Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-134/2025 12.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1977-ci ildə Şəki rayonu, Köndələn kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, X19 Teatrında elektrik-mühəndis işləyən, Şəki rayonu, Köndələn kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 260.1-ci maddəsi ilə təqsirləndirilməsinə xx xxxxxx 1985-ci ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 260.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 260.1-ci maddəsi ilə ittiham elan edilmişdir belə ki onlar, xx xxxx 1977-ci ildə Şəki rayonu, Köndələn kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, X19 Teatrında elektrik-mühəndis işləyən, Şəki rayonu, Köndələn kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1985-ci ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirilirlər ondan ötrü ki, onlar odla ehtiyatsız davranma üzündən xeyli miqdarda ziyan vurmaqla ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və zədələmə cinayət əməlini törətmişdirlər. Belə ki, onlar 30 iyul 2025-ci il tarixdə, saat 15 radələrində birlikdə Təqsirləndirilən şəxs1 məxsus əkin sahəsindəki yararsız saman çöplərini birlikdə yandırmaq barədə qabaqcadan razılaşmaqla Şəki rayonunun Baş Göynük kəndinin “Qaraqul” adlanan ərazisində yerləşən və Təqsirləndirilən şəxs1 istifadəsində olan 5 ha əkin sahəsindəki yararsız saman çöplərini birlikdə yandırmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2121” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobil ilə özünə məxsus həmin əkin sahəsinə gəlmişlər, həmin əkin sahəsinin kənarlarına əvvəlcədən arx çəkdirdiyindən yanğının kənar sahələrə yayılmayacağını hesab edərək, zəruri təhlükəsizlik tədbirlərinə riayət etmədən, lazımi diqqət və ehtiyatlılıq göstərərək baş verə biləcək nəticələri qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməyərək, yanğının kənar sahələrə keçməyəcəyini düşünərək Təqsirləndirilən şəxs1 məxsus həmin biçilərək arpa məhsulu və samanı götürülmüş əkin sahəsində qalan yararsız və dəyəri olmayan saman çöplərini Təqsirləndirilən şəxs1 gətirdiyi kibrit vasitəsi ilə yandırmış, yanğın sürətlə yayılmağa başlamış, hər ikisi ayağı ilə söndürməyə çalışsa da nəticəsi olmamış, nəticədə yanğının ətraf ərazilərə yayılmasının qarşısını ala bilməmişlər, yanğının ətraf ərazilərə yayılması nəticəsində ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs1 məxsus həmin ərazinin yaxınlığında yerləşən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisinə daxil olan 350 ha Dövlət qış otlaqları sahəsində ümumilikdə xeyli miqdar təşkil edən 12480 (on iki min dörd yüz səksən) manat dəyərində sarağan, qaratikan və yemişan növlərinə aid çoxsaylı kol cinsinə məxsus yaşıllıqların yanaraq zədələnməsi, 156 ədəd müxtəlif növ (sarağan, qaratikan və yemişan) kollarının ehtiyatsızlıqdan tamamilə yanaraq məhv olmasına səbəb olmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə cəmi xeyli miqdar təşkil edən 12480 (on iki min dörd yüz səksən) manat məbləğində maddi zərər vurmaqla odla ehtiyatsız davranma üzündən xeyli miqdarda ziyan vurmaqla ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və zədələmə cinayət əməlini törətmişdirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 260.1-ci maddəsi ilə özünü təqsirli bilərək əməlindən peşmandır. Dəymiş ziyanın tam ödənilməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını və təqsirləndirildiyi maddənin 19 dekabr 2025ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş amnistiya aktının təsir dairəsinə düşdüyünü nəzərə alaraq cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, cinayət əməlində özünü təqsirli bilir, əməlindən peşmadır. Dəymiş ziyanın tam ödənilməsini və təqsirləndirildiyi maddənin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş amnistiya aktının təsir dairəsinə düşdüyünü nəzərə alaraq cinayət işinə xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 təqsirləndirilən şəxslərin dəymiş ziyanın tam ödədiklərini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 iyul 2025-ci il tarixdə Şahid1 DİN-nin 102 xidmətinə zəng edərək Şəki rayonu, Təzəkənd kəndində “Niva” markalı avtomobilin sürücüsü tərəfindən taxıl sahələrinin qəsdən yandırılması, həmçinin həmin tarixdə X6 DİN-nin “102” xidmətinə zəng edərək “Əyri çay” su anbarının yaxınlığında, örüş sahəsində yanğın olması barədə verdikləri məlumat və həmin məlumatlar əsasında toplanmış materiallar olmuşdur. “Şübhəli şəxsin tutulması” haqqında 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Şəki Rayon Məhkəməsinin 02 avqust 2025-ci il tarixli, 4(075)-61/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə, yəni 31 iyul 2025-ci il tarixdən hesablanmaqla 30 oktyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. “Şübhəli şəxsin tutulması” haqqında 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:25-də Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Şəki Rayon Məhkəməsinin 02 avqust 2025-ci il tarixli, 4(075)-62/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə, yəni 31 iyul 2025-ci il tarixdən hesablanmaqla 30 oktyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(075)-97/2025 saylı qərarına əsasən iş üzrə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(075)-98/2025 saylı qərarına əsasən iş üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. “İbtidai istintaq müddətinin uzadılması” barədə 24 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən xx.xx.2025-ci il tarixdən 01 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2025-ci il tarixli, 4(075)-104/2025 saylı qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 01 ay müddətinə, yəni 30 noyabr 2025-ci il tarixədək uzadılmışdır. Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2025-ci il tarixli, 4(075)-103/2025 saylı qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 01 ay müddətinə, yəni 30 noyabr 2025-ci il tarixədək uzadılmışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 04 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəki ŞRPŞ-nin istintaq bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsindən həmin Məcəllənin 260.1-ci maddəsinə tövsif edilməklə istintaq həmin maddə ilə davam etdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə və yenidən ittiham elan edilməsi” haqqında 05 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 260.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə və yenidən ittiham elan edilməsi” haqqında 05 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 260.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında 03 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında 03 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərmişdir. “Baxış keçirilməsi haqqında” 30 iyul 2025-ci il tarixli protokoldan görünür ki, yanğın hadisəsi Şəki rayonunun Baş Göynük kəndinin “Qaraqul” adlanan ərazisində baş vermiş, yanğın nəticəsində əkin sahələri və Dövlət qış otlaqları ərazisində yerləşən yaşıllıqlar yanmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 01 avqust 2025-ci il tarixli, C-HM/14625-051 nömrəli məktubdan görünür ki, Şəki rayonunun Baş Göynük kəndinin “Qaraqul” adlanan ərazisində baş vermiş yanğın nəticəsində ona yaxın Dövlət qış otlaqları ərazisində yanaraq məhv olmuş və zədələnmiş yaşıllıqlara baxış keçirilmiş, yanğın nəticəsində ərazidə qaratikan və yemişan növlərinə aid olmaqla çoxsaylı kol cinsinə məxsus yaşıllıqlar zədələnmiş və 156 ədəd müxtəlif növ (sarağan, qaratikan və yemişan) kolları tamamilə yanaraq məhv olmuşdur. Yanğın nəticəsində yanaraq məhv olmuş kollara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı qərarının 1 nömrəli əlavəsinə əsasən dəymiş ziyanın məbləği 12480 (on iki min dörd yüz səksən) manat hesablanmışdır. Şəki rayonunun Baş Göynük Bələdiyyəsindən daxil olmuş 31 iyul 2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Şəki rayonunun Qaraqul və Sarıca adlı ərazilərində baş vermiş yanğın zamanı ilkin müşahidələrə əsasən, ümumilikdə 3000 hektardan artıq torpaq sahəsindən (dövlət fond torpaqları, bələdiyyəyə məxsus örüş, otlaq və əkin torpaqları, pay torpaqları) fermerlərin istifadəsində (icarəsində və mülkiyyətində) olan cəmi 1441 ha torpaq sahəsi yanmışdır. Şəki rayonunun X5 daxil olmuş 31 iyul 2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə Şəki rayonunun Qaraqul və Sarıca adlı ərazilərində baş vermiş yanğın zamanı Şəki rayonu Aşağı Göynük kənd İƏD üzrə nümayəndəliyinin əhatə etdiyi ərazidə yaşayan fermerlərin istifadəsində olan 220 ha torpaq sahəsi (bələdiyyə və pay torpaqları) ilkin müşahidələrə əsasən tamamilə yanmışdır. Şəki rayonunun X5 daxil olmuş 06 oktyabr 2025-ci il tarixli, 213 nömrəli məktubdan görünür ki, 30 iyul 2025-ci il tarixdə Aşağı Göynük bələdiyyəsinin “Qaraqul” adlanan ərazisində biçin aparılmış taxıl sahəsində baş vermiş yanğın nəticəsində Aşağı Göynük bələdiyyəsinə ziyan dəyməmişdir. Müddət ərzində “Qaraqul” adlanan ərazidə torpaq sahələri olan kənd sakinləri tərəfindən yanğın nəticəsində vətəndaşlara dəymiş hər hansısa ziyanlıqla əalqədar Aşağı Göynük bələdiyyəsinə ərizə və şikayətlər daxil olmamışdır. Şəki rayonunun Baş Göynük Bələdiyyəsindən daxil olmuş 06 oktyabr 2025-ci il tarixli, 73 nömrəli məktubdan görünür ki, 30 iyul 2025-ci il tarixdə Baş Göynük kəndinin ərazisinin “Qaraqul” adlanan ərazisində olmuş yanğınla əlaqədar Baş Göynük bələdiyyəsinə aid torpaq və əmlaka heç bir ziyan dəyməmişdir. Yanğınla əlaqədar olaraq kənd sakinləri, icarəçilər və pay torpağı olan vətəndaşlar tərəfindən bələdiyyəyə heç bir şikayət daxil olmamışıdr. Şəki Şəhər İcra Hakimiyyətindən daxil olmuş 08 oktyabr 2025-ci il tarixli, 5-7/2- 1192/2025 nömrəli məktubdan görünür ki, 30 iyul 2025-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndininin “Qaraqul” adlanan ərazisində baş vermiş yanğın hadisəsi zamanı həmin ərazidə vətəndaşların istifadəsində olan dövlət ehtiyat fondu torpaqları kateqoriyasına aid ümumilikdə 420 ha əkin, 780 ha isə örüş və otlaq sahələri tamamilə yanmışdır. Həmçinin maddi ziyanlığın müəyyən edilməsi üçün xüsusi bilik və bacarığı olan mütəxəssis rəyi tələb olunduğundan dəymiş maddi ziyanlığın müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa 30 iyul 2025-ci il tarixdən, yəni sözügedən yanğın hadisəsi baş verdiyi vaxtdan indiyədək, Şəki rayonunun Baş Göynük kəndinin "Qaraqul" adlanan ərazisində fermer təsərrüfatı ilə məşğul olan vətəndaşlar və ya digər hüquqi və fiziki şəxslər tərəfindən baş vermiş yanğın hadisəsi ilə bağlı dəymiş ziyan və ya hər hansı köməklik göstərilməsi barədə Şəki Şəhər İcra Hakimiyyətinə müraciət daxil olmamışdır. Şimal-Qərb regional X14 İdarəsindən daxil olmuş 11 avqust 2025-ci il tarixli, 3-18-74/2- 1703/2025 nömrəli məktubdan və yanğın haqqında ilkin aktdan görünür ki, 30 iyul 2025-ci il tarixdə Şəki rayonun Cumakənd kəndində dağlıq ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahəsində yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğının qəsdən törədilməsi ehtimal edilir. 14 oktyabr 2025-ci il tarixli, 10/6290 nömrəli ekspert rəyindən görünür ki, Şəki rayonunun Göynük kəndinin “Qaraqul” adlanan ərazisində yerləşən əkin sahəsində yanğının mənbəyini rəyin təsviri hissəsində göstərilən səbəblərə görə, yəni yanar materiallar bərabər paylanmış sahələrdə (meşələrdə, açıq otlaq sahələrində) müəyyən etmək mümkün olmur. Yanğının, istintaq tərəfindən müəyyən edilən şəraitdə, yəni kibritdən odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş verməsi mümkündür. Şəki şəhər İHB-nın Aşağı Göynük kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 28 avqsut 2025-ci il tarixli, 240 nömrəli arayış və xasiyyətnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Şəki rayonu, Köndələn kəndində pasport qeydiyyatında olmaqla, ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 04 avqust 2025-ci il tarixli, 477 nömrəli arayış və xasiyyətnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şəki rayonu, Baş Göynük kəndində pasport qeydiyyatında olmaqla, ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Şəki rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli, 786 nömrəli məktubdan görünür ki, Şəki rayonunun Köndələn kəndində yaşayan 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Şəki rayonunun Baş Göynük kəndində yaşayan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. “X11” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-71/2-1481/2025 məktubdan görünür ki, Şəki rayonu, Köndələn kəndində pasport qeydiyyatında olan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Şəki rayonu, Baş Göynük kəndində pasport qeydiyyatında olan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “X11” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdurlar. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim olunan 21 yanvar 2025-ci il tarixli, 3-14-46/2-038/2026 nömrəli arayışdan görünür ki, Şəki Rayon Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 260.1ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(075)-134/2025 nömrəli cinayət işi üzrə dövlətə dəymiş 12480 (on iki min dörd yüz səksən) manat ziyan Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına tam şəkildə ödənilmişdir. "xxxx" ASC-nin Birbank” mobil tətbiqindən çıxarılmış qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin VÖEN ********** nömrəli hesabına xx.xx.2026-cı il tarixdə 2483 manat ödəniş etmişdir. Şəki şəhər İcra Hakimiyyəti Başçısının yanında Aşağı Göynük kənd İcra nümayəndəliyi tərəfindən verilmiş, 24 iyun 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 43 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə ata adı qrafasında Təqsirləndirilən şəxs1, ana adı qrafasında X8 qeyd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-ci maddəsinə əsasən odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfləri məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini CM-nin 260.1-ci maddəsi ilə təqsirli bildiyini və barələrində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxslərin ərizələrini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində tətbiq edilməli və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməli və onlar cinayət məsuliyyətindən azad olunmalıdırlar. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2-ci bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə; 5.2.1-ci bəndinə əsasən bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilən CM-nin 260.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən əməldir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinə şamil olunmur. Həmçini Təqsirləndirilən şəxs1 himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onların barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs1 Və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri, Təqsirləndirilən şəxs2 barəsində isə həmin Qərarın 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsinlər və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs1 Və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №1(075)-134/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-134/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver