Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-13/2025 07.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X4 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1986-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, 24 may 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəki rayonu, Çeşməli kəndində yaşayan Zərərçəkmiş şəxs 7000 (yeddi min) manat pul müqabilində ona özünün ailə üzvlərinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə bitişik 0.02 ha torpaq sahəsini satacağına dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə 2022-ci ilin noyabr ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə, təxminən saat 20 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 1000 (bir min) manat pulunu, 2022-ci ilin dekabr ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə, təxminən saat 11 radələrində Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsində yerləşən “Daşqaya” adlanan ərazidə onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 vasitəsi ilə 1000 (bir min) manat pulunu və 12 dekabr 2022-ci il tarixdə, saat 12:14 radələrində Şəki regional “Asan xidmət” mərkəzində onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 vasitəsi ilə 5000 (beş min) manat pulunu, ümumilikdə cəmi xeyli miqdar təşkil edən 7.000 (yeddi min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 7.000 (yeddi min) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Şəki şəhəri, Aşıq Cuma küçəsində yerləşən 7 nömrəli evin aşağı hissəsində 2.5 sot torpaq sahələri vardır. Borcları olduğu üçün həmin torpaq sahəsini satıb borcunu vermək qərarına gəlmişdir. Ona görə 2022-ci ildə təcili tibbi yardım stansiyasının aşağı hissəsində yerləşən torpaq alqısatqısı məntəqəsinə gedib 2.5 sot torpaq sahəsini satmaq barədə elan vermişdir. 2022-ci ilin noyabr ayının sonlarında makler ona zəng vurub satışa qoyduğu torpaq sahəsini almaq istəyən olduğunu və müştəri ilə həmin torpaq sahəsinə baxmaq istədiklərini bildirmişdir. Az sonra makler və sonradan adı ona məlum olan Vüsal və Teymur adlı şəxslər yaşadığı ünvana gəlmişlər. Teymur torpaq sahəsinə baxıb həmin torpaq hissəsinin 1.3 olan hissəsini ondan istəmişdir. Əvvəlcə 2.6 sot torpaq sahəsini 10.000 manata satışa qoymuşdur. Teymurla razılaşıb həmin torpaq sahəsinin 1.3 sot olan hissəsini 7.000 manata ona satmağa razılaşmışdır. Teymur ondan satdığı torpağın sənədinin olubolmadığını soruşan zaman ona torpağın sənədinin olmadığını, lakin qısa vaxtda sənəd alacağına söz vermişdir. Həmin vaxt Teymurdan beh kimi 1.000 manat pul istəmişdir. Teymur da pulu səhəri gün gətirib yaşadığı evdə ona vermişdir. Söhbət zamanı Teymura və oğlu Vüsala torpağın sənədlərini hazırlaması üçün pul lazım olduğunu bildirmişdir. Bir neçə gündən sonra Vüsal ona zəng edərək Şəki şəhərində “daşqaya” adlanan ərazidə görüşmələrini təklif etdiyi üçün həmin əraziyə gedib Vüsalla görüşmüşdür. Vüsal orada ona 1000 manat pul vermişdir. Pulu Vüsaldan alıb ona torpağın sənədlərini hazırlaması, sonra notariusa gedib alqı satqı etmələri üçün qalan 5.000 manat pulu hazırlamasını demişdir. Vüsal da onun təklifi ilə razılaşmışdır. Bir neçə gündən sonra, yəni 12 dekabr 2022-ci il tarixdə Vüsal ona zəng vurub pulun qalan hissəsini hazırladığını, Şəki Asan Xidmət Mərkəzində olduğunu və həmin yerə gəlməsini demişdir. Ona görə Asan xidmət mərkəzinə getmişdir. Vüsal ona pulu natoriat qaydada vermək istədiyini bildirmişdir. Razılaşdığı üçün Asan Xidmət mərkəzinin notariat şöbəsində Vüsalla borc müqaviləsi bağlayaraq satacağı torpaq üçün ondan 5.000 manat pul almışdır. Vüsaldan 5.000 manat pulu alıb ona narahat olmamasını 3-4 ay ərzində torpağın sənədlərini hazırlayıb ona xəbər verəcəyini demişdir. Bundan sonra satmaq istədiyi 2.6 sot torpaq sahəsini almaq üçün Şəki şəhər bələdiyəsinə müraciət edib sənədləşdirib öz adına çıxarış almışdır. Sonra həmin torpaq sahəsinin 1.3 sot hissəsini satmaq üçün Şəki şəhər bələdiyəsinə getmişdir. Tanımadığı bir bələdiyyə əməkdaşına yaxınlaşıb 2.6 sot torpaq sahəsinin 1.3 sotunu başqa şəxsə satmaq istədiyini bildirmişdir. Bələdiyyənin əməkdaşı da ona 2 sotdan aşağı torpaq sahəsinə sənəd verilmədiyini demişdir. Bələdiyyədən gələndən sonra Teymurun evinə gedib ona bələdiyyədən 2 sotdan az torpaq sahəsinə sənəd vermədiklərini, 3.000- 4.000 manat əlavə pul verəcəyi halda torpaq sahəsinin hamısını yəni 2.6 sotunu ona sata biləcəyini demişdir. Teymur da ona xəbər verəcəyini bildirmiş və sonradan 2023-cü ilin aprel ayında görüşəndə Teymur ona torpağının qalan hissəsini almaq üçün pul tapa bilmədiyini bildirmişdir. Həmin vaxt Teymur da ona pulunu qaytarmasını demişdir. Sonradan Teymura satmaq istədiyi 2.6 sot torpaq sahəsini 8.000 manata Ələddin adlı şəxsə satmışdır. Belə ki, əvvəllər Ələddinə 4.000 manat borcu olduğu üçün həmin torpaq sahəsini Ələddindən əlavə 4.000 manat alıb borcu ilə birlikdə 8.000 manata Ələddinə satmışdır. Şəki şəhər sakini Anar adlı şəxsə 10.000 manat borcu olduğu üçün Teymurdan aldığı 7.000 manat pulun 4.000 manatını Anara olan borcuna, 2100 manatını bələdiyəyə torpağın ödənişinə, qalan pulu isə digər sənədləşmə işlərinə xərcləmişdir. Əvvəllər Teymura satmaq istədiyi torpaq sahəsini sənədsiz 2022-ci ilin yanvar ayında Anara satmışdır. İki aydan sonra Anar torpaq sahəsini istəməyib geri qaytarıb pulunu geri istəmişdir. Anardan aldığı pulu xəstə övladının müalicəsinə xərcləmişdir. Anar pulunu istəyəndə pulu olmadığı üçün Ələddin adlı şəxsdən 4000 manat pul alıb Anara vermişdir. Sonra Teymurdan aldığı pulun 4000 manatını Anara vermişdir. Daha sonra maşınını satıb 2000 manat pul verib Anara olan borcunu ödəmişdir. Ələddindən aldığı 4000 manat torpaq pulunu da uşağının müalicəsinə xərcləmişdir. Ona görə Teymurun pulunu verə bilməmişdir. Bildirmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəmişdir. Törətmiş olduğu əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yaşadıqları ev darısqal olduğu üçün 2022-ci ilin noyabr ayının əvvəllərində qərara gəlmişdir ki, Şəki şəhərindən 2 sot torpaq sahəsi alıb həmin torpaq sahəsində oğluna bir ev tikib, sonra onu evləndirib həmin evə köçürsün. Ona görə oğlu Vüsalla Şəki şəhərində torpaq alqı-satqısı ilə məşğul olan maklerə 2 sot torpaq sahəsi almaq istədikləri barədə müraciət etmişlər. Az sonra oğlu ona Şəki şəhərində “Qurdlar” məhəlləsi adlanan ərazidə 2 sot torpaq sahəsi satışa qoyulduğunu bildirmişdir. Oğlu Vüsal maklerdən torpaq satan şəxsin telefon nömrəsini aldığı üçün həmin şəxsə sonradan adı ona məlum olan Asimə zəng vurub satışa qoyduğu torpağa baxmaq üçün zəng etdiyini bildirmişdir. Asim də evlərində olduğunu bildirdiyinə görə oğlu Vüsalla onun ünvan 1 ünvanında yerləşən evinə getmişlər. Asim oğlu Vüsalla onu qarşılamış və evinin aşağı hissəsində yerləşən torpaq sahəsinə aparıb onlara satmaq istədiyi torpaq sahəsini göstərmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazi xoşuna gəldiyi üçün həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Asimdən torpaq sahəsinin bir sotunun qiymətini soruşduqda, Asim ona bir sot torpaq sahəsini 3.500 manata satdığını bildirmişdir. Söhbət zamanı Asimə 2 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. Asim də ona 2 sot torpaq sahəsini 7000 manata ona sata biləcəyini bildirmiş və torpaq sahəsini başqa şəxslərə satmaması üçün ondan beh kimi 1000 manat pul istəmişdir. Razılaşdığı üçün həmin gün, saat 20 radələrində oğlu Vüsalla Asimin evinə getmiş və evlərində ona 1000 manat pul vermişdir. Həmin vaxt Asimdən torpaq sahəsinin sənədlərinin olub-olmamasını soruşmuşdur. Asim də ona torpaq sahəsinin bələdiyyə sənədi olduğunu, yaxın günlərdə həmin torpaq sahəsinə çıxarış alıb ona satacağını demişdir. Bir neçə gündən sonra yeni 2022-ci ilin dekabr ayının əvvəllərində axşam oğlu Vüsal söhbət zamanı Asimin torpağın sənədləşməsi üçün 1000 manat pul istədiyini demişdir. Ona görə oğlu Vüsala 1000 manat verib torpağın sənədlərini tezləşdirməsi üçün Asimə verməsini bildirmişdir. Bir neçə gündən sonra oğlu Vüsal söhbət zamanı ona Asimin qalan 5000 manat pulu istədiyini bildirdiyi üçün oğlu Vüsala 5000 manat pul vermiş və həmin pulu natorial qaydada Asimə verməsini demişdir. Ona görə 12 dekabr 2022-ci il tarixdə oğlu X14 Xidmət mərkəzində natoriat ofisində natorial qaydada Asimə ondan 2 sot torpaq sahəsi almaq üçün 5000 manat pul vermişdir. Asim pulu alanda oğlu Vüsala yaxın vaxtlarda torpağın sənədlərini alıb onlara satacağına söz vermişdir. Bir müddət keçəndən sonra Asimə zəng edib torpağın sənədlərini hazırlaması ilə maraqlanan zaman Asim ona narahat olmamasını, yaxın vaxtlarda sənədləri hazırlayıb ona satacağını bildirmişdir. Asimə inandığı üçün ona bir söz deməmişdir. X13 şəhərində görüşəndə də Asim ona narahat olmamasını, yaxın vaxtlarda torpağın sənədlərini hazırlayıb ona xəbər verəcəyini demişdir. Sonradan bir neçə dəfə Asimə zəng vurmuşdur, lakin Asim zənglərinə cavab vermədiyi üçün onun yaşadığı ünvana getmişdir. Asim özü evlərində olmamışdır. Asimin anası ilə görüşüb ondan oğlu Asimin harada olduğunu soruşmuşdur. Anası da ona Asimin evdə olmadığını bildirmişdir. Həmin vaxt Asimin onlara satmaq istədiyi torpaq sahəsinin girişinə qapı qoyulduğunu görmüş və Asimin anasından həmin qapını ora kimin qoyduğunu soruşmuşdur. Asimin anasıda ona Asimin ona satmaq istədiyi torpaq sahəsini başqa şəxsə satdığını, həmin şəxsin də ora qapı qoyduğunu bildirmişdir. Bu zaman Asimin anasına oğluna pulunu gətirib qaytarması üçün xəbər verməsini deyib çıxıb evinə getmişdir. Sonradan dəfələrlə Asimə zəng vursa da, ona zəng çatmamışdır. Ona görə bir müddət gözləmiş, sonra Asimlə yenə əlaqə saxlaya bilmədiyi üçün onun barəsində polis şöbəsinə şikayət etmişdir. Asimdən yaşadığı ünvan 1 ünvanında yerləşən evinin aşağı hissəsində olan 2 sot torpaq sahəsini almaq üçün ona 2022-ci ilin noyabr ayının sonlarında təxminən saat 20 radələrində yaşadığı evdə beh kimi 1000 manat pul vermişdir. Həmçinin oğlu Vüsalın vasitəsi ilə 2022-ci ilin dekabr ayının əvvəllərində Şəki şəhəri “daşqaya” adlanan ərazidə sənədlərin hazırlanması üçün ona 1000 manat və 12 dekabr 2022-ci il tarixdə saat 12:14 radələrində oğlu Vüsalın vasitəsi ilə ona Şəki asan xidmət mərkəzində 5000 manat olmaqla cəmi 7000 manat pul vermişdir. Asimə evlərində 1000 manat pulu verən zaman yanında oğlu Vüsal və Asimin arvadı olmuşdur. Asimin arvadı da Asimin pulu onlardan 2 sot torpaq satmaq üçün aldığını bilmişdir. Bildirmişdir ki, təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı ödəmişdir. Hər hansı şikayəti və tələbi yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Bayram oğlu Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 2009cu ildə Şəki şəhər sakini Təqsirləndirilən şəxsla ailə qurmuş, birgə nikahlarından üç övladları dünyaya gəlmiş və hazırda həmin övladlarından biri dünyasını dəyişmişdir. Asimlə birlikdə yaşadıqları müddətdə heç yerdə işləməmişdir. Ona görə çətinliklə dolanmışlar və 2018-ci ildə aralarında yaranmış narazlıqlara görə Asimlə rəsmi boşanmışlar. Asimdən boşandıqdan sonra atasının evinə köçmüşdür. İki aydan sonra Asim yaşadığı ünvana gəlib ondan üzür istədiyinə görə uşaqlarının az yaşlı olmasını nəzərə alıb onunla barışmış və Asimlə evlərinə qayıtmışdır. Həmin vaxtdan sonra Asimlə bir evdə yaşamışlar. 2022-ci ilin noyabr ayının sonlarında yaşadıqları evdə olan zaman sonradan adı ona məlum olan Teymur adlı və Vüsal adlı şəxslər onlara gəlmişlər. Həmin şəxslər əri Asimdən yaşadıqları evin aşağı hissəsində olan torpaq sahəsinin iki sot hissəsini almağa gəlmişlər. Həmin şəxslər Asimlə iki sot torpaq sahəsini satılması barədə razılığa gəldikdən sonra çıxıb getmişlər. Teymur və oğlu getdikdən sonra Asimdən iki sot torpağı neçəyə satdığnı soruşmuşdur. Asim də ona iki sot torpaq sahələrini 7000 manata Teymura satdığını, ondan 1000 manat beh pulu aldığını bildirmişdir. Bir müddət keçəndən sonra eşitmişdir ki, Asim Teymura satdığı iki sot torpaq sahəsini sonradan Ələddin adlı şəxsə satmışdır. Asimdən bir söz soruşan zaman ona acıqlandığı üçün bu barədə ondan heç bir söz soruşmamışdır. Ona görə Asimdən həmin torpağı sonradan nə üçün Teymura deyil, Ələddin adlı şəxsə satmasının səbəbini soruşmamışdır. xx.xx.2024-cü il tarixdə oğlu vəfat etmişdir. Oğlunun qırx mərasimi qurtardıqdan sonra aralarındakı narazılıqlara görə iki azyaşlı qız övladlarını da götürüb çıxıb atası evinə getmiş və həmin vaxtdan etibarən atası evində yaşayır. Bildirmişdir ki, Ələddin adlı şəxsi tanımır. Onun hansı ünvanda yaşadığını bilmir. Asim hər dəfə ona borcu olduğunu demişdir. Lakin ondan kimə və nə üçün borcu olduğunu soruşan zaman ona işinə qarışmamasını dediyinə görə Asimin kimə borcu olduğunu bilməmişdir. Asimin Teymurdan aldığı 7000 manat pulu hara istifadə etməsindən xəbəri olmamışdır. Asim həmin puldan ona verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 2022-ci ilin sonlarından özünə ev tikmək üçün 2-3 sot torpaq sahəsi almaq qərarına gəlmişdir. Ona görə tanışlarına və dostlarına torpaq almaq istədiyini, torpaq satan olduğu təqdirdə ona məlumat vermələrini demişdir. Bir müddət keçəndən sonra Şəki şəhər sakini Asim adlı şəxsin torpaq sahəsi satdığını eşitmişdir. Asimin telefon nömrəsini öyrənib ona zəng edib görüşüb gedib satmaq istədiyi torpaq sahəsinə baxmışdır. Asimin satmaq istədiyi torpaq sahəsinin yerləşdiyi ərazi xoşuna gəldiyi üçün həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Asimin satdığı torpaq sahəsi 2,5 sot olmuşdur. Asimdən həmin torpaq sahəsini 9000 manata almağa razılaşmışdır. Asimlə pulun 8000 manat olan hissəsini alqı-satqı zamanı nəğd, qalan 1000 manatını isə evini tikib başa çatdırandan sonra verməyə razılaşmışlar. 2023-cü ilin fevral ayının 10-də Şəki asan xidmət mərkəzində Şəki şəhəri, Aşıq Cuma küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus 2,5 sot torpaq sahəsini alqı satqı yolu ilə 9000 manata almışdır. Həmin pulun 8000 manatını nəğd şəkildə Asimə vermişdir. 1000 manatını isə razılaşdıqları kimi sonra verəsi olmuşdur. Sonradan həmin torpaq sahəsinin qapısı olmadığı üçün dəmirdən qapı düzəldib qoymuşdur. Bir müddət keçəndən sonra Asim ondan satdığı torpağın qalan 1000 manatını istəmişdir. Həmin vaxt Asimə belə razılaşmadıqlarını, pulunu imkanı olanda evini tikməyə başlayanda verəcəyi barədə razılaşdıqlarını bildirmişdir. Asim də ona pula ehtiyacı olduğunu, heç olmasa 100 manat pul verməsini bildirdiyi üçün ona 100 manat pul vermişdir. Sonradan Asim yenə ondan pulunun qalan hissəsini istədiyi üçün ona 200 manat pul vermişdir. Asim bir neçə gündən sonra yenə ondan pulunu istəyəndə onun hərəkətlərindən əsəbiləşmiş və ona yaxın günlərdə ondan aldığı torpağı satıb pulunu verəcəyini demişdir. Bir müddət keçəndən sonra Asimdən aldığı torpağı başqa bir şəxsə satıb Asimə 700 manat pul verib ona olan borcunu tam ödəmişdir. Torpaq sahəsini Asimdən alana kimi onu tanımamış, onunla heç bir ünsiyyəti olmamış və Asimin ona heç vaxt borcu olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinin başlanılması və istintaqının aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. - Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, zərərçəkmiş şəxs X6 torpaq sahəsi almaq üçün Təqsirləndirilən şəxs 5000 (beş min) manat pul vermişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və 84.4 kv.metr fərdi yaşayış evi X2 adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində ********** nömrəli qeydiyyata alınmışdır. - Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 2 sot torpaq satacağı adı ilə aldadaraq ondan aldığı 7000 manat pulu ona tam şəkildə qaytardığı üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. - Şəki şəhəri “Qurdlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 416 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. - xx.xx.2023-cü il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, X15 küçəsi ünvanında yerləşən, ümumi sahəsi 0.025 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə 5000 manat məbləğə Şahid3 satmışdır. - xx.xx.2023-cü il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şahid3 Şəki şəhəri, X15 küçəsi ünvanında yerləşən, ümumi sahəsi 0.025 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə 10500 manat məbləğə X1. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağına, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyinə, ondan gizlənməyəcəyinə, cinayətkar fəaliyyətlə məşğul olmayacağına, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışına gələcəyinə və ya yaşayış yerini dəyişməyi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəlik götürmüşdür. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, 1(075)-13/2025 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ondan heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olduğundan törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-13/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-13/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver