Məhkəmə qərarları › İş №1(075)-14/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-14/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-14/2021 01.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü ildə Şəki rayonu, Şorsu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Şəki rayonu, Şorsu kəndində pasport qeydiyyatında olan, həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində Şəki rayonu, Qoxmuq kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvana gələrək 3-cü qrup əlil olması ilə bağlı aldığı aylıq 110 manat məbləğində sosial pul müavinətinin məbləğini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Şəki şəhər filialında işləyən tanışının vasitəsilə hər ay 120 manat məbləğində artıracağı barədə yalan vədlər verib, etibarından sui-istifadə edərək aldadıb yaşadığı evdə ondan 1200 manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs arvadı Şahid1 ilə tanışlıqları “İnstagram” sosial şəbəkəsi vasitəsilə 2020-ci ilin yanvar ayından yaranmış, Şəki rayonu Qoxmuq kəndində yaşadığını bilib mobil telefon nömrəsini alaraq “WhatsApp” sosial şəbəkəsində Samirə ilə yazışmağa başlamışlar. Yazışdıqları zaman Samirənin tütünçülük fermer təsərrüfatında anası Yeganə ilə birlikdə fəhlə işlədiyini, ailəli və ərinin 3-cü qrup əlil olduğunu, əlliyə görə 110 manat pensiya aldığını öyrənmiş, lakin Yeganənin anası olduğunu Samirəyə deməmişdir. O, Samirə ilə yaranmış münasibətindən yararlanmaq, etibarını qazanaraq pulunu ələ keçirmək istəmiş, bu niyyətlə Samirəyə tanışlarının çox olmasını, əlaqəli, iş görə bilən şəxsində təqdim olunmağa çalışmışdır. Danışıqları zamanı Samirəyə Yaşıllaşdırma idarəsində işə düzəlməyə imkanı olduğunu bildirib 360 manat vermək lazım olduğunu demiş, cəmi 240 manat verə biləcəyini anladıqda razılaşıb Samirədən 240 manat pul almışdır. O, Samirəyə Şəki rayonu Sosial Müdafiə Şöbəsində tanışının olduğunu, ərinin 3-cü qrup əlilliyə görə 130 manat olan pensiyasını artırıb 230 manat edə biləcəyini, bunun üçün 900 manat pul verməli olduqlarını bildirmiş, Samirə əri ilə danışıb bir söz deyəcəyini ona demişdir. Onun niyyəti Samirəni aldadaraq pul ələ keçirmək olmuş, bu məqsədlə sonradan danışıb ərinin pensiyasının artırılmasının 900 manata alınmadığını, 1200 manata başa gələcəyini söyləmişdir. Bir həftə sonra Samirə ona zəng edib evlərinə gələ biləcəyini soruşmuş, ailə üzvlərinin onu tanımaq istədiyini bildirmiş, o da gələ biləcəyini söyləmişdir. O niyyətinə çatmaq üçün xx xxxxx 2020-ci ildə saat 16 radələrində Şəki rayonu Qoxmuq kəndinə, Samirənin əri Tofiq, qayınatası Rafiq və qayınanası Bunçiçək ilə birgə yaşadığı evlərinə getmiş, onlarla görüşüb tanış olmuşdur. Söhbət edərkən Tofiqin pensiyasını artırmaq üçün 1200 manat pul lazım olduğunu, həmin pulu Şəki rayonu Sosial Müdafiə Mərkəzində işləyən tanışlarına verəcəyini, gələn aydan, yəni may ayından Tofiqin 230 manat aylıq pensiya alacağını demiş və onları inandırmaq üçün özünü guya Şəki rayonu Sosial Müdafiə Mərkəzində işləyən tanışı ilə danışır kimi göstərərək telefonu yalandan qulağına aparmış, danışdığı adama “müəllim” deyə müraciət etmişdir. O, həmin vaxt Tofiq və ailəsi ondan şübhələnməsinlər deyə telefonu mikrofona qoymamış və daha inandırıcı olması üçün telefonda danışdığı “müəllimin” ona Tofiqin əlillik kağızını, şəxsiyyət vəsiqəsini və 2015-ci ildə olan reseptlərini götürüb gəlməsini bildirdiyini demişdir. Bundan sonra Tofiq də ona inanmış, atası Rafiqdən pulu alıb arvadının, atası və anasının yanında ona 12 ədəd yüzlük əskinazlarla 1200 manat pul vermişdir. Tofiq ona pulu verərkən 900 manat kredit alıb pulu düzəltdiklərini, çatmayan 300 manat pulu isə borc aldıqlarını ona bildirmişdir. O, 1200 manat pulu, Tofiqin şəxsiyyət vəsiqəsini, reseptləri və ürək xəstəliyi ilə bağlı olan sənədləri götürüb getmişdir. Tofiq və Samirə tez-tez ona zəng edərək işlərinin düzəlibdüzəlməyəcəyi ilə maraqlanmış, o hər dəfə narahat olmamalarını, işlərinin düzələcəyini, alınmasa pullarını qəpiyinə kimi qaytaracağını bildirmişdir. Tofiqi aldadaraq ondan aldığı 1200 manat pulu yeyib-içməyə, müxtəlif əyləncələrə və şəxsi ehtiyaclarına xərcləmişdir. Onun ələ keçirəcəyi pulları Samirə və Tofiqə qaytarmaq fikri olmamış, onları hər dəfə aldadaraq etibarlarından sui-istifadə edib pullarını ələ keçirib özününküləşdirmək fikri olmuşdur. Tofiqdən aldığı 1200 manat və əvvəlcədən aldığı 240 manat puldan evlərinə heç nə almamışdır. Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini, əlillik kağızını, 2015-ci ildən olan dərman reseptlərini aldadaraq, 1200 manat pulunu ələ keçirmək məqsədilə almış, lakin həmin sənədləri Zərərçəkmiş şəxs qaytarmışdır. O, Zərərçəkmiş şəxs 1200 manat pulunu ələ keçirdikdən sonra aylıq 110 manat olan pensiya müavinətinin 120 manat məbləğində artırılaraq 230 manata qaldırılması istiqamətində heç bir iş görməmiş, bununla bağlı Şəki rayonu Sosial Müdafiə Şöbəsinə müraciət etməmişdir. X9 şəhərində yerləşdiyi yeri də bilməmişdir. Şəki rayonu Sosial Müdafiə Şöbəsində onun hər hansı bir tanışı olmamış, Zərərçəkmiş şəxs pensiya müavinətinin artırılması üçün hər hansı bir iş görmək iqtidarında olmamışdır. Əməlindən peşmandır. Şahid1 aldadaraq ondan aldığı 240 manat pulla görə o, inzibati məsluyyətə, Zərərçəkmiş şəxs aldadaraq ondan aldığı 1200 manat pula görə isə cinayət məsliyyətinə cəlb edilmiş, Samirə və Tofiqdən aldığı cəmi 1440 manat pulu onlara tam həcmdə ödəmiş və onunla barışmışdır. Buna görə də Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi qalmamışdır. O, əməlindən peşiman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, hadisə zamanı zərərçəkmişə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını bildirib, bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəki rayonu Şorsu kəndində yerləşən tütünçülük fermer təsərrüfatında arvadı Şahid1 Şorsu kənd sakini Yeganə Nurəhmədova ilə birlikdə fəhlə işləmiş, Samirənin Yeganə və onun oğlu iş üzrə Təqsirləndirilən şəxs ilə telefonla münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs arvadı Şahid1 ilə danışarkən Samirəni Şəki rayonu Yaşıllaşdırma İdarəsində işə düzəltmək adı ilə 360 manat pul istəmiş, lakin pullarının olmadığını, 240 manat verə biləcəkləri Elnura bildirilmişdir. O da razı olub pulu almış və işi alındıra biləcəyini söyləmişdir. Sonra Elnur onun 3-cü qrup əlil olmasını, buna görə 110 manat pensiya aldığını öyrənmiş, Şəki rayonu Sosial Müdafiə Şöbəsində tanışının olduğunu, onun pensiyasını artıra biləcəyini, bunun üçün 900 manat pul lazım olduğunu Samirəyə bildirmişdir. Samirə məsələ ilə bağlı evlə danışmalı olduğunu, evdə razı olacaqları təqdirdə məlumat verəcəyini Elnura bildirmişdir. Samirə evdə məsələni ona, atası Rafiq İdrisov və anası Şahid2 danışmış, onlar pulun verilməsinə razılaşmış və bankdan pul da götürmüşlər. Samirə Elnurla pensiyanın artırılması ilə bağlı danışan zaman Elnur pulu 300 manat artırmış, işin görülməsi müqabilində 1200 manat pul verməli olduqlarını bildirmiş, Samirə də evdə yenidən məsləhətləşib bir söz deyəcəyini demişdir. Evdə yenidən o, atası və anası məsələ ilə bağlı söhbət etmiş, pensiyanın artacağı təqdirdə pulu düzəldib verə biləcəkləri barədə razılığa gəlmiş, lakin atası və anası Elnurun onlara gəlməsini, pulu verdikləri adamı görmək istədiklərini, sonra pulu verib-verməyəcəkləri barədə müzakirə edəcəklərini bildirmişlər. xx xxxxx 2020-ci ildə onunla anası Bunuçiçək İdrisova Azərbaycan X3 filialına gedərək anasının adına olan krediti bağlatmış, yəni 2.220 manat onlara bankdan pul yazılaraq kreditləri bağlandıqdan sonra qalıq kimi 913 manat onlara pul vermişlər. Samirə həmin günü Elnurla telefonla danışanda ona çatacaq 1200 manat pulun hazır olduğunu, ancaq gəlib evdən götürə biləcəyini, qaynatasıgilin də onu görmək istədiyini demişdir. Elnur həmin günü saat 19 radələrində onlara gəlmiş, pensiyanın artırılması ilə bağlı onlarla söhbət etmiş, narahat olmamalarını, may ayından artımla pensiya ala biləcəyini onlara bildirmişdir. Elnur ondan pensiyasının nə qədər olduğunu soruşmuş, o da 3-cü qrup əlilliyə görə 110 manat pul aldığını demişdir. Elnur orada telefonu qulağına tutub kiminləsə danışmış, həmin şəxsi onlara Şəki Sosial Müdafiə Mərkəzində işləyən “müəllim” kimi təqdim etmiş, onlar həmin şəxsin kim olduğunu bilməsələr də vəzifəli şəxs olduğunu və pensiyanın artırılması işinə baxdığını başa düşmüşlər. Elnur telefonla danışdıqdan sonra, danışdığı “müəllimin” pensiyasının artırılması məsələsini həlli üçün onun əlillik kağızını, şəxsiyyət vəsiqəsini və 2015-ci ildən bəri olan reseptləri istədiyini söyləmiş, Elnura sənədləri Pensiya İdarəsinə gətirməsini dediyini bildirmişdir. Onlar bu hərəkətlərinə görə Elnura inanmış, o evlərində, həyat yoldaşı Şahid1, anası Şahid2 və atası Rafiq İdrisovun yanında Elnura 12 ədəd yüzlük əskinazlarla ümumilikdə 1200 manat pul vermişdir. Elnur pulu, şəxsiyyət vəsiqəsini, reseptləri və ürək xəstəliyi ilə bağlı olan sənədləri götürüb getmişdir. Bundan sonra müxtəlif vaxtlarda Elnura zəng etsələr də Elnur onları aldadaraq hər dəfə işin alınacağını, alınmayacağı təqdirdə pulu qəpiyinə kimi qaytaracağını, narahat olmamalarını onlara bildirmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq 1200 manat pul alması ilə bağlı cinayət məsuliyyətinə, arvadı Samirəni aldadaraq 240 manat pul alması ilə bağlı isə inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda Elnur onlara ödəməli olduğu cəmi 1440 manat pulu tam həcmdə ödəmişdir. Buna görə də o, Elnurla barışmış, Elnurdan heç bir şikayət və tələbi qalmamışdır. O, Təqsirləndirilən şəxs heç bir cəza verilməməsini xahiş etdi və bu haqda məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik, ədavət və qohumluq əlaqəsi olmamışdır. O, Şəki rayonu Şorsu kəndində yerləşən tütünçülük fermer təsərrüfatında fəhlə işləyərəkən Təqsirləndirilən şəxs anası Yeganə ilə tanış olmuş və münasibətləri yaranmışdır. Yeganə ilə tez-tez işləri ilə bağlı telefonla danışıb dərdləşmişlər. 2020-ci ilin yanvar ayında Yeganə ilə danımaq üçün zəng etmiş, telefona Yeganənin oğlu Elnur cavab vermişdir. Elnur Yeganənin oğlu olduğunu bildirmiş, bir qədər danışdıqdan sonra münasibətləri yaranmış, sonradan bir-birləri ilə “İnstagram” və “WhatsApp” vasitəsi ilə yazışmışlar. O, Elnurla telefonla danışan zaman Elnur onun həyat yoldaşının 3-cü qrup əlil olmasını, buna görə 110 manat pensiya almasını öyrənmişdir. Danışdıqları zaman Elnur yaxın tanışlarının əli ilə onu Yaşıllaşdırma İdarəsinə işə düzəldə, həmçinin həyat yoldaşının pensiyasını artıra biləcəyini ona bildirmiş, işə düzəlmək üçün ondan 360 manat, pensiyanı artırmaq üçün isə 900 manat ondan pul istəmişdir. O məsələni ailəsi ilə məsləhətləşib ona bir söz deyəcəyini bildirmişdir. Elnurun təklifi ilə bağlı ailədə söhbət edərkən həyat yoldaşı, qayınatası və qayınanası razılaşmış, pulu tamamlamaq üçün bankdan pul götürmək qərarına gəlmişlər. Qayınatası və qayınanası pulu verməmişdən əvvəl Elnuru görüb tanımaq istədikləri üçün pulu bankdan götürüb əldə etdikdən sonra Elnurla bu barədə danışılmasını təklif etsələr də, o, Yaşıllaşdırma idarəsinə işə düzəlməsi üçün Elnura verilməli olan pulun əvvəlcədən verilməsi barədə onlara bildirmiş, iş yerindən 240 manat pul alaraq Elnura verməyə razılaşmışdır. Əri Zərərçəkmiş şəxsla birlikdə Qoxmuq kəndinin Baltalı kəndinə dönən hissəsində Elnurla görüşərək ona 240 manat pul vermişlər. Əri Zərərçəkmiş şəxs Elnurdan onun işlədiyi işdən çıxarılmalı olması barədə soruşduqda Elnur onlara narahat olmamalarını, Yaşıllaşdırma İdarəsində onun sadəcə adının gedəcəyini və əmək haqqı alacağını bildirmişdir. Bir müddət sonra o, Elnurla pensiyanın artırılması ilə bağlı danışan zaman Elnur pulu 300 manat artıraraq ona işin görülməsi müqabilində 1200 manat pul verməli olduqlarını bildirmiş, o evdə yenidən məsləhətləşib bir söz deyəcəyini söyləmişdir. Evdə yenidən məsələ ilə bağlı söhbət etdikdə əri, qayınatası və qayınanası pensiyanın artacağı təqdirdə pulu düzəldib verə biləcəkləri barədə razılığa gəlmişlər. Lakin qaynatası və qaynanası Elnurun onlara gəlməsini və pulu verdikləri adamı görmək istədiklərini, sonra pulu verib-verməyəcəkləri barədə müzakirə edəcəklərini bildirmişlər. xx xxxxx 2020-ci ildə əri Zərərçəkmiş şəxsla qayınanası Şahid2 Azərbaycan X3 filialına gedərək qayınanasının adına bankdan 2.220 manat pul götürüb əvvəlki krediti bağlatmış, onlara qalıq kimi 913 manat pul qalmışdır. O, həmin günü Elnurla telefonla danışanda 1200 manat pulun hazır olduğunu, ancaq gəlib evdən götürə biləcəyini, ailə üzvlərinin də onu görmək istədiyini Elnura demişdir. Elnur həmin günü saat 19 radələrində onlara gəlmiş, pensiyanın artırılması ilə bağlı söhbət etmiş, narahat olmamalarını, may ayından artımla pensiya ala biləcəyini onlara bildirmişdir. Elnur əri Tofiqdən pensiyasının nə qədər olduğunu soruşmuş, Tofiq 3-cü qrup əlilliyə görə 110 manat pul aldığını demişdir. Elnur orada telefonu qulağına tutub kiminləsə danışmış, həmin şəxsi onlara Şəki Sosial Müdafiə Mərkəzində işləyən “müəllim” kimi təqdim etmiş, onlar həmin şəxsin kim olduğunu bilməsələr də vəzifəli şəxs olduğunu, pensiyanın artırılması işinə baxdığını başa düşmüşlər. Elnur danışarkən danışdığı “müəllimin” Tofiqin əlillik kağızını, şəxsiyyət vəsiqəsini və 2015-ci ildən bəri olan reseptləri Pensiya İdarəsinə gətirməsini dediyini bildirmişdir. Elnur bu hərəkətləri ilə onları inandırmış, əri Zərərçəkmiş şəxs evlərində, onun, qayınanası Şahid2 və qayınatası Rafiq İdrisovun yanında 12 ədəd yüzlük əskinazlarla ümumilikdə 1200 manat pulu Elnura vermişdir. Elnur pulu Tofiqin şəxsiyyət vəsiqəsini, reseptləri və ürək xəstəliyi ilə bağlı sənədləri götürüb getmişdir. Bundan sonra müxtəlif vaxtlarda Elnura zəng etsələr də Elnur onları aldadaraq hər dəfə işin alınacağını, alınmayacağı təqdirdə pulu qəpiyinə kimi qaytaracağını və narahat olmamalarını onlara bildirmişdir. Hazırda Elnur onlara ödənilməli olan cəmi 1440 manat pulu tam həcmdə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli, 4127 nömrəli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefonundan 2020-ci ilin 20 aprel tarixindən 01 may tarixinədək Şahid1 ***-***-**-** nömrəli mobil telefonuna və 24 aprel tarixdən 01 may tarixinədək Zərərçəkmiş şəxs ***-***-**-** nömrəli mobil telefonuna gələn və gedən zənglər olmuşdur. Anten məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16:44:59-da Şəki rayonu Qoxmuq kəndində olduğu müəyyən edilmişdir. (İ cild iş.v 157-158). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Şəki şəhər filialının xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Fondun Şəki şəhər filialından xx.xx.2013-cü il tarixdən İİİ qrup əlilliyə görə 110 manat sosial müavinət alır. Sosial müavinət Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir və qanunvericiliyə uyğun olaraq təyin olunmuş müavinət məbləğinin hər hansı formada artırılıb və ya azaldılması mümkün deyildir. Vətəndaş Zərərçəkmiş şəxs və X2 tərəfindən müavinət məbləğinin artırılması, əmək pensiyasının təyini ilə bağlı Fondun Şəki şəhər filialına müraciətləri daxil olmamışdır. Həmçinin işçilər arasında aparılmış şifahi sorğulara əsasən işçilərdən heç birinin Təqsirləndirilən şəxs adında vətəndaşla tanışlıqlarının olmadığı məlum olmuşdur. (İ cild iş.v 103). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən və Şəki RŞPŞ-nin xx.xx.2018-ci il tarixli “böyük ictamai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icaraat materialına xitam edilməsinə dair” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lakin xx.xx.2018-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində CM-nın 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına CPM-nin 40.2.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışması əsası ilə) xitam verilmişdir (İ cild iş.v 98). “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi” və “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, yerinin müəyyən edilərək tutulub müvəqqəti saxlama yerinə təhvil verilməsi barədə qərarlar qəbul edilmişdir. (İ cild iş.v 114-116). Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhərində saxlanılaraq saat 21:15-də Şəki ŞRPŞ-nın müvəqqəti saxlama yerinə təhvil verilmişdir. (İ cild iş.v 133). Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o müvəqqəti saxlama yerindən azad edilmişdir. (İ cild iş.v 159-160). Şəki şəhəri İHB-nın Şorsu kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 327 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Şorsu kəndində qeydiyyatdadır və hazırda Şorsu kəndində yaşayır. (İ cild iş.v 122). Şəki şəhəri İHB-nın Şorsu kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild iş.v 123). Şəki ŞRPŞ-nin xx.xx.2018-ci il tarixli “böyük ictamai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icaraat materialına xitam verilməsinə dair” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona gərə də o, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Barəsində cəza təyin edilməsini istəmir. Göründüyü kimi hazırki iş üzrə məhkəmədə təqsirləndirilən şəxs hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmiş, onlar barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və iddiası qalmamışdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində Şəki rayonu, Qoxmuq kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvana gələrək 3-cü qrup əlil olması ilə bağlı aldığı aylıq 110 manat məbləğində sosial pul müavinətinin məbləğini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Şəki şəhər filialında işləyən tanışının vasitəsilə hər ay 120 manat məbləğində artıracağı barədə yalan vədlər verib, etibarından sui-istifadə edərək aldadıb yaşadığı evdə ondan 1200 manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və onun əməli CMnin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasının gedişində müəyyən olundu ki, təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunması üçün əsasların mövcudluğu formal olaraq görünsə də, lakin zərərçəkmiş şəxslə barışma əsası ilə mövcud qanunvericiliyə görə cinayət məsiliyyətindən azad olunma yalnız bir dəfə nəzərdə tutulduğundan və xx.xx.2018-ci il tarixli qərarla eyni əsasla barəsində CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilib cinayət məsuliyyətindən azad edildiyi üçün barəsində hazırki cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilə bilməz. Təqsirləndirilən şəxs özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə hadisə nəticəsində dəymiş maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamış, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də, təqsirləndirilən şəxs ümumi qaydada cəlb edildiyi cinayət məsuliyyəti üzrə cəza almalı, lakin cəzanın tətbiqi zamanı onun zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödəməsi, zərərçəkmiş şəxsin barışıb onun cəza almasını istəmədiyi barədə ifadə verməsi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini CM-nın 59.1.12 və 59.1.13-cü maddələrinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. CM-nın 8.1-ci mаddəsinə əsаsən cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli оlmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, оnun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun оlmаlıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin şəxsin şikayətinin, iddiasının və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını), cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aid olması və əməli ilə vurulmuş zərəri tam ödəməklə cinayətin ictimai təhlükəliliyini aradan qaldırması), cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulаn cərimə cəzasının təyin olunması məqsədə müvafiqdir. Cinаyət törətmiş şəxsə təyin ediləcək cəzаnın məqsədindən bəhs edən CM-in 41.2ci mаddəsində deyilir ki, cəzа sоsiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Hаzırki hаldа, məhkəmə hesаb edir ki, təqsirləndirlən Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulаn cəzа cəzаnın məqsədini təmin edir. CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 2 gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Məhkəmə hesаb edir ki, Təqsirləndirilən şəxs bаrəsində ibtidаi istintаq dövründə seçilmiş polisin nəzarəti altına vermə qətimkаn tədbiri hökm qаnuni qüvvəyə minənədək dəyişdirilmədən sаxlаnılmаlıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 1000 manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 2 gün müddət nəzərə alınara ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin, üzərində qəti olaraq 600 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan məhkum tərəfindən surətinin ona verildiyi) andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar