Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-15/2023 22.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 19 iyul 2022-ci il tarixdə, saat 00:30 radələrində Şəki rayonunun Baş Göynük kəndinin Qarasov adlanan sahəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının pəncərəsini əli ilə itələməklə açıb oradan qanunsuz olaraq içəri daxil olub mağazada olan piştaxtanın siyirməsindəki pul qabından 190 manat pulu, bir ədədi 3.50 manat olmaqla, ümumi dəyəri 52,5 manat mühərrikli ot biçənin 15 ədəd sadə dəmir tiyələrini, bir ədədi 70 qəpik olmaqla, ümumi dəyəri 33,6 manat olan, 48 ədəd Dirol markalı sakkızı, bir ədədi 50 qəpik olmaqla ümumi dəyəri 25 manat olan 50 ədəd fənərli alışqanı, bir ədədi 13 manat olmaqla, ümumi dəyəri 26 manat olan iki ədəd servlat kolbasasını, bir ədədi 2 manat olmaqla, ümumi dəyəri 10 manat olan 05 ədəd Azercel konturlarını, bir ədədi 90 qəpik olmaqla, ümumi dəyəri 18 manat olan 20 ədəd «Xurustin» markalı suxarini, bir ədədi 1 manat olmaqla, ümumi dəyəri 20 manat olan 20 ədəd 500 ml Bizon eneri içkisini, bir ədədi 60 qəpik olmaqla, ümumi dəyəri 12 manat olan 20 ədəd snikers şokoladını, hər ədədi 4 manat olmaqla, ümumi dəyəri 120 manat olan 30 ədəd mühərrikli ot biçənin bıçaqlı dəmir mişarını, bir ədədi 1.80 manat olmaqla, ümumi dəyəri 18 manat olan 10 ədəd 0,5 ml "Go" spirtli içkisini, bir kiloqramı 12 manat olmaqla, ümumi dəyəri 36 manat olan 3 kq servalat sosislərini, bir ədədi 5 manat olmaqla, ümumi dəyəri 40 manat olan 8 ədəd 490 qramlıq Super Sun markalı mal ət konservasını, bir ədədi 70 qəpik olmaqla, ümumi dəyəri 7 manat olan 10 ədəd 2.5 ml Bizon enerji içkisini, bir ədədi 1 manat olmaqla, ümumi dəyəri 7 manat olan 7 ədəd yeyəni, bir ədədi 60 qəpik olmaqla, ümumi dəyəri 30 manat olan 50 ədəd «Xuristin» markalı suxariləri, bir ədədi 40 qəpik olmaqla, ümumi dəyəri 6 manat olan 15 ədəd üzərində Çiko yazısı olan yer fındığını, bir ədədi 2,5 manat olmaqla, ümumi dəyəri 50 manat olan 20 ədəd Vant (qalın) markalı siqareti, bir ədədi 2,2 manat olmaqla, ümumi dəyəri 66 manat olan 30 ədəd Maqna markalı siqareti, bir ədədi 3,2 manat olmaqla, ümumi dəyəri 32 manat olan 10 ədəd Vant (nazik) markalı siqareti, bir ədədi 3,2 manat olmaqla, ümumi dəyəri 32 manat olan 10 ədəd LD markalı siqareti, bir ədədi 2,7 manat olmaqla, ümumi dəyəri 27 manat olan 10 ədəd Vinçestr markalı siqareti, bir ədədi 2,1 manat olmaqla, ümumi dəyəri 42 manat olan 20 ədəd Bakı markalı siqareti və bir ədədi 2 manat olmaqla, ümumi dəyəri 40 manat olan 20 ədəd Arqo markalı siqareti gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 940,10 (doqquz yüz qırx manat on qəpik) manat məbləğində maddi ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 03 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Şəki rayonu, Baş Göynük kəndinin «Göynük yolu» deyilən ərazidə, Şəki-Qax yolunun sol kənarında yerləşən Zərərçəkmiş şəxs2 məxsus qarışıq mallar mağazasının dam örtüyünün metal şiferini özü ilə gətirdiyi kəlbətinlə yerindən çıxarıb açaraq oradan saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub mağazada olan piştaxtanın siyirməsindən 1,5 və 10 manatlıq əskinaslardan ibarət olmaqla cəmi 100 manat pulu, vitrinlərdən bir ədədi 3,8 manat olmaqla cəmi 304 manat dəyərində 80 ədəd Kent markalı siqareti, bir ədədi 2,7 manat olmaqla cəmi 162 manat dəyərində 60 ədəd Palmalı markalı siqareti, bir ədədi 2,7 manat olmaqla cəmi 405 manat dəyərində 150 ədəd Vinçestr markalı siqareti, bir ədədi 4,1 manat olmaqla cəmi 369 manat dəyərində 90 ədəd Sobraniya markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 242 manat dəyərində 110 ədəd Vayseroy markalı siqareti, bir ədədi 2,4 manat olmaqla cəmi 120 manat dəyərində 50 ədəd Classik markalı siqaret, bir ədədi 3,2 manat olmaqla cəmi 192 manat dəyərində 60 ədəd LD markalı siqaerti, bir ədədi 3,6 manat olmaqla cəmi 252 manat dəyərində 70 ədəd Viniston markalı siqareti, bir ədədi 2,5 manat olmaqla cəmi 100 manat dəyərində 40 ədəd Vest markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 66 manat dəyərində 30 ədəd Prima markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 110 manat dəyərində 50 ədəd Maqna markalı siqaretini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2422 (iki min dörd yüz iyirmi iki) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 03 avqust 2022-ci il tarixdə, saat 03:30 radələrində Şəki rayonu, Baş Göynük kəndinin «Göynük yolu» deyilən ərazidə, Şəki-Qax yolunun sol kənarında yerləşən Zərərçəkmiş şəxs3 məxsus qarışıq mallar mağazasının pəncərəsinin şüşəsini taxta parçası ilə sındırmaqla oradan saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub mağazada olan piştaxtanın siyirməsindən və vitrinin üzərindən kağız əskinaslardan və metal sikkələrdən ibarət olmaqla ümumilikdə cəmi 470 manat pulu, piştaxtanın üstündən dəyəri 556 manat olan «Az Smart mobile» modelli vergi kassasını (post terminal aparatı), vitrinin üstündən bir ədədi 2,2 manat olan cəmi 176 manat dəyərində 80 ədəd Vayseroy markalı siqaretləri, bir ədədi 2,2 manat olan cəmi 154 manat dəyərində 70 ədəd Keno markalı siqaretləri və bir ədədi 2,2 manat olan cəmi 132 manat dəyərində 60 ədəd Maqna markalı siqaretləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1488 (bir min dörd yüz səksən səkkiz) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 25 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Şəki rayonu, Baş Göynük kəndinin «Göynük yolu» deyilən ərazidə, Şəki-Qax yolunun sol kənarında yerləşən Zərərçəkmiş şəxs2 məxsus qarışıq mallar mağazasının qapısının şüşəsini balta ilə sındırmaqla oradan saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub mağazada olan piştaxtanın siyirməsindən cəmi 10 manat pulu, vitrinlərdən bir ədədi 4,1 manat olmaqla cəmi 369 manat dəyərində 90 ədəd Sobraniya markalı siqareti, bir ədədi 2,7 manat olmaqla cəmi 324 manat dəyərində 120 ədəd Palmal markalı siqareti, bir ədədi 3,8 manat olmaqla cəmi 418 manat dəyərində 110 ədəd Kent markalı siqareti, bir ədədi 2,7 manat olmaqla cəmi 216 manat dəyərində 80 ədəd Vinçestr markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 242 manat dəyərində 110 ədəd Vayserov markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 264 manat dəyərində 120 ədəd Maqna markalı siqareti, bir ədədi 3,8 manat olmaqla cəmi 76 manat dəyərində 20 ədəd elektron siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 132 manat dəyərində 60 ədəd Keno markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 66 manat dəyərində 30 ədəd Prima markalı siqareti, bir ədədi 3,2 manat olmaqla cəmi 224 manat dəyərində 70 ədəd LD markalı siqareti, bir ədədi 2,5 manat olmaqla cəmi 125 manat dəyərində 50 ədəd Vant markalı siqareti, bir ədədi 3,6 manat olmaqla cəmi 324 manat dəyərində 90 ədəd Viniston markalı siqareti, bir ədədi 2,5 manat olmaqla cəmi 125 manat dəyərində 50 ədəd Senate markalı siqareti, bir ədədi 2 manat olmaqla cəmi 80 manat dəyərində 40 ədəd Arqo markalı siqareti, bir ədədi 1 manat olmaqla cəmi 12 manat dəyərində 12 ədəd Snikers şokaladlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 3007 (üç min yeddi) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 30 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Şəki rayonu, Baş Göynük kəndinin Qarasov adlanan ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının pəncərəsinin şüşəsini bel ilə sındırmaqla oradan qanunsuz olaraq içəri daxil olub mağazada olan piştaxtanın siyirməsindən 50 manat pulu, qiyməti 14 manat olan bir ədəd servalat kolbasanı, bir ədədi 50 qəpik olmaqla, ümumi dəyəri 25 manat olan 50 ədəd fənərli alışqanları, bir ədədi 5 manat olmaqla, ümumi dəyəri 15 manat olan 03 ədəd 490 qramlıq Super Sun markalı mal əti konservasını, bir ədədi 90 qəpik olmaqla, ümumi dəyəri 27 manat olan 30 ədəd «Xuristin» markalı suxariləri, bir ədədi 40 qəpik olmaqla, ümumi dəyəri 8 manat olan 20 ədəd «Xuristin» markalı balaca suxariləri, bir ədədi 1 manat olmaqla, ümumi dəyəri 15 manat olan, 500 ml olan 15 ədəd Bizon enerji içkilərini, bir ədədi 70 qəpik olmaqla, ümumi dəyəri 7 manat olan 10 ədəd 2.5 ml Bizon enerji içkilərini, bir ədədi 60 qəpik olan, ümumi dəyəri 13,2 manat olan 22 ədəd snıkers şokoladları, bir ədədi 4 manat olmaqla, ümumi dəyəri 24 manat olan, 6 ədəd mühərrikli ot biçənin mişarını və bir ədədi 1.80 manat olmaqla, ümumi dəyəri 27 manat olan, 15 ədəd GO spirtli içkilərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 225,5 (iki yüz iyirmi beş manat iyirmi qəpik) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə yaşadığı evdən bir ədəd kisə, bir ədəd kəlbətin götürüb piyada Azada məxsus mağazdan oğurluq etmək məqsədilə həmin mağazanın qarşısına getmiş, ətraf işıqlı olduğu üçün yaşadığı evdən götürdüyü kəlbətinlə mağazaya gələn elektirik xəttini kəsmiş, mağazanın plastik materialdan hazırlanmış pəncərsini əliylə itələmiş, pəncərə açıldıqdan sonra pəncərədən mağazaya girmiş, mağazdan bir palka halal kolbasa, təxminən 1 kq sosika, təxminən 30-40 qutu “Bakı”, “Vest” markalı siqaretləri, 7 ədəd bizon, 30 ədəd günə baxan tumlarını, sayının dəqiq bilmədiyi cipsi, konfet, şokalatları və rulet şirniyatını götürüb, evdən götürdüyü kisəyə yığmışdır. Oradan bir başa yaşadığı evə gəlmiş, mağazadan oğurladığı əşyaları stolun altına qoymuş, evdə ailə üzvülərinə həmin ərzağı öz puluna mağazadan aldığını demişdir. Mağazadan oğurladığı ərzaqları evdə qida məhsulu kimi istifadə etmiş, Zərərçəkmiş şəxs1 mağazasından oğurladığı siqaretləri isə kənd ərazisində tanıdığı şəxslərə vermiş, həmin ərzaq məhsullarından qalmamışdır. Zərərçəkmiş şəxs2 onun həmkəndlisi olmuş, Rəhmanla aralarında heç bir düşmənçilik, ədavət olmamış, tez-tez həmin şəxsə məxsus mağazadan alış-veriş etmişdir. Hər dəfə mağazadan alış-veriş edəndə mağazada çoxlu siqaret olduğunu görmüş, fürsət tapıb mağazaya girib oradan siqaret oğurlamaq və aparıb satıb pul əldə etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixə gecə yaşadığı evdən kəlbətin, bir ədəd kisə götürüb piyada Zərərçəkmiş şəxs2 məxsus mağazanın qarşısına saat 02 radələrində gəlmiş, mağazanın arxasında elektirik xəttini kəlbətinlə kəsmiş, sonra mağazanın üstünə çıxıb dam örtüyünün dəmir şiferinin mıxlarını kəlbətinlə çıxarmış, şiferi aralayıb oradan mağazaya girmiş, mağazanın içərisi qaranlıq olduğu üçün əlində olan fanarı yandırıb mağazanın içərsinə işıq salmış, mağazada piştaxtanın üstünə yığılmış müxtəlif növ siqaretləri özüylə gətirdiyi kisənin içərsinə doldurmuş, sonra ayağını piştaxtanın üstünə qoyub oradan dama qalxıb mağazaya girdiyi yerdən çölə çıxmışdır. Mağazanın arxa tərəfinə keçib ayırdığı elektirik xəttini qoşmuş, mağazının işıqları yanmış, siqaretlə doldurduğu kisəni çiyninə qoyub bir qədər kənarlaşıb kisəni dəmir hasarın yanına qoymuş, sonra geriyə qayıdıb Rəhmanın mağazası ilə eyni sırada olan Zərərçəkmiş şəxs3 mağazasının qarşısına saat 0330 radələrində gəlmiş, həmin vaxt ətrafda heç kim olmamışdır. Mağazanın qarşı tərəfində olan pəncərəni mağazanın yanından tapdığı taxta parçası ilə vuraraq şüşəsini sındırıb oradan mağazaya girmiş, piştaxtanın üstündə olan kağız pulları, sonra masanın altına qoyulmuş kutunun içərsində olan kağız və qəpik pulları götürüb cibinə qoymuşdur. Həmin pulları saymadığı üçün nə qədər olduğunu deyə bilməmişdir. O, mağazdan çıxıb kisəni gizlətdiyi yerə gedib kisəni götürüb yaşadığı ev istiqamətində getmiş, siqaretlə dolu kisəni özlərinə məxsus bağın ətrafına çəkilmiş kolluq kanalın içərsinə qoyub gizlətmiş, sonra evə gedib yatmışdır. Əlövsətin mağazasından oğurladığı pulları özü üçün xərcləmiş, Rəhmanın mağazasından oğurladığı siqaretləri isə Şəki şəhərində mağazaların birinə satmış, həmin şəxs ona aldığı siqaretlərə görə 1000 manat pul vermiş, həmin pulları özü üçün müxtəlif yerlərdə xərcləmişdir. xx.xx.2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs2 mağazasına girib oradan çoxlu miqdarda siqaret oğurladığı üçün ikinci dəfə də Rəhmana məxsus mağazaya girib oradan siqaret oğurlayaraq satıb pul əldə etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə gecə yaşadığı evdən kəlbətin, iki ədəd kisə götürüb piyada Rəhmana məxsus mağazanın qarşısına saat təxminən 02 radələrində gəlmiş, mağazanın arxasında elektirik xəttini kəlbətinlə kəsmiş, sonra mağazanın qarşı tərəfinə gəlmiş, qapının şüşə hissəsini sındırıb oradan mağazaya girmək barədə fiirləşmişdir. Nəsə tapıb həmin əşya ilə şüşəni sındırmaq üçün mağazanın arxa tərəfində yerləşən kafenin həyətinə getmiş, kafenin həyətinə nəzər yetirdikdə, orada odun kəsmək üçün qoyulmuş baltanı görüb götürmüş, baltanı götürdükdən sonra mağazanın qarşı tərəfinə gəlmiş, balta ilə qapının şüşəsini sındırmış və əlində balta ilə mağazaya girmişdir. Baltanı mağazanın içərsinə atmış, sonra fanarla mağazanın içərsini işıqlandıraraq piştaxtanın üstündə olan siqaretləri özüylə gətirdiyi kisənin içərsinə doldurmuşdur. Mağazaya girdiyi yerdən çölə çıxmış, mağazanın arxa tərəfinə keçib ayırdığı elektirik xəttini birləşdirmiş, mağazının işıqlar yandıqdan sonra o, siqaretlə doldurduğu kisələri çiyninə qoyub bir başa yaşadığı evə getmış, siqaretlə dolu kisələri özünə məxsus bağın ətrafına çəkilmiş kolluq kanalın içərsinə qoyub gizlətmiş, sonra evə gedib yatmış, səhəri gün saat 13 radələrində Göynük kəndindən Şəki şəhərinə güdən marşurutuna minib Şəki şəhərinə gəlmiş, oğurladığı həmin siqaretləri Şəki şəhərində əvvəl satdığı şəxsə satmış, həmin şəxs ona 1000 manat vermişdir. Həmin pulun bir hissəsini özü üçün xərcəlmiş, qalan hissəsini isə yaşadığı evdə saxlamışdır. Həmin pulları polis əməkdaşlarına təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində qardaşının azyaşlı qızlarını evə gətirmək məqsədilə Qarasov ərazisində yaşayan qardaşı Nizaminin bacanağı Arifgilə getmiş, Arif ona axşam yeməyini onunla birlikdə yeməsini təklif etmiş, o, da Ariflə razılaşmışdır. Yemək yeyən zaman o, tək 200 qram araq içmiş, bir qədər oturduqdan sonra qardaşının qızlarını gətirib öz evlərinə qoymuş, sonra Azada məxsus mağazaya gedərək oradan yenə də oğurluq etmək qərarına gəlmişdir. Azadın mağazası ilə onun yaşadığı evin arasında olan məsafə təxminən 4 km olmuş, hava qaranlıq olduğu üçün evlərindən fanar götürüb piyada Azada məxsus mağazaya getmiş, mağazanın qarşısına çatanda saat təxminən 02 radələri olmuş, həmin vaxt ətrafda isə heç kim olmamışdır. Azada məxsus mağazanın arxa tərəfində yerləşən həmkəndlisi Fariz yaşayan evin həyətinə girib Farizə məxsus Qazel markalı maşının salonuna minmiş, salonda kəlbətin axtarmağa başlamış, kəlbətin tapa bilməyib maşından yerə düşmüşdür. Farizin həyətinə nəzər yetirərək həyətdə olan beli götürüb çölə çıxmış, mağazanın qapsının şüşəsini Fariz yaşayan evin həyətindən götürdüyü bel ilə vurub sındırmış, sonra bel ilə mağazaya gələn elektirik xəttini kəsmiş, ətraf tam qaranlıq olduqdan sonra beli aparıb Farizgilin həyətinə qoymuş, mağazanın qapsını sındırdığı şüşəli yerdən içəri daxil olmuşdur. Mağazanın içərsində işıq olmadığı üçün evdən götürdüyü fanarı yandırıb mağazanın içərsində əşyaları axtarmağa başlamışdır. Mağazadan 2 ədəd qaviadina, 30 ədəd günə baxan tumları, bir ədəd kolbasa, 7 ədəd alışqan, otbiçən mişarını 5 ədəd mişarını əvvəlcədən evdən götürdüyü əl çantasına yığıb mağazadan çıxmış, geri qayıdarkən həmkəndlisi Xəlilin evinin yanından keçəndə ona məxsus VAZ 2107 markalı avtomaşının küçə qapsının qarşısında çöl tərəfdə dayandığını görmüş, Xəlilin təxminən 5- 6 il əvvəl onlara məxsus boru xəttlərini onlardan icazəsiz çıxarıb onu söyüb təhqir etdiyini xatırlamış, həmin hadisə ilə bağlı Xəlildən acıqlı qaldığı üçün onun yaşadığı evin həyətində yerləşən mal tövləsinə girib oradan bir ədəd ot bağlaması götürüb Xəlilə məxsus avtomobilin arxa oturacağa qoyub üstündə olan alışqanla otu yandırıb çıxıb getmişdir. O, avtomobildən təxminən 50 metr uzaqlaşanda Xəlil və ailə üzvləri evdən çıxaraq maşını söndürməyə çalışdıqlarını görmüş, lakin Xəlil onu görməmiş və çıxıb yaşadığı evə getmişdir. Azadın mağazasından oğurladığı əşyaları isə evində olan soyuducuya qoymuş, sonra öz otağına keçib yatmışdır. xx.xx.2022-ci ildə yaşadığı evdə olan zaman Şəki Şəhər Rayon Polis şöbəsinin əməkdaşları onlara gələrək onu polis şöbəsinə aparmışlar. Azada məxsus mağazadan bir palka halal kolbasa, təxminən 1 kq sosika, təxminən 30-40 qutu “Bakı”, “Vest” markalı siqaretləri, 7 ədəd bizon, 30 ədəd günə baxan tumlarını, sayının dəqiq bilmədiyi cipsi, konfet və şokalatları tək oğurlamışdır. Rəhmana məxsus mağazdan bir kisə dolu siqaret oğurlamış, siqaretlər ”Kent”, “Vikroy”, “Davidov”, “Sobrani”, “Palma”, “Vinston”, “ELD” markalı olmuşdur. Əlövsətin mağazasından 400 manat kağız pulu və 70 manat qəpik pulları oğurlamış, lakin oradan siqaret oğurlamamışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus mağazadan oğurluğu tək etmiş, oğurluq zamanı ona heç kim köməklik etməmişdir. Oğurladığı siqaretləri satdığı mağaza şəhərin S.Rəhman küçəsində yerləşmiş, siqareti alan şəxsin adını bilməmiş, mağazanın üzərində yazı olmasına fikir verməmiş, həmin şəxs orta boylu dolu bədən qurluşlu, 40-35 yaşlarında biri olmuşdur. Zərərçəkmiş şəxs1 məxsus mağazada kamera olmadığını fikirləşmiş, lakin mağazaya yaxınlaşanda kamera quraşdırıldığını görüb elektirik xəttini kəsmək üçün Farizin maşının salonunda axtarış aparmışdır. Ailə üzvlərinə oğurladığı ərzaq məsullarını öz pulu ilə aldığını demişdir. Oğurladığı siqaretləri Şəki şəhərində mağazaya sataraq əvvəl 100 manat, sonra isə 500 manat pul almış, mağaza sahibinə həmin siqaretləri qardaşının Bakı şəhərində işlədiyini, onun göndərdiyi demiş, siqaretləri oğurlamasını mağaza sahibi bilməmişdir. Oğurladığı pulları özü üçün xərcləmiş, ərzaq və pulun bir hissəsini saxlamış, həmin ərzaq məhsullarından qalanını polis əməkdaşları evinə baxış keçirərəkən götürmüşlər. X3 məxsus aptekə xx.xx.2022-ci il tarixdə gecə satlarında aptekin dam örtüyün söküb daxil olmuş, həmin vaxt maddi sıxıntılarına görə həmin oğurluq hadisəsini törətmiş, əslində aptekdən dərman preparatları deyil pul götürmək üçün girsədə orada pul olmadığına görə aptekdən müxtəlif dərmanlarından götürüb çıxmış, götürdüyü dərmanları satıb pul əldə etməyi fikirləşmiş, lakin sonradan dərmanların satılacağı halda onun aptekdən oğurluq etməsinin bilinəcəyini anladığı üçün oğurladığı dərmanları Qarasov adlanan ərazidə su arxına tökmüş, dərmanlar suda axıb getmişdir. Qeyd etdiyi oğurluq hadisələrindən başqa oğurluq hadisələri törətməmişdir. O, etdiyi cinayət əməlindən peşman olduğunu, bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Zərəçəkmi şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam həcmdə ödəmiş, onlarla barışmış və onlar tərəfindən bağışlanmışdır. Hazırda zərəçəkmi şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, Şəki rayonu, Baş Göynük kəndi ərazisində "Qarasov" adlanan ərazidə ailəsi ilə birlikdə yaşamışdır. Qarosovda dolanışıqı üçün mal-qara saxlamaqla yanaşı balaca ərzaq malları satılan mağaza açmış, həmin mağazada ərzaq malları satmaqla ailəsinin dolanışığını təmin etmişdir. Mağazanı taxta ilə tikmiş, mağazanın bir giriş qapısı və bir pəncərəsi olmuş, mağazanı səhər saatlarında açıb, axşam satlarda bağlamışdır. Həmişə olduğu kimi xx.xx.2022-ci il tarixdə saat 22 radələrində mağazanı bağlayıb evə getmiş, səhər saat 7 radələrində mağazaya gedib baxarkən mağazanın pəncərəsinin açıq olduğunu görmüş, mağazaya girib baxdığında soyuducunun açıq olduğunu, pul qoyduğu siyirmənin yerində olmadığını, siqaret qoyduğu vitrinin bir hissəsinin boş olduğunu, bir çox alışqanın yerində olmadığını görmüşdür. Həmin vaxt mağazaya naməlum şəxs və ya şəxslərin daxil olaraq oğurluq hadisəsi törətdiyini anlamışdır. Qarasov ərazisinə kənardan kimsənin gəlməyəcəyini, oğurluq edən şəxsin Göynük kənd sakini olacağını və həmin şəxsi özünün axtarıb tapacağını fikirləşmiş və bu səbəbdən mağazasından oğurluq olması ilə bağlı polis şöbəsinə müraciət etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 7 radələrində həmişə olduğu kimi mağazaya gəlib açarkən mağazanın elektirik xətlərinin qırıldığını və pəncərənin şüşəsinin sındırıldığını görmüş və mağazaya yenidən kiminsə girdiyini başa düşmüşdür. Həmin vaxt özünə məxsus mobil nömrə ilə DİN-nin 102 xidmətinə dərhal zəng edərək mağazasından oğurluq olması barədə məlumat vermiş, sonra mağazaya girib baxdıqda yenə eyni qaydada soyuducunun qapısının açıq olduğunu və müxtəlif ərzaq məhsullarının oğurlanmasını görmüşdür. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmiş, baxış keçirilməsi ilə əlaqədar protokol yazılmış, ucadan oxumuş, düz yazıldığı üçün digər iştiraçılarla birlikdə həmin protokola o da imzlamışdır. Bir müddət sonra polis əməkdaşlarının ona məxsus mağazadan oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olmasını müəyyən etdikləri ona məlum olmuşdur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, onu pis biri kimi tanımamış, həmin şəxslə bu günə kimi heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxsla aralarında heç bir borc və ya başqa mübahisəsi olmamış, həmişə xoş münasibəti olmuşdur. Təqsirləndirilən şəxs ona məxsus mağazadan oğurluq etməsinin səbəbini anlaya bilməmişdir. Mağazaya daxil olub baxan zaman oğurluq edən Təqsirləndirilən şəxs konkret olaraq mağazada heç bir yeri axtarmamış, birinci dəfə oğurluq edən zaman pəncərəyə heç bir zərər vurmadan açıb mağazaya girmiş, ikinci dəfə girəndə isə pəncərənin şüşəsini qırmış, mağazada dağıntı etmədən özünə lazım olan ərzaq və pulu oğurlayıb aparmışdır. Mağazanın qapı və pəncərələri kilidli olmuş, mağazanın qapısı iki ədəd asma qıfılla bağlı olmuş, pəncərə isə daxildən dəmir keçmə kilidlə bağlı olmuşdur. Mağazada birinci dəfə oğurluq olduqdan sonra pəncərəni şurubla bağlamış, ona görə də ikinci dəfə oğurluq olarkən pəncərə açılmadığı üçün şüşəsini qırmışdır. Həmin şüşəni sonradan o, alıb saldırmış və bunun üçün ümumilikdə 10 manat xərci çıxmışdır. Ona məxsus mağazada oğurluq hadisəsi birinci dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, ikinci dəfə isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə baş vermişdir. Birinci dəfə mağazada qoyulmuş piştaxtanın altındakı pul qabından 190 manat nəğd pul, bundan başqa bir ədədi 3.50 manat olmaqla, ümumi dəfəri 52,5 manat dəyərində mühərrikli ot biçənin 15 ədəd sadə dəmir mişarı, bir ədədi 70 qəpik olmaqla, ümumi dəyəri 33,6 manat olan 48 ədəd Dirol markalı sakkızı, bir ədədi 50 qəpik olmaqla ümumi dəyəri 25 manat olan 50 ədəd fənərli alışqanı, bir ədədi 13 manat olmaqla, ümumi dəyəri 26 manat olan iki ədəd servlat kolbasası, bir ədədi 2 manat olmaqla, ümumi dəyəri 10 manat olan 05 ədəd Azercell konturları, bir ədədi 90 qəpik olmaqla, ümumi dəyəri 18 manat olan 20 ədəd «Xurustin» markalı suxari, bir ədədi 1 manat olmaqla, ümumi dəyəri 20 manat olan 20 ədəd 500 ml Bizon eneri içkisi, bir ədədi 40 qəpik olmaqla, ümumi dəyəri 8 manat olan 20 ədəd snikers şokoladı, hər ədədi 4 manat olmaqla, ümumi dəyəri 120 manat olan 30 ədəd elektirik matorlu ot biçənin bıçağlı, bir ədədi 1.80 manat olmaqla, ümumi dəyəri 18 manat olan 10 ədəd 0.5 ml "Go" spirtli içkisi, bir kiloqramı 10 manat olmaqla, ümumi dəyəri 30 manat olan 3 kq servalat sosisləri, bir ədədi 5 manat olmaqla, ümumili dəyəri 40 manat olan 8 ədəd 490 qramlıq Super Sun markalı mal ət konservası, bir ədədi 70 qəpik olmaqla, ümumi dəyəri 7 manat olan 10 ədəd 2.5 ml Bizon enerji içkisi, bir ədədi 1 manat olmaqla, ümumi dəyəri 7 manat olan 7 ədəd yeyəsi, bir ədədi 20 qəpik olmaqla, ümumi dəyəri 10 manat olan 50 ədəd «Xuristin» markalı suxariləri, bir ədədi 40 qəpik olmaqla, ümumi dəyəri 6 manat olan 15 ədəd üzərində Çiko yasızı olan yer fındığı, bir ədədi 2,5 manat olmaqla, ümumi dəyəri 50 manat olan 20 ədəd Vant markalı siqaret, bir ədədi 2,2 manat olmaqla, ümumi dəyəri 66 manat olan 30 ədəd Maqna markalı siqaret, bir ədədi 3,2 manat olmaqla, ümumi dəyəri 32 manat olan 10 ədəd Vant markalı siqaret, bir ədədi 2,7 manat olmaqla, ümumi dəyəri 27 manat olan 10 ədəd LD markalı siqaret, bir ədədi 2,7 manat olmaqla, ümumi dəyəri 27 manat olan 10 ədəd Vinçestr markalı siqaret, bir ədədi 2,1 manat olmaqla, ümumi dəyəri 42 manat olan 20 ədəd Bakı markalı siqaret və bir ədədi 2 manat olmaqla, ümumi dəyəri 40 manat olan 20 ədəd Arqo markalı siqaret oğurlanmışdır. Mağazamda baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 905,10 manat ziyan dəymişdir. İkinci dəfə yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə ərzində baş vermiş oğurluq hadisəsi zamanı 50 manat nəğd pul, qiyməti 14 manatlıq olan bir ədəd servalat kolbasası, bir ədədəi 30 qəpik olmaqla, ümumi dəyəri 15 manat 50 ədəd fənrəli alışqanları, bir ədədi 5 manat olmaqla, ümumi dəyəri 15 manat olan 03 ədəd 490 qramlıq Super Sun markalı mal əti konservası, bir ədədi 90 qəpik olmaqla, ümumi dəyəri 24,3 manat olan 30 ədəd «Xuristin» markalı suxariləri, bir ədədi 40 qəpik olmaqla, ümumi dəyəri 8 manat olan 20 ədəd «Xuristin» markalı suxariləri, bir ədədi 1 manat olmaqla, ümumi dəyəri 15 manat olan, 500 ml olan 15 ədəd Bizon enerji içkiləri, bir ədədi 70 qəpik olmaqla, ümumi dəyəri 7 manat olan 10 ədəd 2.5 ml Bizon enerji içkiləri, bir ədədi 60 qəpik olan, ümumi dəyəri 13,2 manat olan 22 ədəd snikers şokoladları, bir ədədi 4 manat olmaqla, ümumi dəyəri 24 manat olan, 6 ədəd mühərrikli ot biçənin tiyələrini və bir ədədi 1.80 manat olmaqla, ümumi dəyəri 27 manat olan, 15 ədəd GO spirtli içkiləri oğurlanmışdır. İkinci dəfə ona 212,50 manat maddi ziyan dəymişdir. İlkin olaraq Azərbaycan Respublikası DİN-102 xidmətinə və Şəki ŞRPŞ-nə ünvanladığım müraciətində maddi ziyanlıqla bağlı yazdıqlarını təxmini göstərmiş, ona dəymiş maddi ziyanı mağazaya baxıb dəqiqləşdirmiş, məlum hadisə nəticəsində ona ümumilikdə ona 1117,60 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi qalmamış, Təqsirləndirilən şəxs bağışlamışdır. Bunları nəzərə alıb Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, Şəki rayonu, Baş Göynük kəndində ailəsi ilə birlikdə yaşamışdır. Şəki rayonu, Baş Göynük kəndinin «Göynük yolu» deyilən yerin yaxınlığında, Şəki-Qax yolunun sol kənarında icarəyə götürüb işlətdiyi qarışıq mallar mağazada fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, həmin mağazada ərzaq məhsulları ilə bərabər qarışıq mallar da satmışdır. Yay mövsümündə həmin mağazanı saat təxminən 0630 radələrində açıb işlədib, axşam saat 22 radələrində bağlamışdır. 02 avqust 2022-ci il tarixdə axşam saat 22 radələrində həmişə olduğu kimi mağazanı bağlayıb evinə getmiş, evə gedəndə yolda və mağazanın yanındakı kafedə adamlar olmuşdur. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə həmişə olduğu kimi səhər saat təxminən 0630 radələrində mağazaya gəlmiş, qapını açıb içəri daxil olduqda mağazanı qarışıq halda olduğunu görmüşdür. Mağazanın tavanına baxdıqda vurulmuş lambirinin söküldüyü görüb çölə çıxmış, mağazanın damına baxanda mağazanın damına vurulmuş dəmir şiferin birləşdiyi yeri aralayıb kiminsə oradan mağazaya daxil olmasını anlamışdır. Daha sonra mağazanın içərisinə daxil olub ətrafa baxış keçirdikdə mağazada olan piştaxtanın altındakı siyirmədən 100 manat xırda kağız pulların və vitrindən müxtəlif çeşiddə siqaretlərin oğurlandığını başa düşmüş, heç nəyə əl vurmadan ərazinin əməliyyat müvəkkili vəzifəsində işləyən Mirzə müəllimə zəng edib mağazadan oğurluq olması barədə ona məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları və ekspert gəlib iki nəfər hal şahidinin iştirakı ilə mağazaya baxış keçirmişlər. Baxış keçirdikdən sonra protokol tərtib olunmuş, həmin protokola iştirakçılarla birlikdə o da imza etmişdir. Oğurluq hadisəsi ilə bağlı Polis Şöbəsinə dəvət edilmiş, orada mağazadan oğurluq olması barədə şikayət ərizəsi yazdıqdan sonra təhqiqatçı ondan baş vermiş oğurluq hadisəsi ilə bağlı izahat almışdır. İzahat yazan zaman ona məxsus mağazadan 100 manat kağız pul, təxminən 2400 manat dəyərində müxtəlif çeşiddə siqaretlərin oğurlandığını qeyd etmişdir. Həmçinin izahatında mağazadan ona məxsus şəxsiyyət vəsiqəsinin, VÖEN-nin, sürücülük vəsiqəsinin, idarə etdiyi Vaz-2107 markalı avtomaşının texniki pasportunun və oğlunun şəxsiyyət vəsiqəsinin də oğurlandığını qeyd etmiş, lakin Polis Şöbəsində izahat yazıb mağazaya qayıdıb təmizlik edən zaman yerə səpilmiş sənədlərin arasında ona məxsus şəxsiyyət vəsiqəsini, VÖEN-ni, sürücülük vəsiqəsi, idarə etdiyi Vaz-2107 markalı avtomaşının texniki pasportunu və oğlunun şəxsiyyət vəsiqəsini tapmışdır. xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində həmişə olduğu kimi mağazanı bağlayıb evinə getmiş, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 0630 radələrində mağazaya gəlmiş, mağazanın qabaq şüşəsi sındığını, sınmış yerdən mağazaya baxdıqda mağazanın dağınıq vəziyyətdə və vitrində olan bahalı siqaretlərin hamısının oğurlandığını görmüşdür. Bu dəfə o, özü DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Hadisə ilə bağlı ondan mağazadan nə qədər pul və əmlak oğurlanması barədə sorşulduqda, o, qapının kilidini açarla açıb heç yerə əl vurmadan mağazaya daxil olmuş, təxminən hesablayıb mağazadan təxminən 4000 manatlıq pul və siqaret oğurlandığını DİN-nin 102 xidmətinə bildirmişdir. Bundan bir müddət sonra polis əməkdaşları və ekspert gəlib, iki nəfər hal şahidinin iştirakı ilə mağazaya baxış keçirmiş, baxış keçirildikdən sonra protokol tərtib edilmiş, həmin protokola digər iştirakçılarla birlikdə onun tərəfindən də imzalanmışdır. İkinci hadisə ilə bağlı o, Polis Şöbəsinə dəvət edilmiş, orada mağazada oğurluq hadisəsi baş verməsi barədə şikayət ərizəsi yazmışdır. Daha sonra təhqiqatçı onun izahatını almış, yenidən mağazaya qayıtmış, mağazaya gəlib yır-yığış edib oğurlanmış malları hesablamış və nəticəyə mağazadan 4000 manat dəyərində pul, siqaret və sinikers konfetləri oğurlandığını dəqiqləşdirmişdir. Onun heç kimlə ədavət və düşmənçiliyi, o cümlədən pul və ya əmlakla bağlı mübahisəsi olmamışdır. Ona məxsus mağazadan bir ədədi 3,8 manat olmaqla cəmi 304 manat dəyərində 80 ədəd Kent markalı siqaret, bir ədədi 2,7 manat olmaqla cəmi 162 manat dəyərində 60 ədəd Palmal markalı siqaret, bir ədədi 2,7 manat olmaqla cəmi 405 manat dəyərində 150 ədəd Vinçestr markalı siqaret, bir ədədi 4,1 manat olmaqla cəmi 369 manat dəyərində 90 ədəd Sobraniya markalı siqaret, bir ədədi 2,2 manat olmaqla cəmi 242 manat dəyərində 110 ədəd Vayseroy markalı siqaret, bir ədədi 2,4 manat olmaqla cəmi 120 manat dəyərində 50 ədəd Classik markalı siqaret, bir ədədi 3,2 manat olmaqla cəmi 192 manat dəyərində 60 ədəd LD markalı siqaert, bir ədədi 3,6 manat olmaqla cəmi 252 manat dəyərində 70 ədəd Viniston markalı siqaret, bir ədədi 2,5 manat olmaqla cəmi 100 manat dəyərində 40 ədəd Vest markalı siqaret, bir ədədi 2,2 manat olmaqla cəmi 6 manat dəyərində 30 ədəd Prima markalı siqaret və bir ədədi 2,2 manat olmaqla cəmi 110 manat dəyərində 50 ədəd Maqna markalı siqaret oğurlamaqla, ümumilikdə 2.322 (iki min üç yüz iyirmi iki) manat dəyərində siqaret məhsulları, 100 manat isə 1, 5 və 10 manatlıqdan ibarət pullar əskinazları oğurlanmışdır. Bununla da ona 2.422 manat ziyan dəymişdir. Bundan başqa bir ədədi 4,1 manat olmaqla cəmi 369 manat dəyərində 90 ədəd Sobraniya markalı siqareti, bir ədədi 2,7 manat olmaqla cəmi 324 manat dəyərində 120 ədəd Palmal markalı siqareti, bir ədədi 3,8 manat olmaqla cəmi 418 manat dəyərində 110 ədəd Kent markalı siqareti, bir ədədi 2,7 manat olmaqla cəmi 216 manat dəyərində 80 ədəd Vinçestr markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 242 manat dəyərində 110 ədəd Vayserov markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 264 manat dəyərində 120 ədəd Maqna markalı siqareti, bir ədədi 3,8 manat olmaqla cəmi 76 manat dəyərində 20 ədəd elektron siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 132 manat dəyərində 60 ədəd Keno markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 66 manat dəyərində 30 ədəd Prima markalı siqareti, bir ədədi 3,2 manat olmaqla cəmi 224 manat dəyərində 70 ədəd LD markalı siqareti, bir ədədi 2,4 manat olmaqla cəmi 120 manat dəyərində 50 ədəd Vant markalı siqareti, bir ədədi 3,6 manat olmaqla cəmi 324 manat dəyərində 90 ədəd Viniston markalı siqareti, bir ədədi 2,5 manat olmaqla cəmi 125 manat dəyərində 50 ədəd Senate markalı siqareti, bir ədədi 2 manat olmaqla cəmi 80 manat dəyərində 40 ədəd Arqo markalı siqareti, bir ədədi 1 manat olmaqla cəmi 12 manat dəyərində 12 ədəd Snikers şokaladı oğurlanmışdır. Oğurlanmış ümumi siqaret və şokoladın dəyəri 3019 manat olmuşdur. Bundan başqa 10 manat da xırda kağız pullar oğulanmaqla ümumilikdə ons 3119 manat maddi ziyan dəymişdir. 2022-ci ilin avqust ayının 3-də və 24-də baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 5541 manat məbləğində maddi ziyan dəymişdir. O, mağazanın dam örtüyünü və lambirini yenidən yerinə vurdurmuş, lakin sınmış şüşəni 10 manata alıb saldırmış və buna görə ona ümumilikdə 10 manat ziyan dəymişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi qalmamış, Təqsirləndirilən şəxs bağışlamışdır. Bunları nəzərə alıb Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, Şəki rayonu, Baş Göynük kəndinin «Göynük yolu» deyilən yerin yaxınlığında, Şəki-Qax yolunun sağ kənarında ərzaq mağazası işlədərək ailəsinin maddi ehtiyaclarını ödəmişdir. Yay mövsümündə həmin mağazanı saat təxminən 0630 radələrində açıb işləmiş, axşam saat 22 radələrində, bəzən isə 23 radələrində bağlamışdır. 02 avqust 2022-ci il tarixdə axşam saat 24 radələrində həmişə olduğu kimi mağazanı bağlayıb evinə getmiş və həmin vaxt yolda heç kimi görməmişdir. xx.xx.2022-ci il tarixdə həmişə olduğu kimi səhər saat təxminən 0630 radələrində mağazaya gəlmiş, qapını açıb içəri daxil olduqda mağazada olan düyü kisəsinin yerə dağıldığını və mağazanın dağınıq vəziyyətdə olduğunu görmüşdür. Mağazanın yan pəncərəsi sındırıldığını görüb, naməlum şəxsin mağazanın şüşəsini sındıraraq içəri daxil olub mağazadan oğurluq etdiyini anlamışdır. Çünki ətrafa baxış keçirdikdə vitrində olan bahalı siqaretlər götürüldüyünü görmüşdür. Həmin vaxt o, ərazinin əməliyyat müvəkkili vəzifəsində işləyən Mirzə müəllimə zəng edib baş vermiş oğurluq barədə məlumat vermiş, bir müddət sonra polis əməkdaşları gəlib iki nəfər hal şahidinin iştirakı ilə mağazaya baxış keçirmiş, baxışla bağlı protokol yazılmış, ucadan oxunmuş, düz yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Hadisə ilə bağlı o, Polis Şöbəsinə dəvət olunmuş, orada mağazasında oğurluq olması barədə şikayət ərizəsi yazmış və izahat yazmışdır. Ərizə yazan zaman mağazasında baş vermiş oğurluqla bağlı ona 1500 manat ziyan dəydiyini qeyd etmişdir. İzahat verib qayıdandan sonra diqqətlə baxıb mağazadan kassa aparatının, siqaretlərin, pul və konturların oğurlandığını dəqiqləşdirmişdir. Həmin gün yolun əks tərəfində yerləşən Rəhmanın da mağazasından oğurluq olmuşdur. Onun heç kimlə ədavəti və ya düşmənçiliyi, o cümlədən pul və ya əmlakla bağlı mübahisəsi olmamışdır. Ona məxsus mağazada qoyulmuş piştaxtanın siyirməsindən 70 manat xırda metal pullar və bir manat əskinasdan ibarət cəmi 200 manat kağız pullar, piştaxtanın üstündən 556 manata aldığı mağazada istifadə olunan çek vuran aparatı, vitrinin üstündən 200 manat pul oğurlanmışdır. Vitrinin üstünə qoyduğu 200 manat pul, ayrı-ayrı vətəndaşlara çatası pullar olmuşdur. Bundan başqa mağazada olan vitrindən bir ədədi 2,2 manat oldan cəmi 176 manat dəyərində 80 ədəd Vayseroy markalı siqaret, bir ədədi 2,2 manat oldan cəmi 154 manat dəyərində 70 ədəd Keno markalı siqaret və bir ədədi 2,2 manat oldan cəmi 132 manat dəyərində 60 ədəd Maqna markalı siqaretlər oğurlanmışdır. Mağazamda baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1688 manat məbləğində ziyan dəymiş, sınmış pəncərənin ölçüsü 1 x 1,6 metr olmuş, həmin şüşənin alınması və yerinə salınmasına ümumilikdə 40 manat xərci çıxmışdır. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi qalmamış, Təqsirləndirilən şəxs bağışlamışdır. Bunları nəzərə alıb Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmiş, Şəki Mərkəzi Bazarında Ramid adlı şəxsin ərzaq mağazasında satıcı işləmiş, hər gün səhər saat 08 radələrində işə gəlmiş, axşam 20 radələrində mağazanı bağlayıb yaşadığı ünvana getmişdir. Ara-sıra Ramid mağazaya gəlmiş, işi olmayanda ona köməklik göstərmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində tanımadığı və adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs mağazaya gələrək ona yaxınlaşmış və siqaret satdığını bildirmiş, ondan alıb-almadığını soruşmuş, o da ucuz qiymətə olacağı təqdirdə ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qardaşının gömrükdə işlədiyini, ona satması üçün siqaretlər göndərdiyini demiş və kisədə gətirdiyi siqretləri ona göstərmişdir. O, həmin siqaretlərə baxmış, qutuda və açıq vəziyyətdə müxtəlif markada siqaretlər olduğunu görmüşdür. Təqsirləndirilən şəxs elə hərəkət etmişdir ki, onun yalan danışması ağlına gəlməmişdir. O, həmin şəxslə siqaretlərin qiyməti barədə razılaşmış, Təqsirləndirilən şəxs siqaretin dəyəri olaraq mağazadan özünə lazım olan ərzaqları götürmüş və bir hissəsinin nəğd pulunu alıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs satdığı siqaretlərin oğurluq olmasından heç şübhələnməmiş, qardaşının gömrükdə işləməsi ilə bağlı Təqsirləndirilən şəxs dediklərinə inanmış və ona görə də həmin şəxslə ətraflı danışmamışdır. Bundan bir müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə həmişəki kimi mağazada işdə olan zaman Təqsirləndirilən şəxs əlində kisə ilə mağazaya gəldiyini görmüş, həmin şəxs ona yaxınlaşaraq siqaret satdığını, alıbalmadığını soruşmuş, kisədə olan siqaretlərə baxıb Nazim ilə qiyməti barədə razılaşmışdır. Təqsirləndirilən şəxs ikinci dəfə daha çox siqaret gətirmiş, o, Təqsirləndirilən şəxs siqareti ucuz qiymətə verdiyini görüb almışdır. Təqsirləndirilən şəxs siqaretlərə görə ümumilikdə 1000 manat pul vermiş, həmin siqaretləri sonra müxtəlif tanımadığı şəxslərə satmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs adlı şəxsin ona satdığı siqaretləri Şəki rayonu, Baş Göynük kəndində yerləşən bir neçə mağazalardan oğurladığını öyrənmişdir. Həmin şəxsin dediyi yalanlara inanıb satdığı siqaretləri almış, onun satdığı siqaretlərin oğurluq olmasını bilsəydi ondan siqaret almayacaqdı. Təqsirləndirilən şəxs aldığı bütün siqaretləri satmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. 30 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mağazanın bir ədəd dəmir və bir ədəd plastik pəncərəsi vardır. Mağazaya giriş qapısından solda yerləşən plastik pəncərənin orta hissəsində yerləşən tağın şüşəsi qırılmış, naməlum şəxs və ya şəxslər həmin pəncərədən mağazaya daxil olub oradan müxtəlif ərzaq məhsulları oğurlamışlar. Hadisə yerinə baxış zamanı bir neçə yerdən ekspertiza tədqiqinə göndərilməsi üçün əl-barmaq izləri götürülmüş və fotoşəkillər çəkilərək protokoluna əlavə edilmişdir. (İ cild iş.v 11-19) 30 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirliməsi və maddi sübutun götürülməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Baş Göynük kəndinin “Qarasov” adlanan ərazisində yaşadığı evinə baxış keçirilən zaman həmin şəxs Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurladığı əşyaların bir hissəsinin istifadə etdiyini, bir hissəsini isə təqdim etdiyini qeyd edərək çiy kərpicdən tikilmiş evin altıaçığında olan ağ rəngli soyuducunun yuxarı hissəsindən bir ədəd kolbasanı, bir ədəd 250 ml, 01 ədəd 450 ml Bizon içkilərini, 01 ədəd “Stıx” sözü yazılmış suxariki, daha sonra evin tirləri arasından mühərrikli ot biçənin 04 ədəd mişarlarını, sonra odun sobasının üzərində olan sellofan torbanın içərisindən 03 ədəd “Patron” və 03 ədəd “Lays” sözləri yazılmış boş sellofanları təqdim edib oğurladığını qeyd etmişdir. Həmin qeyd olunan əşyalar iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. (İ cild iş.v 32-40) 30 avqust 2022-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 2040-da CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild iş.v 51-52) 25 avqust 2022-ci il tarixdə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus mağazaya baxış keçirilən zaman mağazanın giriş qapısının plastik materialdan olduğunu, həmin qapının şüşəsinin balta ilə sındırıldığı, paltanın isə qapının önündə yerdə olduğunu, baxışda iştirak edən Zərərçəkmiş şəxs2 mağazadan 4.000 manat dəyərində siqaretlər oğurlandığı bildirmiş və baxış zamanı yerdə olan balta iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (İ cild iş.v 72-77) 03 avqust 2022-ci il tarixdə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus mağazaya baxış keçirilən zaman mağazanın dam örtüyünün, tavan hissəsinin lanbirinin söküldüyü və həmin yerdən naməlum şəxs və ya şəxslərin mağazaya daxil olduqları, siqaretlər olan vitrindən müxtəlif markalı siqaretlərin götürülməsi və baxışda iştirak edən kriminalstin mağazada yerdən iki ədəd vintaçan aşkar edib götürdüyü, həmin vintaçanlardan naməlum şəxs və ya şəxslərin istifadə etməsi ehtimalı olduğundan vintaçanlar ekspertiza tədqiqinə göndərilməsi qeyd edilmişdir. (İ cild iş.v 94-101) 03 avqust 2022-ci il tarixdə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus mağazaya baxış keçirilən zaman naməlum şəxs və ya şəxslərin mağazanın sol künc hissəsində yerləşən pəncərə şüşəsini sındıraraq oradan mağazaya daxil olub 470 manat nəğd pulu, müxtəlif markalı siqaretlərin və 01 ədəd kassa aparatı oğurlanmışdır. Mağazanın ön hissəsi şəffaf şüşə ilə əhatə olunmuşdur. (İ cild iş.v 120-127) 01 sentyabr 2022-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İ cild iş.v 228-232) 01 sentyabr 2022-ci il tarixli təqdimatdan görünür ki, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CM-nın 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilmişdir. (İ cild iş.v 233-237) Şəki Rayon Məhkəməsinin 4(075)-93/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 avqust 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. (İ cild iş.v 240-243) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. (İş.v 246). Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəli tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli, 1483 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X4 və anası X1 ilə birlikdə Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayır. (İş.v 247). Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəli tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (İş.v 249). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 876 №-li məktubundan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 251) Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 354 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yaşayan 1982-ci il təvəllüdlü Məmmədov X2 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda olmamış və ora müraciət etməmişdir. (İİ cild iş.v 1) Şəki Şəhər-Rayon Polis Şöbəsinin 08 sentyabr 2022-ci il tarixli, 189-26969-1222 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Baş göynük kəndində yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, eləcə də Şəki ŞRPŞ-ya ərizə ilə müraciət edərək Şəki rayonu, Baş Göynük kəndində yerləşən mağazadan həmin ərazidə naməlum şəxs və ya şəxslər tərəfindən 4000 manat dəyərində tütün məmulatlarının oğurlanması ilə əlaqədar olaraq, həmin şəxs və şəxslərin yerinin müəyyən edilməsi istiqamətində tərəflərindən bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şəki rayonu, Baş Göynük kənd sakini xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq TB-nə təhvil verilmişdir. (İİ cild iş.v 80) Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli, 10/6584 nömrəli ekspertiza rəyindən görünür ki, Vaz-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğının mənbəyi, avtomobilin salonunda arxa hissəsində, döşəmə səviyyəsində olmuşdur. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraiti nəzərə alındıqda yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş vermişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 105 manatdır. (İş.v-90-93) Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 9/7247 nömrəli ekspertiza rəyindən görünür ki, 2004-cü il buraxılışlı Vaz-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın 3500 manat müəyyən edilir. Ekspertizanın rəyi haqqında qərarda göstərilən malların qərarda göstərilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6572 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. (İş.v-95-98) Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 6/5778 nömrəli ekspertiza rəyindən görünür ki, təhqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün 53” dairəvi möhür əksi olan üç ədəd polietilen bağlamada qablaşdırılmış kül nümunələri və bir ədəd zərfdə olan elektrik naqili üzərində tezalışan neft məsullarına (benzin, kerosin və dizel yanacağı) məxsus izlər vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55 manatdır. (İş.v-100-102) 23 noyabr 2022-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İİ cild iş.v 191-194) 23 noyabr 2022-ci il tarixli təqdimatdan görünür ki, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CM-nın 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilmişdir. (İİ cild iş.v 195-198) Şəki Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 4(075)-115/2022 saylı qərarından görünür ki, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 20 gün müddətinə yəni, əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmaqla, 20 dekabr 2022-ci il tarixədək uzadılmışdır. (İİ cild iş.v 200-203) Məhkəmə tədqiq edilən sübütların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 19 iyul 2022-ci il tarixdə, saat 00:30 radələrində Şəki rayonunun Baş Göynük kəndinin Qarasov adlanan sahəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının pəncərəsini əli ilə itələməklə açıb oradan qanunsuz olaraq içəri daxil olub mağazada olan piştaxtanın siyirməsindəki pul qabından 190 manat pulu, bir ədədi 3.50 manat olmaqla, ümumi dəyəri 52,5 manat mühərrikli ot biçənin 15 ədəd sadə dəmir tiyələrini, bir ədədi 70 qəpik olmaqla, ümumi dəyəri 33,6 manat olan, 48 ədəd Dirol markalı sakkızı, bir ədədi 50 qəpik olmaqla ümumi dəyəri 25 manat olan 50 ədəd fənərli alışqanı, bir ədədi 13 manat olmaqla, ümumi dəyəri 26 manat olan iki ədəd servlat kolbasasını, bir ədədi 2 manat olmaqla, ümumi dəyəri 10 manat olan 05 ədəd Azercel konturlarını, bir ədədi 90 qəpik olmaqla, ümumi dəyəri 18 manat olan 20 ədəd «Xurustin» markalı suxarini, bir ədədi 1 manat olmaqla, ümumi dəyəri 20 manat olan 20 ədəd 500 ml Bizon eneri içkisini, bir ədədi 60 qəpik olmaqla, ümumi dəyəri 12 manat olan 20 ədəd snikers şokoladını, hər ədədi 4 manat olmaqla, ümumi dəyəri 120 manat olan 30 ədəd mühərrikli ot biçənin bıçaqlı dəmir mişarını, bir ədədi 1.80 manat olmaqla, ümumi dəyəri 18 manat olan 10 ədəd 0,5 ml "Go" spirtli içkisini, bir kiloqramı 12 manat olmaqla, ümumi dəyəri 36 manat olan 3 kq servalat sosislərini, bir ədədi 5 manat olmaqla, ümumi dəyəri 40 manat olan 8 ədəd 490 qramlıq Super Sun markalı mal ət konservasını, bir ədədi 70 qəpik olmaqla, ümumi dəyəri 7 manat olan 10 ədəd 2.5 ml Bizon enerji içkisini, bir ədədi 1 manat olmaqla, ümumi dəyəri 7 manat olan 7 ədəd yeyəni, bir ədədi 60 qəpik olmaqla, ümumi dəyəri 30 manat olan 50 ədəd «Xuristin» markalı suxariləri, bir ədədi 40 qəpik olmaqla, ümumi dəyəri 6 manat olan 15 ədəd üzərində Çiko yazısı olan yer fındığını, bir ədədi 2,5 manat olmaqla, ümumi dəyəri 50 manat olan 20 ədəd Vant (qalın) markalı siqareti, bir ədədi 2,2 manat olmaqla, ümumi dəyəri 66 manat olan 30 ədəd Maqna markalı siqareti, bir ədədi 3,2 manat olmaqla, ümumi dəyəri 32 manat olan 10 ədəd Vant (nazik) markalı siqareti, bir ədədi 3,2 manat olmaqla, ümumi dəyəri 32 manat olan 10 ədəd LD markalı siqareti, bir ədədi 2,7 manat olmaqla, ümumi dəyəri 27 manat olan 10 ədəd Vinçestr markalı siqareti, bir ədədi 2,1 manat olmaqla, ümumi dəyəri 42 manat olan 20 ədəd Bakı markalı siqareti və bir ədədi 2 manat olmaqla, ümumi dəyəri 40 manat olan 20 ədəd Arqo markalı siqareti gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 940,10 (doqquz yüz qırx manat on qəpik) manat məbləğində maddi ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 03 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Şəki rayonu, Baş Göynük kəndinin «Göynük yolu» deyilən ərazidə, Şəki-Qax yolunun sol kənarında yerləşən Zərərçəkmiş şəxs2 məxsus qarışıq mallar mağazasının dam örtüyünün metal şiferini özü ilə gətirdiyi kəlbətinlə yerindən çıxarıb açaraq oradan saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub mağazada olan piştaxtanın siyirməsindən 1,5 və 10 manatlıq əskinaslardan ibarət olmaqla cəmi 100 manat pulu, vitrinlərdən bir ədədi 3,8 manat olmaqla cəmi 304 manat dəyərində 80 ədəd Kent markalı siqareti, bir ədədi 2,7 manat olmaqla cəmi 162 manat dəyərində 60 ədəd Palmalı markalı siqareti, bir ədədi 2,7 manat olmaqla cəmi 405 manat dəyərində 150 ədəd Vinçestr markalı siqareti, bir ədədi 4,1 manat olmaqla cəmi 369 manat dəyərində 90 ədəd Sobraniya markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 242 manat dəyərində 110 ədəd Vayseroy markalı siqareti, bir ədədi 2,4 manat olmaqla cəmi 120 manat dəyərində 50 ədəd Classik markalı siqaret, bir ədədi 3,2 manat olmaqla cəmi 192 manat dəyərində 60 ədəd LD markalı siqaerti, bir ədədi 3,6 manat olmaqla cəmi 252 manat dəyərində 70 ədəd Viniston markalı siqareti, bir ədədi 2,5 manat olmaqla cəmi 100 manat dəyərində 40 ədəd Vest markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 66 manat dəyərində 30 ədəd Prima markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 110 manat dəyərində 50 ədəd Maqna markalı siqaretini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2422 (iki min dörd yüz iyirmi iki) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 03 avqust 2022-ci il tarixdə, saat 03:30 radələrində Şəki rayonu, Baş Göynük kəndinin «Göynük yolu» deyilən ərazidə, Şəki-Qax yolunun sol kənarında yerləşən Zərərçəkmiş şəxs3 məxsus qarışıq mallar mağazasının pəncərəsinin şüşəsini taxta parçası ilə sındırmaqla oradan saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub mağazada olan piştaxtanın siyirməsindən və vitrinin üzərindən kağız əskinaslardan və metal sikkələrdən ibarət olmaqla ümumilikdə cəmi 470 manat pulu, piştaxtanın üstündən dəyəri 556 manat olan «Az Smart mobile» modelli vergi kassasını (post terminal aparatı), vitrinin üstündən bir ədədi 2,2 manat olan cəmi 176 manat dəyərində 80 ədəd Vayseroy markalı siqaretləri, bir ədədi 2,2 manat olan cəmi 154 manat dəyərində 70 ədəd Keno markalı siqaretləri və bir ədədi 2,2 manat olan cəmi 132 manat dəyərində 60 ədəd Maqna markalı siqaretləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1488 (bir min dörd yüz səksən səkkiz) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 25 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Şəki rayonu, Baş Göynük kəndinin «Göynük yolu» deyilən ərazidə, Şəki-Qax yolunun sol kənarında yerləşən Zərərçəkmiş şəxs2 məxsus qarışıq mallar mağazasının qapısının şüşəsini balta ilə sındırmaqla oradan saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub mağazada olan piştaxtanın siyirməsindən cəmi 10 manat pulu, vitrinlərdən bir ədədi 4,1 manat olmaqla cəmi 369 manat dəyərində 90 ədəd Sobraniya markalı siqareti, bir ədədi 2,7 manat olmaqla cəmi 324 manat dəyərində 120 ədəd Palmal markalı siqareti, bir ədədi 3,8 manat olmaqla cəmi 418 manat dəyərində 110 ədəd Kent markalı siqareti, bir ədədi 2,7 manat olmaqla cəmi 216 manat dəyərində 80 ədəd Vinçestr markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 242 manat dəyərində 110 ədəd Vayserov markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 264 manat dəyərində 120 ədəd Maqna markalı siqareti, bir ədədi 3,8 manat olmaqla cəmi 76 manat dəyərində 20 ədəd elektron siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 132 manat dəyərində 60 ədəd Keno markalı siqareti, bir ədədi 2,2 manat olmaqla cəmi 66 manat dəyərində 30 ədəd Prima markalı siqareti, bir ədədi 3,2 manat olmaqla cəmi 224 manat dəyərində 70 ədəd LD markalı siqareti, bir ədədi 2,5 manat olmaqla cəmi 125 manat dəyərində 50 ədəd Vant markalı siqareti, bir ədədi 3,6 manat olmaqla cəmi 324 manat dəyərində 90 ədəd Viniston markalı siqareti, bir ədədi 2,5 manat olmaqla cəmi 125 manat dəyərində 50 ədəd Senate markalı siqareti, bir ədədi 2 manat olmaqla cəmi 80 manat dəyərində 40 ədəd Arqo markalı siqareti, bir ədədi 1 manat olmaqla cəmi 12 manat dəyərində 12 ədəd Snikers şokaladlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 3007 (üç min yeddi) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 30 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Şəki rayonu, Baş Göynük kəndinin Qarasov adlanan ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının pəncərəsinin şüşəsini bel ilə sındırmaqla oradan qanunsuz olaraq içəri daxil olub mağazada olan piştaxtanın siyirməsindən 50 manat pulu, qiyməti 14 manat olan bir ədəd servalat kolbasanı, bir ədədi 50 qəpik olmaqla, ümumi dəyəri 25 manat olan 50 ədəd fənərli alışqanları, bir ədədi 5 manat olmaqla, ümumi dəyəri 15 manat olan 03 ədəd 490 qramlıq Super Sun markalı mal əti konservasını, bir ədədi 90 qəpik olmaqla, ümumi dəyəri 27 manat olan 30 ədəd «Xuristin» markalı suxariləri, bir ədədi 40 qəpik olmaqla, ümumi dəyəri 8 manat olan 20 ədəd «Xuristin» markalı balaca suxariləri, bir ədədi 1 manat olmaqla, ümumi dəyəri 15 manat olan, 500 ml olan 15 ədəd Bizon enerji içkilərini, bir ədədi 70 qəpik olmaqla, ümumi dəyəri 7 manat olan 10 ədəd 2.5 ml Bizon enerji içkilərini, bir ədədi 60 qəpik olan, ümumi dəyəri 13,2 manat olan 22 ədəd snıkers şokoladları, bir ədədi 4 manat olmaqla, ümumi dəyəri 24 manat olan, 6 ədəd mühərrikli ot biçənin mişarını və bir ədədi 1.80 manat olmaqla, ümumi dəyəri 27 manat olan, 15 ədəd GO spirtli içkilərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 225,5 (iki yüz iyirmi beş manat iyirmi qəpik) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə məcmu halda obyektiv hüquqi qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxsin CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə üst-üstə düşüb təsdiqini tapır və işə baxılan zaman mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sübut edilməli olan halların dairəsini nəzərdə tutan CPM-nin 139-cu maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.12-59.1.13-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi vurduğu ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır. Eyni zamanda CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, təqsirləndirilən şəxs barəsində cəza təyini zamanı həmin maddədə göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü və həddi ədalətli, eyni zamanda qaneedici olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan qanun normaları, tövsiyyələr və presedentlər, həmçinin yuxarıda nəzərə alınması sadalanan cəzanı yüngülləşdirən hallar təyin ediləcək cəzasının növünün və həddinin müəyyən edilməsində nəzərə alınmalıdır. Cinayətlərin təsnifatına görə CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ali Məhkəmənin Plenumunun həmin qərarının 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs barəsində hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərkən, CM-in 58.3 maddəsinin tələblərinə əməl edilməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ittiham olunduğu maddələrin sanksiyasında həbsə alternativ cəza olduğunu, azadlıqdan məhrum edilmədən islah olnunmasının mümkünlüyünü, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmədən, cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də məhkəmə ona təqsirləndirildiyi CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Birləşmiş Millətlər Təşkilatının həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair minimal standart qaydalarının (Tokio qaydaları) 8.1-ci maddəsinə görə həbs edilmə ilə bağlı olmayan tədbirləri seçmək səlahiyyəti olan məhkəmə orqanı hökm çıxararkən cəmiyyətdə normal həyata qayıtmaq baxımından hüquq pozucusunun tələbatını, cəmiyyətin müdafiəsi və qurbanın mənafelərini nəzərə alır. Göründüyü kimi hazırki halda, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı göstərilənlər, qeyd olan cinayət hadisəsini törədən zaman və ondan sonrakı davranışı, onun azadlığın məhdudlaşdırılması cəzası alması ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci ildən bu günə kimi, yəni 22 fevral 2023-cü il tarixədək həbsdə qaldığı cəmi 05 (beş) ay 23 (iyirmi üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 11 (on bir) ay 16 (on altı) gün müddət ona təyin edilmiş cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini, günün müəyyən vaxtlarında isə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd kolbasa, bir ədəd 250 ml, 01 ədəd 450 ml Bizon içkiləri, 01 ədəd “Stıx” sözü yazılmış suxarik, mühərrikli ot biçənin 04 ədəd mişarları, 03 ədəd “Patron” və 03 ədəd “Lays” sözləri yazılmış boş sellofanlar, qanuni sahibi Zərərçəkmiş şəxs1, 01 ədəd balta qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kəlbətin, 02 ədəd vintaçan, 01 ədəd ağ rəngli sintetik politlenli kisə məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 562 manat pul dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 210 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət hadisəsi nəticəsində dəymiş 8346,60 manat maddi ziyanın ödənilmişdir, iş üzrə mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 42.1,42.1.4-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı cəmi 05 (beş) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 11 (on bir) ay 16 (on altı) gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il, 06 (altı) ay, 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01 (bir) il, 06 (altı) ay, 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2300-dan növbəti gün saat 0600-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılsın. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd kolbasa, bir ədəd 250 ml, 01 ədəd 450 ml Bizon içkiləri, 01 ədəd “Stıx” sözü yazılmış suxarik, mühərrikli ot biçənin 04 ədəd mişarları, 03 ədəd “Patron” və 03 ədəd “Lays” sözləri yazılmış boş sellofanlar, qanuni sahibi Zərərçəkmiş şəxs1, 01 ədəd balta qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kəlbətin, 02 ədəd vintaçan, 01 ədəd ağ rəngli sintetik politlenli kisə məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 562 manat pul dövlət nəfinə müsadirə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 210 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan məhkum tərəfindən surətinin ona verildiyi) andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-15/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-15/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver