Məhkəmə qərarları › İş №1(075)-17/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-17/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-17/2021 17.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bətıxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi X2, Zərərçəkmiş şəxs1un, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslərin qanuni nümayəndələri Qanuni nümayəndə1, Qanuni nümayəndə2 Əbduləziz oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, Şəki şəhəri Sarabski küçəsi ev 6-da yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilmişdir ki, ondan ötrü ki, o, nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Vərəzət kəndinin ərazisindən keçən 147.5-ci km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 100-110 km/ saat sürətlə idarə etdiyi Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhəri istiqamətindən Oğuz rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, qarşıda nəqliyyat vasitəsinin sola dönmə işığını qoşub sola dönmək üçün sol kənar vəziyyəti tutmasını nəzərə almalı və dönmək üçün sürətini azaltmış nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verməli, təhlükəsizliyin təmin olunması məqsədi ilə onu sağ tərəfdən ötməklə hərəkətini davam etdirməli olduğu halda bunu etməyib, avtomobili sol hərəkət zolağına çıxararaq ötmə əməliyyatı apararaq avtomobilin qarşı sağ qanad hissəsi ilə eyni istiqamətdə hərəkətdə olub sola dönmə əməliyyatı aparan Zərərçəkmiş şəxs1 idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkərindən vurub toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Hyundai Sonata markalı avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs5 müştərək travma, qapalı kəllə-beyin travması, kəllə tağı sümüyünün sınığı, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma, döş qəfəsinin küt travması, sağ İV-Vİİİ və sol lll-Vİİİ qabırğaların yerdəyişən sınıqları, sağ ağ ciyərin cırılmış yarası, daxili qanaxma, sağ böyrək ətrafı toxumalara qansızmasının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarətləri yetirmiş və onun xx xxxx 2020-ci il tarixdə saat 18:20 radələrində Şəki RMX-da ölməsinə səbəb olmuş, Yetkinlik yaşına çatmayan (YYÇ) Zərərçəkmiş şəxs2 Kazm oğluna sağ bud-çanaq oynağında sirkə kasasının arxa divarında yerini cüzi dəyişən kiçik qəlpəli sınığının əmələ gəlməsi ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, YYÇan Zərərçəkmiş şəxs4 qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin əmələ gəlməsi ilə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs3 sağ əlin İİ barmağının falanqasının yerdəyişməyən sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alnın sol hissəsinin dərialtı hematomasının əmələ gəlməsi ilə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Qaz 33021 yük markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ əlin İ barmağının, sağ əlin İİ barmağının kəsilmiş yaralarının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarətlər, habelə Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində isə Zərərçəkmiş şəxs1 7200 (yeddi min iki yüz) manat məbləğində ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ona nəxsusdur, onun avtomobilləri idarə etməyə hüquq verən ABC dərəcəli sürücülük vəsiqəsi vardır. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə tanışları Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Şəki rayonunun Baş Zəyzid kəndindən götürüb şəxsi işləri ilə əlaqədar idarə etdiyi Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhərinə getmişlər. Onlar işlərini bitirdikdən sonra Baş Zəyzid kəndinə qayıdırmışlar, həmin vaxt Həsən qabaq oturacaqda, Mustafa arxa oturacaqda sağ tərəfdə, ortada Ceyhun, sol tərəfdə Turqut əyləşmişlər və o, Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobili Şəki şəhəri istiqamətindən Oğuz rayonu istiqamətində təxminən 100-110 km/saat sürətlə idarə etmişdir. Təxminən saat 17:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Vərəzət kəndinin ərazisindən keçən 147.5-ci km-də qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan qəhvəyi rəngli avtomobili ötüb keçmək üçün sola dönmə xəbərdarlıq işığını yandırıb avtomobili əks hərəkət zolağına çıxardaraq ötmə əməliyyatı aparmışdır. Bu zaman ötüb keçmək istədiyi avtomobilin qarşısında təxminən 50 metrlikdən hərəkətdə olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sola manevr edib Şəki rayonunun Vərəzət kəndinə dönmə əməliyyatı apararaq idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Bu zaman o, hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobilin tormoz əyləcindən və siqnalından istifadə etmiş, lakin Elçin idarə etdiyi Qaz 33021 yük markalı avtomobillə sola dönmə işıqlarını yandırmadan dönmə əməliyyatını davam etdirmiş, həmin vaxt o, ötüb keçmək istədiyi qəhvəyi rəngli avtomobili sağa sıxmaq istəmiş, lakin həmin avtomobildə azyaşlı uşağın olduğunu görüb bunu etməmişdir. Sonra avtomobili qismən yolun solundakı ehtiyyat sahəyə çıxardıb fikirləşmişdir ki, Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısından ötüb keçər. Bundan sonra idarə etdiyi Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin sol təkərləri ehtiyyat sahəyə düşdüyündən avtomobil sürüşmüş və məsafə yaxın olduğundan Hyundai Sonata markalı avtomobilin qarşı sağ qanad hissəsi Elçinin idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa təkərindən dəyib toqquşmuşdur. Zərbədən idarə etdiyi Hyundai Sonata markalı avtomobil bir qədər qarşıya gedib dayanmış, Qaz 33021 yük markalı avtomobil isə yanı üstə aşmışdır. Nəticədə idarə etdiyi avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 xəsarət almışlar. Bundan sonra o, avtomobildən çıxıb hadisə yerinə toplaşan tanımadığı şəxslərə birlikdə Həsəni avtomobildən çıxardıb təcili tibbi yardıma zəng etmişlər. Bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Həsəni Şəki RMX-na aparmışdır. O, Ceyhun, Mustafa və Turqut isə yoldan keçən tanımadıqları avtomobillə Həsənin arxası ilə xəstəxanaya getmişlər və onlara ilkin tibbi yardım göstərildikdən sonra o, hadisə yerinə qayıdıb hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak edərək tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Sonradan ona Zərərçəkmiş şəxs5 xx.xx.2020-ci il tarixdə təxminən saat 18:20 radələrində Şəki RMX-da ölməsi məlum olmuşdur. Əlavə olaraq göstərmişdir ki, avtomobilini maksimum surət həddi 60 km/saat müəyyən olunmuş yerdə 100-110 km/saat sürətlə sürməyini, həmçinin Zərərçəkmiş şəxs5 ölümündə, bundan başqa digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 az ağır, Zərərçəkmiş şəxs3 yüngül zərər, Zərərçəkmiş şəxs4 yüngül, Zərərçəkmiş şəxs1 dərəcəsi təyin edilməyən xəsarətlər vurmasını qəbul edir. Lakin baş vermiş yol-nəqliyyat hadisəsində Zərərçəkmiş şəxs1 da təqsiri olduğunu düşünür. Belə ki, o, onundəki avtomobili ötüb keçmək istəyərkən Zərərçəkmiş şəxs1 idarə etdiyi Qazel markalı avtomobil qəflədən sola dönmə etmişdir. O isə ötüb keçdiyi avtomobildən də qabaqda başqa bir avtomobil olduğundan Qazel markalı avtomobili sağdan keçə bilməmiş və onunla toqquşmuşdur. Hadisə nəticəsində özünün və Zərərçəkmiş şəxs1 Qazel avtomobilinə maddi ziyan dəymişdir. Bildiyinə görə Zərərçəkmiş şəxs1 avtomobilinə 7200 manat zərər dəymişdir. Lakin onun həmin ziyanı sığorta şirkəti Zərərçəkmiş şəxs1 ödəyəcəkdir. Zərərçəkmiş şəxslərlə hər hansı barışıq əldə edə bilməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün qismən etirafı, iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin qanuni nümayəndələrinin, şahidlərin ifadəsi, məhkəmə ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə istintaqı zamanı müasir texniki imkanlardan istifadə etməklə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxs X4 ilə məhkəmə zalında “WhatsApp” əlaqəsi yaradılaraq onun ifadəsi alınmış və o, ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin göstərmişdir ki, hal-hazırda X3-Peterburq şəhərində yaşadığından və fərdi əməklə məşğul olduğundan məhkəmə iclasında iştirak edə bilmir. Göstərmişdir ki, ibtidai istintaqda iştirak etmiş və ifadəsini vermişdir. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs5 onun övladıdır. Övladı Şirxana avtomobili yavaş sürməsini xahiş etsə də o bu xahişlərə məhəl qoymamış və avtomobili yüksək sürətlə idarə edərək cavan oğlunun ölümünə səbəb olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxs X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs5 onun oğlu olmuş və ailədə ikinci uşaq olmuşdur. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs5 evdən çıxmış və həmin gün təxminən saat 18:00 radələrində oğlu Zərərçəkmiş şəxs5 yolnəqliyyat hadisəsinə düşərək Şəki rayon Mərkəzi Xəstəxanasına düşməsi barədə məlumat almış və bundan sonra o, xəstəxanaya getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Vərəzət kəndinin ərazisindən keçən 147.5-ci km-də sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhəri istiqamətindən Oğuz rayonu istiqamətində hərəkətdə olarkən, əks hərəkət zolağına çıxaraq eyni istiqamətdə hərəkətdə olub sola dönmə əməliyyatı aparan Zərərçəkmiş şəxs1 idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkərindən vurub toqquşmuş, nəticədə Hyundai Sonata markalı avtomobilin salonunda olan sərnişinlər oğlu Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 müxtəlif bədən xəsarətləri alaraq Şəki RMX-na daxil olmuşlar. xx.xx.2020-ci il tarixdə təxminən saat 18:20 radələrində oğlu Zərərçəkmiş şəxs5 aldığı bədən xəsarətlərindən Şəki RMX-da vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi X5 məhkəmə iclasında Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə görüşüb birlikdə şəxsi işləri ilə əlaqədar tanışları Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonunun Baş Zəyzid kəndindən çıxıb Şəki şəhərinə getmişlər. Onlar işlərini bitirdikdən sonra Baş Zəyzid kəndinə qayıdırmışlar, həmin vaxt Həsən qabaq oturacaqda əyləşmiş, o, arxa oturacaqda ortada əyləşmiş, sağda Ceyhun, sol tərəfdə isə Turqut əyləşmişlər və Şirxan salonunda olduğu Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobili Şəki şəhəri istiqamətindən Oğuz rayonu istiqamətində idarə etmişdir. Təxminən saat 17:30 radələrində Qaraməryəm-ismayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Vərəzət kəndinin ərazisindən keçən 147.5-ci km-də qəhvəyi rəngli BMW markalı avtomobil salonunda olduğu Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçərək öz yoluna düzəlmişdir. Bundan sonra Şirxan onları ötüb keçən BMW markalı avtomobili ötüb keçmək üçün salonunda olduğu Hyundai Sonata avtomobili əks hərəkət zolağına çıxardaraq ötmə əməliyyatı aparmışdır. Bu zaman həmin BMW markalı avtomobilin qarşısında hərəkətdə olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sola manevr edib Şəki rayonunun Vərəzət kəndinə dönmə əməliyyatı aparmışdır. Həmin vaxt Şirxan hadisənin qarşısını almaq üçün salonunda olduğu avtomobilin sükanını qismən sola çəkmiş, lakin məsafə yaxın olduğundan Hyundai Sonata markalı avtomobilin qarşı sağ qanad hissəsi Elçinin idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa təkərindən dəyib toqquşmuşdur. Zərbədən salonunda olduğu Hyundai Sonata markalı avtomobil bir qədər qarşıya gedib dayanmış, Qaz 33021 yük markalı avtomobil isə yanı üstə aşmış, nəticədə o, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs xəsarət almışlar. Bundan sonra hadisə yerinə toplaşan tanımadığı şəxslər onları avtomobildən çıxardıb yoldan keçən tanımadığı avtomobillə Şəki RMX-na yola salmışlar. Sonradan ona Zərərçəkmiş şəxs5 xx.xx.2020-ci il tarixdə təxminən saat 18:20 radələrində Şəki RMX-da ölməsi məlum olmuşdur. Həmçinin qeyd etmişdir ki, sürücü Təqsirləndirilən şəxs salonunda olduğu Hyundai Sonata markalı avtomobillə BMW markalı avtomobili ötüb keçmək üçün ötmə əməliyyatı edib əks hərəkət yoluna çıxanda sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonunun Vərəzət kəndinə dönmək üçün qismən sola dönmə əməliyyatına başlamış və həmin avtomobilin qarşı hissəsi qismən Vərəzət kəndi istiqamətində olmuş, sonradan Zərərçəkmiş şəxs1 idarə etdiyi Qaz 33021 yük markalı avtomobillə yolu tam boşaltdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Sonata markalı avtomobillə Qaz 33021 yük markalı avtomobilin sol arxa təkərindən vurub toqquşmuşdur. Əlavə olaraq göstərmişdir ki, avtomobildə arxa oturacaqda ortada oturduğundan Şirxanın avtomobili təxminən 150-160 km/saat sürətlə idarə etdiyini görmüş və Şirxana avtomobilin sürətini aşağı salmasını xahiş etmişdir. Salonda oturanlar da Şirxanın avtomobili sürətlə hərəkət etdirdiyinə etirazlarını bildirmişlər. Lakin Şirxan onların iradlarına məhəl qoymamışdır. Göstərmişdir ki, xəsarəti ilə əlaqədar xəstəxanada xərcləri çıxmaqla maddi ziyana düşmüşdür. Buna görə də Təqsirləndirilən şəxs vurulmuş ziyan tələb edir, ondan şikayətçidir, ona ağır cəza veriməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 (qanuni nümayəndəsi Qanuni nümayəndə2 Əbduləziz oğlunun iştirakı ilə dindirilmişdir.) istintaq zamanı YYÇ-an Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xususatları eyni ilə öz ifadələrində təstiq etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ərik yükü vurmaq üçün üçün idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonunun Vərəzət kəndinə gedirmiş. Həmin vaxt Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili Şəki şəhəri istiqamətindən Oğuz rayonu istiqamətində təxminən 50-60 km/saat sürətlə idarə etmiş, həmin vaxt arxadan onunla eyni istiqamətdə naməlum ağ rəngli minik avtomobil hərəkətdə olmuşdur. Təxminən saat 17:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Vərəzət kəndinin ərazisindən keçən 147.5-ci km-də Vərəzət kəndinə daxil olmaq üçün təxminən 30-40 metrlikdən avtomobilin sola dönmə xəbərdarlıq işığını yandırıb öz yolunu tutub avtomobilin sürətini təxminən 20 km/saat salmış və qarşıdan avtomobil gəlmədiyini görüb idarə etdiyi avtomobili dayandırmadan sola dönmə əməliyyatı aparmışdır. Həmin vaxt arxadan onunla eyni istiqamətdə hərəkətdə olan markasını xatırlamadığı ağ rəngli avtomobil öz yolunda onun arxasından keçib getmişdir. Bu zaman o, tormoz səsi eşitmiş, yola baxanda onunla eyni istiqamətdə hərəkətdə olub ötmə əməliyyatına çıxmış naməlum qırmızı rəngli minik avtomobilin sürücüsü əks hərəkət yolundan öz yoluna düzəlib idarə etdiyi avtomobilin arxasından keçmişdir. O, zənn etmişdir ki, qırmızı rəngli avtomobil arxadan onunla eyni istiqamətdə hərəkətdə olan ağ rəngli avtomobili ötmək üçün əks hərəkət zolağına çıxmışdır. Həmin vaxt idarə etdiyi avtomobilin arxa sol təkərinə zərblə avtomobil dəymiş, zərbədən idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil sağ yanı üstə aşmışdır. Nəticədə o, xəsarət almış və bundan sonra o, Qaz 33021 yük markalı avtomobilin ön şüşəsindən çıxmışdır. Bundan sonra ona məlum olmuşdur ki, idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə sola dönmə əməliyyatı aparan zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşısında onunla eyni hərəkətdə olan avtomobili ötüb keçmək əks hərəkət zolağına çıxmış və idarə etdiyi avtomobilin arxa sol təkərindən vurub toqquşmuş, Hyundai Sonata markalı avtomobilin sürücüsü Şirxan, həmin avtomobilin salonunda olan sərnişinlər sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 xəsarət almışlar. Bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Həsəni Şəki RMX-na aparmış, Şirxan, Ceyhun, Mustafa və Turqut isə yoldan keçən tanımadığı avtomobillə Həsənin arxası ilə xəstəxanaya getmişlər. Özü isə hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş və tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Baş vermiş hadisə nəticəsində ona məxsus Qaz 33C21 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə 7200 (yeddi min iki yüz) manat ziyan dəymişdir. Hazırda cinayət işi üzrə mülki iddia vermiş və məhkəmə tərəfindən mülki iddiaçı qismində tanınmışdır. Göstərmişdir ki, məhkəmə istintaqı ərzində sığorta şirkəti tərəfindən ona 4800 manat ödəniş edilmişdir. Buna görə də iddia tələbinin azaldılması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də hazırda Təqsirləndirilən şəxs 2400 manat məbləğində ziyanı tələb edərək iddiasını müdafiə edir. Təqsirləndirilən şəxs qanuna müvafiq olaraq cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə şəxsi işi ilə əlaqədar Şəki rayonun Baş Zəyzid kəndinə gedərkən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Vərəzət kəndinin ərazisindən keçən 147.5-ci km-də yol nəqliyyat hadisəsi baş verdiyini görmüş və o, hadisə yerinə gələn polis əməkdaşına yaxınlaşıb hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Vərəzət kəndinin ərazisindən keçən 147.5-ci km-də Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhəri istiqamətindən Oğuz rayonu istiqamətində hərəkətdə olarkən, əks hərəkət zolağına çıxaraq eyni istiqamətdə hərəkətdə olub sola dönmə əməliyyatı aparan Zərərçəkmiş şəxs1 idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkərindən vurub toqquşmuş, nəticədə Hyundai Sonata markalı avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 müxtəlif bədən xəsarətləri alaraq Şəki RMX-na daxil olmuşlar. Sonra isə o, hadisə yerində olan digər hal şahidi və polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində axıra qədər iştirak edərək hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olaraq digər iştirakçılarla bərabər imza etmişdir. Sonradan ona Zərərçəkmiş şəxs5 xx.xx.2020-ci il tarixdə təxminən saat 18:20 radələrində Şəki RMX-da ölməsi ona məlum olmuşdur. Şahid2 xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş və ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Üzrlü səbəblərdən məhkəmə iclasına gəlməyən, lakin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 digər Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin BDYPl-nin YPXA-nın 5-ci tağımının YPX-ti inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. Bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Şahid1 ilə birlikdə xidmətdə olduqları zaman təxminən saat 17:30 radələrində Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Şəki rayonunun Vərəzət kəndinin ərazisindən keçən 147.5-ci kmdə yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər, həmin vaxt orada ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Vərəzət kəndinin ərazisindən keçən 147.5-ci km-də Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhəri istiqamətindən Oğuz rayonu istiqamətində hərəkətdə olarkən, əks hərəkət zolağına çıxaraq eyni istiqamətdə hərəkətdə olub sola dönmə əməliyyatı aparan Zərərçəkmiş şəxs1 idarə etdiyi Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanl avtomobilin arxa sol təkərindən vurub toqquşmuş, nəticədə Hyundai Sonata markalı avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 müxtəlif bədən xəsarətləri alaraq Şəki RMX-na daxil olmuşlar. Bundan sonra hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak edərək bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Sonradan ona Zərərçəkmiş şəxs5 xx.xx.2020-ci il tarixdə təxminən saat 18:20 radələrində Şəki RMX-da ölməsi məlum olmuşdur. Şahid1 xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Üzrlü səbəblərdən məhkəmə iclasına gəlməyən, lakin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 oğlu digər Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2020-ci il tarixli, 257 saylı tibbi müayinə Protokolundan görünür ki, Təqsirləndirilən şəxs avtomobili idarə edən zaman ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 28 №-li rəyindən görünür ki,

1. Mərhum Zərərçəkmiş şəxs5 meyitinin məhkmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir: müştərək travma, qapalı kəllə-beyin travması, kəllə tağı sümüyünün sınığı, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma, döş qəfəsinin küt travması, sağ İV-Vİİİ və sol lll-Vİİİ qabırğaların yerdəyişən sınıqları, sağ ağ ciyərin cırılmış yarası, daxili qanaxma, sağ böyrək ətrafı toxumalara qansızma. Bu xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxt və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər.

2. Mərhum Zərərçəkmiş şəxs5 ölümünə səbəb qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma olmuşdur. İlk meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvəl olmaqla tibbi sənəddə qeyd edilən müddətə uyğundur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertin xx.xx.2020-ci il tarixli 217 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər: sağ əlin İİ barmağının falanqasının yerdəyişməyən sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alnın sol hissəsinin dərialtı hematoması- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertin xx.xx.2020-ci il tarixli 218 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər: qapalı kəllə beyin travması, baş beyin silkələnməsi- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertin xx.xx.2020-ci il tarixli 220 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər: sağ əlin İ barmağının, sağ əlin İİ barmağının kəsilmiş yaraları iti kəsici əşyanın (alətin) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı kəsici qabiliyyətli sınmış hissələrin (şüşə) təsirindən əmələ gəlməsi mümkündür, sağ əlin sol ayağın əzilmişsıyrılmış yaraları, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixinə uyğundur, xəsarətlərin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertin xx.xx.2020-ci il tarixli 221 №li rəyindən görünür ki, YYÇ-an Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər: sağ bud-çanaq oynağında sirkə kasasının arxa divarında yerini cüzi dəyişən kiçik qəlpəli sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 8/994 №-li rəyindən görünür ki, 1a. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 51- ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 60 km/saat sürətə qədər məhdudlaşdırılmış yolda 100-110 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 1b. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: hərəkət üçün təhlükə yaranan anda “QAZ-33021” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 10,3 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. hərəkət üçün təhlükə yaranan anda “QAZ-33021” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 10,3 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərci 100 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş BDYPİ Qİİ-dən alınmış xx.xx.2020-ci il tarixli 016-59139-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1975-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs1 DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinin informasiya uçot bazasına görə sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxs xx.xx.2016-cı il tarixdə AF seriyalı 220565 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş materiallarına əlavə edilmiş BDYPİ Qİİ-dən alınmış xx.xx.2020-ci il tarixli 016-59246-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu ildə anadan olmuş Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinin informasiya uçot bazasına görə sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxs xx.xx.2012-ci il tarixdə etibarlılıq müddəti xx.xx.2022-ci ilədək olan AB seriyalı 731685 nömrəli "ABC" kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş materiallarına əlavə edilmiş Şəki «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli 37 saylı aktından görünür ki, Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə 7200 (yeddi min iki yüz) manat dəyərində ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli “İltizam”-dan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq nəticədə ehtiyatsızlıqdan X1 ölümünə səbəb olması, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 az ağır, Zərərçəkmiş şəxs3 yüngül zərər, Zərərçəkmiş şəxs4 yüngül, Zərərçəkmiş şəxs1 dərəcəsi təyin edilməyən xəsarətlər vurması tam sübuta yetirilir və təqsirləndirilən şəxsin bu əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi zərərçəkmiş şəxsin hüququ varisinin, zərərçəkmiş şəxsin hüququ varisinin nümayəndəsinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, ekspertiza rəyləri, ifadənin yerində yoxlanılması protokolu və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham irəli sürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməli və ona bu maddələrin sanksiyası həddində, çəkilməsi real olan cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59.1-ci maddəsində sadalanan yüngülləşdirici hallar, CM-nin 61-ci maddəsi üzrə isə ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddəyə əlavə cəza kimi nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. 100 manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖEN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə BDYPl-nin YPXA-nın 717 saylı postun duracağında saxlanılmış Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı və Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün qəbzlərlə sürücülər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınmalıdır. İşmateriallarından görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı başlamamış Təqsirləndirilən şəxs qarşı məhkəmədə mülki iddia vermiş və məhkəmə tərəfindən Zərərçəkmiş şəxs1 mülki iddiaçı Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində qəbul edilmişdir. Mülki iddiadan görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində ona vurulmuş 7200 manat məbləğində ziyanı tələb edir. İşdə olan Şəki «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli 37 saylı aktından görünür ki, Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə 7200 (yeddi min iki yüz) manat dəyərində ziyan dəymişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurulmuş 7200 manat məbləği mübahisələndirməmişdir. Lakin Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılması haqqında ərizə təqdim edərək Təqsirləndirilən şəxs 2400 manat məbləğində maddi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbinin azaldılması haqqında ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Göstərmişdir ki, məhkəmə istintaqı ərzində sığorta şirkəti tərəfindən ona 4800 manat ödəniş edilmişdir. Buna görə də iddia tələbinin azaldılması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də hazırda Təqsirləndirilən şəxs 7200 manatın qalıq qalan hissəsi olan 2400 manat məbləğində ziyanı tələb edərək iddiasını müdafiə edir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Göründüyü Təqsirləndirilən şəxs törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı Zərərçəkmiş şəxs1 7200 manat maddi zərər dəymişdir. Lakin sonradan sığorta şirkəti tərəfindən ona 4800 manat ödəniş edildiyindən mülki iddiaçı tələbini azaltmış və mülki cavabdehdən 2400 manat pul tələb etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 2400 manat alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək iki il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin və cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. 100 manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖEN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə BDYPl-nin YPXA-nın 717 saylı postun duracağında saxlanılmış Qaz 33021 yük markalı ** CS *** dövlət qeydiyyat nişanlı və Hyundai Sonata markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün qəbzlərlə sürücülər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 2400 (iki min dörd yüz) manat alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. Hökm apelyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar