz etmək hüququ izah edilmiş, video çəkiliş aparmaqla üstünə şəxsi müayinə aparılacağı bildirilmiş, İbrahim etiraz etməmişdir. İbrahimin üstünə şəxsi axtarış aparılmış, şəxsi müayinə aparılan zaman təhqiqatçı İbrahimə üstündə olan əşyaları çıxarıb stolun üzərinə qoymasını təklif etmiş, İbrahim əynindəki göy rəngli şalvarın ciblərindən siqareti, alışqanı, xırda pulları və bir ədəd konfeti, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükülünü çıxarıb stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı İbrahimin üstünü axtarmış və heç nə aşkar etməmişdir. Təhqiqatçı İbrahimdən üstündən aşkar olunmuş sellofan bükülünün içərisindəkinin nə olduğunu soruşduqda, İbrahim, sellofan bükülüdə nəşə, yəni marixuana olduğunu, narkotik vasitəni özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Təhqiqatçı bükülünü açmış, içərisində yaşıl rəngdə qurudulmuş, spesifik iyə malik bitki kütləsi aşkar olunmuşdur. Təhqiqatçı İbrahimdən həmin narkotik vasitəni nə vaxt, harada və kimdən əldə etdiyini soruşanda, İbrahim, narkotik vasitəni keçən il yaşadığı Qayabaşı kəndinin yuxarısından keçən su kanalının kənarında yabanı yetişmiş çətənə bitkilərinin yarpaqlarından yığıb qurudaraq özü istifadə etmək üçün mərhum atasından miras qalmış evdə saxladığını, istifadə etmək üçün üstündən bir qədər götürüb cibində saxladığını bildirmişdir. Təhqiqatçı, İbrahimin üstündən aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsini boş zərfə qoyub bağlayıb möhürləmiş, İbrahimin üstündən aşkar olunmuş mobil telefonu başqa bir zərfə qoyub bağlayıb möhürləmiş, eləcədə İbrahimin üstündən aşkar olunmuş siqareti, xırda pulları, alışqanı və konfeti başqa bir boş zərfə qoyulub bağlayıb möhürləmişdir. Zərflərin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sonra videoçəkiliş dayandırılmış, onlara nümayiş etdirilmişdir. Təhqiqatçı protokol yazıb ucadan oxumuş, doğru yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sonra təhqiqatçı İbrahimə, narkotik vasitənin olduğu evə baxış keçirmək istədiyini bildirmiş, İbrahim etiraz etməyib, mərhum atasından miras qalmış evə baxış keçirilməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Sonra təhqiqatçı İbrahimin özünün, vəkilinin, onun və şəxsi axtarış zamanı iştirak etmiş digər polis əməkdaşlarının iştirakları ilə birlikdə İbrahimin mərhum atasından miras qalmış evə getmişlər. İbrahimin razılığı ilə həyətə daxil olub videoçəkilişdən istifadə etməklə evə baxış keçirilmiş, baxış keçirilən zaman İbrahim evin mətbəxində olan əl-üz yuyanın altını açıb orada gizlətdiyi qara rəngli sellofan torbanı çıxarıb təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı sellofan torbanı açıb göstərdikdə, içərisində qurudulmuş şəkildə bitki kutləsi aşkar olunmuşdur. Təhqiqatçı torbanı bağlayıb möhürləmiş, üzərinə yapışdırılmış kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sonra təhqiqatçı iştirakçılarla birlikdə evə baxış keçirmiş, lakin başqa şübhəli heç nə aşkar olunmamışdır. Videoçəkiliş dayandırılmış, iştirakçılara nümayiş etdilirmiş, baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş, doğru yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş narkotik vasitəni nə vaxt, harada, kimdən və nə məqsədə əldə etməsi barədə dəqiq məlumat əldə olunmamışdır. Lakin onun özünün deməsinə görə yaşadığı Qayabaşı kəndinin yuxarısından keçən kanalın kənarında yabanı şəkildə yetişmiş marixuana bitkisinin yarpaqlarından yığıb saxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və X10 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadə verib göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmuş, oğlunun narkotik vasitə qəbul etməsindən xəbəri olmamışdır. 21 fevral 2024-cü ildə oğlunun polis bölməsinə aparılmasını bilməmiş, xəbər ala bilmədiyi üçün bu barədə “102” qaynar xəttinə zəng edərək məlumat vermişdir. Etdiyi zənglərdən sonra ona oğlunun polis əməkdaşları tərəfindən polis bölməsinə aparıldığı, üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı Şəki ŞRPŞ-də saxlanıldığı bildirmişdir. Oğlu ilə bir evdə yaşamış, lakin narkotik vasitə istifadəçisi olduğunu hiss etməmişdir. O, digər oğlu və mərhum əri ali təhsilli olmuş və belə hallardan kənar olmuşlar. Şəki Şəhər- Rayon Polis Şöbəsinin Sarıca PB-nin əməliyyat müvəkkili Şahid1, oğlu İbrahimlə əlaqə yarada bilmədikdə onun istifadəsində olan mobil nömrəyə zəng edərək oğlunu ondan soruşmuş, oğlundan Şahid1 ilə nə əlaqəsi olduğunu soruşmuş, lakin oğlu bu barədə ona heç nə deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 eyni məzmunlu ifadə verərək X1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 21 fevral 2024-cü il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1530-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 22-23) Şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə 21 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş video diskdən görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəgli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilərək boş zərfə qoyulub bağlanıb möhürlənərək qablaşdırılıb götürülmüşdür. (İş.v 49-52) Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 21 fevral 2024-ci il tarixli protokoldan və ona əlavə edilmiş video diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu, Qayabaşı kəndində yerləşən mərhum atasından miras qalmış fərdi yaşayış evinə baxış keçirilən zaman evin mətbəxində olan əlüz yuyanın altında gizlədib saxladığı bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana bənzər bitki kütləsi aşkar edilərək bağlanıb möhürlənərək qablaşdırılıb götürülmüşdür. (İş.v 54-57) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2024-cü il tarixli 3-16-16-2-17/189 №-li rəyindən görünür ki, təqdiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər kütlə..» yazısı, adları və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 9,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixaunadır. Təqdiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda «Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus ünvandan aşkar olunmuş maddi subut» yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi – 480,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çtənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixaunadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Rəyin qeyd hissəsində göstərilmişdir ki, marixuananın təmiz ümumi çəkisi-489,94 qram, cəmi tədqiqata sərf edildi-0,20 qram (hər ob. 0,10.), qalıq -489,74 qram qalmışdır. Aparılmış tədqiqatın dəyəri 34,55 manat təskil edir. (İş.v 63-66) 23 fevral 2024-cü il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İş.v 103-106) 23 fevral 2024-cü il tarixli təqdimatdan görünür ki, CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən məhkəməyə müraciət olunmuşdur. (İş.v 107-110) Şəki Rayon Məhkəməsinin 4(075)-18/2024 saylı, 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməmişdir. (İş.v 112-117) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, CM-nın 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərarın surətini özü və müdafiəçisi saat 1410-da almışdır. (İş.v 118-120) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələbinə əsasən xitam verilmiş və əvvəllər məhkum olunmamışdır. (İş.v 145) Cinayət işi üzrə icraata xitam edilməsi haqqında 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. İş.v 146- 150) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji dispanserin xx.xx.2024-cü il tarixli, 325 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Qayabaşı kəndində yaşayan, 1991-ci il təvəllüdlü Hümmətov X4 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. (İş.v 151) “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 342 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Qayabaşı kəndində yaşayan, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin dispanser müşahidəsində yoxdur. (İş.v 152) Şəki şəhər İHB-nin Qayabaşı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli, 93 nömrəli arayışdan və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Qayabaşı kəndində yaşayır və yaşayış yeri üzrə mənfi xarakteriza olunur. (İş.v 153-154) Gəncə şəhəri Narkoloji Dispanserin 19 aprel 2024-cü il tarixli 665 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehdiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İş.v 164) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan qurudulmuş marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 8 №-li Qərarının 2ci bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ona verilən ittihamda göstərilən narkotik vasitə olan qurudulmuş marixuananın üzərində olmaması və Polis Şöbəsində ona verilib özünə aid olmasını boynuna götürməsi tapşırığını qorxudan icra edib etiraf etməsi ilə bağlı göstərdikləri məhkəmə istintaqında araşdırılmış, lakin göstərdiyi hal təsdiqini tapmamış, sübuta yetməmiş və ittihamın şübhə altına alınmasına əsaslar müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs, qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, ümumi təmiz çəkisi 489,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, bir ədəd şəffaf rəngli sellofan bükümdə olan təmiz çəkisi 9,94 qram hissəsini üzərində, qalan bir ədəd sellofan torbada olan 480,0 qram hissəsini isə Şəki rayonu, Qayabaşı kəndində yerləşən atasından miras qalmış fərdi yaşayış evinin mətbəxində olan əl-üz yuyanın altında gizlətməklə saxlamış, 21 fevral 2024-cü ildə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X9 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəki rayonu, Qayabaşı kəndində saxlanılaraq Şəki rayonu, Turan qəsəbəsində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X9 inzibati binasına aparılıb, şübhəli şəxs qismində tutularaq saat 1621 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəgli sellofan bükümdə, ümumi təmiz çəkisi 9,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə, saat 1906 dəqiqədən etibarən atasından miras qalmış Şəki rayonu, Qayabaşı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin mətbəxində olan əl-üz yuyanın altında gizlədib saxladığı xeyli miqdarda, bir ədəd sellofan torbada təmiz çəkisi 480,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən hər bir narkotik vasitənin digərlərli ilə müqayisədə təsir dərəcəsini və təhlükəliliyini diqqətdən kənara qoymamaqla yanaşı, cəzanın ədalətliliyi baxımından daha təhlükəli narkotik vasitə və yollarla törədilən cinayətlərin cəzalandırılmasına fərqli yanaşmanı əhəmiyyətli saymaqla, cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı davranışını nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalan çəkisi 489,74 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub xx.xx.2024-cü ildən xx.xx.2024cü ilədək həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il, 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2200-dan növbəti gün saat 0700-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalan çəkisi 489,74 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar