Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-16/2025 26.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1981-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X8 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.2-ci maddələri, xx.xx.1970-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 13-da qeydiyyatda olan, tutulana qədər Şəki rayonu, Çələbixan qəsəbəsində yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X8 saxlanılan Təqsirləndirilən şəxs2 CM-nin 234.1 və 234.2-ci maddələri, xx.xx.1965-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2022ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işsiz, Şəki şəhəri, Sabir küçəsi ev 2/3A-da qeydiyyatda olan, tutulana qədər Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, ev 2/7-də yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X8 saxlanılan Təqsirləndirilən şəxs3 CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs1 qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 19,33 qram çəkidə olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda 100 (bir yüz) manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmış, sonuncu Təqsirləndirilən şəxs1 almaqla əldə etdiyi xeyli miqdarda, ümumi təmiz çəkisi 11,71 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda 110 (bir yüz on) manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, qalan xeyli miqdarda, iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,13 qram və 3,49 qram olmaqla, ümumi təmiz çəkisi 7,62 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak məqsədi ilə üzərində saxlamış, Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs2 almaqla əldə etdiyi az miqdarda, iki ədəd gümüşü-ağ rəngli və bir ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,28 qram, 0,45 qram və 0,32 qram, ümumi təmiz çəkisi 1,05 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, ev 2/7 ünvanının yaxınlığında 30 (otuz) manat pul müqabilində narkotik vasitə alıcısı Şahid3 mənafeyindən çıxış edən Şahid4 satmış, qalan xeyli miqdarda, bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə 0,23 qram, 0,17 qram və 10,26 qram olmaqla ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak məqsədi ilə üzərində saxlamış, Şahid4 da öz növbəsində həmin narkotik vasitənin 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan hissəsini ona narkotik vasitə alması üçün 30 (otuz) manat pul vermiş Şahid3 vermiş, qalan 0,28 qram olan hissəsini istehlak məqsədi ilə özündə saxlamış, xx.xx.2024-cü il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X9 Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid3 və Şahid4 Şəki şəhəri, H.Əliyev prospektində yerləşən "Zümrüd" marketin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilib, Şahid3 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:35 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının arxa sol cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda Şahid4 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:45 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının sağ yan cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, bir ədəd kağız bükümdə olmaqla ümumi təmiz çəkisi 0,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhərrayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 04:10 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən həmin xeyli miqdarda, bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə olmaqla ayrı-ayrılıqda çəkiləri 0,23 qram, 0,17 qram və 10,26 qram, ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynindəki göy rəngli cins şalvarının sağ ön cibindən 40 (qırx) manat pul aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Şəki rayonu, Çələbixan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 14 fevral 2024-cü il tarixdə, saat 13:18 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol döş iç cibindən qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə saxladığı xeyli miqdarda, iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,13 qram və 3,49 qram olmaqla, ümumi təmiz çəkisi 7,62 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 6,91 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sellofan bükümdə olmaqla üzərində gəzdirməklə daşımış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 15 fevral 2024-cü il tarixdə yaşadığı ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə, saat 18:46 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı xeyli miqdarda, bir ədəd sellofan bükümdə olmaqla ümumi təmiz çəkisi 6,91 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda tanışı Təqsirləndirilən şəxs1 almaqla əldə etdiyi xeyli miqdarda, ümumi təmiz çəkisi 11,71 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda 110 (bir yüz on) manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs2 almaqla əldə etdiyi az miqdarda, iki ədəd gümüşü-ağ rəngli və bir ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,28 qram, 0,45 qram və 0,32 qram, ümumi təmiz çəkisi 1,05 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, ev 2/7 ünvanının yaxınlığında 30 (otuz) manat pul müqabilində narkotik vasitə alıcısı Şahid3 mənafeyindən çıxış edən Şahid4 satmış, qalan xeyli miqdarda, bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə 0,23 qram, 0,17 qram və 10,26 qram olmaqla ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak məqsədi ilə üzərində saxlamış, Şahid4 da öz növbəsində həmin narkotik vasitənin 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan hissəsini ona narkotik vasitə alması üçün 30 (otuz) manat pul vermiş Şahid3 vermiş, qalan 0,28 qram olan hissəsini istehlak məqsədi ilə özündə saxlamış, xx.xx.2024-cü il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X9 Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid3 və Şahid4 Şəki şəhəri, H.Əliyev prospektində yerləşən "Zümrüd" marketin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilib, Şahid3 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:35 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının arxa sol cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda Şahid4 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:45 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının sağ yan cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, bir ədəd kağız bükümdə olmaqla ümumi təmiz çəkisi 0,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhərrayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 04:10 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən həmin xeyli miqdarda, bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə olmaqla ayrı-ayrılıqda çəkiləri 0,23 qram, 0,17 qram və 10,26 qram, ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynindəki göy rəngli cins şalvarının sağ ön cibindən 40 (qırx) manat pul aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda tanışı Təqsirləndirilən şəxs1 xeyli miqdarda, ümumi təmiz çəkisi 7,62 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda çəkiləri 4,13 qram və 3,49 qram olmaqla iki ədəd kibrit qutusunda olmaqla üzərində gəzdirməklə daşımış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Şəki rayonu, Çələbixan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 14 fevral 2024-cü il tarixdə, saat 13:18 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol döş iç cibindən qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə saxladığı xeyli miqdarda, iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,13 qram və 3,49 qram olmaqla, ümumi təmiz çəkisi 7,62 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda tanışı Təqsirləndirilən şəxs2 almaqla əldə etdiyi az miqdarda, iki ədəd gümüşü-ağ rəngli və bir ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,28 qram, 0,45 qram və 0,32 qram, ümumi təmiz çəkisi 1,05 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, ev 2/7 ünvanının yaxınlığında 30 (otuz) manat pul müqabilində narkotik vasitə alıcısı Şahid3 mənafeyindən çıxış edən Şahid4 satmış, sonuncu da öz növbəsində həmin narkotik vasitənin 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan hissəsini ona narkotik vasitə alması üçün 30 (otuz) manat pul vermiş Şahid3 vermiş, qalan 0,28 qram olan hissəsini istehlak məqsədi ilə özündə saxlamış, xx.xx.2024-cü il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X9 Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid3 və Şahid4 Şəki şəhəri, H.Əliyev prospektində yerləşən "Zümrüd" marketin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilib, Şahid3 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:35 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının arxa sol cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda Şahid4 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:45 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının sağ yan cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, bir ədəd kağız bükümdə olmaqla ümumi təmiz çəkisi 0,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda tanışı Təqsirləndirilən şəxs2 xeyli miqdarda, ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə 0,23 qram, 0,17 qram və 10,26 qram olmaqla üzərində gəzdirməklə daşımış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 04:10 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən həmin xeyli miqdarda, bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə olmaqla ayrı-ayrılıqda çəkiləri 0,23 qram, 0,17 qram və 10,26 qram, ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynindəki göy rəngli cins şalvarının sağ ön cibindən 40 (qırx) manat pul aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni 234.2-ci maddə üzrə təqsirli bilməmiş, 234.1-ci maddə ilə təqsirli bilərək göstərmişdir ki, 2019-cu ildən narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitə olan marixuananı Bakı şəhərində tanımadığı ayrı-ayrı şəxslərdən almışdır. 2023-cü ilin noyabr ayının ortalarında iş axtarmaq üçün Bakı şəhərinə getmiş, iş tapa bilməyib bir gün sonra geri Şəki şəhərinə qayıtmaq üçün Bakı şəhər avtovağzalına getmişdir. Bakı şəhər avtovağzalında olan zaman ondan bir qədər aralıda iki tanımadığı şəxsin narkotik vasitə olan marixuananın alqı-satqısı ilə bağlı söhbət etdiklərini eşidib həmin şəxslərə yaxınlaşaraq ona da narkotik vasitə marixuana almalarını xahiş etmişdir. Həmin şəxslər ona narkotik vasitə ala təşkil etməyə razılaşmış və bir kibrit qutusu narkotik vasitə marixuananın qiymətinin 100 manat olduğunu bildirmiş, həmin şəxslərdən üzü saqqalı olan şəxsə 40 manat pul verib pulun dəyərində narkotik vasitə marixuana təşkil etməsini xahiş etmişdir. Həmin şəxslərdən biri onun yanında gözləmiş, saqqalı olan isə pulu ondan alıb getmişdir. Təxminən 15 dəqiqədən sonra gətirib ona bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana vermişdir. O, avtovağzaldan avtobusla Şəki şəhərinə qayıtmışdır. Əldə etdiyi narkotik vasitəni istifadə etmək üçün üstündə saxlamış, iki dəfə üzərindən bir qədər götürüb istifadə etmişdir. Tutulmamışdan 2-3 gün əvvəl 13 fevral 2023-cü ildə, saat 22 radələrində evlərində olarkən 20 il əvvəldən tanıdığı, yaxın münasibətləri olan Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vurub ondan narkotik vasitə istəmişdir. O, Veysələ narkotik vasitə verməyə razılaşmış və evdə olduğunu demişdir. O, 40 manata aldığı narkotik vasitə olan marixuananın üstündən bir qədər götürüb bir ədəd sellofan bükümə qoyub evdən küçəyə çıxmışdır.Təxminən 10 dəqiqə sonra Veysəl evlərinin yaxınlığında yerləşən «Qafqaz» restoranı tərəfə gəlmiş, o, 13 fevral 2023-cü ildə, saat 22 radələrində içərisində narkotik vasitə olan bir ədəd sellofan bükümü Veysələ vermişdir. Narkotik vasitənin qalan hissəsini isə özü istifadə etmək üçün üzərində saxlamışdır. Sonra Veysəllə birlikdə Şəki şəhər İcra Hakimiyyətinin köhnə binası istiqamətinə getmişlər. Veysəl yolda ondan ayrılıb getmiş, o, ərzaq mağazasından lazım olan ərzaqları alıb evlərinə qayıtmışdır. 15 fevral 2023-cü ildə saat 18 radələrində Şəki şəhəri, B.Sərdarov küçəsində yaşadığı evin yaxınlığında olan zaman iki mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis işçiləri olduqlarını, həmçinin narkotik vasitə əldə etməsi, satması barədə məlumatları olduğunu demiş, onlarla birlikdə Şəki ŞRPŞ-nə getməyi təklif etmişlər. Razılaşıb polis işçiləri ilə birlikdə Şəki ŞRPŞ-nə getmişdir. Bakı şəhərində tanımadığı şəxsdən aldığı bir ədəd selofan bükümdə narkotik vasitə olan marixuana da üstündə olmuşdur. Polis şöbəsində təhqiqatçının otağına aparılmış, təhqiqatçı ona narkotik vasitə əldə etməsi və satması barədə məlumatlı olduğundan üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişdir. Təhqiqatçı Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını birini seçməsi üçün ona vermiş və seçdiyi vəkili dəvət edərək ona təqdim etmişdir. Sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələrini izah etmiş, Polis Şöbəsinə dəvət edən polis işçilərinin, vəkilinin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişdir. Təhqiqatçının təklifi ilə əvvəlcə o, üstündə olan əşyaları təqdim etməsi üçün əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd Nokia markalı mobil telefonu, əynindəki göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd içərisində narkotik vasitə marixuana olan bir ədəd sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı sonra onun əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir. Sonra təhqiqatçının təklifi ilə o, stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etmiş, bir ədəd sellofan bükümün içərisindəkinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 2023-cü ilin noyabr ayında Bakı şəhərində tanımadığı şəxsdən 40 manata aldığını və 2-3 gün əvvəl həmin narkotik vasitənin üstündən götürüb bir ədəd sellofan bükümdə olan hissəsini Şəki şəhərində yerlşən «Qafqaz» restoranın yaxınlığında Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir.Təhqiqatçı sonra üstündən aşkar olunmuş bir ədəd sellofan bükümdəki narkotik vasitə olan marixuananı zərfə qoyub möhürləmiş, digər iştirakçılarla birlikdə zərfin üzərinə o da imza etmişdir. Təhqiqatçı onun üstündən aşkar edilmiş Nokia markalı telefonu da ayrı zərfə qoyub zərfi möhürləmiş, digər iştirakçılarla birlikdə zərfin üzərinə o da imza etmişdir. Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuş, heç bir şikayətinin olmamışdır. Sonra videoçəkiliş dayandırılmış və onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətləri olmadığını bildirdikdən sonra təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan onlara oxunmuş, vəkili və polis işçiləri ilə birlikdə həmin protokolu imzalamışdır. Hərdən narkotik vasitədən istifadə etsədə, satışı ilə məşğul olmamışdır. Narkotik vasitə istifadə etməsindən heç kəsin məlumatı olmamış və heç kimlə birlikdə narkotik vasitə istifadə etməmişdir. Veysələ bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana vermiş, lakin narkotik vasitəni verən zaman pul almamış, narkotik vasitəni Veysələ pay vermişdir. Etdiyi hərəkətdən peşman olmuş, CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə ona bəraət verilməsini, CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə isə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Nurəddin və Arifi uşaqlıqdan tanımış, onlarla bir məhəllədə 2001-ci ilədək yaşamış, böyümüşlər, məhəllə sakini kimi yaxın münasibətləri olmuşdur. O, sonra ailə üzvləri ilə birlikdə Çələbixan qəsəbəsinə köçmüşdür. Qohumluq əlaqələri, aralarında pul və ya əmlakla bağlı mübahisələri, heç bir ədavət, düşmənçilik olmamışdır. başında ağrılar olduğuna və atdığı dərman peraparatları effekt vermədiyinə görə nəşə, yəni marixuana qəbul etmək qərarına gəlmişdir. Təxminən 2 ildir narkotik vasitə olan marixuana istifadə etmişdir. Şəki şəhər sakini Nurəddin tutulduğu gündən təxminən 2-3 gün qabaq ona zəng edib nəşə istəmiş, o, maraqlanıb bir söz deyəcəyini Nurəddinə bildirmişdir. Nurəddin hər gün ona zəng edib nəşə tapıb-tapmadığını soruşmuş və tapa biləcəyi halda 100 manatlıq narkotik vasitə alacağını söyləmişdir. O, mərhum qardaşından evində qalmış narkotik vasitə marixuananı götürüb, xx.xx.2024-cü ildə saat 22 radələrində Nurəddinə zəng edib Qafqaz kafesinin yanında olduğunu, gəlib narkotik vasitəni ondan götürməsini demişdir. Bir neçə dəqiqə sonra Nurəddin gəlmiş, o, mərhum qardaşından qalan içərisində marixuana olan bükülünü Nurəddinə verib 100 manat pul almışdır. O evinə taksi ilə getmək üçün Nurəddindən 10 manat pul istəmiş, Nurəddində ona əlavə 10 manat pul da vermişdir. Eyni zamanda Nurəddin onun da narkotik vasitə istifadə etdiyini bildiyi üçün, verdiyi narkotik vasitə olan marixuanadan bir qədər iki kibrit qutusuna yığıb istifadə etməsi üçün ona vermişdir. Nurəddindən ayrıldıqdan sonra taksi ilə yaşadığı Çələbixan qəsəbəsinə getmişdir. Səhəri gün, yəni xx.xx.2024-cü ildə saat 11 radələrində evindən çıxıb mağazaya gedən zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitə saxlama və satışı ilə məşğul olmağı barədə məlumatlı olduqlarını deyib, həmin məlumatın yoxlanılması üçün onlarla birlikdə Polis Şöbəsinə getməsini təklif etmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Həmin vaxt Nurəddindən götürdüyü iki ədəd kibrit qutusu marixuana da əynindəki gödəkçənin sol döş cibində olmuşdur. Polis Şöbəsində əvvəlcə növbətçi hissədə qeydiyyata alınmış, sonra təhqiqatçının otağına aparılmışdır. Təhqiqatçı ona hüquq və vəzifələrini, o cümlədən müdafiəçi tutmaq hüquqlarını izah edib Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısı ilə tanış etmişdir. Seçdiyi vəkil dəvət olunub ona təqdim edilmiş, təhqiqatçı onu şübhəli şəxs qismində tutub üzərinə şəxsi axtarış keçiriləcəyini demişdir. Sonra təhqiqatçı müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı ona üzərində olanları təqdim etməyi təklif etmiş, o, əynindəki qara rəngli gödəkçənin sol döş iç cibində saxladığı özünə məxsus eynəyi, içərisində marixuana olan iki ədəd kibrit qutusunu, sağ yan cibindən «Origimo» markalı rəqəmli mobil telefonu, əynindəki cins şalvarın sağ yan cibindən Maqna markalı siqaret qutusunu və içərisində kibrit dənələri olan kibrit qutusunu, şalvarının arxa cibindən salfetkanı çıxarıb stolun üstünə qoymuşdur. Sonra təhqiqatçı üstünü axtarmış, lakin üstündən başqa heç nə aşkar olunmamışdır. Təhqiqatçı, stolun üstünə qoyduğu kibrit qutusunun içərisindəkinin nə olduğunu soruşmuş, o, iki ədəd kibrit qutularının içərisində mariuaxana olduğunu və özü istifadə etmək üçün üstündə saxladığını, həmin narkotik vasitəni tanışı Nurəddinin xahişi ilə sonuncudan aldığı 100 manat pulu Arif adlı tanışına verib bir sellofan bükümdə marixuana alıb Nurəddinə verdiyini, Nurəddinin də marixuananın üstündən bir qədər götürüb 2 kibrit qutusuna yığıb istifadə etməsi üçün ona verdiyini, bundan başqa Nurəddindən taksi tutub yaşadığı evə getməsi üçün əlavə olaraq 10 manat pul aldığını bildirmişdir. Təhqiqatçı üstündən aşkar olunmuş içərisində marixuana olan 2 ədəd kibrit qutularını və mobil telefonu ayrı-ayrı zərflərə qoyub bağlayıb möhürləmiş, zərflərin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Təhqiqatçı üstündən aşkar olunmuş siqareti, içərisində dənələr olan kibrit qutusunu və eynəyini özünə qaytarmışdır. Videoçəkiliş dayandırılmış və kompyuterdə onlara nümayiş etdirilmişdir. Heç birinin əlavə və şikayətləri olmamış, bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, vəkili və polis işçiləri ilə birlikdə protokolu imzalamışdır. Təqsirləndirilən şəxs1 ona verdiyi narkotik vasitəni özü istifadə etmiş, Nurəddinə satdığı narkotik vasitə mərhum qardaşından qalmış narkotik vasitə olmuşdur. O, etdiyi hərəkətdən peşman olmuş, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istinitaqda verdiyi ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini Nurəddin tutulduğu gündən təxminən 2-3 gün qabaq ona zəng edib nəşə istəmiş, o, maraqlanıb bir söz deyəcəyini Nurəddinə bildirmişdir. Nurəddin hər gün ona zəng edib nəşə tapıb-tapmadığını soruşmuş və tapa biləcəyi halda 100 manatlıq narkotik vasitə alacağını söyləmişdir. Ona görə də o, Şəki şəhər sakini Arif adlı tanışına zəng edib nəşə lazım olduğunu bildirmiş, Arif də maraqlanıb tapacağı halda ona xəbər verəcəyini demişdir. xx.xx.2024-cü ildə saat 16 radələrində Şəki şəhərinin mərkəzində, M.F.Axundov adına kino-teatr binasının qarşı tərəfində Ariflə görüşən zaman Arif nəşə, yəni marixuana təşkil edə biləcəyini ona demişdir. O, 100 manatlıq marixuana təşkil etməsini Arifdən xahiş etmişdir. Arif razılaşmış, o, üstündə olan 70 manatı Arifə vermiş və qalan 30 manatı da nəşəni götürəndə verəcəyini demişdir. Həmin gün axşam saat 22 radələrində zəng edib Arifə Şəki şəhərində yerləşən «Qafqaz» kafesindən bir qədər yuxarıda görüşmüşlər. Arif orada ona bir ədəd sellofan paketdə bir büküm marixuana vermiş, o da qalıq 30 manat pulu verib marixuananı Arifdən götürmüşdür. Sonra Nurəddinə zəng edib Qafqaz kafesinin yanında olduğunu, gəlib narkotik vasitəni ondan götürməsini demişdir. Bir neçə dəqiqə sonra Nurəddin gəlmiş, o, Arifdən aldığı içərisində marixuana olan bükülünü Nurəddinə verib 100 manat pul almışdır. O evinə taksi ilə getmək üçün Nurəddindən 10 manat pul istəmiş, Nurəddində ona əlavə 10 manat pul da vermişdir. Eyni zamanda Nurəddin onun da narkotik vasitə istifadə etdiyini bildiyi üçün, verdiyi narkotik vasitə olan marixuanadan bir qədər iki kibrit qutusuna yığıb istifadə etməsi üçün ona vermişdir. İfadəsinin qalan hissəsi məhkəmə istintaqında göstərdikləri ilə eyni olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, uzun illər narkotik vastə olan marixunadan istifadə etmiş, istifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxladığı, gəzdirdiyi və istifadə etdiyi üçün CMnin 234.1-ci maddəsinə əsasən Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli höküm ilə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Buna baxmayaraq bədənində ağrılar olduğu üçün narkotik vasitə istifadə etməkdə davam etmiş, qurudulmuş marixuana əldə edib istifadə etdiyi Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 ilə uşaqlıqdan bir yerdə böyümüş və onunla xoş münasibətləri olmuşdur. Bir neçə dəfə Təqsirləndirilən şəxs2 pul müqabilində narkotik vasitə əldə edib istifadə etmişdir. xx.xx.2024-cü ildə evlərində olan zaman uşaqlıqdan bir yerdə böydüyü digər tanışı Şahid4 özü istifadə etməsi üçün ona narkotik vasitə təşkil etməsini xahiş etmiş, həmin vaxt Vidadiyə hazırda narkotik vasitəsi olmadığını, lakin axşam üstü ola biləcəyini demişdir. Sonradan Şahid4 bir neçə dəfə ona zəng edib narkotik vasitə istəmiş, ona görə də o, Təqsirləndirilən şəxs2 zəng edib özü istifadə etməsi üçün pul müqabilində ona narkotik vasitə olan marixuana verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs2 da narkotik vasitə verməyə razılaşıb, yaşadığı evin yaxınlığına gəlməsini demişdir. Ona görə "Qafqaz" restoranın arxası ilə bir qədər üzü yuxarı gedib yolun kənarında Təqsirləndirilən şəxs2 ilə görüşüb narkotik vasitə üçün 110 manat verib Veysəldən bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuna almışdır. Veysəldən narkotik vasitə olan marixuananı aldıqdan sonra bir qədər üstündən götürüb iki ədəd kibrit qutusunda Veysəlin özü istifadə etməsindən ötrü sonuncuya vermiş, qalan marixuananı cibinə qoyub yaşadığı evə getmişdir. Evdə Veysəldən aldığı marixuananı siqaret kağızında bükümlərə ayırmış, beş ədəd balaca bükümləri sellofan bükülüyə qoymuşdur. Az sonra Şahid4 zəng edib narkotik vasitə istəyəndə Vidadiyə yaşadığı evin yaxınlığına gəlməsini demişdir. Vidadi yaşadığı evin yaxınlığına gəlmiş, onunla ara küçədə görüşmüş, Vidadidən 30 manat alıb 3 büküm içərəsində narkotik vasitə marixuana vermişdir. Bir neçə saat sonra bir neçə polis əməkdaşı yaşadığı ünvana gəlib onu polis şöbəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşlarının avtomobilinin arxa sərnişin orturacağına əyləşmiş, yanında da bir polis əməkdaşı oturmuşdur. Polis əməkdaşının gözü üstündə olduğu üçün üzərində olan narkotik vasitələri çıxarıb ata bilməmişdir. Polis şöbəsində onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı üstünə şəxsi axtarış aparılacağını bildirərək vəkillərin siyahısını ona təqdim etmiş, o, siyahısından vəkil seçmiş, təhqiqatçı vəkili dəvət edib ona təqdim etmişdir. Sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Təhqiqatçı onu saxlayaraq PŞ-nə dəvət edən polis işçilərinin, vəkilinin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişdir. Təhqiqatçı əvvəlcə ona üstündə olan əşyaları təqdim etməsini təklif etdiyi üçün əynindəki qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd ağ rəngli "Samsung" markalı mobil telefonu, bir ədəd "Bakı" markalı siqaret qutusunu, gödəkcəsinin sağ iç cibindən 1 ədəd sellofan bükülünü, əynindəki göy rəngli cins şalvarının sağ ön cibindən 40 manat pulu çıxarıb stolun üzərinə qoymuşdur. Sonra təhqiqatçı onun əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir. Təhqiqatçı ona stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif etmiş, o stolun üzərinə qoyduğu 1 ədəd "Bakı" markalı siqaret qutusunu, 1 ədəd "Samsung" markalı mobil telefonu, 1 ədəd 20 manatlıq və 2 ədəd 10 manatlıq əskinazları və 1 ədəd "Classic" markalı siqaret qutusuna yerləşdirdiyi sellofan bükümdə olan qurudulmuş marixuananı çıxarıb təqdim edib özünə məxsus olduğunu bildirmişdir. Təhqiqatçı sellofan bükümü açıb bütün iştirakçılara təqdim edib yaşıl rəngli kütlənin nə olduğunu soruşan zaman o, marixuana olduğunu və tanışı Veysəl adlı şəxsdən aldığını demişdir. Təhqiqatçı sellofan bükümü açıb baxanda bükülüdən əvvəlcədən siqaret kağızlarına az miqdarda qoyub hazırladığı 2 ədəd bükümlər də aşkar edilmişdir. Hər bir bükülü açılıb içinə baxıldıqda, bükülülərin içərəsində yaşıl rəngli kütlələrin olduğu müəyyən edilmişdir. Balaca bükülülərdə olan kütlələrin eyni narkotik olduğunu, dünən saat 10-a qalmış 110 manata tanışı Veysəl adlı şəxsdən əldə etdiyini demişdir. Təhqiqatçının sualına cavab olaraq narkotik vasitə istifadə etdiyini, Veysəldən aldığı narkotik vasitəni özü üçün üzərində saxladığını, Vidadi narkotik vasitə istədiyi üçün Veysəldən narkotik vasitə alıb 30 manata Vidadiyə satdığını, masanın üzərinə qoyduğu 30 manat pulun Vidadidən aldığı pullar olduğunu bildirmişdir. Təhqiqatçı 2 ədəd gümüşü rəngli kağız bükülünü və 1 ədəd sellofan bükümü siqaret qutusuna qoyub 1 ədəd ağ rəngli zərfə, üzərindən aşkar olunmuş 1 ədəd "Samsung" markalı mobil telefonu 1 ədəd ağ rəngli zərfə, üzərindən aşkar olunmuş 1 ədəd 20 manat və 2 ədəd 10 manat pulu iş üçün əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd ağ rəngli zərfə qoyub qablaşdırmış, zərfin üzərini möhürlədikdən sonra digər iştirakçılarla birlikdə ona imza etdirmişdir. Videoçəkiliş dayandırılmış, kompyuterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmadığı üçün bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, protokol vəkili, polis əməkdaşları və onun tərəfindən imzalamışdır. Övladı xəstə olduğuna görə bir sıra maddi çətinlikləri olmuş, ona görə pul əldə etmək üçün tanışı ondan narkotik vasitə olan marixuana tapmağını xahiş edəndə əldə etdiyi narkotiki satıb gəlir əldə etmək qərarına gəlmiş və özü üçün aldığı narkotik vasitənin bir hissəsini Vidadiyə satmışdır. Narkotik vasitənin satışı ilə məşğul olmamış, sadəcə tanışı Vidadinin xahişinə əsasən ondan 30 manat alıb üç büküm narkotik vermişdir. Narkotik vasitə istifadə etməsindən Vidadidən başqa heç kəsin məlumatı olmamışdır. Narkotik vasitəni Veysəldən alarkən və Vidadiyə satarkən yaxınlıqda və ətrafda heç kim olmamışdır. Sonuncu dəfə bir həftə əvvəl yaşadığı evdə narkotik vasitə olan marixuana istifadə etmişdir. O, etdiyi hərəkətdən peşman olduğunu deyib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdi ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparmış, təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, düşmənçilik, ədavət olmamışdır. xx.xx.2024-cü ildə ona Şəki şəhərində yaşayan "Arif" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması və "Arif" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 15 fevral 2024-cü ildə Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid6 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və narkotik vasitənin satışı ilə məşğul olması barədə barəsində əməliyyat məlumatı daxil olmuş "Arif "adlı şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 göstərilən tarixdə yaşadığı ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilib Növbətçi Hissəsində “Polis Şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalı”nda qeydiyyata alındıqdan sonra üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçıya həvalə edilmişdir. Təhqiqatçı xidməti iş otağında Təqsirləndirilən şəxs1 vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs1 seçdiyi vəkil və videoçəkiliş aparması üçün Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Qiyam Səfərəliyev otağa dəvət edilmişlər. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş və onların iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuşdur.Təhqiqatçı Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs1 əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd Nokia marakalı mobil telefonu, əynindəki göy rəngli cins əynindəki şalvarın sol ön cibindən bir ədəd sellofan bükümü çıxardıb stolun üstünə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs1 əynindəki paltarların ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs1, bir ədəd telefonu təqdim etdikdən sonra bir ədəd sellofan bükümü təqdim edib içərisindəki maddənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 2023-cü ilin noyabr ayında Bakı şəhər avtovağzalında tanımadığı şəxsdən 40 manata aldığını, 2-3 gün əvvəl həmin narkotik vasitənin üzərindən bir qədər götürüb Şəki şəhərində yerləşən Qafqaz restoranının yaxınlığında Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya oxşar kütləni və bir ədəd Nokia markalı mobil telefonu ayrı-ayrı zərflərə qoyub möhürləyərək götürmüşdür. Təhqiqatçı tərəfindən videoçəkiliş dayandırılıb onlara nümayiş etdirilmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmamış, protokolu digər iştirakşılarla birlikdə o da imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdi ki, təqsirləndirilən şəxsləri Şəki şəhər sakinləri kimi tanımış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. xx.xx.2024-cü ildə ona Şəki rayonu ərazisində "Tariyel" və "Vidadi" adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və narkotik vasitənin satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması və "Tariyel" və "Vidadi" adlı şəxslərin cinayət əməlinin ifşa olunaraq, cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 13 fevral 2024-cü ildə Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra ondan, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid7, əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid8 və Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Kənan Qurbanovdan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Tariyel" adlı şəxsin Şəki rayonu, Qoxmuq kəndində yaşayan Şahid3, "Vidadi" adlı şəxsin isə ünvan 10 ünvanında yaşayan Şahid4 olduğu müəyyən edilmiş, hər ikisi göstərilən tarixdə Şəki şəhəri, H.Əliyev prospektində yerləşən «Zümrüd» marketin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilib Növbətçi Hissəsində “Polis Şöbəsində gətirilmiş şəxslərin qeydiyyatı jurnalı”nda qeydiyyata alındıqdan sonra üstlərinə şəxsi axtarış keçirilməsi ayrı-ayrı təhqiqatçılara həvalə edilmişdir. O, Şahid3 üstünə şəxsi axtarış keçirilməsi prosessində iştirak etmişdir. Təhqiqatçı xidməti iş otağında Şahid3 vəkillərin siyahısını təqdim etmiş, sonuncunun seçdiyi vəkili və videoçəkiliş aparması üçün Polis Şöbəsinin KTQ-nun baş inspektor kriminalisti polis leytenantı Kamal Məmmədzadəni otağa dəvət etmişdir. Təhqiqatçı, müdafiəçi gəldikdən sonra Şahid3 şübhəli şəxs qismində tutmuş, onların iştirak ilə videoçəkilişdən istifadə etməklə Şahid3 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Şahid3 hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarı başlamazdan əvvəl təhqiqatçı Şahid3 üstündə olanları təqdim etməsini təklif etmişdir. Şahid3 əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd alışqanı, bir qutu «Keno» markalı siqareti, əynindəki şalvarının sağ cibindən bir manatlıq pul əskinazını, həmin şalvarın arxa sol cibindən iki ədəd gümüşü bükümləri və şalvarının arxa sağ cibindən 30 qəpik pulu çıxardıb stolun üstünə qoymuşdur. Sonra təhqiqatçı Şahid3 əynindəki paltarların ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin onun təqdim etdiyi əşyalardan başqa üstündən heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Təhqiqatçı Şahid3 stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif etmiş, Şahid3 iki ədəd gümüşü rəngli bükümləri təqdim edib içərisindəki maddənin narkotik vasitə marixuana olduğunu, həmin gün bir bükümü 10 manat olmaqla, iki bükümünü 20 manata Şəki şəhərində tanışı Vidadi adlı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Sonra təhqiqatçı Şahid3 üzərindən aşkar olunmuş iki ədəd gümüşü rəngli bükümlərdə narkotik vasitə olan marixuanaya oxşar kütləni zərfə qoyub möhürlədikdən sonra digər iştirakçılarla birlikdə zərfin üzərinə o da imza etmişdir. Sonra təhqiqatçı Şahid3 üzərindən aşkar olunmuş 1 manat 30 qəpik pulu zərfə qoyub möhürlədiyi üçün digər iştirakçılarla birlikdə zərfin üzərinə o da imza etmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı bir qutu siqareti və bir ədəd alışqanı Şahid3 özünə qaytarmışdır. Təhqiqatçı iştirakçıların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuş, heç bir şikayət və vəsatətləri olmamışdır. Videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmadıqlarını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, protokol o və digər iştirakşılar tərəfindən imzalanmışdır. Bundan başqa xx.xx.2024-cü ildə icraatına təhqiqat bölməsindən əməliyyat tapşırığı daxil olmuş, tapşırıqda Şahid4 üstünə keçirilən şəxsi axtarış zamanı və şübhəli şəxs qismində verdiyi izahatında, üstündən aşkar olunmuş narkotik vasitə olan marixuananı aldığını qeyd etdiyi «Nurəddin» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq təhqiqat bölməsinə təqdim olunması tapşırılmışdır. Əməliyyat tapşırığının icrası ilə əlaqədar Şəki ŞRPŞ-nin CAB-nin polis kiçik leytenantı Şahid2la birlikdə tərəfindən keçirilmiş bir sıra əməliyyat tədbirləri nəticəsində «Nurəddin» adlı şəxsin ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 olduğu müəyyən olunmuşdur. Əməliyyat müvəkkili Şahid2la birlikdə xx.xx.2024-cü ildə yaşadığı ünvana gedib Təqsirləndirilən şəxs3 narkotik vasitə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə getmişdir. X17 Vahabov gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata alındıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə Təhqiqat Bölməsinə təqdim etmişlər.Təhqiqatçı xidməti otağında Təqsirləndirilən şəxs3 vəkillərin siyahısını təqdim etmiş və seçdiyi vəkili və videoçəkiliş aparması üçün polis şöbəsinin KTQ-nun baş inspektor kriminalisti, polis leytenantı Kamal Məmmədzadəni otağına dəvət etmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutmuş və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış keçirilməzdən öncə təhqiqatçı onların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs3 hüquq və vəzifələrini izah etmiş, həmçinin ilkin olaraq Təqsirləndirilən şəxs3 üstündə olanları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs3 əynindəki gödəkcənin sol iç cibindən bir ədəd Samsunq duas markalı mobil telefonu, 1 qutu Bakı klub siqaretini, gödəkcəsinin sağ iç cibindən bir ədəd sellofan bükümü və imperial klassik siqaret qutusunun içərisindən iki ədəd kağız bükümləri, əynindəki şalvarın sağ cibindən bir ədəd 20, iki ədəd 10 manatlıq əskinazlar olmaqla, cəmi 40 manat pulu çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmiş, lakin təqdim etdiklərindən başqa üstündən heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3, stolun üstünə qoyduğu əşyaları təhqiqatçının təklifi ilə bir-bir təqdim edərkən əşyaların hamısının özünə məxsus olduğunu, bir ədəd sellofan bükümün və iki ədəd kağız bükümlərin içərisində narkotik vasitə olan marixuana olduğunu, 13 fevral 2024-cü ildə Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 110 manata aldığını, aldıqdan sonra üstündən götürüb istifadə etməsi üçün iki kibrit qutusunda Veysələ verdiyini, qalanını evlərinə aparıb büküm kimi hazırlayıb bir bükümü 10 manata olmaqla, üç bükümünü Şahid4 satdığını, qalanını özü istifadə etmək üçün saxladığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs3 üstündən aşkar olunmuş içərisində marixuana olan bir ədəd sellofan və iki ədəd kağız bükümləri zərfə qoyaraq zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə zərfin üzərində o da imza etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunub götürülmüş bir ədəd Samsunq markalı mobil telefonu və 30 manat pulu ayrı-ayrı zərflərə qoyaraq zərfləri möhürləmiş, digər iştirakçılarla birlikdə həmin zərflərin üzərinə o da imza etmişdir. İş üçün əhəmiyət kəsb etmədiyindən təhqiqatçı Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunub götürülmüş siqaretləri özünə qaytarmışdır. Videoçəkiliş dayandırılıb onlara nümayiş etdirilmiş, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və əlavə daxil olmadığına görə protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərmişdi ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, aralaında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. xx.xx.2024-cü ildə Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 Şəki rayonu ərazisində "Tariyel" və "Vidadi" adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və narkotik vasitənin satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 məlumatın yoxlanılması, "Tariyel" və "Vidadi" adlı şəxslərin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün xx.xx.2024-cü ildə Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra ondan, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid7, Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Kənan Qurbanovdan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. xx.xx.2024cü ildə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Tariyel" adlı şəxsin Şəki rayonu, Qoxmuq kəndində yaşayan Şahid3, "Vidadi" adlı şəxsin isə ünvan 12 ünvanında yaşayan Şahid4 olduğu müəyyən edilmiş, hər ikisi həmin gün Şəki şəhəri,H.Əliyev prospektində yerləşən «Zümrüd» marketin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilib Növbətçi Hissəsində gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alındıqdan sonra üstünə şəxsi axtarış keçirilməsi üçün hər biri ayrı-ayrı təhqiqatçının otağına aparılmışdır. O, Şahid4 üstünə şəxsi axtarış aparılması prosessində iştirak etmişdir. Təhqiqatçı xidməti otağında Şahid4 vəkillərin siyahısını təqdim etmiş, seçdiyi vəkili və videoçəkiliş aparması üçün Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Qiyam Səfərəliyevi otağa dəvət etmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı Şahid4 şübhəli şəxs qismində tutulmuş, onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Şahid4 hüquq və vəzifələri izah olunmuş, eyni zamanda Şahid4 üstündə olanları təqdim etməsini təklif etmişdir. Şahid4 əynindəki qara rəngli gödəkcənin sol iç cibindən bir qutu «Bakı» markalı siqaretini, əynindəki göy rəngli cins şalvarının sol ön cibindən bir ədəd Samsunq markalı mobil telefonu, bir ədəd manatlıq pul əskinazını, həmin şalvarın sağ yan cibindən 20 qəpik metal pulu, gödəkcənin sol cibindən bir ədəd qara rəngli təsbehi, gödəkcənin sağ cibindən bir ədəd alışqanı, əynindəki şalvarının sağ ön kiçik cibindən bir ədəd kağız bükümü və əynindəki gödəkcənin sol iç cibindən yaşadığı evin açarlarını çıxarıb stolun üstünə qoymuşdur. Sonra təhqiqatçı Şahid4 əynindəki paltarların ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Təhqiqatçı Şahid4 stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif etmiş, Şahid4 bir ədəd təsbehi, evinin açarını, bir qutu Bakı siqaretini, bir ədəd alışqanı, bir manat 20 qəpik pulu, bir ədəd Samsunq markalı mobil telefonu təqdim etdikdən sonra bir ədəd kağız bükümü təqdim edib içərisindəki maddənin narkotik vasitə marixuana olduğunu, həmin gün bir bükümü 10 manat olmaqla 3 bükümünü 30 manata Şəki şəhərində tanışı Nurəddin adlı şəxsdən aldığını, iki bükümünü tanışı Tariyelə verdiyini, bir bükümünü isə özü istifadə etmək üçün götürdüyünü bildirmişdir. Təhqiqatçı kağız bükümü açdıqda içərisində yaşıl rəngli kütlənin olduğu aşkar olunmuşdur. Təhqiqatçı Şahid4 üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə olan narkotik vasitə olan marixuanaya oxşar kütləni zərfə qoyub möhürləmiş, digər iştirakçılarla birlikdə zərfin üzərinə o da imza etmişdir. Sonra təhqiqatçı Şahid4 üzərindən aşkar olunmuş 1 manat 20 qəpik pulu və Samsunq markalı mobil telefonu ayrı-ayrı zərflərə qoyub möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərflərin üzərinə o da imza etmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı bir ədəd təsbehi, açarları, bir qutu Bakı siqaretini, bir ədəd alışqanı Şahid4 özünə qaytarmışdır. Təhqiqatçı onlarıni hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuş, heç bir şikayətləri və vəsatətləri olmamışdır. Videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa xx.xx.2024-cü ildə təhqiqat bölməsindən icraatına əməliyyat tapşırığı daxil olmuş, tapşırıqda Təqsirləndirilən şəxs3 üstünə keçirilən şəxsi axtarış zamanı və şübhəli şəxs qismində verdiyi izahatında, üstündən aşkar olunmuş narkotik vasitə olan marixuananı aldığını qeyd etdiyi «Veysəl» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq təhqiqat bölməsinə təqdim olunması tapşırılmışdır. Əməliyyat tapşırığının icrası ilə əlaqədar Şəki ŞRPŞ-nin CAB-nin polis kiçik leytenantı Şahid7 və onun tərəfindən birlikdə bir sıra əməliyyat tədbirləri keçirilmiş və keçirilən əməliyyat tədbirləri nəticəsində «Veysəl» adlı şəxsin ünvan 13 ünvanda qeydiyyatda olmaqla, Şəki rayonu, Çələbixan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 olduğu müəyyən olunmuşdur. Məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs2 cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədi ilə əməliyyat müvəkkili Şahid7 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Həmin gün saat təxminən 11 radələrində əməliyyat müvəkkili Şahid7 ilə birlikdə Təqsirləndirilən şəxs2, Şəki rayonu, Çələbixan qəsəbəsində yaşadığı evin yaxınlığında görən zaman yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirmiş, həmçinin narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə Polis Şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs2 razılaşıb onlarla birlikdə Polis Şöbəsinə getmişdir. X25 X19 gətirilən şəxslərin qeydiyyatı jurnalında qeydiyata aldırmış və üzərində şəxsi axtarış aparılaraq qanuna müvafiq qaydada tədbir görülməsi üçün şöbə rəisinə raportla məruzə etmişdir. Raportun icrası təhqiqatçıya həvalə edildiyindən, Təqsirləndirilən şəxs2 təhqiqatçının xidməti otağına aparmışlar. Təhqiqatçı xidməti iş otağında Təqsirləndirilən şəxs2 hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısını təqdim etmiş, sonuncunun vəkillərin siyahısından seçdiyi vəkili və videoçəkiliş aparmaq üçün ixtisaslı şəxs dəvət olunmuşdur. Vəkili gəldikdən sonra təhqiqatçı Veysəli şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələrini, o cümlədən proses iştirakçılarına etiraz etmək hüququnu da izah edib, video çəkiliş aparmaqla üstünə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zaman təhqiqatçı Veysələ üstündə olan əşyaları çıxarıb stolun üzərinə qoymasını təklif etmişdir. Veysəl əynindəki qara rəngli gödəkçənin sol döş iç cibində eynəyini, iki ədəd kibrit qutusunu, sağ yan cibindən mobil telefonunu, əynindəki cins şalvarın sağ yan cibindən bir qutu siqareti və içərisində kibrit dənələri olan kibrit qutusunu, şalvarın arxa cibindən isə salfetkanı çıxarıb stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Sonra təhqiqatçı Veysəlin üstünü axtarsa da heç nə aşkar edilməmişdir. Təhqiqatçı stolun üstünə qoyduğu kibrit qutusunu açıb içərisində olan marixuanaya bənzər qurudulmuş bitki kütləsini göstərib nə olduğunu, haradan, kimdən aldığını soruşan zaman Veysəl həmin iki ədəd kibrit qutularının içərisində mariuaxana olduğunu, Nurəddin adlı tanışının xahişi ilə Arif adlı tanışından bir ədəd sellofan bükümünü 100 manata aldığını, sonradan həmin narkotik vasitəni 100 manat pul müqabilində Nurəddinə verdiyini, həmçinin Veysəl həmin vaxt Nurəddinin ona 10 manat da əlavə pul verdiyini bildirmişdir. Bundan əlavə həmin vaxt Nurəddin verdiyi narkotik vasitə olan marixuananın üstündən bir qədər götürüb 2 kibrit qutusuna yığıb istifadə etməsi üçün ona verdiyini demişdir. Sonra təhqiqatçı Veysəlin üstündən aşkar olunmuş içərisində marixuana olan iki ədəd kibrit qutularını və mobil telefonu ayrı-ayrı zərflərə qoyub bağlamış, möhürlədikdən sonra zərflərin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Təhqiqatçı aşkar olunmuş siqareti, içərisində dənələr olan kibrit qutusunu və eynəyi iş üçün əhəmiyyət kəsb etmədiyindən Veysəlin özünə qaytarmışdır. Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuş, heç bir şikayət və vəsatətləri olmamışdır. Videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayət olmamış, bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, heç bir şikayət və əlavələri olmamış, protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdi ki, 2022-ci ildə arvadı ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı ona yüngül dərəcəli bədən xəsarəti yetirdiyi üçün barəsində Şəki polis şöbəsinin istintaq bölməsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq tamamlanaraq Şəki rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ailəsi dağıldıqdan sonra spirtli içki alüdəçisi olmuşdur. Son zamanlar isə artıq bir neçə dəfə tanımadığı şəxslərdən narkotik vasitə olan qurudulmuş marixuana əldə edib istifadə etmişdir. Şəki şəhər sakini Şahid4 ilə bir il bundan əvvəl Şəki mərkəzi bazarında tanış olmuş, həmin şəxslə xoş münasibəti olduğu üçün ara-sıra görüşüb çay-içib söhbət etmişdir. Şahid4 ilə münasibəti olduğuna görə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməsini bilmişdir. Əvvəllər Vidadidən bir neçə dəfə narkotik vasitə olan marixuana alıb istifadə etmişdir. 13 fevral 2024-cü ildə səhər saatlarında narkotik vasitə istifadə etmək fikrinə düşmüş, həmin gün Vidadi ilə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "Ay işığı" kafesində görüşüb çay içib söhbət etmişlər. Söhbət zamanı Vidadidən ona istifadə etməsi üçün narkotik vasitə olan marixuana verməsini xahiş etmiş, Vidadi özündə narkotik vasitə olmadığını, bir nəfər tanışından bir bükümünü on manata alıb verə biləcəyini bildirmişdir. Ona görə də o, Vidadidən ona üç büküm narkotik vasitə olan marixuana təşkil etməsini xahiş etmişdir. Vidadi onun yanında kiməsə zəng edib danışmış, həmin şəxs narkotik vasitəni axşam verə biləcəyini demişdir. Axşam saat 21 radələrində Vidadi yenə tanışına zəng vurmuş, həmin şəxs narkotik vasitəni hazır etdiyini dediyi üçün Vidadi ilə birlikdə Şəki şəhəri, H.Əliyev prospektində yolun kənarında yerləşən "Zümrüd" marketin yanına ara küçəyə getmişlər. Çatanda Vidadi kənar bir yerdə dayanıb onu gözləməsini demiş, o, razılaşmış və "Zümrüd" marketin yaxınlığında ara küçədə Vidadiyə narkotik vasitə marixuana alması üçün 30 manat pul vermişdir. Vidadi pulu alıb getmiş, təxminən 30-40 dəqiqə sonra onun gözlədiyi yerə qayıdıb gəlmiş və üç büküm narkotik vasitəni ona vermişdir. Vidadinin pulu və istifadə etmək üçün narkotik vasitəsi olmadığı üçün o, iki büküm narkotik vasitəni özü istifadə etmək üçün götürmüş, bir bükümünü isə Vidadiyə vermişdir. Vidadi ilə birlikdə şəhərin mərkəzinə doğru gedərkən, Şəki şəhəri, H.Əliyev prospektində yerləşən "Zümrüd" marketin yaxınlığında bir neçə mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onların narkotik vasitə əldə edib istifadə etmələri barədə məlumatları olduğunu bildirib birlikdə Polis şöbəsinə getmələrini təklif etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis şöbəsinə getmişlər. Polis şöbəsində onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı, narkotik vasitə əldə edib istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğundan üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını demiş və hüquqlarının müdafiəsini təşkil etməkdən ötrü Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını verib istədiyi vəkili seçməsini təklif etmişdir. Seçdiyi vəkili təhqiqatçı dəvət edərək ona təqdim etmişdir. Təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmiş, polis işçilərinin, vəkilin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişdir. Təhqiqatçı əvvəlcə üstündə olan əşyaları təqdim etməsini təklif etdiyi üçün əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd "Keno" markalı siqaret qutusunu və bir ədəd alışqanı, əynindəki göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd bir manatlıq əskinaz pulu, şalvarının sağ arxa cibindən 30 qəpik pulu, şalvarının sol arxa cibindən Vidadidən aldığı içərəsində narotik vasitə marixuana olan iki ədəd kağız bükümləri çıxarıb stolun üzərinə qoymuşdur. Sonra təhqiqatçı əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir. Təhqiqatçınin təklifi ilə o, stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etmiş, masanın üzərinə qoyduğu 1 ədəd bir manatlıq pul əskinazının, 1 ədəd "Keno" markalı siqaret qutusunun özünə məxsus olduğunu bildirmişdir. Sonra iki ədəd kağız bükümləri təqdim edib içərisində narkotik vasitə marixuana olduğunu, həmin gün Vidadiyə 30 manat pul verdiyini, Vidadinin də 30 manata ona üç büküm narkotik vasitə marixuana aldığını, aldığı narkotik vasitənin bir bükümünü istifadə etməsi üçün Vidadiyə verdiyini, iki bükümünü isə özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı üstündən aşkar olunmuş iki ədəd gümüşü-ağ rəngli kağız bükümdəki narkotik vasitə olan marixuananı, üstündən aşkar olunmuş bir ədəd bir manatlıq pulu və 30 qəpik metal pulu başqa-başqa zərfə qoyub zərfi möhürləmiş, digər iştirakçılarla birlikdə zərflərin üzərinə o da imza etmişdir. Üstündən aşkar edilmiş bir qutu «Keno» siqaretini və bir ədəd alışqanı təhqiqatçı özünə qaytarıb vermişdir. Təhqiqatçı hər birindən şikayət və vəsatətlərinin olubolmadığını soruşmuş, heç birinin şikayət və vəsatəti olmamışdır. Videoçəkiliş dayandırılıb kompyuterdə nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmamış, sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılıb ucadan oxunmuş, doğru tərtib edildiyindən protokolu o və digər iştirakçılar imzalamışdır. Məhkəmə istintaqında Şahid4 elan olunmuş ifadəsində göstərilmişdir ki, 1994-cü ildə avtomaşın qaçırdığı üçün məhkəmənin hökmünə əsasən 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki rayonu, Qoxmuq kənd sakini Şahid3 ilə fəhlə işləyərkən tanış olmuş, sonradan aralarında xoş münasibətlər yaranmışdır. X30 şəhərində görüşüb çay içib söhbət etmişlər. Tariyel onun narkotik vasitə marixuana istifadə etməsini bilmiş, hərdən birlikdə narkotik vasitə marixaunadan istifadə etmişlər. xx.xx.2024cü ildə səhər saatlarında tanışı Tariyel ona zəng edib çay içməyə çağırdığı üçün evdən çıxıb Tariyellə görüşüb çay içmək üçün "Ay işığı" kafesinə getmişlər. Çay içib söhbət edən zaman Tariyel istifadə etmək üçün narkotik vasitə marixuana təşkil etməsini xahiş etmişdir. Ona görə uşaqlıqdan tanıdığı əvvəllər bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana aldığı Şəki şəhər sakini Təqsirləndirilən şəxs3ov oğluna zəng edib istifadə etməsi üçün ona narkotik vasitə qurudulmuş marixuana verməsini xahiş etmişdir. Nurəddin marixuanası olmadığını, lakin axşam təşkil edə biləcəyini demişdir. Tariyellə axşam saatlarına kimi şəhər ərazisində gəzib vaxtlarını keçirmiş, axşam üstü Nurəddinə zəng etdikdə Nurəddin narkotik vasitəni hazırladığını və "Zümrüd" marketin yaxınlığına ara küçəyə gəlməsini demişdir. Ona görə Tariyellə "Zümrüd" marektin yaxınlığına ara küçəyə getmişlər. Tariyel orada ona üç büküm narkotik vasitə almaq üçün 30 manat pul vermişdir. Pulu alıb Tariyelə gözləməsini söyləmiş, özü isə ara küçədə Nurəddinlə görüşüb 30 manat pul verib, Nurəddindən üç büküm narkotik vasitə marixuana alıb Tariyelin yanına qayıtmışdır. Aldığı narkotik vasitələri Tariyelə vermiş, Tariyel iki büküm narkotik vasitəni özünə götürüb, birini isə istifadə etmək üçün ona vermişdir. Narkotik vasitəni aldıqdan sonra cibinə qoyub Şəki şəhəri, H.Əliyev prospekti ilə piyada gedən zaman "Zümrüd" marketin yaxınlığında bir neçə mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitə əldə edib istifadə etmələri barədə məlumat daxil olduğunu, onlarla birlikdə Polis şöbəsinə getməli olduqlarını demişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis şöbəsinə getmişlər. Polis şöbəsində onu təhqiqatçının otağına aparmışlar.Təhqiqatçı ona narkotik vasitə əldə edib istifadə etməsi və satışı ilə məğul olması barədə onlara məlumat daxil olduğundan üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını söyləmiş və Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim edərək istədiyi vəkili seçə biləcəyini bildirmişdir. Seçdiyi vəkili təhqiqatçı dəvət edərək ona təqdim etmişdir. Sonra onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmiş, polis işçilərinin, vəkilinin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişlər. Təhqiqatçı əvvəlcə üstündə olan əşyaları təqdim etməsini təklif etdiyi üçün əynindəki qara rəngli gödəkcənin sol yan iç cibindən bir ədəd "Bakı" markalı siqaret qutusunu, əynindəki göy rəngli cins şalvarın sol ön cibindən "Samsung" markalı mobil telefonu, bir manat pulu, şalvarının sağ yan cibindən bir ədəd 20 qəpik pulu, əynindəki gödəkcənin sol cibindən qara rəngli təsbehi, sağ cibindən isə bir ədəd qara rəngli alışqanı və əynindəki cins şalvarın sağ ön balaca cibindən içərəsində narkotik vasitə marixuana olan bir bükümü, gödəkcənin sol iç cibindən yaşadığı evin açarını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir. Təhqiqatçının təklifi ilə stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etmiş, masanın üzərinə qoyduğu bir manat 20 qəpik pulu, telefonu, siqareti, təsbehi, alışqanı, təqdim edib həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Sonra bir ədəd kağız bükümü təqdim edib içərisində narkotik vasitə marixuana olduğunu, həmin gün Tariyelin ona verdiyi 30 manat pula tanışı Nurədindən üç büküm narkotik vasitə alıb Tariyelə verdiyini, Tariyelində həmin narkotik vasitə olan marixuananın iki bükümünü özü götürüb bir bükümünü isə ona verdiyini bildirmişdir. Təhqiqatçı üstündən aşkar olunmuş bir ədəd gümüşü-ağ rəngli kağız bükümdəki narkotik vasitə olan marixuananı zərfə qoyub zərfi möhürləmiş, digər iştirakçılarla birlikdə zərfin üzərinə o da imza etmişdir. Təhqiqatçı üstündən aşkar olunmuş bir ədəd bir manatlıq kağız pulu və 20 qəpik metal pulu və telefonunu başqa zərfə qoyub zərfi möhürləmiş, digər iştirakçılarla birlikdə zərfin üzərinə o da imza etmişdir. Üstündən aşkar edilmiş alışqanını, siqaretini və evinin açarını təhqiqatçı özünə qaytarmışdır. Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olubolmadığını soruşmuş, heç birinin şikayət və vəsatəti olmamışdır. Videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmamış, təhqiqatçı tərəfindən bu barədə protokol yazılıb ucadan oxunmuş, digər iştirakçılar ilə birlikdə həmin protokolu o da imzalamışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 1229-da Təqsirləndirilən şəxs2 CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild İş.v 213-215) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 2253-də Şahid3 CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İİ cild İş.v 187-189) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 2353-də Şahid4 CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İİ cild İş.v 236-238) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 0331-də Təqsirləndirilən şəxs3 CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İİİ cild İş.v 33-35) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 1750-də Təqsirləndirilən şəxs1 CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild İş.v 21-23) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkcənin sol döş iç cibindən iki ədəd kibrit qutusunda içərisində narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. (İ cild İş.v 235-243) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Şahid3 əynindəki şalvarın arxa sol cibindən iki ədəd gümüşü kağız bükümdə narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. (İİ cild İş.v 208-213) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Şahid4 əynindəki şalvarın sağ yan ciblik hissəsindən bir ədəd bükümdə narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. (İİİ cild İş.v 4-9) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs3 əynindəki gödəkcənin sağ cibindən bir ədəd sellofan bükümdə, həmin cibdəki imperial klassik siqaret qutusunun içərisindən iki ədəd gümüşü kağız bükümdə narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi, həmçinin şalvarının sağ cibindən 40 manat pul aşkar edilib götürülmüşdür. (İİİ cild İş.v 55-59) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. (İ cild İş.v 40-45) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X20 15 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/158 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddi sübut…» sözləri, adlar və imzalar olan zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında, ayrıayrılıqda çəkiləri - 4,13 qram, 3,49 qram, ümumi təmiz çəkisi 7,62 qram olan bitki mənşəlli kütlələr tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli X3 ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir. Rəyin qeyd hissəsində göstərilmişdir ki, 1) marixuananın təmiz çəkisi – 4,13 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 4,11 qram qalmışdır. 2) marixuananın təmiz çəkisi – 3,49 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 3,47 qram qalmışdır. Aparılmış tədqiqatının dəyəri 35,97 manatdır. (İ cild İş.v 249-252) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X20 14 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/154 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə…» sözləri, adlar və imzalar olan zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,45 qram, 0,32 qram, ümumi təmiz çəkisi 0,77 qram olan bitki mənşəlli kütlələr tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli X4 ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir. Rəyin qeyd hissəsində göstərilmişdir ki, 1) marixuananın təmiz çəkisi – 0,45 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 0,43 qram qalmışdır. 2) marixuananın təmiz çəkisi – 0,32 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 0,30 qram qalmışdır. Aparılmış tədqiqatının dəyəri 35,97 manatdır. (İİ cild İş.v 218-221) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X20 14 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/155 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Şahid4 üzərindən götürülmüş maddi sübut…» sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,28 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində göstərilmişdir ki, marixuananın təmiz çəkisi – 0,28 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 0,26 qram qalmışdır. Aparılmış tədqiqatının dəyəri 34,55 manatdır. (İİİ cild İş.v 14-16) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X20 14 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/156 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə…» sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusundakı 01 (bir) ədəd sellofan bükümdə və 02 (iki) ədəd kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda çəkiləri - 0,23 qram, 0,17 qram, 10,26 qram ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəlli kütlələr tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli X3 ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir.(İ siyahı) Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusundakı 01 (bir) ədəd sellofan bükümdə və 02 (iki) ədəd kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda çəkiləri - 0,23 qram, 0,17 qram, 10,26 qram ümumi təmiz çəkisi 10,66 qram olan olan qurudulmuş marixuanalar, Şahid4 üzərindən aşkar edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuana və Şahid3 üzərindən aşkar edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkibinə görə eynidilər. Rəyin qeyd hissəsində göstərilmişdir ki, 1) marixuananın təmiz çəkisi – 0,23 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 0,21 qram qalmışdır. 2) marixuananın təmiz çəkisi – 0,17 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 0,15 qram qalmışdır. 3) marixuananın təmiz çəkisi – 10,26 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 10,24 qram qalmışdır. 4) marixuananın təmiz çəkisi – 0,26 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 0,24 qram qalmışdır. 5) marixuananın təmiz çəkisi – 0,43 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 0,41 qram qalmışdır. 6) marixuananın təmiz çəkisi – 0,30 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 0,28 qram qalmışdır. Aparılmış tədqiqatının dəyəri 35,97 manatdır. (İİİ cild İş.v 64-67) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X20 16 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/165 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs1 götürülmüş maddi sübut…» sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-6,91 qram olan bitki mənşəli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli X3 ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir.(İ siyahı) Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuana ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkibinə görə eynidilər. Rəyin qeyd hissəsində göstərilmişdir ki, 1) marixuananın təmiz çəkisi – 6,91 qram olmuş, tədqiqata sərf edilmiş - 0,05 qram., qalıq- 6,86 qram qalmışdır. 2) marixuananın təmiz çəkisi – 4,11 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 4,09 qram qalmışdır. 3) marixuananın təmiz çəkisi – 3,47 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram., qalıq- 3,45 qram qalmışdır Aparılmış tədqiqatının dəyəri 35,97 manatdır. (İ cild İş.v 51-54) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X20 7 iyun 2024-cü il tarixli, 3-16-16-2-17/511 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, Şahid3 üzərindən aşkar edilmiş 01 ədəd zərfin içərisindəki 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan quruduluş marixuanalar, Şahid4 üzərindən aşkar edilmiş 01 ədəd zərfin içərisindəki 01 ədəd kağız bükümdə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 01 ədəd zərfin içərisindəki 01 ədəd siqaret qutusundakı 01 ədəd sellofan bükümdə və 02 ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd zərfin içərisindəki 01 ədəd sellofan bükümdə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd zərfin içərisindəki 02 ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Rəyin qeyd hissəsində göstərilmişdir ki, 1) marixuananın ümumi təmiz çəkisi – 25,93 qram olmuş, tədqiqata sərf edilmiş - 0,18 qram., qalıq- 25,75 qram qalmışdır. Aparılmış tədqiqatının dəyəri 35,97 manatdır. (İV cild İş.v 193-196) Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 ona təyin olunmuş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 1 il 3 ay 24 gününü çəkmiş, 1 il 2 ay 2 gün çəkilməmiş qalır. (İV cild İş.v 197) Şəki Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 1(075)-93/2022 saylı hökmündən görünür ki, Vаhаbov Nurəddin Həsən oğlu CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X6 2 avqust 2022-ci il tarixdən 4 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İV cild İş.v 198-203) Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İİİ cild İş.v 168-170). Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İİ cild İş.v 50-56). Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İ cild İş.v 105-107). Şəki Rayon Psixatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 192 №-li məktubundan görünür ki, ünvan 15 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 X5 dispanser müşahidəsində yoxdur. (İ cild İş.v 159) Şəki Rayon Psixatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 235 №-li məktubundan görünür ki, ünvan 17 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 X5 dispanser müşahidəsində yoxdur. (İİ cild İş.v 106) Şəki Rayon Psixatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 272 №-li məktubundan görünür ki, Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, ev 2/7 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 X5 dispanser müşahidəsində yoxdur. (İV cild İş.v 17) Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin 29 fevral 2024-cü il tarixli, 224 nömərli məktubundan görünür ki, ünvan 15 ünvanında yaşayan Mahmudov X13 Şəhər Rayonlararası Narkoloji Dispanser qeydiyyatda yoxdur. (İ cild İş.v 160) Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin 04 mart 2024-cü il tarixli, 242 nömərli məktubundan görünür ki, Şəki şəhəri, Sabir küçəsi, ev 2/3 ünvanında qeydiyyatda olmaqla, ünvan 19abov X2 Şəhər Rayonlararası Narkoloji Dispanser qeydiyyatda yoxdur. (İV cild İş.v 7) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışdır. (İ cild İş.v 168) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. (İİ cild İş.v 113) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (İV cild İş.v 8) Şəki ŞİHB-nın 1 nömrəli Sahə üzrə nümayəndəliyinin “Dolmabaxçalar” məhəllə nümayəndəliyinin 5 mart 2024-cü il tarixli 360, 361 nömrəli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 anası X7 ilə birlikdə ünvan 20 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild İş.v 69-71) Şəki ŞİHB-nın Daşüz kənd İƏD üzrə nümayəndəliyinin 28 iyun 2024-cü il tarixli 174 nömrəli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 arvadı X12, oğlu X14, oğlu X11, gəlini X10, nəvələri- X28 və X29 ilə birlikdə Şəki rayonu Çələbixan qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild İş.v 69-71) İ-77341 nömrəli vəsiqənin surətindən görünür ki, X14 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. (İİ cild İş.v 74) 240631 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 İİ qrup əlildir. (İİ cild İş.v 75) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 350 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannbinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İV cild İş.v 38) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 698 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İV cild İş.v 39) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 691 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İV cild İş.v 40) Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Gəncə şəhər X22 10 may 2024-cü il tarixli, 320 nömrəli məhkəmə psixiatrik ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəlliyini dərk etmiş və hərəkətlərini idarə edə bilmişdir. Bu səbəbdən cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respubilkası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2da anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. (İV cild İş.v 189-192) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması, eləcə də satılması ilə cinayət hadisəsi baş vermişdir. Məhkəmə toplanmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan əməli törətmələri özlərinin tam, qismən və dolayı etirafları, şahid ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş işin digər materialları və sübutların məcmusu ilə tam və heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi əməllərində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətlərinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 8 №-li Qərarının 2ci bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərin hər biri verilmiş ittiham üzrə cinayət hadisəsinin baş vermə mexanizmini tam olaraq etiraf etmişdir. Onlardan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 narkotik vasitəni pulsuz verdiyini bildirmiş, sonuncu ibtidai istintaq dövründə pul ilə aldığını demiş, məhkəmə istintaqında isə Təqsirləndirilən şəxs3 satdığı narkotik vasitənin Təqsirləndirilən şəxs1 verdiyi narkotik vasitə olmadığı, mərhum qardaşından qalmış narkotik vasitə olduğu kimi izah etmişdir. Məhkəmə həmin halı inandırıcı qəbul etmir ona görə ki, nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 eyni tarixdə və vaxtda birincinin ikinciyə narkotik vasitə verdiyini mübahisələndirmir. X34 pulsuz verdiyini iddia etmişdir. Təqsirləndirilən şəxs2 da mərhum qardaşından qalmış narkotik vasitə olduğu halda, Təqsirləndirilən şəxs1 narkotik vasitə istəməsi və götürməsi həqiqətə uyğun görünmür. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqından fərqli olaraq məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 narkotik vasitəni ona pulsuz verdiyini desə də, ibtidai istintaqda satdığını demişdir. Özünün isə narkotik vasitəni Təqsirləndirilən şəxs3 satdığını, sonuncunun verdiyi narkotik vasitəni isə özü istifadə etmək üçün üstündə saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs3 verilmiş ittihamı etiraf etmiş, mübahisələndirməmişdir. Bundan başqa aşkar edilmiş narkotik vasitələrin tərkibinin eyni olması Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 satdığı narkotik vasitənin mərhum qardaşından qalan narkotik vasitə olması ilə bağlı qeyd etdiklərini istisna edir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 19,33 qram çəkidə olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda 100 (bir yüz) manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmış, sonuncu Təqsirləndirilən şəxs1 almaqla əldə etdiyi xeyli miqdarda, ümumi təmiz çəkisi 11,71 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda 110 (bir yüz on) manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, qalan xeyli miqdarda, iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,13 qram və 3,49 qram olmaqla, ümumi təmiz çəkisi 7,62 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak məqsədi ilə üzərində saxlamış, Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs2 almaqla əldə etdiyi az miqdarda, iki ədəd gümüşü-ağ rəngli və bir ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,28 qram, 0,45 qram və 0,32 qram, ümumi təmiz çəkisi 1,05 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, ev 2/7 ünvanının yaxınlığında 30 (otuz) manat pul müqabilində narkotik vasitə alıcısı Şahid3 mənafeyindən çıxış edən Şahid4 satmış, qalan xeyli miqdarda, bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə 0,23 qram, 0,17 qram və 10,26 qram olmaqla ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak məqsədi ilə üzərində saxlamış, Şahid4 da öz növbəsində həmin narkotik vasitənin 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan hissəsini ona narkotik vasitə alması üçün 30 (otuz) manat pul vermiş Şahid3 vermiş, qalan 0,28 qram olan hissəsini istehlak məqsədi ilə özündə saxlamış, xx.xx.2024-cü il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X9 Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid3 və Şahid4 Şəki şəhəri, H.Əliyev prospektində yerləşən "Zümrüd" marketin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilib, Şahid3 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:35 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının arxa sol cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda Şahid4 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:45 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının sağ yan cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, bir ədəd kağız bükümdə olmaqla ümumi təmiz çəkisi 0,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhərrayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 04:10 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən həmin xeyli miqdarda, bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə olmaqla ayrı-ayrılıqda çəkiləri 0, 23 qram, 0,17 qram və 10,26 qram, ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynindəki göy rəngli cins şalvarının sağ ön cibindən 40 (qırx) manat pul aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Şəki rayonu, Çələbixan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 14 fevral 2024-cü il tarixdə, saat 13:18 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol döş iç cibindən qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə saxladığı xeyli miqdarda, iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,13 qram və 3,49 qram olmaqla, ümumi təmiz çəkisi 7,62 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 6,91 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sellofan bükümdə olmaqla üzərində gəzdirməklə daşımış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 15 fevral 2024-cü il tarixdə yaşadığı ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə, saat 18:46 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı xeyli miqdarda, bir ədəd sellofan bükümdə olmaqla ümumi təmiz çəkisi 6,91 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda tanışı Təqsirləndirilən şəxs1 almaqla əldə etdiyi xeyli miqdarda, ümumi təmiz çəkisi 11,71 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda 110 (bir yüz on) manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs2 almaqla əldə etdiyi az miqdarda, iki ədəd gümüşü-ağ rəngli və bir ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,28 qram, 0,45 qram və 0,32 qram, ümumi təmiz çəkisi 1,05 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, ev 2/7 ünvanının yaxınlığında 30 (otuz) manat pul müqabilində narkotik vasitə alıcısı Şahid3 mənafeyindən çıxış edən Şahid4 satmış, qalan xeyli miqdarda, bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə 0,23 qram, 0,17 qram və 10,26 qram olmaqla ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak məqsədi ilə üzərində saxlamış, Şahid4 da öz növbəsində həmin narkotik vasitənin 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan hissəsini ona narkotik vasitə alması üçün 30 (otuz) manat pul vermiş Şahid3 vermiş, qalan 0,28 qram olan hissəsini istehlak məqsədi ilə özündə saxlamış, xx.xx.2024-cü il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X9 Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid3 və Şahid4 Şəki şəhəri, H.Əliyev prospektində yerləşən "Zümrüd" marketin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilib, Şahid3 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:35 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının arxa sol cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda Şahid4 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:45 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının sağ yan cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, bir ədəd kağız bükümdə olmaqla ümumi təmiz çəkisi 0,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhərrayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 04:10 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən həmin xeyli miqdarda, bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə olmaqla ayrı-ayrılıqda çəkiləri 0, 23 qram, 0,17 qram və 10,26 qram, ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynindəki göy rəngli cins şalvarının sağ ön cibindən 40 (qırx) manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda tanışı Təqsirləndirilən şəxs1 xeyli miqdarda, ümumi təmiz çəkisi 7,62 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda çəkiləri 4,13 qram və 3,49 qram olmaqla iki ədəd kibrit qutusunda olmaqla üzərində gəzdirməklə daşımış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Şəki rayonu, Çələbixan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 14 fevral 2024-cü il tarixdə, saat 13:18 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol döş iç cibindən qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə saxladığı xeyli miqdarda, iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,13 qram və 3,49 qram olmaqla, ümumi təmiz çəkisi 7,62 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda tanışı Təqsirləndirilən şəxs2 almaqla əldə etdiyi az miqdarda, iki ədəd gümüşü-ağ rəngli və bir ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,28 qram, 0,45 qram və 0,32 qram, ümumi təmiz çəkisi 1,05 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, ev 2/7 ünvanının yaxınlığında 30 (otuz) manat pul müqabilində narkotik vasitə alıcısı Şahid3 mənafeyindən çıxış edən Şahid4 satmış, sonuncu da öz növbəsində həmin narkotik vasitənin 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan hissəsini ona narkotik vasitə alması üçün 30 (otuz) manat pul vermiş Şahid3 vermiş, qalan 0,28 qram olan hissəsini istehlak məqsədi ilə özündə saxlamış, xx.xx.2024-cü il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X9 Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid3 və Şahid4 Şəki şəhəri, H.Əliyev prospektində yerləşən "Zümrüd" marketin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilib, Şahid3 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:35 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının arxa sol cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,45 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 0,77 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda Şahid4 şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 00:45 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının sağ yan cibindən qanunsuz olaraq, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı az miqdarda, bir ədəd kağız bükümdə olmaqla ümumi təmiz çəkisi 0,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Qafqaz» kafesindən bir qədər aralıda tanışı Təqsirləndirilən şəxs2 xeyli miqdarda, ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə 0,23 qram, 0,17 qram və 10,26 qram olmaqla üzərində gəzdirməklə daşımış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X32 prospekti, 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə, saat 04:10 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən həmin xeyli miqdarda, bir ədəd sellofan bükümdə və iki ədəd kağız bükümlərdə olmaqla ayrı-ayrılıqda çəkiləri 0,23 qram, 0,17 qram və 10,26 qram, ümumi təmiz çəkisi 10,66 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynindəki göy rəngli cins şalvarının sağ ön cibindən 40 (qırx) manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri tövsif olunduğu CM-nin 234.1 və 234.2-ci maddələrinin əlamətlərinə uyğundur, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onların əməlləri CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayəti törətməkdə təqsirlidir və onlara törətdikləri cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hal CM-nın 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətmələridir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs1 səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs2 təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs3 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməməsini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onların təqsirləndiyi bilindikləri CM-nın 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulsa da, CM-nın 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onu səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, onlara, təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası ədalətli həddə təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən də Təqsirləndirilən şəxs1 barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, işin hallarını, şəxsiyyətini səciyyələndirən halları, ibtidai istintaq və məhkəmə araşdırması zamanı göstərdiyi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əmələ münasibətini, ailə vəziyyətini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs3 barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, işin hallarını, narkotik vasitənin dövriyyəsindəki iştirakını, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini, Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə cəzası müəyyən edərkən barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, işin hallarını, narkotik vasitənin dövriyyəsindəki iştirakını, ibtidai istintaq və məhkəmə araşdırması zamanı davranışını, törətmiş olduğu əməldən peşmançılıq çəkməsini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzaları cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, CM-nin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcək Təqsirləndirilən şəxs1, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, CM-nin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcək Təqsirləndirilən şəxs2, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, CM-nin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcək Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən, Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı ilə üzərində qəti cəza olaraq saxlanılmış 1 il, 2 ay, 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablanan azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs3 qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 2-ci qrup əlil olması nəzərə alınaraq narkomaniyadan məcburi müalicə təyin olunmamalı və o Şəki rayon Narkoloji Kabinetdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Şəki rayon Narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Şahid3 üzərindən aşkar edilmiş 1 ədəd zərfin içərisindəki 2 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd zərfin içərisindəki 1 ədəd kağız bükümdə, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 1 ədəd zərfin içərisindəki 1 ədəd siqaret qutusundakı 1 ədəd sellofan bükümdə və 2 ədəd kağız bükümlərdə, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd zərfin içərisindəki 1 ədəd sellofan bükümdə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd zərfin içərisindəki 2 ədəd kibrit qutularında olan ümumi xalis çəkisi tədqiqatdan sonra 25,75 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd «Samsunq» markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub götürülmüş bir ədəd «Origimo» markalı mobil telefon, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunub götürülmüş bir ədəd «Samsunq» markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə qaytarılmalıdır. xx.xx.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs3 üstündən götürülmüş pul məbləğlərindən iş üzrə maddi sübut kimi tanınıb Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 40 manat pul dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 214,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs1 Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 2-ci qrup əlil olması nəzərə alınaraq narkomaniyadan məcburi müalicə təyin olunmasın və o Şəki rayon Narkoloji Kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən, Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilib üzərində qəti olaraq saxlanılmış azadlığın məhdudlşdırılması cəzasının çəkilməmiş 1 il, 2 ay, 2 günü, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilib Təqsirləndirilən şəxs3 qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Şəki rayon Narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Şahid3 üzərindən aşkar edilmiş 1 ədəd zərfin içərisindəki 2 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd zərfin içərisindəki 1 ədəd kağız bükümdə, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 1 ədəd zərfin içərisindəki 1 ədəd siqaret qutusundakı 1 ədəd sellofan bükümdə və 2 ədəd kağız bükümlərdə, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd zərfin içərisindəki 1 ədəd sellofan bükümdə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd zərfin içərisindəki 2 ədəd kibrit qutularında olan ümumi xalis çəkisi tədqiqatdan sonra 25,75 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd «Samsunq» markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub götürülmüş bir ədəd «Origimo» markalı mobil telefon, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunub götürülmüş bir ədəd «Samsunq» markalı mobil telefon sahiblərinə qaytarılsın. xx.xx.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs3 üstündən götürülmüş pul məbləğlərindən iş üzrə maddi sübut kimi tanınıb Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 40 manat pul dövlət nəfinə müsadirə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 214,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №1(075)-16/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-16/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver