Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-15/2024 19.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, Abşeron Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində 05 noyabr 2021-ci il tarixli Aministiya qərarının 5-ci maddəsi tətbiq edilərək cəzası 1 ilə endirilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, deməsinə görə ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sııi-istifads etmə və ya aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəki rayonu. Kiçik Dəhnə kəndində yaşayan Zərərçəkmiş şəxs 11058 (on bir min əlli səkkiz) manat pul müqbilində sonuncunun oğlu, X5 Təhlükəsizlik Xidmətinə işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 17 fevral 2022-ci il tarixdə, saat 20:05-də oğlu Şahid vasitəsilə Naxçıvan Muxtar Respublikası ərazisindən mobil telefonunda olan Birbank tətbiqi vasitəsi ilə onun göndərdiyi 6768 6771 7717 2511 nömrəli kart hesabına göndərdiyi 202 manat, Zərərçəkmiş şəxs özünün 18 fevral 2022-ci il tarixdə, saat 17:27-də Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından onun göndərdiyi 676867******2511 nömrəli kart hesabına göndərdiyi 1010 manat, 20 fevral 2022-ci il tarixdə Sumqayıt şəhəri 5-ci mikrorayon adlanan ərazidə həmin tarixə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 3995 manata bərabər 2350 ABŞ dolları və 5 manat olmaqla cəmi 4000 manat, Zərərçəkmiş şəxs 25 fevral 2022-ci il tarixdə, saat 20:35-də oğlu Şahid vasitəsilə Naxçıvan Muxtar Respublikasının ərazisindən mobil telefonunda olan Birbank tətbiqi vasitəsi ilə onun göndərdiyi 4098 5844 5063 3993 nömrəli kart hesabına göndərdiyi 550 manat, 27 fevral 2022-ci il tarixdə, saat 21:17-də mobil telefonunda olan Birbank tətbiqi vasitəsi ilə onun göndərdiyi 4169 7385 7640 5017 nömrəli kart hesabına göndərdiyi 51 manat, Zərərçəkmiş şəxs özünün 28 fevral 2022-ci il tarixdə, saat 14:27-də Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından onun göndərdiyi 676867******2511 nömrəli kart hesabına göndərdiyi 1010 manat, Zərərçəkmiş şəxs 05 mart 2022-ci il tarixdə, saat 15:49-da oğlu Şahid vasitəsilə Naxçıvan Muxtar Respublikasının ərazisindən mobil telefonunda olan Birbank tətbiqi vasitəsi ilə onun göndərdiyi 4098 5844 6031 7470 nömrəli kart hesabına göndərdiyi 100 manat, 05 mart 2022-ci il tarixdə saat 15:51-də mobil telefonunda olan Birbank tətbiqi vasitəsi ilə onun göndərdiyi 5243 7544 1279 8504 nömrəli kart hesabına göndərdiyi 100 manat, Zərərçəkmiş şəxs özünün 10 mart 2022-ci il tarixdə saat 09:24-də Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından onun göndərdiyi və cinayətkar qəsdindən məlumatı olmayan X1 adına olan kart hesabına göndərdiyi 1010 manat, 16 mart 2022-ci il tarixdə saat 15:10-da Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından onun göndərdiyi və cinayətkar qəsdindən məlumatı olmayan X1 adına olan kart hesabına göndərdiyi 1500 manat, 16 mart 2022-ci il tarixdə saat 15:11-də Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından onun göndərdiyi və cinayətkar qəsdindən məlumatı olmayan X1 adına olan kart hesabına göndərdiyi 15 manat, Zərərçəkmiş şəxs 18 mart 2022-ci il tarixdə saat 20:39-da oğlu Şahid vasitəsilə Naxçıvan Muxtar Respublikasının ərazisindən mobil telefonunda olan Birbank tətbiqi vasitəsi ilə onun göndərdiyi 4098 5844 6031 7470 nömrəli kart hesabına göndərdiyi 500 manat, Zərərçəkmiş şəxs özünün 21 mart 2022-ci il tarixdə saat 18:42-də Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından onun göndərdiyi və cinayətkar qəsdindən məlumatı olmayan X1 adına olan kart hesabına göndərdiyi 505 manat, 17 aprel 2022-ci il tarixdə, saat 13:48-də Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından onun göndərdiyi və cinayətkar qəsdindən məlumatı olmayan X1 adına olan kart hesabına göndərdiyi 505 manat olmaqla cəmi xeyli miqdar təşkil edən 11058 (on bir min əlli səkkiz) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 11058 (on bir min əlli səkkiz) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elаn olunmuş ittihаmdа özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ildə Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 16 mart 2023-cü il tarixdə isə cəzası başa çatmışdır. 2022-ci ilin yanvar ayında anasının əməliyyat olunması üçün pul axtaran zaman tanışı Nurlan ona Ramil adlı dostundan borc pul alıb verə biləcəyini bildirmş və Ramilə zəng vurub telefonda onunla danışmışdır. Sonra Nurlan telefonu ona vermişdir. Ramil söhbət zamanı ona atasına görə ona pul verə bilməyəcəyini, lakin atasına onu iş yoldaşı kimi təqdim edib, onun Naxçıvan Muxtar Respublikasıdan xidməti iş yerini Bakı şəhərinə dəyişməyə köməklik edəcəyi adı ilə pul alıb verə biləcəyini, sonra onun pulunu geri qaytarandan sonra atasına işinin alınmadığını deyəcəyini bildirmişdir. Ramildən anasının əməliyyatı üçün 10000 manat pul istəmişdir. Ramildə ona həmin pulu verməyə razılaşmış və atasına ona pulu göndərməsini deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra 18 fevral 2022-ci il tarixdə Ramilin atası ona zəng vurub 1000 manat pul göndərdiyini demişdir. Həmin vaxt Ramilin atasına göndərdiyi pulun çatdığını demişdir. Bundan başqa Ramilin atası onun kartına 1010 manat pul göndərmişdir. 20 fevral 2022-ci il tarixdə Ramilin atası sonradan adı ona məlum olan Asəf ona zəng vurub 4000 manat pul hazırladığını bildirdiyi üçün Asəfə pulu Sumqayıt şəhərinə gətirməsini demişdir. Asəflə Sumqayıt şəhərində 5-ci mikrorayonda kafedə görüşmüşlər. Asəf kafedə ona 2350 ABŞ dolları və 5 manat olmaqla 4000 manat pul vermişdir. Bundan başqa Asəf 28 fevral 2022ci il tarixdə ona göndərdiyi kart hesabına 1010 manat, 10 mart 2022-ci il tarixdə 1010 manat, 16 mart 2022-ci il tarixdə 1500 manat, 16 mart 2022-ci il tarixdə 15 manat, 21 mart 2022-ci il tarixdə 505 manat, 17 aprel 2022-ci il tarixdə 505 manat pul göndərmişdir. Həmçinin Ramil özü də onun kart hesabına ayrı-ayrı vaxtlarda hissə-hissə 1500 manat pul göndərmişdir. Asəfdən aldığı ümumilikdə 11048 manat pulların hamısını anasının əməliyyatına və müalicəsinə xərcləmişdir. Zərərin 8500 manatını ödəmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, oğlu Şamil ali təhsilli olsa da iş tapa bilmədiyinə görə iş axtarmışdır. 2022-ci ilin yanvar ayında Bakı şəhərinə toy məclisinə olan zaman onunla bir stol arxasında əyləşən şəxslə oğlunun işsiz olması ilə bağlı söhbət edən zaman həmin şəxs ona bir tanışının olduğunu və həmin şəxsin ona oğlunun işə düzəlməsinə köməklik edə biləcəyini bildirmişdir. Sonra həmin şəxs ona ***- ***-**-** mobil nömrəsini ona verib köməklik edən şəxsin adının Mayisə olduğunu demişdir. Bundan sonra 2022-ci ilin feral ayının əvvəllərində ***-***-**-** mobil nömrə istifadəçisi Mayisə kimi tanıdığı şəxsə zəng vurub onunla oğlunun işə düzəlməsi ilə bağlı söhbət etmişdir. Mayisə də ona istəyəcəyi təqdirdə oğlunu Neft şirkətinə və ya Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini demişdir. X2 Xidmətinə işə düzəlmək istədiyi üçün Mayisədən oğlunu həmin xidmətdə işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Mayisə də ona oğlunun Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlməsi üçün 11.000 manat pul verməli olduğunu bildirmişdir. Həmin vaxt Mayisəyə dediyi məbləğdə pulu olmadığını demişdir. Mayisə isə ona ilkin olaraq 5.000 manat, qalan 6.000 manat pulu isə hissə-hissə olmaqla 3 ay ərzində verməsini təklif etdikdə onun təklifi ilə razılaşmışdır. 18 fevral 2022-ci il tarixdə Mayisəyə zəng vurub 1000 manat pul hazırladığını və pulu ona harda verə biləcəyini soruşmuş, Mayisə isə ona kart göndərəcəyini və pulu həmin karta döndərməsini demişdir. Ona görə, həmin gün Kiçik Dəhnə kəndindən «eManat» ödəniş terminalı vasitəsi ilə Mayisənin göndərdiyi kart hesabına 1010 manat pul göndərmişdir. Bir neçə gündən sonra yəni 20 fevral 2022-ci il tarixdə Mayisəyə zəng vurub 4.000 manat pul hazırladığını bildirmişdir. Mayisə də ona Sumqayıt şəhərində yaşadığını və pulu Sumqayıt şəhərinə gətirməsini bildirdiyi üçün Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərinə çatandan sonra Mayisəyə zəng vurub “Pioner” marketin qarşısında görüşməyə razılaşmışlar. Marketin qarşısında gözləyən zaman yanına iki qız və bir oğlan yaxınlaşmışdır. Qızlardan biri özünü ona təqdim edib Mayisə oluğunu bildirmiş, digər qızı və oğlanı isə iş yoldaşı kimi təqdim etmişdir. Sonra Mayisə onu çay içməyə dəvət etdiyi üçün oradan kafeyə getmişlər. Həmin kafedə Mayisəyə oğlunun işə düzəlməsi üçün 2350 ABŞ dolları və 5 manat olmaqla 4000 manat pul vermişdir. Mayisə də pulu ondan alıb, oğlunun işini 3 ay ərzində həll edəcəyini bildirmişdir. Bundan sonra Mayisə ilə sağollaşıb oradan yaşadığı Kiçik Dəhnə kəndinə qayıtmışdır. Bundan başqa 28 fevral 2022-ci il tarixdə yenə yaşadığı Kiçik Dəhnə kəndindən «eManat» ödəniş terminalı vasitəsi ilə Mayisənin göndərdiyi kart hesabına 1010 manat pul göndərmişdir. Bir müddət keçəndən sonra, yəni 10 mart 2022-ci il tarixdə Mayisəyə zəng vurub ona pul göndərmək istədiyini bildirmişdir. Mayisə də ona yeni kart göndərdiyi üçün həmin gün saat 09:24 radələrində yaşadığı Kiçik Dəhnə kəndindən «eManat» ödəniş terminalı vasitəsi ilə Mayisənin göndərdiyi kart hesabına 1010 manat, bundan başqa 16 mart 2022-ci il tarixdə saat 15:10 radələrində 1500 manat, 16 mart 2022-ci il tarixdə saat 15:11 radələrində 15 manat, 21 mart 2022-ci il tarixdə saat 18:42 radələrində 505 manat və 17 aprel 2022-ci il tarixdə saat 13:48 radələrində 505 manat olmaqla ona cəmi 9545 manat pul göndərmişdir. Bundan başqa arada Mayisə ondan pul istəyəndə pulu olmadığı üçün oğlu Ramilə zəng edib qardaşının işə düzəlməsi üçün göndərəcəyi kart hesabına pul göndərməsini bildirmişdir. Oğlu Ramil də Naxçıvan şəhərindən Mayisənin kart hesabına ayrı-ayrı vaxtlarda hissə-hissə 1500 manat pul göndərmişdir. 3 ay ərzində oğlunun işə düzəlməsi üçün Mayisəyə 11058 manat pul vermişdir. Mayisə də həmin müddət ərzində oğlunu işə düzəldəcəyinə söz vermişdir. 3 ay bitəndə ona zəng edib oğlunun işi ilə maraqlandıqda Mayisə ona narahat olmamasını, bir ay ərzində oğlunun işini həll edəcəyini demişdir. Bir ay tamam olandan sonra yenə Mayisəyə zəng vurub oğlunun işi ilə maraqlanmış, Mayisə yenə ona bir ay ərzində oğlunun işini düzəldəcəyinə söz vermişdir. Sonradan aldandığını hiss edib Mayisədən pulunu geri istəmişdir. Mayisə isə ondan pulunu qaytarması üçün vaxt istədiyi üçün ona vaxt vermişdir. Sonradan Mayisə yenə pulunu qaytaracağına söz versə də, lakin pulunu qaytarmamışdır. Həmçinin oğlu, Mayisənin kim olması ilə maraqlananda onun adının Mayisə deyil, Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Ona görə, özünü ona Mayisə kimi təqdim edən Təqsirləndirilən şəxs şikayət etmişdir. Təqsirləndirilən şəxs ziyanın 8500 manatını ödəmişdir. Onunla barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi. Şahid ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının əvvəllərində atası Asəf zəng edərək ona Mayisə adlı qadın ilə tanış olduğunu, həmin qadın qardaşının Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlməsinə köməklik edəcəyini, Mayisənin qardaşının Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlməsi üçün ondan 11.000 manat pul istədiyini, hazırda pul olmadığını, imkanı varsa Mayisəyə 1500 manat pul göndərməsini bildirmiş və sonradan onun pulunu qaytaracağına söz vermişdir. Atasına qardaşının işinin həll olunması üçün pul göndərə biləcəyini dediyi üçün atası ona Mayisənin göndərdiyi kartın şəklini çəkib ona göndərmişdir. Ona görə mobil telefonunda olan bir bank tətbiqi vasitəsi ilə atasının ona göndərdiyi Mayisənin Kapital banka məxsus 6768 6771 7717 2511 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə 202 manat pul göndərmiş və sonra Mayisəyə zəng vurub pulu göndərməsi barədə ona məlumat vermişdir. Bundan başqa sonradan Mayisə ona zəng vurub Leobanka məxsus 4098 5844 5063 3993 nömrəli kartın şəklini ona göndərdiyi üçün xx.xx.2022-ci il tarixdə həmin karta 550 manat, Birbanka məxsus 4169 2385 7640 5017 nömrəli karta xx.xx.2022-ci il tarixdə 51 manat, Unibanka məxsus 5243 7544 1279 8504 nömrəli karta xx.xx.2022-ci il tarixdə iki dəfəyə, hər dəfə 100 manat və Leobanka məxsus 4098 5844 6031 7470 nömrəli karta xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla cəmi 1503 manat pul göndərmişdir. Mayisənin kart hesabına hər dəfə pul göndərəndə zəng vurub ona pulu göndərməsi barədə məlumat vermişdir. Mayisə də ona pulun kartına köçdüyünü demişdir. Sonradan atasına zəng vurub qardaşının işinin nə yerdə olması ilə maraqlanan zaman, atası ona Mayisə adlı qadının qardaşının işini həll edəcəyi adı ilə aldadaraq onun 11000 manatdan çox pulunu aldığını, lakin nə qardaşının işini həll etmədiyini, nə də aldığı pulu qaytarmadığını bildirmişdir. Bundan sonra Mayisənin kim olması ilə maraqlananda həmin şəxsin adının Mayisə deyil, Təqsirləndirilən şəxs olduğunu öyrənmiş və zəng vurub bu barədə atasına məlumat vermişdir. Atası Asəf də ona görə bundan sonra özünü ona Mayisə kimi təqdim edən Təqsirləndirilən şəxs polis şöbəsinə şikayət etmişdir. İş materiallarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan olunmuşdur. İş materiallarına əlavə edilmiş 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllsəinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş tanınmaya təqdim olunma protokolundan görünür ki, zərərçəkmiş şəxs X3 ona təqdim olunmuş fotoşəkillər arasından Təqsirləndirilən şəxs fotoşəklini tanıyıb onun şəkilini göstərərək, həmin şəxsin onun oğlu X5 Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyi adı ilə aldadıb 18 fevral 2022-ci il tarixdən 2022-ci ilin may ayınadək olan müddətdə müxtəlif vaxtlarda cəmi 11058 manat pulunu ələ keçirən şəxs olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş «Sumqayıt Tibb Mərkəzi» X8 29 mart 2023-cü il tarixli, 210 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məcburi xarekterli müalicəyə cəlb olunması ilə bağlı «Sumqayıt Tibbi Mərkəzi» X8 Narkoloji Disponserinə və ərazi polikilinkasının psixiatrik kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, zərərçəkmiş şəxs X3 oğlu, X4 Təhlükəsizlik Xidmətinə işə düzəltməsi üçün Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına Zərərçəkmiş şəxs oğlu Şahid 17 fevral 2022-ci il tarixdə saat 20:05 dəqiqədə Naxçıvan Muxtar Respublikası ərazisindən mobil telefonunda olan Birbank tətbiqi vasitəsi ilə 202 manat, Zərərçəkmiş şəxs özü 18 fevral 2022-ci il tarixdə saat 17:27 dəqiqədə Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından 1010 manat, Şahid 25 fevral 2022-ci il tarixdə saat 20:35 dəqiqədə Naxçıvan Muxtar Respublikası ərazisindən Birbank tətbiqi vasitəsi ilə 550 manat, 27 fevral 2022-ci il tarixdə saat 21:17 dəqiqədə Naxçıvan Muxtar Respublikası ərazisindən Birbank tətbiqi vasitəsi ilə 51 manat, Zərərçəkmiş şəxs 28 fevral 2022-ci il tarixdə saat 14:27 dəqiqədə Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından 1010 manat, Şahid 05 mart 2022-ci il tarixdə saat 15:49 dəqiqədə Naxçıvan Muxtar Respublikası ərazisindən Birbank tətbiqi vasitəsi ilə 100 manat, 05 mart 2022-ci il tarixdə saat 15:49 dəqiqədə Naxçıvan Muxtar Respublikası ərazisindən Birbank tətbiqi vasitəsi ilə 100 manat, 05 mart 2022-ci il tarixdə saat 15:51 dəqiqədə Naxçıvan Muxtar Respublikası ərazisindən Birbank tətbiqi vasitəsi ilə 100 manat, Zərərçəkmiş şəxs 10 mart 2022-ci il tarixdə saat 09:24 dəqiqədə Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından 1010 manat, 16 mart 2022-ci il tarixdə saat 15:10 dəqiqədə Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından 1500 manat, 16 mart 2022-ci il tarixdə saat 15:11 dəqiqədə Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından 15 manat, Şahid 18 mart 2022-ci il tarixdə saat 20:39 dəqiqədə Naxçıvan Muxtar Respublikası ərazisindən Birbank tətbiqi vasitəsi ilə 500 manat, Zərərçəkmiş şəxs 21 mart 2022-ci il tarixdə saat 18:42 dəqiqədə Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından 505 manat, 17 aprel 2022-ci il tarixdə saat 13:48 dəqiqədə Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Muradoğlu» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından 505 manat olmaqla, cəmi 7058 manat pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək Abşeron Rayon Məhkəməsi tərəfindən 1 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə 05 noyabr 2021-ci il tarixli Aministiya qərarının 5-ci maddəsi tətbiq edilərək cəzası 1 ilə endirilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmuş 195 nömrəli 12 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-40/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 177.2.1-ci maddəsi ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı üçün şəxsi işi xx.xx.2023-cü il tarixdə qeydiyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs dələduzluq etməsi nəticəsində ona dəymiş 11000 manat maddi ziyandan 8500 manatı ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi zərərçəkmiş və şahid ifadələri, işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir, müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs, həmin əməli törətməsini etiraf etməsə də, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Həmin Məcəllənin 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs dəymiş ziyanın yarısından çoxunu, yəni 8500 manat hissəsini ödəməsi, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının icrasına nəzarət yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi ziyanın 8500 manatının ödənilməsi, mülki iddianın, maddi sübutun, məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək həbsdə olduğu 4 (dörd) ay 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi ziyanın 8500 manatının ödənilməsi, mülki iddianın, maddi sübutun, məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-15/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-15/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver