Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(075)-149/2025 11.03.2026 ŞƏKI RAYON MƏHKƏMƏSI Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi müdafiəçi1 iştirakları ilə, ## ###### 1983-cü ildə Şəki rayonunun, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, evli, himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmamış uşağı olan, işləməyən, orta təhsilli, Şəki rayonunun, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən, o, qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, bir ədəd şəffaf sellofan torbada olmaqla ümumi təmiz çəkisi 14,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşımaqla üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında ## ####### 2025-ci il tarixdə Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində piyada hərəkət edən zaman saxlanılaraq həmin tarixdə, saat 13:44 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman üzərində olan rəngli gödəkcənin sol iç cibindən xeyli miqdarda bir ədəd şəffaf rəngli sellofan torbada olmaqla, ümumi təmiz çəkisi 14,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, təxminən 22 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. ##.##.2025-cü il tarixdə, saat 13:44-də Şəki rayonunun, Böyük Dəhnə kəndində yerləşən yolun kənarında piyada hərəkətdə olarkən, mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini, xidməti vəsiqələrini təqdim etdikdən sonra polis əməkdaşı olduqlarını bildirib, ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək, ona üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. O, əvvəlcə cins şalvarının cibində olan, alışqanı, əl dəsmalını, özünə məxsus olan evinin açarlarını, kommunal xərclərin ödəniş çeklərini və pul əskinaslarını və sadə “Samsung” markalı mobil telefonu çıxarıb, onlara təqdim etmişdir. Daha sonra əməliyyat müvəkkili onun üzərində şəxsi axtarış aparıb, gödəkcəsinin sol iç cibində olan şəffaf sellofan bükümdə olan marixuananı (nəşyə) aşkar etmiş, sonra isə elektron tərəziyə qoyub onun çəkisini çəkərək, ona 15.55 qram olduğunu bildirmişlər. Həmin bitki mənşəli kütləni qablaşdırıb zərfə qoyaraq, onu Şəki ŞRPŞ-nin Sarıca PB-nə dəvət etmiş, o da razılaşıb onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis Bölməsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmış, həmin vaxt təhqiqaçı özünü təqdim edib, üzərində narkotik vasitə olmasına görə şübhələr olduğunu deyib siyahı verərək vəkil seçməsini bildirmişdir. O, həmin vaxt siyahıdan Xəyal İbrahimovu seçmişdir. Bir müddət sonra vəkil gəlmiş, bundan sonra təhqiqatçı onun CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmasını deyib, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etmiş və üzərinə şəxsi axtarışın keçiriləcəyini demişdir. Bundan sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş, videoçəkiliş ilə üzərinə baxış keçirilən zaman otaqda təhqiqatçı, müdafiəçisi, iki nəfər əməliyyat müvəkkili və mütəxəssis olmuşdur. Həmin vaxt təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o əynindəki cins şalvarın sol yan cibində olan alışqanı, əl dəsmalını, evinin açarlarını, kommunal xərclərin ödəniş çeklərini və pul əskinaslarını və sadə “samsung” markalı mobil telefonu və şəffaf rəngli sellofan torbaya bükdüyü bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərinə hərtərəfli baxış keçirilmiş. Başqa hər hansısa bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra masanın üzərinə qoyduğu bükülünü təqdim etməyi xahiş etdikdə üzərindən aşkar edilmiş bükümü təqdim etmiş və bükülünün içərisində marixuana olduğunu, həmin narkotik vasitəni təxminən bir həftə ya 10 gün bundan qabaq Böyük Dəhnə kəndindəki yolun kənarından tapdığımı bildirmişdir. Onun təqdim etdiyi bükülü təhqiqatçı tərəfindən ekspertizaya göndəriləcəyi bildirildikdən sonra içərisi boş olan zərfə qoyularaq möhürlənmişdir. Üzərindən aşkar edilərək gö'.ürülmüş narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitəni təxminən 1 həftə ya 10 gün əvvəl öz kəndlərində yolun kənarından tapdığını, onu üzərində gəzdirməkdə məqsədinin şəxsi istehlakı üçün istifadə etmək olduğunu bildirmişdir. O, həmin narkotik vasitədən heç kimə satmamış, qazanc əldə etməmiş və pay verməmişdir. Həmin narkotikdən ancaq özü istifadə etmişdir. O, əvvəllər hərdən narkotik istifadə etsə də, 2019ci ildən Ukrayna Respublikasında işləməyə getdiyi üçün narkotik istifadə etməmiş, 2024-cü ilin fevral ayında Azərbaycana qayıtdıqdan sonra da narkotik istifadə etməmiş, sonra üzərindən aşkar olunan narkotik vasitəni yol kənarından tapmış, onu da cəmi bir dəfə istifadə etmiş, başqa növ narkotik vasitə istifadə etməmişdir. O, üzərindən aşkar olunan narkotik vasitədən başqa heç yerdə narkotik vasitə saxlamamış, Sarıca polis bölməsinə ya da Şəki polis şöbəsinə gətirilərkən və ondan sonra da ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə yol verilməmişdir. Uzun müddətdir Ukrayna Respublikasında olduğu və Azərbayca yeni gəldiyi üçün Azərbaycan nömrəsi istifadə etməmiş, +38-095-179-70-78 Ukrayna nömrəsi ilə qeydiyyatdan keçdiyi “Votsap” vasitəsilə yaxınları və tanışları ilə əlaqə saxlamış, 15 gün bundan qabaq isə 070- ***-**-** saylı mobil nömrəni almış və tutulan zaman təqdim etdiyi “Samsug” markalı mobil telefonun içərisində həmin nömrə olmuşdur. Hər hansı ruhi əsəb, psixi və ya narkomaniya ilə bağlı olan xəstəlikdən əziyyət çəkməmiş, qeyd olunan xəstəliklərdən heç biri onda olmamış, o cümlədən də bu xəstəliklərlə bağlı müalicə almamışdır. O, tutulana kimi ancaq marixuanadan (nəyşə) istifadə etmiş, həmin narkotiki siqaret şəklinə salıb, onu çəkərək qəbul etmiş, başqa növdə olan narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmişdir. Sonuncu dəfə 1 həftə öncə, evində heç kimin olmadığından əmin olub çəkmiş, onu heç kim görməmiş, həmin vaxt orada başqa heç kim olmamışdır. Həmin narkotik vasitəni heç kimin görməməsi və rahatca gizli yer tapan zaman istifadə etmək məqsədilə üstündə gəzdirmiş, üzərində gəzdirərkən satış məqsədi heç vaxt olmamışdır. O, Azərbaycanda olan müddətdə ərzində narkotik vasitəni ancaq özü tək qəbul etmiş, Ukraynada və Almaniyada işlədiyi, yaşadığı müddətdə başqa şəxslərlə birlikdə narkotik vasitə qəbul etmiş, ancaq onları tanımamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, o, Şəki ŞRPŞ-nin Sarıca PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Əsas vəzifəsinin cinayətkarlığa qarşı mübarizə aparmaqdan, baş verə biləcək cinayətlərin qarşısını almaqdan, baş vermiş cinayətlərin açılmasını təmin etməkdən, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. ## ####### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində narkotik vasitələri qanunsuz olaraq, əldə etməsi, saxlaması, daşınması və satması ilə məşğul olduğu barədə məlumat daxil olmuşdur. Şəki rayonu, Böyük Dəhnə kəndi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs uzun müddət onun əməliyyat tədqiqimdə olmuş, onun narkotik vasitə istifadə etməsi, əldə edərək onu üzərində saxlaması və daşıması barədə bir neçə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatlar qanunverciyiliyə uyğun şəkildə və konspirativ qaydada yoxlanılmış, daxil olmuş həmin informasiyanın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün Sarıca PB-nin rəhbərliyinə məruzə olunmuşdur. Sarıca Polis bölməsinin rəisi, polis Rı Bayram İsmayılovun icazəsi və əmri ilə ## ####### 2025-ci il tarixdə onun, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, R şahid2 və Şəki ŞRPŞ-nin KTQ-ııin baş inspektor kriminalisti şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış, qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları və əməliyyat p anı üzrə konkret vəzifələri izah edilmişdir. Bundan sonra qrup üzvləri ilə birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində əməliyyat tədbirləri keçirməyə başlamışdırlar. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəki ŞRPŞnin KTQ-nin baş inspektor kriminalisti şahid3 tərəfindən “Rcdmi Note 11” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparıbmış, əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki rayonunun, Böyük Dəhnə kəndində təkbaşına, piyada hərəkətdə olan zaman tərəfindən saxlanılmışdır. Ona özlərini və xidməti vəsiqələrini təqdim etdikdən sonra narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və satışı barədə məlumat əldə etdikləri üçün üzərinə baxış keçirəcəklərini bildirmişdirlər. Həmin gün saat 13:44 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona şahid1 tərəfindən üzərində olması ehtimal edilən narkotik vasitələri, psixiotrop maddələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının cibindən “Samsung” markalı, sadə modifikasıyalı mobil telefonu, pul əskinaslarını, alışqanı və “Azəriqaz”a məxsus kommunal xidmətin ödəniş çeklərini təqdim etmişdir. Daha sonra baş əməliyyat müvəkkili şahid1 tərəfindən şəxin üst başına baxış zamanı əynindəki gödəkcənin sol iç cibindən şəffaf sellofan bükümdə olan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar etmişdir. Daha sonra sonra şahid2 və şahid1 həmin sellofan bükümdə olan kütləni özləri ilə gətirdikləri tərəziyə qoyaraq, onun çəkisini ölçmüşdür. Həmin narkotik vasitəyə bənzəyən kütlənin qablaşma ilə birlikdə çəkisi 15,51 qram gəlmişdir. Sonra həmin büküm espert tədqiqatına təqdim edilməsi üçün DİN-in ** nömrəli möhürü ilə möhürlənərək, qablaşdırılmış, saxlanılan şəxs və onların tərəfindən imzaları ilə təsdiq olunmuşdur. O, Təqsirləndirilən şəxs ağ şəffaf bükümdə olan kütlənin nə olduğunu, haradan, nə vaxt və hansı qiymətə əldə etdiyini soruşqduqda o, həmin bükümdəkinin nəşə, yəni marixuana olduğuna deyərək cavab vermiş və təxminən 1 həftə bundan əvvəl öz kəndlərində yolun kənarından tapdığını bildirmiş, narkotik vasitəni üzərində gəzdirməkdə məqsədinin isə şəxsi istifadəsi üçün olduğunu demişdir. Hadisə yerində protokol tərtib edilməsi çətinlik yaratdığı üçün birlikdə Sanca Polis bölməsinə gəlmiş, Polis bölməsində əməliyyat axtarış tədbirlənin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsi barədə protokol onun tərəfindən tərtib olunmuş, ucadan oxunmuş və doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirləri zamanı toplanmış materialın aidiyyəti üzrə Təhqiqat bölməsinə verilməsi üçün bölmə rəhbərliyinə, sonra isə Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin materialın icrası Təhqiqat bölməsinin baş təhqiqatçısı Anar Yahyaycvə həvalə edildiyi üçün Təqsirləndirilən şəxs Anar Yahyayevin xidməti iş otağına aparmışdırlar. Baş təhqiqatçı Anar Yahyaycv öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən İbrahimov Xəyal Rahim oğlunu seçmişdir. Bir qədər sonra vəkil Xəyal İbrahimov gəlmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, ardınca isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan və onun təqdim etdiyi əşyalara baxış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nin baş inspektor kriminalisti şahid3 dəvət etmişlər və ona bir daha mütəxəssis kimi hüquq və vəzifələrim izah olunmuş və Təqsirləndirilən şəxs mütəxəssis qismində cəlb olunan şəxsə etirazının olub-olmaması sual edilmişdir. Daha sonra şübhəli şəxsin vəkilinin, onun, Elxan Ağamirzəycvin, şahid3 və baş təhqiqatçı Anar Yahyayevin iştirakları ilə Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər kütləni haradan əldə edilməsi soruşulduqda o, narkotik vasitəni 1 həftə bundan qabaq yaşadığı kənddə yolun kənarından tapdığını və şəxsi istifadəsi üçün üzrində gəzdirdiyini bildirmişdir. Sonda videoçəkilişdən istifadə etməklə təqdim olunmuş əşyaya baxışın keçirilməsi barədə protokol tərtib olunaraq, oxunmuş və iştirakçılar tərəfindən imazlanmışdır. O, Vahid Yusbovu əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi olmamış, o cümlədən heç bir qohumluq əlaqəsi də yoxdur. Oktyabr aynın əvvəlində ona Böyük Dəhhnə kəndində qeydiyyatda olmaqla yaşayan Yusibov Vahid Sələddin oğlunun narkotik vasitələri istifadə etməsi o cümlədən əldə edərək daşıması, saxlaması və satması barədə etibarlı və qərəzsiz bir neçə mənbədən məlumat daxil olmuş, daxil olmuş məlumat qanunvericiliyə uyğun şəkildə və konspirativ qaydada yoxlanılmış, həmin şəxsin cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün Sarıca PBnin rəhbərliyinə məruzə olunmuş v? keçirilmiş əməliyyat tədbirləri nəticəsində fakt öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq üstünə şəxsi axtarış və əşyalara baxış keçirilən zaman o da iştirak etmişə, o. Şəki ŞRPŞ-nin rəsinin əmri ilə yaradılan əməliyyat qrupunun rəhbəri olmuşdur. Onlat Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında elə həmin tarixdə Şəki rayonunun Bcyük Dəhnə kəndinin ərazisindəki yolun kənarında piyada və özü tək hərəkətdə olan zaman yaxalamış, saat 13:44 dəqiqədən etibarən həmin şəxs saxlanılaraq üzərinə baxış keçirilmiş və videoçəkilişin protokolunun tərtib olunması məqsədilə 13:54 dəqiqədə dayandırılmışdır. Təqsirləndirilən şəxs onun və digər polis əməkdaşı tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiq göstərilməmiş, o cümlədən keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs qoluna qandal vurulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində xidmət aparan şahid2 və Şəki ŞRPŞ-nin KTQ-nin baş inspektor kriminalisti şahid3 digər şahid şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işi başlama haqqında” ## ####### 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması, icraata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə, saat 16:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin ## ####### 2025-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə”, yazısı, adlar və imzalar yazılmış zərfin içərisindəki difər zərfin içərisində olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 14,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” ## ####### 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddəsində nəzərdə tutulmuş ittihamın ona elan edilməsi qərara alınmışdır. - “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” ## ####### 2025-ci il tarixli qərardan görünür ki, ##.##.1983-cü ildə Şəki rayonunun, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəki rayonunun, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. - Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən daxil olmuş ## ####### 2025-ci il tarixli məktubdan görünür ki, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olan 1983cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli **-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, ## ###### 1983cü il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. - Şəki şəhəri İcra Hakimiyyəti Böyük Dəhnə kənd nümayəndəliyi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. - Şəki şəhəri İcra Hakimiyyəti Böyük Dəhnə kənd nümayəndəliyi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ## ###### 2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli, ***-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Psixotrop maddələr” adlı İ siyahısına əsasən narkotik vasitə olan qurudulmuş marixuana (kannabis) aşağı həddi 5 qram olduqda xeyli, 500 qram olduqda külli, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə E.M.Məmmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. (“Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” ## ###### 1994-cü il tarixli, *** nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 1990-cı il ######ın ##-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir.) 7-ci hissəsinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər (CM-in 234.1-ci maddəsi nəzərdə tutulmamışdır); 7.2. 2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-IQD nömrəli Qanunu ilə 2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145-ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90-IQD nömrəli Qanunu ilə 2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60-cı, 65-ci və 191-1-ci maddələrlə məhkum olunmuş şəxslər; 7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər; 7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər; 7.6. 1991-ci il #######ın ##-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər; 7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər. 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19-cu hissəsi və 19.5-ci bəndinə əsasən AzərbaycanRespublikası Cinayət, Cinayət- Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən amnistiya bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Məhkəmə amnistiya aktının tətbiqi ilə bağlı nəzərə alınmalı hallar üzrə məlumatları nəzərdən keçirib müəyyən edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlər mövcud deyildir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi tədqiqatdan sonra 14,93 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 71,86 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344-349, 356, 358 və 384-385-ci maddələrini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.16, 5.1-ci bəndləri, 6, 7, 10 və 19-cu hissələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə Narkoloji Dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut - Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi tədqiqatdan sonra 14,93 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 71,86 (yetmiş bir manat, səksən altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməzsə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-149/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-149/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver