Məhkəmə qərarları › İş №1(075)-16/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-16/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-16/2021 24.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1993-cü ildə Zaqatala rayonu Pərzivan kəndində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Zaqatala rayonu Pərzivan kəndində qeydiyyatda olmaqla, tutulana kimi Zaqatala rayonu Aşağı Tala kəndində yaşamış, bаrəsində həbs qətimkаn tədbiri seçilmiş və X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29,177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, o, əvvəllər məhkum olunmasına, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən, tamah niyyəti ilə, qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluğa cəhd, həmçinin özgənin əmlakını qəsdən yandırmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq qəsdən özgə əmlakını məhv etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmasına və 2500 manat cərimə cəzası verilməsinə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə azadlıqdan mərhum etmə cəzasının 04 il müddətinə endirilməsinə və xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxx 2020-ci il tarixdə, təxminən saat 22 radələrində Şəki rayonu Bolludərə kəndinə gəlib həmin kənddə yaşayan və əvvəllər fermasında çobanlıq etdiyi Zərərçəkmiş şəxs evində 3000 manat pul olduğunu ehtimal edərək sonuncunun fərdi yaşayış evinin həyətində yerləşən tövləsinin arxa hissəsinə yığdığı saman tayasını yandırıb onun yanğını söndürməyə başının qarışmasından istifadə edib qanunsuz evinə daxil olaraq pulunu oğurlamaq istəsə də, tayanı yandırdıqdan sonra taya sürətlə yandığına və yanğın ocağının ətrafına toplaşan qonşuların onu görə biləcəyindən qorxaraq öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən edilən cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa o, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmasına və 2500 manat cərimə cəzası verilməsinə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə azadlıqdan mərhum etmə cəzasının 04 il müddətinə endirilməsinə və xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə yaşadığı Zaqatala rayonu Aşağı Tala kəndindən Şəki rayonu Bolludərə kəndinə gələrək təxminən saat 22 radələrində həmin kənddə yaşayan və əvvəllər fermasında çobanlıq etdiyi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövləsinin arxa hissəsinə yığdığı hər birinin qiyməti 2 manat olmaqla, 6000 manat dəyərində 3000 ədəd saman bağlamalarını və 12x12 ölçüdə hər birinin qiyməti 100 manat olmaqla, 200 manat dəyərində iki ədəd polietilen çadırlarını alışqanla qəsdən yandırmaqla sonuncuya məxsus xeyli miqdarda, yəni cəmi 6200 manat dəyərində əmlakını qəsdən məhv etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2019-cu ilin avqust ayından bibisi qızı Gülnar ilə qeyri-rəsmi ailə qurmuş, xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Şəki rayonu Bolludərə kəndində yaşayan Zərərçəkmiş şəxs həmin kənddə yerləşən fermasında arvadı Gülnarla birlikdə çoban işləmişdir. Faiqlə münasibəti həmişə yaxşı olmuşdur. Ailə həyatı qurmaqlarına baxmayaraq övladları olmamış, süni mayalanma yolu ilə övlad dünyaya gətirmək üçün 3000 manat pula ehtiyacı olmuşdur. Əvvəllər təsərrüfatında çoban işlədiyi İsmayıllı rayonu İvanovka kəndində “Zakir” adlı şəxsdən borc pul almaq məqsədilə xx xxxx 2020-ci il tarixdə özünə məxsus motosikletlə arvadı Gülnarla birlikdə yaşadığı Aşağı Tala kəndindən çıxıb İsmayıllı rayonuna yola düşmüşlər. Oğuz rayonu Kərimli kəndinə çatanda gec olduğu üçün fikrindən daşınmış və Faiqdən pul almaq üçün yolunu dəyişmiş, Şəki rayonu Bolludərə kəndində getmişdir. Lakin Faiqin evinə çatanda həyətdəki itləri görüb motosikleti Faiqin evindən təxminən 1 km aralıda saxlamış, Gülnara orada gözləməsini deyib Faiqin fermasına doğru piyada getmişdir. Daha sonra Faiqin evinə yaxınlaşmış və bir neçə dəfə səsləmişdir. Lakin cavab verən olmamışdır. O zaman həyətdən kənarda yerləşən ot tayasını yandırmaq qərarına gəlmişdir. Düşünmüşdür ki, qapının yanındakı ot tayasını yandırsa, evdəkilərin və ətrafdakıların başı yanğına qarışar və o, Zərərçəkmiş şəxs evinə daxil olaraq pul oğurlayar. Planı üzrə iki ot bağlamasını ətrafa səpərək alışqan vasitəsi ilə yandırmış və gizlənib evə daxil olmaq üçün gözləmişdir. Lakin yanğın gözlədiyindən daha çox alovlanaraq ətrafın işıqlanmasına və insanların toplaşmasına səbəb olduğundan evə girmədən oradan uzaqlaşmış, motosikletin olduğu yerə getmişdir. Gülnar ondan nə yandığını soruşan zaman ona Faiqin tayasını yandırdığını demişdir. Bundan sonra motosikletini işə salıb Şəki rayonu Çayqaraqoyunlu kəndinə gəlib oradan Yevlax-Zaqatala yoluna çıxıb yaşadığı Zaqatala rayonuna evlərinə getmişlər. Öncədən oğurluq etmək niyyəti olmamış, vurduğu ziyanın bir qismini ödəmişdir. Bundan artığına imkanı yoxdur. Etdiyi əməldən peşman olmasını, ziyanı qismən ödəməsini nəzərə almaqla məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1992-ci ildə Laçın rayonunun işğalından sonra ailəsi ilə birlikdə Şəki rayonu Bolludərə kəndinə köçüb orada məskunlaşmışdır. Həmin kənddə iribuynuzlu mal-qara saxlayaraq ailəsini dolandırır. Mallarını saxlamaq üçündə əvvəlcədən yem tədarükü görür. Bunun üçün yaşadığı evin həyətyanı sahəsində mal tövləsindən təxminən 5-10 metr aralıda hər birində 1500 ədəd saman tayları olan iki ot tayası yığmışdır. xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdə olan zaman saman tayalarının yandığını görmüş və dərhal alovu söndürmək üçün evdən çıxıb tayasının yanına getmişdir. Tayasına çatanda hər iki tayanın orta hissədən yerdən alışıb yandığını görmüşdür. Həmin vaxt dərhal yanğınsöndürmə xidmətinə zəng vurub tayalarının yanması barədə məlumat vermişdir. Qonşuları da tayalarının söndürmək üçün ona köməyə gəlmişlər. Bir qədər sonra iki yanğınsöndürmə maşını gəlmiş və alovu söndürmüşlər. Buna baxmayaraq yanğın zamanı hər iki tayasına yığdığı 3000 ədəd saman tayları tamamilə yanmışdır. Eyni zamanda tayalarda yanğın güclü olduğundan alov tayalarının baş hissəsində yerləşən qardaşı oğlu Seymurun yonca və saman tayalarına keçmiş, yanğın nəticəsində Seymurun da saman və yonca bağlamaları yanaraq məhv olmuşdur. Səhəri gün qonşularla birgə evin yaxınlığından motosikletin təkər izlərini aşkar etmiş və təkər izi ilə gedərək motosikletin yolda yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinə daxil olmasını müəyyən etmişlər. Yanacaqdoldurma məntəqəsinin müşahidə kameralarına baxış keçirdikdə motosikletdə İsa və üzünü gizlətməyə çalışsa da Gülnar olduğunu görmüş, polisə məlumat vermişdir. İsanın polis bölməsinə aparılmasından bir gün sonra Gülnar və anası onların evinə gələrək mağazaya olan borcla bağlı İsanın tutulduğunu və ondan kömək istədiyini demişdir. Bu məqama diqqət yetirməyi məhkəmədən xahiş edir. Onlardan 1900 manat və 1600 manat pul, 220 ot bağlaması almışdır. Ot bağlamasının 20 ədədi açıldığından onları hesaba almır və 200 bağlama kimi qəbul edir. 3500 manat pulu isə, o, qardaşı oğlu Seymura vermişdir. Çünki Seymura da ziyanlıq dəymişdir. Lakin onu zərərçəkmiş şəxs qismində tanımamışlar. Odur ki, ona çatan yalnız 200 bağlama ot olmuşdur ki, onu da 2 manatdan hesablayaraq 400 manat ziyandan çıxır. Qalan otu isə bağlamasını 3 manatdan hesablayaraq vurulan zərərin əvəzini tələb edir. Gülnar onun evində kassa olduğunu görmüşdür. Lakin onu da qeyd etmək istəyir ki, İsa oğurluğa gələn zaman onun evində 3000 manat pul olmamışdır. Məhkəmədən əsasən iki xahişi vardır: bunlar Gülnarın istintaqa cəlb olunması və ona vurulan 9000 manat ziyanın ödənilməsidir. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutlan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 verdiyi ifadəsində bildirdi ki, 1992-ci ildə Laçın rayonu işğalından sonra ailəsi ilə birlikdə Şəki rayonu Bolludərə kəndinə köçüb orada məskunlaşmışdır. Yaşadığı kənddə müəllim işləməklə yanaşı iribuynuzlu heyvanlar saxlayaraq ailəsini dolandırır. Mallarını saxlamaq üçün yay aylarından qış üçün yem alır. Bu il də malları üçün 255 ədəd yonca, 700 ədəd saman tayları alıb tövləsinin arxa hissəsinə yığmışdır. Həmin tayalarının üstünə yağışdan qorunması üçün 3 ədəd polietilən materialdan olan çadır alıb çəkmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində o, yaşadığı evdən çölə çıxmış və görmüşdür ki, od ilk olaraq Faiqin iki ot tayasına, sonra isə əvvəlcə onun saman, daha sonra yonca tayasına keçir. Qonşuların köməkliyi ilə yanğını söndürmüşlər. Övladı yanğının şahidi olmuş, stress keçirmişdir. Onun müalicəsinə kifayət qədər vəsait xərcləmişdir. Təqsirləndirilən şəxs tanımır. Sadəcə Faiqin yanında işlədiyi zaman bir neçə dəfə görmüşdür. Zərərçəkmiş şəxs aldığı 3500 manatı ona vermişdir. Pulu ona verəndə Gülnar və anası orda olmamışdır. Lakin elə düşünür ki, onların razılığı ilə vermişdir və bundan sonra da Faiqin pulunu ödəyəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 verdiyi ifadəsində bildirdi ki, hadisə zamanı evdə deyil, qonşu kənddə olmuşdur. Yanğın barədə qonşu zəng edərək xəbər vermiş, bundan sonra həyəcanla hadisə yerinə gəlmişdir. Evə çatdıqda yanğını söndürməyə kömək etmişdir. Səhəri gün ətrafı müşahidə zamanı motosikletin keçdiyini bildirən izləri görüb yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin kameralarına baxmış, İsa və Gülnarı tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək əri İsa Şəki rayonu Bolludərə kəndində yaşayan Zərərçəkmiş şəxs fermasında çoban işlədiyinə görə həmin fermada əri ilə birlikdə yaşamışdır. Müalicə olunsada övladları olmamışdır. Süni mayalanma yolu ilə övlad dünyaya gətirmək üçün 3000 manat pula ehtiyacları olmuşdur. xx xxxx 2020-ci il tarixdə əri İsa ona İsmayıllı rayonu İvanovka kəndinə “Zakir”in fermasına getmələrini, ondan pul alıb müalicəsini etdirmələrini, sonra işləyib onun pulunu verəcəklərini dedikdə razılaşmış və həmin gün əri İsanın motosikleti ilə yaşadıqları Zaqatala rayonu Aşağı Tala kəndindən çıxıb İsmayıllı rayonuna yola düşmüşlər. Şəki şəhərindən keçib Oğuz rayonu Kərimli kəndinə çatanda İsa ona gec olduğunu, Şəki rayonu Bolludərə kəndində yaşayan Faiqin yanına gedib ondan pul almasını demiş və oradan Bolludərə kəndinə getmişlər. Həyətdə itlər olduğundan Faiqin evində dayanmamışlar, kənddən təxminən 1-2 km dağlıq sahəyə doğru gedərək İsa motosikleti saxlayıb ona orda gözləməyi, Faiqdən pul alıb gələcəyini demişdir. O da motosikletdə gözləmişdir. İsa isə düşüb Faiqin fermasına doğru getmişdir. Bir qədər sonra Faiqin ferması istiqamətdə güclü işıq olduğunu görmüş və bir müddət sonra İsa qayıdıb gəlmişdir. İsadan həmin işığın nə olduğunu soruşanda, İsa ona Faiqin tayasını yandırdığını demişdir. İsa ona Faiqi çağərdığını, sonuncunun cavab vermədiyini, o da fikrini dəyişdiyini, Faiqin evindən pul oğurlamaq üçün tayasını yandırdığını, ancaq taya sürətlə yandığı üçün oğurluq etmədiyini, geri qayıdıb gəldiyini bildirmişdir. Bundan sonra İsa motosikleti işə salıb Şəki rayonu Çayqaraqoyunlu kəndinə gəlmiş, oradan Yevlax-Zaqatala yoluna çıxıb həmin yolla sürüb yaşadıqları Zaqatala rayonuna – evlərinə getmişlər. İsanın Faiqə məxsus ot tayasını yandırıb evindən 3000 manat pulunu oğurlayacağını əvvəlcədən bilməmişdir. Hadisədən sonra o, anası ilə birlikdə Zərərçəkmiş şəxs 3500 manat pul vermiş və 220 ot bağlaması aparmışdır. Faiq ona 20 bağlamanın yığıldığı zaman açıldığı üçün hesaba salmadığını, 200 ot bağlaması kimi qəbul etdiyini demişdir. O, pulu və ot bağlamalarını Faiqə ziyanın əvəzinin ödənilməsi üçün vermişdir. Zərərçəkmiş şəxs pulu qonşu Seymura verməsindən xəbəri olmamışdır, ümumiyyətlə bununla bağlı ondan razılıq alınmamışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəki rayonu Bolludərə kəndində Zərərçəkmiş şəxs yaşadığı evinin həyətində yerləşən tövlənin arxa hissəsində yanğın baş vermişdir, həmin yerdə kül qalıqları qalmışdır. xx xxxxxxxx 2020-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlunun barəsində axtarış elan olunmaqla tutulması qərara alınmışdır. 08 sentyabr 2020-ci il tаrixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu tutularaq Şəki ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. İfadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotoşəkillərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, o, xx xxxx 2020-ci il tarixdə Şəki rayonu Bolludərə kəndində Zərərçəkmiş şəxs məxsus ot və saman bağlamaları olan tayaları yandırdığı yeri dəqiq göstərmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 10/2465 nömrəli ekspert rəyindən görünür ki, xüsusi ədəbiyyatda olan məlumatlara və ekspert təcrübəsinə əsasən yanar materiallar bərabər paylanmış sahələrdə (meşələrdə, otlaq sahələrində, ot bağlamalarının sıx yığıldığı yerlərdə və s.) yanğın izləri bərabərləşdiyindən yanğının mənbəyini, o cümlədən yayılma ardıcıllığını müəyyən etmək olmur. Şəki rayonu Bolludərə kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin arxa hissəsində yığılmış ot tayasında baş vermiş yanğın-qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ot bağlamalarının alışqanla yandırılması nəticəsində baş verməsi mümkündür. Aparılan ekspertizanın dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-cu il tarixli, 6/1987 nömrəli ekspert rəyindən görünür ki, Şəki rayonu Bolludərə kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus tayada baş vermiş yanğın zamanı hadisə yerindən götürüldüyü qeyd olunan kül nümunələri üzərində yüksək temperaturun təsirindən şəklini dəyişmiş neft məhsullarına məxsus izlər vardır. Aparılan ekspertizanın dəyəri 44.50 manatdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-cu il tarixli, 9/3810 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən ot kiplərinin xx xxxx 2020-ci il tarixə, respublika daxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilir. - Zərərçəkmiş şəxs məxsus 3000 ədəd saman bağlaması 6000.00 manat. - Şahid1 məxsus 700 ədəd saman bağlaması 1400.00 manat, 255 ədəd yonca bağlaması 1020.00 manat. Tədqiqata təqdim edilməyən, qərarın təsviri hissəsində göstərilən lakin qiymətləndirilməyən bir ədəd 12x10 metr, bir ədəd 10x10 metr və bir ədəd 6x8 metr ölçüdə polietilen çadırları faktiki ekspert baxışı keçirmədən, maddi sübut qismində ekspertiza tədqiqatına təqdim edilmədən, qərarın təsviri hissəsində məlumatlar kifayət qədər olmadığından onların konkret olaraq modelini, əmtəə görünüşünü, yararlığı, texniki göstəriciləri, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən tədqiqat və qiymətləndirmə aparılmadı. Aparılan ekspertizanın dəyəri 50 manatdır. DİN-nin BƏSİİ-dən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmünün və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 177.2.3-cü maddələri ilə 2500 manat miqdarında cərimə cəzasına, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2500 manat miqdarında cərimə cəzası təyin edilən azadlıqdan məhrumetmə cəzası ilə tamamilə toplanmaq yolu ilə qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 2500 manat miqdarında cərimə cəzası təyin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CMnin 66.3, 66.5 və 67.1-ci maddələrinə əsasən həmin hökmlə qismən, 2500 manat miqdarında cərimə cəzası isə tam toplamaq yolu ilə onun üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzaları saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmündən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmündən apellyasiya protesti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmündən CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin olunmasına dair müddəalar xaric edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmündən xeyli miqdarda ziyan vurması ilə əlaqədar verilmiş ittihamdan “xeyli miqdar” sözləri və “177.2.4-cü“ maddəsi xaric edilmiş, həmin hökmə əsasən təyin edilmiş cəza dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 02 il 05 ay 28 gün müddətinə endirilmiş, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2500 manat miqdarında cərimə cəzası Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş və qərarla yüngülləşdirilmiş azadlıqdan məhrumetmə cəzası ilə tamamilə toplanmaq yolu ilə qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 2500 manat miqdarında cərimə cəzası saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 03 il 06 aya endirilməklə həmin cəza Azərbaycan Respublikasının CM-nin 66.3, 66.5-ci maddələrinə əsasən Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş və qərarla yüngülləşdirilmiş 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən, 2500 manat miqdarında cərimə cəzası isə tam toplamaq yolu ilə onun üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzaları saxlanılmışdır. xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli, 5514 saylı məktubdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2500 manat cərimə cəzası Təqsirləndirilən şəxs tərəfindən icra olunmamış və onun barəsində amnistiya aktı tətbiq edilməmişdir. Zaqatala Rayon Mərkəzi X3 Şəxs tərəfindən verilən xx xxxxxxxx 2020-ci il tarixli 662 №-li məktubdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan Təqsirləndirilən şəxs Zaqatala RMX-nin Konsultativ Poliklinika şöbəsinin narkoloji və psixiatrik xəstəlikləri kabinetində qeydiyyatda deyil. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 29,177.2.3 və 186.2.2-ci maddələrilə nəzərdə tutulan əməlləri törətmişdir. Onun həmin cinayətləri törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bundan əlavə məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş tərəf israrla Şahid2 da cinayət məsuliyyətinə cəlb olunmasını qeyd etməklə Təqsirləndirilən şəxs ilə yanaşı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 da məsuliyyətə cəlb olunmasını tələb etmişdir ki, bununla bağlı məhkəmə ilk növbədə onu bildirməyi zəruri sayır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən işə yalnız verilən ittiham daxilində baxıldığından və yalnız təqsirləndirilən şəxsin əməlinin ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malik olduğundan, nəticə etibarı ilə zərərçəkmiş tərəfin tələbinin isə faktiki olaraq təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşmasına yönəldiyindən, məhkəmə qeyd edir ki, məhkəmənin bu hala qiymət verərək irəli sürülmüş ittihamdan kənara çıxmaq səlahiyyəti cinayət prosessual qanunvericiliklə istisna olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərar mövcuddur ki, həmin qərarla Şahid2 əməlində CM-nin 29, 177.2.1, 186.2.2 və 307.1-ci maddənin tərkib əlamətləri olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən isə qeyd edilən qərar mübahisələndirilməmişdir və həmin qərar hazırda qüvvədədir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Veysalidze X4 Faiq Cəlil oğluna məxsus ot tayasını yandırdıqdan sonra, alovun hündürə qalxaraq ətrafı aydınlatması, onun evdə yaşayanlar və törətdiyi yanğına görə hadisə yerinə toplaşan şəxslər tərəfindən Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talamaq istəyinin aşkar olunacağına əmin olduğundan öz iradəsindən asılı olmayan səbəblərdən oğurluq cinayətini başa çatdıra bilməmiş, cinayətkar niyyətini həyata keçirmədən qəsdin davam etdirilməsindən imtina edərək cinayət yerindən uzaqlaşmışdır. Odur ki, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 29,177.2.3 və 186.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmə məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Zərərçəkmiş şəxsin ona verilən 1600 və 1900 manat (ümumilikdə 3500 manat) pulu cinayət işi üzrə şahid olan Şahid1 verməsi və yalnız 220 ot bağlamasından 200 ot bağlamasının 400 manat dəyərində qiymətləndirərək ona çatmasını bildirməsinə münasibətdə məhkəmə qeyd edir ki, pul vəsaiti cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs verilmişdir və pulu verməkdə təqsirləndirilən şəxsin məqsədi Zərərçəkmiş şəxs vurulan zərərin əvəzinin ödənilməsi olmuşdur. Lakin zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulan zərərin əvəzi olaraq ödənilən 3500 manat məbləğində pulu təqsirləndirilən şəxsin razılığını almadan, əvvəlcədən məlumat vermədən, ondan xəbərsiz Şahid1 vermişdir. Odur ki, 3500 manat pulun və 220 ot bağlaması 400 manat dəyərində hesablanaraq Zərərçəkmiş şəxs verilməsi, zərərçəkmiş şəxsə vurulan ziyanın qismən ödənilməsi kimi məhkəmə tərəfindən qəbul edilir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı kimi nəzərə alınır. Bundan başqa məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını da onun cəzasının yüngülləşdirici halı kimi qəbul edir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi“yeddi“ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təsnifatına əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2, 221.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətlər hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və cinayətlərin residivini məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, CM-yə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (maddə 65.1 və 65.2). CM-nin 29, 177.2.3 və 186.2.2-ci maddələrinin sanksiyalarında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məcəllənin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda müstəqil icra olunur. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, xx xxxxxx 2015-ci il tarixli, xx xxxxxx 2015-ci il tarixli hökmlərinə və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş, lakin icra olunmamış 2500 (iki min beş yüz) manat cərimə cəzası Təqsirləndirilən şəxs təyin olunacaq cəza ilə tamamilə toplanmalıdır. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan hadisə yerindən götürülmüş kül nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 194.50 (bir yüz doxsan dörd manat əlli qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddiаnın оlmаmаsı nəzərə аlınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, xx xxxxxx 2015-ci il tarixli, xx xxxxxx 2015-ci il tarixli hökmlərinə və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2500 (iki min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.2-ci maddələrinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanmaqla, onun üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2500 (iki min beş yüz) manat cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni, xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan hadisə yerindən götürülmüş kül nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 194.50 (bir yüz doxsan dörd manat əlli qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə mülki iddiаnın оlmаmаsı nəzərə аlınsın. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm аpellyаsiyа şikаyəti və yа аpellyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar