Məhkəmə qərarları › İş №1(075)-14/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-14/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-14/2022 26.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Fətəliyev Mazan Məsim oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X10, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X11, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1986-cı il tarixdə Şəki rayonu, Baş Şabalıd kəndində anadan olmuş, evli, himayəsində 2 azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Şabalıd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Şəki PM-də saxlanılan, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.1995-ci il tarixdə Şəki rayonu, Baş Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Şabalıd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o qəsdən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və sağlamlığa yüngül zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, o, Şəki rayonu Baş Şabalıd kənd sakini X2 21 sentyabr 2021-ci il tarixdə saat 19:16da DİN-nin 102 xidmət mərkəzinə zəng edib Təqsirləndirilən şəxs2 tərəfindən döyülməsi, təhqir edilməsi və öldürülməklə hədələnməsi barədə məlumatı əsasında Şəki şəhər-rayon X12-İstintaq qrupunun üzvləri, Növbətçi Hissənin sürücüsü, polis baş serjantı Zərərçəkmiş şəxs1, Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Zərərçəkmiş şəxs2 və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs3 həmin gün saat 20:00 radələrində Şəki rayonu, Baş Şabalıd kəndinə gələrək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra barəsində daxil olmuş şikayət xarakterli məlumatı elan etdikdə, habelə onu müraciətin araşdırılması ilə bağlı Şəki şəhər-rayon polis şöbəsinə dəvət etdikdə, sonuncu, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Tamellan Ququşovun və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt polis əməkdaşları ona nalayiq ifadələrə son qoyması barədə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq o, qərəzli olaraq hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq ictimai qaydanın pozulması ilə müşayiət olunan öz qanunsuz hərəkətlərini davam etdirdiyinə görə onun bu qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirmək istəyərkən xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri hesab edilən polis əməkdaşlarına qəsdən yumruq və təpik zərbələri atmaqla, habelə onları itələməklə fəal qanunazidd hərəkətlər etməklə, həmçinin qəsdən Şəki ŞRPŞ-nin Növbətçi Hissənin sürücüsü, polis baş serjantı Zərərçəkmiş şəxs1 sol qolundan dişləməklə zor tətbiq edərək ona sol saidin yuxarı 1/3-nin birincili cərrahi işlənmiş dişlənmiş-əzilmiş-cırılmış yarası, yumşaq toxumaların əzilməsi, hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sağ əl arxasının əzilmiş-sıyrılmış yaraları və sol saidin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək müqavimət göstərmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilməsinin və Şəki rayon-şəhər polis şöbəsinə aparılmasının qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs1 onlara yaxınlaşıb Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək birlikdə qanunazidd hərəkətləri davam etdirməklə Təqsirləndirilən şəxs2 qolundan tutub dartmasına baxmayaraq onu oradan çıxara bilməyəcəyini başa düşərək həmin vaxt orada olan, hakimiyyət nümayəndəsi hesab edilən və xidməti vəzifələrini yerinə yetirən Zərərçəkmiş şəxs3 qarşı fəal qanunazidd hərəkətlər edərək onun yaxasından qəsdən tutub dartmaqla əynindəki polis köynəyinin ön hissəsini dartıb cırmış və 04 ədəd düyməsini qoparmış, bununla da Zərərçəkmiş şəxs3 27.50 manat məbləğində maddi ziyan vurmuş, bundan sonra isə sonuncunun sinəsinə yumruqla və bədəninin müxtəlif nahiyələrinə təpiklə vuraraq, habelə qollarından tutub dartaraq yerə yıxmaqla zor tətbiq edib ona “sağ çiyin qurşağının travmatik şişkinliyi, hematoması, yumşaq toxumaların əzilməsi, sağ bazu oynağında ağrı hesabına hərəkət məhdudluğu, sağ döş əzələsinin əzilməsi kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər və hər iki saidin çoxsaylı sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt orada olan hakimiyyət nümayəndəsi hesab edilən və xidməti vəzifələrini yerinə yetirən Zərərçəkmiş şəxs2 qollarından qəsdən tutub dartaraq ona hər iki saidin çoxsaylı sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bununla da Təqsirləndirilən şəxs2 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o qəsdən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və sağlamlığa yüngül zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, o, Şəki rayonu Baş Şabalıd kənd sakini X2 21 sentyabr 2021-ci il tarixdə saat 19:16-da DİN-nin 102 xidmət mərkəzinə zəng edib Təqsirləndirilən şəxs2 tərəfindən döyülməsi, təhqir edilməsi və öldürülməklə hədələnməsi barədə məlumatı əsasında Şəki şəhər-rayon X12-İstintaq qrupunun üzvləri, Növbətçi Hissənin sürücüsü, polis baş serjantı Zərərçəkmiş şəxs1, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Zərərçəkmiş şəxs2 və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs3 həmin gün saat 20:00 radələrində Şəki rayonu, Baş Şabalıd kəndinə gələrək Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim etdikdən sonra barəsində daxil olmuş şikayət xarakterli məlumatı elan etdikdə, habelə Təqsirləndirilən şəxs2 müraciətin araşdırılması ilə bağlı Şəki şəhər-rayon polis şöbəsinə dəvət etdikdə, sonuncu, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Tamellan Ququşovun və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs2 nalayiq ifadələrə son qoyması barədə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq sonuncu qərəzli olaraq hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq ictimai qaydanın pozulması ilə müşayiət olunan öz qanunsuz hərəkətlərini davam etdirdiyinə görə Təqsirləndirilən şəxs2 bu qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə polis əməkdaşları sonuncunu xidməti avtomobilə əyləşdirmək istəyərkən xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri hesab edilən polis əməkdaşlarına qəsdən yumruq və təpik zərbələri atmaqla, habelə onları itələməklə fəal qanunazidd hərəkətlər etməklə, həmçinin qəsdən Şəki ŞRPŞ-nin Növbətçi Hissənin sürücüsü, polis baş serjantı Zərərçəkmiş şəxs1 sol qolundan dişləməklə zor tətbiq edərək ona sol saidin yuxarı 1/3-nin birincili cərrahi işlənmiş dişlənmiş-əzilmişcırılmış yarası, yumşaq toxumaların əzilməsi, hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sağ əl arxasının əzilmiş-sıyrılmış yaraları və sol saidin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək müqavimət göstərmiş, həmin vaxt o, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilməsinin və Şəki rayon-şəhər polis şöbəsinə aparılmasının qarşısını almaq məqsədilə onlara yaxınlaşıb Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək birlikdə qanunazidd hərəkətləri davam etdirməklə Təqsirləndirilən şəxs2 qolundan tutub dartmasına baxmayaraq onu oradan çıxara bilməyəcəyini başa düşərək həmin vaxt orada olan, hakimiyyət nümayəndəsi hesab edilən və xidməti vəzifələrini yerinə yetirən Zərərçəkmiş şəxs3 qarşı fəal qanunazidd hərəkətlər edərək onun qəsdən tutub dartmaqla əynindəki polis köynəyinin ön hissəsini dartıb cırmış və 04 ədəd düyməsini qoparmış, bununla da Zərərçəkmiş şəxs3 27.50 manat məbləğində maddi ziyan vurmuş, bundan sonra isə sonuncunun sinəsinə yumruqla və bədəninin müxtəlif nahiyələrinə təpiklə vuraraq, habelə qollarından tutub dartaraq yerə yıxmaqla zor tətbiq edib ona “sağ çiyin qurşağının travmatik şişkinliyi, hematoması, yumşaq toxumaların əzilməsi, sağ bazu oynağında ağrı hesabına hərəkət məhdudluğu, sağ döş əzələsinin əzilməsi kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər və hər iki saidin çoxsaylı sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt orada olan hakimiyyət nümayəndəsi hesab edilən və xidməti vəzifələrini yerinə yetirən Zərərçəkmiş şəxs2 də qollarından qəsdən tutub dartaraq ona hər iki saidin çoxsaylı sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bununla da Təqsirləndirilən şəxs1 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 128 və 315-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə saat təxminən 19:00 radələrində kənddəki toydan çıxaraq Baş Şabalıd kəndinin mərkəzində olan mağazanın qarşısında dayanmışdır. Toyda pivə içdiyindən sərxoş olmuşdur. Həmin vaxt kəndçiləri Tamellan Ququşov uzaqdan onun ünvanına nalayiq ifadələr işlətməklə onu polisə apardıracağını bildirmişdir. Bundan bir qədər keçdikdən sonra bir polis avtomobili onun olduğu yerə gəlmişdir. Həmin vaxt bir nəfər polis əməkdaşı Tərlan adlı şəxsin kim olduğunu soruşduqda o, özünü təqdim etmişdir. Maşında 3 polis əməkdaşı olmuş və hər üçü polis geyimində olmuşlar. Daha sonra isə polis əməkdaşları Tamellanın 102 xidmətinə zəng edərək onu döyməsi, söyüb təhqir etməsi və öldürməklə hədələməsi barədə məlumat verdiyini bildirib onu polis şöbəsinə dəvət etmişlər. Tamellanın ondan dəfələrlə haqsız şikayətinə etiraz edərək kənd camaatının yanında Tamellana və ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları söyüş söyməyi dayandırmasını tələb etməklərinə baxmayaraq o söyüşlərinə davam etmişdir. Polis əməkdaşlarının adlarının sonradan Ülvi, Məmmədkərim və Toğrul olduğunu bilmişdir. Polis əməkdaşları onu avtomobilə əyləşdirmək istədikdə bu vaxt o, polis əməkdaşlarına sərxoş olduğunu, evdə uşaqlarının tək olduğunu deyib sabah özünün polis şöbəsinə gələcəyini bildirmişdir. Lakin polis əməkdaşları onu tutaraq sürüyərək zorla avtomobilə mindirmək istəmişlər. Belə ki, iki polis əməkdaşı onun qolundan, digəri isə kəmərindən yapışıb avtomobilə əyləşdirmək istəmişlər. Polis əməkdaşları onu zorla avtomobilə mindirmək istəyən zaman dartışdıqlarından və sərxoş olduqlarından, həmçinin polislər ona zor tətbiq etdiklərindən huşunu itirmişdir. Bunu görən kənd sakinləri ona su verib ayıltmış, bundan sonra Məmmədkərim onu yenidən avtomobilə əyləşdirmək istəmişdir. Lakin ətrafda olan kənd sakinləri onu polislərin avtomobilə mindirməsinə imkan verməmişlər. Belə ki, həmin vaxt ətrafda təxminən 20-30 nəfər kənd sakini olmuşdur. Onlar arasında Nəcmi, Hüseyn, Rəvan da olmuşdur. Onlar polis əməkdaşlarının qolundan tutub dartmış və onu polis şöbəsinə aparmamalarını istəmişlər. Həmin vaxt Məmmədkərim qolu ilə onun boyun hissəsindən tutmuşdur. Məmmədkərimin onun boynundan tutub boğduğuna görə qaça bilmədiyini görüb onun sol qolundan dişləmişdir. Bu vaxt Məmmədkərimin qolundan dişlədiyi üçün o qolunu açmış və o, oradan qaçaraq çayı keçib evinə getmişdir. Bildirmişdir ki, həmin hadisə 21.09.2021-ci il tarixdə saat 20:00 radələrində Şəki rayon, Baş Şabalıd kəndinin mərkəz hissəsində, Rəfailin mağazasının yaxınlığında baş vermişdir. Həmin vaxt Tamellanın ondan haqsız şikayət etdiyinə görə Tamellanın ünvanına nalayiq ifadələr işlətmişdir. Onun söyüşlərini kənd sakinləri eşitmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, həmin gün 7 bakal pivə içdiyi üçün sərxoş olmuşdur. Polislər onu döydüyü üçün xəsarət almış, o, çiyin nahiyəsindən, sol qolunun bilək nahiyəsindən, belinin sol hissəsindən xəsarətlər almışdır. Kimin hansı xəsarətləri yetirməsini dəqiq deyə bilmir, polis əməkdaşları ona xəsarət yetirmiş, həmin vaxt ona xəsarətlərin çoxunu Ülvi ilə Məmmədkərim yetirmişdir, polis əməkdaşları xidməti geyim formasında olmuş və onlar özlərini təqdim etmiş, o da onların polis əməkdaşı olduğunu bilmişdir. Polis şöbəsinə getməyə etirazını bildirib sabah özünün gələcəyini bildirdiyi üçün polislər ilə polis şöbəsinə getməkdən imtina etmiş və buna görə polislərə müqavimət göstərməmişdir. Həmin vaxt içkili olmuş və düşünmüşdür ki, Tamellanın dedikləri olmasın deyə həmin gün deyil, səhəri günü polis şöbəsinə özü getsin. Həmin yerə gələn polis əməkdaşlarını əvvəllər tanımamış, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. Ailəsində həyat yoldaşı və iki övladı vardır. Həyat yoldaşının hadisə zamanı sonradan kənardan dayanıb onlara baxdığını bilmişdir. O, evdə olmayanda uşaqlarının Tamellandan qorxduğuna görə polis şöbəsinə getməkdən imtina etmişdir. Polis əməkdaşları onun getməkdən imtina etməyindən sonra onu tutub zorla avtomobilə mindirmək istəmişlər. Həmin vaxta kimi ona zor tətbiq etməmişlər. O, avtomobilə əyləşmək istəmədiyi üçün onu zorla avtomobilə əyləşdirmək istəmiş, həmin vaxt da onu vurmuşlar. Həmçinin o getmək istəmədiyi üçün polislər onu avtomobilə mindirə bilməmişlər. Bildirmişdir ki, əgər o, avtomobilə əyləşsəydi polislər ona zor tətbiq etməyəcəkdilər. Polis şöbəsinə getməmək üçün hadisə yerindən qaçmışdır. Zərərçəkmiş şəxs3 və digərlərinin dedikləri düzgün olmamış, o, Tamellanı söysə də polis əməkdaşlarını söyməmişdir. Lakin qaçıb getdikdən sonra “məni 40 nəfər polis apara bilməlib, 3 nəfər siz polislər aparacaqsınız?” demişdir. Zərərçəkmiş şəxs1 yalnız dişləməklə xəsarət yetirmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, o, 21.09.2021-ci il tarixdən bir az əvvəl Tamellan Ququşovu öldürməklə hədələməmiş, təhqir etməmişdir. Onun niyyəti və məqsədi 21.09.2021-ci il tarixdə evə getmək olmuş, o, qanunları, daha doğrusu polisə müqavimət göstərməyin cinayət məsuliyyətinə səbəb olacağını bilməmişdir. Tamellanı söymüşdür, Tamellanı polis əməkdaşları gəlib onu aparmaq istədikdən sonra söymüşdür. Ona polis əməkdaşları yaxınlaşmamışdan əvvəl kəndin mərkəzində söyüşlər söyməmiş, polis şikayət xarakterli məlumatı elan etdikdən sonra əsəbiləşib Tamellan Ququşovu söymüşdür. O, onların, yəni Nəcmin, Rəvan və Hüseynin polis əməkdaşlarını dartdığını, yumruq və təpik atdığını çox sərxoş halda olduğuna görə, görməmişdir. Sərxoş olduğuna görə, qarışıqlıqda polis əməkdaşlarının Nəcmin və Hüseynə kənarda durmaqlarını dediyini eşitməmişdir. Rəvanın polislərin onu aparmaması üçün çalışmasını görmüşdür. O, 21.09.2021-ci il tarixdə polis əməkdaşlarına fəal müqavimət göstərmişdir. Ola bilsin ki, yumruq və təpik zərbələri atmışdır. Həmçinin o əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 polis köynəyinin cırılması yadında qalmışdır. Göstərmişdir ki, polis əməkdaşları ilk vaxtlarda ona Tamellanın şikayəti ilə əlaqədar polis şöbəsinə getməli olduğunu ona izah etmişlər. Əgər getmiş olsa idi hadisə bu qədər böyüməzdi. Ümumiyyətlə bilməmişdir ki, polisin tələbinə tabe olmama, onların göstərişinə əməl etməmə və bundan imtina etmək cinayət məsuliyyəti yaradarmış. Əgər bilsəymiş heç bir müqavimət göstərməzmiş. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxslərlə barışmağa cəhd etmiş, lakin barışıq əldə edə bilməmişdir. Himayəsində 4 və 6 yaşlarında iki azyaşlı uşağı vardır. Ailədə yeganə qazanc gətirən özüdür. Bütün qeyd edilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 128 və 315-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə saat 20:00 radələrində yaşadığı, Şəki rayon, Baş Şabalıd kəndinin mərkəzində olmuşdur. Həmin vaxt polis avtomobilinin kəndin mərkəzinə gəlib Tərlanı soruşmasını eşitmiş və həmin vaxt hadisə baş verən yerlə aralarında təxminən 50-60 metr məsafə olmuşdur. Polis əməkdaşları avtomobildən düşdükdən sonra Tərlan onlara özünü təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları Tamellanın ondan şikayət etdiyini bildirib polis şöbəsinə dəvət etmişlər. Bu zaman Tərlan Tamellanın yenə onun barəsində şikayət etməsindən əsəbiləşib nalayiq ifadələr işlətməyə başlayaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Tərlanın kənardan içkili olması açıq-aşkar hiss etmişdir. O, Tərlanın getmədiyi və söyüş söydüyü üçün polis əməkdaşlarının onun qolundan, kəmərindən və sinəsindən tutaraq avtomobilə mindirmək istədiklərini görmüş, həmin vaxt ətrafda təxminən 15-20 nəfər kənd sakini olmuşdur. Tərlan isə avtomobilə minmək istəməyib qışqıraraq ətrafdakı kənd sakinlərini kömək etməyə çağırmış, elə bu vaxt ətrafda olan bir neçə kənd sakini də Tərlanın yanına gedib onu avtomobilə mindirməyə imkan vermək istəməmişlər. Həmin vaxt Tərlan onun qohumu olduğuna görə onun polis şöbəsinə aparılmaması üçün o da, həmçinin Tərlana kömək etmək üçün getmiş, kömək etməyinə səbəb polis əməkdaşlarının Tərlanı qolundan, kəmərindən, sinəsindən tutduqlar zaman Tərlanın boğulmasını gördüyünü və köməyə çağırması olmuşdur. Tərlan onun qohumu olduğuna, həmçinin boğulduğunu gördüyü üçün ona kömək etmək istəmişdir. O, polis əməkdaşları ilə Tərlanın yanına gedib Tərlanın qolundan tutaraq onun polis əməkdaşlarının əlindən çıxmasına kömək etmiş, polis əməkdaşları Tərlanın qolundan tutduğuna görə o da həmin vaxt Tərlanı çıxarmaq üçün sonuncunun qolundan tutub sağa-sola dartmışdır. Tərlanı polis əməkdaşlarının əlindən almaq üçün sonuncunun qolundan tutub dartan zaman o, polis əməkdaşının da istəristəməz qolundan tutmuşdur, lakin onun birbaşa polisin qolundan tutmaq niyyəti olmamışdır. Bu mübahisə zamanı Tərlan özündən gedərək yerə yıxılmış, polis əməkdaşları Tərlanın qolundan və kəmərindən tutaraq avtomobilə əyləşdirmək istəmişlər. Daha sonra kənd sakinləri Tərlanın özündən getdiyini görüb su gətirərək onun üzünə vurmuşlar. Onlar Tərlana kömək etdikdən sonra Tərlan özünə gəlmiş və polis əməkdaşlarının əlindən çıxıb qaçaraq getmişdir. Polis əməkdaşları da avtomobilə əyləşib getmişlər. Bildirmişdir ki, Tərlan hadisə vaxtı ucadan nalayiq ifadələr işlətmiş, lakin kimin ünvanına nalayiq ifadələr işlətdiyini dəqiq bilməmişdir. Polislər avtomobildən düşdükdən sonra Tərlanı soruşmuş, Tərlan özünü təqdim etdikdən sonra isə Tamellanın onun barəsində şikayətinin olduğunu bildirmişlər. Sonra isə Tərlan içkili olduğuna görə söyüş söyməyə başlamış və qeyd olunan hadisə baş vermişdir. Tərlan avtomobilə minməkdən imtina edənə və söyüş söyənə kimi polis əməkdaşları heç bir zor tətbiqi ilə bağlı hərəkətlər etməmişlər. Tərlan polis əməkdaşlarına müqavimət göstərdikdən sonra polislər onu tutub saxlamışlar. Tərlan həmin gün nalayiq ifadələr işlətmişdir. Sadəcə Tərlan söyüş söydüyünə görə onu saxlamaq istəmişlər. Tərlan sərxoş olduğuna görə ucadan söyüşlər söymüşdür. Bu vaxt isə ətrafdakı adamlar o da daxil olmaqla Tərlanın söydüyü söyüşləri açıq-aydın eşitmişlər. Məqsədi qohumu olduğu üçün Tərlanın boğulduğunu görüb onu polislərin əlindən qurtarmaq olmuşdur. Buna görə də Tərlanı polislərin əlindən almaq istəmişdir. Həmin vaxt polislərdən biri ona “mane olma demiş” və onu kənara itələmişdir. Polis əməkdaşları xidməti geyimdə olmuş və o, onların polis olduğunu bilmişdir. Həmin mübahisə zaman polis əməkdaşları ona kənara durmağı demişdir. Qarışıqlıq zamanı polislər onu itələmişlər. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxslərlə barışmağa cəhd etmiş, lakin barışıq əldə edə bilməmişdir. Himayəsində 2 və 3 yaşlarında iki azyaşlı uşağı vardır. Ailədə yeganə qazanc gətirən özüdür. Bütün qeyd edilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şəki ŞRPŞ-nin NH-in sürücüsü, polis baş serjantı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə X5 üzvü olmuş, həmin gün saat 19:16-da Şəki rayonu, Baş Şabalıd kənd sakini X7 DİN-nin 102 xidmətinə zəng edib həmkəndlisi Tərlanın onu döyüb təhqir etməsi və öldürməklə hədələməsi barədə məlumat vermiş, həmin məlumat NH-yə daxil olduqdan sonra məsul növbətçinin tapşırığı ilə hadisə yerinə o, CAB-ın əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 və TB-nin təhqiqatçısı polis kapitanı Zərərçəkmiş şəxs3 ilə birlikdə Şəki rayon, Baş Şabalıd kəndinə Şəki ŞRPŞ-nin NH-nə məxsus xidməti avtomobil ilə getmişlər. Avtomobili həmin vaxt o idarə etmişdir. Onlar həmin kəndə təxminən 40 dəqiqə sonra gedib çatmışlar. Kəndə daxil olduqdan sonra Tamellan Ququşova zəng edib hadisə ilə bağlı gəldiklərini bildirərək harada olmasını soruşduqda Tamellan hazırda evdə olduğunu deyib küçəyə çıxdığını bildirmişdir. Bundan sonra onlar da Tamellan Ququşovdan ərizə almaq üçün həmin kəndin mərkəz hissəsində olan kafenin yanına çatdıqda onun qaçaqaça polis əməkdaşlarının yanlarına gəldiyini görmüşlər. Onlar avtomobili saxladıqdan sonra avtomobildən düşüb Tamellana yaxınlaşmışlar. Həmin vaxt Tamellan Ququşov onlara Tərlan adlı şəxsin sərxoş vəziyyətdə olduğunu, küçədə onu öldürməklə hədələməsini, evdə axşam yatmağa qorxduğunu bildirmişdir. O və digər polis əməkdaşları da həmin şəxsin spirtli içkinin təsirində olduğunu ehtimal etdiklərinə görə yeni hadisələrin baş verməməsi üçün onunla profilaktik söhbətlər etmək istəmişlər. Həmin vaxt X13 bir qədər irəlidə olduğunu bildirmişdir. Onlar xidməti avtomobillə bir qədər hərəkət etdikdən sonra mağazanın qarşısında bir neçə şəxsin olduğunu görüb avtomobili orada saxlamışlar. Sonra həmin şəxslərdən Tərlanın kim olduğunu soruşduqda bir nəfər şəxs Tərlan olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 X8 məlumatını bildirdikdə Tərlan orada təxminən 15-20 nəfər şəxsin yaxınlığında ucadan, açıq-aşkar spirtli içkinin təsiri altında olduğu hiss olunmaqla Tamellan Ququşovun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt o və digər polis əməkdaşları Tərlan adlı şəxsə ucadan söyüş söyməsinə son qoymağı bildirdikdə Tərlan “məni 40 nəfər polis gəlib apara bilməyib, siz 3 nəfər polis məni aparacaqsınız” deyib onların ünvanına da nalayiq ifadələri işlətməyə başlamışdır. Həmin vaxt onlar Tərlanın artıq öz hərəkətlərinə qərəzli olaraq davam etdiyini, ətrafdakı şəxslərin yanında özünü göstərdiyini görüb, ictimai qaydanı kobud surətdə pozaraq onlara və ətrafdakı şəxslərə açıqca etinasızlıq göstərdiyini görüb onun sərxoşluğunun müəyyən edilməsi və izahatının alınması məqsədilə xidməti avtomobilə əyləşdirmək istəmişlər. Belə ki, həmin vaxt Ülvi və Toğrul Tərlanın qollarından, o isə kəmərinin arxa hissəsindən tutmuşdur. Tərlan onu tutduqlarını görüb yenidən öz hərəkətlərinə davam edərək nalayiq ifadələr işlətməklə yumruq və təpik ataraq müqavimət göstərməklə kənar şəxsləri köməyə çağırmağa başlamışdır. Bundan sonra Tərlan onu buraxmadıqlarını görüb qəflətən onun sol qolundan dişləməyə başlamışdır. O, Təqsirləndirilən şəxs2 dişləməsini görüb özündən asılı olmayaraq qolunun ağrımasına görə Tərlanı məcburi buraxmışdır. Bundan sonra isə ətrafdakı şəxslər də Tərlana kömək etməyə gəlmişdir. Bildirmişdir ki, həmin şəxslərin sayı təxminən 15-20 nəfər olsa da həmin şəxslərdən yalnız 3 nəfər şəxs polis əməkdaşlarına qarşı müqavimət göstərib yumruq və təpik atmışdır. Bu vaxt Tərlan da digər şəxslərin hərəkətlərini görüb ürəklənərək o və digər polis əməkdaşlarının üstünə gəlib onlara qarşı yumruq və təpik atmış, lakin həmin yumruq və təpik ona dəyməmişdir. Həmin vaxt isə digər şəxslər onları sağa və sola dartmışlar. Bu vaxt polis əməkdaşlarının hər üçü xəsarət almışdır. Bir müddət sonra isə Tərlan aşağı, çaylıq hissəyə tərəf qaçmışdır. Onlar isə xidməti avtomobilə əyləşib hadisə barədə NH-yə məlumat vermişlər. Daha sonra isə Şəki RMX-na getmişlər. O həm də bildirmişdir ki, həmin hadisə 21.09.2021-ci il tarixdə saat 20:00 radələrində Şəki rayon, Baş Şabalıd kəndində mərkəzi hissəsində baş vermiş, hadisə zamanı onlar, Tərlan və tanımadıqları 15- 20 nəfər şəxs olmuşdur. Onlar hər 3-ü xidməti geyimdə olmuşlar. Tərlana əvvəlcə hadisə barədə məlumat verib onu Şəki ŞRPŞ-nə dəvət etmiş, lakin Tərlan əvvəlcə Tamellanın, sonra isə onların ünvanına, 15-20 nəfər şəxsin yaxınlığında nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozub onlara və ətrafdakı şəxslərə qarşı etinasızlıq etmişdir. Tərlan onun qolundan dişləyib xəsarət yetirmişdir. Hadisə təxminən 20-30 dəqiqə müddətində davam etmişdir. Tərlan adlı şəxsi və digərlərini tanımamış, Tərlanla aralarında ədavət və düşmənçiliyi olmamışdır. Həmçinin əlavə olaraq bildirmişdir ki, Tərlan maşına minmək istəmədiyi üçün onların qanuni tələblərinə tabe olmadığı zaman ətrafda 15-20 adam olsa da, Tərlana kömək etməyə gəlmiş şəxslərdən biri balacaboy, arıq, qarayanız şəxs, hadisədən sonra kənd camaatının deməsinə görə, adı Rəvan olan şəxs, Tərlanı onların əlindən almaq üçün Zərərçəkmiş şəxs3 sinə nahiyəsinə yumruqla zərbə endirmiş, daha sonra həmin qarışıqlıqda Ülvinin sinə nahiyəsindən tutaraq yerə itələdiyini, ona təpiklər vurduğunu, nəticədə Ülvinin yerə yıxıldığının şahidi olmuşdur. Həmin hərəkətlər nəticəsində Zərərçəkmiş şəxs3 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Belə ki, Tərlan oradan qaçıb uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs3 sağ çiynində və sinəsində şişkinlik, qollarında sıyrıqlar olduğunu görmüşdür. Hadisə zamanı onların əşya-əmlaklarına, həmçinin xidməti avtomobillərinə heç bir ziyan dəyməmiş, yalnız Zərərçəkmiş şəxs3 xidməti köynəyi cırılmış, başqa heç bir maddi ziyan vurulmamışdır. Tərlan onun qolundan dişləyib ona xəsarət yetirmişdir. Habelə onu da bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 boğmamış, həmin gün Tərlan yumruq və təpik zərbələri ataraq onlara müqavimət göstərərək əllərindən çıxıb qaçmaq istəmiş, bu zaman o artıq Tərlanın əllərindən çıxmasını görüb boyun nahiyəsindən tutub özünə tərəf çəkmiş və dərhal da buraxmışdır. Bu təxminən 2-3 saniyənin içində baş vermişdir. Tərlanı tutub qəsdən boğmamışdır. Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayınmaqdan ötrü belə ifadə vermişdir. Göstərmişdir ki, təqsirləndirilən şəxslərlədən şikayətçidir. Onların qanuna müvafiq olaraq cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə X5 üzvü olmuş, həmin gün saat 19:16-da Şəki rayonu, Baş Şabalıd kənd sakini X7 DİN-nin 102 xidmətinə zəng edib həmkəndlisi Tərlanın onu döyüb təhqir etməsi və öldürməklə hədələməsi barədə məlumat vermişdir. Həmin məlumat NH-yə daxil olduqdan sonra məsul növbətçinin tapşırığı ilə hadisə yerinə Şəki ŞRPŞ-nin NH-nin sürücüsü Zərərçəkmiş şəxs1, o və TB-nin təhqiqatçısı polis kapitanı Zərərçəkmiş şəxs3 ilə birlikdə Şəki rayon, Baş Şabalıd kəndinə Şəki ŞRPŞ-nin NH-nə məxsus xidməti avtomobil ilə getmişlər. Onlar həmin kəndə təxminən 40 dəqiqə sonra gedib çatmışlar. Kəndə daxil olduqdan sonra Tamellan Ququşova zəng edib hadisə ilə bağlı gəldiklərini bildirərək harada olmasını soruşduqda Tamellan hazırda evdə olduğunu deyib küçəyə çıxdığını bildirmişdir. Bundan sonra onlar Tamellan Ququşovdan ərizə almaq üçün həmin kəndin mərkəzi hissəsində olan kafenin yanına çatdıqda Tamellanın qaça-qaça onların yanına gəldiyini görmüşlər. Onlar avtomobili saxladıqdan sonra avtomobildən düşüb Tamellana yaxınlaşmışlar. Həmin vaxt Tamellan Ququşov onlara Tərlan adlı şəxs sərxoş vəziyyətdə, küçədə onu öldürməklə hədələməsini, evdə axşam yatmağa qorxduğunu bildirmişdir. Onlar da həmin şəxsin spirtli içkinin təsirində olduğunu ehtimal etdiklərinə görə yeni hadisələrin baş verməməsi üçün Tərlanla profilaktik söhbətlər etmək istəmişlər. Həmin vaxt X13 bir qədər irəlidə olduğunu bildirmişdir. Onlar xidməti avtomobil ilə bir qədər hərəkət etdikdən sonra bir neçə şəxsin olduğunu görüb avtomobili orada saxlamışlar. Sonra həmin şəxslərdən Tərlanın kim olduğunu soruşduqda bir nəfər şəxs Tərlan olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 ondan Tamellan Ququşovun məlumatını bildirdikdə Tərlan orada təxminən 15-20 nəfər şəxsin yaxınlığında ucadan, açıq-aşkar spirtli içkinin təsiri altında olduğu hiss olunmaqla Tamellan Ququşovun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt o və digər polis əməkdaşları Tərlan adlı şəxsə ucadan söyüş söyməsinə son qoymağı bildirdikdə Tərlan “məni 40 nəfər polis gəlib apara bilməyib, siz 3 nəfər polis aparacaqsınız” deyib onların ünvanına da nalayiq ifadələri işlətməyə başlamışlar. Həmin vaxt onlar onun artıq öz hərəkətlərinə qərəzli olaraq davam etdiyini, ətrafdakı şəxslərin yanında özünü göstərdiyini görüb, ictimai qaydanı kobud surətdə pozaraq onlara və ətrafdakı şəxslərə açıqca etinasızlıq göstərdiyini görüb onun sərxoşluğunun müəyyən edilməsi və izahatının alınması məqsədilə xidməti avtomobilə əyləşdirmək istəmişlər. Belə ki, həmin vaxt Ülvi və o Tərlanın qollarından, kəmərinin arxa hissəsindən isə Məmmədkərim tutmuşdur. Tərlan onu tutmağını görüb yenidən öz hərəkətlərinə davam edərək nalayiq ifadələr işlətməklə yumruq və təpik ataraq kənar şəxsləri köməyə çağırmağa başlamışdır. Bundan sonra Tərlan onu buraxmadıqlarını görüb qəflətən Məmmədkərimin sol qolundan dişləməyə başlamışdır. Məmmədkərim onun dişləməsini görüb özündən asılı olmayaraq qolunun ağrımasına görə Tərlanı məcburi buraxmışdır. Bundan sonra isə ətrafdakı şəxslər də ona kömək etməyə gəlmişdir. Bildirmişdir ki, həmin şəxslərin sayı təxminən 15-20 nəfər olsa da, həmin şəxslərdən yalnız 3 nəfər şəxs onlara qarşı müqavimət göstərib yumruq və təpik atmışdır. Bu vaxt Tərlan da digər şəxslərin hərəkətlərini görüb ürəklənərək onların üstünə gəlib onlara qarşı yumruq və təpik atmış, lakin həmin yumruq və təpik ona dəyməmişdir. Həmin vaxt isə digər şəxslər onları sağa və sola dartmışlar. Bu vaxt onlar xəsarət almışlar. Bir müddət sonra isə Tərlan aşağı, çaylıq hissəyə tərəf qaçmışdır. Onlar isə xidməti avtomobilə əyləşib hadisə barədə NH-yə məlumat vermiş, daha sonra isə Şəki RMX-na getmişlər. Bildirmişdir ki, həmin hadisə 21.09.2021-ci il tarixdə saat 20:00 radələrində Şəki rayon, Baş Şabalıd kəndində mərkəzi hissədə baş vermişdir. Hadisə zamanı onlar, Tərlan və tanımadıqları 15-20 nəfər şəxs olmuşdur. İƏQ-nun tərkibində olduqları üçün xidməti geyimdə olmuşlar. Əlavə olaraq qeyd etmişdir ki, əvvəlcə Tərlana hadisə barədə məlumat verib onu Şəki ŞRPŞ-nə dəvət etmişlər. Lakin o, əvvəlcə Tamellan, sonra isə onların ünvanına, 15-20 nəfər şəxsin yaxınlığında nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozub onlara və ətrafdakı şəxslərə qarşı etinasızlıq etmişlər. Həmin vaxt hər iki qolundan sıyrıq xəsarətləri almışdır. Belə ki, Tərlanı avtomobilə əyləşdirən zaman tanımadıqları 4-5 nəfər şəxsin onları dartaraq Tərlanın qaçmasına şərait yaradan zaman xəsarət almışdır. Həmin şəxsləri konkret olaraq tanımamış, lakin görsə tanıya bilərdi. Hadisə təxminən 20-30 dəqiqə müddətində davam etmiş, Tərlan adlı şəxsi və digərlərini tanımamışdır. Onunla aralarında ədavət və düşmənçiliyi olmamışdır. Bildirmişdir ki, Tərlan maşına minmək istəmədiyi üçün onların qanuni tələblərinə tabe olmadığı zaman ətrafda 15-20 adam olsa da, Tərlana kömək etməyə gəlmiş şəxslərdən biri balacaboy, arıq, qarayanız şəxs, hadisədən sonra kənd camaatının deməsinə görə, adı Rəvan olan şəxs, Tərlanı onların əllərindən almaq üçün Zərərçəkmiş şəxs3 sinə nahiyəsinə yumruqla zərbə endirdiyini, daha sonra həmin qarışıqlıqda Ülvinin sinə nahiyəsindən tutaraq yerə itələdiyini, nəticədə Ülvinin yerə yıxıldığının şahidi olmuşdur. Həmin hərəkətlər nəticəsində Zərərçəkmiş şəxs3 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Belə ki, Tərlan oradan qaçıb uzaqlaşdıqdan sonra Ülvi Nəzərlinin sağ çiynində və sinəsində şişkinlik, qollarında sıyrıqlar olduğunu görmüşdür. Hadisə zamanı onların əşya-əmlakına, həmçinin xidməti avtomobilə heç bir ziyan dəyməmiş, yalnız iş yoldaşı polis kapitanı Zərərçəkmiş şəxs3 xidməti köynəyi cırılmışdır. Başqa heç bir maddi ziyan vurulmamışdır. Onu da bildirmişdir ki, Şəki ŞRPŞ-nin sürücü polis baş serjantı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 boğmamışdır. Tərlan içkili halda söyüş söyə-söyə fəal qanunazidd hərəkətlər edərək, həmçinin onlara yumruq və təpik zərbələri ataraq müqavimət göstərdiyinə görə onu avtomobilə əyləşdirə bilməmişlər. Bir anlıq Təqsirləndirilən şəxs2 onların əlindən çıxıb qaçmaq istədikdə Məmmədkərim onun boğaz nahiyyəsindən tutaraq özünə tərəf çəkmiş və dərhal da buraxmışdır. Məmmədkərim Tərlanı boğmamışdır. Göstərmişdir ki, əməliyyat qrupunda olduqlarından üzərilərində silah olmuşdur. Qarma-qarışıqlıqda vətəndaşlar tərəfindən silahlarının götürülə və ya itirə biləcəyi ehtimal edərək, həmçinin 4-5 nəfər kənd adamları onlara aktiv mane olduqları üçün Tərlanı maşına mindirməmişlər. Kənd içi olduğu üçün silahdan istifadə etməmişlər. Göstərmişdir ki, təqsirləndirilən şəxslərlədən şikayətçidir. Onların qanuna müvafiq olaraq cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə İstintaq-Əməliyyat Qrupunun üzvü olmuş, həmin gün saat 19:16-da Şəki rayonu, Baş Şabalıd kənd sakini X7 DİN-nin 102 xidmətinə zəng edib həmkəndlisi Tərlanın onu döyüb təhqir etməsi və öldürməklə hədələməsi barədə məlumat vermişdir. Həmin məlumat NH-yə daxil olduqdan sonra məsul növbətçinin tapşırığı ilə hadisə yerinə Şəki ŞRPŞ-nin NH-nin sürücüsü Zərərçəkmiş şəxs1, o və CAB-nin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 ilə birlikdə Şəki rayon, Baş Şabalıd kəndinə Şəki ŞRPŞ-nin NH-nə məxsus xidməti avtomobil ilə getmişlər. Onlar həmin kəndə təxminən 40 dəqiqə sonra gedib çatmışlar. Kəndə daxil olduqdan sonra Tamellan Ququşova zəng edib hadisə ilə bağlı gəldiklərini bildirərək harada olmasını soruşduqda Tamellan hazırda evdə olduğunu deyib küçəyə çıxdığını bildirmişdir. Bundan sonra onlar da Tamellan Ququşovdan ərizə almaq üçün həmin kəndin mərkəz hissəsində olan kafenin yanına çatdıqda Tamellanın qaça-qaça onların yanlarına gəldiyini görmüşlər. Onlar avtomobili saxladıqdan sonra avtomobildən düşüb Tamellana yaxınlaşmışlar. Həmin vaxt Tamellan Ququşov onlara Tərlan adlı şəxsin sərxoş vəziyyətdə, küçədə onu öldürməklə hədələməsini, evdə axşam yatmağa qorxduğunu bildirmişdir. Onlar da həmin şəxsin spirtli içkinin təsirində olduğunu ehtimal etdiklərinə görə yeni hadisələrin baş verməməsi üçün onunla profilaktik söhbətlər etmək istəmişlər. Həmin vaxt X13 bir qədər irəlidə olduğunu bildirmiş, onlar xidməti avtomobillə bir qədər hərəkət etdikdən sonra bir neçə şəxsin olduğunu görüb avtomobili orada saxlamışlar. Sonra həmin şəxslərdən Tərlanın kim olduğunu soruşduqda bir nəfər şəxs Tərlan olduğunu bildirmişdir. Həmin vaxt o, X8 məlumatını bildirdikdə Tərlan orada təxminən 15-20 nəfər şəxsin yaxınlığında ucadan açıq-aşkar spirtli içkinin təsiri altında olduğu hiss olunmaqla Tamellan Ququşovun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt o və digər polis əməkdaşları Tərlan adlı şəxsə ucadan söyüş söyməsinə son qoymağı bildirdikdə Tərlan "məni 40 nəfər polis gəlib apara bilməyib, siz 3 nəfər polis məni aparacaqsınız" deyib onların ünvanlarına da nalayiq ifadələri işlətməyə başlamışdır. Həmin vaxt onun artıq öz hərəkətlərinə qərəzli olaraq davam etdiyini, ətrafdakı şəxslərin yanında özünü göstərdiyini görüb, ictimai qaydanı kobud surətdə pozaraq onlara və ətrafdakı şəxslərə açıqca etinasızlıq göstərdiyini görüb onun sərxoşluğunun müəyyən edilməsi və izahatının alınması məqsədilə xidməti avtomobilə əyləşdirmək istəmişlər. Belə ki, həmin vaxt Toğrul və o Tərlanın qollarından, kəmərinin arxa hissəsindən isə Məmmədkərim tutmuşdur. Tərlan onların onu tutmaqlarını görüb yenidən öz hərəkətlərinə davam edərək nalayiq ifadələr işlətməklə yumruq təpik ataraq kənar şəxsləri köməyə çağırmağa başlamışdır. Bundan sonra Tərlan onu buraxmamaqlarını görüb qəflətən Məmmədkərimin sol qolundan dişləməyə başlamışdır. Məmmədkərim onun dişləməsini görüb özündən asılı olmayaraq qolunun ağrımasına görə Tərlanı məcburi buraxmışdır. Bundan sonra isə ətrafdakı şəxslər də ona kömək elməyə gəlmişdir. Bildirmişdir ki, həmin şəxslərin sayı təxminən 15-20 nəfər olsa da onlardan yalnız 3 nəfər şəxs onlara qarşı müqavimət göstərib yumruq və təpik atmışdır. Həmin vaxt tanımadığı, lakin görsə tanıya biləcəyi şəxsin atdığı yumruq onun sinəsindən dəymişdir. Bu vaxt Tərlan da digər şəxslərin hərəkətlərini görüb ürəklərənərək onların üstünə gəlib onlara qarşı yumruq və təpik atmış, lakin həmin yumruq və təpik onlara dəyməmişdir. Həmin vaxt isə digər şəxslər onları sağa və sola dartmışlar. Bu vaxt o və Toğrul qollarından xəsarət almışlar. Bir müddət sonra isə Tərlan aşağı, çaylıq hissəyə tərəf qaçmışdır. Onlar isə xidməti avtomobilə əyləşib hadisə barədə NH-yə məlumat vermişlər. Daha sonra isə Şəki RMX-na getmişlər. Bildirmişdir ki, FİAT DİABLO markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinə getmişlər. Bildirmişdir ki, həmin gün Təqsirləndirilən şəxs2 onlara göstərdiyi müqavimətin qarşısını alıb onu xidməti avtomobilə əyləşdirmək istəyərkən Təqsirləndirilən şəxs2 ətrafdakı şəxsləri köməyə çağırandan sonra əvvəllər tanımadığı, balacaboy, qarayanız, arıq olan şəxs onun sinəsinə yumruqla zərbə vurmuş, daha sonra əlləri ilə köynəyinin yaxasından tutub dartmış, köynəyini dartan zaman köynəyinin sol yaxası cırılmış və düymələri qopmuşdur. O, müvazinətini itirəndən sonra Rəvan onun sol qolundan tutub kənara dartıb itələmiş, o həmçinin Zərərçəkmiş şəxs2, daha sonra isə Tərlanı da onların əllərindən almaq üçün sonuncunun da qollarından tutub dartmış, daha sonra həmin şəxs, Tərlan və orada olan tanımadığı digər şəxslər onlara yumruq və təpik zərbələri atsa da zərbələrdən bəziləri dəysə də, zərbələrdən yayındıqlarına görə bəziləri onlara dəyməmişdir. Tərlan oradan uzaqlaşandan sonra oradakı kənd camaatının öz aralarında olan danışıq zamanı onun sinəsinə yumruqla zərbə vuran şəxsin adının Rəvan olduğunu eşitmişdir. Bu xəsarətləri o, həmin gün, yəni 21.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 xidməti maşına əyləşdirmək istəyərkən almışdır. Belə ki, orada adı sonradan ona məlum olan Rəvan adlı şəxs qarışıqlıq zamanı sinəsinə yumruq vuraraq sol qolundan tutub dartaraq onu kənara itələmiş və o, həmin itələnmə və Tərlanın ona göstərdiyi müqavimət və onların yumruq və təpiklə ona endirdiyi zərbələr nəticəsində yerə yıxılaraq zədələr almışdır. Qollarındakı sıyrıqlar, sağ çiynindəki şişkinlik, əzilmə bu cür şəraitdə əmələ gəlmişdir. Həmçinin bildirmişdir ki, hadisə zamanı onların əşya-əmlakına, həmçinin xidməti avtomobilinə heç bir ziyan dəyməmiş, yalnız onun xidməti köynəyi cırılmışdır. Başqa heç bir maddi ziyan vurulmamışdır. Onu da qeyd etmişdir ki, Şəki ŞRPŞ-nin sürücüsü polis baş serjantı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 boğmamışdır. Tərlan içkili halda söyüş söyə-söyə fəal qanunazidd hərəkətlər edərək, həmçinin onlara yumruq və təpik zərbələri ataraq müqavimət göstərdiyinə görə onu avtomobilə əyləşdirmək çətin olmuş, bir anlıq Təqsirləndirilən şəxs2 onların əlindən çıxıb qaçmaq istədikdə Məmmədkərim onun boğaz nahiyyəsindən tutaraq özünə tərəf çəkmiş və dərhal da buraxmışdır. Məmmədkərim Tərlanı boğmamışdır. Bu onun uydurduğu yalandır. Bildirmişdir ki, həmin hadisə 21.09.2021-ci il tarixdə saat 20:00 radələrində Şəki rayon, Baş Şabalıd kəndində mərkəz hissədə baş vermişdir. Onlar əvvəlcə hadisə barədə məlumat verib onu Şəki ŞRPŞ-nə dəvət etmiş, lakin Tərlan əvvəlcə Tamellan, sonra isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub onlara və ətrafdakı şəxslərə qarşı etinasızlıq etmişdir. Onu da bildirmişdir ki, həmin vaxt hər iki qolundan sıyrıq, sağ tərəfdən çiyin nahiyəmdə əzilmə xəsarətləri almış, həmin vaxt onlar Tərlanı avtomobilə əyləşdirən zaman tanımadıqları 4-5 nəfər şəxs onları dartaraq Tərlanın qaçmasına şərait yaradan zaman almış, həmin şəxsləri konkret olaraq tanımamış, lakin görsə tanıya bilərdi. Hadisə təxminən 20-30 dəqiqə müddətində davam etmişdir. Eyni zamanda hadisə zamanı köynəyinin düymələri də cırılmış, cibindən 30 manat pul xərcləyərək cırılmış köynəyin yenisini əldə etmişdir. Tərlan adlı şəxsləri və digərlərini tanımamış, onunla aralarında düşmənçilik və ədavət olmamışdır. Göstərmişdir ki, əməliyyat qrupunda olduqlarından üzərilərində silah olmuşdur. Qarma-qarışıqlıqda vətəndaşlar tərəfindən silahlarının götürülə və ya itirə biləcəyi ehtimal edərək, həmçinin 4-5 nəfər kənd adamları onlara aktiv mane olduqları üçün Tərlanı maşına mindirməmişlər. Kənd içi olduğu üçün silahdan istifadə etməmişlər. Göstərmişdir ki, təqsirləndirilən şəxslərlədən şikayətçidir. Onların qanuna müvafiq olaraq cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 21.09.2021-ci il tarixdə saat 20:00 radələrində mağazasının qarşısında olan zaman Şəki ŞRPŞ-nə məxsus xidməti avtomobilin gəldiyini və kənd sakinlərinin olduğu yerdə dayandığını görmüşdür. Həmin avtomobildən 3 nəfər polis əməkdaşı düşüb Tərlanın kim olduğunu soruşmuşdur. Həmin vaxt polis əməkdaşları Tərlana onun həmkəndlisi Tamellan Ququşovun ondan şikayət etdiyini bildirmişdir. Bu vaxt Tərlan ucadan Tamellan Ququşovun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Tərlan həmin vaxt içkili olmuş və kənardan onun içkili olması açıq-aşkar hiss edilmişdir. Tərlanın söyüş söyməsinə görə polis əməkdaşları söyüşü dayandırıb Şəki ŞRPŞ-nə getməyi təklif etmişlər. Lakin Tərlan “məni 40 nəfər apara bilməyib, siz kimsiz aparasınız” sözlərini deyərək nalayiq ifadələrini davam etdirmişdir. Həmin vaxt yaxınlıqda 15-20 nəfər kənd sakini də olmuşdur. Polis əməkdaşları Tərlanın tabe olmadığını, öz hərəkətlərinə davam etdiyini görüb onu polis maşınına mindirmək istəmişlər. Bu vaxt orada qarışıqlıq düşmüş və Tərlanın yumruq və təpik atmaqla polis əməkdaşlarına müqavimət göstərərək oradan qaçmaq istəmişdir. İki polis əməkdaşının onun qolundan tutaraq maşına mindirmək istədiyini görmüşdür. Həmin vaxt yaxınlıqda olan kənd sakinlərindən Hüseyn və Nəci deyilən, yəni Nəcməddinin, Rəvanın Tərlanı polislərin əlindən qurtarmaq üçün Tərlanı tutub dartdıqlarını görmüşdür. Bildirmişdir ki, kənd camaatı arasında danışıq zamanı Rəvanın polis əməkdaşlarına yumruqla zərbə endirməsini eşitmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin ərəfədə Tərlanın ucadan söyüş söyüb onu buraxmaqlarını demişdir. O, həmin hadisə zamanı tez-tez mağazaya girib çıxdığından hadisəni tam olaraq görməmişdir. Bir onu görmüşdür ki, Tərlan yerə yıxılmış vəziyyətdə qalmışdır. Bu zaman polislər onu buraxmış, kənd sakinləri ona su gətirən anda Tərlan polislərin yanından çıxaraq qaçmışdır. Polis əməkdaşları isə avtomobilə əyləşib çıxıb getmişlər. Bildirmişdir ki, Təqsirləndirilən şəxs2 şikayət edən X7 ruhi xəstə, psixi pozutusu olan şəxs olmuş, Şəki rayonu, Baş Şabalıd kəndində kənd camaatına tez-tez sataşmış, söyüş söymüş, öz hərəkətlərini idarə edə bilməmişdir. İnsanlar üçün təhlükə yaratmış, bəzən ayrı-ayrı şəxslərin həyətlərinə girib insanları narahat etmişdir. Təxminən 3-4 il bundan əvvəl öz əmisinin tövləsini də yandırmışdır. Tamellana kənddə hamı “Dattdı” deyə çağırmışdır. Bildirmişdir ki, Tərlan həmin vaxt içkili olduğuna görə söyüş söyməyə başlamış və qeyd olunan hadisə baş vermişdir. Tərlan söyüş söyənə kimi polis əməkdaşları heç bir qanunsuz hərəkət etməmiş və onu saxlamaq üçün heç bir hərəkət etməmişlər. Polis əməkdaşları Tərlanın söyüş söydüyünü görüb onu saxlamaq istəmiş, bu vaxt Tərlanın müqavimət göstərməyə başladıqdan sonra qeyd etdiyi hadisələr olmuşdur. Polis əməkdaşları heç bir qərəzli hərəkət etməmiş, ilk öncə Tərlana izahat üçün Şəki ŞRPŞ-nə gəlmək təklif olunmuş, Tərlan nalayiq ifadələrlə söyüşlər söydüyünə və bu cür qanunazidd hərəkətlərini davam etdirdiyinə görə polis əməkdaşları onu saxlamışlar. Tərlan sərxoş olduğuna görə ucadan söyüşlər söymüş, bu vaxt isə ətrafdakı adamlar o da daxil olmaqla Tərlanın söydüyü söyüşləri açıq aydın eşitmiş, səbəb isə Tamellanın haqsız şikayət etməsi və özünün də sərxoş olması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 21.09.2021-ci il tarixdə sürücü kimi **-BT-*** dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobillə kursdan gələn məktəbli uşaqları evlərinə düşürərkən Şəki rayonu, Baş Şabalıd kəndinin mərkəzində polislə Təqsirləndirilən şəxs2 söhbət etdiyini görmüşdür. O, uşaqları orada düşürdüyünə görə ətrafda çoxlu insan olduğunu görüb maşından düşərək baxmışdır. O, hadisə yerində təxminən 1 dəqiqədən də az müddətdə dayanmış və daha sonra avtomobilə əyləşərək sürüb getmişdir. Həmin vaxt orada 3 nəfər polis əməkdaşı, Tərlan və Tamellan Ququşov olmuşdur. O polis əməkdaşları ilə Tərlanın nə haqda danışdığını bilməmişdir. Həmçinin bildirmişdir ki, o, orada çox az, yəni 1 dəqiqədən də az müddət ərzində dayandığına görə nə Tərlanın söyüş söydüyünü, nə də polis əməkdaşlarına müqavimət göstərdiyini, söyüş və sair eşitməmişdir. Bir o yadında qalmışdır ki, polis əməkdaşları Təqsirləndirilən şəxs2 Şəki ŞRPŞ-yə izahat vermək üçün dəvət etmiş, lakin Təqsirləndirilən şəxs2 isə izahat vermək üçün getməkdən imtina etmişdir. Bundan başqa heç nə görməmiş, maşını sürərək getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Tərlan dayısıoğlu, Rəvanla isə uzaqdan qohumluq əlaqəsi vardır. Göstərmişdir ki, o, 21.09.2021ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı kəndin mərkəzində Rəfailə məxsus kəndin mərkəzində olan ərzaq mağazasının yanında kənd sakinləri ilə dayanmışdır. Bildirmişdir ki, mağazanın qarşısında Hüseyn, Rəvan və o, onlardan da bir az, təxminən 10-15 metr aralı Təqsirləndirilən şəxs2 bir neçə kənd sakini ilə birlikdə dayanmışlar. Tərlan toydan gəldiyi üçün içkili vəziyyətdə olmuşdur. Həmin vaxt ətrafda onlarla birlikdə təxminən yadında qalmayan 15-20 nəfər adam olmuşdur. Həmin vaxt mağazanın qarşısına polis maşını gəlmiş, polis maşının markasını bilməmişdir. Maşında əyləşmiş polis əməkdaşları əvvəl müraciət edərək Tərlanın kim olmasını soruşmuş, Tərlan cavab verərək özünün təqdim etmişdir. Polis əməkdaşlarından biri maşından yerə düşərək Tərlanı yanlarına çağırmışlar. Tərlan polis əməkdaşlarının yanına tək getmişdir. Polis maşının dayandığı yerdən ona qədər olan ara məsafəsi təxminən 15 metr olmuşdur. Tərlanla polis əməkdaşlarının nə barədə danışdığını eşitməmiş, sonra maşından daha 2 nəfər polis geyim formasında polis əməkdaşları yerə düşmüş, maşında başqa polis əməkdaşı olmamışdır. Təqsirləndirilən şəxs2 nalayiq ifadələrlə söyüşlər söydüyünü eşitmiş, amma nalayiq ifadələrlə kimin ünvanına söyüş söydüyünü bilməmişdir. Polis əməkdaşları ona söyüş söyməyi dayandırmasını tələb etsələr də, Tərlan söyüş söyməyə davam etmişdir. Bu zaman Tərlanın “29 nəfər polis gəlib məni apara bilməyib, Siz 3 nəfər məni necə aparacaqsız?” dediyi də yadında qalmışdır. O görmüşdür ki, polis əməkdaşları yenə də Tərlanla söhbət etmiş, polis əməkdaşları tərəfindən hər hansı söyüş, nalayiq ifadələr eşitməmişdir. Polis əməkdaşları Tərlanı polis maşınına mindirmək istəmiş, lakin Tərlan maşına minmək istəməmiş və polislər Tərlanı maşına mindirə bilməmişlər. Polis əməkdaşları Tərlanın qollarından və belindən tutub polisin xidməti maşınına apararkən Tərlan dartınaraq və müqavimət göstərərək polisin əlindən çıxmaq istəmişdir. Lakin Tərlanın həmin anda polisləri vurduğunu görməmişdir. Tərlan onlardan aralanmaq istəyəndə, polis əməkdaşı əli ilə onu tutmuş, Tərlanın getməsinə mane olmuşlar. Həmin vaxt Tərlan “kömək edin” deyə ətrafdakı kənd sakinlərini köməyə çağırmışdır. Bunu eşidib o, həmkəndlisi Rəvan və Hüseynlə birlikdə polislərə yaxınlaşıb hərəsi ayrı-ayrı polis əməkdaşlarının qolundan tutub dartaraq polislərə mane olmuşlar ki, Tərlanı buraxsınlar, sakitlik olsun. Lakin buna baxmayaraq polis əməkdaşları Tərlanı buraxmamışdır. Bu zaman Tərlan özündən gedərək bir neçə dəqiqəlik yerə yıxılmışdır. Ətrafda olan həmkəndliləri Tərlanın üzünə su vuraraq onu ayıltmış, Tərlanın yerdən qalxaraq ayağa durub polis əməkdaşlarının əlindən çıxaraq qaçmışdır. Bundan sonra onlar yaşadıqları evə gəlmişlər. Bildirmişdir ki, Tərlan söyüşlər söymüş, lakin kimin ünvanına dediyini bilməmiş, çünki uzaqda olmuşdur. O görmüşdür ki, polis əməkdaşları Tərlanı maşına mindirmək istəmiş, buna görə də onlara müqavimət göstərərək polis əməkdaşlarının əlindən çıxıb qaçmaq istəmiş, həmin vaxt qarışıqlıq olduğundan Tərlanın Məmmədkərim adlı polis əməkdaşının qolunu dişləməsini görməmişdir. O və digər həmkəndliləri Tərlanı polis əməkdaşlarına mane olaraq onların əlindən almaq istəyən zaman polis əməkdaşları qol nahiyələrindən xəsarətlər almışlar. Sonradan oraya çoxlu sayda adam toplaşmış, buna görə köməklik edən digər 3 nəfəri şəxsin dəqiq kim olmasını deyə bilməmişdir. O, heç bir xəsarət almamış, qaranlıq olduğu üçün toplaşan şəxslərin kim olduğunu bilməmişdir. Həmçinin qarışıqlıq olduğundan polislər tərəfindən Tərlanın boğaz nahiyyəsindən tutulubtutulmadığını görməmişdir. Həmçinin göstərmişdir ki, qeyd olunan hadisə ilə bağlı onun özü barəsində İXM-nin 535-ci maddəsi üzrə protokol tərtib edilmiş və o məhkəmə tərəfindən 200 manat cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, yaşadığı ev kəndin mərkəzində Rəfailin mağazasının təxminən 50 metr yaxınlığında yerləşir. O, 21.09.2021-ci il tarixdə saat 20:00 radələrində çörək almaq üçün mağazaya getmək istəmiş və yaşadığı evin həyət hissəsinə çıxan zaman küçədən səs küyün gəlməsini eşitmişdir. Onun evi kəndin mərkəzində olan Rəfailin mağazasının arxa hissəsində yerləşmişdir. O, nə baş verməsinə baxmaq üçün küçəyə çıxmışdır. O, bir qədər kəndin mərkəzi tərəfinə getdikdən sonra 3 nəfər polis əməkdaşının kəndin mərkəzində polis maşının yanında olmasını, ətrafda isə Tamellan Ququşovun əmisi Rafiq, atası Şakir, mağaza sahibi Rəfail, satıcı Elməddin, bir az aralıda qaranlıqda da adamların olduğunu görmüşdür. Həmin vaxt polislər digər polis əməkdaşının qoluna spirt vurduğunu görmüşdür. Öyrənmişdir ki, kimsə həmin polis əməkdaşının qolunu dişləmişdir. Sonradan kənd sakinlərindən həmçinin öyrənmişdir ki, polis əməkdaşlarının Tamellanın şikayətinə görə Tərlanı polis şöbəsinə dəvət etdikdə Tərlanın söyüş söymüş və onlara müqavimət göstərmiş, həmin vaxt isə polis əməkdaşları onu tutmaq istəyən zaman Tərlan polis əməkdaşının əlini dişləyərək oradan qaçmasını da öyrənmişdir. Bundan sonra isə çörək alıb evə getmişdir. Bildirmişdir ki, o, evdən çıxıb hadisə yerinə gəldikdə adını bilmədiyi polis əməkdaşının qoluna spirt vurduğunu görmüş, sonradan Rəfailin mağazasında işləyən Elməddin ona həmin polis əməkdaşının qolunu Təqsirləndirilən şəxs2 dişlədiyini və buna görə də polis əməkdaşı qoluna spirt vurduğunu demişdir. O, Təqsirləndirilən şəxs2 söyüş söyməsini real olaraq eşitməmiş, o, hadisə yerinə gəldikdə artıq Təqsirləndirilən şəxs2 qaçıb getdiyinə görə hadisənin real şahidi olmamış, o, kənd sakinlərindən Təqsirləndirilən şəxs2 ümumiyyətlə söyüş söydüyünü dediklərini eşitmiş, lakin konkret olaraq Tamellan Ququşovu və ya polis əməkdaşlarını söyüb-söymədiyini eşitməmiş, eləcə də polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 boğduğunu və ya vurduğunu eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Şəki rayonu Baş Şabalıd kəndinin mərkəzində olan Rəfailin mağazasında satıcı olaraq işləmiş və 21 sentyabr 2021-ci il tarixdə saat 20:00 radələrində o, mağazada olmuşdur. Bildirmişdir ki, mağazada işləyən vaxt küçədə səs-küyün olmasını eşitmiş, buna görə də bayıra çıxmaq istəmişdir. Lakin Rəfail ona baş verən hadisənin onlara aid olmadığını deyib mağazadan çıxmamağını bildirmiş və bu səbəbdən də o, mağazada qalmışdır. Həmin vaxt Tərlanın ucadan qışqırmasını, ətrafda çoxlu sayda kənd sakinlərinin olmasını, Tərlanın tanışlarının onu polis avtomobilinə mindirib polislərin əlindən almağa çalışdıqlarını eşitmişdir. Bir qədər keçdikdən sonra bir nəfər polis əməkdaşı mağazaya gəlib Tərlanın qolundan dişləməsini deyib yaraya vurmaq üçün spirt istəmişdir. O, polis əməkdaşına spirt vermişdir. Bundan sonra isə polis əməkdaşları çıxıb getmiş, onlar isə işlərinə davam etmişlər. Bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Tamellan Ququşovun ünvanına nalayiq ifadələrlə söyüş söydüyünü eşitmiş, lakin polis əməkdaşlarına söyüş söydüyünü eşitməmişdir. Hadisənin 10-15 dəqiqə davam etdiyini, ətrafda təxminən 15 nəfərədək şəxslərin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, mağazadan siqaret alıb evə gedərkən 21.09.2021-ci il tarixdə saat 20:00 radələrində kəndin mərkəzindəki Rəfailin mağazasının yaxınlığında dayanmışdır. Həmin vaxt polis maşını gəlib Tərlanın kim olmasını soruşmuşdur. Bildirmişdir ki, həmin vaxt ondan başqa orada Tərlan və təxminən 10-15 nəfərədək digər şəxslər də olmuşdur. Polislərin soruşmasına görə Tərlan özünü təqdim etmiş, həmin vaxt polis əməkdaşları və Tərlanla onun arasında 50-60 metr məsafə olmuşdur. Polis əməkdaşları Tərlana avtomobilə əyləşməklərini bildirsələr də o, avtomobilə əyləşməkdən və onlarla birlikdə getməkdən imtina etmişdir. O da polis əməkdaşlarını Tərlanı tutub aparacaqlarını görüb kömək etmək üçün polislərin yanına gedib Tərlanın qolundan tutaraq dartmağa başlamışdır. O, polis əməkdaşlarına yaxınlaşıb Tərlanın qolundan tutmuşdur ki, Tərlanı buraxsınlar. Tərlan bu zaman özündən gedərək yerə yıxılmış halda olmuş, o, həmin vaxt polis əməkdaşlarının qolundan tutmamış, bundan sonra qarışıqlıqda necə olduğunu bilməmiş, təxminən bir-iki dəqiqə Tərlan yerdə qalmış, ətrafdakı həmkəndliləri ona su gətirmişlər. Bundan sonra hadisə yerinə baxanda Tərlanın orda olmadığını görmüş, polislərin Tərlanı axtardığına görə, Tərlanın polislərin əlindən qaçıb getdiyini güman etmişdir. Bundan sonra isə polis əməkdaşları da çıxıb getmiş, onlar da yaşadıqları evlərinə getmişlər. Bildirmişdir ki, o, 21.09.2021-ci il tarixdə Tərlanla polis əməkdaşları arasında baş vermiş mübahisə zamanı, həmçinin Təqsirləndirilən şəxs2 polislərin əlindən qaçdıqdan sonra Zərərçəkmiş şəxs3, həmçinin digər polis əməkdaşlarının onun, Nəcminin, Rəvanın ünvanına söyüş söydüyünü eşitməmişdir. Tərlan sərxoş vəziyyətdə olmuş, onun küçə söyüşləri söydüyünü eşitmiş, lakin polislərə söydüyünü eşitməmişdir. O, yalnız Tərlanın özündən gedərək yerə yıxıldığını görmüş, polislərə müqavimət göstərdiyini görməmiş, həmçinin Tərlanın polisi dişlədiyini görməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs2 köməyə gələrək onu polis əməkdaşlarının əlindən almaq istəyən zaman hər hansı xəsarət almamış, qaranlıq olduğu üçün ətrafda kimlərin olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 21 sentyabr 2021-ci il tarixdə Rəfailin mağazasının qarşısında olmuş, polis əməkdaşları maşınla gəlib kəndin mərkəzi hissəsində, yəni Rəfailin mağazasının yaxınlığında saxlayaraq Tərlanı soruşmuşlar. Bu zaman Tərlan polis əməkdaşlarına yaxınlaşaraq kimliyini bildirmiş, onun içkili olduğu açıq–aşkar bilinmişdir. Bundan sonra polis əməkdaşları Tamellan Ququşovun şikayətini ona bildirdikdə Tərlan sonuncunun ünvanına nalayiq ifadələr, söyüşlər söyməyə başlamışdır. Polis əməkdaşları Tərlandan söyüş söyməsini dayandırmağı tələb etsə də, Tərlan söyüşlərinə davam etmişdir. Onun söyüşlərini ətrafdakı bütün insanlar da eşitmişdir. Polis əməkdaşları Tərlanın söyüş söyməyə davam etdiyini görüb onu qollarından tutaraq maşına tərəf aparmağa başlamışlar. Lakin Tərlan polis əməkdaşlarına müqavimət göstərərək onların əlindən çıxıb qaçmaq istəmişdir. Bir də baxmışdır ki, adını bilmədiyi polis əməkdaşı arxadan Tərlanın boğazından tutaraq boğmaqla onu maşına əyləşdirmək istəmiş, bu zaman Təqsirləndirilən şəxs2 boğulduğuna görə, həmin polis əməkdaşının qolundan dişləmişdir. Bundan sonra ətrafdakı kəndlilər Tərlana su gətirib üzünə vurduqdan sonra Tərlan ayılıb hadisə yerindən qaçmışdır. Həmçinin əlavə olaraq bildirmişdir ki, Tərlan maşına minmək istəmədiyinə görə, polis əməkdaşlarına müqavimət göstərdiyini, boğulduğu üçün polis əməkdaşının qolunu dişlədiyini görmüş, lakin polis əməkdaşlarından hər hansı birini vurduğunu görməmişdir. Polislərin də Tərlanı vurduqlarını görməmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Tamellan Ququşovu döydüyünü görməmiş və ya eşitməmiş, lakin 21.09.2021-ci il saat 20 radələrində baş vermiş hadisə zamanı Tərlan Tamellanın şikayətinə etiraz edərək onun ünvanına kənd camaatının qarşısında söyüşlər söymüşdür. X9 əmisi Rafiq, Alməmməd, həmçinin mağaza sahibi Rafael, onun satıcısı Elməddin, Nəcmin və onun anası, Hüseyn, Rəvanı görmüşdür. Sürücü Röyalın da orada olduğu yadında qalmış, başqa kimlər olub yadında qalmamışdır. Həmkəndliləri Nəcmin, Hüseyn və Rəvan Tərlanın boğulduğunu görüb köməyə gəlmişlər. Təqsirləndirilən şəxs2 polislərin əlindən almaq üçün onu tutub dartırmış, lakin o, polis əməkdaşlarını Nəcmin, Hüseyn və Rəvanın döydüyünü görməmişdir. Onlar sadəcə “olmaz, buraxın, yaxşı deyil” deyərək Tərlanı polis əməkdaşlarının əlindən almaq istəmişlər. Rəvanın polis əməkdaşlarını vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki rayonunun Baş Şabalıd kəndində yaşayır. Həyat yoldaşı vəfat etmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşının oğludur. Bildirmişdir ki, 21.09.2021-ci il tarixdə saat təxminən 20:00 radələrində evlərində olarkən küçə yolundan səs-küy gəlmiş, buna görə də həyətlərindən kənd yoluna çıxmışdır. Həmin vaxt hava qaranlıq olduğundan ətrafda kimlərin olmasını görməmişdir. Tərlanın hansı səbəbdən tutulduğunu demək istəmir. Bunu Tərlanın özündən soruşulmasını xahiş etmişdir. İş materiallarında olan 22.09.2021-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs3 əynində olmuş 01 ədəd xidməti köynək götürülərək baxış keçirilmiş, baxış zamanı qısaqol xidməti köynəyin ön sol yuxarı hissəsində zədə və yuxarıdan aşağıya doğru istiqamətdə 04 ədəd düymənin qırılması, yəni yerində olmadığı aşkar edilmişdir. İş materiallarında olan Şəki ŞRPŞ-nin İstintaq Bölməsindən daxil olmuş, 22.09.2021-ci il tarixli 1074 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Şəki ŞRPŞ-nin əməkdaşlarına müqavimət göstərməklə xəsarət yetirib hadisə yerindən qaçmış Tərlan adlı şəxsin Şəki rayon, Baş Şabalıd kənd sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 saxlanılaraq İstintaq Bölməsinə gətirilməklə təmin edilməsi məqsədilə Şəki ŞRPŞ-nin şəxsi heyəti təlimatlandırılmaqla genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs2 polisdən gizlənməsinə dair məlumat əldə edildikdən sonra Şəki rayon, Baş Şabalıd kənd ərazisində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının onu saxlamaması üçün yenidən qaçmasına cəhd göstərməsinə baxmayaraq keçirilmiş operativ tədbirlər nəticəsində o, 22.09.2021-ci il tarixdə səhər radələrində yaşadığı kənd ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 azadlıqda qalacağı təqdirdə istintaqdan yayınacağı, baş vermiş hadisənin şahidlərinə qanunsuz təsir edəcəyinə dair məlumatlar əldə edilmişdir. İş materiallarına əlavə edilmiş 22 sentyabr 2021-ci il tarixli, 183 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinə Aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs2 22 sentyabr 2021-ci il tarixdə müayinədən keçirilərkən onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan “MTE və PA ETT” Birliyinin Şəki rayon şöbəsinin 22.09.2021ci il tarixli, 553 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Məhkəmə Tibbi Ekspertizası zamanı aşkar edilmiş xəsarətlər sol saidin yuxarı 1/3-nin birincili cərrahi işlənmiş dişlənmiş-əzilmiş-cırılmış yarası, yumşaq toxumaların əzilməsi, hematoması, sağ əl arxasının əzilmiş-sıyrılmış yaraları və sol saidin sıyrıqları bərk-küt əşyanın(əşyaların) təsirindən törənmişlər, bu xəsarətlərin törənmə müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 21.09.2021-ci il tarixə uyğundur. -Bu xəsarətlərdən sol saidin yuxarı 1/3-nin birincili cərrahi işlənmiş, dişlənmiş-əzilmişcırılmış yaraları, yumşaq toxumaların əzilməsi, hematoması, dişləmə zamanı insan dişlərinin təsirindən əmələ gəlməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Sağ əl arxasının əzilmiş-sıyrılmış yaraları və sol saidin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan “MTE və PA ETT” Birliyinin Şəki rayon şöbəsinin 27.09.2021-ci il tarixli, 552 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Məhkəmə Tibbi Ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sağ çiyin qurşağının travmatik şişkinliyi, hematoması, yumşaq toxumaların əzilməsi, sağ bazu oynağında ağrı hesabına hərəkət məhdudluğu, sağ döş əzələsinin əzilməsi, hər iki saidin çoxsaylı sıyrılmış yaraları bərk küt-əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 21.09.2021-ci il tarixinə uyğundur. Bu xəsarətlərdən: sağ çiyin qurşağının travmatik şişkinliyi, hematoması, yumşaq toxumaların əzilməsi, sağ bazu oynağında ağrı hesabına hərəkət məhdudluğu, sağ döş əzələsinin əzilməsi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər, hər iki saidin çoxsaylı sıyrılmış yaraları sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan “MTE və PA ETT” Birliyinin Şəki rayon şöbəsinin 27.09.2021ci il tarixli, 554 nömrəli nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Məhkəmə Tibbi Ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: hər iki saidin çoxsaylı sıyrılmış yaraları bərkküt əşyanın(əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 21.09.2021-ci il tarixinə uyğundur, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan “şübhəli şəxsin tutulması” haqqında 25.09.2021-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25.09.2021-ci il tarixdə saat 18:10-da tutulmuşdur. İşdə olan Şəki rayon məhkəməsinin 27.09.2021-ci il tarixli, 4(075)-83/2021 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan 16.11.2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 16.10.2021-ci il tarixdə Şəki RPX-dan daxil olmuş 1110 saylı arayışdan görünür ki, Şəki rayonu Baş Şabalıd kəndində anadan olmuş Təqsirləndirilən şəxs2 Şəki rayon Psixatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin 18.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum edilməmişdir. İş materiallarında olan 10.11.2021-ci il tarixdə Şəki RPX-dan daxil olmuş 1215 saylı arayışdan görünür ki, Şəki rayonu Baş Şabalıd kəndində anadan olmuş Təqsirləndirilən şəxs1 Şəki rayon Psixatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin 02.11.2021-ci il tarixli, 189- 30662-1221 nömrəli məktubundan görünür ki, məktubda göstərilən bir ədəd xidməti köynəyinin dövlət qiyməti 27,50 (iyirmi yeddi manat əlli qəpik) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2021-ci il tarixli, 3/1676 nömrəli məhkəmə trasoloji ekspeertizasının rəyindən görünür ki, təqdim edilmiş xidməti köynəyin vizual və lupa vasitəsilə müşahidəsi zamanı a) köynəyin ön sol yuxarı hissəsində çiyin tikişindən 80 mm aşağıda, sol yan tikişdən 190 mm sağda bir ədəd 115 mm uzunluqda zədə, b) köynəyin ön hissəsinin sağ tərəfində, yuxarı hissədən aşağıya doğru istiqamətdə müvafiq sıra ardıcıllığı ilə birinci, ikinci, üçüncü, dördüncü döymələrin yerində müşahidə olunmadığı aşkar edilmişdir, qısaqol xidməti köynəyin səthində olan “a” zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədəsi, qısaqol xidməti köynəyin səthində olan “b” zədəsi isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıbqoparılma zədələridir. Qeyd olunan zədələr müxtəlif şəraitdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə də yaranması mümkündür. Ekspertiza xərci 64 manat təşkil etmişdir. İş materiallarında olan Şəki Mərkəzi Rayon X14 şəxsin 21.10.2021-ci il tarixli, 1303/1 nömrəli məktubundan görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 21.09.2021-ci il tarixdə X6 Yardım Bölməsinə müraciət etmiş, həkim travmatoloq Hikmət Əliyev tərəfindən müayinə olunmuş, “Sağ saidin orta, sol saidin yuxarı 1/3-nin sıyrılmış yarası” diaqnozu təyin olunmuş, tibbi yardım göstərilmiş və ambulator müalicə təyin olunmuşdur. Zərərçəkmiş şəxs3 “Şəki RMX” PHŞ-in Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İş materiallarında olan Şəki Mərkəzi Rayon X14 şəxsin 21.10.2021-ci il tarixli, 1304/1 nömrəli məktubundan görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 21.09.2021-ci il tarixdə X6 Yardım Bölməsinə müraciət etmiş, həkim travmatoloq Hikmət Əliyev tərəfindən müayinə olunmuş, “Sağ və sol saidin aşağı və orta 1/3-nin sıyrıntıları” diaqnozu təyin olunmuş, tibbi yardım göstərilmiş və ambulator müalicə təyin olunmuşdur. Zərərçəkmiş şəxs2 “Şəki RMX” PHŞ-in Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İş materiallarında olan Şəki Mərkəzi Rayon X14 şəxsin 21.10.2021-ci il tarixli, 1302/1 nömrəli məktubundan görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 21.09.2021-ci il tarixdə X6 Yardım Bölməsinə müraciət etmiş, həkim travmatoloq Hikmət Əliyev tərəfindən müayinə olunmuş, “Sol saidin yuxarı 1/3-nin dişlənmiş, sıyrılmış yarası” diaqnozu təyin olunmuş, tibbi yardım göstərilmiş və ambulator müalicə təyin olunmuşdur. Zərərçəkmiş şəxs1 təkrarən 18.10.2021-ci il tarixdə X6 Yardım Bölməsinə müraciət etmiş, “Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası” diaqnozu ilə ambulator müalicə almışdır. Zərərçəkmiş şəxs1 “Şəki RMX” PHŞ-in Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İş materiallarında olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin 04.11.2021-ci il tarixli, 189-30693-122 nömrəli məktubundan görünür ki, Şəki ŞRPŞ-nin CAB-in rəisi, polis kapitanı Elşad Qurbanov əməliyyat-istintaq qrupunun rəhbəri, aidiyyəti xidmət sahələri üzrə Növbətçi hissənin sürücü polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs1, təhqiqatçı, polis kapitanı Zərərçəkmiş şəxs3 və CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Zərərçəkmiş şəxs2 isə üzvləri kimi 21.09.2021-ci il tarixdə saat 09:00-dan 22.09.2021-ci il tarixdə saat 09:00-dək əməliyyat-istintaq qrupunun tərkibində xidmətdə olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin 16.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum edilməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində 14.10.2021-ci il tarixdə Şəki ŞİHB-nın Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən daxil olmuş yaşayış üzrə arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2016 və 2018-ci ildə anadan olmuş 2 azyaşlı uşağı var və o xasiyyətnamə üzrə mənfi xarakterizə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində 10.11.2021-ci il tarixdə Şəki ŞİHB-nın Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən daxil olmuş yaşayış üzrə xasiyyətnamədən görünür ki, sonuncu müsbət xarakterizə olunur. Həmçinin onun himayəsində 2019-cu və 2020-ci ildə anadan olmuş 2 azyaşlı uşağının olması göstərilmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələri üzrə düzgün tövsif olunmuşdur. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddələr üzrə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı andan, yəni 26 aprel 2022-ci il tarixdən hesablanmalıdır. 01 may 2012-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə, məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respubliası CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və saxlanması üçün Şəki rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş bir ədəd xidməti polis köynəyi hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərcinin 32 manatı Təqsirləndirilən şəxs2, 32 manatı isə Təqsirləndirilən şəxs1 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 357-358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib üç ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il, altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə onun üzərində qəti olaraq bir il, altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 25 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib üç ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, doqquz ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə onun üzərində qəti olaraq doqquz ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə dərhal zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı andan, yəni 26 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərcinin 32 manatı Təqsirləndirilən şəxs2, 32 manatı isə Təqsirləndirilən şəxs1 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və saxlanması üçün Şəki rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş bir ədəd xidməti polis köynəyi hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar