Məhkəmə qərarları › İş №1(075)-16/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-16/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-16/2023 22.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Xocalı rayonu Karmirgux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, Sabunçu rayonu Sukanal İdarəsində qəza-bərpa işləri üzrə çilingər işləyən, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X8 küçəsi, ev 19, mənzil 46-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyətilə, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ilə ələ keçirmək məqsədilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid1 vasitəsilə tanış olduğu Şəki rayonu, Çələbixan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pul müqabilində oğlu X2 Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldatma yolu ilə 30 aprel 2019-cu il tarixdə saat 21 radələrində Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində yaşadığı evin qarşısında küçədə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyətilə, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 1000 (bir min) manat pul müqabilində qardaşı Şahid2 Fövqaladə Hallar Nazirliyinin Mülki Müdafiə hissəsinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldatma yolu ilə 12 dekabr 2019-cu il tarixdə, saat 19 radələrində Şəki rayonu, Baş Layısqı kəndində evlərinin qarşısında sonuncunun 1000 (bir min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyətilə, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 1800 (bir min səkkiz yüz) manat pul müqabilində onu Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldatma yolu ilə 23 fevral 2020-ci il tarixdə, saat 14:30 radələrində Şəki şəhəri, X8 prospektində yerləşən VİP çay evinin qarşısında sonuncunun 1800 (bir min səkkiz yüz) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyətilə, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 Mehrab oğluna 2000 (iki min) manat pul müqabilində onu Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldatma yolu ilə 27 fevral 2020-ci il tarixdə, saat 19 radələrində sonuncunun Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən Bazarstore mağazasının qarşısındakı terminaldan onun kart hesabına köçürdüyü 2000 (iki min) manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 Mehrab oğluna 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyətilə, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 2000 (iki min) manat pul müqabilində onu Gömrük Xidmətinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldatma yolu ilə 03 may 2020-ci il tarixdə, saat 14 radələrində Şəki rayonu, Yeni Çələbixan qəsəbəsinin girişində sonuncunun 2000 (iki min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyətilə, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 2500 (iki min beş yüz) manat pul müqabilində onu Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldatma yolu ilə 11 aprel 2021-ci il tarixdə, saat 23 radələrində Şəki rayonu, Çələbixan qəsəbəsi ərazisində yerləşən X12 postunun yaxınlığında sonuncunun 2500 (iki min beş yüz) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, Şəki rayonu,Çələbixan qəsəbəsində yaşadığı müddətdə Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tanımışdır. Onlardan işə düzəltmək adı ilə pullar almışdır. O, zərərçəkmiş şəxslərin adından müvafiq qurumlara müraciət edib, lakin pandemiya vaxtı olduğundan işləri alınmayıb. Aldığı pulları özü üçün xərcləyib. Əslində iki nəfəri işə düzəldib. Bildirmişdir ki, 2020-ci ilin əvvələrində Altun ondan Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Altundan kömək etməsi üçün 4500 manat pul istəmişdir. Altun ona ilkin olaraq 2000 manat, iş düzələndən sonra qalan pulu verməsini təklif etmiş, razılaşmışlar. Altuna işə düzəlməsi üçün şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətini və yaşayış yerindən arayış alaraq ona verməsini demişdir. xx.xx.2020-ci il tarixdə Altun ona xalası oğlu Şaiqin yanında 1800 manat pulu və sənədlərin surətini ona vermişdir. Aradan bir neçə gün keçəndən sonra Şəki rayonu Göybulaq kəndində yaşayan Zərərçəkmiş şəxs6 ilə Şəki şəhər ərazisində rastlaşmışdır. Xəyal söhbət zamanı ona Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlmək istədiyini və ona işə düzəlməsi üçün köməklik göstərməsini xahiş etmişdir. Xəyaldan onu Şəki rayon X4 hissəsinə işə düzəlməsinə köməklik göstərməyə 5000 manat pul istəmişdir. Xəyala həmin pulun 2000 manatını əvvəl, qalan 3000 manatını isə işə düzələndən sonra verəcəyini demiş və onlar razılaşmışlar. Xəyala şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətini və yaşayış yerindən arayış alıb ona verməsini tapşırmış, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Xəyal ilə Şəki şəhəri S.Rəhman küçəsində yerləşən Gənçlik kafesinin qarşısında görüşmüş və ondan işə düzəlməsi üçün 2000 manat pulu və sənədlərin sürətini almışdır. xx.xx.2020-ci il tarixdə Şəki rayonu, Göybulaq kənd sakini Bəhlul ilə rastlaşıb söhbət edən zamanı Bəhlul ona Kömrük Xidmətində işə düzəlmək istədiyini və ona Kömrük Xidmətinə işə qəbul olunması ilə bağlı köməklik etməsini xahiş etmişdir. Bəhlula imtahandan özü keçəcəyi və 2000 manat pul verəcəyi təqdirdə ona köməklik edəcəyini demişdir. Bəhlulda razılaşmışdır. 03 may 2020-ci il tarixdə 14 radələrində Bəhlul ilə Şəki rayonu, Yeni Çələbixan qəsəbəsinin girişində görüşmüş və Kömrük Xidmətində işə qəbul olunması üçün keçirləçək imtahanda iştirak etməsi üçün ondan 2000 min manat pulu, ona məxsus şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, diplomunun sürətilərini və yaşayış yerindən arayışı almışdır. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 ilə Şəki şəhər ərazisində 9 mərtəbənin yaxınlığında görüşən zaman Vüsal ona Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlmək istədiyini bildirmiş və ondan həmin işə düzəlməsi üçün köməklik etməsini xahiş etmişdir. Vüsala həmin işə düzəlməsi üçün köməklik edə biləcəyini bildirmiş və 5000 manat pul istəmişdir. Vüsalda razılaşmış və ilkin olaraq 2500 manat, işə düzələndən sonra isə qalan 2500 manatı verəcəyini demişdir. 11 aprel 2020-ci il tarixdə Şəki rayonu, Çələbixan qəsəbəsi ərazisində yerləşən X12 Postunun yaxınlığında Vüsalla görüşüb ondan işə düzəlməsi üçün 2500 manat pulu və sənədlərinin sürətlərini almışdır. 2019-cu ilin aprel ayında Rəna adlı qadın ona zəng edərək, oğlu X5 Nazirliyinin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə yanğın söndürən vəzifəsinə işə düzəltmək istədiyini bildirmiş və ona köməlik etməsini xahiş etmişdir. Cəlalın sənədlərinin surətlərini və 3000 manat pul istəmişdir. Rənada həmin pulu verməyə razılaşmışdır. Bir neçə gün sonra, yəni xx.xx.2019-cu il tarixdə Rəna ona zəng edib Cəlalın sənədlərinin surətlərinin və pulun hazır olduğunu dediyi üçün sənədlərin surətlərini və 3000 manat pulu Şahinin vasitəsi ilə göndərməsini demişdir. Həmin gün axşam saatlarında Şahin ona zəng edib görüşmək istədiyini bildirdiyi üçün Şəki rayonu,Yeni Çələbixan qəsəbəsində onunla görüşmüş və Şahin ona Cəlal Qoşqarlının sənədlərinin surətlərini və 3000 manat məbləğində pulu vermişdir. Rənadan aldığı 3000 manat məbləğində pulu öz ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra Rəna ona zəng edib, Cəlalın işi ilə maraqlandıqda, ona Cəlalın işinin alınmadığını, Cəlalı işə düzəltməkdə köməklik etməyi üçün ondan aldığı 3000 manat pulu geri qaytaracağını demişdir. 2020-ci ilin mart ayında Şəki rayonu, Baltalı kəndi ərazisində Cəlal Qoşqarlı ilə görüşüb, anası Rənadan aldığı 3000 manat pulun 2.000 manatını ona vermiş, qalan 1000 manatını isə tezliklə qaytaracağına söz vermişdir. Sonradan Rəna ona zəng edib qalan 1000 manat pulunu istədikdə ona ona maddi vəziyyətinin pis olduğunu, lakin maddi vəziyyəti yaxşılaşan kimi pulu qaytaracağını bildirmişdir. Lakin tezliklə Zərərçəkmiş şəxs1 məxsus 1000 manat pulu qaytara bilmədiyi üçün Rəna ondan polis şöbəsinə şikayət etmişdir. Hazırda isə Rənanın qalan 1000 manat pulunuda tam ödəmişdir. 2019-cu ilin noyabr ayının sonlarında Şəki rayon sakini Zərərçəkmiş şəxs2la Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən kafedə tanış olmuşdur. Söhbət zamanı Fərhada istəyən olsa Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinə işə düzəldə biləcəyini demişdir. Kafedən çıxanda Fərhad ona yaxınlaşıb qardaşı Orxanın işsiz olduğunu, onu işə düzəltmək istədiyini demişdir. Orxanı işə düzəldə biləcəyini bildirmiş və qardaşının işə düzəlməsi üçün ondan 3000 manat pul istəmişdir. Söhbət zamanı Fərhada pulun 1000 manatını sənədləri verən zaman, qalan 2000 manatını isə qardaşı işə qəbul olandan sonra verməsini demişdir. Fərhadda razılaşmış və əlaqə saxlamaq üçün telefon nömrəsini götürmüşdür. Bir neçə gün sonra, yəni xx.xx.2019-cu il tarixdə Fərhad ona zəng vurduğu üçün Şəki şəhərində onunla görüşmüş və birlikdə onun Baş Layısqı kəndinə yaşadığı evə getmişlər. Fərhad avtomobildən düşüb evlərindən 1000 manat pul gətirib qardaşı Orxanın yanında ona vermişdir. Fərhaddan aldığı 1000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra Fərhad onunla əlaqə saxlayıb Orxanın işi ilə bağlı maraqlandıqda, ona Orxanın işinin alınmadığını, ondan aldığı 1000 manat pulu tezliklə qaytaracağını demişdir. Fərhaddan aldığı pulu vaxtında qaytara bilmədiyi üçün Fərhad ondan polis şöbəsinə şikayət etmişdir. Hazırda Fərhaddan aldığı 1000 manat pulu ona qaytarıb vermişdir. Barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, 2019-cu ilin aprel ayında oğlu X3 Hallar Nazirliyinin X4 Xidmətinin Şəki rayon X4 hissəsində «yanğınsöndürən» vəzifəsinə işə düzəltməyə kömıəklik etməsini tanışı Şahid1 xahiş edib. Şahində ona zəng edib Namiq adlı tanışının olduğunu, oğlunu işə düzəltməkdə ona kömək edə biləcəyini bildirmiş və əlaqə saxlaması üçün Namiqin nömrəsini ona vermişdir. Təqsirləndirilən şəxs ilə danışmışdır. Namiqdə ona bu işdə köməklik edəcəyini və 3000 manat pul və Cəlalın şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini verməli olduğunu demişdir. xx.xx.2019-cu il tarixdə Namiqə zəng edib sənədləri və 3000 manat pulu hazırladığını demiş, Namiqdə həmin pulu və sənədləri ona çatdırması üçün Şahinə verməsini bildirdiyinə görə Şahinə zəng edib onun Şəki rayonu, Çələbixan qəsəbəsində «Alaqapı» adlanan ərazidə qoyun otardığını öyrəndikdən sonra həmin əraziyə gedib Şahinlə orada görüşüb Cəlalın sənədlərinin surətlərini və 3000 manat pulu Namiqə çatdırması üçün ona vermişdir. Səhəri gün Namiqə zəng edib Şahinin sənədləri və 3000 manat pulu ona çatdır-çatdırmamasını soruşmuş, Namiqdə Şahinin sənədləri və 3000 manat pulu ona verdiyini bildirmişdir. Xeyli müddət keçməsinə baxmayaraq Namiq oğlu Cəlalı işə düzəldə bilməmişdir. 2020-ci ilin mart ayında Namiqə zəng edib Cəlalı işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, Namiq də, ona Cəlalı işə düzəlməsinə kömək edə bilmədiyini bildirmiş və pulunu yaxın vaxtlarda geri qaytaracağına söz vermişdir. 2020-ci ilin mart ayının sonlarında Namiq oğlu Cəlala 2000 manat pul qaytarmış, pulun qalan 1000 manatını isə yaxın vaxtlarda verəcəyini demişdir. Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsi ilə bağlı DİN-ə və Şəki ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Namiq hazırda onun pulunu tam qaytarıb verdiyi üçün ondan heç bir şikayəti və tələbi yoxdur, barışmışdır və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, 2019-cu ilin noyabr ayında Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən kafedə iş yoldaşı ilə çay içən zaman sonradan tanıdığı Namiq yaxınlaşıb onlarla salamlaşıb yanlarında əyləşmişdir. Söhbət zamanı Namiq onlara istəyən olsa Fövqaladə Hallar Nazirliyin X4 Xidmətinə işə düzəldə biləcəyini demişdir. Sonra Namiq qalxıb gedən zaman onun arxasıca çıxıb ona qardaşını Fövqaladə Hallar Nazirliyin X4 Xidmətinə işə düzəltmək istədiyini bildirmişdir. Bu zaman Namiq ona qardaşını Mülki Müdafiə Xidmətinə işə düzəldə biləcəyini demişdir. Sonra Namiq ona qardaşı Orxanı Mülki Müdafiə Xidmətinə işə düzəlməsi üçün 3000 manat pul verməli olduğunu bildirmişdir. Namiq ilkin olaraq ona qardaşının qəbul işlərini görməsi üçün 1000 manat, işə başlayandan sonra isə 2000 manat pul verməsini demişdir. xx.xx.2019-cu il tarixdə Namiqə zəng vurub Şəki şəhəri, S.Mümtaz küçəsində onunla görüşmüşdür. Sonra Namiqin idarə etdiyi Mersedes markalı avtomobillə Şəki rayonu, Baş Layısqı kəndinə ata evlərinə getmişdir. Evdən qardaşı Orxanın şəxsiyyət vəsiqəsinin surətini və 1000 manat pulu gətirib gəldiklərni avtomobildə Namiqə vermişdir. Namiq sənədin surətini və pulu ondan alıb anasının adından Fövqaladə Hallar Nazirliyinə məktub yazacağını bildirmişdir. Təxminən 4-5 aydan sonra Fövqaladə Hallar Nazirliyindən onlara boş yer olmadığı üçün qardaşının işə qəbul olunmasının mümkün olmaması barədə məktub gəlmişdir. Ona görə Namiqə zəng vurub bu barədə məlumat vermişdir. Namiqdə ona narahat olmamasını qardaşının işini həll edəcəyini bildirmişdir. Qardaşının işi düzəlmədiyi üçün sonradan yenə Namiqə zəng vurub qardaşının işi ilə maraqlanmışdır. Namiqdə hər dəfə ona narahat olmamasını qardaşının işini həll edəcəyinə söz versədə sonradan qardaşının işini həll etməmişdir. Ona vurulan ziyan ödənilib, təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, 16 fevral 2020-ci il tarixdə Yeni Çələbixan qəsəbəsində Namiqlə görüşüb söhbət edən zaman X6 Nazirliyin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlmək istədiyini bildirmiş və ona həmin işə düzəlməsi üçün köməklik etməsini xahiş etmişdir. Namiqdə onu həmin işə işə düzəldə biləcəyini və bunun üçün 8000 manat pul verməli olduğunu demişdir. Sonra Namiq ona işə düzəlməsi üçün ilkin olaraq 2000 manat, işə başlayandan sonra isə qalan 6000 manat pul verməsini bildirmişdir. Bir həftə ərzində 1800 manat pul tapmış və 23 fevral 2020-ci il tarixdə xalası oğlu Şaiqin idarə etdiyi Vaz- 2107 markalı ** UH *** nömrəli avtomobillə Şəki şəhərinə VİP çay evinə getmişlər. Namiqlə həmin çay evində görüşüb çay içib çıxandan sonra çay evinin qarşısında saxladıqları avtomobilin içərisində Şaiqin yanında 1800 manat pulu və sənədlərin surətini Namiqə vermişdir. Namiq pulu və sənədlərin surətini ondan alandan sonra ona narahat olmamasını 6 ay ərzində işini həll edəcəyinə söz vermişdir. Təxminən 3 aydan sonra Namiqə zəng vurub işi ilə maraqlanmışdır. Namiqdə ona narahat olmamasını 1 ay ərzində işini həll edəcəyini bildirmişdir. Sonradanda bir neçə dəfə Namiqə zəng vurub işi ilə maraqlanmış, lakin Namiq hər dəfə onu aldadıb işini bir ay ərzində həll edəcəyinə söz versədə yenədə işini həll etməmişdir. Sonuncu dəfə Namiqlə 2022-ci ilin mart ayının əvvəllərində Şəki rayonu, Qoxmuq kəndində görüşüb söhbət edən zaman ondan pulunu istəmişdir. Namiqdə hazırda imkanı olmadığını bildirərək pulunu qaytarması üçün 4 ay vaxt istəmişdir. Razılaşdıqları vaxt çatdıqda Namiq yenə onu aldadıb pulunu vermədiyinə görə 16 iyul 2022-ci il tarixdə Şəki ŞRPŞ-nə gəlib Namiqin onu işə düzəltmək adı ilə aldadıb 1800 manat pulunu alması ilə bağlı şikayət etmişdir. Ona vurulan zərər ödənilib, təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 Mehrab oğlu ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, 2020-ci ilin fevral ayının ortalarında dostu Şaiqlə söhbət edən zaman Namiq adlı bir şəxs onu Fövqaladə Hallar Nazirliyin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlməsinə köməklik etdiyini, iş düzəlməsini istəyirsə Namiqin telefonunu ona verə biləcəyini bildirmişdir. İşsiz olduğu üçün razılaşmış və Şaiqdən Namiqin hazırda xatırlamadığı mobil nömrəsini alıb həmin gün Namiqə zəng vurub onunla Şəki şəhərində Ovçular restoranında görüşmüşdür. Söhbət zamanı X6 Nazirliyin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlmək istədiyini və həmin işə düzəlməsi üçün köməklik etməsini xahiş etmişdir. Namiqdə onu həmin işə düzməsinə köməklik edə biləciyini bildirmiş və həmin işə düzəlməsi üçün ondan 6000 manat pul istəmişdir. Namiq ona ilkin olaraq işə düzəlməsi üçün 2000 manat, işə başlayandan sonra isə qalan 4000 manat pulu verməli olduğunu demişdir. Razılaşdığı üçün bir neçə gündən sonra 2000 manat pul düzəldib Namiqə zəng vurub pulu hazırladığını demişdir. Namiqdə ona Bakı şəhərində olduğunu, ona bir kart şəkli göndərəcəyini, pulu həmin karta göndərməsini, həmçinin özünün və anasının şəxsiyyət vəsiqəsinin şəklini çəkib ona göndərməsini bildirmişdir. Ona görə 27 fevral 2020-ci il tarixdə saat 19 radələrində Şəki şəhəri,S.Rəhman küçəsində yerləşən Bazarstore mağazasının qarısındakı terminaldan Namiqin ona göndərdiyi kart hesabına 2000 manat pul göndərmişdir. Bundan sonra pul göndərməsi barədə qəbzin şəkilini çəkib Namiqin vothsapına göndərmişdir. Namiqdə ona ən tezi 10 -15 günə, ən geci isə 3-5 ay ərzində işi həll edəcəyinə söz vermişdir. 3 aydan sonra Namiqə zəng vurub işi ilə maraqlandıqda Namiq ona indi pandemiya vaxtı olduğuna görə işə qəbulun dayandırıldığını,pandemiya qurtaran kimi onu nazirlikdən işə qəbulla əlaqədar çağıracaqlarını demişdir. Ona görə pandemiya dövründə Namiqə zəng etməmişdir. Pandemiyadan sonra bir neçə dəfə Namiqə zəng vurub yenə işi ilə maraqlanmışdır. Namiq isə hər dəfə ona narahat olmamasını 1 ay ərzində işini həll edəcəyini bildirsədə sonradan işini həll etməmişdir. Ona vurulan zərər ödənilib, təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, 2020-ci ilin mart ayında sinif yoldaşı Altunla söhbət edən zamanı sonuncu ona Şəki rayonu, Yeni Çələbixan qəsbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin onu Fövqaladə Hallar Nazirliyin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlməsinə köməklik göstərəcəyini bildirmiş və əlavə etmişdir ki, Fövqaladə Hallar Nazirliyinə işə düzəlmək istəsə Namiqlə görüşüb onunla söhbət edə bilər. Bir müddət sonra yəni 01 may 2020-ci il tarixdə Şəki rayonu, Yeni Çələbixan qəsəbəsinə gedib orada Namiqi tapıb onunla görüşmüşdür. Söhbət zamanı Namiqə onun bəzi şəxslərin işə düzəlməsinə köməklik etdiyini eşitdiyini bildirmiş və onuda Kömrük xidmətinə işə düzəlməsinə köməklik etmək imkanının olub-olmamasını soruşmuşdur. Namiqdə ona sənədlərinin hazırlanmasına köməklik edə biləcəyini, lakin imtahanı özünün verməli olduğunu, əgər imtahana çağrılmayacağı təqdirdə pulunu qaytaracağını, imtahandan keçə bilməyəcəyi təqdirdə isə pulunu qaytarmayacağını bildirmişdir. Namiqdən işinin düzəlməsi üçün ona nə qədər pul verməli olduğunu soruşduqda, Namiq ona 2000 manat pul verməli olduğunu demişdir. Razılaşdığı üçün 03 may 2020-ci il tarixdə saat 14 radələrində qardaşı Nicatla Şəki rayonu, Yeni Çələbixan qəsəbəsinə gedib qəsəbənin girişində Namiqlə görüşmüşlər və qardaşının yanında 2.000 manat pulu və hərbi biletinin, diplomunun, şəxsiyyət vəsiqəsinin surətini çıxarıb Namiqə vermişdir. Namiq pulu və sənədləri ondan alıb Gömrük Xidmətinə aparıb verəcəyini, sonra onu imtahana çağıracaqlarını bildirmişdir. İki aydan sonra Kömrük Xidmətindən ona «sizin təhsiliniz bizim ştat vahidlərinə uyğun gəlmədiyi üçün müraciətinizi müsbət cavablandıra bilmirik» məzmununda məktub gəlmişdir. Ona görə bu barədə Namiqə məlumat vermişdir. Həmin vaxt Namiqə təklif etmişdir ki, sənədələrinin Şəki Asan Xidmətinə işə qəbul üçün hazırlamağa kömək etsin. Namiqdə razılaşmışdır. Bir müddətdən sonra ona Şəki Asan xidmətindən Şəki Asan xidmətində hazırda vakant yer olmaması məzmununda məktub gəlmişdir.Ona görə Namiqə məlumat verib başqa yerdə iş istəmədiyini və pulunu qaytarmasını bildirmişdir. Namiqdə ona pulunu qaytaracağına söz vermişdir. Sonradan bir neçə dəfə Namiqdən pulunu istəmişdir. Namiqdə ona hazırda maddi imkanının yaxşı olmadığını, lakin pulunu qaytarıb verəcəyini demişdir. 2022-ci ilin aprel ayının əvvəllərində yenə Namiqlə Şəki şəhərində görüşüb ondan pulumu istəmişdir. Namiqdə hər ay kart hesabına 100, 200 manat pul göndərəcəyinə söz vermişdir. 2022-ci ilin may ayının əvvəllərində Namiq onun kart hesabına 200 manat pul göndərmişdir. Növbəti ay Namiqə pul göndərmədiyi üçün zəng vurub pulunu istəmişdir.Namiqdə hazırda imkanı olmadığını, lakin pulunu verəcəyini bildirmişdir.Namiq sonradan pulunu qaytarmadığına görə polis şöbəsinə gəlib onun barəsində şikayət etmişdir. Ona vurulan zərər ödənilib, təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, 11 aprel 2021-ci il tarixdə həmkəndlisi Xəyal söhbət zamanı Namiq adılı şəxsin onu Fövqaladə Hallar Nazirliyin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə işə düzəlməsinə köməklik etdiyini, istəyirsə onuda Namiqlə tanış edə biləcəyini bildirmişdir. İşsiz olduğu üçün razılaşmış və həmin gün Xəyalla birlikdə Şəki şəhərinə gəlib Çələbixan restoranında Namiqlə görüşmüşlər. Namiq ondan hara işə düzəlmək istədiyini soruşduqda ona Fövqaladə Hallar Nazirliyinə işə düzəlmək istədiyimi bildirmişdir. Namiqdə ona dediyi işə düzəlməsi üçün 7500 manat, beləki ilkin olaraq işə düzəlməsi üçün 2500 manat, işə başlayandan sonra isə 5000 manat pul verməli olduğunu demişdir. İşə düzəlməsi üçün həmin pulu verməyə razılaşmışdır. Sonra Namiq ona bu gün Bakı şəhərinə gedəcəyini, 2500 manat pulu, həmçinin özünün və valideyinlərinin şəxsiyyət vəsiqələrinin surətini ona çatdırmasını demişdir. 11 aprel 2021-ci il tarixdə saat 23 radələrində evlərində olan zaman Namiq istifadəsində ***-***-**-** mobil nömrəsindən mobil telefonuna zəng vurub Şəki rayonu, Çələbixan qəsəbəsi ərazisindəki X12 postunun yaxınlığında onu gözlədiyini bildirmişdir. Ona görə evlərindən 2500 manat pulu götürüb özünə məxsus Vaz-2107 markalı ** ZV *** dövlət nömrə nişanlı avtomobillə Namiqin dediyi yerə getmişdir. X12 postunun yaxınlığında Namiqlə görüşüb 2500 manat pulu ona vermişdir. Özünün və valideyinlərinin şəxsiyyət vəsiqəsinin şəklini çəkib votsapla Namiqin telefonuna göndərmişdir. Namiq pulu ondan alandan sonra ona narahat olmamasını 3-5 ay ərzində işini həll edəcəyinə söz vermişdir. 3 aydan sonra Namiqə zəng vurub işi ilə maraqlanmışdır. Namiqdə ona narahat olmamasını 1 ay ərzində işini həll edəcəyini bildirmişdir. Sonradanda bir neçə dəfə Namiqə zəng vurub işi ilə maraqlanmışdır. Lakin Namiq hər dəfə onu aldadıb işini bir ay ərzində həll edəcəyinə söz versədə, yenədə işini həll etməmişdir. Sonuncu dəfə təxminən 10 gun əvvəl Namiqlə Şəki şəhərində görüşüb ondan pulunu istəmişdir. Namiqdə ona kredit götürüb pulunu qaytaracağını bildirmiş, lakin yenə onu aldadıb pulunu verməmişdir. Ona görə Namiqin onu işə düzəltmək adı ilə aldadıb 2500 manat pulumu alması ilə bağlı polis şöbəsinə gəlib şikayət etmişdir. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışdığını, ziyanın ödənildiyini bildirsə də, sonrakı iclasda təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın ödənilmədiyini, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2020-ci ilin may ayının əvvəllərində qardaşı Bəhlul söhbət zamanı ona Şəki rayonu, Yeni Çalabixan qəsəbəsində yaşayan Namiq adlı şəxsin onun sənədlərinin Kömrük xidmətinə işə düzəlməsinə köməklik edəcəyini və bunun üçün ondan 2000 manat pul istədiyini bildirmişdir. 03 may 2020-ci il tarixdə saat 14 radələrində qardaşı Bəhlul ona Namiqlə görüşməyə birlikdə Şəki rayonu, Yeni Çələbixan qəsəbəsinə getməklərini ondan xahiş etdiyi üçün həmin gün həmin qəsəbəyə gedib Namiqla görüşmüşlər. Bəhlul onun yanında 2000 manat pulu və özünün hərbi biletinin, diplomunun, şaxsiyyət vəsiqəsinin surətini çıxarıb Namiqǝ vermişdir. Namiq pulu va sənədləri qardaşından alıb bildirmiş ki, o, onun sənədləri Gömrük xidmətinə aparıb verəcək sonra onu imtahana çağıracaqlar. İki aydan sonra Bəhlula Kömrük xidmətindən məktub gəlmiş ki, Bəhlulun tahsili onların ştat vahidlərinə uyğun gəlmədiyi üçün müraciəti müsbət cavablandıra bilmirlər. Bəhlul da bu barədə Namiqə məlumat vermişdir. Sonra Bəhlul Namiqǝ təklif etmişdir ki, sənədələrini Şəki Asan Xidmətinə işə qəbul üçün hazırlamağa kömək etsin. Namiq də razılaşmışdır. Bir müddətdən sonra qardaşı X13 xidmətindən Şəki Asan xidmətində hazırda vakant yer olmaması məzmununda məktub gəlmişdir. Bundan sonra Bəhlul işi düzəlmədiyi üçün Namiqdən pulunu istəmiş. Namiq də Bəhlula pulunu qaytaracağına söz vermişdir. Lakin Namiq sonradan qardaşı Bəhlulu hər dəfə aldadıb pulunu qaytarmadığına görə qardaşı ondan polis şöbəsinə şikayət etmişdir. Məhkəmə iclası zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilməklə tədqiq edidi. Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel ayında Zərərçəkmiş şəxs1 ona zəng edib oğlu X7 Nazirliyinin X4 Xidmətinin Şəki rayon X4 hissəsinə «yanğınsöndürən» vəzifəsinə işə düzəltmək istədiyini bildirmiş və ondan oğlunu işə düzəltmək üçün tanışının olub-olmadığını soruşmuşdur. Həmin vaxt Rənaya maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Bir müddət sonra Şəki şəhərində tanışı Namiqlə görüşmüş və söhbət zamanı Namiqə tanıdığı bir şəxsin oğlunu işə düzəltmək istədiyini bildirib,ondan həmin şəxsin oğlunu işə düzəltmək imkanının olub-olmadığını soruşmuşdur.Namiqdə ona həmin şəxsin oğlunu işə düzəlməsinə kömək edə biləcəyini demişdir. Ona görə sonradan Rənaya zəng edib Namiqin ***-***-**-** mobil nömrəsini ona verib tanışı olduğunu, özünün zəng vurub onunla danışmasını, oğlunun işə düzəltməsində onun kömək edə biləcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə isə Rəna ona zəng edib harada olduğunu soruşduqda,ona Şəki rayonu, Çələbixan qəsəbəsi ərazisində «Alaqapı»adlanan ərazinin yaxınlığında qoyun otardığını bildirmişdir. Bir qədər sonra Rəna qoyun otardığı əraziyə gəlmiş və oğlu Cəlalın sənədlərinin surətlərini və 3.000 manat məbləğində pulu ona verib Namiqə çatdırmasını xahiş etmişdir. Bundan sonra Rəna çıxıb getmişdir. Həmin gün saat 21 radələrində Rənanın ona verdiyi sənədlərin surətlərini və 3.000 manat pulu aparıb Şəki rayonu,Yeni Çələbixan qəsəbəsində evlərinin qarşısında küçədə Namiqə verib, Rənanın göndərdiyini deyərək Rənaya kömək etməsini xahiş etmişdir. Bundan bir müddət sonra isə Zərərçəkmiş şəxs1 Namiqin onun oğlu Cəlalı işə düzəldə bilmədiyini, ondan aldığı puldan 2.000 manatını geri qaytarsa da 1000 manatını geri qaytarmadığını eşitmişdir. Hazırda bildiyinə görə Namiq Rənadan oğlunun işə düzəlməsi üçün aldığı pulun qalan hissəsi olan 1000 manatıda Rənaya qaytarıb vermişdir. Məhkəmə iclası zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilməklə tədqiq edidi. Şahid4 ifadəsində göstərmişdir ki, 23 fevral 2020-ci il tarixdə təxminən saat 14 radələrində xalası oğlu Altun ona zəng vurub xahiş etmişdir ki, onu Namiqlə görüşüb söhbət etməsi üçün Şəki şəhərinə aparsın. Ona görə Altunla birlikdə idarə etdiyi Vaz-2107 markalı ** UH *** nömrəli avtomobillə Şəki şəhərinə getmişlər. Altun ona Namiqin VİP çay evində olduğunu bildirdiyi üçün avtomobil həmin çay evinin qarşısına sürmüşdür. Avtomobildən hər ikisi düşmüş və Namiqlə həmin çay evində görüşüb çay içmişlər. Altun çay evində Namiqlə işə düzəlməsi ilə bağlı bir qədər söhbət etmişdir. Sonra Altun və Namiqlə çay evindən çıxıb çay evinin qarşısında saxladığı avtomobilə əyləşmişlər. Altun avtomobilin içərisində onun yanında 1800 manat pulu və sənədlərinin surətini Namiqə vermişdir.Namiqdə pulu və sənədlərin surətini Altundan alandan sonra ona narahat olmamasını, 6 ay ərzində işini həll edəcəyini bildirmişdir. Bundan sonra Altunla oradan çıxıb evlərinə getmişlər.Sonradan Namiqin nə Altunu işə düzəltdiyini, nə də pulunu qaytarmadığını, Altununda ona görə Namiqdən polis şöbəsinə şikayət etdiyini eşitmişdir. Namiqə işə düzəlməsi üçün pul verməmişdir. Lakin 2019-cu ilin dekabr ayında Namiq ondan 1700 manat borc pul istədiyi üçün ona həmin məbləğdə pul vermişdir. Namiq isə maddi durumu yaxşı olmadığna görə hələlik pulunu verməmişdir. Ancaq pulunu qaytaracağına söz vermişdir. Ona görə Namiqdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilməklə tədqiq edidi. Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda Şəki şəhərində fəaliyyət göstaran EVROİNQE şirkətində fəhlə işləyir. 2019-cu ilin noyabr ayı olardı o, hamin vaxtlar heç bir yerdə işləməmiş, işlayib çörək pulu qazanmaq üçün yer axtarmışdır. Həmin vaxtlar ondan böyük qardaşı Fərhad ona zeng vuraraq demiş ki, bir nəfər şəxs var onu Fövqəladə Hallar Nazirliyin Mülki Müdafiə xidmətində işə düzəldəcək. O da qaradaşı Fərhadın fikiri ilə razılaşmışdır. Qardaşı ona demiş ki, onu işə düzəldən şəxs cəmi 3 min manat pul istəmiş, əvvəlcədən sandlərlə birlikdə həmin şəxsə 1000 manat pulu verəcək. Sonradan qardaşı Farhadla bir neçə dəfə görüşmüş, qardaşı ona demiş ki, onu işə düzəldən şəxs Şəki rayonu Yeni Çələbixan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsdir. xx.xx.2019-cu il tarixdə axşam saatları olardı, qardaşı Farhad ona zəng vuraraq demiş ki, onu işə düzəldən Təqsirləndirilən şəxslə birlikdə yaşadığı Şəki rayonu Baş Layısqı kəndinə gəlirlər, evdə olan 1000 manat pulu götürüb Namiqə verəcək. Aradan bir qədər keçəndən sonra Farhad evə gəlib özünə məxsus olan 1000 manat pulu götürmüşdür. Namiq qardaşı Farhada demişdir ki, Fövqaladə Hallar Nazirliyinə anası Nəzakətin adından ərizə yazacaq, ona görə o, anası Nəzakətin şəxsiyyət vəsiqəsini özü ilə götürüb Fərhadla birlikdə evdən çıxıb yaşadıqları küçənin baş tərəfinə gəlmişlər. Küçənin baş tərəfindən Təqsirləndirilən şəxs özünə məxsus Mersedes markalı avtomobillə dayanmışdır. Fərhad qabaq o, isə arxa oturacaqda oturmuşlar. Fərhad avtomobilin salonunda 1000 manat pulu Təqsirləndirilən şəxs vermişlər. O da anası Nəzakətə məxsus şəxsiyyət vəsiqəsinin sürətini Namiqə vermişdir. Namiq ona demiş ki, anası Nəzakətin adından Fövqaladə Hallar Nazirliyinə ərizə yazacaq, ərizə əsasında onu Mülki Müdafiəyə işə qəbul edəcəklər. Aradan 4-5 ay keçəndən sonra Fövqəladə Hallar Nazirliyindən onlara məktub gəlmiş ki, boş yer olmadığı üçün onun işə qəbul olunmağı mümkünsüzdür. X10 Əliyevlə görüşüb Fövqəladə Hallar Nazirliyinə gələn rədd cavabını ona deyəndə Namiq qardaşını arxayın etmişdir ki, onun işini düzəldəcək, heç bir problem yoxdur. Lakin onun işi düzəlmədiyi üçün qardaşının verdiyi 1000 manat pulu geri tələb etsədə Namiq pulu verməkdən boyun qaçırdaraq hər dəfə bir bəhanə gətirirdi. Qardaşı Fərhad görmüş ki, Namiq bir neçə nəfər şəxsi də işə düzəldəcəyi adı ilə pul alaraq aldadıb, ona görə Şəki şəhər rayon Polis Şöbəsinə gələrək ərizə yazmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 məhkəməyə təqdim etdikləri əriəzələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi əriəzədən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və pulunu ondan tələb edir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə bütün epizodlarının bəraətverici əsaslar olmadan ittihamdan xaric edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə, həmçinin tədqiq olunmuş sübutların məcmusuna əsasən hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikası CPM-in 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən 30 aprel 2019-cu il tarixdə törətdiyi birinci epizod üzrə əmlakın mülkiyyətçisinə 3000 manat məbləğində, 12 dekabr 2019-cu il tarixdə törətdiyi ikinci epizod üzrə 1000 manat məbləğində, 23 fevral 2020-ci il tarixdə törətdiyi üçüncü epizod üzrə 1800 manat məbləğində, 27 fevral 2020-ci il tarixdə törətdiyi dördüncü epizod üzrə 2000 manat məbləğində, 03 may 2020-ci il tarixdə törətdiyi beşinci epizod üzrə əmlakın mülkiyyətçisinə 2000 manat məbləğində, 11 aprel 2021-ci il tarixdə törətdiyi altıncı epizod üzrə 2500 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi hər bir cinayət ayrı-ayrılıqda böyük iştimai təhlükə törətməyən cinayət olduğundan və hər bir epizoda görə məsuliyətə cəlb etmə müddəti keçdiyindən, təkrarlıq yaranmır. Odur ki, CM-in 75.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni tətbiq edərkən, cinayət təqibi üzrə toplanmış, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs hərəkətlərində cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılmasını istisna edən hallar, yəni cinayət törətmiş şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsinə görə müddətin axımının dayandırılması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin sonuncu epizodunun 2021ci ilin aprel ayında bitməsini, cinayət törətdikdən sonra istintaqdan və ya məhkəmədən qaçıb gizlənməməsini, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qızı barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə CM-nin 75.1-ci maddəsinə əsasən xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar