Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-13/2024 15.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Mehti oğlunun iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Şəki rayonu, Birinci Biləcik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qax rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzası çəkilib qurtarmamış, Şəki rayonu, Birinci Biləcik kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, qəsdən 07 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən ictimai yer hesab edilən kafedə Şəki rayonunun Baş Göynük kənd sakini Zərərçəkmiş şəxs Abdurəhman oğluna gəlib onun yaşadığı Şəki rayonu, Birinci Biləcik kəndində maşın təmiri sexini işlətmək istəməsini cüzi səbəb kimi bəhanə edərək sonuncunun ünvanına təhqiramiz ifadələr işlətməklə, heç bir əsaslı səbəb olmadan, kafedə işləyən və istirahət edən şəxslərin çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb təxminən 10 dəqiqə ərzində ucadan Zərərçəkmiş şəxs Abdurəhman oğlunun ünvanına nalayiq söyüşlər söyərək, qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs Abdurəhman oğluna fiziki zor tətbiq etməklə əli və ayağı ilə baş və çiyin nahiyəsinə çoxsaylı zərbələr vuraraq sonuncuya sol əng sümüyünün haymor cibinin ön və yan divarlarının sınıqları, haymor boşluğuna travmatik qansızma, burun sümüyünün yerdəyişən sınığı, burun tənəfüzünün pozulması, sol gözün alt və üst göz qapaqlarının yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, hematoması, gözün ağlı qişasına qansızma, göz yarığının daralması, burun qanaxması, sol yanağın yumşaq toxumalarının əzilməsi, sol çənə gicgah oynağında travmatik şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu, travmatik şişkinliyi, hematoması, üst dodağın və alt dodağın yumşaq toxumaların əzilməsi, travmatik şişkinliyi, hematoması, çənəaltı və sinə nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ gözaltı və sağ yanaq nahiyələrinə qansızma, üst dodağın selikli qişasının əzilmiş yarası, hematoması, sol çiynin sıyrığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan, dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.3, və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Məlum hadisə günü, yəni kafedə aralarında mübahisə olan zaman görmüşdür. Aqillə əvvəllər onun arasında heç bir mübahisə, narazılıq və ya ədavət olmamışdır. 07 iyul 2023-cü il tarixdə saat təxminən 14 radələrində o, fındıq bağından çıxıb Nəbi kişinin işlətdiyi kafenin yanına gəlmişdir, yaxınlıqda qarpız satan Məhəmmədə yaxınlaşıb qarpız almaq istəyəndə kafenin həyətində qoyulmuş stolların birində oturub çay içən dayısı Alışan onu çay içməyə dəvət etmişdir. Həmin vaxt onun oturduğu stolda Aqil və taksi sürücüsü Şahid4 oturmuşdur. O, qarpızı alıb orada qoyub dayısı Alışangilin stoluna yaxınlaşıb onlarla görüşüb birlikdə oturub çay içmişdir. Onlar çay içən zaman Aqil ona demişdir ki, Qaxlı İmrana 50 manat borcu var, artıq Omranın işlədiyi sexdə o, işləyəcəyindən həmin pul onun özünə çatmalıdır. O, da Aqilə demişdir ki, İmrana onun borcu yoxdur. Lakin Aqil əl çəkməyib israrla bildirmişdir ki, İmrana 50 manat borcu var və həmin pul ona çatmalıdır. Həmin vaxt o, özünün mobil telefonu ilə İmrana zəng edib telefonu selektora qoyub, ona borcu olub-olmadığını soruşmuş, İmranda ona, borcu olmadığını demişdir. Sonra o, telefonu Aqilə vermək istəmişdir ki, sonuncu özü İmranla danışsın. Lakin Aqil telefonu götürməyib İmranın və onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Aqilə sakitləşməyini bildirməsinə baxmayaraq Aqil içkili oldluğu üçün onun sol qolundan tutub saxlayaraq ünvanına «peysər» deyəndə o, çevrilib Aqilin sifət nahiyəsinə yumruq zərbəsi varmuş və Aqil yıxılmışdır. Bundan sonra dayısı Alışan ona irad bildirdiyindən oradan uzaqlaşıb getmişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, orada olan hər hansı bir şəxsəm qarşı ümumiyyətlə özü söyüş söyməmişdir. Hadisədən sonra zərər çəkmiş şəxsdən üzür istəyərək onunla barışıq əldə etmək üçün cəhdlər etsə də, təklif etdiyi 2000 (ikimin) manat pulun az olduğunu 4000 (dörd min) manat pul verəcəyi halda onunla barışacağını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurduğuna görə əməlindən çox peşmandır. Qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Abdurəhman oğlu ifadəsində göstərmişdir ki, avtomobil təmiri sexində dəmirçi işləyir. Özünün Baş Göynük yolunda sexi vardır, lakin şəraiti olmadığına görə həmin sexdən istifadə edə bilmirdi. Aşağı Göynük kəndində yerləşən sexləri isə baha icarəyə verdikləri üçün icarəyə götürməmişdir. Qax rayonu, İbaxlı kəndindən olan İmran adlı şəxs Şəki-Qax yolunun Birinci Biləcik kəndindən keçən hissəsində yolun kənarında avtomobil təmiri sexini aylığı 160 manata icarəyə götürüb işlədirdi. O, həmin sexdə yük və minik maşınlarının təmiri ilə məşğul olurdu. İmrana zəng edib danışan zaman ona demişdir ki, istəyirsə gəlib onunla birlikdə həmin sexdə işləsin, icarə puluna şərik olar. O, da razılaşmışdır. 07 iyul 2023-cü il tarixdə avtomobil təmiri üçün lazım olan alət və əşyalarını götürüb həmin sexin yanına gəlmişdir. Həmin vaxt sex bağlı idi, İmran da gəlməmişdir. Alət və əşyalarımı sexin qarşısına qoymuşdur. Bu vaxt Orxan gəlib çıxmış, ona alətlərini yığışdırıb çıxıb getməsini, bu sexdə işləyə bilməyəcəyini bildirdikdə, Orxana «qayda qanun olduğunu onun kimdir ki, onu bu sexdə işləməyə qoymasın demişdir. Orxan da buranın qoçusu olduğunu bildirərək onu işlməyə qoymayacağını bildirmişdir. Orxana alətlərini sexə yağması üçün imkan verməsini və bu barədə sabah söhbət edəcəklərini bildirdikdə Orxan razılaşıb ondan aralanmışdır. Bu vaxt Orxanın dayısı Alışan gəlmiş, onu çay içməyə dəvət etmişdir. Birlikdə keçib yaxınlıqdakı kafenin həyətində qoyulmuş stolların birində oturmuşlar. Hələ çay gəlməmişdir, Alışan Orxanı çay içməyə dəvət etmişdir. Orxan da Alışana, qarpız alıb evə gedəcəyini demişdir. Alışan da ona, çay içib sonra gedərik demişdir. Orxan etiraz etməyib onların stolunun yanına gəlmişdir. Yaxınlaşan kimi arxasından gəlib onun boğazından tutub sıxanda o, Orxanın əlini tutub kənara itələmişdir. Bundan sonra Orxan onun boynundan yumruq zərbəsi vurmuşdur. Sonra onun sağ qulağının dib hissəsinə yurmuq zərbəsi vurmuş, o, zərbədən stoldan yerə yıxılmışdır. Yerə yıxılandan sonra Orxan onun sifətinə təpik zərbəsi vurmuşdur. Bu vaxt ağzından və burnundan qan gəlməyə başlamışdır. Alışan Orxanı ayırmış və Orxan çıxıb getmişdir. O, da qalxıb kafedən kənara çıxmışdır. Təxminən 2 saata kimi kənarda qalmış, daha sonra Alışan ona yaxınlaşıb, kömək edim üzünü yu demiş, lakin o, Alışanın köməyindən imtina etmişdir. Sonra o, özü istifadə etdiyi mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib adını bilmədiyi şəxs tərəfindən döyülməyi barədə məlumat vermişdir. Həmin vaxt o, Orxanı tanımırdı, sonradan tanımışdır. Bir müddətdən sonra polis əməkdaşları gəlib onu vəziyyətini görüb xəstəxanaya aparmışlar. Orada ona tibbi yardım göstərildikdən sonra xəstəxanadan çıxıb Polis Şöbəsinə gəlib Orxan barədə şikayət ərizəsi yazmışdır. Hadisə vaxtı onu kənar şəxslər vurmamışdır. Həmçinin o, özü Orxanı vurmamış və vurmağa cəhd etməmişdir. Həmin vaxt kafdə Orxanın dayısı Alışan və onlarla bir stolda adını bilmədiyi bir oğlan oturmuşdur. Kənardakı stollarda isə bir çox adamlar oturmuşdur. Orxan onu vuran zaman kafedə olanlar narahat olub ayağa qalxmışlar. Alışan Orxanı ayırıb yola saldığı üçün həmin şəxslər onlara yaxınlaşmamışlar. Belə olub kafedə olanlar narahat olmuşdur. Bundan əlavə dəfələrlə müayinə və müalicə olunmuş, ümumilikdə 4000 (dörd min) manatdan çox maddi ziyan çəkmişdir. Hazırda Orxanla barışmamış, sonuncu ona dəymiş zərəri ödəməmişdir. Ona görə də ona cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, Qax rayonu, Qaşqaçay kəndinə gedən yol ayrıcında yerləşən kafeni icarəyə götürüb işlədir. O, hər gün səhər saat 08 radələrində kafeyə gəlib açıb axşama kimi işlədib, gecə saat 22-23 radələrində kafeni bağlayıb evinə gedir. Həmin kafeni o, özü tək işlədir. Gələn qonaqlara özü hazırlayıb çay və yemək verir. 07 iyul 2023-cü il tarixdə saat təxminən 14 radələrində Göynük kənd sakini Aqil kafenin qarşısına gəlib onu çağırıb demişdir ki, niyə gəlib mənimlə görüşmürsən? O da Aqilə demişdir ki, içəri gəlsin görüşək. Aqil kafenin həyətinə gəlmiş, o, kafenin həyətinə çıxıb Aqillə görüşmüşdür. Həmin vaxt danışığından və hərəkətindən Aqilin içkili olması tam sezilirdi. Aqil kafenin həyətində qoyulmuş stolların birində əyləşmiş, lakin heç nə sifariş verməmişdir. Bir neçə dəqiqədən sonra kafeyə həmkəndlisi Alışan gəlib Aqilin oturduğu stolda oturmuş və bir neçə dəqiqədən sonra Alışan bacısı oğlu Orxanı çay içməyə dəvət etmişdir. Həmin vaxt Orxan yolun kənarından qarpız alıb getmək istəyirdi. Alışan dəvət edəndə, Orxan ona, tələsdiyini demişdir. Alışan da ona, «gəl çay içək sonra gedərsən» dediyi üçün Orxan onların oturduğu stola yaxınlaşmışdır. Onlar öz aralarında nə danışdıqlarını bilməmişdir. Bir neçə dəqiqədən sonra baxanda Aqilin yıxıldığını görmuşdur. Aqilin yıxıldığını görüb onlara yaxınlaşmışdır. Həmin vaxt Aqilin burnu qanamışdır. Orada olan xatırlamadığı şəxslərdən hansınasa su gətirməsini demiş, orada olanlardan biri stəkanı götürüb su gətirmiş və Aqilin sifətinə su vurmuşlar. X18 bir qədər kənara ağacların kölgəliyinə aparmışdır. Bir müddətdən sonra polis əməkdaşları gəlib Aqili aparıb getmişlər. Həmin vaxt Orxan çıxıb getdiyi üçün orada olmamışdır. X12 vurduğunu eşitmişdir. Ancaq o, Orxanla Aqil arasında mübahisənin hansı səbəbdən yaranmasını eşitməmişdir. X13 vurmasını görməmişdir. Ancaq Aqilin yaxıldığını görmüşdür. Orxanla Aqil arasında söhbət təxminən 5-10 dəqiqə davam etmiş, Orxan Aqiliin arasında nəsə borc söhbəti olduğunu təxmini eşitmişdir. Münaqişə zamanı kafedə heç bir əmlak sınmamış və zədələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Zərərçəkmiş Zərərçəkmiş şəxs avtomobil ustası kimi tanımışdır. 07 iyul 2023-cü il tarixdə saat təxminən 14 radələri olardı o, yolun kənarında yerləşən Nəbi kişinin işlətdiyi kafenin yanına gəlmiş, çatıb, həmkəndlisi Şaiq və avtomobil təmiri ustası kimi tanıdığı Göynük kəndindən olan Aqil kafenin həyətində qoyulmuş stolların birində oturublar. Şaiq və Aqillə görüşüb, münasibəti olduğu üçün onlarla bir stolda oturmuşdur. O, onları çay içməyə dəvət etmişdir. Onlarda etiraz etməmişlər. Bu vaxt bacısı oğlu Orxan yolun kənarında qapız aldığını görüb Orxanı çay içməyə dəvət etmişdir. Orxanda gəlib onlarla görüşəndə, Aqil Orxandan soruşmuşdur ki, «Orxan sənsən»? Orxanda təsdiqləyib «mənəm» demişdir. Həmin vaxt Aqil Orxana, həmin sexi icarəyə götürdüyünü, onun sexə 50 manat borcu olduğunu, sexin sahibi demişdir ki, 50 manatı onun özünə verməlidir. Orxan Aqilə, onun sexə borcu olmadığını demişdir. Həmin vaxt Orxan sexin sahibi İmrana zəng edib sonuncudan borcu olub-olmadığını soruşanda, İmran Orxana, onun heç bir borcu olmadığını bildirmişdir. Orxan da Aqilə bu barədə deyəndə, Aqil əl çəkməyib demişdir ki, «mən bilmirəm 50 manatı doğmalısan». Orxan bu sözdən əsəbləşib Aqilin sifətinə bir dəfə yumruq vurmuş, Aqil də yerə yıxılmışdır. Həmin vaxt Aqilin burnu qanamışdır, su gətirib Aqilin üzünü yudurmuşdur. Sonra o, Orxana acıqlanmış, sonuncu çıxıb getmişdir. Bundan sonra o, oradan evinə getmişdir. Həmin vaxt danışığından və hərəkətindən Aqilin içkili olması açıq hiss olunurdu. Bundan sonra Aqilə səfin onda olduğunu bildirərək Orxanı bağışlamasını xahiş etdikdə Aqil məsələnin qurtardığını bildirməsinə baxmayaraq polisə şikayət etmişdir. Sabahısı gün Aqilin Orxanın borclu olduğunu iddia etdiyi İmranı da götürüb polis bölməsinə getmişdir. Aqil Şöbədə olarkən barışıq üçün onlardan ilk növbədə 2000 (iki min) manat pul istəmişdir. Daha sonra isə 10000 (on min ) manat istədiyini Orxandan eşitmişdir. Orxanla Aqilin arasındakı mübahisə və Orxanın Aqili vurması təxminən 3-4 dəqiqə davam etmişdir, həmin vaxt orada səs-küy yaranmamışdır, kafedə kənar şəxslər olmamışdır. Həmin vaxt Orxan Aqilin ünvanına nalayiq ifadə işlətməmiş və söyüş söyməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə saat təxminən 14 radələrində Şəki-Qax yolunun Birinci Biləcik kəndindən keçən hissəsində, yolun kənarında yerləşən Nəbi kişinin işlətdiyi kafedən təxminən 30-35 metr aralıda idarə etdiyi mosikletin kuzasında qapız satırdı. Bu vaxt həmkəndlisi Orxan gəlib ondan bir ədəd qapız alıb kafeyə getdi. Onun başı qapız satmağa qarışmışdır, təxminən 5-6 dəqiqə keçərdi bir də gördü ki, kafedə narahatçılıq yaranıb. Adını həmin vaxt bildiyi Aqil yerə yıxılıb, bir neçə adam da onun başına yığılıb, sifətinə su vurur. Bu vaxt Orxan çıxıb getmişdir. Orada olan Alışan Aqili ayağa qaldırıb kənara aparmışdır. Bununla da narahatçılığa son qoyulmuşdur. Sonradan eşitmişdir ki, Orxanla Aqilin arasında mübahisə olmuş Orxan Aqilin yumruqla sifətinə vurduğu üçün Aqil yerə yıxılmışdır. Hadisə vaxtı Aqil içikili olub və Orxanla mübahisə edib. Orxanda əsəbləşib Aqili vurmuşdur. Ancaq o, Orxanla Aqil arasında olan mübahisəni görməmiş və eşitməmişdir. Hadisədən sonrakıı gün zərərçəkmiş şəxsin əşyalarının aparılmasına kömək etmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Şəki rayon X3 tibbi yardım şöbəsində sanitar işləyir. Zərərçəkmş şəxs Aqil Məmmmədov onun yeznəsidir. Təxmini yay aylarında işdə olduğu zaman Zərərçəkmiş şəxs xəstəxanaya gətirmişdilər. Xəstəxanada olan zaman gözünün altında qaralmalar olmaqla, təzyiqinin yuxarı olduğu və vəziyyətinin ağır olduğunu müşahidə etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Aqil Məmmmədov onun işlədiyi sexdə işləmək istədiyindən onunla birlikdə işləməyə razılaşmışlar. Zərərçəkmiş şəxs razılaşdıqları dövürdən bir müddət keçdikdən sonra zəng edərək sexin qabağında olduğunu onunla birlikdə işləməyə gəldiyini dedikdə, ona hazırda kənarda olduğunu işə gələ bilməyəcəyini bildirmişdir. Telefon danışığı zamanı Aqilin içkili olduğunu hiss etmişdir. Həmin zəngin üzərindən 30 dəqiqə sonra Orxanın ona zəng vuraraq “ mənim sənə borcum varmı”? soruşduqda nə məslə olduğunu soruşmuşdur. O, isə Zərərçəkmiş şəxs ona 50 manat borcunun olduğunu, həmin borcun Aqilə verməli olduğunu söylədiyini demişdir. Həmin vaxt telefon vasitəsi ilə Orxanın ona borcu olmadığını, olduğu halda belə bu məsələnin Zərərçəkmiş şəxs aidiyyatının olmadığını bildirdi. Növbəti gün Orxanla Aqilin mübahisə etdiyini öyrənmişdir. Bu hadisədən sonra polis şöbəsinə getmişdir. Şöbədə olanda onun izahatı alınmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2023-cü il tarixli 317 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs sol əng sümüyünün haymor cibinin ön və yan divarlarının sınıqları, haymor boşluğuna travmatik qansızma, burun sümüyünün yerdəyişən sınığı, burun tənəfüzünün pozulması, sol gözün alt və üst göz qapaqlarının yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, hematoması, gözün ağlı qişasına qansızma, göz yarığının daralması, burun qanaxması, sol yanağın yumşaq toxumalarının əzilməsi, sol çənə gicgah oynağında travmatik şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu, travmatik şişkinliyi, hematoması, üst dodağın və alt dodağın yumşaq toxumaların əzilməsi, travmatik şişkinliyi, hematoması, çənəaltı və sinə nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ gözaltı və sağ yanaq nahiyələrinə qansızma, üst dodağın selikli qişasının əzilmiş yarası, hematoması, sol çiynin sıyrığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə üyğundar və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 09 avqust 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. ifadənin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəki-Qax yolunun Şəki rayonu, Birinci Biləcik kəndi ərazisindən keçən hissəsindən Qax rayonu, Qaşqaçay kəndinə ayrılan yol ayrıcısına çatdıqda avtomaşını saxlamağı bildirmiş, avtomaşından düşdükdən sonra yolun kənarında yerləşən Şahid2 işlətdiyi kafenin qarşısına gəlib əvvəlcə kafenin qarşı tərəfini, Qaşqaçay kəndinə gedən yolun sağ kənarını göstərib həmin yerdə qarpız satan həmkəndlisi Şahid3 bir ədəd qarpız alıdığını, dayısı Şahid1 onu çay içməyə dəvət etdikdə o, yolun əks tərəfində yerləşən Şahid2 işlətdiyi kafeyə getdiyini, qafeyə giriş hissəsindən qabağı göstərib kafenin qarşı tərəfində, kafeyə giriş qapısının sağ tərəfində qoyulmuş stola yaxınlaşdığını, həmin vaxt stolda Zərərçəkmiş şəxs oturduğu stolu göstərib sonuncu həmin stolda oturduğunu, digər stullarda isə dayısı Şahid1 və Şahid4 oturduğunu, daha sonra o, kafenin həyətinə qoyulmuş stolları göstərib həmin stollarda bir çox çay içən şəxslər oturduğunu, adları qeyd olunan şəxslərlə çay içən zaman Zərərçəkmiş şəxs ona Qaxlı İmrana 50 manat borcu olduğunu və həmin pul ona çatacağını deyib aralarında mübahisə yaranandan sonra o, sonuncuya İmrana heç bir borcu olmadığını bildirmiş, bu vaxt Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədən zaman o, da Aqilə qarşı nalayiq ifadə işlədərək sifətinə yumruq zərbəsi vurduğunu, bir qədər qabağı göstərib, o, Zərərçəkmiş şəxs vurandan sonra sonuncu həmin yerə yıxıldığını bildirmişdir. cinayət işinin tövsif edilməsi haqqında 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsindən, həmin məcəllənin 127.2.3 və 221.1-cimaddələrinə tövsif edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20-də Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28 sentyar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, Şəki ŞRPŞ-nin MSY azad edilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin 14 fevral 2024-cü il tarixli, 163/10 nömrəli məktubundan görünür ki, Qax Rayon Məhkəməsinin 1(024)-3/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası barəd göstəriş 07 aprel 2022-c il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının əvvəli 14 aprel 2022-cı il tarixdən hesablanmışdır. Qax Rayon Məhkəməsinin 1(024)-3/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 08 (səkki) aydır. Məhkum qeydiyyata alındığı 14 fevral 2024-cü il tariədən 14 fevral 2024-cü il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 01 (bir) il, 10 (on) ay hissəsini çəkmişdir. sübutların qiymətləndirilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmış, zərərçəkmiş şəxs, şahid ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanılması protokollar, ekspertiza rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığından, onu barəsində həmin xüsusat üzrə cinayət işinin başlanılkması rədd edilərək təqsirsizliyini sübuta yetirən sənədlərin surəti çıxarılaraq prosesual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. ilə cinayət təqibi rədd edilmişdir. Əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Abdurəhman oğlu ilə Təqsirləndirilən şəxs arasında əvvəllər ədavət və ya hər hansı düşmənçilik olmamış, lakin xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən kafedə sonuncu Zərərçəkmiş şəxs Abdurəhman oğlunu heç bir səbəb bildirmədən döymüşdür. Hadisə zamanı kafedə kafenin sahibi Şahid2, eləcədə Şahid1, taksi sürücüsü Şahid4, yaxınlıqda isə aqrpız ticarəti ilə məşğul olan Şahid3, o cümlədən bir çox şəxslər olmuşdur. Adı çəkilən şəxslər Polis Şöbəsinə gəlmələri təmin olunmuşdur. Lakin Qax rayon sakini İmran adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Əhmədov X9 Aqil Abdurəhman oğlunu vuran zaman nalayiq ifadələr işlətmiş, söyüş söymüş, səs-küy yaranmış, ictimai qayda pozulmuş və kafedə olan şəxslər narahat olmuşlar. Şəki şəhər İHB-nın Biləcik kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Şəki rayonu, Bİrinci Biləcik kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayaş yeri üzrə müsbət xarakterizə olunur. Şəki şəhər İHB-nın Aşağı Göynük kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs həqiqətəndə Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayaş yeri üzrə müsbət xarakterizə olunur. Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 628 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Birinci Biləcik kəndində yaşayan, 1993-cü il təvəllüdlü Əhmədov X6 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Şəki Rayon Psixatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəki rayonu, Birinci Biləcik kəndində yaşayan, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahat və ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla təqsirləndirilən şəxsin əməli həmin maddələrlə düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 07 iyul 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində birbiri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Abdurəhman oğlu hadisəyə qədər bir birlərini tanımamışlar. 07 iyul 2023-cü il tarixdə saat 14 radələrində Şəki Rayonu Birinci Biləcik kəndində olan kafenin həyətində qoyulmuş stolların birində oturub çay içən Təqsirləndirilən şəxs dayısı Alışan onu çay içməyə dəvət etmişdir. Həmin vaxt onun oturduğu stolda Aqil və Şahid4 oturmuşdur. O, dayısı Alışangilin stoluna yaxınlaşıb onlarla görüşüb birlikdə oturub çay içmişdir. Onlar çay içən zaman Aqil ona demişdir ki, Qaxlı İmrana 50 manat borcu var, artıq İmranın işlədiyi sexdə o, işləyəcəyindən həmin pul onun özünə çatmalıdır. O, da Aqilə İmrana onun borcu olmadığını bildirsə də, Aqil əl çəkməyib israrla İmrana 50 manat borcu olmasını və həmin pulun ona çatacağını bildirmişdir. Həmin vaxt o, özünün mobil telefonu ilə İmrana zəng edib telefonu selektora qoyub, ona borcu olub-olmadığını soruşmuş, İmran da ona, borcu olmadığını demişdir. Sonra o, telefonu Aqilə vermək istəmişdir ki, sonuncu özü İmranla danışsın. Lakin Aqil telefonu götürməyib İmranın və onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Aqilə sakitləşməyini bildirməsinə baxmayaraq Aqil içkili oldluğu üçün onun sol qolundan tutub saxlayaraq ünvanına nalayiq ifadələr işlətdiyindən çevrilib Aqilin sifət nahiyəsinə yumruq zərbəsi varmuş və Aqil yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs dayısı Alışan ona irad bildirdiyindən oradan uzaqlaşıb getmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 07 iyul 2023-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş vermiş, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən olunmamışdır. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisəni birbaşa görən şəxs kimi Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid1 və Ş.S.Yusibov olmuşlar. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü və 221.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahidə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər məhkəmə istintaqında dindirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs 07 iyul 2023-cü il tarixdə avtomobil təmiri üçün lazım olan alət və əşyalarını götürüb həmin sexin yanına gəlmdiyini, həmin vaxt sexin bağlı olduğunu, İmranın da gəlmədiyindən alət və əşyalarımı sexin qarşısına qoyduğunu, bu vaxt Orxanın gəlib ona alətlərini yığışdırıb çıxıb getməsini, bu sexdə işləyə bilməyəcəyini bildirdikdə, Orxana «qayda qanun olduğunu onun kimdir ki, onu bu sexdə işləməyə qoymamasını deməsini, Orxan da buranın qoçusu olduğunu bildirərək onu işlməyə qoymayacağını bildirməsini, Orxana alətlərini sexə yığması üçün imkan verməsini və bu barədə sabah söhbət edəcəklərini bildirdikdə Orxanın razılaşıb ondan aralanmasının, bu vaxt Orxanın dayısı Alışan gələrək onu çay içməyə dəvət etməsini, birlikdə keçib yaxınlıqdakı kafenin həyətində qoyulmuş stolların birində oturaraq çay gəlməmiş, Alışanın Orxanı çay içməyə dəvət etməsini, Orxan da Alışana, qarpız alıb evə gedəcəyini deməsini, Alışan da ona, çay içib sonra gedərik deməsini, Orxan etiraz etməyib onların stolunun yanına gəlib yaxınlaşan kimi arxasından gəlib onun boğazından tutub sıxaaraq o, Orxanın əlini tutub kənara itələməsini, bundan sonra Orxanın onun boynundan yumruq zərbəsi vurmasını, sonra onun sağ qulağının dib hissəsinə yurmuq zərbəsi vurmuş, o, zərbədən stoldan yerə yıxılmasını, yerə yıxılandan sonra Orxan onun sifətinə təpik zərbəsi vurmasını bildirmişdir. Şahidlər Şahid1 və Ş.S.Yusibov ifadələrində Zərərçəkmiş şəxsla birlikdə çay içdikləri zaman Təqsirləndirilən şəxs çay içməyə dəvət etdiklərini, sonuncu onlara yaxınlaşdıqdan sonra Zərərçəkmiş şəxs Orxan X16 50 manat borcunun olduğunu və həmin pulu ona verməli olduğunu bildirdiyni, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borclu olduğunu iddia etdiyi İmran Abdullayevə zəng vurduğunu, X2 borcu olmadığını bildirməsinə baxmayaraq Zərərçəkmiş şəxs yenidən həmin pulu tələb etməklə Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədiyindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə yumruqla vurduğunu qeyd etmişlər. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttihamda təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda əks etdirilməmişdir. Və yaxud ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi hallarda belə müvafiq sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə, və onların tərəfində çıxış edən qohumları ilə) məhdudlaşmışdır. İbtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Hazırkı iş üzrə saat 14 radələrində zərərçəkmiş şəxs A.A. Məmmədovun O.V X5 borcunun olmasnı bəhanə edərək həmin borcun ona ödənilməsini qanunsuz olaraq tələb etməsi səbəbindən başlamış münaqişədən törəyən şəxsi münasibətlər olub, Təqsirləndirilən şəxs məqsədi Zərərçəkmiş şəxs ondan başqa bir şəxsə mövcud olmayan borcunu qaytarmasını bildirərək Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr etməsinin düzgün olmaması, yəni cinayətkar qəsd məhz bu məqsədlərin realizə edilməsinə yönəlib, ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, hadisəni kənar şəxslərin müşahidə etməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri şəxsin sağlamlığına, başqasının mülkiyyətinə qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, istintaq orqanı şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, təqsirləndirilən şəxsin xuliqanlıq əməlinin nədən ibarət olması göstərilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir.Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin və hərəkətlərinin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar istintaq orqanı tərəfindən toplanılmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, istintaq orqanı xuliqanlıq niyyətini yanlış olaraq müəyyən etmiş, şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dəlalət edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə ilə əvəz etmişdir. Məhkəmə, A.M.Məmmədovun İ.M.Abdullayevə olan borcunu bəhanə edərək Təqsirləndirilən şəxs tələb etdikdən sonra tərəflərin aralarında mübahisənin yaranmasını, bunun Təqsirləndirilən şəxs İmrana borcu olmadığını, hətta İmran Abdullayevə telefon zəngi edərək bunu Zərərçəkmiş şəxs onun İmran Abdullayevə borcu olmadığını sübuta yetirməsinə baxmayraq Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək borcu tələb etməyə davam etməsini, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurmasını nəzərə alır, bununla da qeyd edilənlərin hadisənin baş verməsinə əsaslı səbəb kimi qiymətləndirir. Bu baxımdan məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə A.M.Məmmədovun istiqamətlənən və sonuncunun etdiyi hərəkətlərinə, hadisə zamanı ona dediyi nalayiq ifadəsinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsinin, özünü ətrafdakılara qarşı qoymasının nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X11 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmçinin, həmin qərarn 9-cu bəndində göstərilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 23-cü bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 42.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona bəraət verilməlidir. 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2.4-ci maddəsinə əsasən bu məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət gədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsilə ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa məhkəmə həmçinin hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Təqsir dedikdə şəxsin ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CMnin 3-cü maddəsi). İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri nəticəsində yəni, borcu olmadığı halda İmran abdullayevə borclu olmasını bildirərək həmin pulu ona verməli olduğunu bildirməsi, Təqsirləndirilən şəxs həmin şəxsə borcu olmadığını deməsi hətta İmran Abdullayevə zəng vuraraq bunu Zərərçəkmiş şəxs bildirməsinə baxmayaraq sonuncu yenə də hərəkətlərinə davam edərək Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsi və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması ilə bağlı ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinə tövsif olunması üçün təhrif olunmuş və həmin ittihamın sübut olunmasını təsdiq edən şübhəli ifadələrə istinad etməklə əslində bütün sübutları qərəzsiz, obyektiv, hərtərəfli və tam tədqiq etməmişdir. Göstərilənlərə əsasəsn məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 42.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-ci maddəsinə əsasən bu məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət gədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə əhatə olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmişlə barışmağa cəhd etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi hazırki halda, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı göstərilənlər, qeyd olan cinayət hadisəsini törətdikdən sonrakı davranışı, onun azadlığın məhdudlaşdırılması cəzası alması ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir. Məhkəmə təqsirləndirilən şəxs barəsində hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərkən, CM-in 58.3 maddəsinin tələblərinə əməl edilməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ittiham olunduğu maddənin sanksiyasında həbsə alternativ cəzaların olduğunu, azadlıqdan məhrum edilmədən islah olunmasının mümkünlüyünü, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmədən, cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də məhkəmə ona təqsirləndirildiyi CM-nin 127.1 -ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxsona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə ittiham olunması ilə bağlı əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilərək o, həmin maddə ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalı, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 1(024)-3/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay, 29 (iyirmi doqquz) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzayala qismən birləşdirilməli (CM-67.1), cəza çəkmə müddətinin əvvəli 15 fevral 2024-cü il tarixindən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham olunması ilə bağlı əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilsin və o, həmin maddə ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin 1(024)-13/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay, 29 (iyirmi doqquz) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-13/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-13/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver