Məhkəmə qərarları › İş №1(075)-15/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-15/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-15/2025 31.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X9 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X10, Təqsirləndirilən şəxs, müdafiəçisi X7 iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X19, X17 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq övladı Zərərçəkmiş şəxs12 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Şəki rayon X27 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin yanvar ayında qabaqcadan əlbir olduğu Habil Saatova müraciət edən Şəki rayon sakini Zərərçəkmiş şəxs8 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs12 müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs8 2022-ci ilin yanvar ayında qabaqcadan əlbir olduğu Habil Saatov vasitəsi ilə aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs8la razılaşmaqla sövdələşib, həmin niyyətlə qabaqcadan əlbir olduğu Habil Saatov vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Şəki rayonu Qoxmuq körpüsünün yaxınlığında 8.500 (səkkiz min beş yüz) manat pul vəsaitini Zərərçəkmiş şəxs8 alıb, xx.xx.2022-ci il tarixdə Neftçilər m/s yaxınlığında "xxxx" ASC-in yanında yerləşən çayxanada görüşləri zamanı aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Habil Saatov, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs8 məxsus cəmi 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X23, X17 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Qax rayon X27 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Qax rayon sakini Zərərçəkmiş şəxs3 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan suiistifadə edərək Zərərçəkmiş şəxs3 müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə əlbir olduğu şəxslər vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini verməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Qax rayonunda qabaqcadan əlbir olduğu Bakir Abdullayev vasitəsi ilə aldatmaqla bildirərək Zərərçəkmiş şəxs3 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Bakir Abdullayev vasitəsi ilə 2022-ci ilin fevral ayında Qax rayon Çüdüllü kəndində 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro-stansiyasının yaxınlığında qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X23, X17 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Laçın rayon X27 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Laçın rayon sakini Zərərçəkmiş şəxs4 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan suiistifadə edərək Zərərçəkmiş şəxs4 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Bakir Abdullayev vasitəsi ilə telefon danışıqlarında aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs4 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 tərəfindən Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Cavid marketdə quraşdırılmış “eManat” terminalından Bakir Abdullayevin istifadəsində olan 416973******7732 saylı "xxxx" ASC-yə məxsus plastik karta köçürülmüş 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro-stansiyasının yaxınlığında bankomatdan nağdlaşdırmasından sonra, eyni tarixdə və eyni ünvanda görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, sonuncu işə qəbul olunmadığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək qalan 3.000 (üç min) manat məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 12.000 (on iki min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X23, X17 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Gədəbəy rayon X27 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Gədəbəy rayon sakini Zərərçəkmiş şəxs5 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan suiistifadə edərək Zərərçəkmiş şəxs5 müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 13.000 (on üç min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında görüşləri zamanı Bakir Abdullayev vasitəsi ilə aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs5 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Fikrət İsmayılov vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhər Nizami rayonu, Q.Qarayev prospekti 56 ünvanda yerləşən 30 saylı Notariat ofisində borc müqaviləsi əsasında 13.000 (on üç min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs5 alıb, eyni tarixdə və eyni ünvanda qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus cəmi 13000 (on üç min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X23, X17 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Zaqatala rayon X27 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Zaqatala rayon sakini Zərərçəkmiş şəxs2 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan suiistifadə edərək Zərərçəkmiş şəxs2 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 16.000 (on altı min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayev vasitəsi ilə Qax rayonunda aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs2 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Fikrət İsmayılov vasitəsi ilə 10 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro-stansiyasının yaxınlığında 6.000 (altı min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb, eyni tarixdə və eyni yerdə görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, sonuncu işə qəbul olunmadığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək qalan 10.000 (on min) manat məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 16.000 (on altı min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X20, X17 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq övladı Zərərçəkmiş şəxs11 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Şəki rayon X27 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin mart ayında qabaqcadan əlbir olduğu Habil Saatova müraciət edən Şəki rayon sakini Zərərçəkmiş şəxs7 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs11 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirməklə, onu müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 7.500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Şəki rayonu, Baş Göynük kəndində Habil Saatov vasitəsi ilə Zərərçəkmiş şəxs7 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Habil Saatov vasitəsi ilə 2022-ci ilin mart ayında Şəki rayonu, Baş Göynük kəndində 7.500 (yeddi min beş yüz) manat pul vəsaitini Zərərçəkmiş şəxs7 alıb, qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro-stansiyasının yaxınlığında aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Habil Saatov, Fikrət İsmayılov və Nofəl Quliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus cəmi 7.500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X23, X17 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq övladı Zərərçəkmiş şəxs10 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Şəki rayon X27 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin mart ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Şəki rayon sakini Zərərçəkmiş şəxs1 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs10 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, Zərərçəkmiş şəxs10 müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu Bakir Abdullayev vasitəsi ilə aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, sonuncu övladı Zərərçəkmiş şəxs10 işə qəbul olunmadığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək pulu verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X23, X17 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq övladı X18 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Zaqatala rayon X27 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayında qabaqcadan əlbir olduğu Bakir Abdullayevə müraciət edən Zaqatala rayon sakini Zərərçəkmiş şəxs9 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Asiman Yusifovun işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, Asiman Yusifovun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu Bakir Abdullayev vasitəsi ilə aralarında olan telefon danışığı zamanı Zərərçəkmiş şəxs9 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun övladı Asiman Yusifovun işə qəbul olunmadığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək pulu verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Bakir Abdullayev, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 məxsus 12.000 (on iki min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X19, X17 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq övladı X11 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Şəki rayon X27 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayında qabaqcadan əlbir olduğu Habil Saatova müraciət edən Şəki rayon sakini Zərərçəkmiş şəxs6 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Fəxri Məmmədovun işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirməklə, Fəxri Məmmədovun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 9.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Şəki rayonunun Baş Göynük kəndində Habil Saaatov vasitəsi ilə Zərərçəkmiş şəxs6 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə qabaqcadan əlbir olduğu Habil Saatov vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində 9.500 (doqquz min beş yüz) manat pul vəsaitini Zərərçəkmiş şəxs6 alıb, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro-stansiyasının yaxınlığında "xxxx" ASC-in yanında yerləşən çayxanada görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslər ilə əldə etdikləri həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Habil Saatov, Fikrət İsmayılov və Nofəl Quliyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs6 məxsus cəmi 9.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, həbsə qədər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. 2014-cü ilin təxminən mart-aprel aylarından həmin ilin avqust ayınadək Fövqəlada Hallar Nazirliyinin Dövlət Suvarma və Xilasetmə Xidmətinin təsərrüfat sektorunda aparıcı məsləhətçi işləmişdir. Barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri və beynəlxalq axtarışla bağlı 29 iyul 2023-cü il tarixdə Rusiya Federasiyasının Vnukova hava limanında tutulmuş və daha sonra Azərbaycan Respublikasına təhvil verilmişdir. 2017-ci il tarixdə Xətai rayon Polis İdarəsində barəsində aparılmış cinayət işi ilə əlaqədar Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi müddətdə onunla birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş X17 və X36 ilə tanışlıq münasibətləri yaranmış, cəza çəkib qurtardıqdan sonra da münasibətləri davam etmişdir. Ona elan edilmiş, ittihamda adları göstərilən zərərçəkmiş şəxsləri tanımamış və həmin şəxsləri Fövqəlada Hallar Nazirliyində işə düzələcəkləri barədə aldadaraq pul vəsaitlərini ələ keçirmələri barədə X36 və X12 ilə heç bir sövdələşməsi olmamışdırdır. Həmin şəxslərdən Nofəl Quliyev tərəfindən aldığı pullardan ona heç bir məbləğdə pul verilməmişdir. Quliyev Nofəl və digərləri həmin şəxslərin FHN-də işə düzəldilməsi üçün aldadaraq pullarını aldıqdan sonra Nofəl həmin şəxslərin telefon nömrələrini ona sms vasitəsilə göndərmiş və xahiş etmişdir ki, pulun qaytarılması üçün vaxt lazımdır və buna görə onlara zəng etsin. İstifadə etdiyi telefonla bir neçə nəfərə zəng edərək sənədlərinin FHN-in Kadrlar İdarəsində olduğunu, qısa müddətlərdə müvafiq vəzifələrə təyin edilmələrinə dair əmr veriləcəyini bildirmişdir. Bundan sonra işləmək üçün Türkiyyə Cümhuriyyətinə və oradan da Rusiya Federasiyasına getmişdir. 29 iyul 2023-cü il tarixdə Rusiya Federasiyasının Vnukova hava limanında tutulmuş və Azərbaycana gətirilərək istintaqa cəlb edilərək barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir. Törədilmiş cinayət əməli üzrə özünü təqsirli bilmir, zərərçəkmiş şəxslərə dəymiş ziyan məbləği digər təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir, ona qarşı şikayət və tələb yoxdur. Ona verilmiş ittiham üzrə bəraət verilməsini xahiş edir. İbtidai istinaq zamanı Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, həbsə qədər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. 2014-cü ilin təxminən mart-aprel aylarından həmin ilin avqust ayınadək Fövqəlada Hallar Nazirliyinin Dövlət Suvarma və Xilasetmə Xidmətinin təsərrüfat sektorunda aparıcı məsləhətçi işləmişdir. Barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri və beynəlxalq axtarışla bağlı 29 iyul 2023-cü il tarixdə Rusiya Federasiyasının Vnukova hava limanında tutulmuş və daha sonra Azərbaycan Respublikasına təhvil verilmişdir. 2017-ci il tarixdə Xətai rayon Polis İdarəsində barəsində aparılmış cinayət işi ilə əlaqədar Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi müddətdə onunla birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş X17 və X36 ilə tanışlıq münasibətləri yaranmış, cəza çəkib qurtardıqdan sonra da münasibətləri davam etmişdir. Ona elan edilmiş ittihamda adları göstərilən şəxsləri tanımasa da, həmin şəxsləri Fövqəlada Hallar Nazirliyində işə düzələcəkləri barədə aldadaraq pul vəsaitlərini ələ keçirmələri barədə X36 ilə razılığı olmuş və həmin şəxslərdən Nofəl Quliyevin aldığı pullardan xatırlamadığı məbləğdə qazanc əldə etmiş, həmin şəxsləri də FHN-də işə düzəlmələri üçün hər hansı təşəbbüs göstərmək niyyətləri olmamışdır. Quliyev Nofəl və digərləri həmin şəxslərin FHN-də işə düzəldilməsi üçün aldadaraq pullarını aldıqdan sonra Nofəl həmin şəxslərin telefon nömrələrini ona sms vasitəsilə göndərmiş və əvvəlcədən əldə etdikləri razılığa əsasən o da, həmin məqsədlə istifadə etdikləri ***-***-**-** mobil telefon nömrəsindən həmin şəxslərə zəng edərək onlara telefon danışığında özünü FHN-in əməkdaşı olan “kapitan Əliyev” kimi təqdim etmiş və onları telefon danışığı zamanı da aldadaraq sənədlərinin yalandan FHN-in Kadrlar İdarəsində olduğunu, qısa müddətlərdə müvafiq vəzifələrə təyin edilmələrinə dair əmr veriləcəyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının əvvəlləri tanışı Şəki rayonu, Baş Göynük kəndində yaşayan X30 Rəsulovu işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. O, X54 rayonunda kafedə görüşmüş, sonuncu ona 9.000 manat müqabilində adını çəkmədiyi tanışı vasitəsi ilə oğlu X39 Nazirliyinin X27 Xidmətinə işə qəbul etdirmək imkanın olduğunu bildirmişdir. O, Habil ilə 8.500 manata razılığa gəlib həmin pulu xx.xx.2022-ci il tarixdə sonuncuya Şəki şəhərində Qoxmuq körpüsünün yaxınlığında yerləşən adını xatırlamadığı kafedə vermişdir. Habil ona Misirin yaxın vaxtlarda Bakı şəhərinə çağırılacağını, müvafiq sənədlər şəxsiyyət vəsiqəsinin, attestat vərəqəsinin, hərbi biletin surətlərinin çıxarılmasını, sağlamlıq və yaşayış yerindən arayışın alınması lazım olduğunu bildirmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində Habil ona zəng edərək Misirin sağlamlıq komissiyasınından keçmək üçün Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb İdarəsinə getməsini bildirmiş, həmçinin həmin ərəfədə özünü kapitan Əliyev kimi təqdim etmiş bir nəfər şəxs Misirə zəng edib sağlamlıq komissiyandan keçmək üçün FHN-in Tibb İdarəsinin inzibati binasının qarşısına gəlməsini demişdir. Bundan sonra Misir qeyd edilən şəxs ilə FHN-in Tibb İdarəsinin inzibati binasının qarşısında görüşmüş, Misirin topladığı sənədləri ondan alaraq içəri aparmış və bir qədər keçdikdən sonra binadan çıxaraq Misirə məktub göstərmiş və həmin məktubda xidmətə yararlı olması barədə mətn yazısı olmuş, lakin oğlunun inzibati binaya daxil olmasına icazə verməmişdir. Nəticədə Misir işlə təmin olunmamış və Habil də verdiyi pulu geri qaytarmamışdır. Habildən Misirin işi ilə bağlı maraqlandıqda, sonuncu ona tez bir zamanda əmrinin çıxacağını bildirmişdir. 2022-ci ilin avqust ayının 28-si onun şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Fikirət adlı şəxs zəng edib yaxın zamanlarda Misirin əmri çıxacağını bildirmiş, lakin oğlu hələ də işə qəbul olunmamışdır. Habil ona vəzifədə işləyən tanışının olduğunu, onun vasitəsi ilə oğlunu FHN-də işə düzəldəcəyini demiş, lakin həmin şəxsin kim olmasını deməmişdir. Habil Misiri FHN-in Şəki Rayon Dövlət X8 yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyinə söz vermişdir. Onlar işə düzəltmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişdirlər. İstintaq dövründə ona dəymiş 8.500 manat maddi ziyan Habil Saatov tərəfindən tam həcmdə geri qaytarılmışdır. İş üzrə Təqsirləndirilən şəxs tanımır və ona həmin işlə bağlı heç bir məbləğ verməmişdir. O yalnız Habili tanımış və ona dəymiş ziyan məbləği ödənilmişdir. Şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “İİ Qarabağ Müharibəsi” iştirakçısıdır, ”Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bakir Abdullayevi uzun müddətdir ki, tanıyır, onun atası ilə yaxşı münasibətləri var. 2022-ci ilin fevral ayında atası ilə söhbət zamanı X42 Nazirliyində tanıdığı vəzifəli şəxslərin köməkliyi ilə onu FHN-in Yanğından Mühafizə Xidmətinin Qax rayon şöbəsinə kiçik rəis heyətinə işə qəbul etdirə biləcəyini, bunun müqabilində 8.000 manat pul verməli olduqlarını bildirmiş, atası Rəfail Ramazanov da işə qəbul edilməyinə köməklik göstərməsi üçün 8.000 manatı verməyə razılaşıb 2022-ci ilin fevral ayının sonlarında Qax rayonu, Çüdürlü kəndində yerləşən yaşadıqları evdə o, atasının yanında Bakir Abdullayevə 8.000 manat pul vermişdir. Bakir onu həmin işə təxminən 3-4 ay ərzində düzəldəcəyini bildirmişdir. Bundan bir müddət sonra Bakir Abdullayev ona Fikirət adlı şəxsin mobil telefon nömrəsini verərək Fikirətin onu həkim komissiyasından keçirəcəyini bildirmişdir. O, 2022-ci ilin aprel ayının ortalarında Bakir ilə Bakı şəhəri, “Neftçilər” metrostansiyasının yaxınlığına gələrək Fikirət adlı şəxslə görüşmüş, rayonda topladığı yaşayış yerindən arayış, ailə tərkibi haqqında arayış və digər sənədləri Fikirət adlı şəxsə vermişdir. Onlar Fikirətlə birlikdə 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən, Fikirətin onun dediyinə görə FHN-in hospitalına getmişlər, orada tanımadığı mülki geyimdə olan bir kişi onlara yaxınlaşıb Fikirətə verdiyi sənədlərini sonuncudan almış, bir saat orada gözlədikdən sonra həmin şəxs təkrarən onlara yaxınlaşıb komissiyadan keçdiyini, sənədlərinin hazırlandığını, sonradan sənədlərinin Nazirliyə göndəriləcəyini və əmrin veriləcəyini onlara bildirmiş, o da sonra Qax rayonuna qayıtmışdır. 15-20 gündən sonra ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə özünü FHN-in əməkdaşı “kapitan Əliyev” kimi təqdim edən şəxs zəng edib hər dəfə 1-2 həftə ərzində əmrinin çıxacağını bildirmiş, lakin hazırkı dövrədək o, işə qəbul edilməmişdir. Bakir Abdullayev onu FHN-in Qax Rayon Dövlət X8 gizir rütbəsi ilə hər hansı vəzifəyə təyin etdirəcəyinə söz vermiş, FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcəyini vəd etmişdir. O daha əvvəl FHN-ə işə qəbul ilə bağlı rəsmi qaydada müraciət etməmişdir. İş üzrə ona dəymiş 8.000 manat maddi ziyanın 1.000 manat olan hissə istintaq dövründə qaytarılmış, geri qalan 7.000 manat olan hissəsi isə X48 Məhkəməsindən işə baxıldığı dövrdə tam qaytarılmışdır. İş üzrə Təqsirləndirilən şəxs tanımır və ona həmin işlə bağlı heç bir məbləğ verməmişdir. O, yalnız bu işdə Bakiri və Fikrəti tanımış və ona dəymiş ziyan məbləği ödənilmişdir. Hazırda şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, dəymiş ziyan məbləğinin ödənildiyini qeyd etmişdir. İbtidai istintaq dövrü zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, FHN-in Laçın rayonu Yanğın Mühafizə Xidmətinə işə qəbul olunmaq üçün yaxın şəxslərdən həmin qurumda tanışlarının olub-olmamasını maraqlanmışdır. Bir müddət sonra qohumu olan Mehdi ona Bakir Abdullayev adında şəxsin onu Azərbaycan Respublikası FHN-də işə qəbul etdirmə imkanına malik olduğunu demişdir. O, Bakir Abdullayev haqqında maraqlandıqda onun başqa şəxsləri də FHN-də işə qəbul etdirdiyini öyrənmişdir. O, məsələ ilə bağlı 2022-ci ilin fevral ayının əvvəllərində Bakir Abdullayevin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayıb ona Laçın rayon sakini olduğunu, sonuncuya FHN-in Laçın rayonu YMX-nə işə düzəlmək istədiyini demiş, Bakir ona işin həll olunması üçün vəzifəli şəxslərə 12.000 manat pulun verilməsinin lazım olduğunu demiş, o, isə yalnız işə qəbul haqqında əmrin veriləcəyi halda pulu verəcəyini demişdir. Bir neçə gün sonra o, Bakir Abdullayev ilə Bakı şəhərində “Neftçilər” metrostansiyası yaxınlığında görüşmüş, yaxınlıqda kafedə oturarkən onun yanına Fikirət adlı şəxs də gəlmiş, sonuncu ona hər şey qaydasında olduğunu, tez bir zamanda işə qəbul olunacağını demiş, o da özünə aid sənədlərinin surətini vermişdir. O, sənədləri Fikirətə verdikdən 1 saat sonra onun mobil telefonuna tanımadığı nömrədən zəng vurub özünü FHN-in əməkdaşı kapitan Əliyev kimi təqdim edən şəxs sənədlərinin nazirlikdə qeydiyyata alındığını bildirmişdir. Telefonla danışdıqdan sonra Bakir Abudllayev də ona pulu tez bir zamanda çatdırmaq lazım olduğunu demiş, o, Ağcabədi rayonuna qayıtdıqdan sonra tez bir zamanda pulu gönədərəcəyinə söz vermişdir. Bir neçə gün sonra Bakir Abullayev ona zəng edərək FHN-də işi həll edən adını çəkmədiyi vəzifəli şəxsin pulu tələb etdiyini, işin yalnız pulun verilməsi halında həll olunacağını demişdir. Buna görə o, xx.xx.2022-ci il tarixdə Laçın obaları yaşayış massivinin giriş hissəsində yerləşən “Cavid” marketin içərisində quraşdırılmış “Milli-ön” ödəniş terminalı vasitəsi ilə Bakir Abdullayevə məxsus "xxxx" hesab kartına 9.000 manat pulu göndərmiş, Bakir Abdullayev pulu aldığını təsdiqləmişdir. Pulu göndərdikdən bir neçə gün sonra kapitan Əliyev ona zəng edərək, xx.xx.2022-ci il tarixdə FHN-in Biləcəri qəsəbəsində yerləşən Həkim Tibbi Komissiyasından keçmək üçün Bakı şəhərinə getməli olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə FHN-in Biləcəri qəsəbəsində yerləşən Həkim Tibbi Komissiyasının qarşısında onunla birlikdə Vüqar, Təbriz adlı və adlarını xatırlamadığı digər şəxslər də gözləyirdilər. Orada həmin şəxslərlə söhbət zamanı Bakir Abdullayevin onların işlərini həll etdiyini öyrənmişdir. Bir qədər keçmiş həmin inzibati binadan tanımadığı mülki geyimli şəxs çıxaraq ona yaxınlaşıb sənədə imza etdirib, komissiyadan keçməyi barədə sənəd olduğunu ona bildirmişdir. O, rayona qayıdıb nə qədər gözləsə də, nəticədə onu işə qəbul etməmişlər. O, Həkim Komissiyasından keçməyindən təxminən 2 ay sonra hələ də işinin həll olunmadığını görüb, artıq aldadıldığını başa düşüb 2022-ci ilin may ayında Bakir Abdullayevə zəng edərək artıq işə düzəlmək istəmədiyini, pulu geri qaytarmasını tələb etmişdir. Bakir Abdullayev onu FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcəyini vəd etmişdir. O, daha əvvəl FHN-ə işə qəbul ilə bağlı rəsmi qaydada müraciət etməmişdir. İstintaq dövründə Bakir Abdullayev ondan aldadaraq ələ keçirdiyi 8.000 manat pulu tam həcmdə geri qaytarmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, FHN-in Gədəbəy rayonu Yanğın Mühafizə Xidmətinə işə qəbul olunmaq üçün yaxın şəxslərdən həmin qurumda tanışlarının olub-olmamasını maraqlanmışdır. Bir müddət sonra Qax rayon sakini Bakir Abdullayev adında şəxsin Azərbaycan Respublikası FHN-də işə qəbul etdirmə imkanına malik olduğunu öyrənmiş, sonuncunun başqa şəxsləri də FHN-də işə qəbul etdirdiyini öyrənmişdir. O, Bakirlə ilk dəfə 2022-ci ilin fevral ayının ortalarında xatırlamadığı tarixdə Bakı şəhərində “Neftçilər” metrostansiyasının yaxınlığında “Dostluq” kafesində görüşüb onunla Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon şöbəsinə işə düzəlməyi haqqında söhbətlər etmişdir. Bundan bir neçə gün sonra Bakirlə həmin ünvanda görüşmüş, Bakir ona işin həll olunması üçün vəzifəli şəxslərə 13.000 manat pulun verilməsinin lazım olduğunu demişdir. Bakir ona işin dəqiqləşməsi üçün vaxt tələb olunduğunu, həmçinin ondan başqa bir neçə şəxsi də işə düzəldəcəyini demişdir. Beləliklə o, Bakirin tanışı olan Fikirət adlı şəxslə 03 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında saat 12 radələrində görüşüb yanında gələn qardaşı Elşən Ələkbərov ilə Fikirət arasında notariat kontorunda borc müqaviləsi bağlayaraq sonuncuya 13.000 manat məbləğində pulu, eyni zamanda sağlamlıq haqqında arayış, hərbi biletinin kserosurəti, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsinin surəti və digər bir neçə sənədin surətini vermişdir. Razılaşmaya görə o, pulu verdikdən 3 ay sonra Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon şöbəsinin yanğından mühafizə bölməsinə işə qəbul olunmalı idi. O, 03 mart 2022-ci il tarixdən sonra işə qəbul olunmadığını gördükdə Bakirlə ***-***-**-**, ***-***-**-**, Fikirətlə isə ***-***-**-** mobil nömrələri ilə əlaqə saxlamışdır. Bir dəfə ona mobil telefona tanımadığı nömrədən zəng gəlmiş, özünü FHN-in əməkdaşı “kapitan Əliyev” kimi təqdim edən şəxs sənədlərinin nazirlikdə qeydiyyata alındığını bildirmişdir. Mart ayının ortalarında Bakir ona FHN-in Biləcəri qəsəbəsində yerləşən Həkim Tibbi Komissiyasında keçmək üçün Bakı şəhərinə getməli olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə FHN-in Biləcəri qəsəbəsində yerləşən Həkim Tibbi Komissiyasının qarşısında onunla birlikdə Vüqar, Təbriz adlı və adlarını xatırlamadığı digər şəxslər də gözləyirdilər. Bir qədər keçmiş həmin inzibati binadan tanımadığı mülki geyimli şəxs çıxaraq ona yaxınlaşıb sənədə imza etdirib, komissiyadan keçməyi barədə sənəd olduğunu ona bildirmişdir. O, rayona qayıdıb nə qədər gözləsə də, nəticədə onu işə qəbul etməmişlər. O, FHN-də işə düzəltmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişdir. İstintaq dövründə ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam həmcdə geri qaytarılmışdır. İş üzrə Təqsirləndirilən şəxs tanımır və ona həmin işlə bağlı heç bir məbləğ verməmişdir. O yalnız Fikrəti və Bakiri tanımış və ona dəymiş ziyan məbləği ödənilmişdir. Şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının əvvəlləri tanışı Bakir Abdullayevə işə düzəlməyinə köməklik göstərməsini xahiş etmişdir. Bakir ona 1 ay ərzində Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Zaqatala rayon şöbəsinə işə düzəldəcəyinə vəd verərək ondan işin düzəlməsi üçün ümumilikdə 16.000 manat pulun lazım olduğunu, ilkin olaraq 6.000 manat, əmr çıxdıqdan sonra isə qalan 10.000 manat pulu verəcəyini ona demişdir. O, Bakir Abdullayevin təklifi ilə razılaşıb sonuncunun tapşırığına əsasən 10 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrosunun yaxınlığında çayxanada FHNdə işə qəbul ilə bağlı Bakirin iştirakı ilə Fikirət İsmayılova 6.000 manat pul vermişdir. Bundan sonra iş üçün topladığı şəxsiyyət vəsiqəsinin, attestat vərəqəsinin, hərbi biletin surətlərini və yaşayış yerindən arayışı alıb həmin sənədləri Fikirətə verdikdən təxminən 1 saat sonra ona ***-***-**-** mobil telefon nömrəsindən zəng vuraraq özünü FHN-in əməkdaşı “kapitan Əliyev” kimi təqdim edən şəxs onun işə qəbul üçün sənədlərinin nazirlikdə qeydiyyatdan keçdiyini bildirmişdir. Bundan bir müddət sonra ona tanımadığı şəxs tərəfindən zəng edilərək komissiyadan keçmək üçün 01 aprel 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb İdarəsinin inzibati binasının qarşısında olmağı deyilmişdir. O, həmin gün inzibati binanın qarşısına gəlmiş, bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq müvafiq sənədlərin surətlərini götürüb inzibati binaya girmiş, bir qədər keçdikdən sonra tibb idarəsindən çıxaraq ona xidmətə yararlı olmağı ilə bağlı məktub göstərib yaxın günlərdə əmrinin çıxacağını bildirmişdir. Lakin, onun işə qəbulu barədə əmr verilməmişdir. O, işinin düzəlmədiyini və aldadıldığını görüb Bakir Abdullayevdən onu aldadaraq ələ keçirdiyi 6.000 manat pulu tələb etmiş və Bakir Abdullayev 17 iyul 2022-ci il tarixdə ondan aldığı 6.000 manat pulu tam həcmdə geri qaytarmışdır. O ifadəsində iş üzrə Təqsirləndirilən şəxs tanımadığını və ona həmin işlə bağlı heç bir məbləğ vermədiyini bildirmiş, yalnız Bakir və Fikrəti tanımış və ona dəymiş ziyan məbləği tam ödənilmişdir. Şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, həmkəndlisi X25 Məmmədovun işə düzəlməsi barədə söhbət edərkən Habil Saatov ona tanışı vasitəsi ilə oğlunu Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Şəki rayon şöbəsinə işə düzəlməyə kömək edəcəyini bildirmişdir. Buna görə o, 2022-ci ilin mart ayında oğlu Turanın FHN-nin X27 Xidmətinin Şəki rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldilməsi üçün Şəkidə Baş Göynük kəndində Habil Saatova 7.500 manat pul vermişdir. Bundan bir müddət sonra özünü kapitan Əliyev kimi təqdim edən şəxs Turanın mobil telefon nömrəsinə zəng vuraraq FHN-in həkim komissiyasından keçməyi üçün Bakı şəhərinə gəlməli olduğunu demiş və Fikirət adlı şəxsin zəng vuracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə oğlu Bakı şəhərinə gedib, Nizami rayonu “Neftçilər” metrostansiyasının yaxınlığında Fikirət adlı şəxslə görüşüb özünə aid sənədləri Fikirətə vermiş və Biləcəri qəsəbəsində FHN-in həkim komissiyasından keçmişdir. Habil Saatov ona bildirmişdir ki, onu FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcəkdir, lakin həmin şəxslərin soyad və vəzifələrini ona deməmişdir. Onlar FHN-ə əvvəllər elektron qaydada müraciət etsələr də, hər hansı nəticə olmamışdır. Habil Abdullayev onu aldadaraq ələ keçirdiyi 7.500 manat məbləğində pulu sonradan tam həcmdə geri qaytarmışdır. İş üzrə Təqsirləndirilən şəxs tanımamış və ona həmin işlə bağlı heç bir məbləğ verməmişdir. O, yalnız Habili və Fikrəti tanımışdır. İş üzrə şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvəlləri tanışı Qax rayonunda yaşayan X15 Rəsulovu işə düzəlməsində köməklik göstərməsini xahiş etmiş, Elnur həmin gün onu Qax rayonu sakini Bakir Abdullayev ilə görüşdürmüşdür. Bakir Abdullayev ona yüksək vəzifədə çalışan tanışlarının vasitəsi ilə X32 Nazirliyinin X27 Xidmətinin Şəki rayon şöbəsinə işə düzəldəcəyinə söz verib, işin düzəlməsi üçün 10.000 manat pul istəmiş, o, isə pulu yalnız əmr çıxandan sonra verəcəyini bildirmişdir. Bundan sonra oğlu Pərvinə telefon zəngi gəlmiş, ona sağlamlıq komissiyasından keçmək üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb İdarəsinin inzibati binasının qarşısında olmasını bildirmişlər. Pərvin topladığı sənədlərin surətini götürərək Bakı şəhərinə gedib komissiyadan keçmiş və ona orada adını bilmədiyi şəxs tez bir zamanda əmrinin verilməsini bildirmişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq, Pərvin işlə təmin olunmamışdır. X33 FHN-in Şəki Rayon Dövlət X8 gizir rütbəsi ilə hər hansı vəzifəyə təyin etdirəcəyinə söz vermiş, Pərvini FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcəyini demişdir. İşi düzəlmədiyi üçün pul verməmişdir. Təqsirləndirilən şəxs tanımır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, oğlu Asiman Yusifova daimi iş axtarır və bununla bağlı tanıdığı şəxslərdən maraqlanmışdır. Həmkəndliləri ilə söhbət zamanı ona Qax rayon sakini Bakir Abdullayevə müraciət etməsini tövsiyə edərək sonuncunun əlaqə nömrəsini vermişlər. O, Bakir Abdullayevlə telefon ilə danışmış, Bakir tanıdığı vəzifəli şəxslərə verilməsi nəzərdə tutulan 12.000 manat pul qarşılığında oğlunu Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət X8 yanğınsöndürən vəzifəsinə işə qəbul etdirə biləcəyini ona bildirmişdir. Bundan sonra 2022-ci ilin aprel ayının əvvəllərində oğlu Asimana ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, özünü FHN-in əməkdaşı “kapitan Əliyev” kimi təqdim edən şəxs ona işə qəbulla bağlı müraciətinin FHN-in kadrlar idarəsinə daxil olduğunu və yaxın günlərdə Həkim Tibbi Komissiyasına çağırılacağını bildirmişdir. Asiman FHN-in həkim komissiyasından keçmək üçün lazımi sənədlərin surətlərini çıxardıb Bakı şəhərinə gələrək Fikirət adlı şəxs ilə görüşmüş, həmin Fikirətlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb idarəsinə getmişdir. O, heç kimə pul verməmiş, razılığa görə yalnız işə qəbul əmri çıxınca pul verməli olmuşdur. Bakir Abdullayev ona bildirmişdir ki, oğlu Asimanı FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcəkdir. Onlar əvvəllər rəsmi qaydada Nazirliyə müraciət etməmişlər. İşi düzəlmədiyi üçün pul verməmişdir. Təqsirləndirilən şəxs heç görməmiş, onu tanımır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının əvvəlləri tanışı Şəki rayonu, Baş Göynük kəndində yaşayan X22 Məmmədovu işə düzəlməsində köməklik göstərməsini xahiş etmiş, Habil ona Fəxrinin işə düzəlməsinə köməklik göstərəcəyini demişdir. Bir müddət keçdikdən sonra o, Habil ilə Şəki rayonu, Aşağı Göynük kəndində görüşmüş, sonuncu görüş zamanı ona X34 Nazirliyinin X27 Xidmətinə işə düzəltmək imkanına malik tanışının olduğunu demişdir. Habil ona həmin işin düzəlməsi üçün 9.500 manat pulun lazım olduğunu bildirmiş, sonuncu ilə razılaşaraq aprel ayının 6-sı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən kafedə qudası Müşfiq Niyazinin iştirakı ilə 9.500 manat pulu Habilə vermişdir. Habil ona Fəxrinin tezliklə Bakı şəhərinə çağırılacağını, müvafiq sənədlərin yəni, şəxsiyyət vəsiqəsinin, attestat vərəqəsinin, hərbi biletin surətlərinin çıxarılmasını və yaşayış yerindən arayışın alınması bildirmişdir. Habil ona telefon zəngi edərək Fəxrinin 10 aprel 2022-ci il saat 10 radələrində Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında olmasını demişdir. Bundan sonra Fəxri Bakı şəhərində adını bilmədiyi şəxslər ilə görüşmüş və həmin şəxslər X34 Nazirliyinin Tibb İdarəsinin qarşısına apararaq topladığı sənədləri alaraq idarənin içərisinə aparmış və bir qədər keçdikdən sonra oradan çıxaraq Fəxriyə məktub göstərmiş və həmin məktubda xidmətə yararlı olması barədə mətn yazısı olmuşdur. Fəxri həmin sənədə imza atdıqdan sonra həmin şəxs tez bir zamanda əmrinin veriləcəyini bildirmişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq, Fəxri işlə təmin olunmamış və Habil də Fəxrinin verdiyi pulu geri qaytarmamışdır. O, tez-tez Habildən Fəxrinin işi ilə bağlı maraqlandıqda, sonuncu ona tez bir zamanda əmrinin çıxacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12:18-də ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Nofəl müəllim kimi təqdim edən şəxs oğlu Fəxri Məmmədovun artıq işə düzəlmə barədə əmrinin verildiyini, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə Nazirliyə gələrək sənədləri götürməsini bildirmişdir. Sonradan məlum olmuşdur ki, məsələ həll olunmamış, Fəxri işə qəbul olunmamışdır. O, pulu Habil Saatova verərkən sonuncu ona FHN-də işləyən tanış vəzifəli şəxsin olduğunu, onun vasitəsi ilə oğlunu FHNdə işə düzəldəcəyini demiş, lakin həmin şəxsin kim olmasını ona deməmişdir. X26 FHNnin Şəki Rayon Dövlət X8 yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyinə söz vermişdir. Onlar Fəxrinin FHN-də işə qəbul olunması üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişlər. Habil Saatov ondan aldadaraq ələ keçirdiyi 9.500 manat pulu istintaq dövründə tam həcmdə geri qaytarmışdır. İş üzrə Təqsirləndirilən şəxs tanımır və ona həmin işlə bağlı heç bir məbləğ verməmişdir. O yalnız Habili tanımış və ona dəymiş ziyan məbləği ödənilmişdir. Şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs1 bir müddətdir ki, ona daimi iş axtarır və bununla bağlı tanıdığı şəxslərdən bu barədə maraqlanmışdır. Atası tanışı Fikirət adlı şəxslə telefon ilə danışdıqdan sonra ona demişdir ki, Fikirət onu Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət X8 yanğınsöndürən vəzifəsinə işə qəbul etdirə bilər, lakin atasının işə qəbul olunma məsələsinin Fikirət ilə hansı şərtlərlə razılaşması barədə məlumatı yoxdur. 2022-ci ilin aprel ayının əvvəlində atasının göstərişi ilə Bakı şəhərinə gedib “Neftçilər” metrostansiyası yaxınlığında Fikirət adlı şəxslə görüşmüş, sonuncuya ona məxsus hərbi bilet, doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. O, sənədləri Fikirətə verdikdən təxminən 1 saat sonra onun mobil telefonuna ***-***-**-** nömrəsindən zəng gəlib özünü FHN-in əməkdaşı kapitan Əliyev kimi təqdim edən şəxs sənədlərinin nazirlikdə qeydiyyata alındığını və yaxın günlərdə Həkim Tibbi Komissiyasına çağırılacağını ona bildirmişdir. O, rayona qayıtdıqdan təxminən bir həftə sonra Fikirət adlı şəxs onu Bakı şəhərinə həkim komissiyasından keçməyə çağırmışdır. O, Bakı şəhərində Fikirətlə görüşüb sonuncu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb idarəsinin qarşısına getmiş, Fikirət ona inzibati binanın qarşısında gözləməyini demiş, bir qədər keçmiş həmin inzibati binadan tanımadığı xidməti geyimli şəxs çıxaraq ona yaxınlaşıb sənədə imza etdirib, həmin sənədin komissiyadan keçməyi barədə sənəd olduğunu ona bildirmişdir. O, rayona qayıdıb nə qədər gözləsə də, nəticədə o, işə qəbul edilməmişdir. Sonradan o, “Neftçilər” metrostansiyası yaxınlığında Fikirətlə təklikdə görüşüb sənədləri vermiş, sonuncuya pul verməmişdir. Onun bildiyinə görə, atası Zərərçəkmiş şəxs1 onun işə düzəlməsi üçün kiməsə pul verməmişdir. O, əvvəllər işə qəbul ilə bağlı FHN-ə müraciət etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, Şəki rayonu ərazisində fəhlə kimi işləyir. Bir müddətdir ki, özünə daimi iş axtarır. Atası Zərərçəkmiş şəxs7 tanışı, həmkəndlisi Habil Saatovla onun işə düzəlməyi barədə danışmışdır. Habil Saatov tanışı vasitəsi ilə onu Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Şəki Rayon Dövlət X8 yanğınsöndürən vəzifəsinə işə düzəlməyə kömək edəcəyini bildirmişdir. Bundan bir müddət sonra özünü kapitan Əliyev kimi təqdim edən şəxs onun mobil telefon nömrəsinə zəng vuraraq FHN-in həkim komissiyasından keçməyi üçün Bakı şəhərinə gəlməli olduğunu demiş və ona Fikirət adlı şəxsin zəng vuracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Bakı şəhərinə getmiş, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında Fikirət adlı şəxslə görüşüb ona aid sənədləri Fikirətə vermişdir. Bundan sonra o, Fikirət adlı şəxslə birlikdə Biləcəri qəsəbəsində FHN-in həkim komissiyasının qarşısına getmiş, orada əvvəldən tanımadığı ağsaçlı FHN-in formasında, polkovnik rütbəli şəxs onlar ilə görüşərək, xidmətə yararlı olmağı barədə sənədi imzalatdıraraq onların komissiyadan keçdiyini bildirmişdir. Bundan sonra o, rayona qayıtmış, sonradan özünü FHN-in əməkdaşı “kapitan Əliyev” kimi təqdim edən şəxs ona bir neçə dəfə ***-***-**-** mobil telefon nömrəsindən zəng edərək yaxın vaxtlarda işə qəbul əmrinin çıxacağını demişdir. Lakin bu günədək onun əmri çıxmamışdır. O, Nofəl Quliyev, Elbəyi Bağırov və Faiq Babayevi tanımır. Onun işə qəbul olunması üçün atası Habil Saatova 7.500 manat pul vermişdir. Habil Saatov ona bildirmişdir ki, onu FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcəkdir, lakin həmin şəxslərin soyad və vəzifələrini ona deməmişdir. O, FHN-ə əvvəllər elektron qaydada müraciət etsə də hər hansı nəticə olmamışdır. Habil Abdullayev atasını aldadaraq ələ keçirdiyi 7.500 manat pulu istintaq dövründə tam həcmdə geri qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının əvvəllərində atası Ərəstun tanışı Şəki rayonu, Baş Göynük kəndində yaşayan Habil Saatova onun işə düzəlməyində köməklik göstərməsini xahiş etmişdir. X51 Şəki rayonunda kafedə görüşmüş, sonuncu atasına 9.000 manat müqabilində FHN-də vəzifə tutan adını çəkmədiyi tanışı vasitəsi ilə onu Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə işə qəbul etdirmək imkanının olduğunu bildirmişdir. X55 ilə 8.500 manata razılığa gəlib həmin pulu xx.xx.2022-ci il tarixdə sonuncuya Şəki şəhərində Qoxmux körpüsünün yaxınlığında vermişdir. 2022-ci ilin fevral ayının əvvəllərində Habil Saatov atasına zəng edərək onun sağlamlıq komissiyasından keçmək üçün Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb İdarəsinə getməli olduğunu bildirmiş, həmçinin həmin ərəfədə özünü kapitan Əliyev kimi təqdim etmiş bir nəfər şəxs ona zəng edib sağlamlıq komissiyasından keçmək üçün FHN-in Tibb İdarəsinin inzibati binasının qarşısına gəlməsini demişdir. Bundan sonra o, qeyd edilən şəxs ilə görüşərək FHN-in Tibb İdarəsinin inzibati binasının qarşısında görüşmüş, həmin şəxs topladığı sənədləri ondan alaraq içəri aparmış və bir qədər keçdikdən sonra binadan çıxaraq ona məktub göstərmiş və həmin məktubda xidmətə yararlı olmağı barədə mətn yazısı olmuş, lakin onun inzibati binaya daxil olmasına icazə verməmişdir. Lakin nəticədə o, işlə təmin olunmamış və Habil də verdiyi pulu da atasına geri qaytarmamışdır. Atası Habildən onun işi ilə bağlı maraqlandıqda, sonuncu tez bir zamanda əmrinin çıxacağını bildirmişdir. 2022-ci ilin avqust ayının 28-si atasının istifadəsində olan ***-***-**-** mobil nömrəyə Fikirət adlı şəxs zəng edib yaxın zamanlarda onun əmrimin çıxacağını bildirmiş, lakin o, hələ də işə qəbul olunmamışdır. Habil onun atası Ərəstuna vəzifədə işləyən tanışının olduğunu, həmin tanışı vasitəsi ilə onu FHN-də işə düzəldəcəyini demiş, lakin həmin şəxsin kim olmasını deməmişdir. Habil onu FHN-in Şəki Rayon Dövlət X8 yanğınsöndürən vəzifəsində vəzifəyə təyin etdirəcəyinə söz vermişdir. Onlar işə düzəltmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişdirlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X10 vəsatəti əsasında əlavə şahid qismində dəvət edilərək ifadəsi alınmış X36 ifadə verərək bildirmişdir ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2020-ci ilədək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 2019-cu il tarixdə 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən məhkum X12 ilə tanış olmuşdur. Cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra onunla Fikirət İsmayılovla arasında yoldaşlıq münasibəti olmuşdur. 2021-ci ilin oktyabr ayının ortalarında Fikirətlə görüşmüş, həmin vaxt sonuncuya Fövqəladə Hallar Nazirliyində işləyən rəhbər şəxslərlə münasibəti olan Faiq adlı şəxsin olduğunu, Faiqin həmin şəxslərin vasitəsi ilə tanış adamları Fövqəladə Hallar Nazirliyinə gizir və zabit qismində işə qəbul etdirmək imkanının olmasını ona bildirmişdir. O, X16 Hallar Nazirliyinə sıravi işçinin işə qəbul olunmasının qiymətinin 7.000 manat, zabit qismində isə qəbulun isə 14.000 manat olduğunu, həmin məbləğlərdən əlavə alınacaq pulun özlərinə qalacağını bildirmişdir. X29 ilə 2021-ci ilin iyun ayında bir məclisdə tanış olmuş, eyni zamanda sonradan Faiqin onun yaşadığı evin yaxınlığında yaşadığını bilmiş, münasibətləri yaranmışdır. Faiq Babayev ona FHN-nin vəzifəli şəxsləri ilə əlaqələrinin olduğunu, pul müqabilində istəyən şəxsləri işə qəbul etdirə biləcəyini bildirmişdir. 2021-ci ilin noyabr ayının əvvəlində Fikirət onunla əlaqə saxlayaraq tanıdığı bir şəxsin oğlu olan Vüqar Cəbrayılovun FHN-in Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon şöbəsinə işə qəbul olunmaq istədiyini, həmin şəxsdən 7.000 manat pul alacağını, həmin pulun 5.500 manatını ona verəcəyini, qalan 1.500 manatı isə özünə götürəcəyini bildirmişdir. O, Faiq Babayev ilə əlaqə saxlayıb işə qəbul olunmaq istəyən Vüqar Cəbrayılov barədə məlumat vermişdir. Faiq ona həmin müraciətçi ilə Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin inzibati binasının qarşısına gəlməsini, orada həmin şəxsi özünün qəbul edəcəyini demişdir. Faiq onunla telefon danışığı zamanı həmin şəxsi 4.500 manat müqabilində FHNin Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon şöbəsinə sıravi işçi kimi qəbul etdirəcəyinə söz vermişdir. O, X35 Fikirətlə birlikdə gələcəyini və Vüqarın 5.500 manat pulla gələcəyini, bir qədər sonra özünün oraya yaxınlaşıb 4.500 manatı pulu sonuncudan alıb Faiqə verəcəyini bildirmişdir. Faiq də vəzifəli şəxs olduğundan pulu birbaşa həmin şəxslərdən özü almaq istəməmiş, buna görə də Faiq də həmin təklifə razılıq vermişdir. Həmin gün bir qədər sonra o da Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən parkda Fikirətlə görüşmüş, sonuncu ona Vüqar Cəbrayılovla birlikdə FHN-in inzibati binasının yanında Faiq Babayevlə görüşdüyünü, sonuncunun Vüqara aid sənədlərin surətlərini götürdüyünü bildirmişdir. Fikirət ona Faiqə pul verib-verməməsi barədə heç bir şey deməmişdir. Həmin görüşdə Fikirət xeyr kimi özünə çatacaq 1.000 manatı ona verdiyini bildirmişdir. O, Fikirətdən ayrıldıqdan sonra Faiqlə görüşmüş, sonuncu ondan vəd verilən 4.500 manatı istəmiş, o da Faiqə Fikirətdən yalnız 1.000 manat ala bildiyini demiş və həmin puldan Faiqə 200 manat pul vermişdir. 2021-ci ilin noyabr ayının ortalarında Faiq Babayev onunla əlaqə saxlayıb Vüqar Cəbrayılovun adının sıravi işçilərin deyil, zabit rütbəli işçilərin siyahısına salınması üçün əlavə olaraq 1.000 manat istəmiş, o da Neftçilər metro stansiyası yaxınlığında Fikirətlə görüşüb Vüqarın işi ilə bağlı Faiq Babayevə çatacaq əlavə 1.000 manatı sonuncuya yaşadığı evin yanında vermişdir. O, Vüqar Cəbrayılovun işə qəbul məsələsinin Faiq Babayev tərəfindən həll olunmadığını gördükdə bir daha Faiqdən işin nə səbəbdən ləngidiyini soruşmuş, Faiq də ona artıq bu işləri həll edə bilmədiyini, FHN-də işdən çıxarıldığını bildirmişdir. Bundan sonra o, artıq Faiq Babayevlə işləyə bilməyəcəyini görüb, sonuncu ilə Neapol dairəsi yaxınlığında oturarkən PX-nin 16 saylı cəzaçəkmə müəssisəsində məhkum olarkən münasibət saxladığı FHN-in sabiq əməkdaşı Təqsirləndirilən şəxs Rafiq oğlu ona zəng edib yanlarına gəlmişdir. Orada o, Rəşada FHN-ə qəbul olmaq istəyən şəxslərin işini həll edə bilmədiyi bildirmiş, sonuncu isə ona əvvəllər orada işlədiyindən vəzifəli şəxslərlə münasibətinin olduğunu demiş, müraciət edən şəxsləri işə qəbul etdirə biləcəyini ona bildirmişdir. Buna görə də o, artıq Fikirətin gətirdiyi pulları Təqsirləndirilən şəxs vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Fikirət İsmayılov FHN-in Laçın rayon YMX-yə işə qəbul olmaq istəyən X1 və 5.500 manat pulu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nin yanında ona vermiş, o da həmin puldan 4.500 manatı Ədliyyə Nazirliyi PX-nin 16 saylı cəzaçəkmə müəssisəsində məhkum olmuş FHN-in sabiq əməkdaşı Bakı şəhər sakini 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Rafiq oğluna vermiş, Rəşad Zərərçəkmiş şəxs4 FHN-in Laçın rayon YMX-yə işə qəbul etdirəcəyinə söz vermişdir. Rəşadın telefon nömrəsi ***-***- **-** olmuşdur. Bundan başqa xx.xx.2022-ci il tarixdə Fikirət İsmayılov FHN-in Zaqatala rayon YMX-yə işə qəbul olmaq istəyən Zərərçəkmiş şəxs2 sənədlərini və 5500 manat pulu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nin yanında ona vermiş, o da həmin puldan 4.500 manatı Təqsirləndirilən şəxs vermiş, Rəşad Zərərçəkmiş şəxs2 FHNnin Zaqatala rayon YMX-yə işə qəbul etdirəcəyinə söz vermişdir. Həmin gün Fikirət İsmayılov FHN-nin Şəki rayon YMX-yə işə qəbul olmaq istəyən Zərərçəkmiş şəxs8 sənədlərini və 5.500 manat pulu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nin yanında ona vermiş, o da həmin puldan 4.500 manatı Təqsirləndirilən şəxs Rafiq oğluna vermişdir. xx.xx.2022-ci il tarixdə Fikirət İsmayılov FHN-in Şəki rayon YMX-yə işə qəbul olmaq istəyən Zərərçəkmiş şəxs11 sənədlərini və 5.500 manat pulu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nin yanında ona vermiş, o da həmin puldan 4.500 manatı Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə Fikirət İsmayılov FHN-in Gədəbəy rayon YMX-yə işə qəbul olmaq istəyən X2 və 5500 manat pulu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nin yanında ona vermiş, o da həmin puldan 4.500 manatı Təqsirləndirilən şəxs vermişdir. Həmin gün Fikirət İsmayılov FHN-in Zaqatala rayon YMX-yə işə qəbul olmaq istəyən X4 və 5.500 manat pulu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nin yanında ona vermiş, o da, həmin puldan 4.500 manatı Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə Fikirət İsmayılov FHN-in Qax rayon YMX-yə işə qəbul olmaq istəyən Zərərçəkmiş şəxs10 sənədlərini və 5500 manat pulu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nin yanında ona vermiş, o da həmin puldan 4500 manatı Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə Fikirət İsmayılov FHN-in Şəki rayon YMX-yə işə qəbul olmaq istəyən X3 və 5.500 manat pulu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nin yanında ona vermiş, o da həmin puldan 4.500 manatı Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə Fikirət İsmayılov FHN-in YMX-yə işə qəbul olmaq istəyən Zərərçəkmiş şəxs3 sənədlərini və 5.500 manat pulu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nin yanında ona vermiş, o da həmin puldan 4.500 manatı Təqsirləndirilən şəxs vermişdir. FHN-in sabiq əməkdaşı olmuş Təqsirləndirilən şəxs ona yuxarıda adları çəkilən şəxsləri FHN-in müxtəlif rayonlarda yerləşən Yanğından Mühafizə Xidmətlərində işə qəbul etdirməyə söz vermişdir. Lakin bir müddət sonra onun ölkədən getdiyini eşitmişdir. Bundan sonra o istintaqa cəlb edilərək barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir. İstintaq dövrü və məhkəmə istintaqı dövrü zərərçəkmiş şəxslərə dəyən ziyan məbləğini hissə-hissə özü ödəmiş və apellyasiya icratında barəsində olan qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Hal-hazırda məhkəmə iclası davam etdirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq haqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ********* cinayət işinin başlanılması qərara alınmışdır. - Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 22 mart 2023-cü tarixli qərardan görünür ki, ******* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət faktları üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29, 178.2.4 maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi qərara alınmışdır. - Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(011)-104/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzasının çəkilməsi nəzərdə tutulmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin tutulması, axtarışın elan edilməsi və istintaqa təqdim edilməsi” barədə qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - Rusiya DİN Vnukovo hava limanında Xətt şöbəsinin rəhbərliyinin məsul şəxsinin xx.xx.2023-cü il tarixli Qərarından göründüyü kimi Təqsirləndirilən şəxs hava limanında saxlanılmışdır. - Şübhəli şəxsin tutulması” barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 07:30 radələrində saxlanılmışdır. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 07:40 radələrində barəsində tutma tətbiq edilmişdir. - Moskva şəhəri Solntsevski Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində 40 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Moskva şəhəri Babuçkinski rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29, 178.2.4 maddəsi ilə ittiham elan edilmişdir. - “Telefon danışıqlarının ələ keçirilməsi haqqında” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən Baş İdarəyə daxil olmuş 01 ədəd CD diskə 12 yanvar 2024-cü il tarixli baxış protokolundan görünür ki, X24 məxsus ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 10:55:21-də Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ***-***-**-** saylı nömrəyə “X21 13.09 2001 Qaz rayonu. *** *** ** **” məzmunlu, xx-xx-2022-ci il tarixdə saat 13:25:34-də “Memmedov fexri *** *** ** **” məzmunlu sms mətnləri göndərilmişdir. Bundan başqa, X24 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı qarşlıqlı telefon danışıqları aparılmışdır. - Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq dövründə yazılmış ərizədə qeyd edilmişdir ki, mənim Nofəl Quliyev və digərləri ilə birlikdə vətəndaşları FHN-də işə düzəltmək adı ilə aldadaraq qazanc əldə etməyimizə və mənim həmin vətəndaşlara ***- ***-**-** nömrəsindən zəng edib özümü onlara yalandan FHN-nin işçisi kapitan Əliyev kimi danışıb aldatmağımdan peşmançılıq hissi keçirdiyimi nəzər almağınızıxahiş edirəm. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixdən Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır, həbsdə saxlanıldığı müddət ərzində barəsində tanbeh və həvəsləndirmə tədbirləri tətbiq edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 178.2.2, və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il islah işləri cəzasına məhkum edilmişdir. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş 4 il azadlıqdan məhrum etmə cəzası azaldılaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixində cəzasının sonu ilə azad olmuşdur. xx.xx.2023-cü il tarixdə Səbail RPİ tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə həbs olunmuşdur. xx.xx.2023-cü il tarixdə Xətai RPİ tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(011)- 19/2025 nömrəli cinayət işinin baxılması yekunlaşmamış və məhkəmə iclası xx.xx.2025-ci il tarixinə saat 11:10-a təyin edilmişdir. - Azərbaycan Respublikası DİN Səbail RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Səbail rayon Pilis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair hər hansı cinayət işinin ibtidai istintaqı aparılmamışdır. - Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 24107 və 24106 saylı qəbzlərin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, “Cavid” marketdə quraşdırılmış “eManat” terminalından X14 istifadəsində olan 416973******7732 saylı "xxxx" ASC-yə məxsus plastik kart hesabına 4.090 və 5.000 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. - X14 istifadəsində olan 416973******7732 saylı "xxxx" ASC-yə məxsus plastik kart üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına 9.090 (doqquz min doxsan) manat məbləğində pul vəsaiti köçürüldükdən sonra, xx.xx.2022-ci il tarixdə eyni vəsait bir neçə əməliyyat ilə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında bankomatdan nağdlaşdırılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-369/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclasına baxılanadək uzadılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-369/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından göründüy kimi, cinayət işi materialları baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. - Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs5 verdiklər xx.xx.2024cü il tarixli ərizələrdən göründüyü kimi, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. - Zərərçəkmiş şəxs7 verdiyi xx.xx.2024-cü il tarixli ərizədən göründüyü kimi, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 verdiklər xx.xx.2024cü il tarixli ərizələrdən göründüyü kimi, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. - Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs9 verdiklər xx.xx.2025ci il tarixli ərizələrdən göründüyü kimi, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. - Zərərçəkmiş şəxs3 verdiyi xx.xx.2025-cü il tarixli ərizəsindən göründüyü kimi, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs4 göndərdiyi xx.xx.2025-cü il tarixli teleqram ərizəsindən göründüyü kimi, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, 178.2.2-ci maddəsi təkrar törədildikdə və 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün məhkəmə istintaqı zamanı qismən etiraf ifadəsi, ibtidai istintaq zamanı tam etiraf ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olduğundan törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tam ödənilməsini cəzasını yüngülləşdirən hall kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(011)-104/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə ona təyin edilmiş 4 il azadlıqdan məhrum etmə cəzası azaldılaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixində cəzasının sonu ilə azad olmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad olunduqdan sonra iki il ərzində, yəni məhkumluğu ödənilməmiş yenidən qəsdən az ağır cinayət törətdiyi üçün əməli cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.2 və 58.3-cü maddələrinə əsasən məhkəmə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən Təqsirləndirilən şəxs əvvəllər eyni növ, az ağır cinayət törətdiyinə görə təyin edilmiş cəzalardan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, eyni zamanda Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına xidmət etdiyini və ziyanın tam ödənilməsini, barəsində şikayət və tələb olmamasını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Buna görə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 2 il 6 aydan aşağı ola bilməz Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məcəllənin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun şübhəli kimi tutulduğu andan – xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı 29 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilməklə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 311 19 14 mobil telefon nömrəsi ilə aparılmış telefon danışıqlarının köçürüldüyü 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs münasibətdə isə ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar