Məhkəmə qərarları › İş №1(075)-13/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-13/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-13/2021 23.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, tutulana kimi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, tamah niyyəti və satış məqsədilə qəsdən, qanunsuz olaraq narkotik vasitə və psixatrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə və satma cinayət əməllərini törətmişdir. Belə ki, o qəsdən, istintaqa məlum olmayan mənbədən, tamah niyyəti və satıb qazanc əldə etmək məqsədi ilə narkotik vasitə olan tiryəki və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən evin həyətyanı sahəsində yerləşən tövlədə gizlədib saxlamış, xx xxxxxx 2020-ci il tarixdə həmin narkotik vasitələri 45 manata satması ilə bağlı Dövlət Sərhəd Xidmətinin Şəki şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət edən, kiçik çavuş Şahid8 oğlu ilə telefonla danışıb razılığa gəldikdən sonra sonuncu aralarında olan razılaşmaya əsasən xx xxxxxx 2020-ci il tarixdə istifadə etdiyi mobil telefonda olan “BirBank” proqramı vasitəsi ilə onun kart hesabına 45 manat məbləğində pulu köçürdükdən sonra o, göstərilən məbləği həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə giriş hissədə yerləşən bankomatdan çıxarıb əldə etmiş, bunun müqabilində xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evin tövləsində gizlətdiyi 0.045 qram narkotik vasitə olan tiryəki və 0.081 qram psixotrop maddə olan metamfetamini götürüb, gizlətmək məqsədilə ayaqqabı fırçasına (ayaqqabı şotkası) yerləşdirərək həmin ayaqqabı fırçasını digər əşyalarla birlikdə kağız qutuya qoyub xüsusi qaydada qablaşdırmış, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 07:30-da Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “X1”nə gedərək içərisində narkotik vasitə və psixotrop maddələr olan qablaşdırdığı bağlamanı əvvəllər tanımadığı, Bakı-Şəki marşrutu üzrə fərdi qaydada sərnişin daşımaqla məşğul olan, “Mersedes Benz E-270” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 verib onun vasitəsi ilə N saylı hərbi hissədə xidmət edən, kiçik çavuş Şahid8 göndərmiş, həmin gün saat 11:40-da bağlama sonuncu tərəfindən N saylı hərbi hissənin nəzarət buraxılış məntəqəsində qəbul edilərkən, məntəqənin növbətçisi tərəfindən bağlamaya keçirilmiş baxış zamanı ayaqqabı fırçasının içərisindən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış 0.045 qram çəkidə narkotik vasitə olan tiryək və 0.081 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid8 oğlunu xidmət etdiyi hərbi hissədə tanımışdır. Ordu sıralarından təxris olunduqdan sonra da Şahid8 ilə əlaqələri kəsilməmişdir. 2020-ci ilin yanvar ayının ortalarında, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmmədov küçəsində yolun kənarında siqaret kağızına bükülmüş tiryək olan narkotik vasitə və psixotrop maddə tapmış, həyətlərində yerləşən tövlədə gizlətmişdir. Yanvarın axırında Şahid8 ona zəng vuraraq başqa şəxs üçün 45 manat pul müqabilində narkotik vasitə göndərməsini xahiş etmişdir. Onun pula ehtiyacı olduğu üçün narkotik vasitənin bir hissəsini satmaq qərarına gəlmiş, Elvin ona pulu karta yükləməyin mümkün olub-olmadığını soruşmuş, o da Elvinə mümkün olduğunu bildirmiş və əmək haqqı kartının şəklini çəkərək Elvinin mobil telefonunun “WhatApp”ına göndərmişdir. xx xxxxxx 2020-ci il tarixdə kartına 45 manat məbləğində pul yüklənmişdir. Pul kartına yükləndikdən dərhal sonra o, Balaxanı qəsəbəsinə girişdə yerləşən poçt şöbəsində quraşdırılmış “xxxx”ın bankomantından həmin 45 manat pulu çıxarmış, pulu özü üçün xərcləmişdir. Elvinlə danışıb, özündə olan narkotik vasitəni yanvar ayının 28-si ayaqqabı şotkasının içinə qoyub bağlamaya yerləşdirməklə avtobusla göndərəcəyini bildirmişdir. Elvin isə ona bağlamanı taksi ilə göndərməsini tapşırmışdır. Yanvar ayının 28-i axşam şirniyyat alıb, Elvinə məxsus qara rəngli kurtkanı, özünə məxsus kepkanı karton qutuya qoymuş, evdə olan işlənmiş ayaqqabı şotkasını iki hissəyə ayırıb “ağ şüşəni” və “tiryəki” həmin şotkaya yerləşdirmiş, sonra isə şotkanı əridib birləşdirmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında evdən tez çıxıb Biləcəri qəsəbəsində yerləşən Beynəlxalq avtovağzala getmişdir. Bağlamanı saat yeddiyə qalmış Şəki şəhəri istiqamətində hərəkət edəcək tanımadığı taksi sürücüsünə təhvil vermiş, həmçinin Elvinlə əlaqə saxlaması üçün sonuncunun mobil nömrəsini də taksi sürücüsünə demişdir. Taksi sürücüsü onun yanında Elvinə zəng vurub, bağlamanın ona çatacağını soruşmuş, Elvin də təsdiq etdikdən sonra, taksi sürücüsünə demişdir ki, karopkanı götürəndə pulunu verəcəklər. Sonra iş yerinə qayıtmışdır. Həmin gün günorta saatlarında Elvin “WhatApp” vasitəsilə ona yazaraq, karopkanı yoxlayanda mal tutulduğunu bildirmiş, o da cavab olaraq “özün bilərsən, bax gör neyniyirsən” yazmışdır. Daha sonra Elvin yenidən onun mobil telefonunda olan “WhatApp”a, kartın şəklini yenidən göndər, pul yükləyim səndə qalsın yazmışdır. O da yenidən kartın şəklini çəkərək Elvinə göndərmiş, lakin karta başqa pul yüklənməmişdir. Bundan başqa bildirmək istəyir ki, narkomaniya xəstəliyindən əzab çəkmir. Məhkəmədən qeyd olunanları, əməlindən peşman olmasını, cavanlığını nəzərə alıb ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 oğlu ifadəsində göstərmişdir ki, onunla birgə atıcı qrup komandirlərinin hazırlıq kursunda müdavim olan kiçik çavuş Şahid2 narkotik vasitə istifadəçisi olduğunu ona bildirmiş, ondan narkotik vasitə təşkil edə bilibbilməyəcəyini soruşmuşdur. O da əvvəllər tanıdığı Təqsirləndirilən şəxs zəng edərək danışmış, Səbuhi ona narkotik vasitə göndərə biləcəyini demişdir. Səbuhi ilə sonda 45 manata razılaşmışlar. Səbuhi öz adına olan kartın şəklini çəkib “WhatApp” proqramı vasitəsilə onun telefonuna göndərmiş, xx xxxxxx 2020-ci il tarixdə, saat 22:0N radələrində Röyalın əmək haqqı kartından onun istifadəsində olan “Redmi Note S” markalı mobil telefonunun funksiyasında olan “BirBank” sistemi vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına 45 manat pul köçürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə, saat 07:0N radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq içərisində narkotik vasitə olan bağlamanı Biləcəri qəsəbəsində yerləşən avtovağzalda “Mersedes” markalı avtomobilin taksi sürücüsünə verdiyini bildirib, həmin taksi sürücüsü ilə əlaqə saxlamaq üçün ***-***-**-** mobil nömrəsini ona vermişdir. Həmin gün saat 07:0N radələrindən etibarən saat 11:00-dək bir neçə dəfə sürücüyə zəng vuraraq olduğu yeri soruşmuş, saat 11:3N radələrində sürücü ona Şəki şəhərində yerləşən avtovağzala çatdığını bildirmişdir. O, çölə çıxa bilmədiyini, həmin bağlamanı N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinə gətirməsini, orada olan hərbi qulluqçulara həmin bağlamanın atıcı manqa komandirlərinin hazırlıq kursununun müdavimi, kiçik çavuş Şahid8 oğluna çatacağını bildirməsini demişdir. Təxminən 10 dəqiqə sonra nəzarət buraxılış məntəqəsindən (NBM) əsgər gəlib ona adına bağlama gəlməsi barədə məlumat vermişdir. O, həmin əsgərlə NBM-ə getmişdir. NBM növbətçilərinin iştirakı ilə sürücüdən bağlamanı götürüb N manat xidmət haqqı vermişdir. Sürücü pulu götürüb çıxıb getmişdir. Həmin vaxt NBM növbətçisi baş çavuş Şahid6 ona prosedura uyğun olaraq bağlamaya baxış keçirəcəyini bildirmişdir. O da etiraz etməmişdir. Şahid6 onun və xidmətdə olan əsgər Elçin Ağakişiyevin iştirakı ilə bağlamaya birgə baxış keçirmişlər. Baxış zamanı bağlamada gödəkçə, baş geyimi ilə yanaşı müxtəlif növ şirniyyat məhsulları və bir ədəd yaşıl rəngdə ayaqqabı fırçası aşkar olunmuşdur. Şahid6 ayaqqabı fırçasını iki hissəyə ayırmaqla içərisində iki ədəd kağız bükümü aşkarlamışdır. Həmin bükümlər açılan zaman bükümün birində qara rəngli, digərində isə kristala bənzər ağ rəngli maddə aşkarlanmışdır. Şahid6 bu barədə hərbi hissə komandirinə məlumat vermiş, daha sonra bağlamanı sərhəd xidmətinin şəxsi heyət üzrə şöbənin rəisi Şahid3 xidməti iş otağına aparmışdır. Şahid3 onun özünün, Şahid6, Şahid5 və Şahid4un iştirakları ilə bağlamaya yenidən baxış keçirmişdir. Şahid3, onun və digər iştirakçıların iştirakları ilə aşkar olunan bükülüləri bir ədəd ağ zərfdə qablaşdırmışdır. Daha sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz tərtib olunduğu üçün o, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Şahid8 narkotik vasitə təşkil etməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 22:0N radələrində Səbuhinin kartına narkotik vasitə müqabilində 45 manat pul yükləmişdir. Lakin bu pulu Elvinə borc vermişdir. O, narkotik vasitənin Bakı şəhərindən taksi vasitəsilə göndəriləcəyini bilsə də, kimin vasitəsilə, dəqiq nə zaman gələcəyindən məlumatı olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 11:0N radələrində Elvin ona SMS göndərərək saat yarıma maşın çatacağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, onun sifariş verdiyi narkotik vasitə NBM-də aşkar olunaraq götürülmüşdür. Ondan sonra onun və Elvinin barəsində hərbi hissədə, daha sonra isə Zaqatala hərbi prokurorluğunda araşdırma aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, N0cu ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmətə başlamış, bu günə kimi sərhəd qoşunlarının müxtəlif hərbi hissələrində xidmət etmiş, N9cu ildən isə N nömrəli hərbi hissənin çevik hərəkət bölüyü birinci tağım üçüncü manqa komandiri vəzifəsində, baş çavuş hərbi rütbəsində xidmət edir. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:4N radələrində bir nəfər taksi sürücüsü NBM-ə yaxınlaşaraq bağlamanın kiçik çavuş Şahid8 oğluna çatacağını bildirmişdir. Təxminən 10 dəqiqə sonra o, NBM-də əyləşdiyi zaman “NBM növbətçisinin köməkçisi” xidmətində olan əsgər Şahid7 ona məruzə edərək, kiçik çavuş Şahid8 gələrək hasarın üstündən bağlamanı götürüb getdiyini bildirmişdir. O, dərhal pəncərədən, NBM-dən uzaqlaşmaq istəyən Şahid8 geriyə çağırmışdır. Elvin bağlamanın ona gəldiyini təsdiq etmişdir. O, NBM növbətçisinin təlimatına uyğun olaraq bağlamaya baxış keçirməli olduğunu bildirmiş, əsgər Şahid7 və Şahid8 iştirakları ilə bağlamaya baxış keçirmişdir. Bağlamada 1 ədəd gödəkçə, 1 ədəd papaq, şirniyyatlar, fanta və 1 ədəd çəkmə fırçası olmuşdur. Fırçanın bir hissəni əridilərək birləşdirildiyi, fırçanın işlənmiş vəziyyətdə olması, həmçinin şirniyyatların yanında olması onda şübhə yaratmışdır. Fırçanın hər iki tərəfindən tutub aralayarkən fırça aralanmış, içərisində gümüşü kağızlara bükülmüş ağ rəngli kristallar və qara rəngli maddələr olan 2 ədəd bükülü aşkar edilmişdir. Dərhal bu barədə əməliyyat növbətçisi Şahid3 məlumat vermişdir. Şahid3 da Şahid8 ilə birlikdə bağlamanı qərargaha onun yanına gətirməsini göstəriş vermişdir. O da bağlama ilə birlikdə Şahid8 qərargaha aparmışdır. Qərargahda Şahid3 iki nəfər hal şahidi, yəni Şahid5 və Şahid4, eyni zamanda bağlama sahibi Şahid8 oğlu və onun iştirakları ilə bağlamaya baxış keçirmiş, aşkar olunanlar ağ rəngli zərfə qoyulub qablaşdırılaraq zərflər üçün nəzərdə tutulmuş 33 №li möhür ilə möhürlənib götürülmüşdür. ŞahidN məhkəmə iclasında Şahid6 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, N2ci ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmətə başlamış, bu günə kimi sərhəd qoşunlarının müxtəlif hərbi hissələrində xidmət etmiş, N8-ci ildən isə Şəki şəhərində yerləşən N saylı hərbi hissədə məxfi hissənin zabiti vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə N saylı hərbi hissədə xidmətdə olarkən zabit Şahid3 onu yanına çağırıb kiçik çavuş Şahid8 oğluna çatası bağlamada narkotik vasitə olmasına ehtimal olunan əşya olduğunu bildirib, həmin bağlamaya baxış keçirərkən hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Təxminən saat 12:0N radələrində N nömrəli hərbi hissənin 1-ci nəzarət buraxılış məntəqəsində növbətçi olan baş çavuş Şahid6, sabiq kiçik çavuş Şahid8 oğlunun və hal şahidi qismində dəvət olunmuş Şahid5 iştirakları ilə həmin bağlamaya baxış keçirilmişdir. Baxış zamanı bağlamada 1 ədəd gödəkçə, 1 ədəd papaq, şirniyyatlar, fanta və 1 ədəd işlənmiş çəkmə fırçası aşkar olunmuşdur. Həmin çəkmə fırçasının hər iki tərəfindən tutub aralayarkən fırça aralanmış, içərisindən gümüşü kağızlara bükülmüş ağ rəngli kristallar və qara rəngli maddələr olan 2 ədəd bükülü aşkar edilmişdir. Sonra şahidlər və hal şahidlərinin iştirakları ilə həmin bükülülərin içərisinə baxılaraq bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış, zərflər üçün möhür ilə möhürlənib götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunaraq ucadan oxnmuş, düz yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Şahid5 məhkəmə iclasında Şahid4 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Mersedes Benz E 270 CDİ” minik markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı-Şəki və əks marşrut üzrə sərnişin daşımaqla qazanc əldə edir. xx xxxxxx 2020-ci il tarixdə, saat 07 radələrində Bakı şəhərində yerləşən Beynəlxalq avtovağzalda Şəki şəhərinə gələn sərnişinləri götürən zaman əvvəllər tanımadığı, sonradan adının “Səbuhi” olduğunu bildiyi təqsirləndirilən şəxs ona yaxınlaşıb Şəkiyə gedib-getmədiyini soruşmuş, ona yapışqanlı lentlə bağlanmış kardon qutuda bir bağlama verib Şəki şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən əsgərə çatdırmağını xahiş etmişdir. Eyni zamanda o, bildirmişdir ki, həmin qutunu hərbi hissəyə çatdırdığı halda qutunu götürən şəxs 5 manat hörmət edəcək. O, Səbuhidən yükü götürüb Şəki şəhəri istiqamətində yola düşmüşdür. Şəkiyə çatmağına bir saat qalmış Səbuhiyə zəng edib bir saata kimi Şəkiyə çatacağını bildirmişdir. Əlaqə saxladığı ***-***-**-** saylı mobil nömrə sahibi, adının sonradan Şahid8 olduğunu bildiyi şəxs ilk öncə bağlamanı Şəki avtovağzalında götürəcəyini desə də, sonradan hərbi hissədən çıxa bilmədiyini, ona çatası qutunu hərbi hissəyə gətirməsini, NBM-də gizir Şahid8 çatacağını deməsini xahiş etmişdir. O, Şəki avtovağzalında Bakıdan gətirdiyi sərnişinləri düşürüb saat təxminən 12:0N radələrində N saylı hərbi hissəyə gedib NBM-ə yaxınlaşmış, bağlamanın gizir Şahid8 çatacağını bildirib həmin şəxsi gözləmişdir. Təxminən 2-3 dəqiqədən sonra Şahid8 gəlmiş, qutunu qapının yanında olan setka hasarın üzərindən ona vermişdir. Elvin qutunu götürüb hərbi hissəyə gəldiyinə görə ona N manat pul vermişdir. O, pulu aldıqdan sonra Şəki avtovağzalına, vağzaldan da N saylı hərbi hissədən gələn əsgərlərdən üç nəfər götürüb yenidən Bakı şəhərinə qayıtmışdır. xx xxxxxx 2020-ci il tarixdə evdə olan zaman mobil telefona tanımadığı nömrədən zəng gəlmiş, telefonu açdıqda, zəng edən Zaqatala hərbi prokurorluğunun baş müstəntiqi Bəhman Nağıyev olduğunu bildirib onu xidməti iş otağına dəvət etmişdir. O da çağırışa əsasən Zaqatala hərbi prokurorluğuna getmişdir. Orada onunla sorğu-sual edilən zaman məlum olmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərindən ona verilmiş və onun Şəki şəhərində yerləşən N saylı hərbi hissədə Şahid8 təhvil verdiyi qutunun içərisində olan ayaqqabı fırçasının içərisindən narkotik vasitə aşkar olunmuşdur. O, müstəntiqə, qutunu gətirsə də həmin qutunun içərisində nə olmasını bilmədiyini, həmin qutunun “Səbuhi” adlı şəxs tərəfindən ona bağlı vəziyyətdə verildiyini, o da həmin qutunu bağlı vəziyyətdə avtomaşına qoyub-gətirib N saylı hərbi hissənin NBM-də Şahid8 təhvil verdiyini, qutunun içərisində narkotik vasitə olmasından xəbəri olmadığını, Təqsirləndirilən şəxs, Şahid8 oğlunu və Şahid2 tanımadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilməklə ifadəsi elan olunan Şahid3 ibtidai istintaq dövründə ifadə verərək bildirmişdir ki, o, N1-ci ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmətə başlamışdır. Bu günə kimi sərhəd qoşunlarının müxtəlif hərbi hissələrində xidmət etmiş, N8-ci ildən isə Şəki şəhərində yerləşən N saylı hərbi hissədə şəxsi heyət üzrə şöbənin zabiti vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə N saylı hərbi hissənin əməliyyat növbətçisi xidmətində olmuşdur. Onunla birlikdə baş çavuş Şahid5 da növbətçi köməkçisi kimi xidmətdə olmuşdur. Təxminən saat 11:4N radələrində N nömrəli hərbi hissənin 1-ci nəzarət buraxılış məntəqəsində növbətçi olan baş çavuş Şahid6 ona zəng edərək bir nəfər taksi sürücüsünün nəzarət buraxılış məntəqəsinə (NBM) yaxınlaşaraq əlində gətirdiyi göy sellofanda olan bağlamanı manqa komandirlərinin hazırlıq kursunda müdavim olan kiçik çavuş Şahid8 oğluna çatacağını bildirib bağlamanı verib getdiyini, ondan sonra isə həmin bağlamaya kiçik çavuş Şahid8 oğlu və hal-hazırda silahlı qüvvələrin ehtiyatında olan əsgəri X2 iştirakları ilə baxış keçirdiyini, baxış zamanı bağlamanın içərisində olan ayaqqabı təmizləyicisinin içərisindən narkotik vasitə olmasına ehtimal olunan iki bükülü aşkar olması barədə məlumat vermişdir. Ondan sonra o, baş çavuş Şahid6 göstəriş vermişdir ki, bağlamanı qərargaha gətirsin. Bir qədər sonra baş çavuş Şahid6 bağlama ilə birlikdə kiçik çavuş Şahid8 oğlunu onun yanına gətirmişdir. Sonra o, qərargah rəisi, polkovnik Adil Yusubova zəng edib bu barədə məruzə etmişdir. Həmin vaxt Adil Yusubov da ona şifahi olaraq göstəriş vermişdir ki, qanuna müvafiq formada sənədləşmə aparsın. O da həmin iki nəfər hal şahidi, yəni Şahid5 və Şahid4, eyni zamanda bağlama sahibi Şahid8 oğlu və baş çavuş Şahid6 iştirakları ilə bağlamaya baxış keçirmişdir. Bağlamada 1 ədəd gödəkçə, 1 ədəd papaq, şirniyyatlar, fanta və 1 ədəd yaşıl rəngli istifadə olunmuş çəkmə fırçası olmuşdur. Həmin çəkmə fırçasının hər iki tərəfindən tutub aralayarkən fırça iki hissəyə aralanmışdır. Fırçanın içərisində gümüşü kağızlara bükülmüş ağ rəngli kristallar və qara rəngli maddələr olan 2 ədəd bükülü aşkar edilmişdir. Sonra şahidlər və hal şahidlərinin iştirakları ilə həmin bükülülərin içərisinə baxılmış, bir ədəd ağ zərfə qoyulub qablaşdırılmış, zərflər üçün nəzərdə tutulmuş 33 №li möhür ilə möhürlənib götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz tərtib olunduğu üçün iştirakçılar protokola imza etmişlər. Bütün bunlardan sonra isə məhkəmə-bioloji ekspertizası təyin edilmiş, qərar aşkar olunmuş maddi sübutlarla birlikdə ekspertizaya təqdim olunmuşdur. Ekspertiza rəyi gəldikdən sonra toplanılmış material üzrə araşdırma aparılması üşün aidiyyəti üzrə Zaqatala hərbi prokurorluğuna göndərilmişdir. Sonradan öyrənmişdir ki, N nömrəli hərbi hissədə N ay müddətinə “qrup komandirlərinin hazırlanması” kursuna cəlb edilmiş Şahid8 oğlu və Şahid2 narkotik vasitə istifadəçisi olduqlarına görə Bakı şəhərində yaşayan tanışları Təqsirləndirilən şəxs istifadə etmələri üçün narkotik vasitə almış və həmin narkotik vasitəni hərbi hissəyə keçirməyə cəhd etmişlər. Bu səbəbdən Zaqatala hərbi prokurorluğunda araşdırma aprılan müddətdə Şahid8 oğlu və Şahid2 xidmətə uyğunsuzluğa görə silahlı qüvvələrin ehtiyatına buraxılmışlar. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli baxış protokolundan müəyyən olunur ki, Dövlət Sərhəd Xidmətinin Şəki şəhərində yerləşən N saylı hərbi hissəsində Atıcı qrup komandirləri hazırlığı kursunun müdavimi kiçik çavuş Şahid8 oğluna göndərilmiş karton qutuda daxil olmuş bağlamaya baxış keçirilən zaman içərisindən 1 ədəd gödəkçə, 1 ədəd papaq, şirniyyatlar, fanta və 1 ədəd yaşıl rəngli istifadə olunmuş çəkmə fırçası aşkar olunmuş, həmin çəkmə fırçasının hər iki tərəfindən tutub aralayarkən fırça iki hissəyə aralanmış, fırçanın içərisində gümüşü kağızlara bükülmüş ağ rəngli kristallar olan və qara rəngli maddələr olan 2 ədəd bükülü aşkar edilərək ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənib götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 53 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd zərfin içərisindəki: – çəhrayı rəngli kağıza bükülmüş 01 (bir) ədəd gümüşü göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,045 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdir. Qeyd: Tiryəkin təmiz çəkisi – 0.045 qr., tədqiqata sərf edildi –0.020 qr., qalıq – 0.025 qr. – digər çəhrayı rəngli kağıza bükülmüş 01 (bir) ədəd gümüşü göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0.081 qram olan maddə psixotrop maddələrin siyahısına daxil olan – metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0.081 qr., tədqiqata sərf edildi – 0,020 qr., qalıq – 0.061 qr.” Aparılan tədqiqatın dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil edir. xx xxxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, Şahid8 oğluna məxsus «Redmi Note 8» markalı 48 MR kameralı mobil telefona baxış zamanı Elvin Nəcəflinin həmin telefondan «Səbuhi» adlı şəxsə xx.xx.2020-ci il tarixdə saat 12:22-də və saat 12:23də, xx.xx.2020-ci il tarixdə saat 22:20-də, xx.xx.2020-ci il tarixdə saat 06:45-də, 09:08-də, 23:47-də və 23:48-də zəng edilməsi və zəng qəbul edilməsi, həmçinin xx.xx.2020-ci il tarixdə saat 06:55-də «Fərid şofer» adlı şəxsdən zəng qəbul edilməsi, həmin tarixdə saat 08:57-də, 10:57, 11:32-də, 11:41-də və 11:42-də «Fərid şofer» adlı şəxsə zəng etməsi müəyyən edilmişdir. Bundan başqa həmin gün 09:06-da «Gülüzadə» adlı şəxsə «danışdım şofernən 1 saat yarıma çatacaq» SMS yazışması aşkar olunmuşdur. Həmçinin Whatsapp proqramından «Səbuhi» adlı kontakda xx.xx.2020-ci il tarixdə saat 23:51-də videozəng edildiyi, xx.xx.2020-ci il tarixdə saat 22:20-də səsli zəng edildiyi, xx.xx.2020-ci il tarixdə saat 07:46-da və 23:26-da, xx.xx.2020-ci il tarixdə saat 06:03-də və 13:49-da «Səbuhi» adlı şəxsdən səsli zəng qəbul edildiyi müəyyən edilmişdir. Həmçinin Whatsapp proqramından söhbətlər bölümündə «Səbuhi» adlı şəxsə xx.xx.2020-ci il tarixdə saat 12:31-də «Qaqa salam», 12:32-də «Bağışla cavab verə bilmirəm, telefonları qoymurlar işlətməyə, gizlin işlədirəm, dünən bağlama çatdı mənə», saat 12:33-də «kartıvın kodun atardın mənə, sənə həmən karta pul göndərərdim, qalsın səndə lazım olanda deyərəm», 12:34-də «sənə nə üçün», 13:46-da «qaqa noldu kartın kodu, kartın nömrəsini şəklini atarsan gözləyirəm» mesajları göndərilməsi müəyyən edilmişdir. «Səbuhi» adlı şəxsdən isə xx.xx.2020-ci il tarixdə saat 14:02-də kart şəkli və «səs at» mesajı qəbul edilmişdir. Göndərilən kartın üzərində «**********88» kodu, «Sabuhi Alıshov, AZİZ POLYMER» sözləri yazılmışdır. xx.xx.2020-ci il tarixli baxış protokolundan görünür ki, Şahid2 məxsus «Samsung» markalı mobil telefona baxış zamanı xx.xx.2020-ci il tarixdə saat 09:06-da ********** nömrəli telefondan «danışdım şofernən 1 saat yarıma çatacaq» SMS-i qəbul edilməsi müəyyən edilmişdir. «xxxx» ASC-nin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Şahid2 istifadəsində olan 510307***5050 nömrəli plastik kartdan xx.xx.2020-ci il tarixdə BirBank tətbiqi vasitəsilə 45 manat vəsait “xxxx” ASC-yə məxsus 412720***0265 nömrəli plastik karta köçürülmüşdür. xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə xx xxxx 2020-ci il tarixli qərar əsasında şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxxxx 2020-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.2-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Şəki Rayon Məhkəməsinin qərarı ilə əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2020-ci il tarixədək bir ay on beş gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri iyirmi gün müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Bakı Şəhər Nаrkоlоji Mərkəzin xx xxxxxxx 2020-ci il tаrixli, 3208 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs BŞNM-da qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx xxxxxxx 2020-ci il tarixli, 889 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan “metamfetamin”dən sui-istifadə nəticəsində yaranmış nаrkоmаniya xəstəliyindən əzаb çəkir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə qeydiyyаtа alınması məsləhət görülür. Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 553 nömrəli rəydən məlum olur ki, “...Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur...” DİN-nin BƏSİİ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Bakı şəhəri Sabunçu RİHB Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 1630 nömrəli arayışından və xx.xx.2020-ci il tarixli, 140 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmmədov küçəsindəki qeydiyyatsız evdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şahid8 oğlunun İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, kustar üsulla hazırlanmış 0.025 qram narkotik vasitə hesab edilən tiryəkin və 0,061 qram psixotrop maddə hesab edilən metamfetaminin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi və iş üzrə məhkəmə məsrəfi olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci Şahid8 oğlundan alınaraq müvafiq hesaba ödənilməsi müəyyən olunmuşdur. Tərtər Hərbi Məhkəməsindən Şəki Rayon Məhkəməsinə təqdim edilən xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, Şahid8 barəsində olan Tərtər Hərbi Məhkəməsinin xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, maddi sübut olan narkotik vasitələr məhv edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmuşdur. Şahid8 təyin edilən 400 manat cərimə cəzası və iş üzrə ekspertiza xərci 72 manat tam şəkildə dövlət nəfinə ödənilmiş, maddi sübut olan narkotik vasitənin mahv edilməsi barədə icra vərəqəsi Zaqatala rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata qəbul edilmiş, bu günə kimi narkotik vasitənin məhv edilməsi barədə məlumat verilməmişdir. Zaqatala rayon İcra və Probasiya Şöbəsindən Şəki Rayon Məhkəməsinə təqdim edilən xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, Tərtər Hərbi Məhkəməsinin Şahid8 oğlunun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə xx xxx 2020-ci il tarixli 3(098)-09/2020 saylı qərarı şöbənin icraatına daxil olmamışdır. Şəki ŞRPŞ-nin xx xxxxxx 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Şəki ŞRPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ibtidai istintaqı aparılmış cinayət işi üzrə maddi sübut kimi tanınmış, kustar üsulla hazırlanmış 0.025 qram narkotik vasitə hesab edilən tiryək və 0.061 qram psixotrop maddə hesab edilən metamfetamin məhv edilməmiş, şöbənin maddi sübutlar otağında saxlanılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunmasını, cavan olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf etməklə peşman olmasını onun cəzasının yüngülləşdirici halları kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda sadalanan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini təmin etmək üçün belə nəticəyə gəlir ki, ona CM-nin təqsirli bilindiyi 234.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza çəkmənin əvvəli onun tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini, ailə vəziyyətini nəzərə alır. Əlişov X5 Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Tərtər Hərbi Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə iş üzrə maddi sübut kimi tanınmış 0.025 qram narkotik vasitə hesab edilən tiryəkin və 0.061 qram psixotrop maddə hesab edilən metamfetaminin məhv edilməsi qərara alınsa da, qərar həmin hissədə icra olunmamışdır. Odur ki, maddi sübutların Şəki ŞRPŞ-də saxlanması nəzərə alınmalı və hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Tərtər Hərbi Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə məsrəfi olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərcinin Şahid8 oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilməsinin qərara alınması və artıq icra olunması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra çəkisi 0.025 qram olan narkotik vasitə hesab edilən tiryək və 0.061 qram psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Tərtər Hərbi Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə məsrəfi olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərcinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar