Məhkəmə qərarları › İş №1(075)-150/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-150/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-150/2025 11.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X8 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X1, müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1977-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2, 05 dekabr 2025-ci il tarixdə, saat 11:45 radələrində özünə məxsus avtomobili yuduzdurmaq üçün Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən avtoyuma məntəqəsinə gəlmiş, həmin avtoyuma məntəqəsində işləyən Zərərçəkmiş şəxs avtomobilini nisyə yuduzdurmaq istədiyini bildirdiyindən Zərərçəkmiş şəxs onun əvvəllər də avtomobilini nisyə yuduzduraraq pulunu vermədiyi üçün onun avtomobilini yumaqdan imtina etdiyindən və ona qarşı nalayiq ifadələr işlətdiyindən aralarında yaranmış həmin şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı qəsdən əli ilə bir dəfə Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən vurmaqla ona sağ gözünün alt nahiyyəsinin qançırı və sağ gözün ağlı qişasına qansızama, alın nahiyyəsində hematoma kimi ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli hesab edərək bildirmişdir ki, Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən avtoyuma məntəqəsində işləyən Zərərçəkmiş şəxs uzun müddət əvvəldən tanımış, onunla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Daimi olaraq özünə məxsus VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs işlətdiyi avtoyuma məntəqəsində nağd və ya nisyə yuduzdurmuşdur. Son zamanlar avtomobilini Təbrizə nisyə yuduzdurduğu üçün ona 25 manat borcu olmuşdur. 05 dekabr 2025-ci il tarixdə, təxminən saat 11:45 radələrində idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili yuduzdurmaq üçün Zərərçəkmiş şəxs işlətdiyi avtoyuma məntəqəsinə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs avtoyuma məntəqəsində tək olduğunu və əlində maşın yuduğunu görmüş, Zərərçəkmiş şəxs yaxınlaşaraq əlində yuduğu maşını yuyub bitirdikdən sonra onun maşınını yumasını xahiş etmiş, ancaq pulu olmadığını, maaşı alan kimi gətirib pulunu verəcəyini dedikdən sonra, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, ona “nə zaman borclarını ödəyərsən ondan sonra gəlib maşın yuduzdurarsan” ifadəsini işlətmişdir. Zərərçəkmiş şəxs onun ünvanına ağır küçə söyüşləri işlətməsi ona pis təsir etdiyindən o da Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, onun üzərinə gedərək, onun sağ göz nahiyyəsindən bir dəfə yumruqla vurmuş, Zərərçəkmiş şəxs onun yumruq zərbəsindən yerə yıxıldığını görərək hadisə yerindən çıxıb getmişdir. Münaqişə zamanı avtoyuma məntəqəsində onlardan başqa heç kim olmadığından onların mübahisə və davalarını heç kim görməmişdir. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs onu bağışlamışdır. Amnistya tətbiq edilən şəxslərin dairəsinə aid olmasının nəzərə alınaraq Amnistya qərarının tətbiq edilərən barəsində olan sadələşdirilmiş icraat materialına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs avtomobilini hər zaman onun işlədiyi avtoyuma məntəqəsində yuduzdurmuşdur. Sonuncu dəfə, 05 dekabr 2025-ci il tarixdə, təxminən saat 11:45 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun işlədiyi Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən avtoyuma məntəqəsinə gəlmiş, həmin vaxt o, başqa şəxsin avtoyuma məntəqəsinə qoyub getdiyi avtomobili yumuşdur. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq avtomobilini yuduzdurmaq istədiyini, ancaq pulu olmadığını, pulunu sonra verəcəyini demişdir. O, Təqsirləndirilən şəxs əvvəllər də avtomobilini bir neçə dəfə nisyə yuduzdurduğunu, indiyədək həmin borc pulları vermədiyini, həmin pullarını verdikdən sonra avtomobilini yuya biləcəyini demişdir. O, belə dedikdən və Vüqarın avtomobilini nisyə yuya bilməyəcəyini bildirdikdən sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı bir-birinin ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman Təqsirləndirilən şəxs üzərinə gələrək onun sağ göz nahiyyəsindən bir dəfə yumruqla vuraraq onu yerə yıxmış, daha sonra Vüqar oradan çıxıb getmişdir. Dava zamanı avtoyuma məntəqəsində onlardan başqa heç kim olmadığından hadisəni heç kim görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açmaq barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında HK-1/2336 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması və icraata qəbul edilməsi qərara alınmışdır. - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 publik hüquqi şəxsin 05 dekabr 2025-ci il tarixli, 504 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Etibar oğlunun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sağ gözün alt nahiyyəsinin qançırı və sağ gözün ağlı qişasına qansızma, alın nahiyəsində hematoma küt əşyanın (alətlərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda qeyd edilən xx.xx.2025-ci il tarixinə uyğundurlar və ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti posduğundan sağlamlığa Yüngül zərər vurmaya aiddir. - Zərərçəkmiş şəxs Etibar oğlu tərəfindən yazılmış ərizədən görünür ki, o, tanışı Təqsirləndirilən şəxs Məmmədhüsyn oğlunun onu döyməsi ilə bağlı Şəki ŞRPŞ-də aparılan araşdırmanın məhkəməyədək sadələşdirilmiş icraat şəkildə aparılmasına etiraz etməmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs Etibar oğlunun zərəçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, barəsində aparılan araşdırmanın məhkəməyədək sadələşdirilmiş icraat şəkildə aparılmasına etiraz etməmişdir. - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında onun döyüldüyü avtoyuma məntəqəsinə baxış keçirilmiş, hadisəni törədək X13 Məcidovu döydüyü yeri göstərmiş və onu ymruqla vurub yerə yıxdığını təsdiq etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1086 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Şəki şəhəri İcra Hakimiyyəti “Dəyirmanarxı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 54, 29 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs anası-X9, arvadı-X3, qızı-X6, oğlu-X7 ilə ünvan 3 ünvanında yaşayır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 245 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yei üzrə müsbət xarakteristika edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-71/2-1958/2025 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X5 kabinetində qeydiyyada yoxdur. - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkum edilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ona isnad edilən maddənin dispozisiyasında göstərilən əlamətlərlə üst-üstə düşür və onun cinayət əməli özünün etirafı və zərərçəkmiş şəxsin, ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Beləliklə məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam subuta yetir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, 05 dekabr 2025-ci il tarixdə, saat 11:45 radələrində özünə məxsus avtomobili yuduzdurmaq üçün Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən avtoyuma məntəqəsinə gəlmiş, həmin avtoyuma məntəqəsində işləyən Zərərçəkmiş şəxs avtomobilini nisyə yuduzdurmaq istədiyini bildirdiyindən Zərərçəkmiş şəxs onun əvvəllər də avtomobilini nisyə yuduzduraraq pulunu vermədiyi üçün onun avtomobilini yumaqdan imtina etdiyindən və ona qarşı nalayiq ifadələr işlətdiyindən aralarında yaranmış həmin şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı qəsdən əli ilə bir dəfə Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən vurmaqla ona sağ gözünün alt nahiyyəsinin qançırı və sağ gözün ağlı qişasına qansızama, alın nahiyyəsində hematoma kimi ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının:

4. Bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. (“Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” 24 fevral 1994-cü il tarixli, 793 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir.) 7-ci hissəsinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər (CM-in 128-ci maddəsi nəzərdə tutulmamışdır); 7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60-cı, 65-ci və 191- 1-ci maddələrlə məhkum olunmuş şəxslər; 7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər; 7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər; 7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər; 7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər. 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19-cu hissəsi və 19.5-ci bəndinə əsasən AzərbaycanRespublikası Cinayət, Cinayət- Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən amnistiya bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Məhkəmə amnistiya aktının tətbiqi ilə bağlı nəzərə alınmalı hallar üzrə məlumatları nəzərdən keçirib müəyyən edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlər mövcud deyildir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344-349, 356, 358 və 384-385-ci maddələrini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 4, 5.1-ci bəndləri, 6, 7, 10 və 19-cu hissələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 4 və 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməzsə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar