Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-14/2025 10.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2, tərcüməçi X5 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1975-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gürcüstan Respublikası, Marneuli rayonu, Hallavar kəndində qeydiyyatda olan, ünvan 4-da müvəqqəti qeydiyyatda olmaqla tutulana qədər həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq odlu silah, odlu silahın komplekt hissəsini və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq odlu silah hesab edilən 01 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş avtomat silahı, odlu silahın komplekt hissəsi hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadəyə yararlı olan 01 ədəd avtomat darağı, döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş açmaq üçün yararlı olan 30 ədəd ştat patronları əldə edib, daşıyıb üstündə gəzdirməklə saxlamış, 06 may 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyattədbirləri nəticəsində o, həmin gün saat 1630 radələrində Şəki rayonu, Çapağan kəndinin yaxınlığındakı meşə ərazisində saxlanılaraq Şəki şəhəri, X13 prospekti, 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq göstərilən tarixdə saat 1908 dəqiqədən etibarən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki ağ rəngli politilen kisənin içərisində saxladığı həmin odlu silah hesab edilən 01 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş avtomat silahı, odlu silahın komplekt hissəsi hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadəyə yararlı olan 01 ədəd avtomat darağı, döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 5,45x39 mmkalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş açmaq üçün yararlı olan 30 ədəd ştat patronları aşkar olunaraq götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir(maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2024-cü ilin əvvəllərində Bakı şəhərində fəhləlik edərkən, hadisədən təxminən 15-20 gün əvvəl Vasmoy bazarı adlanan ərazidə Zaməddin adlı şəxslə tanış olmuşdur. Zaməddin onunla birlikdə işləmiş və söhbət əsnasında Yevlax şəhərindən olduğunu demişdir. Zaməddinin təxminən 31-32 yaşlarında olduğunu düşünür və haqqında başqa heç bir çox məlumata malik deyildir. Soyadı, ata adı, ailə vəziyyəti və evli və ya subay olması barədə də məlumatı yoxdur. Telefon istifadə etmədiyindən Zaməddinin nömrəsini də bilməmişdir. O əvvəllər bu ərazilərə, Şəkiyə gəlməmiş, Gəncədə və Bakıda olmuşdur. Gəncə şəhərində yaşayan bacısı hazırda xəstə olduğundan, dərmanlarını almağa kömək etmək üçün Bakı şəhərinə gedib qul bazarı deyilən yerdə fəhlə kimi çalışmış, bir-neçə nəfərlə bir yedə kirayədə yaşamışdır. O, Gəncə şəhərinə qayıtmaq istəmiş, Zaməddin bunu biləndə Şəki rayonunda yaşayan dostunun qonaq çağırdığı məclisə birlikdə getməyi, qonaqlıqdan sonra Gəncə şəhərinə qayıtmasını ona təklif etmiş, o, da razılaşmışdır. Zaməddin, Şəkidəki qonaqlıqdan sonra Bakıya geri qayıdacağını demiş, o, isə Gəncəyə, ordan da Gürcüstana getməyi planlaşdırmışdır. Lakin, Zaməddinin həmin dostunun və ya qohumunun kimliyi haqqında heç bir məlumat verməmiş, o özü də soruşmamışdır. 6 may 2024-cü ildə səhər saat 9 radələrində, Zaməddin özünə məxsus mobil telefon vasitəsilə yanılmırsa Bolt şirkətinə məxsus tanımadığı və nömrə nişanını xatırlamadığı taksi sifariş etmiş və onlar birlikdə 28 may metrosundan Bakı Beynəlxalq Avtovağzalına getmiş, orada tanımadığı və nömrə nişanını xatırlamadığı Mercedes markalı avtomobil sürücüsü ilə hərəsi üçün gediş haqqı olaraq Zaməddin 20 manat verib, onları Şəkiyə aparmaq üçün razılaşmışlar. Avtomobildə onlardan başqa iki nəfər, bir qadın və bir qız da olmuş, Zaməddin qarşı sağ oturacaqda, o isə arxada oturmuşdur. Yolda sürücü ilə heç bir yadda qalan söhbət etməmişlər. Şəki rayonun ərazisində, adını bilmədiyi kəndin yaxınlığında Zaməddinlə birlikdə avtomobildən düşərək, yola yaxın bir kafeye keçib Zaməddinin dəvəti ilə pivə içmişlər. Kafedə olduqları zaman Zaməddin siqaret çəkmək üçün ondan uzaqlaşmış, kiminləsə telefonla danışmışdır. Sonra qonaqlığın olduğu yerə getmək üçün kafedən çıxıb kəndin yolu istiqamətinə gedərkən, Zaməddin yolun kənarında kolluğun arasında olan ağ sellofan kisəni də aparmaq üçün götürməsini ona demiş, o, gedib kisəni olduğu yerdən götürmüş, lakin içərisindəkinin nə olduğunu bilməmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşıb onu tutmuş, Zaməddin isə qaçıb getmiş, polis əməkdaşları Zaməddini tuta bilməmişdir. Avtomobildə Zaməddinə məxsus olduğunu bildiyi ağ sellofan kisəyə baxanda içindən avtomat silah çıxmışdır. O, silahın ona məxsus olmadığını və təqsirli olmadığını söyləsə də Polis şöbəsinə aparılmış, Polis şöbəsində təzyiqə, hədə qorxuya məruz qalmış, sağ qulağından vurulmaqla döyülmüş, qorxduğu üçün avtomat silahı Bakı şəhərindən 28 may metrosunun yaxınlığından tapdığını, Şəki şəhərinə satmaq üçün gətirdiyini yalandan boynuna almışdır. Vəkil dəvət edib şübhəli şəxs kimi üzərinə şəxsi müayinə keçirilərək əlindəki sellofan kisənin içərisindən avtomat silah, daraq və 30 ədəd patron aşkar edilərək götürülmüşdür. Üzərinə şəxsi müayinə videoçəkilişlə keçirilmiş, o, polis əməkdaşlarının öyrətdiyi kimi, üzərindən aşkar olunmuş silahı, darağı, partonları, Bakı şəhərindən tapıb əvvəldən tanıdığı Şəki rayon sakini Nemət adlı şəxsə satmaq üçün gətirdiyini demiş, qeyd olunanlar barədə protokol tərtib olunmuşdur. Döyülməsinin üstündən çox vaxt keçdiyi üçün bədəni üzərində heç bir xəsarət izi qalmamış, ibtidai istintaq zamanı, barəsində qətimkan tədbiri seçilərkən vəkilinə, prokurora, məhkəməyə, ümumiyyətlə heç kimə qeyd etdikləri barədə deməmişdir. O, Nemət adında şəxs tanımır və kim olduğunu bilməmişdir.Bakıda olduğu zaman, hadisədən az müddət əvvəl Zaməddinə məxsus mobil telefonla bacısına zəng edib onunla əlaqə saxlamışdır. O, məhkəmədən övladlarının yanına qayıtmasına kömək etməsini xahiş etmişdir. Fərqli ifadə verdiyi üçün məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini də qeyd etməyi zəruri bilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, o, Gürcüstan Respublikasının Marneuli rayonu, Hallavar kəndində anadan olmuşdur. Orta təhsilini Marneuli rayonu RTS tam orta məktəbində təhsil almışdır. Həmin məktəbdə rus dilində oxumuş və 8-ci sinifi bitirdikdən sonra məktəbdən çıxmış, daha sonra heç yerdə oxumamışdır. Həmçinin bildirmişdir ki, onun hərbi xidmətə getmək vaxtı çatsa da, milliyyətcə azərbaycanlı olduğuna görə onu hərbi xidmətə çağırmamışlar. 2002-ci ildə Marneuli rayonunda yaşayan milliyyətcə azərbaycanlı qadınla ailə qurmuş, birgə nigahdan iki övladları dünyaya gəlmişdir. Təxminən 10 il əvvəl o, həyat yoldaşından rəsmi ayrılmışdır. 2019-cu ildən işləmək üçün Azərbaycan Respublikasına gəlmişdir. Son vaxtlara kimi Gəncə şəhərində bacısının yanında qalmışdır. Pandemiya dövrünə düşdüyü üçün o, bacısının yaşadığı ünvan 4 ünvanında müvəqqəti qeydiyyata düşmüşdür. Onun müvəqqəti qeydiyyatı Respublikada qarantin vaxtı bitənə kimi qüvvədə olduğu üçün sərhəddən çıxmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 2024-cü ilin aprel ayının ikinci ongünlüyündə işləmək üçün Bakı şəhərinə getmişdir. Orada fərdi qaydada fəhlə işləmiş, axşamlar küçələrdən enerji içksinin qablarını yığıb aparıb təhvil verirmiş. Dəmiryol vağzalının arxa tərəfində yerləşən gündəlik 2 manata olan evdə qalıb səhər yenə işə getmişdir. O, təxminən iki idir ki, mobil telefon istifadə etməmişdir. 4 may 2024-cü ildə, gecə saat 24 radələrində o, enerji qabları yığmaq üçün Neftçilər Metrostansiyasının yaxınlığındakı parkda gəzib baxan zaman, parkın aşağısında, ağacların altında görünməyən yerdə üstü yolka ağacının budaqları ilə örtülmüş ağ rəngli kisə gözünə çarpmışdır. Maraq yaratdığı üçün yaxınlaşıb baxarkən üstü örtülü kisənin içərisində bir ədəd avtomat silah və sandıq olduğunu görmüşdür. Yiyəsinin gəlib götürməsi üçün həmin silahı yerinə qoyub əvvəlki kimi üstünü örtmüşdür. Səhəri gün saat 15 radələrində həmin parka gedib baxanda silahı yerində görmüş, götürüb Şəki şəhərinə aparıb orada olan tanışının vasitəsi ilə satmaq qərarına gəlmişdir. Növbəti gün, yəni 6 may 2024-cü ildə səhər tezdən saat 6 radələrində hava qaranlıq ikən parka gedib silahı götürərək yolun kənarına çıxmış, yoldan keçən taksini saxlatdırmışdır. Taksi avtomaşınının qabaq nömrəsi 55 olduğu üçün sürücüyə Şəki şəhərinə getmək istədiyini bildirmişdir. Sürücü də, Şəki şəhərinə gedəcəyini bildirib onu götürmüşdür. O, silah olan kisəni avtomaşının arxa yük yerinə qoyub avtomaşınla Şəki şəhərinə getmişdir. Şəki şəhərinə çatmağa bir qədər qalmış avtomaşından düşmüş, taksini yola salmış və silahı meşəlik ərazidə gizlədəndən sonra yol maşını ilə Şəki şəhərinə getmişdir. Şəki şəhərində yaşayan Nemət adlı tanışını axtarmış, lakin tapa bilməmişdir. Neməti tapa bilmədiyi üçün geri qayıdıb gizlətdiyi yerdən silahı götürərək yolun kənarına gəlmiş, Bakı şəhərinə qayıtmaq istəmişdir. Bu vaxt Fiat markalı polis avtomaşını gəlib yanında dayanmış, avtomaşında olan iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, silah saxlaması barədə məlumat daxil olduğunu bildirmiş və onu Polis Şöbəsinə dəvət etmişlər. O artıq vəziyyəti başa düşüb etiraz etməmiş və polis əməkdaşları onu Polis Şöbəsində binanın birinci mərtəbəsində olan təhqiqatçının xidməti otağına aparmışlar. Təhqiqatçı ona hüquq və vəzifələrini, o cümlədən vəkil tutmaq hüququnı izah edərək Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təhqiqatçı onun seçdiyi vəkili otağa dəvət edib ona təqdim etmişdir. Həmçinin, o, təhqiqatçıya orta məktəbi rus dilində oxuduğunu və latın qrafikası ilə yazılmış əlifbanı oxuya bilmədiyini bildirdiyi üçün təhqiqatçı otağa tərcüməçi də dəvət etmişdir. Təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq, müdafiəçinin, tərcüməçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirmişdir. Təhqiqatçı əvvəlcə ona üzərində olan əşyaları çıxarıb təqdim etməyi təklif etmiş, o, əynindəki şalvarın və gödəkçənin ciblərində olan bir ədəd 10 və 6 ədəd bir manat olmaqla cəmi 16 manat məbləğində pulu, içərisində alışqanla birlikdə siqareti, eynəyini, günəş eynəyini, Gəncədə yaşadığı evin iki ədəd açarını, bir ədəd dırnaq tutanı və özünün ümumdövlət pasportunu çıxarıb stolun üstünə qoyaraq üstündə başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı üstünü axtarmış, bu vaxt əynindəki şalvarın arxa cibindən metro kartını aşkar edib çıxarıb stolun üstünə qoymuşdur. Üstündən başqa heç nə aşkar olunmamışdır. Təhqiqatçı ondan kisənin içərisindəkinin nə olduğunu soruşmuş, o, təhqiqatçıya kisənin içərisində avtomat silah olduğunu bildirmiş və yuxarıda qeyd etdiyi kimi nə vaxt və haradan tapdığını demişdir. Təhqiqatçı silahı kisədən çıxarıb baxmış, üstündə olan sandığı çıxarmışdır. Sandıqda patronlar olmuşdur. Təhqiqatçı patronları çıxarıb saymış, 30 ədəd patron olmuşdur. Təhqiqatçı patronları ağ rəngli boş zərfə qoyub bağlayıb möhürləmişdir. Sonra avtomat silahı sandıqla birlikdə kisəyə qoyub bağlayıb möhürləmişdir. Kisənin üzərinə yapışdırılmış kağıza və zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Təhqiqatçı üstündən aşkar olunmuş 16 manat pulu da başqa bir boş zərfə qoyub bağlayıb möhürləmişdir. Zərfin üzərini digər iştirakçılarla birlikdə o da imzalamışdır. Sonra təhqiqatçı onun stolun üstünə qoyduğu əşyaları, yəni siqareti, alışqanı, açarları, eynəkləri, pasportu, metro kartını və dırnaq tutanı özünə qaytarmışdır. Sonda videoçəkiliş dayandırılmış, təhqiqatçı tərəfindən şəxsi axtarışla bağlı protokol yazılıb ucadan oxunmuş, düz yazıldığı üçün protokolu digər iştirakçılarla birlikdə o, da imzalamışdır. Həmin silah-sursatı Şəki şəhərində Nemət adlı tanışı vasitəsi ilə pul əldə etmək məqsədilə 1500-2000 manata satmaq fikri olmuşdur. Tanışı Neməti tapa bilmədiyi üçün silahı yenidən Bakı şəhərinə aparmağı planlaşdırmışdır. O, silahı tapdıqdan sonra üzərində dəyişiklik etməmiş və silahın hansısa hissəsini təmir etdirməmişdir. Onun silahsursatı gizlədib saxlamasını heç kim görməmişdir. Silah-sursatı gizlədib saxlamağı ilə bağlı heç kimə deməmişdir. Şəki rayonundan olan Nemət adlı şəxslə Gəncə şəhərində tanış olmuşdur. Nemət ona Şəkidə avtovağzalın yanında yaşadığını, Şəkiyə qonaq gələndə avtovağzalın yanında kimdən Neməti soruşsa, onu tapıb görüşdürəcəklərini demişdir. O da Şəki şəhərinə gedib avtovağzalın ətrafında maraqlanmış, lakin Nemət adlı şəxsi tanıyan olmamışdır. Nemətlə o, təxminən 4-5 il qabaq Gəncə şəhərində tanış olmuşdur. Həmin dövrdə X8 İnstitutunun sonuncu kursunda oxumuş, təxminən 22-23 yaşı olmuşdur. Nemət qarayanız olmaqla saçını uzun saxlamış, boyu təxminən 170-175 sm olmuş, bığ-saqqal saxlamamışdır. Nemət arıq olmuş, bir neçə dəfə onun evində qonaq olub qalmışdır. Nemətin soyadını və atasının adını bilməmişdir. Şəki şəhərinə qabaq nömrəsi 55 olan Vaz- 21 06 markalı avtomaşınla getmişdir. Avtomaşın ağ rəngdə olmuşdur. Ancaq dəqiq fikir vermədiyi üçün nömrənin üzərində hansı hərflər və sonrakı hansı rəqəmlər yazıldığını bilməmişdir. Avtomaşının yaxınlıqdakı “Vasmoy” bazarından çıxıb gəldiyini görüb saxlatdırmışdır. Avtomaşının üstündə yük yeri (baqajı) olduğu, arxa yük yerində qutular (karopkalar) qoyulduğu üçün sürücünün həmin bazara meyvə-tərəvəz gətirdiyini zənn etmişdir. Avtomaşının arxa oturacağı da götürülmüşdür. Sürücü ona təsadüf rast gəlmiş və yolüstü birlikdə Şəki şəhərinə getmiş, həmin avtomaşının sürücüsünü tanımamış, adını soruşmamışdır. Ancaq öz aralarında söhbətləri olmuş, sürücünün yaşı təxminən 40-dan çox, orta köklükdə, sarışın olmaqla, saçını dibdən qırxdırmış, başında idman kepqası, gözü zəif gördüyünə görə gözündə qalın şüşəli eynəyi, əynində idman kostyumu olmuş, üstündən jilet geyinmişdir. Şəkili olmuş, ancaq Şəkinin harasından olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-də əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, onun vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaq, baş verə biləcək cinayətlərin qarşısını almaq və baş vermiş cinayətlərin açılmasını təmin etmək, o, cümlədən silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. "Namiq” adlı şəxsin Şəki rayonu ərazisində üzərində odlu silah saxlaması və gəzdirməsi barədə 6 may 2024-cü ildə əməliyyat məlumatı daxil olmuş və məlumatı rəsmiləşdirmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı, “Namiq” adlı şəxsin, xx.xx.1975-ci il təvəllüdlü, Gürcüstan Respublikası vətəndaşı, Gürcüstan Respublikasının Marneuli rayonunda qeydiyyatda olan, Gəncə şəhəri, 38-ci hərbi şəhərcikdə müvəqqəti qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq, cinayət başında yaxalanması məqsədi ilə Şəki ŞRPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Şahid2 Tollq oğlu və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə edilmişdir. O, Şahid2lə birlikdə xx.xx.2024-cü idə, saat 1630 radələrində Şəki rayonu, Çapağan kəndinin ərazisində əməliyyat tədbiri keçirib, həmin kəndin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib yaxınlaşaraq polis əməkdaşı olduğuqlarını, odlu silah saxlaması barədə məlumat aldıqlarını bildirib, məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə Polis Şöbəsinə getməsini təklif etmişdir. Namiq vəziyyəti başa düşüb etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Namiqin əlində sintetik kisə olmuşdur. X12 növbətçi hissədə gətirilən şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınıb üzərində şəxsi axtarış aparılması üçün Şöbə rəisinə raportla məruzə etmiş, raportun icrası təhqiqatçıya həvalə edildiyindən, Namiqi təhqiqatçının xidməti otağına aparmışdır. Təhqiqatçı Namiqə hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş, sonuncu vəkil seçdikdən sonra təhqiqatçı vəkili otağına dəvət edib Namiqə təqdim etmişdir. Həmçinin Namiq üçün tərcüməçi də təyin edilib otağa dəvət etmişdir. Təhqiqatçı tərəfindən Namiq şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri, proses iştirakçılarına etiraz etmək hüququ izah edilmiş, videoçəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Namiqə üstündə olan əşyaları çıxarıb stolun üzərinə qoymasını təklif etmiş, Namiq əynindəki şalvarın və gödəkçənin ciblərində olan bir ədəd 10 və 6 ədəd bir manat olmaqla cəmi 16 manat pulları, içərisində alışqan olan siqareti, eynəyini, günəş eynəyini, açarları, bir ədəd dırnaq tutanı və pasportunu çıxarıb stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı Namiqin üstünü axtarmış, əynindəki şalvarın arxa cibindən metro kartı aşkar edib stolun üstünə qoymuş, Namiqin üstündən başqa heç nə aşkar olunmamışdır. Təhqiqatçı Namiqdən kisənin içərisindəkinin nə olduğunu soruşduqda, Namiq kisənin içərisində avtomat silah olduğunu bildirmişdir. Təhqiqatçı silahı kisədən çaxarıb baxmış, kisənin içərisində silahın sandığı və sandığın içərisində 30 ədəd patronları olmuşdur. Təhqiqatçı patronları ağ rəngli boş zərə qoyub bağlayıb möhürləmiş, sonra avtomat silahı sandıqla birlikdə kisəyə qoyub bağlayıb möhürləmişdir. Kisənin üzərinə yapışdırılmış kağıza və zərfin üzərinə digər iştirakçılarla birlikdə o, da imza etmişdir. Həmçinin təhqiqatçı Namiqin üstündən aşkar olunmuş 16 manat pulu da başqa bir boş zərfə qoyub bağlayıb möhürləmiş, həmin zərfin də üzərinə digər iştirakçılarla birlikdə o, da imza etmişdir. Təhqiqatçı Namiqin stolun üstünə qoyduğu siqareti, alışqanı, açarları, eynəkləri, metro kartını və pasportu özünə qaytarmışdır. Videoçəkiliş dayandırılıb iştirakçılara nümayiş edirilmiş, təhqiqatçı tərəfindən şəxsi axtarışla bağlı protokol yazılıb ucadan oxunmuşdur. Doğru yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o, da imza etmişdir. Təhqiqatçı sorğu-sual edən zaman Namiq, həmin silahı bir neçə gün qabaq gecə saatlarında Bakı şəhərində parkda kisəyə bükülmüş vəziyyətdə tapıb, Şəki şəhərində yaşayan tanışı vasitəsi ilə satmaq üçün Şəki şəhərinə gətirdiyini, lakin tanışını tapa bilmədiyini bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş silah-sursatı haradan əldə etməsini, Şəki şəhərinə hansı avtomaşınla gəlməsini, silahı kimə satmaq istəməsini, Nemət adlı tanışının olmasını müəyyən elmək mümkün olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısı X4 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmasını televizorda gördükdən sonra xəbəri olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs xaraktercə sakit təbiətli insan olmuş, əvvəllər hər hansı bir cinayət əməlində təqsirləndirilməmişdir. Hadisə baş verənə qədər bir müddət onların evində qalmışdır. Qardaşının Şəkiyə kimlə hansı səbəbdən getməsindən xəbəri olmamışdır. Qardaşı mobil telefon istifadə etməmiş, buna görə də əlaqə saxlamaq, xəbər tutmaq da çətinlik çəkmişlər. O, qardaşı Təqsirləndirilən şəxs tərəfindən başqasının istifadəsində olan mobil telefondan ona zəng edilməsini xatırlamamışdır. Təqsirləndirilən şəxsin üzərinə şəxsi müayinə keçirilərkən, hadisə yerinə video çəkiliş aparılarkən, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimata məhkəmə iclasında baxılan zaman, o, ibtidai istintaqda qeyd etdiklərini təsdiqləmişdir. Lakin, məhkəmə istintaqı zamanı ifadəsinin təsir və təzyiq altında verildiyini və polis əməkdaşları tərəfindən şiddətə məruz qaldığını və ibtidai istintaqdakı ifadələrinin doğru olmadığını bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələr məhkəmə tərəfindən yoxlanılmış, lakin ondan aşkar olunmuş silah-sursatın ona aid olmadığı ilə bağlı heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, təqsirləndirilən şəxs onu Şəki rayonuna gətirən şəxsin adının Zaməddin olduğunu bildirmiş, həmin şəxs barəsində başqa heç bir məlumat – soyad və ata adı, yaşadığı və ya doğulduğu yer, telefon nömrəsi və sair verməmişdir. Məhkəmə elektron sistemin imkanları daxilində Zaməddin adlı şəxslərin əldə edə bildiyi şəkillərini təqsirləndirilən şəxsə göstərsə də, sonuncu həmin şəxs olmadığını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs, hadisədən az müddət əvvəl Zaməddinin telefonundan bacısına zəng edib danışdığını bildirmiş, bununla bağlı bacısı məhkəmə iclasına dəvət edilib əlavə şahid qismində dindirilərkən qardaşı Təqsirləndirilən şəxs ona zəng vurmasını və telefonla danışmasını xatırlamamış, eyni zamanda bacısının istifadə etdiyi telefon nömrəsinə gələn zənglər barədə məlumatlar götürülüb özünün iştirakı ilə məhkəmə iclasında tədqiqi edilərkən, daxil olan zənglər arasında tanıdıqlarından kənar telefon nömrəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bunun səbəbini izah edə bilməmiş, sadəcə danışdığı barədə deməklə kifayətlənmiş, bacısı isə danışdığını təsdiqləməyib xatırlamadığını səmimi bildirmişdir. Əlavə olaraq, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsinin təsir, təzyiq altında verildiyi, polis əməkdaşlarının tərəfindən zorakılığa məruz qaldığını, döyülməsini məhkəmə istintaqında bildirməsi ilə bağlı məhkəmə- tibbi ekspertizası təyin edilib keçirilmiş, rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 27 avqust 2024-cü il tarixli, 378 nömrəli ekspert rəyi göstərmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi-ekspertizası zamanı onun bədən səthində və üzərində hər hansı gözlə görünən xəsarət və ya iz aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 6 may 2024-cü il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1742-də CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 27-29) 6 may 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında protokol və ona əlavə edilmiş video diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əlində olmuş sintetik kisənin içərisindən bir ədəd avtomat silah, həmin silaha məxsus darağ və darağın içərisində 30 ədəd patron aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. (İş.v 47-53) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 7 may 2024-cü il tarixli, 24/913 nömrəli rəyində göstərilmişdir ki, - tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, 5,45 kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatikdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə üçün yararlıdır. Silahın hissələri hər hansı bir kustar üsulu ilə dəyişikliyə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 min kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS- 74, AKS-74U) modelli avtomatların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 30 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən gülləgiliz kartotekasında olan açılmamış cinayət işləri üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edilib nəticəsi barədə məlumat veriləcək. Qeyd: Tədqiqata təqdim edilmiş 5.45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə edildi. (İş.v 58-64) Şəki Rayon Məhkəməsinin 4(075)-40/2024 saylı, 8 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni 6 may 2024-cü il tarixdən hesablanmaqla, 6 avqust 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İş.v 115- 122) DİN-nin BƏSİİ-nin 10 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və məhkumluğu yoxdur. (İş.v 134) Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının 24 may 2024- cü il tarixli cavabından görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş silah-sursatı harada və kimlərdən əldə etməsini, əldə etdiyi silah-sursatı nə məqsədə əldə etməsini, o cümlədən Təqsirləndirilən şəxs başqa yerdə silah-sursat, yaxud saxlanması qanunla qadağan edilmiş digər əşya, alət və ya maddə saxlaması, qeyd edilən cinayət əməlindən başqa cinayət əməlləri törədib-törətməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs adını çəkdiyi Şəki şəhərində yaşayan Nemət adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Şəki şəhərinə gəldiyi 55 seriyası ilə başlayan Vaz-2106 markalı avtomobili və onun sürücüsünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olmadığından adına qeydiyyatdan keçrilmiş hər hansı mobil və ya stasionar nömrədən istifadə etməsini müəyyən etmək mümkün olmamışdır. (İş.v 144A-145) Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-12/2- 80506/2024 nömrəli məktubunda göstərilmişdir ki, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, xarici dövlətdə istehsal olunmuş nömrəsi silinmiş “AK-74” markalı, 5,45 kalibrli silah Azərbaycan Respublikası DİN-nin Kollegiyasınını xx.xx.2019-cu il tarixli Q5- 001-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması barədə” Təlimatın 7-ci bəndinin tələbinə cavab vermədiyi üçün (nömrəsi) mərkəzləşdirilmiş axtarış uçotları ilə yoxlanılması mümkün edilməmişdir. (İş.v 151) Daxili İşlər Nazirliyinin Baş İnformasiya Komunikasya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 20/2-10-10326 nömrəli məktuba əlavə edilmiş çıxarışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü, Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 05:09-da Azərbaycan Respublikasına daxil olmuşdur. (İş.v 152-153) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təşkili və İnformasiya Təminatı Baş İdarəsindən 19 iyun 2024-cü ildə daxil olmuş məktubda qeyd olunmuşdur ki, Gürcüstan vətəndaşı, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sonuncu dəfə ünvan 5 ünvanında qeydiyyata alınmışdır. (İş.v 155) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 3 iyun 2024-cü il tarixli, 2026 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. (İş.v 156) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixionevroloji Dispanserin 3 iyun 2024-cü il tarixli, 4307 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixionevroloji Dispanserdə qeydiyyatda yoxdur. (İş.v 157) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil istismar Hissəsi 1 N-li Mənzil İstsmar Sahəsindən daxil olmuş 21 iyun 2024-cü il tarixli, 571 nömrəli arayış və 21 iyun 2024-cü il tarixli, 570 nömrəli xasiyyətnamədən görünür ki, Məmmədov X7 şəhəri 28/83 saylı hərbi şəhərcik, bina 350, mənzil 10 ünvanda qeydiyyatsız yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (İş.v 11-13) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Məhkəmə yuxarıda qeyd olunanları təhlil edərək belə qənaətdədir ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki şəhərində olmaması, mobil telefon işlətməməsi, əhatəsində olan şəxs barəsində adından başqa heç bir məlumatı olmaması, ibtidai istintaqda verdiyi ifadəsində avtomat kimi təhlükə mənbəyi olan avtomat silahın, onun darağının, patronlarının insanların gediş-gəlişinin intensiv olduğu bir yerdən tapıb, hətta yerində saxlayıb növbəti gün götürüb heç vaxt olmadığı Şəki şəhərinə adi bir şey kimi sellofan kisədə 5 il əvvəl primitiv bir tanışlıqla görüb ancaq adını bildiyi şəxsin vasitəsilə satamaq üçün gətirməsi, avtomat silah, onun darağının, patronlarının təqsirləndirilən şəxsdə olması barədə məlumatı ala bilmək imkanı olmuş əməliyyat xidmətinin hazırki texniki imkanların, təhlükəsizlik və digər kamera və çəkilş qurğularının mövcudluğu dövründə ardıcıl kamera və diğər çəkiliş qurğularının mövcud olduğu uzaq yol qət etmiş şəxsin gəldiyi avtomobili, yanındakı şəxsi müəyyən edə bilməməsi də diqqət çəkməyə bilmir. Heç olması həmin avtomobildə eyni xarakterli əşyarın daşına bilməsi, bu cür adamların və təhlükənin soyuqqanlılıqla boş buraxılıb tək hazırki faktla kifayətlənilməsi də nəzəri cəlb edir. Cinayət işinin içərisində bu cür halları sadalamaq mümkündür. Lakin eyni zamanda faktın mövcudluğu, Təqsirləndirilən şəxs içərisində avtomat, onun darağı və patronları olan kisənin əlində olduğu zaman polis əməkdaşlarının onu yaxalamasını təkzib etməyib mübahisələndirməməsi, yanında olmasını dediyi şəxs barəsində heç bir məlumat verə bilməməsi, telefonu ilə bacısına zəng vurduğunun təsdiqini tapmaması, hətta təqsirsiz olduğunu bildirəndən sonra məhkəmənin geniş araşdırmaya vaxt ayırıb həqiqəti üzə çıxartmağa çalışarkən təqsirləndirilən şəxsin işin araşdırılmasını istəməyib “cəzamı ver çıxım gedim” deməsi, sadalanan ziddiyyətlərlə müqayisədə təqsirləndirilən şəxsə verilmiş ittihamın təsdiqi üçün toplanmış sübutların daha cox, inandırıcı, mötəbər və sonrakı mərhələlərdə də uğurlu olması qənaətini yaradır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq odlu silah, odlu silahın komplekt hissəsini və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq odlusilah hesab edilən 1 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmişSSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş avtomat silahı, odlu silahın komplekt hissəsi hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodundaistehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş,həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatlarınkomplekt hissəsi olan, texniki cəhətdən saz və istifadəyə yararlı 1 ədəd avtomat darağı,döyüş sursatı hesab edilən zavodüsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 5,45x39 mm kalibrliolmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş açmaq üçün yararlı 30 ədəd ştat patronları əldə edib, daşıyıb üstündə gəzdirməklə, 6 may 2024-cü ildə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhə-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri zamanı aşkar olunaraq götürülənə kimi saxlamışdır. CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun cinayətkar fəaliyyətdən uzaqlaşması, həyat və yaşayış tərzini dəyişməsi, normal həyat fəailiyyətinə qayıtması üçün vaxt və imkan şərait lazım olduğunu qənaətindədir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə araşdırması zamanı göstərdiyi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməlin mahiyyətini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər–Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli Kalaşnikov konustruksiyalı AK-74 modelli avtomat silah, 5,45x39 mm kalibrli 27 ədəd patronlar, üç ədəd həmin patronların gilizləri və bir ədəd “Kalaşnikov” konustruksiyalı silahın darağı müsadirə edilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablansın. İş üzrə maddi sübut olan və Şəki Şəhər–Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli Kalaşnikov konustruksiyalı AK-74 modelli avtomat silah, 5,45x39 mm kalibrli 27 ədəd patronlar, üç ədəd həmin patronların gilizləri və bir ədəd “Kalaşnikov” konustruksiyalı silahın darağı müsadirə edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-14/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-14/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver