Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-14/2024 06.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirаkı ilə xx xxx 1988-ci ildə Qazax rayonu Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondаn ötrü ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, salış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,068 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 03 avqust 2023-cii il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən "Lükoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Şəki şəhəri M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gəlirilib həmin gün saat 05:03 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki açıq boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 1,068 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə və Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə elаn olunmuş ittihаmdа özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cii il tarixdə gecə saatlarında asfalt yolun kənarında siqaret qutusunda bir ədəd gümüşü bükümdə kakos adlı narkotik vasitəni tapmışdır. Gələcəkdə özü istifadə etmək üçün əynindəki şalvarın sağ cibinə qoymuşdur. Daha sonra S.Mümtaz küçəsində yerləşən “Lukoil” petrola tərəf getmişdir ki, həmin petrolun arxa tərəfində meşəlik ərazidə heş kimin onu görməyəcəyi yerdə narkotiki istifadə etsin. Lakin petrola çatmağına az qalmış iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşları oldıqlarım deyib üzərində narkotik vasitə olduğuna dair məlumat olmasına görə Polis Şöbəsinə aparmışlar. Şöbədə vəkillə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və daha sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməsini dedikdə o, əynində olan köynəyin cibindən bir ədəd alışqanı, əynindəki boz rəngli şalvarın sol yan cibindən özünə məxsus bir ədəd ‘’Samsung” markalı mobil telefonu, əynindəki şalvarın sağ yan cibindən yerdən tapdığı içərisində kakos olan həmin bir ədəd gümüş bükümü və qolundakı özünə məxsus saatı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra həmin əşyaları təqdim etməyi xahiş etdikdə üzərindən aşkar edilmiş əşyaları gümüşü rəngli bükümün içərisində saxladığı narkotik vasitə olan kakosı təqdim etmiş və onu S.Mümtaz küçəsində yerdən tapdığını, istifadə elmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra isə videoçəkiliş yekunlaşdırılmış və təhqiqatçı tərəfindən nümayiş etdirilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Əməlindən peşmandır, azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 03 avqust 2023-cü il tarixdə xidmətdə olan zaman həmin tarixdə “Fariz” adlı şəxsin Şəki rayon ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «Fariz» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuş, Şöbə rəhbərliyinin icazəsi ilə 03 avqust 2023-cü il tarixdə «Fariz» adlı şəxsin, 29.05 1988-ci il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin günü keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki şəhəri, S.Mümtaz küçəsində olması müəyyən edildiyindən həmin əraziyə gedib saat 03:30 radələrində "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Farizə yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitə əldə etməsi barədə məlumat əldə etdikləri üçün onlarla birlikdə polis şöbəsinə gəlməsini təklif elmişlər. Təqsirləndirilən şəxs razılaşdığı üçün onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün şöbə rəhbərliyinə müraciət etmişlər. Farizin üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Əhməd Rəsulluya həvalə edilmiş, təhqiqatçı Əhməd Rəsullu öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmiş və bir qədər sonra vəkil Müdafiəçi həmin yerə gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri Qiyam Səfərəliyev dəvət edilib hüquq və vəzifələri izah olumuşdur. Bundan sonra onun, Qiyam Səfərəliyevin, Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Fariz digər əşyalarla bilikdə şalvarın cibindən 01 ədəd qızılı-ağ rəngli kağız bükülünü masanın üzərinə qoymuşdur. Əşyaları təqdim edən zaman Fariz qızılı-ağ rəngli kağız bükülünü göstərib içərisində narkotik vasitə kakos olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kağız bükülü açıldıqda içərisində açıq qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edildikdə Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar kütləni nə vaxt, haradan yaxud kimdən hansı məqsədlə əldə etməsini, üzərində saxlamaqda məqsədi, başqa yerdə narkotik vasitə saxlayıb saxlamadığı barədə sual verildikdə o, narkotik vasitəni xx.xx.2023-cü il tarixdə S.Mümtaz küçəsindən yerdən siqaret qutusunun içərisindən tapdığını, narkotik vasitə istifadə etdiyi üçün götürüb saxladığım, bundan başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Bundan sonra isə təhqiqatçı tərəfindən həmin içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə olan bükülü zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra isə videoçəkiliş nümayiş olunması məqsədilə dayandırılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmundа ifаdə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş 03 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş 04 avqust 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və оnа ittihаm elаn edilmişdir. Cinayət işinə əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 03 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 noyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 1,068 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinə əlavə olunmuş xx.xx.2023-cii il tarixli 17/584 nömrəli məhkəmə kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs Əhmədah oğlunun üzərindən aşkar edilmiş maddi Sübut." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 1,068 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroinin təmiz çəkisi 1.068 qr, tədqiqata sərf edildi 0.050 qr, qalıq 1.018 qram. Aparılan tədqiqatın dəyəri 71.94 manatdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkolji ekspertizasının 06 sentyabr 2023-ci il tarixli 1487 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(075)-157/2020 saylı qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilmiş, CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 09 ay, CM-nin 315.2-ci maddəsilə təqsirli bilinərək 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilən cəzaları qismən toplamaqla üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə Şəki Apelyasiya Məhkəməsində baxılaraq 21 dekabr 2018ci il tarixli hökmlə Təqsirləndirilən şəxs verilmiş bəraət ləğv edilmiş, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin cəza CM-nin 66.2-ci maddəsinə əsasən CM-nin 228.4 və 315.2-ci maddələri üzrə təyin edilmiş 05 il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Daha sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(075)-157/2020 saylı qərarı ilə 01 may 2020-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə CM-nin 315-ci maddəsində edilən dəyişiklik məhkum Təqsirləndirilən şəxs tətbiq edilmiş və onun cəzası azaldılaraq üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Amnistiya aktının tətbiq edilməsi barədə 17 noyabr 2021ci il tarixli Qərardan görünür ki, “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir. Qərarın 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürülmüşdür. Cinayət işinə əlavə olunmuş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, xx.xx.2021-ci ildə Şəki rayon məhkəməsinin qərarı ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Cinayət işinə əlavə olunmuş Mingəçevir Şəhər Rayonlaraıası Narkoloji Dispanserindən daxil olmuş xx.xx.2023-cü il tarixli 552 nömrəli məktubda qeyd edilmişdir ki. ünvan 5 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cii il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları, Asıllıq sindromu” diaqnozu ilə Mingəçevir Şəhər Rayonlaraıası Narkoloji Dispanserdə qeydiyyatdadır. Cinayət işinə əlavə olunmuş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-ci il tarixli 969 nömrəli məktubda qeyd edilmişdir ki, Şəki şəhəri, S.Mümtaz küçəsi, ev 10 ünvanında qeydiyyatda olmaqla yaşayan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə psixiatrik ekspertizasının 29 avqust 2023-cü il tarixli, 532 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, hadisə zamanı və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, marixuana şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 5 qram, heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı 1.068 qrаm olmaqla şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan heroinin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıqdır. Həmçinin təqsirləndirilən şəxsin hazırda məhkumluğu olmasa da, o, təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəllər azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli şəxsdir, əvvəllər ona təyin olunmuş cəzalardan nəticə çıxarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda sadalanan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini təmin etmək üçün belə nəticəyə gəlir ki, ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini və ailə vəziyyətini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli və cəza çəkmənin əvvəli tutulduğu 03 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cii il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları, Asıllıq sindromu” diaqnozu ilə Mingəçevir Şəhər Rayonlaraıası Narkoloji Dispanserdə qeydiyyatdadır. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan narkomaniya xəstəliyindən əzab çəkən şəxs kimi də Narkoloji dispanserdə qeydiyata alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəki şəhərrаyon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra çəkisi çəkisi 1,018 qram olan narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71.94 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlancığı tutulduğu 03 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şəki şəhər-rаyon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra 1,018 qram olan narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkuma hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-14/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-14/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver