Məhkəmə qərarları › İş №1(075)-130/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-130/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-130/2025 18.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1959-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 04 sentyabr 2025-ci il tarixdə, saat 16 radələrində Yevlax rayonunun “Xaldan dairəsi” adlanan ərazisində Şahid idarə etdiyi “VAZ 2110” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sərnişin qismində əyləşdikdən sonra həmin avtomobildə onun yanında əyləşən digər sərnişin Zərərçəkmiş şəxs həmin gün saat 16:20 radələrində Şəki rayonunun Şəki kəndinə çatdıqdan sonra özünə məxsus pul qabını cibindən çıxararaq içərisindən gediş haqqı olan 3 manat pulu pul qabından çıxardıqdan sonra pul qabını oturacağın üstünə qoymasından istifadə edərək, Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra Şəki rayonunun Şəki kəndi ərazisində olarkən, içərisində 2100 (iki min bir yüz) manat, 170 manat ekvivalentində olan 100 (bir yüz) ABŞ dolları olmaqla ümumilikdə 2270 manat pul olan 15 manat dəyərində pul qabını həmin pullarla birgə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə cəmi 2285 (iki min iki yüz səksən beş) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, göstərilən ünvanda müvəqqəti yaşayır. Subaydır, ailə həyatı qurmamışdır, əvvəllər məhkum olunmamışdır, heç yerə işləmir, təqaüdçüdür. Daimi yaşayış yeri yoxdur, lakin Ağdaş rayonunun Qaradağlı kəndində atası evi vardır. Hərdən həmin evdə yaşayır. Lakin mərhum qardaşı Çingizin arvadı Məhəbbət ilə aralarında ailədaxili münaqişələr olduğu üçün Yevlax şəhərində yaşayan bacısı Almaz Hüseynovanın evində müvəqqəti yaşamışdır. Bundan başqa tez-tez Şəki rayonunun Kiçik Dəhnə kəndində yaşayan bacısı Sədaqət Qurbanovanın da evində tez-tez yaşayır. Həmçinin bacısı Almazın oğlu Kamilin evinə gedib orada da bir müddət yaşamışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yevlax rayonunda bacısı Almazın evindən çıxıb Mingəçevir şəhərinə həkimə getmiş, günorta saatlarında Almazgilə gəldikdən sonra onun həyat yoldaşı Çingiz onu evə qoymadığı üçün Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan bacısı Sədaqətin yanına getmək qərarına gəlmişdir. Marşuruta əyləşib Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən “Xaldan dairəsi” adlanan yerə gəlmiş, orada Şəki rayonuna getmək üçün avtomobil gözləmişdir. Həmin vaxt “Vaz 2110” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yanında dayanmış və sürücü Şəki rayonuna getdiyini bildirdikdə o özü və orada olan iki nəfər orta yaşlı kişi avtomobilə əyləşmişlər. Həmin şəxslərdən biri sürücünün yanında, digəri isə onunla birlikdə arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. O, özü arxa oturacaqda sol tərəfdə sürücünün arxasında əyləşmişdir. Şəki rayonu, Şəki kəndinə çatan zaman yanında və qabaqda əyləşən iki nəfər şəxs avtomobildən düşmüşlər. Maşın hərəkətə başladıqda həmin şəxsin oturduğu yerdə bir ədəd qara rəngli pul qabı olduğunu görmüşdür. Pul qabının içərisində pul olduğunu düşünüb oturacağın üstündən götürmüş və özünə məxsus qara rəngli əl çantasının içərisinə qoymuşdur. Bu barədə sürücüyə heç nə deməmişdir. Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən “Dəhnə Store” ticarət mərkəzinin qarşısına çatan zaman sürücü maşını saxlamış və ondan düşməyini xahiş etmişdir. Sürücüyə 2 manat yol pulunu verib maşından düşmüşdür. Mağazanın kənarına çəkilib pul qabının içərisinə baxan zaman pul və sənədlər olduğunu görmüşdür. Pulu həmin yerdə saymadan hamısını götürüb öz çantasının içərisinə qoymuş, pul qabını isə içərisindəki sənədlərlə birlikdə avtomobil yolunun digər tərəfinə keçərək yolun kənarındakı su arxına tullamışdır. Həmin vaxt markasını bilmədiyi avtomobil onun yanından keçib kəndə tərəf getdikdə maşını saxlatmış və sürücüdən onu da bacısıgilə tərəf aparmasını xahiş etmişdir. Həmin şəxs onu bacısıgilin yaşadığı evin qarşısındakı küçəyə aparmışdır. Evə getdikdən sonra bacısı Sədaqətə və ailə üzvlərinə heç nə demədən yataq olağına keçmişdir. Orada pul qabından götürdüyü pulları çantadan çıxarıb saydıqda ümumilikdə 2000 manat və 100 ABŞ dolları məbləğində pul olduğunu görmüşdür. Həmin pulların hamısını gələcəkdə xərcləmək üçün özü yatdığı otaqda döşəyin arasında gizlətmişdir. Saat təxminən 23 radələrində öz yatağında uzanan vaxt bacısı Sədaqət polis əməkdaşlarının gəldiyini demiş, o, qapıya çıxdıqda polis işçiləri özlərini təqdim edərək, ondan maşından pul qabı götürüb-götürmədiyini soruşmuşlar. Həmin vaxt törətdiyi əməlin polis işçiləri tərəfindən aşkar edildiyini bilmişdir. Ona görə də sərnişin qismində əyləşdiyi avtomobildə oturacağın üstündən pul qabını götürdüyünü, içərisindəki 2000 manat və 100 ABŞ dolları pulu özündə saxladığını, pul qabını isə içərisindəki sənədlərlə birlikdə su arxına atdığını etiraf etmişdir. Daha sonra isə pulları, həmçinin pul qabını su arxından götürərək polislərə təqdim etmişdir. Sonradan maşından oğurladığı pul qabı və içərisindəki pulların Şəki kənd sakini Zərərçəkmiş şəxs məxsus olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxs tanımadığını, onunla heç bir münasibətinin olmadığını, həmin şəxsi bir dəfə xx.xx.2025-ci il tarixdə əyləşdiyi taksidə gördüyünü, Zülfüqarın arxa sağ oturacaqda onun yanında əyləşdiyini, Zülfüqarın cibindən pul qabının düşdüyünü görmədiyini, Zülfüqar avtomobildən düşdükdən sonra oturacağın üstündə, yəni Zülfüqarın əyləşdiyi yerdə həmin pul qabını gördüyünü, Zülfüqar qabaq oturacaqda əyləşən sərnişinlə birlikdə Şəki kəndinin qarşısında maşından düşən kimi pul qabını oturacağın üstündə gördüyünü və dərhal götürüb öz çantasına qoyduğunu, pul qabı barədə heç kimə heç nə demədiyini, sürücü və digər şəxslərin onun pul qabını götürüb çantasına qoymasını görmədiyini, sürücünün diqqətinin yolda olduğunu, sürücünün onun oğurluq etməsini görmədiyindən əmin olduqdan sonra pul qabını çantasına qoyduğunu, həmin vaxt maşında sürücüdən və ondan başqa heç kimin olmadığını, daimi yaşayış yeri olmadığı üçün həmin oğurladığı pullar ilə özünə kirayə ev tutmaq istədiyini, bacısı X2 və ailə üzvlərinə, həmçinin digər şəxslərə heç nə demədiyini, heç kimin bu barədə məlumatı olmadığını, yataq otağında özü tək olarkən pulları çantadan çıxarıb saydıqdan sonra pulların hamısını döşəyin altında gizlətdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdən Yevlax şəhərində yerləşən X3 Şirkətində sürücü işləyir. Gündəlik olaraq yaşadığı Şəki kəndindən Yevlax şəhərinə gedib qayıdır. 04 sentyabr 2025-ci il tarixdə saat 15:30 radələrində işdən çıxaraq yaşadığı kəndə gəlmək üçün Mingəçevir marşrutuna əyləşib “Xaldan dairəsi” adlanan əraziyə getmişdir. Həmin vaxt marşrutda təsadüfən həmkəndlisi Bəhlul ilə rastlaşmışdır. Birlikdə Xaldan dairəsində marşrutdan düşüb Şəki kəndinə gəlmək üçün taksi gözləmiş və saat 16 radələrində VAZ 21010 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünə yaxınlaşmışlar. Aralarındakı razılığa əsasən, adını sonradan bildiyi həmin taksi sürücüsü Xəzər onları Şəki kəndinin giriş hissəsində avtomobil yolunun kənarında düşürməyə razı olmuşdur. Bəhlul qabaq sağ oturacaqda, o isə arxa oturacaqda sağ tərəfdə Bəhlulun arxasında əyləşmişdir. Bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs da sürücüyə yaxınlaşıb Dəhnə kəndinə getdiyini demiş və onu da aparmasını xahiş etmişdir. Sürücü razı olmuş. Həqiqət arxa oturacaqda sol tərəfdə onun yanında əyləşmişdir. Şəki kəndinə çatdıqda o, cibindən özünə məxsus pul qabını çıxarıb içərisindən 3 manat pul çıxarmış və Bəhlula verərək ikisinin də yol pulunu verməsini xahiş etmişdir. X9 dairəsinə gedərkən onun yol pulunu Bəhlul vermişdir. Pul qabını isə oturacağın üstünə qoymuş, maşından düşərkən götürəcəyini düşünmüşdür. Lakin maşından düşərkən pul qabını götürməyi unutmuş, onlar maşından düşdükdən sonra avtomobil oradan uzaqlaşmışdır. Daha sonra Bəhlul sürücüyə 2 manat verdiyini deyib 1 manat pulu ona qaytardıqda o, pulu ondan götürüb pul qabına qoymaq üçün əlini cibinə soxduqda pul qabının olmadığını görmüşdür. Həmin vaxt pul qabını oturacağın üstündə qoyub düşdüyünü xatırlamışdır. Daha sonra sürücü Xəzərin telefon nömrəsini tapıb onunla əlaqə saxlamış, lakin o, maşında pul qabı olmadığını bildirmişdir. Həmin vaxt yanında əyləşən digər sərnişinin pul qabını götürdüyünü düşünmüşdür. Sürücü onlarla birlikdə maşında əyləşən digər sərnişini, yəni Həqiqəti isə “Dəhnə Store” marketin qarşısında maşından düşürdüyünü demişdir. O, marketin yanında da həmin şəxsi tapmamışdır. Belə olduqda DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin pul qabının içərisində 2100 manat, 100 ABŞ dolları pul, şəxsiyyət və sürücülük vəsiqələri, özünə məxsus avtomobilin qeydiyyat şəhadətnaməsi və iki ədəd öz adına olan Kapital banka məxsus, bir ədəd isə Bank Respublika bankına məxsus plastik bank kartları olmuşdur. Araşdırma zamanı ona məxsus pul qabını içərisindəki pullar və sənədlərlə birlikdə Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. O, həmin oğurlanmış pul qabının qara rəngli olmaqla dəri materialdan hazırlandığını, həmin pul qabının 15 manat dəyərində olduğunu, həmin pulların və pul qabının ona məxsus olduğunu, belə ki, 520 manat və 100 ABŞ dolları pulun əvvəlcədən özündə olduğunu, 1580 manat pulu isə qardaşı Vüqarın onun kartına köçürdüyünü, həmin gün Yevlax şəhərində bankomatdan həmin pulu çıxardığını, pul qabını isə şəxsi vəsaiti hesabına özü istifadə etmək üçün aldığını, həmin pul qabının içərisində qeyd etdiyi pullardan başqa özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilinin texniki şəhadətnaməsi, iki ədəd Kapital banka məxsus və bir ədəd Bank Respublika Bankına məxsus plastik kartların olduğunu, plastik kartların şifrələrinin özündə olduğunu, kart hesablarına hər hansı müdaxilə olunmadığını, Təqsirləndirilən şəxs tanımadığını, onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, 04 sentyabr 2025-ci il tarixdə günorta saatlarında yaşadığı evin təmiri üçün aldığı bir neçə tikinti materiallarını geri qaytarmaq üçün özünə məxsus olan baş etibarnamə ilə idarə etdiyi “VAZ-2110” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilə əyləşib özü tək Mingəçevir şəhərinə getmişdir. Orada materialları qaytarıb yaşadığı Cəfərabad kəndinə qayıtmaq üçün yola düşmüş, həmin vaxt avtomobildə tək olmuşdur. Yevlax rayonunun “Xaldan dairəsi” adlanan əraziyə çatdıqda bir neçə sərnişin götürmək qərarına gəlmişdir. Həmin yerdə dayanarkən, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb Kiçik Dəhnə kəndinə getmək istədiyini deyərək avtomobildə arxa oturacaqda sol tərəfdə əyləşmiş, həmçinin iki nəfər şəxs də yaxınlaşıb Şəki rayonunun Şəki kəndinə gedəcəklərini deyərək həmin şəxslərdən biri qabaq sağ oturacaqda, digər şəxs, yəni adını sonradan bildiyi Zərərçəkmiş şəxs isə arxa oturacaqda sağ tərəfdə Həqiqətin yanında əyləşmişlər. Şəki rayonu istiqamətdə hərəkət etmiş, Şəki kəndinin girişində maşını saxlamış, Zülfüqar və digər sərnişin hər biri üçün 1 manat olmaqla cəmi 2 manat yol pulunu verib maşından düşmüşlər. Həqiqət isə arxa oturacaqda oturmuşdu. Oradan yola düşmüş və Şəki rayonun Böyük Dəhnə kəndində “Dəhnə Store” ticarət mərkəzinin qarşısında maşını saxlamışdır. Təqsirləndirilən şəxs da 2 manat yol pulu ona verib maşından düşmüşdür. Həmin vaxt Həqiqətin əlində nə saxladığına və hansı istiqamətdə getməsinə fikir verməmişdir. Özü isə maşını Suçma kəndinə sürüb orada mağazadan divar üzlüyü alaraq Cəfərabad kəndinə yaşadığı evə getmişdir. Evə çatdıqdan təxminən yarım saat sonra Zərərçəkmiş şəxs ona zəng edərək, nömrəsini kimdənsə tapdığını demiş və onun avtomobilində olarkən, özünə məxsus pul qabını içərisindəki pullarla birlikdə itirdiyini demişdir. O, bu barədə məlumatı olmadığını, maşında pul qabı görmədiyini demiş və dərhal avtomobilin salonuna ətraflı baxmışdır. Lakin pul qabı avtomobildə olmamışdır. Bu barədə Zülfüqara bildirmişdir. Səhəri gün isə Zərərçəkmiş şəxs Şəki kəndində avtomobildən düşərkən özünə məxsus içərisində pul və sənədləri olan pul qabını arxa oluracağın üstünə qoyduğunu, o, avtomobildən düşdükdən sonra isə Təqsirləndirilən şəxs həmin pul qabını, içərisindəki 2100 manat, 100 ABŞ dolları və Zülfüqara məxsus sənədlərlə birlikdə götürüb çantasına qoyduğunu eşitmişdir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımadığını, həmin şəxslərlə heç bir münasibətinin olmadığını, bir dəfə xx.xx.2025- ci il tarixdə avtomobilinə sərnişin qismində əyləşərkən gördüyünü, Şəki kəndinə çatarkən, Zərərçəkmiş şəxs əlindəki pul qabının içərisindən 1 manat pulu çıxarıb yol pulunu verdiyini, lakin bundan sonra pul qabını oturacağın üstünə qoymasını görmədiyini, həmçinin Təqsirləndirilən şəxs oturacağın üstündə pul qabı olması və pul qabını götürməsi barədə ona heç nə demədiyini. Təqsirləndirilən şəxs Zülfüqar Şüküıiüyə məxsus pul qabını və pulları götürdüyünü görmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/284 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işinin başlanılması və istintaqının aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. - 05 sentyabr 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə sərnişin qismində əyləşdiyi “VAZ-2110” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobildən Şəki rayonunun Böyük Dəhnə kəndində yerləşən “Dəhnə Store” ticarət mərkəzinin qarşısında düşmüşdür. - 05 sentyabr 2025-ci il tarixli maddi sübutun təqdim edilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs seriya nömrəsi D11778469, C86748049, C41729607, D16330954, A35042887, C45286231, C05183331, A96920398, 06005254, C40757531, C43798635, C92300739, C27429202, C54786615, C83023444, C62596512 olan on altı ədəd 100 (yüz) manatıq, seriya nömrəsi A07402867, A06606196, A51382234, B13231531 olan dörd ədəd 50 (əlli) manatlıq, seriya nömrəsi A30907941, A81607579, A08067510, A71830496, A52685065, A78203845, A45549583, Ä21346326, A45557514, Al ******* olan on ədəd 20 (iyirmi) manatlıq, seriya nömrəsi LF36834551F olan bir ədəd 100 ABŞ dolları pul əskinazlarını, Zərərçəkmiş şəxs məxsus 1 ədəd ЛА0554201 nömrəli şəxsiyyət vəsiqəsi, 1 ədəd BC516427 nömrəli sürücülük vəsiqəsi və 1 ədəd BD301237 saylı qeydiyyat şəhadətnaməsini, Bank Respublikaya məxsus 4244- 5115-0475-8214 nömrəli, “Kapital Bank”a məxsus 5103-0714-0535-6360 nömrəli və 5239- 1517-5926-1418 nömrəli plastik kartları, həmin pul əskinaslarının və sənədlərin içərisində olduğu 1 ədəd qara rəngli pul qabını təhqiqata təqdim edərək, həmin içərisində ümumilikdə 2000 (iki min) manat va 100 ABŞ dolları, həmçinin sənədlər və plastik kartlar olan pul qabını xx.xx.2025-ci il tarixdə “Xaldan dairəsi” adlanan ərazidə sərnişin qismində əyləşdiyi avtomobilin arxa sağ oturacağında onun yanında sərnişin qismində əyləşən tanımadığı şəxsin (kişi) cibindən oturacağın üstünə düşdüyünü, həmin şəxs Şəki kəndinin qarşısında maşından düşərkən ona heç nə demədiyini, özü isə Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən “Dəhnə Store” ticarət mərkəzinin qarşısında maşından düşərkən heç kimə heç bir məlumat vermədən həmin pul qabını oturacağın üstündən götürüb maşından yerə düşdükdən sonra pul qabının içərisinə baxdıqda pulları və sənədləri gördüyünü, ümumilikdə 2000 manat və 100 ABŞ dolları pul əskinazlarını özünə məxsus qara rəngli əl çantasının içərisinə qoyduğunu, pul qabını isə içərisindəki sənədlər və plastik kartlarla birlikdə avtomobil yolunun digər tərəfinə keçərək yolun kənarındakı su arxana tulladığını, oradan Kiçik Dahnə kəndinə bacısı Sədaqət Qurbanovanın yaşadığı evə getdikdən sonra ümumilikdə 2000 manat və 100 ABŞ dolları pul əskinazlarım gələcəkdə özü xərcləmək məqsədilə özünün yatdığı döşəyin altında gizlətdiyini, bu barədə heç kimə heç nə demədiyini, bir neçə saat sonra polis əməkdaşları həmin ünvana gəldikdə isə oğurluq etdiyi məlum olduğu üçün ümumilikdə 2000 manat və 100 ABŞ dolları pul əskinazlarını və su arxına atdığı həmin içərisində sənədlər və plastik kartlar olan pul qabını təqdim etdiyini bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 16 ədəd 100 (yüz) manatlıq, 04 ədəd 50 (əlli) manatlıq, 10 ədəd 20 (iyirmi) manatlıq və 01 ədəd 100 ABŞ dolları pul əskinazları, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və 3 ədəd plastik kart 1 ədəd qara rəngli pul qabı ilə birgə götürülmüşdür. - xx.xx.2025-ci il tarixli, 5/905 nömrəli sənədlərin məhkəmə texniki ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd LF36834551F nömrəli 100 ABŞ dollar, 16 ədəd C45286231, A96920398, C16005254, C40757531, C43798635, C92300739, C27429202, C54786615, C83023444, C62596512, C86748049, C41729607, D16330954, Л35042887, C05183331, D11778469 nömrəli 100 Azərbaycan manatı, 10 ədəd Л71830496, A81607579, Al 1809277, A45557514, A21346326, A45549583, A78203845, A52685065, Л08067510, A30907941 nömrəli 20 Azərbaycan manatı, dörd ədəd В13231531, A51382234, A06606196, A07402867 nömrəli 50 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. - Azərbaycan Respublikası Mərkəzi Bankın Məlumat-axtarış sistemindən götürülmüş AZN məzənnələrinin xx.xx.2025-ci il tarixinə olan siyahısından görünür ki, 100 ABŞ dolları pul vəsaiti həmin gün üçün 170 manat dəyərində olmuşdur. - Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Şəki rayonu, Kiçik Dəhnə kəndində pasport qeydiyyatındadır, hal-hazırda Kiçik Dəhnə kəndində yaşayır. - Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Şəki rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli, 828 nömrəli məktubdan görünür ki, Şəki rayonunun Kiçik Dəhnə kəndində pasport qeydiyyatında olan 1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. - “X7” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-71/2-1520/2025 məktubdan görünür ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində pasport qeydiyyatında olan xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “X7” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən, zərərçəkmiş şəxs, şahidin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd pul qabı Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd pul qabı Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar