Məhkəmə qərarları › İş №1(075)-13/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-13/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-13/2023 31.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1969-cu ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 405-də pasport qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, qəsdən, tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 15 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək Şahid1 tapşırığı ilə sonuncunun özəl fermasında saxlanılması üçün aldığını və pulunu həmin ilin setyabr-oktyabr ayları ərzində Şahid1 alaraq verəcəyini vəd etməklə aldadıb, işlədiyi Şahid1 məxsus özəl fermada olan çatışmazlığını gizlətmək üçün Şəki şəhəri, Dəmir yol vağzalı ərazisində hər birinin qiyməti 1000 manat olan 2 baş erkək dananı, 1600 manat dəyərində yanı balalı olmaqla 1 baş inəyi, 2000 manat dəyərində yanı balalı olmaqla 1 baş inəyi, cəmi 5600 manat dəyərində olan heyvanları Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə ona ümumilikdə 5600 manat dəyərində xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin dekabr aynın əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edərək 3 baş camış düyəsi verəcəyi təqdirdə işlədiyi Şahid1 məxsus özəl fermadan sonuncuya məxsus 2 baş camışı ona verəcəyini vəd etməklə aldadıb Şəki şəhəri, Dəmir yol vağzalı ərazisində hər birinin dəyəri 1500 manat olan 3 baş camış düyəsini Zərərçəkmiş şəxs1 alaraq əvəzində sonuncuya 1500 manat dəyərində bir baş camış verməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat dəyərində ziyan vuraraq dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 05 dekabr 2021-ci iltarixdə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Şahid1 tapşırığı ilə sonuncunun özəl fermasında saxlanılması üçün aldığını və pulunu Şahid1 alaraq verəcəyini vəd etməklə aldadıb, işlədiyi Şahid1 məxsus özəl fermada olan çatışmazlığını gizlətmək üçün Şəki rayonunun İbrahimkənd kəndi ərazisində Zərərçəkmiş şəxs2 məxsus 245 manat dəyərində 1 baş erkək qoçu, sonuncunun saxladığı, Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 2450 manat dəyərində 10 başana qoyun, 12 baş quzunu, cəmi 2695 manat dəyərində olan heyvanları Zərərçəkmiş şəxs2 alıb ələ keçirməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2695 manat dəyərində ziyan vuraraq dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 17 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 etibarından sui- istifadə edərək Şahid1 tapşırığı ilə sonuncunun özəl fermasında saxlanılması üçün aldığını və pulunu Şahid1 alaraq verəcəyini vəd etməklə aldadıb, işlədiyi Şahid1 məxsus özəl fermada olan çatışmazlığını gizlətmək üçün Şəki rayonunun Daşüz kəndi ərazisində Zərərçəkmiş şəxs4 məxsus hər biri 200 manat olmaqla 26 baş boğaz qoyunu, hər biri 250 manat olmaqla 20 baş yanı balalı qoyunu, 1000 manat dəyərində 1 baş boğaz inəyi, 1500 manat dəyərində 1 baş yanı balalı inəyi olmaqla, cəmi 12700 manat dəyərində olan heyvanları Zərərçəkmiş şəxs4 alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 12700 manat dəyərində ziyan vuraraq dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, vahid niyyətlə əhatə olunan qəsdlə, tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 27 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək işlədiyi Şahid1 məxsus özəl fermadan sonuncuya məxsus quzuları həmin ilin yanvar ayının sonlarında satacağını vəd etməklə aldadıb Şəki rayonunun Daşüz kəndi ərazisində 1200 manat, 29 dekabr 2021-ci il tarixdə Şahid1 istifadəsində olan torpaq sahəsində guya özünün arpa əkdiyini bildirərək biçin vaxtı 15 ton arpa verəcəyini vəd etməklə Şəki rayonunun Qoxmuq kəndi ərazisində 3000 manat pul alaraq, Zərərçəkmiş şəxs5o ğluna məxsus 2100 manat pulu və sonuncunun şəriki Zərərçəkmiş şəxs6 məxsus 2100 manat pulu olmaqla, cəmi 4200 manat pulu ələ keçirməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4200 manat ziyan vuraraq dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 02 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək Şahid1 tapşırığı ilə sonuncunun özəl fermasında saxlanılması üçünaldığını və pulunu 28 yanvar 2022-ci il tarixdə Şahid1 alaraq verəcəyini vəd etməklə aldadıb, işlədiyi Şahid1 məxsus özəl fermada olan çatışmazlığını gizlətmək üçün Şəki rayonunun Daşüz kəndi ərazisində Zərərçəkmiş şəxs7 məxsus 1500 manat dəyərində 1 baş erkək dananı alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs7 1500 manat dəyərində ziyan vuraraq dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü mаddələri ilə elаn olunmuş ittihаmdа özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılmış “X1 və Emal Birliyi” MMC-nin Şəki rayonu Daşüz kəndi ərazisində yerləşən Şəki Təsərrüfatında əvvəl naxırçı daha sonra isə gecə və gündüz növbələri, yəni hər gün sutkanın 24 saatı olmaqla gözətçi kimi işə düzəlmişdir. Bundan başqa təsərrüfatda saxlanılan həm dövlətə məxsus camışlara, həm də Şahid1 özünə məxsus olan qoyunlara qulluq etmişdir. 2020-ci ilin sentyabr ayında işlədiyi təsərrüfatın müdiri Şahid1 Sosu oğlu ona həmin təsərrüfatda işləməsini rəsmiləşdirilməsi üçün şəxisyyət vəsiqəsinin surətini, hərbi biletin, sağlamlıq haqqında arayış və məhkum olunub-olunmaması ilə bağlı arayışları təsərrüfatın mühasibatlığına təqdim etməsini tapşırmış və həmin sanədləri mühasibatlığın əməkdaşı olan Emin adlı şəxsə təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə Emin adlı şəxs ona həmin təsərrüfatın gözətçisi vəzifəsində olmaqla iki növbə, yəni gecə və gündüz növbəsində işləyən əməkdaş kimi işinin rəsmiləşdirildiyini bildirmişdir. Lakin Emin və ya təsərrüfatın müdiri Şahid1 tərəfindən ona həmin təsərrüfatda işləməsini təsdiq edən sənəd və maaş kartı verilməmişdir. Şahid1 ilə aralarında olan söhbətə əsasən həmin şəxs maaşını nəğd şəkildə aylıq 500 manat olmaqla verməli olmuşdur. O, isə təsərrüfatda həm iki növbədə gözətçi kimi işləyir, həm də dövlətə məxsus camışlara və Şahid1 məxsus olan təxminən 64 baş qoyuna qulluq etmişdir. Həmçinin, o, təsərrüfata yeni işə girdiyi vaxt təsərrüfatın baytarı Məmməd adlı şəxs ona həmin 64 baş qoyun əvvəllər işlədiyi təsərrüfata, yəni dövlətə məxsus qoyunlar olub, daha sonra Şahid1 həmin 64 baş qoyunu istifadəyə yararsız kimi sənədləşdirərək özü üçün başqasının adına özəlləşdirdiyini bildirmişdir. X6 Usubovun həmin qoyunları kimin adına özəlləşdirdiyini deməmişdir. 2021-ci ilin avqust ayında xatırlamadığı tarixdə təsərrüfata Kənd Təsərrüfatı Nazirliyindən yoxlama qrupu gələcəyi və təsərrüfatdakı heyvanlardan istifadəyə yararsız və kəsim üçün yararlı olan heyvanları seçib satacaqları barədə Məmməd həkim ona məlumat vermiş və həmin gün axşam saatlarında Kənd Təsərrüfatı Nazirliyindən yoxlama qrupu gəlmişdir. Həmin yoxlama qrupunun əməkdaşı Mahir adlı şəxs ona iri buynuzlu heyvanlara gecədən səhərə kimi ot və su verilməməsini tapşırmışdır. Daha sonra həmin yoxlama qrupunun əməkdaşı Emin adlı, Mahir adlı və adlarını xatırlmadığı iki nəfər şəxs gecəni keçirmək üçün harasa getmişlər. Bundan sonra Məmməd həkim tövlədən 23 baş ana camış, 9 baş bala camış seçib ayıraraq ona göstərib bildirmişdi ki, həmin heyvanlar müdirin, yəni Şahid1 heyvanlarıdır. Sonra isə Məmməd ona tapşırmış ki, həmin 32 baş heyvanın qulaqlarında olan, heyvanların dövlətə məxsus olmasını təsdiq edən birkaları çıxarsın və həmin heyvanları Şahid1 qohumu Şəmsi adlı şəxsin yaxınlıqdakı təsərrüfatına aparsın. O, həmin heyvanların dövlətə məxsus olmasını təsdiq edən birkalarını çıxarmış, sonra isə heyvanlardan 23 baş ana camışı sürərək, yəni piyada olaraq Sadiq ilə Şəmsinin təsərrüfatına aparmışdır. Daha sonra isə geri qayıdıb yerdə qalan 9 baş bala camışı, yəni 9 baş balağı Şahid1 şəxsi pikap tipli maşını ilə Şəmsiyə məxsus təsərrüfatına aparmışdır. Bundan sonra Məmməd həkim təsərrüfata kim olduğunu bilmədiyi 2 nəfər şəxs gətirmiş və təsərrüfatdakı 2 baş kökəldilmiş camış kəli (erkək) həmin şəxslərə satmışdır. Belə ki, onun yanında Məmməd təsərrüfata özü ilə gətirdiyi həmin 2 nəfər şəxslə 2 baş heyvanın alqısatqsı ilə bağlı danışmışlar və həmin 2 şəxs onun yanında Məmmədə 1000 manat məbləğində pul verib, Məmmədə pulun yerdə qalan hissəsini sabah çatdıracaqlarını, heyvanları isə sonra götürəcəklərini demişlər. Məmməd isə həmin şəxslərə heyvanların həmin gün mütləq götürülməli olduğunu bildirdikdə, həmin şəxslər Məmmədə heyvanları götürmək üçün maşın göndərəcəklərini deyib getdilər. Həmin gün təxminən 22:00 radələrində isə həmin 2 nəfər şəxsin göndərdiyi şəxslər təsərrüfata gəlib 2 baş kökəldilmiş camış kəli (erkək) dövlət nömrə nişanını və markasını xatırlamadığı yük maşınına mindirib aparmışlar. Daha sonra isə Məmmədin tapşırığı ilə satılan həmin 2 baş kökəldilmiş kəlin yerinə 2 baş arıq kəl bağlamışdır. Həmin vaxt Məmməd ona tapşırmışdır ki, həmin 2 baş heyvanın satılıb yerinə başqa heyvanlar bağlanıldığını nə Şahid1, nə də başqa şəxs bilməməli, Sahib ilə özü danışacağını demişdir. O, Məmməddən kökəldilmiş kəllərin yerinə arıq kəlləri bağlamalarını Şahid1 nəyə görə gizlətməli olmasının səbəbini soruşduqda, o “sən hər yerə burnunu soxma, lazım olan şeyi müdirə mən deyirəm” deyə cavab vermişdir. Səhəri gün saat 05:00-06:00 radələrində təsərrüfatın tövləsində mallara ot verdiyi vaxt nazirlikdən göndərilmiş yoxlamanın əməkdaşı olan Mahir adlı şəxs tövləyə girib, heyvanlara ot verdiyinə görə ona irad bildirmişdir. Sonra Mahir tövlədəki heyvanları nəzərdən keçirib, ona satılmış kəllərin yerinə bağladığı 2 baş heyvanı göstərib, həmin heyvanaların əvvəlki gün orada bağlanılmış heyvanlar olmadıqlarını, heyvanların dəyişdirildiyini bildirdikdə, o, Mahirə heyvanların əvvəlki gün gördüyü heyvanlar olduğunu, dəyişdirilmədiklərini bildirmişdir. Bir qədər sonra yoxlama qrupunun digər əməkdaşları da tövləyə gəlmişlər, daha sonra isə qrup əməkdaşları təsərrüfatdakı iri buynuzlu və xırda buynuzlu heyvanları nəzərdən keçirib, həmin heyvanlardan istifadəyə yararsız və kəsim üçün yararlı olan xatırlamadığı sayda çıxdaş heyvanları seçib ayıraraq, heyvanları çəkilməyə aparmaq üçün özləri ilə gətirdikləri yük maşınlarına mindirməyi tapşırıb tövlədən çıxmışlar, bundan sonra həmin gün təsərrüfata müvəqqəti olaraq fəhlə kimi işləməyə gələn Şəki rayonu Aşağı Göynük kənd sakini Üzeyir adlı şəxs Məmməddən ona ucuz qiymətə 1 baş camış satmasını xahiş etmiş və Məmməd razılığını bildirib, yoxlamanın seçdiyi çıxdaş camışlardan 1 başını ayırıb tövləyə salıb, tövlədəki yaxşı camışlardan birini 800 yüz manata Üzeyirə satmış, sonra isə seçilmiş heyvanların yerdə qalan hissəsi maşınlara mindirilib çəkilməyə aparılmışdır. Yoxlama qrupu çıxıb getdikdən təxminən 1 həftə sonra Şahid1 onu yanına çağırıb Şəmsinin təsərrüfatına apardığı həmin 32 baş heyvanı geri qaytarmasını tapşırmış və o, həmin 32 baş heyvanı Şəmsinin təsərrüfatından dövlət təsərrüfatına geri qaytarmış, sonra Məmməd həmin 32 baş heyvandan təxminən 8 baş heyvana birka vurub, həmin heyvanları əvvəlki illərdən əskik olan heyvanların yerinə qoymuşdur. Daha sonra həmin heyvanlardan boğaz olan biri bala doğduqdan sonra ölmüş, Məmməd həkim dövlət təsərrüfatındakı camışlardan 1 baş camışı ölmüş kimi sənədləşdirərək qulağındakı birkasını çıxarıb, Şahid1 heyvanlarının arasına qatmışdır. 2021-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılmış “X1 və Emal Birliyi” MMC-nin Göygöl rayonu ərazisində yerləşən təsərrüfatındakı iri buynuzlu heyvanlar, yəni 113 baş camış Şəki təsərrüfatına köçürülmüşdür. Şahid1 4-5 gün sonra onun işlədiyi təsərrüfatın yaxınlığında yerləşən, Ayaz adlı şəxsə məsus olan fermanı icarəyə götürmüşdür. Bundan 3-4 gün sonra isə Məmməd həkim və zootexnik vəzifəsində işləyən Natiq adlışəxs birlikdə onun yanında Göygöl təsərrüfatından köçürülmüş heyvanlardan 13 baş düyə camış (doğmamış camış), 1 baş ana camış (doğmuş camış), 12 baş bala camış (balaq) seçmişlər və Məmməd həkim ona həmin 26 baş heyvanı Şahid1 Ayaz adlı şəxsdən icarəyə götürdüyü fermaya aparmasını tapşırmış və həmin heyvanları sürərək Ayazdan icarəyə götürülmüş fermaya aparmışdır. Səhəri gün isə o, Məmmədin tapşırığı ilə dövlət təsərrüfatında saxlanılan 139 baş qoyunu Ayazdan icarəyə götürülmüş fermaya aparmışdır. Bundan bir qədər sonra o, Şahid1 tapşırığı ilə Ayazdan icarəyə götürülmüş fermadan 10 baş heyvanı ümumilikdə 8800 manata satıb, əldə etdiyi pul ilə həmin fermada qoyun və quzular üçün dam tikintisinə, işçilər üçün ev təmirinə xərcləmişdir. Həmin dövrdə Ayazdan icarəyə götürülmüş fermada saxlanılan camışlardan biri xatırlamadığı tarixdə gecə saatlarında başının bağlanıldığı zəncirə dolandığından boğulub ölmüş və bunu səhər saatlarında aşkar etmişdir. O, bu haqda Məmməd həkimə məlumat verdikdə, Məmməd fermaya gəlib, həmin heyvanın başını kəsdirərək başını bədənindən ayırmışdır. Daha sonra isə həmin heyvanın cəmdəyini tanımadığı bir nəfər şəxsə 120 manata satmışdır. Həmin vaxt orada Şəki raonu Aşağı Göyünk kəndindən Nazim adlı şəxs və Dünyamin adlı şəxs, Şəki rayonu Şorsu kəndindən Elman adlı şəxs, təsərrüfatın əksər işlərinə nəzarət edən Rövşən Ədilov olmuşdur. Həmin zaman Məmməd ona və adlarını sadaladığı şəxslərə həmin hadisə barədə heç kimə danışmamasını tapşırmışdır. O, daha sonra Məmməddən həmin ölən heyvanla bağlı nə edəcəklərini soruşduqda, Məmməd ona dövlət təsərrüfatındakı heyvanlardan birini ölmüş kimi sənədləşdirib, həmin heyvanı gətirib Şahid1 şəxsi fermasında ölmüş həmin heyvanın yerinə qoyacağını bildirmiş və belə də etmiş, daha sonra isə dövlət təsərrüfatından Ayazdan icarəyə götürülmüş fermada ölmüş heyvanın yerinə qoyduğu, dövlətə məxsus 1 baş camışı fermadan götürüb öz evinə aparmışdır. Həmin vaxt o, Məmmədə narazılığını bildirdikdə, Məmməd ona “müdir bilər, mən bilərəm, sənlik deyil” deyə cavab vermişdir. Bir müddət sonra Məmməd ona bildirmiş ki, hadisə barədə özü Şahid1 danışmışdır. 2021-ci ilin dekabr ayının sonlarında Şahid1 onu yanına çağırıb, dövlət təsərrüfatına məxsus olan 27 baş kəlçə, yəni erkək camış satmasını tapşırmışdır. Həmin camışlardan 22 baş camışın 11 başının hər birini 810 manata, yerdə qalan 11 başını isə xatırlamadığı məbləğdə pula Şəki rayonu Qoxmuq kənd sakini Bəxtiyar adlı şəxsə satmışdır. Həmin 22 baş heyvanı baha satsalar da, sənədləşmədə həmin heyvanların çəkilərini az göstərməklə az məbləğdə pula satılmış kimi sənədləşdirmişlər. Həmçinin o, satdığı heyvanların pullarını özü şəxsən Şahid1 vermiş, ya da onun sürücüsü Sadiq adlı şəxslə ona göndərmişdir. Bundan sonra Şahid1 zootexnik Natiqə onun yanında tapşırmışdır ki, dövlət təsərrüfatına məxsus olan 10 baş camışı satması üçün ona göstərsin. O, Natiqin ona göstərdiyi camışlardan 9 baş camışın hər birini 800 manata Bərdə rayon sakini Elman adlı şəxsə satmışdır. Həmin vaxt Məmməd həkim ona həmin camışlardan 2 baş camışı özü almaq istədiyini bildirib, onun üçün saxlamasını və həmin 2 baş heyvanın hər birinin qiymətini Şahid1 650 manata satdığını deməsini tapşırmışdır. O, etiraz etdikdə isə Məmməd həkim ona “əgər dediyi kimi etməsən səni burada işləməyə qoymayacam” deyə cavab vermişdir. Lakin o, 9 baş heyvanın hamısnı Natiqlə birlikdə Elmana satmış, daha sonra isə Şahid1 Ayazdan icarəyə götürülmüş fermaya gəlib, həmin özəl fermada deyil, dövlət təsərrüfatına qayıdıb orada işləməsinə göstəriş vermişdir. Daha sonra isə Şahid1 xəstə olduğundan Türkiyə Respublikasına getmiş, bundan sonra isə Məmməd həkim ona dedi ki, “Burdan çıx get, Sahib müəllim geri qayıdandan sonra özü bilər səni geri qaytarar, ya qaytarmaz”. Bundan sonra dövlət təsərrüfatında işləməyə getməmişdir. Həmçinin o, dövlət təsərrüfatında işlədiyi dövrdə Şahid1 tapşırığı ilə onun Ayazdan icarəyə götürüb işlətdiyi şəxsi fermasında saxlaması üçün Şəki rayonu ərazisində müxtəlif şəxslərdən olmaqla 6 nəfərdən ümumilikdə 10 baş inək, 60 başdan artıq qoyunu nisyə alıb, Şahid1 fermasına yerləşdirmişdir. Bundan başqa Şəki rayonu Kəldək kənd sakini Nurəddin adlı şəxsdən 1 baş atı, Pərviz adlı şəxsə məxsus 11 baş qoyun, 11 baş quzunu nisyə alıb Şahid1 fermasına yerləşdirmişdir. Pərviz qoyunları və bir ədəd pay verdiyi kalodu gətirib fermaya düşürən vaxt Şahid1 və Rövşən adlı şəxs də orada olmuşlar. Bütün bunlardan başqa Pərviz adlı şəxsə məxsus 11 baş qoyun, 11 baş quzunu və 1 baş erkək qoyunu nisyə alıb Şahid1 məxsus fermaya yerləşdirmişdir. Zərərçəkmiş şəxs2 aldığı qoyun heyvanlarına görə 2695 manat pul verməldir. Belə ki, fikirləşmişdir ki, Şahid1la məsləhətləşib aldığı qoyun heyvanların balalarını kökəldib satıb nisiyə aldığı heyvanların pulunu verəcəkdi. Şəki rayonu, Çələbixan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 2 baş erkək dana, 2 baş yanıbalalı inəyi, 3 baş düyə camışları alaraq Şahid1 məxsus şəxsi fermaya aparıb yerləşdirmişdir. Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbətə əsasən sonradan ona bir baş ana camış qaytarmışdır. O, ümumilikdə aldığı iri buynuzlu heyvanlara görə Zərərçəkmiş şəxs1 8600 manat pul verməlidir. O, nisiyə heyvanlarını aldığı şəxslərə söz vermişdir ki, onlara çatacaq pulları verəcəkdir. Bununla yanaşı Bəxtiyarla aralarında olan söhbətə əsasən Şahid1 şəxsi fermasında bordağa bağladığı quzu heyvanları böyüdükdən sonra ona satacağına görə ilkin beh olaraq ondan 1200 manat, taxıl vaxtı isə hər kq 25 qəpikdən olmaqla taxıl verəcəyinə görə isə Bəxtiyardan 3000 manat pul almışdır. Həmin 3000 manatın 2000 manatını götürüb Zərərçəkmiş şəxs1 olan borcunu qaytarmış, qalan 1000 manatını isə fermada işləyən sağıcı və çobanlara zəhmət haqqı olaraq vermişdir. Yəni bir sözlə Şahid1 bir manat belə əmlakına xəyanət etməmiş, sonradan öyrənmişdir ki, Bəxtiyar şərikli heyvan alqı-satıqısı etdiyi Xəyyam adlı şəxsə məxsus pulu ona vermişdir. O, ümumilikdə Xəyyam və Bəxtiyara 4200 manat pul verməli, həmin məbləğdən 700 manat Şahid1 qaytarmışdır. Hazırda Xəyyam və Bəxtiyara 3500 manat pul verilməlidir. Bundan başqa Şəki rayonu, Daşüz kənd sakini Zərərçəkmiş şəxs7 xx.xx.2022-ci il tarixdə dəyəri 1500 manat olan bir baş erkək dana almış, həmin şəxsdən aldığı heyvanın pulunu bir ay ərzində verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs7 ona dana satarkən bir baş dananı da müvəqqəti olaraq saxlaması üçün ona vermişdir. Dananı bir müddət saxlamış, sonra həmin şəxs heyvanı gəlib götürüb aparmışdır. Zərərçəkmiş şəxs7 1500 manat pul verilməlidir. O, işdən çıxan vaxt Fərhadan aldığı dana fermada olmuşdur. Bundan başqa Qax rayon sakini Zərərçəkmiş şəxs4 20 baş yanı balalı qoyun, 26 baş boğaz qoyun, 1 baş boğaz inək və 1 baş yanıbalalı inəyi ümumilikdə 12.700 manata razılaşıb almışdır. O, bir baş boğaz inəyi 1000 manata, bir baş yanıbalalı inəyi 1500 manata, bir baş boğaz heyvanın hər birini 200 manata, bir baş yanıbalalı heyvanın hər birini isə 250 manata almışdır. O, fermadan yeni işdən çıxan vaxt Zərərçəkmiş şəxs4 onun işdən çıxmasından məlumat alıb fermaya gəlib ona satdığı heyvanları seçib aparmışdır. Lakin Zərərçəkmiş şəxs4 məxsus bir baş yambalalı inək satıldığına görə həmin şəxs inəyi götürüb apara bilməmişdir. Buna görə də, hazırda həmin şəxsə 1500 manat pul verilməlidir. Həmçinin bütün bunlar onun qısa müddət ərzində gördüyü işlərdən xatırladıqlarıdır. O, heyvan alqı-satqısı etdiyi dövürdə şərikli işlədiyi Sadiq ilə bir baş at, 29 baş ana qoyun, 2 baş inək alıb fermaya yerləşdirmişdir. Şahid1 bu gün həmin fermanı taladığını bildirərək həmin heyvanları götürməsinə imkan vermir. Ona görə də həmin şəxsin adından müxtəlif şəxslərdən aldığı heyvanların pulunu geri qaytara bilməmişdir. Şahid1 məxsus fermadan heç bir şəkildə oğurluq etməmiş, həmin şəxs fermadan oğurluq etməsi ilə bağlı qeyd etdikləri tamamilə yalandır və onun dedikləri reallığa uyğun deyildir. Fermadan satdığı heyvan və ya əmlakı Şahid1 göstərişi ilə satmış və əldə etdiyi pulunu fermada gedən tikintiyə xərcləmişdir. Şahid1 fermada olan bütün əmlakını ona tapşırmış, ona tapşırılan əmlakı necə oğurlayar. Həmin şəxs özünə bəraət qazandırmaq üçün onu şərləyir, guya onun əmlakını oğurlaması ilə bağlı yalan ifadələr verir. Bundan başqa Şahid1 təsərrüfatında işlədiyi dövürdə təxminən 350 baş xırda buynuzulu heyvanlara (qoyun) baxmaq ona həvalə edilmişdir. O, həmin qoyunlara baxılması və otarılması üçün çoban axtarmışdır. Həmin vaxt müdir Şahid1 müailicə üçün Türkiyə Respublikasına getmişdir. 2021-ci ilin dekabr ayında tanışı X4 adlı şəxsi fermaya gətirib çoban işləmək istədiyini bildirmişdir. Elnur Məmişov ilə aralarında olan söhbət zamanı onun fermada çoban işləməsinə razılıq vermiş və hər ay 300 manat maaş verməli olmuşdur. Həmin şəxs fermada cəmi 28 gün çoban işləmişdir. Elnur Məmişov fermada çoban işləyən zaman həyat yoldaşının xəstə olmasını bildirib ondan 1000 manat borca pul almışdır. Bundan bir neçə gün sonra fermadakı baytar Məmməd, müdir Şahid1 və sürücü Sahib adlı şəxs ona zəng edərək 350 baş qoyun-quzudan 8 baş qoyunun olmadığını bildirmişdir. O, Elnur Məmişova zəng edərək bu barədə məlumat vermiş, həmin şəxs orada qoyun-quzunun sayının düzgün olduğunu, Sahib müəllim və digər şəxslərin heyvanları düzgün saymadıqlarını bildirmişdir. O,Sahib Usdubovun fermasında olan heyvanları öhdəliyinə götürərkən fermada 54 baş xırda buynuzlu heyvanlar olmuşdur. O, orada işlədiyi vaxt saxlanılan heyvanlar bala verdiyinə görə heyvan sayı artmışdır. Bununla yanaşı isə o, bir neçə yerdən nisiyə olaraq xırda buynuzlu heyvanlar almışdır. Sahib müəllim həmin heyvanların ümumu sayını 350 baş olduğunu bildirmiş, eyni zamanda həmin şəxs fermada heyvanları sayarkən guya 8 baş xırda buynuzlu heyvanların yerində olmadığını bildirmişdir. Əslində Şahid1 heçbir heyvanı oğurlanmamış, ona heç bir maddi ziyan vurmamışdır. Şahid1 onu işdən çıxarmaq bəhanəsi olsun deyə guya heyvanları sayıb, 8 baş xırda buynuzlu heyvanların yerində olmadığını demişdir. Şahid1 ona təyziq etdiyində görə elə zənn elmişdir ki, Elnur Məmişov fermadan heyvan aparmışdır. Əslində fermadan 4 baş qoyun əskik ola bilər. Belə ki, o, fermada işdən çıxmazdan əvvəl Şahid1 göstərişi ilə 4 baş qoyunu sataraq fermada görülmüş işlərə olan borcu ödəmişlər. Həmin dörd baş qoyunlar onun göstərişinə əsasən Elnur Məmişov tövlədən çıxarıb müştəriyə vermişdir. Şahid1 fermada 8 baş qoyun heyvanların yerində olmadığını bildirdiyində elə zənn etmişdir ki, Elnur Məmişov 4 baş qoyunu onun göstərişi ilə müştəriyə vermiş, dörd başını da özü kiməsə vermişdir. Həmin vaxtdan Elnur Məmişov ilə əlaqəsi olmadığına görə onun dörd baş heyvanı hara etməsinə onun da şübhələri olmuşdur. Ona görə həmin dörd baş qoyun və 1000 manat pulu Elnurdan almaq üçün polis şöbəsinə ərizə yazmışdır. Sonradan öyrənmiş ki, Elnur Məmişov fermadan heç bir heyvan götürməmiş, Şahid1 qərəzli olaraq hər ikisini şərləmək istəmişdir. O, gündəlik heyvanlara nəzarət edir, heyvanlar satıldıqda Şahid1 məlumat vermiş, əldə etdiyi pulu da həmin şəxsin özünə vermişdir. Elnur Məmişov ondan 1000 manat borca pul almışdır. Həmin pul onun özünə məxsusdur. Həmin şəxsdən pulunu verməsini tələb etsə də bu günə kimi pulunu qaytarmaqdan yayınmışdır. Dövlət təsərrüfatında işləyən baytar Məmməd, zootexnik Natiq, mühasib Emin, Şahid1 sürücüsü Sadiq, təsərrüfatdakı işlərə nəzarət edən Rövşən və təsərrüfatdakı digər işçilər onun yuxarıda təsvir etdiyi hadisəni təsdiq edə bilərlər. O, işlədiyi dövürdə aylıq nəğd olaraq Şahid1 500 manat maaş alacağı ilə bağlı şifahi sövdələşmə olsa da maaş almamışdır. Şahid1 ara-sıra ona müxtəlif məbləğlərdə pul vermiş, ondan maaşını tələb etdiyində “maaşın yığılsın, sənin borclarını ödəyəcəyəm, eyni zamanda sənə avtomaşın alacağam” demişdir. Ona görə də o, maaş tələb etməmişdir. Onun fermaya işə gedərkən 3500 manat borcu olmuşdur. O, bazarda meyvə satarkən borcu yaranmışdır. Şəki rayonu, İbrahimkən kənd sakini Zərərçəkmiş şəxs2 05 dekabr 2021-ci il tarixdə 11 baş qoyun, 11 baş quzunu və 1 baş erkək qoyunu nisyə alıb Şahid1 məxsus fermaya yerləşdirmişdir. Hazırda Zərərçəkmiş şəxs2 aldığı qoyun heyvanlarına görə 2695 manat pul verməlidir. Şəki rayonu, Çələbixan qəsəbə sakini Zərərçəkmiş şəxs1 15 avqust 2021-ci il tarixdə 2 baş erkək dana, 2 baş yanıbalalı inəyi birinci dəfə almış, ikinci dəfə isə 15 sentyabr 2021-ci il tarixdə 3 baş düyə camışları alaraq pulunu verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs1 8600 manat pul verməlidir. Şəki rayonu, Qoxmuq kənd sakini Bəxtiyarla 27 dekabr 2021-ci il tarixdə aralarında olan söhbətə əsasən Şahid1 şəxsi fermasında bordağa bağladığı quzu heyvanları böyüdükdən sonra ona satacağına görə ilkin beh olaraq ondan 1200 manat, daha sonra taxıl vaxtı isə hər kq 25 qəpikdən olmaqla taxıl verəcəyinə görə isə 2021-ci ilin dekabr ayının sonlarında dəqiq tarix yadında olmayan vaxtda Bəxtiyardan 3000 manat pul almışdır. O, ümumilikdə Bəxtiyar və onun şəriki Xəyyam 4200 manat pul verməli, həmin məbləğdən 700 manat Şahid1 qaytarmışdır. Hazırda Xəyyam və Bəxtiyara 3500 manat pul verməlidir. Şəki rayonu, Daşüz kənd sakini Zərərçəkmiş şəxs7 xx.xx.2022-ci il tarixdə dəyəri 1500 manat olan bir baş erkək dana almışdır. Həmin şəxsdən aldığı heyvanın pulunu bir ay ərzində verəcəyini bildirmişdir. O, hazırda Zərərçəkmiş şəxs7 1500 manat pul verməlidir. Bundan başqa Qax rayon sakini Zərərçəkmiş şəxs4 17 dekabr 2021-ci il tarixdə 20 baş yanıbalalı qoyun, 26 baş boğaz qoyun, 1 baş boğaz inək və 1 baş yanıbalalı inəyi ümumilikdə 12700 manata razılaşıb almışdır. O, bir baş boğaz inəyi 1000 manata, bir baş yanıbalalı inəyi 1500 manata, bir baş boğaz heyvanın hər birini 200 manata, bir baş yanıbalalı heyvanın hər birini isə 250 manata almışdır. Fermadan yeni işdən çıxan vaxt Zərərçəkmiş şəxs4 onun işdən çıxmasından məlumat alıb fermaya gəlib ona satdığı heyvanları seçib aparmışdır. Lakin Zərərçəkmiş şəxs4 məxsus bir baş yanıbalalı inək satıldığına görə həmin şəxs inəyi götürüb apara bilməmişdir. Buna görə də o, hazırda həmin şəxsə 1500 manat pul verməlidir. Şahid1 ona şəxsi ferması üçün heyvan almasını tapşıranda hazırda pulu olmadığını, bir müddət sonra pulu olduğunda heyvan aldığı şəxslərin pulunu verərik demişdir. Ona görə də o, heyvan aldığı şəxslərə pulunu bir müddət sonra verəcəyinə söz vermişdir. Onun aldığı heyvanların pulunu ödəməyə maddi imkanı olmamışdır. Şahid1 söz vermişdir ki, hər aldığı heyvana görə xidmət haqqını artıqlaması ilə ödəyəcəkdir. O, da həmin şəxsin dediklərini etməklə dolanışıq əldə etmək istəmişdir. Şahid1 alınan və satılan heyvanlara görə ona müxtəlif məbləğlərdə xidmət haqqı vermişdir. Hətta göstərilən heyvanları zərərçəkmiş şəxslərdən aldığı zaman Şahid1 məxsus fermanın sürücüsü həmin fermaya məxsus pikap markalı avtomobili idarə edərək onunla birlikdə zərərçəkmiş şəxslərin evlərinə gedərək heyvanları alıb bir neçəsini də, elə həmin avtomobil vasitəsilə fermaya gətirmişdir. Şahid1 əvvəl aldıqları mal-qaranın pulunu ödəmişidir. Ona görə də həmin şəxs ona nə desə etmişdir. Onun əsəs məqsədi dolanışıq əldə etmək olmuşdur. Sahib müəllim ona söz vermişdir ki, aldığı heyvanların pulunu taxıl biçilən vaxt ödəyəcəkdir. Sonda bildirdi ki, o, yaxşı işçi olub, heyvanları Sahibin tapşırığı ilə alıb və fermaya aparıb. Kartı da, onda olmayıb. Onu Sahiblə üzləşdirməyiblər. Nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin avqust ayından Xanlar onun yaşadığı ünvana gəlib ondan satdıq heyvanının olub-olmadığını soruşmuş, olduğunu demişdir. Həmin vaxt Xanlar heyvanlara baxıb çıxıb getmiş, bir neçə gündən sonra, avqust ayının ortaların da Xanlar onun həyətinə gəlib heyvanların arasından 2 baş erkək dananı seçib götürüb demiş ki, həmin danaları Sahib müəllimin ferması üçün alır. Oktyabr ayında səpin başlayanda, səpin pulu veriləcək, onda gətirib danaların pulunu verəcəkdir. O, Xanlara inanmış, iki baş erərk danaları hər biri 1000 manat olmaqla cəmi 2000 manata satmışdır. Bundan təxminən bir həftə sonra Xanlar yenə də, onun həyətinə gəlib başqa satdıq heyvan olduğunu soruşmuş, ona satdığı heyvan olduğunu demişdir. Xanlar keçib həyətdəki heyvanlara baxıb iki baş yanı balalı şves cinsindən olan inəkləri seçmiş, həmin inəklərdən birini 2000 manata, digərini isə 1600 manata razılaşmışlar. Xanlar həmin heyvanları da götürüb aparanda demiş ki, 2021-ci ilin oktyabr ayında gətirib hamısının pulunu, yəni cəmi 5600 manatı verəcək. Qeyd etdiyi kimi Sahib müəllimin fermasına alındığı üçün inanmış və Xanların dedikləri ilə razılaşmışdır. 2021-ci ilin oktyabr ayında Xanlar gəlib çıxmadığı üçün o, həmin fermaya getmiş və Xanlardan pulunu istəyəndə, Xanlar demiş ki, 10-15 gün gözlə əkin üçün veriləcək yardım pulu hələ karta köçürülməmişdir. O, Xanlara demişdir ki, gedib müdir Sahiblə görüşüb pulunu istəsin. Xanlar da ona ehtiyac yoxdu, biq az gözlə demişdir. Təxminən 15 gündən sonra o, yenədə Xanların işlədiyi fermaya getmiş, Xanlar yenə də bəhanə edib guya pul köçürülmədiyini, yaxın günlərdə pul köçürüləcəyini və bundan sonra onun pulunu verəcəyini demişdir. Təxminən 3-4 dəfə fermaya gedib gəlmiş, Xanlar hər dəfə bir bəhanə gətirib onu yola salmış, sonda da demişdir ki, Sahib müəllim Türkiyə Respublikasına ürəyindən əməliyyat olunmağa getmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində o, yenə də fermaya gedib Xanlardan pulunu istəyəndə, Xanlar demişdir ki, yanvar ayının 1-də onun pulunu verəcək. Həmin vaxt o, fermada olan camışları görüb Xanalara demişdir ki, ondan 3 baş yeni doğası (düyə) camışları var, istəyirsən həmin camışlan gətirim, yerinə mənə iri camış ver. Xanlar da razılaşmış və bildirmişdir ki, sən 3 baş düyə camış gətirib verirsən, burdanda 2 baş istədiyin camışı seçib götürüb apararsan. O, da razılaşmış və səhəri gün həyətində olan 3 baş düyə camışlan Sahib müəllimin fermasına aparıb Xanlara təhvil vermişdir. Həmin vaxt Xanlar ona demişdir ki, qoy bir müddət keçsin, camışlan çıxdaş edəndə çağıracam gəlib 2 baş camışlarını apararsan. Bir müddət sonra Xanlar ona zəng edib demişdir ki, gəl bir baş camışı apar. O, gedib həmin fermadan bir baş ana camışı gətirib gəlmişdir. Bir müddət sonra o, fermaya gedib Xanlardan verdiyi malların ümumi pulunu istəyəndə, Xanlar demiş ki, müdir onu işdən çıxarıb, onun mallarının qiymətini yazıb mühasibə vermişdir. Mühasib pulu verəcək. O, Sahib müəllimin yanına gedib pulunu istəmişdir. Sahib müəllim də demişdir ki, pulunu Xanlardan istə. Daha sonra Sahib onu və Xanları otağına çağırmış, Xanlar pulunu Sahibdən, Sahib isə Xanlardan alacaq demişlər. Sonra müdir mühasibi çağırmış, mühasib gəlib siyahını oxumuş, həmin siyahıda kimlərə pul çatasıdırsa adları qeyd olunmuşdur. O, cümlədən onun adının qarşısına 5100 manat pul yazılmışdır. O, Xanlara demiş ki, 5600 manat olmalıdır. Xanlarda demiş ki, siyahını səhv salmışam, siyahı oxuyanda Sahib bir müddət sakit dayanmış sonra Xanlara demiş ki, onun Sahibə nə qədər pul verəcəyin vardır. Xanlar da demiş ki, 3000 manat. Xanlarla Sahibin arasında mübahisə yaranmış və Xanlar acıq edib çıxıb getmişdir. Sahib müəllim ona demişdir ki, Xanlar özünü yaxşı aparsa, 3000 manat verər, Xanlar ona da ziyan vurmuşdur. Sahib ona demişdir ki, sənin burda malın yoxdur. Sahibə demişdir ki, Xanlara iki baş, 2000 manat dəyərində erkək dana, iki baş 3600 manat dəyərində yanıbalalı inəklər vermiş, bundan başqa da üç baş düyə camış verib, yerinə bir baş ana camış almışdır. Sahib ona sənin burda malın yoxdur deyəndə, onların arasında mübahisə yaranmış və o, əsəbləşib çıxıb getmişdir. Beləliklə o, Xanlara hər biri 1000 manat olmaqla cəmi 2000 manat dəyərində erkək dana, biri 1600, digəri 2000 manat dəyərində yanı balalı inək malları vermişdir. Bundan başqa o, Xanlara 3 baş düyə camış heyvanı vermiş, onların yerinə bir ana camış vermiş, ikinci ana camışı verməmişdir. Həmin 2 baş düyə ona qaytarılmalıdır. Həmin camışların hərəsi 1500 manat olmaqla cəmi 3000 manat dəyərindədir. Onun Xanlar və Sahibdən ümumilikdə 8600 manat alacağı vardır. Xanlar ondan götürdüyü malları Sahib adından almışdır. O, ilk vaxtlarda həmin fermaya gedəndə Xanlara verdiyi erkək danaları, inəkləri və camış düyələrini orada görmüşdür. Bir neçə gündən sonra düyə camışlar satılmışdır. Təxminən 2 aydan sonra erkək danalar satılmışdır. İki baş inəkləri isə sonuncu dəfə Sahibdən pulunu istəyəndə fermanın həyətində görmüşdür. Xanlar heyvanları ondan götürüb Sahibin fermasına aparması Xanlara qarşı inamı çoxaltmışdır. Buna görə? o, Xanlara inanıb sonradan 3 baş camış düyələrini Sahib müəllimin işlədiyi fermaya aparmışdır. Onun mallarını Xanlarla, Sahib talamışlar, hər ikisindən pulunu tələb edir. Təqsirləndirilən şəxsin tutulmasında maraqlı deyil. Mülki iddianın təmin olunmasını xahiş etmiş, pulu ödənilmədiyi halda təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, fərdi təsərrüfatında xırda buynuzlu heyvanlar saxlayaraq ailəsini dolandırır. Bundan başqa qaynı Altay Allahverdiyivin heyvan saxlaması üçtin şəraiti olmadığına görə həmin şəxsə məxsus 10 baş qoyun heyvanlarına da, o, baxmışdır. 05 dekabr 2021-ci il tarixdə əvvəllər bazarda ondan bir neçə dəfə qoyun heyvanları alan Şəki şəhər sakini kimi tanıdığı Xanlar ona zəng vurub satlıq heyvanı olub-olmamasını soruşmuş, o, da, satmaq istədiyi 10 baş ana qoyun, 12 baş quzu və bir baş erkək heyvanı olduğunu demişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs onun evinə gəlmiş, Xanların yanında sürücü Sadiq adlı bir şəxs də, olmuşdur. Xanlarla qoyunların qiymətini razılaşmışlar. Belə ki, o, yanı balalı hər bir qoyunun qiymətini 245 manat, bir baş erkək qoyunun da 245 manata olmaqla ümumilikdə 2695 manata razılaşmışlar. Xanlara satdığı ana heyvanlardan ikisinin ekiz balası olmuşdur. Xanlar həmin vaxtı ona pul verməmiş, qoyunları Sahibə aldığını, ayın sonunda pulun hamısını bir yerdə verəcəyini demişdir. Xanlar əvvələrdə ondan nisiyə qoyun heyvanları alıb pulunu verdiyinə görə, ona inanmış və 10 baş ana qoyunu, 12 baş quzunu və bir baş erkək heyvanı ona nisyə satmışdır. Xanlar onun evinə Sadiqin idarə etdiyi pikap maşını ilə gəlmiş və qoyunları həmin pikapa yükləyib aparmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində Xanlara zəng vurub ondan satdığı qoyunların pulunu istəyəndə Xanlar ona işdən çıxarıldığını, lakin qoyunların Sahib müəllimin fermasında olduğunu, qoyunlarının pulunu da Sahib müəllim verməli olduğunu demişdir. Belə olmuş o, 2022-ci ilin yanvar ayının 8-də Daşüz kəndinə «X1 və Emal Birliyi» MMC-nin direktoru Sahib müəllimin qəbuluna getmişdir. O, Sahib müəllimə Xanlar və Sadiqin ondan 10 baş ana qoyunu, 12 baş quzunu və bir baş erkək heyvanı nisyə alldıqlarını və pulunu Sahib verməli olduğunu demişdir. Əvvəllər ona Sahib pulunu almaqda köməklik edəcəyinə söz versə də, daha sonra, ona demişdir ki, ondən qoyun almamış, qoyunları kimə satmısan pulunuda ondan al. Bir neçə dəfə Xanlara zəng vurub ondan pulunu istəmişdir. Xanlar da hər dəfə ona narahat olma sənin qoyunların fermadadır, sənin qoyunlarını fermadan çıxarıb verəcəm demişdir. 13 mart 2022-ci il tarixdə o, Xanlara zəng vurub ondan pulunu istəmiş, Xanlar da ona səhər gələrsən qoyunları mənə tanıdarsan mən sənin qoyunlarını fermadan çıxarıb verəcəm demişdir. 14 mart 2022-ci il tarixdə fermada olan heyvanların içərisindən öz heyvanlarını tanıyıb Xanlara göstərmişdir. Xanlar da onun göstərdiyi qoyunları fermadan çölə çıxarmış, qonşusu Elçin və qayınları heyvanları avtomaşına mindirmək istəyəndə polis əməkdaşları gəlmişlər. Ona izah etmişlər ki, Sahib müəllim sizdən şikayət edib qoyunları qaytarın. Onlar da qoyunları fermaya qaytarmış, sonra polis əməkdaşları onu, Altayı, Elçini polis şöbəsinə dəvət etdikləri üçün onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Xanlara satdığı 10 baş yanında balası olan ana qoyunlar qaynı Altaya, bir baş erkək qoyun isə ona məxsusdur. Xanlar 10 baş yanı balalı qoyunlara görə 2450, bir baş erkək qoyuna görə isə ona 245 manat cəmi 2695 manat pul verməlidir. Həmin pulun 2450 manatı qaynı Altaya çatacaqdı. Ziyanın ödənilməsini xahiş edir, əks halda şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 10 baş qoyunu olmuş, son vaxtlar baxa bilmədiyinə görə qoyunlarını baxmaq üçün yeznəsi Zərərçəkmiş şəxs2 vermişdir. Sonradan pula ehtiyacı olduğuna görə yeznəsi Pəviz Cəfərova qoyunlarını satmasını xahiş etmişdir. Pərviz ona bir baş özünə məxsus, 10 baş da ona məxsus qoyunların bir başını 245 manatdan olmaqla Xanlar adlı şəxsə satdığını, lakin pulunu hələlik ala bilmədiyini, pulu alanda pulu verəcəyəm demişdir. 14 mart 2022-ci il tarixdə saat 16 radələrində Pərviz ona zəng vuraraq pulu ala bilmədiyi üçün Xanlarla Daşüz kəndindən qoyunları gətirməyə getdiyini, onun da Elşənlə gedib qoyunları gətirməsinə kömək etmələrini demişdir. Fermada Sadiq adlı şəxs, fermanın mühasibi və iki çoban olmuşdur. Pərviz və Xanlar fermaya daxil olmuşlar, o, isə qardaşı Elşən ilə fermanın qarşısında gözləmişlər. Bir azdan Xanlar və Pərviz qoyunları fermadan çölə çıxarmışlar, Pərviz, Elşən və Xanlarla bilrikdə qoyunları maşınlara mindirmək istəyəndə polis əməkdaşları gəlmişlər. Xanlara izah etmişlər ki, Sahib müəllim sizdən şikayət edib qoyunları qaytarın. Onlar da qoyunları fermaya qaytarmışlar, sonra polis əməkdaşları onu, Pərvizi polis şöbəsinə dəvət etdikləri üçün onlarla birlikdə polis şöbəsinə getmişlər. Pərvizin Xanlara satdığı 10 baş yanında balası olan qoyunlar ona məxsusdur. Həmin qoyun heyvanlarının iki başı ekiz balası olmuşdur. Bir baş erkək qoyun isə yeznəsi Pərvizə məxsusdur. Xanların yeznəsi Pərvizə qarşı dələduzluq edərək ələ keçirdiyi qoyun heyvanlara görə ona 2450 manat maddi ziyan vurulmuşdur. Maddi ziyanın ödənilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi. Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, kənd təsərrüfatı və heyvandarlıqlıa məşğul olmalqa ailəsinin dolanışığını təmin edir. Belə ki, 2021-ci ilin dekabr ayında maddi sıxıntılarına görə saxladığı xırda və iri buynuzlu heyvanları satmaq qərarına gəlmişdim. xx.xx.2021 -ci il tarixdə tanışı Bərdə rayon sakini, mal-qara alqı-satqısı ilə məşğul olan Elman adlı şəxsin vasitəsi ilə tanış olduğu Şəki şəhər sakini Təqsirləndirilən şəxs Qax rayonunda yerləşən ona məxsus fermaya gələrək müdiri olan fermer Şahid1 ferması üçün heyvan almaq istədiyini bildirmişdir.Həmin ərəfələrdə maddi sıxıntılarına görə saxladığı heyvanlarını satmaq istəmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan söhbətə əsasən ona 26 baş boğaz qoyunu, 20 baş yanı balalı qoyunu, 1 baş inək və 1 baş yanı balalı inəyi satmağa razı olmuşdur. Boğaz heyvanların hər birini 200 manata, yanıbalalı heyvanların hər birini 250 manata, bir baş beş yaşlı boğaz inəyi 1000 manata və bir baş beş yaşlı yanı balalı inəyi isə 1500 manata satmışdır. Təqsirləndirilən şəxs ona məxsus fermaya gəlib heyvanları alması ilə bağlı aralarında razılaşma olduqdan sonra onu müdüri Şahid1 məxsus şəxsi fermaya dəvət edib orada bordağa bağlanmış iri buynuzlu və xırda buynuzlu heyvanları göstərib həmin heyvanları kökoldib sataraq ondan aldığı heyvanların pulunu verəcəyinə söz vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs müdüri Şahid1 Türkiyə Respublikasında olduğunu, həmin şəxs gəldikdən sonra bordağa bağlanmış heyvanları satacağını bildirmişdir. O, da həmin şəxsin dediklərinə inanıb ona satdığı heyvanların pulunu 2022-ci ilin fevral ayının sonunadək ödəməsi şərti ilə razılığa gəlmişdir. Xanlar ümumilikdə ona 12.700 manat pul verməli olmuş, lakin Xanların onu aladıb pulunu verməyəcəyini düşünməmişdir. xx.xx.2021-ci il tarixdə əvvəlcədən Xanlar ilə aralarınqda gəldiyi razılığa əsasən öz heyvanlarını gətirib Şəki rayon Daşüz kəndi ərazisində yerləşən Şahid1 məxsus fermada Xanlara təhvil vermişdir. O, heyvanları Xanlara təhvil verərkən həmin şəxs müdüri Şahid1 Türkiyədə olduğunu, gəldikdən sonra heyvanların pulunu alıb verəcəyini bildirmişdir. O, üç dəfə olmaqla yük avtomobili ilə heyvanları Xanların işlədiyi fermaya gətirib boşatmışdır. Heyvanları fermaya gətirib boşatdığı yük avtomobilinə 65 manat dəyərində yanacaq vurmuşdur. Belə ki, 2022-ci ilin fevral ayının 24- də Xanlara zəng edib aldığı heyvanların pulunu istəyəndə, Xanlar ona birsigün əlaqə saxla pulun çatacaqdır demişdir. Lakin birisigün Xanların mobil telefonuna zəng etsədə həmin şəxsə zəng çatmamışdır. O, maraqlanmaq üçün fermaya gəlmiş, orada ona Xanların işdən çıxarılıdığı, fermanın sahibi Sahib müəllim otağında olduğunu demişlər. Sahib müəllimin otağına keçib gedərkən Xanlara satdığı qoyunların fermadakı digər qoyunların arasında olduğunu görmüşdür. Sahib müəllim otağına daxil olub ona Xanlara 15 dekabr 2021 -ci il tarixdə 20 baş yanıbalalı qoyun, 26 baş isə boğaz qoyun, bir baş yanıbalalı inək və bir baş boğaz inəyi 12700 manata satdığını demişdir. Sahib müəllimə Təqsirləndirilən şəxs ondan heyvanları alarkən heyvanları Sizin fermanız üçün aldığını və pulunu isə 2022-ci ilin fevral ayının sonunadək Sizdən alıb verəvcəyini, lakin bu günə kimi onun pulunu vermədiyini bildirmişdir. Sahib müəllim isə cavabında ona demiş ki, mənim Xanların nə etməsindən xəbərim yoxdur. Sahib müəllimə Xanlar sənin sürücün Sadiqlə birlikdə mənim qapıma gəlib heyvanlara baxıbdır demişdir. Sahib müəllim bütün bu olanlardan xəbərim yoxdur demişdir. Bundan sonra o, xanları Şəki şəhərində axtarıb tapmış, həmin şəxsdən aldığı heyvanların pulunu tələb etdiyində o, işdən çıxdığını, heyvanları qaytaracağını demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs götürüb Şahid1 məxsus fermaya getmişdir. Sahib müəllimin otağında Xanlardan soruşmuş ki, Sahib müəllim sənə məndən aldığın heyvanların pulunu verib, Xanlar Sahib müəllimin yanında həmin heyvanların pulu mənə verilməyib demişdir. Həmin vaxt Xanlar guya fermaya ondan heyvanları alıb gətirməsini Sahib müəllimin xəbəri olduğunu demişdir. Həmin vaxt Sahib müəllim və Xanlar onun heyvanlarını qaytarmaqdan və ya pulunu verməkdən boyun qaçırmışdır. Sahib müəllim ilə Xanlar üzləşəndə Xanlar pulu verməmisən demiş, Sahib müəllim isə sən nə iş görmüsən mənim xəbərim yoxdur demişdir. Onların arasında olan bütün bu söhbətlər xx.xx.2022-ci il tarixdə baş vermişdir. Onların arasında olan söhbət zamanı Təqsirləndirilən şəxs heyvanlarının Şahid1 fermasında olduğunu, Sahibin isə ondan alınmış heyvanların pullarım vermək istəmədiyini bildirmişdir. Həmin vaxt o, öz heyvanlarını tələb etdikdə Xanlar heyvanlarını Şahid1 fermasından götürüb verə biləcəyini bildirmişdir. Xanlar ilə Şahid1 fermasına gedib orada özünə məxsus qoyun heyvanları, həmçinin heyvanlarının fermada olduqları vaxt doğduqları balalarını seçib ayıraraq fermanın ərazisindən çıxarıb, sürərək Şəki-Zaqatala yolunun kənarına aparmışdır. Həmin vaxt Xanlar özü də ona köməklik etmişdir. Daha sonra isə Xanlar həmin heyvanları sayıb ona təhvil vermişdir. Həmçinin, həmin vaxt fermada olan ona məxsus 1 baş subay inəyi də fermadan çıxarıb onun gətirdiyi yük maşınına yükləmişdir. Bu zaman polis əməkdaşlarının fermaya gəldiklərini görmüş, polis əməkdaşları gəlib yerində araşdırma aparmışlar və əmin olunmuş ki, o, Xanlara verdiyi 46 baş qoyunları balası ilə birlikdə və bir baş boğaz inəyi seçib ayırmışdır. Bir baş yanı balalı inəyi isə satdıqları üçün götürə bilməmişdir. Buna görə də o, ayırdığı heyvanları aparmışdır. Belə olub o, həmin heyvanları gətirib gəlmiş, lakin bir baş yanı balalı inəyi isə satdıqları üçün geri götürə bilməmişdir. Hazırda Xanlar ona 1565 manat pul verməlidir. Xanlardan dəfələrlə pulunu verməsini tələb etsədə həmin şəxs pulu verməkdən boyun qaçırmışdır. O, heyvanları satmaq barədə Xanlarla razılığa gəlmişdir. Belə ki, Xanlar ona demiş ki, heyvanları Sahib müəllimin ferması üçün alır. O, da ona inanmış, sonradan gedib maraqlananda məlum olmuş ki, Xanlar həmin heyvanları həqiqətəndə Sahib müəllimin fermasında işləyəndə alıb həmin fermaya yığmış, lakin ferma sahibinin bundan məlumatı olmamışdır. Onun Xanlara satdığı heyvanlarla bağlı Şahid1 ilə heç bir söhbəti olmamış, həmin şəxsi tanımır, onunla heç bir münasibəti də yoxdur. Xanlar heyvanları ondan aldıqdan sonra işdən çıxdığına görə Sahib müəllim heyvanları fermadan götürməsinə imkan verməmişdir. Buna baxmayaraq Xanlara satdığı heyvanları fermadın çıxarıb özünə məxsus fermaya aparmış, lakin Xanlar ondan aldığı bir baş yanıbalalı inəyin pulunu bu günə kimi verməmişdir. Xanlara satdığı heyvanlardan bir baş yanıbalalı heyvan Sahib müəllimin fermasında qalmış, eşitdiyinə görə həmin inək kiməsə satılmışdır. Təqsirləndirilən şəxs deməsinə görə ona məxsus bir baş yanıbalalı inəyi Sahib müəllim satmışdır. Xanların ona qarşı etdiyi dələduzluğa görəümumilikdə 12.700 manat maddi ziyan dəymişdir. Sonradan bir baş inək və qoyunların hamısını Şahid1 məxsus fermadan çıxarıb özünə məxsus fermaya aparmış, lakin bir baş 1500 manat dəyərində yanıbalalı inəyi götürə bilməmişdir. Heyvanların alqı-satqısını Xanlar şəxsən özü onunla etmiş, bu barədə onun həmin şəxsdən başqa kiminləsə söhbəti olmamışdır. Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı teleqramda təqsirləndirilən şəxs tərəfindən ona vurulan 12 700 manat ziyandan 11 200 manatın ödənildiyini, qalan 1500 manatı Xanlardan tələb etdiyini, təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs6la birlikdə pul qoyub mal-qoyun alıb bir müddət baxıb sonra satıb qazanc əldə edirlər. 2021-ci ilin dekabr ayının ortalarında, Xanlar ona zəng edib demiş ki, işlədiyi fermada satdıq mallar vardır. O, da Şəki rayonu, Daşüz kəndində yerləşən Xanların çoban işlədiyi fermaya getmişdir. Fermadan 4 baş erkək dana alıb pulunu verib gətirmişdir. Xanlardan dana alan zaman Xanlar ona arpa almağa müştəri tap, indi pulunu versin, biçin vaxdı gəlib arpasını aparsın demişdir. O, da Xanlara inanıb özü üçün bir az alacağını demişdir. Xanlar ona 3000 manat pul ver, taxıl biçini vaxtı bir kiloqramı 20 qəpikdən 15 ton arpa apararsan demişdir. Onun üstündə pul olmadığı üçün Xanlara gələn dəfə mal almağa gələndə 3000 manat gətirib gələrəm demişdir. Təxminən 3-4 gündən sonra fermaya gedib 5 baş xötək malları alıb pulunu nəğd şəkildə verib gətirib gəlmişdir. O, Xanlara arpa üçün pul verməmiş, sadəcə fikirləşmiş ki, sonra Xanlar onu aldadar. İkinci dəfə təxminən 5 gün sonra, 2021-ci ilin dekabr ayının sonlarında o, yenə həmin fermaya gedib 5 baş xötək alıb pulunu vermiş, əlavə 3000 manat da arpa üçün Xanlara pul verib gəlmiş, həmin ərəfələrdə şəriyi Xəyyam Bakı şəhərində olmuşdur. Xəyyam gələndən sonra ona, Xanlara arpa üçün 3000 manat pul verdiyini demişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Xəyyamla birlikdə Xanların işlədiyi fermaya getmiş, orada 5 baş xötək malı seçib götürmüşlər, Xanlara üstümüzdə pul yoxdur, gələn dəfə gələndə pulunu gətirəcəyik demişlər. Xəyyam Sahib müəllimə zəng edib Xanlara arpa üçün 3000 manat pul vermişik demişdir. Sahib müəllim də mənim bundan xəbərim yoxdur demişdir. Belə olub Xəyyamla birlikdə həmin fermaya getmiş, Sahib müəllim onları kabinetində qəbul etmişdir. Həmçinin Xanlarla bərabər özünün işçilərini də, otağa dəvət etmiş, Sahib müəllim Xanlardan soruşmuş ki, 3000 manat almısanmı, Xanlarda təsdiq edib, aldığını demiş və bildirmiş ki, biçin vaxdı 15 ton arpa verəcək. Sahib müəllim Xanlara demiş ki, 15 ton arpa verəndə arpanın kiloqramı 20 qəpiyə gəlir və 10 ton arpa verək. Xəyyam, Sahib müəllimə, razı olmadığını bildirmiş, qısa söhbətdən sonra Sahib, 3000 manatın müqabilində 12 top arpa verməyə razılaşmışdır. Sahib müəllim demiş ki, aldığınız kəlçələrin 3000 manat pulunu verin, Xəyyam da üstümüzdə pul yoxdur, gəlib kənddə götürərsiz demişdir. Həmçinin Sahib müəllimə demiş ki, Xanlara 1200 manat da, quzu üçün beh pul vermiş, Sahib də xəbərim var, quzular mənim şəxsi quzularımdır, indi quzular çox balacadır, 2022-ci ilin yanvar ayının sonlarında gəlib quzuları seçib götürərsən demişdir. Bütün bunları Sahib müəllim Xəyyamın, Xanların və özünün 4 nəfər işçilərinin yanında demişdir. Bu söhbətdən sonra onlar Sahib müəllimə inanıb getmişlər. Həmin gün axşam Sahib müəllimin sürücüsü gəlib ondan 3000 manat pulu götürüb getmişdir. 2022-ci ilin yanvar ayının sonlarında və fevral ayının əvvəllərində bir neçə dəfə fermaya getmişlər, oradan Sahib müəllimin müalicəyə getdiyini bilmişdir. 2022-ci ilin fevral ayının sonlarında fermaya gedib Sahiblə görüşüblər. Xəyyamla o, 20 baş quzu seçib, quzuların ümumi pulundan 1200 manat əvvəl beh kimi verdikləri pulu çıxanda, Sahib müəllim demiş ki, 1200 manat niyə kəsirsiz, onlar da 1200 manatı qabaqcadan Xanlara beh verdiklərini demişdir. Sahib müəllimin otağında Xəyyam onun işçilərini otağa çağırıb bildirmiş ki, 1200 manat pulu beh kimi Xanlara verməsini və Sahib müəllimində bundan xəbəri olmasını eşidiblər. İşçilərdə bunu təsdiq etdikdən sonra Sahib müəllim demiş ki, pula ehdiyacı var, 1200 manatı heyvan alanda pulunu çıxarsınız. Razılaşıb 1200 manatdan 700 manat vermiş, 500 manat Sahib müəllim onlara borclu qalmışdır. Sahib müəllim deyir ki, mənə pul verməmisiniz, gedin pulunuzu Xanlardan alın. 2022-ci ilin mart ayının sonlarında Sahib müəllim özü Xəyyama zəng edib demiş ki, onun Xanlarla problemi var, buna görədə, o, sənə quzu verməyəcək, arpa da, verməyəcəm, Pulunuzu gedib Xanlardan alın. Xəyyam da, Sahib müəllimə demiş ki, sən özün bizə qarant durmusan ki, 500 manatı və 12 ton arpanı verəcəksən. Sahib müəllim də demiş ki, bir səhvdi etmişəm, mən elə bilirdim ki, Xanların təkcə Sizə borcu var, sonradan bildim ki, başqa adamları da, aldadıbdır. Sahib müəllim Xanların əvəzindən onlara ümumilikdə 3500 manat verməldir. Sahib müəllim Xanlara görə 3000 manatın müqabilində 12 ton arpa verəcəyini və 500 manatın müqabilində isə quzu verəcəyini demişdir. 3000 manat arpa üçün pulu Xanlara Daşüz kəndində yerləşən fermada vermişdir. Həmçinin quzu üçün 1200 manat beh pulu da, həmin fermada Xanlara vermişdir. Sahib müəllim əvvləcə arpa üçün 3000 manat beh verilməsindən xəbəri olmadığını demişdir. Lakin onlar gedib Şahid1 kabinetində olan ümumi söhbətdən basa düşmüşlər ki, arpa üçün verilmiş 3000 manat və quzu üçün verilmiş 1200 manat puldan onun xəbəri olmuşdur. Sahib özü 3000 manat müqabilində 12 ton arpa və 1200 manatın müqabilində quzu verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs6la şərikli iş görür, əldə olunmuş qazancı iki yerə bölürlər. Hazırda onlara ümumilikdə 3500 manat maddi ziyan dəymişdir. Həmin məbləği iki yerə böldükdə ona 1750 manat maddi ziyan dəymişdir. Maddi ziyanın ödənilməsini xahiş edir, əks halda şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, həmkəndlisi Bəxdiyarla birlikdə mal-qoyun alıb satmaqla məşğul olur. 2021-ci ilin dekabr ayının sonlarında müalicə almaq üçün Bakı şəhərinə getmiş, təxminən 15 gündən sonra qayıdıb gəlmişdir. Qayıdandan sonra Bəxdiyar ona Daşüz kəndində yerləşən Sahib müəllimə məxsus fermadan 4 baş erkək dana alıb gətirdiyini demişdir. Bəxdiyar ona demiş ki, Xanlara 3000 manat beh pul verib, biçin vaxdı 15 ton Xanlar arpa verəcəkdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Bəxdiyarla birlikdə həmin fermaya gedib 3000 manat dəyərində Xanlardan 5 baş xötək alıb gətirmişlər, lakin onlar Xanlara pul verməyib demişlər ki, gələn dəfə gələndə pulu verərik. Xanlar da onlarla razılaşmışdır. Onun məqsədi o, olmuş ki, Xanlar barədə maraqlanıb sonra lazım olarsa xötəyin pulunu verərlər. Sahib müəllimə zəng edib demiş ki, Xanlara arpa üçün 3000 manat pul vermişik. Sahib müəllim də, ona bundan xəbərim yoxdur demişdir. Belə olub Bəxdiyarla birlikdə yenidən həmin fermaya getmişlər. Sahib müəllim onları kabinetində qəbul etmişdir. Həmçinin Xanlarla bərabər özünün işçilərini də, otağa dəvət etmiş, Sahib müəllim Xanlardan 3000 manatı almasını soruşmuşdur. Xanlarda təsdiq edib, aldığını demiş və bildirmiş ki, biçin vaxdı 15 ton arpa verəcək. Onların arasında qısa mübahisə olmuş, Sahib Xanlara 15 ton arpa verəndə arpanın kiloqramı 20 qəpiyə gəlir, mənimlə məsləhət etməmiş, nəyə görə 15 ton söz verirsən, əslində 10 ton arpa verməlisən demişdir. O, razı olmamış, qısa söhbətdən sonra Sahib, Xanlar da yaxşı oğlandı, ona kömək edək deyib, 3000 manatın müqabilində 12 top arpa verməyə razılaşmışlar. Sahib Xanlara bu kişilərin pulunu vaxtında verə biləcəksənmi soruşmuş, Xanlar da, pulu vaxtında qaytarmağına söz vermişdir. Sahib aldığınız kəlçələrin 3000 manat pulunu verin dediyində ona üstümüzdə pul yoxdur, gəlib kənddə götürərsiz demişlər. Onlar Sahibə demişlər ki, Xanlara 1200 manat da, quzu üçün beh pul vermişik. Sahib də, bundan xəbəri olmamasını dedi. Bütün bunları Sahib müəllim, Bəxdiyarın, Xanların və özünün 4 nəfər işçilərinin yanında demişdir. Bu söhbətdən sonra onlar Sahib müəllimə inanıb çıxıb getmişlər. Həmin gün axşam Sahib müəllimin sürücüsü gəlib Bəxdiyardan 3000 manat pulu götürüb getmişdir. 2022-ci ilin yanvar ayının sonlarında və fevral ayının əvvəllərində Bəxdiyarla birlikdə bir neçə dəfə fermaya getmişlər, orada məlum olmuş ki, Sahib müəllim müalicəyə getmişdir. Nəhayət 2022-ci ilin fevral ayının sonlarında fermaya gedib Sahiblə görüşərkən Bəxdiyarla birlikdə 20 baş quzu seçib ayırmışlar, quzuların ümumi pulundan 1200 manat əvvəl beh kimi verdikləri pulu çıxanda, Sahib müəllim 1200 manat niyə kəsirsiz demişdir. Onlar 1200 manatı qabaqcadan Xanlara beh verdiklərini demişlər. Sahib əvvəl 1200 manat pulu beh kimi Xanlara verilməsini boynuna almamış, otağına gələndən sonra işçilərini otağa çağırıb bildirmiş ki, Sahib müəllim özü söz verməmiş ki, 1200 manat pulun yerinə quzu verəcək 3000 manat pulun yerinə isə 12 ton apra verəcəkdir. İşçilər onun dediyini təsdiq etdikdən sonra Sahib demiş ki, 1200 manatı gələn dəfə heyvan alanda çıxarsınız. Razılaşıb 1200 manatdan 700 manat vermiş, 500 manat Sahibin ona borclu qalmışdır. 2022-ci ilin mart ayının sonlarında Sahib özü ona zəng edib Xanlarla problemi olduğunu, buna görədə onlara quzu və arpa verməyəcəyini, həmçinin heç bir ödəmə etməyəcəyini, gedib pulu Xanlardan almağımızı demişdir. Sahibə sən özün bizə qarant durmusan ki, 500 manatın yerinə quzu və 3000 manatın yerinə 12 ton arpa verəcəksən demişlər. Sahib müəllim bir səhv etmişəm, mən elə bilirdim ki, Xanların təkcə sizə borcu var, sonradan bildim ki, başqa adamlara da, borcu var demişdir. Sahib prokurorluğa Xanlardan şikayət etdiyini, sizdə gedin Xanlardan şikayət edib pulunuzu alın demişdir. O, da, Sahibə demiş ki, Xanlardan yox, sənin özündən şikayət edəcəm. Sahibin onlara ümumilikdə 3500 manat verəcəyi vardır. Sahib özü 3000 manatın müqabilində 12 ton arpa verəcəyini və 500 manatın müqabilində isə quzu verəcəyini demişdir. Lakin Xanlarla arasında narazılıq yarandığı üçün onların pulunu verməmişdir. 3000 manat arpa üçün pulu Bəxdiyar özü Xanlara vermişdir. Həmçinin quzu üçün 1200 manat beh puluda Bəxdiyar fermada Xanlara vermişdir. Hazırda onlara ümumilikdə 3500 manat maddi ziyan dəymişdir. Həmin məbləği iki yerə böldükdə ona 1750 manat maddi ziyan dəymişdir. Ziyanın ödənilməsini xahiş edir, əks halda şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, şəxsi təsərrüfatında 3-4 baş iri buynuzlu malları vardır. 2021-ci ilin dekabr ayının ortalarında Xanlar onun qapısına gəlib ondan iki baş dişi qoyun və bir baş quzu almış və pulunu nəğd olaraq ödəmişdir. xx.xx.2022-ci il tarixdə günorta saat 13 radələrində Xanlar onun qapısına gəlib onda satdıq erkək dana olmasını soruşmuşdur. O, da, Xanlara erkək danasını satdığını bildirmişdir. Xanlar həyətə keçib danaya baxmış, aralarında olan söhbətə əsasən dananı 1500 manata ona satmağa razılaşmışdır. Xanlar ona demiş ki, hazırda pulu yoxdur, uzağı bir aya pulunu verəcək. O, da inanmışdır. Pulunu verməmişdir. Mart ayına kimi gedibgəlmişdir. Daha sonra eşitmiş ki, Xanları işdən çıxarıblar. Xanlara demişki, heyvanı ondan alması ilə bağlı qəbz yazsın. Xanlar da, ona yazı-yaza bilmədiyini demiş,ona inanıb öz xətti ilə dananı satması ilə bağlı Xanların adından qəbz yazmış, sonda Xanlar da, həmin qəbzi imza etmişdir. Xanlar aldığı dananın pulunu bu günə kimi verməmişdir. Sonda Xanlar ona pulu verməyəcəyini, məhkəməyə verməsini demişdir. Xanlar ona dananı satdığını bildirmiş, artıq fermada onun danası olmamışdır. Xanlar hər dəfə bir həftə-bir həftə uzadıb müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Pulunu tələb edir. O, Xanlarla danışıb, malı Xanlara satıb. Sonda bildirdi ki, təqsirləndirilən şəxsin tutulmasının marağında deyil, ziyanı ödəməsə şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şəki rayonu, Daşüz kəndi ərazisində yerləşən «X1 və Emal Birliyi» MMC-nin sədrinin müavini vəzifəsində işləyib. 2021-ci ilin avqust ayının 20-də dostunun Şəki rayonu, Daşüz kəndi ərazisində yerləşən fermasını şəxsi təsərrüfat yaratmaq üçün alıb həmin fermada iri və xırda buynuzlu heyvanlar alıb baxmağa başlamışdır. O, təsərrüfat yaradılarkən 53 baş ana qoyun, 28 baş şişək qoyun, 18 baş ərkək quzu, 29 baş ərkək qoyun, 1 baş ana camış, 13 baş camış düyəsi, 12 baş erkək və dişi balaq 2021-ci il, 12 baş xötək 2020-ci il, 6 at almışdır. Sonradan yəni xx.xx.2021-ci il tarixdə Daşüz kənd sakini Əmrullah Laçınovdan 5500 manat dəyərində 39 baş ana qoyun, 1 baş qoca qoyun, 2 baş ərkək quzu, xx.xx.2021-ci il tarixdə tanımadığı şəxsdən 2 baş inəyi, 2 baş danası və 2 baş öküzü almış və heyvanları Xanlara həvalə etmişdir. 2021-ci ilin sentyabr ayının sonunda Xanlar Baş Layısqı kəndində 3 baş şves inək və 1 buğanın 6700 manata satılmasını bilmiş və münasib qiymətə olduğunu demiş, həmin mallara 6700 manat sahibinə ödənilməklə və 70 rqanat maşın pulu verilməklə fermaya gətirilib sürüyə qatılmışdır. Oktyabr ayının 5-10 arası Daşüz kənd sakini Məmmədov Əsabəlidən 1 baş damazlıq 1150 manata kəl alınaraq fermaya sürüyə qatılmışdır. Onun pul verib aldığı əmlaklar oktyabr ayının əvvəlinə bunlar olmuşdur. 2021ci ilin oktyabr ayının 15-dən sonra qəflətən ürək narahatçılığı olduğundan Bakı şəhərinə, oradan da, müalicə üçün Türkiyəyə yollanmışdır. Müalicədən dekabr ayında qayıtmış, qayıtdıqdan sonra fermadakı malların dəyişildiyini görmüşdür. Xanlar ona erkək qoyunları satıb dişi qoyunlar aldığını demişdir. O, sonradan başqa şəxslərdən Xanların onları aldadıb pul aldığını eşitmişdir. Bu məsələdən sonra o, fermada olan heyvanları saydırmışdır. xx.xx.2022-ci il tarixdə fermadakı heyvanları sayarkən fermada 210 baş qoyun (ondan 4 baş qoç), 111 baş quzu, 20 baş keçi, 11 baş inək (5 baş şves, 5 baş dönmə mal və 1 baş cır inək), 3 baş şves buzovu, 3 baş dana dönmə, 1 baş ana camış, 3 baş camış düyəsi, 11 baş 2020-ci il xötək və 12 baş 2021-ci ilin camış balası 4 baş at olduğu müəyyən olundu. Bu zaman Xanlar sayılan heyvanların içərisində pulu verilməyən 1 balalı şves, 1 şves düyə balalı və 5 qoyunun pulu verilmədiyini demişdir. Bunların da cəmi qiyməti 3900 manat edir. O, həmin pulu verilməyən malların sahiblərinə qaytarılmasını bildirmiş, bunu da aktlaşdırıb imzalayaraq baxılması üçün yenidən orada çoban işləyən Təqsirləndirilən şəxs və Elnur Məmişova təhvil verilmişdir. Ondan bir gün sonra məcburi köçkün olan Famil, qardaşı Ceyhun və əmisi oğlu gəlmişlər ki, burada iki baş malları var onu aparmaq istəyirlər. O, da həmin heyvanların pulu ödənilmədiyi üçün aparılmasına razılıq vermişdir. Onlarda pulu verilməyən beş baş qoyunu və 2 baş inək malını, 2 baş balası ilə birlikdə götürüb aparmışlar. Həmin gün Familin və Ceyhunun yanında Xanlardan yenə başqa kimə borcu olduğunu, pulu ödənilməyən başqa heyvanın olmasını soruşmuşdur. Xanlar da cavabında başqa borcu olmadığını və heç kimin borca gələ bilməyəcəyini bildirmiş, lakin sonradan Qaçay adlı şəxs Xanların ondan 6-7 baş iri buynuzlu heyvan aldığım, 3-4 aydır ki, pulunu vermədiyini, bildirmişdir. O, da yenə Xanları çağırıb bu məsələyə aydınlıq gətirməsini bildirmiş, lakin Xanlar cavabdan yayınmışdır. Həmin gün Şəki rayon İbrahimkənd kənd sakini Zərərçəkmiş şəxs2 gələrək Xanların ondan 11 baş qoyun aldğını və 2 aydır ki, 2195 manat pulunu vermədiyini bildirmiş, eyni zamanda 40-50 baş qoyun Xanlara son 3-4 ayda satdığını, əvvəlkilərin pulunu alsa da, son 11 başın pulu qaldığını demişdir. Yenə Xanları çağırıb soruşanda, yenə də başqa heç kimə borcu qalmadığı bildirmişdir. Ondan bir iki gün sonra Daşüz kəndində yaşayan Fərhat adlı şəxs gələrək Xanların ondan cöngə aldığını və pulunu hələ də, vermədiyini bildirmişdir. Xanlardan bu məsələləri soruşduqda, bu sonuncu borcu olduğunu və başqa borcu olmadığını söyləmişdir. xx.xx.2022-ci il tarixdə başqa bir çoban tapmış və heyvanları saydırmışdır. Fermada 198 baş ana qoyun, 3 baş qoç, 103 baş quzu, 20 baş keçi, 9 baş inək, 4 baş dana, 1 baş ana camış, 3 baş düyə, 11 baş xötək, 12 baş camış balası, 4 baş at olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə fermaya dəvət olunan yeni çobanlar gəlmədiyi üçün təhvil-təslim sabahı günə qalmışdır. xx.xx.2022-ci ildə dəvət olunan çoban gəlmiş və fermanın mal varlığı təhvil-təslim üçün yenidən sayılmışdır. xx.xx.2022-ci il tarixdə isəfermada 195 baş qoyun, 2 baş qoç, 96 baş quzu, 20 baş keçi, 9 baş inək, 4 baş dana, 1 baş ana camış, 3 baş düyə, 11 baş 2020-ci il xötək, 12 baş camış balası, 4 baş at olmuşdur. Həmçinin təhvil-təslim günü bəlli olmuş ki, 2 ədəd su çəni və işlənməmiş yeni yəhər yoxdur. Xanlardan çənlərin harada olduğu soruşulan zaman çəni Daşbulaq ,kənd sakini Teymura satdığını, yəhəri isə Qaçaya satdığını bildirmişdir. Həmin axşam Famil Xanları onun yanına gətirib görüşdürüb onun səhvlərini bağışlamasını xahiş etmiş və fermada onun əlavə 1 baş malıda olduğunu demişdir. O, Familə sual verəndə ki, axı sən iki demişdin. Famildə ona Xanlar xahiş etmiş ki, Sahib müəllimə heç nə demə, sənin pulu məndədir dediyinə görə malının sayını 2 dediyini bildirmişdir. O, Familin yanında Xanlara bir daha başqa kimə borcun var deyə sual edəndə həmin şəxs indiyədək bilinənlərdən başqa heç kimə borcu olmadığını bildirmiş, eyni zamanda bunlardan başqa heç kim, bu fermada pulu verilməyən heyvan olduğunu iddia edə bilməz demişdir. xx.xx.2022-ci il tarixdə isə fermada heyvanlarını sayanda 11 başı əskik gəlmişdir. Xanlardan həmin heyvanların harada olduğunu soruşmuş, Xalarda ona bildirmiş ki, həmin gün işdə olmamış ona görə 11 baş qoyunun harada olmasından heç bir məlumatı yoxdur. Sonra o, fermada Xanlarla birlikdə işləyən çoban Elnurdan qoyunların harada olduğunu soruşmuş, Xanlar özü yaxşı bilir, özü etiraf etsin demişdir. Bu zaman Xanlar işdə olmamışam, itən qoyunlardan xəbərim yoxdur demişdir. Bir neçə gündən sonra çoban Elnurdan 11 baş qoyunun harada olduğunu soruşmuş, xx.xx.2022-ci il tarixdə Xanların ona zəng vurduğunu, ona bizi işdən çıxaracaqlar mən indi fermaya bir maşın göndərəcəm sən həmin maşina 11 baş qoyun və quzu yığarsan dediyini bildirmişdir. O, da fermaya gələn ağ rəngli Ford markalı avtomobilə 11 baş qoyun heyanları yığmışdır. Bundan başqa Xanlar fermadan satdığı heyvanlara görə ona 3900 manat pul verməli olmuş və hələ də həmin pulu ona verməmişdir. xx.xx.2022-ci il tarixdə həmin pulu verəcəyi ilə bağlı onda imzalı təsdiqi var. Eyni zamanda cəmi bir həftə işləyən Elnura 1000 manat borc verdiyini bildirmişdir. Bunu Elnur da, etiraf etmişdir. Xanlar xx.xx.2022-ci il tarixdən işə gəlməmiş, əvəzində Xanların dələduzluğunun qurbanları gələrək onun əməllərindən düşdükləri vəziyyətlərini danışmışlar. xx.xx.2022-ci il tarixdə axşam saat 17:30 radələrində o, öz fermasında olmuşdur. Həmin vaxt Xanlar 20-25 nəfərlə işlədiyi fermaya gəlmiş, həmin şəxslərdən onun fermasına nə üçün gəldiklərini soruşduqda, həmin şəxslər Xanlar onlardan nisyə heyvanlar alıb onun fermama gətirib, lakin pullarını vermədiyini, ona görə heyvanlarını fermadan aparmağa gəldiklərini demişlər. O, da həmin şəxslərə izah etmiş ki, o, Xanlardan şikayət etmiş, hazırda onun şikayəti əsasında Şəki rayon prokurorluğunda araşdırma aparılır və həmin araşdırmanın nəticəsi barədə qərarı gözləsinlər. Lakin həmin şəxslər onun dediklərinə məhəl qoymamışlar və onlar qoyunların içərisindən qoyunlar seçməyə getmişlər. Belə olmuş Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng vurub məlumat vermiş, qısa bir müddət ərzində polis şöbəsinin əməliyyat qrupu hadisə yerinə gəlmişlər. Lakin Xanlar və onunla gələn şəxslər fermadan sürüb çölə çıxardıqları heyanları aparmışlar. Xanlar 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayının 24-dək fermamda işlədiyi müddətdə 50 baş ana qoyunu və 120 baş quzunu, 10 baş boğaz düyə camışını, 6 baş erkək dananı başqa şəxslərə satmış, bundan başqa 68 baş cavan boğaz qoyununu satıb yaşlı qoyunlar alıb sayı düzəltmişdir. Ona təxminən 40 minə yaxın maddi ziyan dəymişdir. Xanları işə götürən zaman onunla şifahi razılaşmış, heyvanlara özü baxacağına öhdəsinə götürmüş, o, da heyvanların yemini verməsini öz öhdəsinə götürmüşdür. Elnur Məmişovu da, o, yox, Xanlar özü işə götürmüşdür. Təqsirləndirilən şəxs fermadan 2 ədəd su çəni və işlənməmiş bir yəhəri oğurlamışdır. Həmin çənlərdən biri metal çən, digəri isə plastik su çəni olmuşdur. Həmin çənlərin hər ikisi istifadə olunmuş çənlər olmuş, metal çənin qiyməti 300 manat, plastik çən isə 150 manat, yəhərin isə 270 manat dəyəri olmuşdur. Bunda başqa Xanlar fermadan heyvanlarının yemini oğurlayıb fermada usta kimi çalışan Şorsu kəndində yaşayan Əzizə və onun tanışlarına satmışdır. Xanlar fermadan təxminən 2 tona yaxın yem oğurlamış, həmin yemin 1 kq qiyməti 50 qəpikdir. Ona yemin oğurlanması nəticəsində 1000 manat ziyan dəymişdir. Həmin əmlaklarının konkret hansı tarixlərdə oğurlandığını bilmir, lakin güman edir ki, o, burda olmadığı müddətdə yəni 2021-ci ilin oktyabr-noyabr aylarında müxtəlif vaxtlarda oğurlanmışdır. O, fermaya qoyun və ya mal alınmasını Xanlara demiş, həmin şəxs heyvan alıb gətirmiş və ondan fermada həmin pulu malın sahibinə vermişdir. Bəzən isə Xanlar heyvan satılan yeri ona demiş, onlar birlikdə gedib heyvanlara baxmışlar və o, pulunu yerində verib heyvanları almışdır. Təqsirləndirilən şəxs əvvəlcədən heyvan almaq üçün pul verməmiş, heyvanları görəndən sonra alacağı heyvanların pulunu sahibinə verib heyvanları almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin aprel ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılmış "xxxx" MMC-nin Şəki Regional İdarəsində sürücü vəzifəsində işləyib. Xanlar Xammodovu 2021-ci ilin mart ayından, həmin idarəyə işə düzələndən sonra tanımışdır. Xanlarla kəndlərdən erkək dana alıb gətirib salmışlar. Birlikdə işlədikləri müddətdə, 2021-ci ilin oktyabr ayının əvvəllərində söhbət əsnasında Xanlar ona pul olsa erkək dana alıb gətirib satardıq, mənimdə, sənində qazancın olardı demişdir. Bundan sonra işlədiyi müəssisənin mühasibi X2 1500 manat borc pul istəmişdir. Məqsədini də, əvvəlcədən Emilə bildirərək Xanlarla şərikli dana alveri ilə məşğul olmaq istədiyini demişdir. Həmçinin ona demiş ki, yaxşı qazanc əldə etsə onun da, hörmətini edəcək. Emil də, razılaşıb ona 1500 manat borc pul vermiş, o, da həmin pulu Xanlara vermişdir. Xanlar da, onun pulu ilə bərabər özüdə pul qoyub birlikdə kəndlərə gedib vətəndaşlardan erkək dana alıb gətirib işlədiyi idarənin yaxınlığında yerləşən fermaya salmışlar. Həftədə bir dəfə Bərdə rayonundan mal-qara almaq üçün gələn müştərilərə, yaxud kəsmək üçün gələn qəssablara aldıqları danaları 40, 50, 60 manata, bəzən daha baha qiymətə satmışlar. Təxminən 2 aya yaxın Xanlarla birlikdə dana alıb satmaqla məşğul olmuşdur. Xanlar dana alverindən əldə etdiyi qazancı və əldə olan mayanı özündə saxlamış, ona pul verməmişdir. 2021-ci ilin dekabr ayında ətin qiyməti düşdüyü üçün dana ala bilməmişlər, məcbur olub əldə olan pula 19 baş dişi qoyun almışlar, həmin qoyunları gətirib müəssisənin yaxınlığında yerləşən fermaya buraxmışlar. Xanlar qoyunlara baxacağını, 6 aydan sonra bala verəcəyini, balalarını böyüdüb satıb qazanc əldə edəçəklərini demişdir. O, da Xanlarla razılaşmış, bir müddət sonra Emil ona pula ehtiyyacı olduğunu bildirərək ondan xahiş etmiş ki, ona verdiyi pulu geri qaytarsın. Həmin vaxt o, da Xanlara pula ehdiyac olduğunu bildirib, 1500 manat dəyərində qoyun satıb Emilin pulunu qaytarmaq istədiyini bildirmişdir. Xanlar özü də bilirmiş ki, o, həmin 1500 manat pulu Emildən borc götürmüşdür. Xanlar isə ona demiş ki, o, artıq qoyunları satıb, pul onun özündədir və verəcəkdir. Xanlardan, pulu nə vaxt verəcəyini soruşanda, ona verəcəm desədə nə vaxt vərəcəyini deməmişdir. Dəfələrlə Xanlardan pulu istəmiş, lakin xanlar pulu verəcəyini bildirsədə verməmiş,sonda bu barədə Emilə demiş, Emil də, ona vacib pul lazım olduğunu bildirmiş və qərara gəlmiş ki, birlikdə Xanları görüb pulu ondan istəsinlər. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə Emil onunla birlikdə Şəki şəhər bazarının qarşısında Xanlarla görüşmüşlər. Söhbət edən zaman Xanlardan aldığı pulu nə vaxt qaytaracağını soruşmuş, Xanlar ona həmin pulu tezliklə qaytaracağını bildirərək çıxıb getmişdir. Bu vaxda kimi Xanlar nə 1500 manat pulu, nə də alqı-satqı zamanı əldə etdiyi qazancı verməmişdir. O, artıq heç bir qazanc istəmir, xahiş edir ki, onun 1500 manat pulu Xanlardan alınıb ona verilməsinə köməklik edilsin. Həmçinin Xanlar “X1 və Emal Birliyi” MMC-nin Şəki Regional İdarəsində naxırçı işləməklə bərabər, həmin idarənin yaxınlığında yerləşən fermada da çoban işləmişdir. Həmin vermada Xanlar Müəssisənin müdiri Sahib müəllimin mal-qoyunlarına baxmış, eyni zamanda onunla şərik aldığı 19 baş qoyunları da həmin fermada saxlamışdır. O, 1500 manat pulu Emildən borc olaraq almışdır. Borc pul götürəndə Emilə fikrini demişdir. O, da etiraz etməmişdir. O, da yoldaş kimi ona demiş ki, əgər yaxşı qazanc olarsa sənin də hörmətini edəcəm. Ola bilərki, ilkin izahatında fikirini düzgün ifadə edə bilməmişdir. Həmçinin idarənin yaxınlığında yerləşən fermanın kimə məxsus olduğunu bilmir, Xanlar həmin fermada da çoban işləmiş, həmin fermada Sahib müəllimin də mal-qoyunlarına baxmışdır. O, şərikli alver üçün Xanlara 1500 manat pulu 2021-ci ilin oktyabr ayının əvvəllərində Şəki rayonu, Daşüz kəndində yerləşən “X1 və Emal Birliyi” MMC-nin Şəki Regional İdarəsində mühasib Emil Yunuslunun xidməti iş otağında Emilin özünün yanında vermişdir. Belə ki, həmin vaxt Emilin özündən 1500 manatı alıb Xanlara vermişdir. O, 1500 manat vermiş, Xanların özünün isə təxminən 700 manat pulu olmuşdur. Həmin 2300 manat pulla dana alıb-satmaqla 2 ay ərzində nə qədər qazanc əldə etdiyini bilməmiş, sadəcə iki aydan sonra ət ucuzlaşdığı üçün Xanlar ona demişki, əlimizdə təxminən 4300 manat pul var, həmin pula dişi qoyun alsınlar. O, da razılaşmış və həmin 4300 manat pula 19 baş dişi qoyun almışlar. Belə ki, həmin qoyunları Xanlar onunla birlikdə almışdır. Xanların ona deməsinə görə 2 ay ərzində təxminən 2000 manat qazanc olmuşdur. Ancaq Xanlar qoyunları neçəyə satdığını bilmir, Xanlar özü də, ona bu barədə deməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, bankdan kredit götürüb Emilin pulunu qaytarıb. 1500 manatı Xanlar ona qaytaracağını deyib. İlqardan, Pərvizdən mallar alınanda, o, Xanlarla birlikdə gedib. Sahib ona heç nə deməyib. Əksinə Xanlar ona deyib, sürücü kimi Xanlarla birlikdə gediblər, lakin, o, kənarda dayanıb. Malları fermaya gətiriblər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20 may 2020-ci ildən Şəki rayonu, Daşüz kəndi ərazisində yerləşən «X1 və Emal Birliyi» MMC-nin Şəki Regional İdarəsində anbardar işləyib. Xanlar həmin idarədə gözətçi işləməklə barəbər, idarədən bir qədər yuxarıda yerləşən, idarənin rəisi Şahid1 icarəyə götürdüyü fermaya da nəzarət etmiş, malqoyun alıb gətirmişdir. Xanlar işlədiyi müddətdə özü mal-qoyun alıb gətirib həmin fermaya salmış, bazar günləri Sadiqin idarə etdiyi avtomaşına yükləyib mal bazarına aparıb satmışdır. Xanlar ona demişdir ki, pulu çox olsa, mal-heyvan da, çox alıb satar. Pulu az olduğu üçün yaxşı alver edə bilmir. Xanlar ona təklif edib demiş ki, ona 1500 manat pul versən hər ay qazanc kimi 150 manat sənə pul verərəm. O, da Xanlara demiş ki, sən əziyyət çəkirsən 100 manat versən bəsdir. Xanlarda razılaşmış, həmin gün Xanlara fermada 1500 manat pul vermişdir. Xanlar həmin vaxt dekabr ayının qazancı üçün verdiyi puldan ona 100 manat pul verməlidir. Bundan sonra yanvar ayının ortalarında Xanlar yanvar ayı üçün ona 100 manat pul vermişdir. 2022-ci ilin yanvar ayında Sahib müəllim şəxsi fermasındakı qoyunlarını sayını dəqiqləşdirəndə fermasında olan qoyunlarının sayının düz gəlmədiyini bilmişdir. Sonra Sahib müəllim fermadakı qoyunlarının sayının əskih olduğuna görə Xanlarıda anlayıb ondan qoyunlarının harada olduğunu tələb etmişdir. Həmin narazılıqlara görə Xanlar 4-5 gün işə gəlməmişdir. Belə olmuş müdir onu işdən çıxarmışdır. Bundan sonra Xanlar ona zəng vurmamış və onun pulunu qaytarmamışdır. O, iki ay onu gözləmiş ki, pulunu qaytarsın. 2022-ci ilin fevral ayında Sahib müəllim Xanları işdən çıxarmış, işdən çıxanda Xanlar ona demiş ki, sənin 1500 manat pulunu verəcəyəm. O, da ona demiş ki, 1500 lazım deyil, 200 manat vermisən, qalan 1300 manatı da ver, başqa pul istəmir. Xanlar da razılaşmış, lakin bu günə kimi onun pulunu qaytarmamışdır. Ondan başqa Xanlar Sadiqdən də, 1500 manat eyni məqsəd üçün pul alıb, lakin qaytarmamışdır. Bundan başqa qeyd etmək istəmiş ki, 2022-ci ilin yanvar ayının sonlarında Sahib müəllim onu və digər işçiləri xidməti iş otağına çağırıb demişki, gəlin Siz də qulaq asın, Xanlar nə işlər görmüşdür. Sahib müəllimin otağına gəlib görmüş ki, adını həmin vaxt bildiyi, Şəki rayonu, Qoxmuq kənd sakinləri Xəyyam və Bəxdiyar oradadır. Həmçinin otaqda Rövşən Ədilov, Natiq Camaləddinov, Məmməd Mikayılov, Şahid3 və Emil Yunuslu olmuşdur. Sahib müəllim Xanları da, otağına çağırmış, Xəyyam demiş ki, 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ondan Sahib müəllimin adından 3000 manat pul alıb demişdir ki, biçin vaxdı bir kq-mı 20 qəpikdən 15 ton arpa verəcəkdir. Sahib müəllim Xanlara baxanda, Xanlar demişki, bəli 3000 manat Xəyyamdan pul almış, biçin vaxdı da ona 15 ton arpa verəcəkdir. Sahib müəllim Xanlara, biçin vaxdı arpa 20 qəpiyə deyil, baha olacağını deyəndə, Xanlar söz vermiş Xəyyamın 15 ton arpasını verəcək. İş materiallarına əlavə edilmiş 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllsəinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarına əlavə edilmiş 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 395 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli 1010 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması ilə bağlı məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Topqarağac məhəllə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 520 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş əməliyyat tapşırığının xx.xx.2022-ci il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Şəki rayonunun bir qrup sakinlərini, iri və xırda buynuzlu heyvanlarını alıb bir müddət sonra pulunu verəcəyi barədə yalan vədlər verib aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bir neçə şəxsin etibarından sui istifadə edib aldadaraq pul vəsaitlərini ələ keçirərkən kənar şəxslərin iştirakının olması, o, cümlədən Şahid3, Şahid1 Sosu oğlu ilə əlbir olması müəyyən edilməmiş, eləcə də Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi pul vəsaitlərini hara xərcləməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Şahid1 məxsus 02 ədəd su çəni, bir ədəd yəhəri oğurlaması müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Şəki rayon Kooperativlər cəmiyyətindən daxi 1 olmuş məktubdan görünür ki, 2022-ci ilin avqust ayının ortalarına uyğun olaraq Zərərçəkmiş şəxs1 məxsus 02 baş iri buynuzlu heyvanların (erkək dana) orta bazar qiyməti 2000 (iki min) manat, 01 baş yanıbalalı iri buynuzlu heyvanın (ana inək) ortaq bazar qiyməti 1600 (bir min altı yüz) manat, 01 baş yanıbalalı iri buyunzulu heyvanın (inək) ortaq bazar qiyməti 2000 (iki min) manat, 02 baş iri buynuzlu heyvanların (camış düyələrin) orta bazar qiyməti hər biri 1500 (bir min beş yüz) manat, ümumi dəyəri 3000 (üç min) manat təşkil edir. Bundan başqa 05 dekabr 2021 -ci il tarixinə uyğun olaraq Zərərçəkmiş şəxs3 məxsus iki başı ekiz balası olmaqla 10 baş xırda buynuzlu heyvanların (qoyunların) orta bazar qiyməti hər birinin dəyəri 245 (iki yüz qırx beş) manat, ümumilikdə isə 2450 (dörd min beş yüz əlli) manat təşkil edir. Bundan başqa 05 dekabr 2021-ci il tarixinə uyğun olaraq Zərərçəkmiş şəxs2 məxsus bir baş xırda buynuzlu heyvanın (erkək qoyunun) orta bazar qiyməti 245 (iki yüz əlli) manat təşkil edir. Bundan başqa 15 dekabr 2021-ci il tarixinə uyğun olaraq Zərərçəkmiş şəxs4 məxsus 26 baş xırda buynuzlu heyvanların (boğaz qoyunlar) orta bazar qiyməti hər birinin dəyəri 200 (iki yüz) manat, ümumi dəyəri 5200 (beş min iki yüz) manat, 20 baş xırda buynuzulu heyvanların (yanıbalalı qoyunların) hər birinin dəyəri 250 (iki yüz əlli) manat, ümumi dəyəri 5000 (beş min) manat, bir baş iri buyunzlu heyvanın (boğaz inək) dəyəri 1000 (bir min) manat və bir baş iri buynuzlu heyvanın (yanı balalı inəyin) dəyəri 1500 (bir min beş yüz) manat təşkil edir.Bundan başqa 02 yanvar 2022-ci il tarixinə uyğun olaraq Zərərçəkmiş şəxs7 məxsus 01 baş iri buynuzlu heyvanın (erkək dananın) orta bazar qiyməti 1500 (bir min beş yüz) manat təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı dövründə ifadəsində özünü təqsirli bilməyərək zərərçəkmiş şəxslərdən aldığı mal-qaranın işlədiyi ferma sahibi Şahid1 göstərişi əsasında aldığını və fermaya təhvil verdiyini bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, zərərçəkmiş şəxslərin, şahid ifadələri və işin digər halları ilə sübut olunur ki, təqsirləndirilən şəxs aldığı mal-qaranı fermaya aparsa da, həmin heyvanları ferma təsərrüfatına aid etməyərək bu barədə fermanın sahibinə heç bir məlumat verməmişdir. Bunun nəticəsində etdikləri təsərrüfat sahibi tərəfindən aşkar olunduqdan sonra fermadan işdən çıxarılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Həmin Məcəllənin 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs dəymiş ziyandan qismən ödəniş etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ona isnad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün kifayət edən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətmkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalında dərhal həbs edilməli, hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməli, cəzaçəkməsinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalıdır. Bundan başqa, hazırkı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs və Şahid1 müştərək qaydada 8600 manat məbləğində maddi ziyan və 5000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsində göstərilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1, 181.1.1, 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə mülki iddiaya münasibtədə ilk öncə qeyd edir ki, qeyd edir ki, Şahid1 hazırkı iş üzrə təqsirləndirilən şəxs-mülki cavabdeh qismində deyil, şahid qismində işə cəlb edildiyindən ona hazırkı cinayət işinə baxılarkən mülki iddia qaldırılaraq pul tələb edilməsi yol verilməzdir. Ona görə də, mülki iddia Şahid1 8600 manat məbləğində maddi ziyan və 5000 manat məbləğində mənəvi ziyanın alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsini hissəsində baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 8600 manat məbləğində borclu olması iş materialları ilə təsdiqini tapır. Ona görə də mülki iddia, 8600 manat məbləğində maddi ziyanın cavabdeh Təqsirləndirilən şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi hissəsində təmin edilməlidir. İddiaçı Zərərçəkmiş şəxs1 iddia tələbində cavabdeh Təqsirləndirilən şəxs öz hərəkətləri nəticəsində ona mənəvi zərər vurduğunu bildirərək mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyi, «İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığını, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan Qərarın 8-ci bəndinə əsasən izah olunmuşdur ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №li Qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə iclasında mülki iddiaçı iddiasının mənəvi zərər tələbinə dair hissəsini əsaslandırdığı halların nədən ibarət olması, özünün hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə keçirdiyi fiziki və mənəvi sarsıntıların nədə ifadə olunması, bunların cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia tələbi 5000 manat məbləğində mənəvi ziyan hissəsində əsassız olduğundan təmin edilməməlidir. İş üzrə maddi sübutun və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı hökmün çıxarıldığı 31 avqust 2023-cü il tarixdən hesablansın. Mülki iddia Şahid1 tələb hissəsində baxılmamış saxlanılsın. Mülki iddia qalan hissədə qismən təmin edilsin. Cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 8600 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübutun və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkuma hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar