Məhkəmə qərarları › İş №1(075)-17/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-17/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-17/2022 16.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X2 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində '‘polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Repsublikası CM-ııin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 həkim komissiyasından keçirəcəyinə və əlilliyinin bərpa ediləcəyinə köməklik edəcəyi barədə yalan vədlər verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib vahid niyyətlə, 2021-ci ilin yanvar ayının sonlarında təxminən saat 10:00 radələrində ünvan 2 ünvanında yerləşən Şəki Rayon Mərkəzi Xəstəxanasında 50 manat, 2021-ci ilin yanvar ayının sonlarında təxminən saat 10:30 radələrində ünvan 4 ünvanda Zərərçəkmiş şəxs4 yaşadığı evində 250 manat, 2021-ci ilin fevral ayının əvvəllərində Şəki şəhəri, X41 prospektində yerləşən Mərkəzi Poçtun qarşısında 150 manat və 2021-ci ilin aprel ayının əvvəllərində təxminən saat 11:00 radələrində Şəki şəhəri, Heydər Əliyev prospekti 232 ünvanında yerləşən X25 400 manat olmaqla, ümumilikdə vahid niyyətlə 850 manat məbləğində pulunu alıb ələ keçirərək qəsdən dələduzluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun cinayətkar qəsdindən məlumatı olmayan X9 qayınatası Şəki rayonu, Fazil kənd sakini Zərərçəkmiş şəxs1 həkim komissiyasından keçirəcəyinə və əlilliyinin bərpa etdirəcəyinə köməklik edəcəyi barədə yalan vədlər verib inandıraraq Xaliq İbrahimovun və onun vasitəsilə Etibar Məhərrəmovun etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib 2021-ci ilin fevral ayının əvvəllərində saat 10:30 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən "Gənclik" restoranı qarşısında Xaliq İbrahimovun vasitəsilə Zərərçəkmiş şəxs1 950 (doqquz yüz əlli) manat pulunu alıb ələ keçirməklə qəsdən dələduzluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli li törətmişdir. Bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun cinayətkar qəsdindən məlumatı olmayan X9 qohumu ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 həkim komissiyasından keçirəcəyinə və əlilliyinin bərpa etdirəcəyinə köməklik edəcəyi barədə yalan vədlər verib inandıraraq Xaliq İbrahimovun və onun vasitəsilə Zərərçəkmiş şəxs3 etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib 2021-ci ilin mart ayının əvvəllərində saat 21:30 radələrində ünvan 6 ünvanında Xaliq İbrahimovun yaşadığı evin qapısı önündə sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs3 1000 (bir min) manat pulunu alıb ələ keçirməklə qəsdən dələduzluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun cinayətkar qəsdindən məlumatı olmayan X9 tanışı Şəki rayonu, İbrahimkənd kənd sakini Zərərçəkmiş şəxs2 Hümmət oğlunu həkim komissiyasından keçirəcəyinə və əlilliyinin bərpa etdirəcəyinə köməklik edəcəyi barədə yalan vədlər verib inandıraraq Xaliq İbrahimovun və onun vasitəsilə Zərərçəkmiş şəxs2 etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib 2021-ci ilin mart ayının əvvəllərində saat 11:00 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən "Günay" şadlıq evinin qarşısında Xaliq İbrahimovun vasitəsilə Zərərçəkmiş şəxs2 1000 (bır min) manat pulunu alıb ələ keçirməklə qəsdən dələduzluq cinayətini törətmişdir. Bununla da X13 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun cinayətkar qəsdindən məlumatı olmayan X9 qohumu ünvan 7 ünvanında yaşayan X5 həkim komissiyasından keçirəcəyinə və əlilliyinin bərpa etdirəcəyinə köməklik edəcəyi barədə yalan vədlər verib inandıraraq Xaliq İbrahimovun və onun vasitəsilə İlhamə Əfəndiyevanın etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib 2021-ci ilin mart ayının sonlarında saat 18:00 radələrində ünvan 6 ünvanında Xaliq İbrahimovun yaşadığı evdə sonuncunun vasitəsilə İlhamə Əfəndiyevanın 700 (yeddi yüz) manat pulunu alıb ələ keçirməklə qəsdən dələduzluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid2 Ehlibar oğlu və X9 tanışı Şəki rayonu, Kiş kənd sakini Zərərçəkmiş şəxs5 X49nu həkim komissiyasından keçirəcəyinə və əlilliyinin bərpa etdirəcəyinə köməklik edəcəyi barədə yalan vədlər verib inandıraraq Şahid2, Xaliq İbrahimov və onların vasitəsilə Zərərçəkmiş şəxs5 etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib 2021-ci ilin aprel ayının əvvəllərində saat 11:00 radələrində ünvan 6 ünvanında Xaliq İbrahimovun yaşadığı evin qarşısında sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs5 1300 (bir min üç yüz) manat pulunu alıb ələ keçirməklə qəsdən dələduzluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun cinayətkar qəsdindən məlumatı olmayan Zərərçəkmiş şəxs4 tanışı ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs7, onun gözdən əlil qızı X4 həkim komisiyasından keçirəcəyinə və əlilliklərini bərpa etdirəcəyinə köməklik edəcəyi barədə yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs4 və onun vasitəsilə Zərərçəkmiş şəxs7 etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edib 2021-ci ilin aprel ayının əvvəllərində saat 09:30 radələrində Şəki şəhəri, Heydər Əliyev prospekti 232 ünvanında yerləşən X26 həyətyanı sahəsində Zərərçəkmiş şəxs4 vasitəsilə Zərərçəkmiş şəxs7 1000 (bir min) manat məbləğində pulunu alıb ələ keçirərək qəsdən dələduzluq cinayətini törətmişdir. Bununla da X13 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs оğlu özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin may ayının 10-dan 2021-ci ilin avqust ayının 12-nə kimi Şəki MRX-nın texniki dəstək bölməsində sürücü işləmiş, ayda 2100- 2200 manat əmək haqqı almışdır. Lakin sonradan işdən azad olunmuşdur. Hazırda rəsmi olaraq heç bir yerə işləmir. Həmin dövrlərdə “Topaz” oyunu oynamış, bəzən udmuş, bəzən isə uduzmuşdur. Hazırda zərərçəkmiş şəxslərdən almış olduğu pullarla da “Topaz” oynamışdır. Hazırda topaz oynamır. Bildirmişdir ki, iş üzrə zərərçəkmişlərin hamısı onun yaxından və uzaqdan qohumlarıdır. Göstərmişdir ki, 2020-ci ilin dekabr ayının əvvələrində qohumluq əlaqələri olan Xaliq İbrahimov ona zəng edərək gəlinbacısı Zərərçəkmiş şəxs4 pensiyasının kəsildiyini deyərək onun sənədlərinin toplanmasına köməklik edə bilməsini soruşmüşdür. O da Xaliq İbrahimova çalışıb köməklik edəcəyini demişdir. Xaliq İbrahimov bu işin xərcinin nə olmasını soruşanda o, bu işin 200 manat xərci olduğunu bildirmişdir. Bundan iki gün sonra Xaliq İbrahimov onu yaşadığı evə dəvət etmiş və görəcəyi işə görə ona 200 manat pul vermişdir. Bundan sonra o, Şəki RMX-nın poliklinika şöbəsinin baş həkimi Şəlalə Bayramovanın yanına gedib Zərərçəkmiş şəxs4 pensiyasının bərpa edilməsinə köməklik edə biləcəyini soruşmuşdur. Həmin vaxt Şəlalə həkim onun sözlərinə pis reyaksiya vermiş və kəsilmiş pensiyalarla bağlı hər hansı bir şəxsə köməklik oluna bilinmədiyini, xəstəliyi olan şəxslərə qanuni formada pensiya düşəcəyi halda pensiya verildiyini bildirmişdir. Bundan sonra anlamışdır ki, pensiyası kəsilmiş şəxslərə nəyinsə qarşılığında köməklik edilməsi mümkünsüzdür. Ona görə də Xaliq İbrahimova zəng edib demişdir ki, gəl verdiyin pulu götür, iş alınmır. Xaliq İbrahimov da ona Zərərçəkmiş şəxs4 300 manat aldığını, ona isə 200 manat verdiyini, gərək 200 manat pulun üzərinə 100 manat da qoyub Zərərçəkmiş şəxs4 verməsi üçün pulu ayın axırında vermələrini demişdir. Bundan bir müddət sonra, yəni 2021-ci ilin fevral ayının əvvələrində telefon vasitəsi ilə oynadığı Topazda həmin iki yüz manat pulu uduzmuşdur. Belə olmuş 200 manat pulu Xaliq İbrahimova qaytara bilməmişdir. Buna baxmayaraq sonradan Xaliq İbrahimov yenə ona zəng vurmuş və pensiyası kəsilən qohumları olduğunu, həmin şəxslərin pensiya məsələsinə köməklik ebə bilməsini soruşmüşdür. O, da Xaliqə köməklik edə bilcəyini bildirmişdir. Çünki həmin vaxt pulu olmadığından fikirləşmişdir ki, Xaliq İbrahimovu aldadıb ondan pulu alsın və yenə topazda oynasın, əgər topazdab udmuş olarsa aldığı pulları qaytarar. Belə olmuş Xaliq İbrahimova narahat olma pensiyası kəsiləcək şəxslərin sənədlərinin toplanmasına və həkim komisiyasından keçmələrinə köməklik edəcəyəni demişdir. O, xəstəxanada işlədiyinə görə Xaliq İbrahimov onun qohumlarının pensiya məsələsini həll edəcəyinə çox inanmışdır. Belə olmuş Xaliq İbrahimov bir neçə şəxsin sənədlərini götürüb onun yanına gəlmiş ki, bu şəxsə köməklik et pensiyası bərpa edilsin. Xaliq İbrahimova hər dəfə demişdir ki, pensiyaları kəsilmiş şəxslərin pensiyasını bərpa etdirəcəkdir. Özü isə fikirləşmişdir ki, Xaliq vasitəsilə almış olduğu pullarla topazda oynayar, yaxşı uduş udduğu halda kimdən pul almışlarsa qaytarar. Xaliq İbrahimov ilkin olaraq ona həkim komisiyasından keçmək üçün vaxtı çatmış qayınatası Zərərçəkmiş şəxs1 tibbi sənədlərini gətirmişdir ki, qayınatasının həkim komisiyasından keçməsinə köməklik etsin. Xaliq İbrahimova qayınatası Zərərçəkmiş şəxs1 lazım olan sənədlərini alıb Şəki MRX-da işləyən həkim Şəlalə Bayramovaya təqdim edəcəyini bildirmişdir. Fikirləşmiş ki, Şəlalə həkimə yenə deyər, bəlkə Ehtibar Məmmədova köməklik edə bilər. Lakin Şəlalə həkimə pensiya məsələsi ilə bağlı yaxınlaşanda həkim bir daha belə məsələlərlə bağlı onun yanına gəlməməsini demişdir. 2021-ci ilin fevral ayının əvvəlində təxminən saat 10:30 radələridə Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən "Gənclik" restoranı qarşısında Xaliq İbrahimov ilə görüşüb qayınX30u həkim komisiyasından keçirəcəyi adı ilə aldığı 950 (doqquz yüz əlli) manat pulun 350 manatı özünə götürmüş, 600 manatını isə Xaliqə vermişdir. Ondan sonra onlar ayrılıb çıxıb getmişlər. 2021-ci ilin mart ayının əvvələrində Xaliq İbrahimov dayısının həyat yoldaşı Zərərçəkmiş şəxs3 da həkim komisiyasının vaxtı çatdığından həmin şəxsin də pensiya məsələsini həll edicəyi adı ilə ona verməsi üçün həmin qadından 1.000 manat pul almışdır. 2021-ci ilin mart ayının əvvələrində təxminən saat 21:30 radlərində ünvan 6-də Xaliq İbrahimovun yaşadığı evin qapısı önündə onunla görüşmüş və həmin şəxs yenə Zərərçəkmiş şəxs3 aldığı 1000 manat puldan 350 manatını özünə götürmüş, qalan 650 manatını isə Xaliqə vermişdir. Hər alınacaq pul üç yerə bölünmüşdür. Belə ki, həmin pullardan bir pay özünə, bir pay xəstəxanda sənədlərin toplanmasına, bir pay da Xaliqin özünə götür demişdir. Belə ki, o, nəzərdə tutmuşdur ki, pulunu aldığı şəxslərin tibbi sənədləri toplanacaq, həmin sənədlərin toplanmasına pul xərclənəcəkdir. Belə olmuş, alınan pullar üç yerə bölünmüşdür. Ona görə də şəxslərdən alınan pulun çox hissəsi ona, az hissəsi isə Xaliq İbrahimova çatmışdır. Bundan üç-dörd gün sonra Xaliq İbrahimov ona demişdir ki, qayınatası Zərərçəkmiş şəxs1 dostu Zərərçəkmiş şəxs2 pensiyası kəsilibdir. Demişdir ki, həmin şəxsin də pensiya məsləsini həll edək. O, hər dəfə fikirləşmiş ki, bəlkə pulunu aldıqları şəxslərin pensiya məsələsi qanuni formada özü öz həllini tapar, həmin şəxslər elə bilərlər ki, məsələni o, həll etmişdir. Xaliq İbrahimov qaynatası Ehtibar Hüseynovun pensiya məsələsi üçün həmin şəxsdən 1.000 manat pul almışdır. 2021-ci ilin mart ayının əvvələrində təxminən saat 11:00 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən "Günay" şadlıq sarayının qarşısında Xaliq İbrahimov ilə görüşmüş, həmin vaxt Xaliq İbrahimov yenə Zərərçəkmiş şəxs2 aldığı pulun 350 manatını özünə qalan 650 manatını ona vermişdir. Bundan yenə 2-3 gün sonra Xaliq İbrahimov ona zəng edib demişdir ki, X2 da həkim komisiyasının vaxtı çatdığını, ona da köməklik edilməsini demişdir. O, da buna heç bir etiraz elməmişdir. Çünki əldə etdiyi pulları topaz oynayıb uduzmuş olmuş nə ona pul lazım olmuşdur. Xaliq İbrahimovun pensiyasını bərpa etdirmək adı ilə pullarını aldığı şəxslərin bir neçəsini tanımamışdır. Xaliq İbrahimov özü hər dəfə onun adından danışıb pulları alıb gətirmiş və öz aralarında bölmüşlər. X35 Əfəndiyevadan 700 manat pul almışdır. Xaliq İbrahimov ona zəng edərək İlhamə Əfəndiyevadan 700 manat pul aldığını bildirmiş və onu yaşadığı evə dəvət etmişdir. 2021-ci ilin mart ayının axırlarında təxminən saat 18:00 radələri olarkən ünvan 6 ünvanında Xaliq İbrahimovla onun yaşadığı evdə görüşmüş, həmin vaxt X27 Əfəndiyevadan aldığı 700 manat puldan 250 manatını özünə götürmüş, qalan 450 manatını isə ona vermişdir. Bundan 2-3 gün sonra Xaliq İbrahimov qaynı Şahid2 dostu Vüqar Əyyubov adlı şəxsin pensiyasının bərpası üçün həmin şəxsdən 1300 manat pul almışdır. 2021-ci ilin aprel ayının əvvələrində təxminən saat 11:00-da ünvan 6 ünvanında Xaliq İbrahimovun yaşadığı evin önündə onunla görüşmüş, həmin vaxt Xaliq aldığı 1300 manat puldan 450 manatını özünə götürmüş, qalan 850 manatını isə ona vermişdir. Bununla yanaşı göstərmişdir ki, Xaliq İbrahimovun gəlinbacısı Zərərçəkmiş şəxs4 əvvəllər tanımamışdır. 2021-ci ilin yanvar ayının sonlarında Şəki MRX-da işdə olarkən Zərərçəkmiş şəxs4 ilə qarşılaşmış, həmin vaxt Zərərçəkmiş şəxs4 xəstəxanaya həkim komisiyasından keçmək üçün gəldiyini bildirmişdir. O, da Xaliq İbrahimova görə həmin qadına sənədlərin toplanmasında köməklik edə bilməsini demişdir. Zərərçəkmiş şəxs4 tibbi sənədlərini ona verərkən 50 manat da pul vermişdir ki, sənədlər üçün lazım olar. O, sonradan görmüş ki, sənədlərin toplanması üçün əlavə pul lazım olacaqdır. Belə olmuş 2021-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs4 dəvətinə əsasən onun ünvan 9 ünvanında yaşadığı evinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs4 ona 250 manat da pul vermişdir. O, pulu alıb Zərərçəkmiş şəxs4 əlavə pul lazım olsa zəng edəcəyini demişdir. Sonradan o, yenə Zərərçəkmiş şəxs4 pensiyasının bərpası üçün əlavə pul lazım olduğunu bildirmişdir. Həmin şəxs pulu olmadığını, Bakı şəhərində yaşayan qızına zəng edib borca pul istəmişdir. Zərərçəkmiş şəxs4 qızı poçt ilə anasına pul göndərmişdir. Vətəngül poçtdan pulu götürən zaman zəng edib onu poçtun yaxınlığına dəvət etmişdir. O, da 2021-ci ilin fevral ayının əvvəllərində təxminən saat 17:00 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Mərkəzi poçtun önündə Zərərçəkmiş şəxs4 ilə görüşüb 150 manat pulu ondan götürmüşdür. Zərərçəkmiş şəxs4 pensiya məsələsini həll edəcəyi adı ilə ondan sonuncu 400 manatı 2021-ci ilin aprel ayının əvvəllərində təxminən saat 11:00 radələrində Şəki şəhərində yerləşən X25 görüşüb almışdır. Sonuncu dəfə isə Zərərçəkmiş şəxs4 ona zəng etmiş ki, Zərərçəkmiş şəxs7 adlı qadının və onun qızını həkim komisiyasından keçirə biləcəyini soruşmuşdur. O, da Zərərçəkmiş şəxs4 heç bir problem olmadığını, köməklik edəcəyini demişdir. Belə olmuş Zərərçəkmiş şəxs4 ilə aralarında olan söhbətə əsasən Zərərçəkmiş şəxs7 və onun qızının pensiya məsələsini həll etməsi üçün 1000 manata razılaşmışdır. Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs7 ilə söhbət edib həmin qadından 1000 manat pul almışdır. 2021-ci ilin aprel ayının əvvələrində təxminən saat 10:30-da Zərərçəkmiş şəxs4 iş yeri olan X25 onunla görüşüb 1000 manat pulu ondan almışdır. Xaliq ilə birlikdə adlarını qeyd etdiyi şəxsləri aldadaraq aldığı pulların hamısını topazda uduzmuşdur. Bu səbəbdən adlarını qeyd etdiyi şəxslər sonradan pullarını istəyəndə aldığı pulları qaytara bilməmişdir. Bu günə kimi hər hansı bir şəxsin həkim komisiyasından keçməsinə köməklik etməmiş, sadəcə xəstəxanada sənədlərin yığılmasında bir neçə şəxsə köməklik etmişdir. Xaliq İbrahimovdan aldığı pulları hər dələ topazda uduzmuşdur, hər dəfə də Xaliqdən pul aldığında fikirləşmiş ki, topazdan pul udub aldığı pulları qaytaracaqdır. Lakin hər dəfə uduzduğuna görə məcbur qalıb Xaliq İbrahimova yalan danışıb onun əli ilə müxtəlif şəxslərin pulunu aldadıb almışdır. Xaliq İbrahimov da ona verdiyi puldan öz payını götürmüşdür. O, xəstəxanada həkim Şəlalə Bayramovaya komisiya məsələsi ilə bağlı pul təklif etmiş, həkim də komisiya məsələrinin bir manat belə olsa pulla həll olunmadığını ona izah etmişdir. Ondan sonra bilmişdir ki, pensiya ilə bağlı məsələlər pul ilə həll olunmur. Belə olmuş o, ilkin olaraq Xaliqdən aldığı 200 manat pulu onun özünə qaytarmaq istəmişdir. Lakin sonradan aldığı pulu topazda uduzmuş və pula ehtiyacı olduğuna görə növbəti pulları Xaliqdən almaq qərarına gəlmişdir. O, əvvəlcədən Xaliq İbrahimov ilə həkim komissiyasından keçirəcəyi şəxslərdən aldığı pulları öz aralarında böləcəkləri ilə bağlı hər hansı söz-söhbətləri və razılaşmaları olmamışdır. X28 Zərərçəkmiş şəxs4 işinin alınmadığını bildirsə də, sonradan Xalıq ona zəng edəndə narahat olma həkim komisiyasından keçəcək şəxslərin işini həll edə biləcəyini demişdir. Belə olub Xaliq İbrahimov ona inanaraq müxtəlif şəxslərin pulunu alıb gətirib ona vermişdir. Xaliq İbrahimov aldığı puldan öz payına düşəni götürmüşdür. Belə ki, hər bir şəxsdən aldığı pulların bir hissəsini Xaliq İbrahimov özünə götürmüşdür. X44 ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Xaliq İbrahimov onun xəstəxanada işlədiyini nəzərə alıb qohumlarına köməklik etməsini xahiş etmişdir. O,da tanış həkimlərin vasitəsi ilə mümkün olarsa köməklik edə biləcəyini Xaliqə demişdir. Xaliq İbrahimov onu aldatmağından və onun vasitəsi ilə qohumlarının pullarını ələ keçirməsindən heç bir məlumatı olmamışdır. Xaliq İbrahimovdan pulları aldıqıda narahat olmamalarını, qohumlarının həkim komisiyasından keçirəcəyinə söz vermiş, ona inanmışdır. X44 ilə heç bir razılaşması olmamışdır. Xaliq İbrahimov elə bilmişdir ki, o, qohumlarını həkim komisiyasından keçirəcəkdir. Xaliq İbrahimov vətəndaşlardan aldığı pulların üçdə birini özünə götürməsinin səbəbini bilməmişdir. Yəqin ki, Xalıqin pula ehtiyacı olmuşdur. Xaliq İbrahimov ilə onun arasında heç bir borc məsələsi olmamışdır. Bildirmişdir ki, bütün zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Himayəsində 1 azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində həmçinin göstərmişdir ki, törətmiş olduğu əməldən peşmandır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, X10 və Zərərçəkmiş şəxs5 ilə barışmış və onlara vurulmuş ümumi məbləği 6800 manat maddi ziyanı tamamilə ödəmişdir. Həmçinin qeyd etdi ki, Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi olan 1700 manat miqdarında pulu Azərbaycan Respublikası dövlət büdcəsinə ödəmişdir. Buna görə də, barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Mədəsində olan bəd xəstəliyə görə mədəsinin bir hissəsi əməliyyat yolu ilə götürülmüşdür. Səhətində olan xəstəliyə görə 2015-ci ildə pensiyaya çıxmış və hər ay 267 manat pensiya almışdır. Hər beş ildən bir həkim komisiyasından keçmişdir. 2021-ci ilin aprel ayında da həkim komisiyasından keçməli olmuşdur. Buna görə də həkim komissiyasının vaxtı çatmamışdan bir neçə ay əvvəl həkim müayinlərindən keçib, əldə eldiyi tibbi sənədləri həkim komissiyasına təqdim elməli olmuş və 2021-ci ilin fevral ayının sonlarında həkim müayinəsindən keçmək üçün kürəkəni X14 ilə birlikdə Şəki MRX-na getmişdir. O, Xaliq İbrahimov ilə xəstəxanada olarkən onun Təqsirləndirilən şəxs adlı qohumu ilə qarşılaşmışdır. Həmin vaxt o, ağ ciyərının retgeni üçün retgen otağına keçəmli olmuş, lakin retgen otağının qarşısında çoxlu sayda xəstələr dayanmışdır. Təqsirləndirilən şəxs Xaliq İbrahimova hörmət əlaməti olaraq bir neçə dəfə retgen otağına girib çıxdıqdan sonra onun növbədən kənar retgen otağına keçməsinə köməklik göstərmiş, həmin vaxt X45 Rəsullunun ata tərəfdən qohumu olduğunu, həmin şəxsin xəstəxanada işədiyini, həkimlərlə yaxşı münasibəti olduğunu bildirmişdir. Retgen olunduqdan sonra yaşadığı evə getmişdir. Bundan bir müddət sonra Xaliq İbrahimova məxsus evə qonaq getmiş, orada əyləşib pensiyanın kəsilməsi ilə bağlı söhbət edərkən X46 RMX-da işləyən Təqsirləndirilən şəxs həkimlərlə yaxşı münasibəti olduğunu, pensiyası kəsilmiş şəxslərin həkim komissiyasından keçirməklə pensiyanı bərpa etdirdiyini bildirmişdir. Fikirləşmişdir ki, həkim müayinlərindən keçmək və Bakı şəhərinə gedibgəlməklə xeyli xərci olacaqdır. Belə olmuş Xaliq İbrahimova “Təqsirləndirilən şəxs həll edə bilirsə danış pensiyamın bərpası məsələsini həll etsin” demişdir. Xalıq də “Orucla danışım sənə xəbər edərəm” demişdir. Söhbət olan günün axşamı Xaliq İbrahimov zəng etmiş və “Orucla danışdım, səni həkim komisiyasından keçirməyə 1.000 manat pul istəyir” demişdir. Xaliqə 1.000 manatın çox olduğunu dediyində o, “sən 950 manat verərsən demişdir. Xaliq İbrahimov kürəkəni olduğundan onun dediklərinə çox inanmışdır. O iki günə 950 manat pulu hazır etmiş və 2021-ci ilin fevral ayının əvvələri X29un Şəki şəhəri, Calğalıbulaq küçəsində yaşadığı evə getmiş və tibbi sənədləri ilə 950 manat pulu ona vermişdir. X29 pulu və sənədləri götürdükdən sonra sən narahat olma Təqsirləndirilən şəxs xəstəxanada işləyir, sənin işini qısa vaxta həll edəcəkdir demişdir. O, da Xaliqin dediklərinə inanmış, fikirləşmiş ki, əziyyət çəkib Bakı şəhərinə getmək və əlavə xərclər çəkib müayinədən keçməyə ehtiyac qalmayacaqdır. Bütün bunlardan sonra dostu Zərərçəkmiş şəxs2 ilə görüşüb söhbət edən zaman həmin şəxs də pensiyasının kəsildiyini bildirmişdir. O, da Zərərçəkmiş şəxs2 kömək məqsədilə X29un Şəki MRX-də işləyən Təqsirləndirilən şəxs adlı qohumu olduğunu, həmin şəxsin pensiyası kəsilmiş şəxslərin pensiyasını bərpa etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 xəstə olduğuna görə Bakı şəhərinə gedib həkim komisiyasından keçə bilmədiyi üçün onun da pensiyasının bərpası üçün Xaliqdən xahiş etməsini demişdir. O, da X37 Abdullayevin pensiya məsələsini həll etməsini də xahiş etmişdir. Xaliq də problem yoxdur, köməklik edərik demişdir. O, Zərərçəkmiş şəxs2 pensiyasının bərpası məsələsini necə həll edəcəyini soruşduğunda Xaliq 1.000 manata həll edəcəklərini bildirmişdir. Belə olmuş dostu Zərərçəkmiş şəxs2 pensiyasının bərpası məsələsini 1.000 manata həll olunacağını bildirmişdir. 2021-ci ilin mart ayının əvvələrində Zərərçəkmiş şəxs2 bununla razılaşdıqdan sonra birlikdə Xaliqin yaşadığı evə getmişlər. Zərərçəkmiş şəxs2 onun yanında 1.000 manat pul ilə tibbi səndlərini Xaliqə vermiş və həmin şəxslə bir qədər məsələnin həlli ilə bağlı söhbət edib yaşadıqları evə qayıtmışlar. Onlar pulu verib bir müddət gözləmişlər ki, məsələsi həll olunacaq, lakin bu günə kimi kəsilmiş pensiyalarının bərpasının həlli ilə bağlı hər hansı bir iş görülməmişdir. Belə olmuş Zərərçəkmiş şəxs2 Xaliqə verdiyi pulu geri qaytarması tələb etmişdir. Xaliq İbrahimov da bir müddət sonra onlardan adlığı pulu tamamilə ödəmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində özü Xaliqə yaşadığı evdə 950 manat pul vermiş, həmin vaxt onların yanında heç kim olmamışdır. Xaliq İbrahimov da ondan aldığı pulu Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. O, qeyd olunan məbləği həkim komisiyasından keçmək və pensiyanın bərpa edilməsi üçün vermişdir. Ona ümumilikdə 950 manat maddi ziyan vurulmuş, sonradan Xaliq İbrahimov tərəfindən həmin məbləğ tamamilə ödənilmişdir. Xaliq İbrahimov qohumu Təqsirləndirilən şəxs xəstəxanada işlədiyini, həkimlərlə yaxşı münasibəti olduğunu, həmin şəxsin pensiya məsələsini qısa vaxtda həll edəcəyini bildirmişdir. Xaliq ondan və Zərərçəkmiş şəxs2 aldığı pulu qohumu Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. Xaliq İbrahimov ondan aldığı pulları Təqsirləndirilən şəxs verdiyini bildirsə də, Təqsirləndirilən şəxs ondan aldığı pulları kimə verməsi, hara etməsi barədə məlumat verməmişdir. Sonradan eşitmiş ki. Təqsirləndirilən şəxs pensiya məsələsi ilə bağlı kimdən nə pul almışsa həmin pulları topazda uduzmuşdur. Xaliq İbrahimova dostu Zərərçəkmiş şəxs2 başqa hər hansı digər şəxsin xahişini etməmişdir. Məhkəmə iclasında bildirmişdir ki, halhazırda ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Həmçinin bundan sonrakı bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı İbrahimkənd kəndində mal-qara saxlayıb ailəsi üçün dolanışıq əldə edir. 2012-ci ildən epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün aylıq 230 manat pensiya almış, lakin 2021-ci ilin mart ayının əvvlərindən pensiyası kəsilmişdir. Pensiya kəsilmiş və bərpa edilməsi üçün çalışan şəxslərdən maraqlananda həmin şəxslər pensiyanın bərpa edilməsi üçün Bakı şəhərinə gedib xəstəxandan müayinədən keçməli olduğunu bildirmişlər. O, səhhətində olan xəstəliyə görə Bakı şəhərinə gedib-gələ bilmədiyindən bu məsələ belə də qalmışdır. 2021-ci ilin mart ayının əvvələri olarkən Şəki rayonu, Fazil kəndində yaşayan dostu Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət edərkən ona pensiyanın kəsildiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 kürəkəni Şahid1 bu məsələni həll edəbə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 Xalidin bu məsələni necə həll edəbiləcəyini soruşduğunda həmin şəxs kürəkəni Şahid1 Təqsirləndirilən şəxs adlı qohumu olduğunu, həmin şəxsin xəstəxanada işlədiyini, hazırda da bir neçə şəxsin kəsilmiş pensiyasının bərpa edilməsi məsləsini həll etdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 xahiş etmiş ki, xəstədir, Bakı şəhərinə gedib-gələ bilmir, kürəkəni Şahid1 kəsilmiş pensiyasının bərpa edilməsinə köməklik etməsini xahiş etsin. Ehtibar da ona Xaliqləə danışıb bir xəbər edəcəyini demişdir. Ehtibar Xaliqlə danışdıqdan sonra ona Xaliq ilə danışdığını, pensiyanın bərpa edilməsinin 1.000 manata həll edəbiləcəyini bildirmişdir. Fikirləşmiş ki, Bakı şəhərinə gedib-gəlməkdənsə 1.000 manat versin və məsələni həll etsin. Belə olmuş 2021-ci ilin mart ayının əvvələrində təxminən saat 17-18:00 radələrində dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə X29un Şəki şəhəri, Calğalıbulaq küçəsində yaşadığı evinə getmişlər. Xaliq İbrahimov ilə onun yaşadığı evdə görüşüb bir qədər söhbət etdikdən sonra 1.000 manat pul və xəstəliyi ilə bağlı sənədlərini ona vermişdir. Xaliq İbrahimov pulu və sənədləri alıb qısa vaxt ərzində pensiyanın bərpası ilə bağlı məsələni həll ediləcəyini bildirmişdir. X20 kürəkəni olduğuna görə ona çox inanımış, fikirləşmiş ki, Xaliq İbrahimov hansı yol ilə olursa olsun pensiyanın bərpa edilməsini həll edəcəkdir. Pulu və sənədləri Xaliq İbrahimova verdikdən sonra Etibarla birlikdə yaşadığı evə qayıtmışdır. Bundan bir-iki ay sonra görmüşdür ki, məsələnin həlli ilə bağlı heç bir nəticə yoxdur. Belə olmuş dostu Zərərçəkmiş şəxs1 zəng edib məsələnin nə yerdə olmasım soruşmuşdur. X31 da X29dan soruşduğunu, hələ bir cavab olmadığını bildirmişdir. Sonradan eşitmiş ki, Zərərçəkmiş şəxs1 kürəkəni Xaliq pensiyanın bərpası ilə bağlı heç bir iş görməmiş, aldığı pulu qohumu Oruc adlı şəxsə vermiş, həmin şəxs də pulu topaz oyununda uduzmuşdur. Ona görə də Ehtibar Məhərəmova demişdir ki, “pulumu Xaliq İbrahimovdan al özümə qaytar”. Ehtibar Məhərərmov da bu söhbətdən 10 gün sonra Xaliq İbrahimovdan 1.000 manat pulu alıb ona qaytarmışdır. Hazırda da onun pensiya pulu kəsilmişdir. Ona ümumilikdə 1.000 manat maddi ziyan vurulmuş və sonradan Xaliq İbrahimov tərəfindən tamamilə ödənilmişdir. Xaliq İbrahimov qohumu Təqsirləndirilən şəxs xəstəxanada işlədiyini, həkimlərlə yaxşı münasibəti olduğnu, həmin şəxsin pensiyanın bərpası ilə bağlı məsələni qısa vaxtda həll edəcəyini bildirmişdir. O, da həmin şəxsə çox inanmış, fikirləşmiş ki, pensiyanın bərpası ilə bağlı məsələ qısa vaxtda həll olunacaqdır. Xaliq hər dəfə ona “ağsaqqal narahat olma, Təqsirləndirilən şəxs sənin işini düzübqoşacaqdır” demişdir. Xaliq İbrahimovun onları aldatmasını düşünməmiş, çünki qaynatası Zərərçəkmiş şəxs1 yaxın dostudur. Təqsirləndirilən şəxs tanımır və onu görməmişdir. X38 Təqsirləndirilən şəxs onun qohumu olduğunu, əli hər yerə girdiyini və məsələni qısa vaxtda həll edəcəyini bildirmişdir. Pensiyanın bərpası ilə bağlı Təqsirləndirilən şəxs ilə onun heç bir söhbəti olmamışdır. Xaliq İbrahimov ondan aldığı pulu qohumu Təqsirləndirilən şəxs verəcəyini bildirmiş, lakin Xaliq İbrahimovun aldığı pulu Təqsirləndirilən şəxs verib-verməməsini görməmişdir. Məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Həmçinin bundan sonrakı bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2008-ci ildən səhətində olan xəstəliyə görə pensiya almışdır. 2021-ci ilin mart ayının sonlarından pensiyası kəsilmiş, hər beş ildən bir həkim komisiyasından keçmişdir. 17.03.2021-ci il tarixdə həkim komisiyasından keçməli olmuş, lakin eşitmiş ki, bir çox həkim komisiyasından keçən şəxslərin pensiyası kəsilir. Bu səbəbdən o, da tərəddüt etmiş ki, onun da pensiyası kəsilə bilər. 2021-ci ilin mart ayının əvvələrində qohumluq əlaqəsi olan X6 ilə telefonda danışarkən pensiyalarla bağlı söhbət edən zaman Yaqut “qohumları Oruc adlı şəxs olduğunu, həmin şəxsin Şəki MRX-da sürücü işlədiyini və bir neçə şəxsin həkim komisiyasından keçməsinə köməklik etdiyini” demişdir. O, da fikirləşmiş ki, bir neçə dəfə xəstəxanaya gedib-gəlməkdənsə həmin şəxsə deyər köməklik etsin. Yaqut Oruc adlı şəxsdən onun da həkim komisiyasından keçməsinə köməklik etməsini xahiş etməsini demişdir. Yaqut da oğlu “Xaliqə bu barədə deyəcəyini, nəsə xəbər olarsa deyərəm” demişdir. Aralarında olan söhbətdən 2-3 gün sonra Yaqut zəng edib “Xaliqin qohumları Orucla danışdığını, həmin şəxsin məsələni 1.000 manata həll edəcəyini” bildirmişdir. O, da Yaquta “həkim komisiyasından keçimək üçün 1.000 manat verərəm” demişdir. Yaqut demişdir ki, “Xaliq Orucla danışmış, həmin şəxsin heç bir narahatçılıq olmadığını” deməsini bildirmişdir. Belə olmuş 2021-ci ilin mart ayının əvvələrində yaşadığı evdə 1.000 manat pulu baldızı Yaquta vermişdir ki, pulu oğlu Xaliq İbrahimova versin, Xaliq də pulu aparıb Təqsirləndirilən şəxs versin. O, pulu verdikdən sonra fikirləşmişdir ki, həkim komisiyası ilə bağlı hər hansı bir problen olmayacaq, çünki həkim komisiyasından keçmək üçün bütün sənədlərini Yaqut İbrahimovaya vermiş ki, həmin sənədləri oğlu Xaliq İbrahimov vasitəsi ilə Təqsirləndirilən şəxs çatdırsın. Bu səbəbdən 17.03.2021-ci il tarixdə keçməli olduğu həkim komissiyası ilə də maraqlanmamışdır. 2021-ci ilin mart ayının sonlarında öyrənmişdir ki, Təqsirləndirilən şəxs onun həkim komissiyasından keçməsiylə bağlı hər hansı bir iş görməmiş və pensiyası kəsilmişdir. Bu səbəbdən baldızı Yaquta zəng edib bu barədə məlumat vermişdir. Yaqut ona bildirmişdir ki, qohumları Təqsirləndirilən şəxs onları və digər qohumları aldatmış və həkim komissiyaları ilə bağlı pulu alınan şəxslərin heç birinin pensiya məsələsi ilə bağlı hər hansı bır iş görməmişdir. Belə olmuş o, Yaquta demişdir ki, “oğlu Xaliq İbrahimov onun pulunu Orucdan alıb qaytarsın”. Bundan bir müddət sonra Yaqut ondan aldığı pulu gətirib qaytarmışdır. Hazırda onun pensiyası kəsilmiş, heç bir məbləğdə pensiya alımır. Ümumilikdə ona 1.000 manat maddi ziyan vurulmuş, sonradan isə Xaliq İbrahimov tərəfindən tamamilə ödənilmişdir. Xaliq İbrahimov konkret olaraq ona hər hansı bir vəd verməmişdir. 1000 manat pulu konkret olaraq pensiya məsələsinin həlli üçün vermişdir. Həmin şəxslə qeyd olunan məbləğədən özləri üçün pul götürmələri barədə heç nə deməmişlər. Yaqut İbrahimov pulu ondan alaraq oğlu Xaliq İbrahimova vermiş, Xaliq İbrahimov da qeyd olunan məbləği aparıb Oruca vermişdir. Yaqutun ona verdiyi məlumat belə olmuş, lakin Xaliq İbrahimovun pulu Oruca nə vaxt verməsini bilməmişdir. Məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Həmçinin bundan sonrakı bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, üç ildən çoxdur ki, Şəki şəhərində yerləşən X25 xadimə işləyib ailəsinin dolanışığına köməklik edir. Bununla yanaşı səhətində olan xəstəliklərə görə aylıq 260 (iki yaz altmış) manat pensiya pulu almış, lakin 2021-ci ilin yanvar ayından komisiya vaxtı çatdığına görə pensiya pulu kəsilmişdir. Həmin ərəfələrdə sərt qarantin dövrü olduğuna görə sənədlərini toplayıb komisiyaya təqdim edə bilməmişdir. Hazırda onu aldadıb ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat pulunu dələduzluq yolu ilə ələ keçirən Təqsirləndirilən şəxs baldızı Yaqut İbrahimovanın əri Novruzun yas mərasimində tanımışdır. Təqsirləndirilən şəxs ilə qohumluq əlaqələri olsa da onu elə də yaxından tanımamışdır. Novruzun yasında pensiya pullarının kəsiləcəyi ilə bağlı söhbət düşəndə Təqsirləndirilən şəxs Şəki MRX-da sürücü işlədiyini, sənədlərini ona verməsini və köməklik edəcəyini demişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs dediklərinə elə də əhəmiyyət verməmişdir. 2021-ci ilin yanvar ayının sonlarında pensiya sənədlərini, ekiprizini götürüb müainədən keçmək və sənədləri həkim Şəlalə Bayramovaya təqdim etmək üçün səhər saatlarında Şəki MRX-na getmişdir. Şəki MRX-nın qarşısında Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşaraq “sənədlərini mənə ver, gözlə mən özüm həll edəcəyəm” demişdir. O, da əlində olan sənədləri Təqsirləndirilən şəxs vermiş və xəstəxananın giriş qapısının yanında dayanıb Təqsirləndirilən şəxs gözləmişdir. O, sənədləri Oruca verərkən sənədlərin arasına 50 manat da pul qoymuşdur. Oruc gedib bir neçə dəqiqədən sonra qayıtmış və 50 manatın az olduğunu, Şəlalə həkimin 300 manat istədiyini demişdir. Səhəri gün Təqsirləndirilən şəxs ünvan 9-də yaşadığı evə gələrək əlavə olaraq ondan 250 manat alıb gedərkən “bu sənədlərin rüsüm puludur, narahat olma qısa vaxtda sənin işini həll edəcəyəm” demişdir. O, da Orucun qohum olduğunu və xəstəxanada işləməsini nəzərə alıb elə düşünmüşdür ki, məsələni həll edə biləcəkdir. Ona görə də ona çox inanmışdır. Bundan sonra Oruc ondan əlavə müayinə sənədlərini istəmişdir. O, sənədlərini götürüb Şəki MRX-na gedib orada onunla görüşüb sənədləri ona vermişdir. Oruc sənədləri ondan aldıqdan sonra Şəlalə həkimin yanına gedib qayıdacağını bildirmişdir. O, da xəstəxananın dəhlizində dayanmış, həmin vaxt Orucun Şəlalə həkimin otağı olan səmtə getdiyini görmüşdür. Həmin vaxt xəstəxanada çox adam olduğundan insanların arasından keçib hansısa otağa getmək çətin olmuşdur. Bu səbəbdən Orucun Şəlalə həkimin otağına dəqiq girməsini görməmişdir. Oruc gedib bir neçə dəqiqədə sonra qayıdaraq Şəlalə həkimin 300 manata yaxın durmadığını, əlavə 200 manat da istədiyini bildirmişdir. Həmin vaxt Oruca ay bala mənim artıq pulum yoxdur, necə edim demişdir. Oruc da “ay Vətəngül xala mən nə edim belə olsa pensiyan kəsiləcəkdir” demişdir. O, da əlacsız qalıb Bakı şəhərində yaşayan qızına zəng etmişdir ki, ona pul göndərsin. X7 ona 100 manat pul göndərmiş, həmin pulu Şəki şəhəri Mərkəzi poçtundan götürüb poçtun qarşısında üzərinə özündə olan 50 manatı qoyub Oruc ilə görüşüb 150 manat pulu ona vermişdir. Oruc ümumi olaraq ondan 450 manat pulu götürmüş və “gedirəm Şəlalə həkimin yanına görüm məsələnin necə həll edəcəyəm” demişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Şəki MRX-na gedib orada Orucla görüşüb məsələnin nə yerdə olmasını soruşanda Oruc ona “Vətəngül xala narahat olma sənin işin düzəlib, pensiyan bu ay vurulacaq, lakin əlavə 400 manat pul versən sənin pensiyanı ömürlük edərəm, aylıq da 300 manat pensiya alarsan” demişdir. O, da Oruca inanıb onunla razılaşmışdır. 2021-ci ilin aprel ayının əvvəllərində 400 manat da pul tapıb təxminən saat 11:00 radələri olarkən Heydər Əliyev mərkəzinin həyətyanı sahəsində Orucla görüşüb 400 manat pulu ona vermişdir. Həmin vaxt Oruc ona “narhat olma bu aydan pensiya pulun vurulacaq, əlavə hansı ayları almamısan həmin ayların da pulunu alacaqsan” demişdir. Orucun dediklərinə çox inanmış, fikirləşmişdir ki, artıq onun pensiya məsələsi həll olunubdur. Bundan 10 gün sonra Oruc ona zəng etmiş və “ay Vətəngül xala sənin qohumun Xatirənin pensiya məsələsi nə oldu, istəyirsə sənədlərini gətir onun da məsələsini həll edim” demişdir. Belə ki, Oruc yasda söhbət edərkən Xatirə və onun gözdən əlil qızının da komissiya məsələsinin olmasını eşitmişdir. Orucdan necə həll edəcəyini soruşduğunda o bildirmişdir ki, Xatirə və onun qızı üçün hərəsinə 500 manat pul verəcəklərini demişdir. Oruca “onlar xəstə və kasıbdırlar, onların 500 manata gücləri çatmayacaq” demişdir. Oruc da onların məsələsinin ancaq 500 manata həll olunacağını, həkimlərə sənəd yazdıracağını, çox rüsum pulu lazım olduğunu bildirmişdir. Bundan sonra qohumluq əlaqələri olan Zərərçəkmiş şəxs7 zəng edib Orucun onun komissiya məsələsini həll edə biləcəyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs7 Orucun məsələnin həlli üçün ondan nə qədər pul aldığını soruşduğunda o, imkan olmadığını, cəmi 850 manat pul verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs7 “sənin imkanın çatırsa Orucla özün danış, məsələni özün həll et” demişdir. Xatirə də ona “xəstə adamam, harasa gedib-gələn deyiləm, sənədləri və pulu sənə verim, Oruc ilə sən danış, mənim də məsələmi həll et” demişdir. Xatirənin qohum olmasını nəzərə alıb buna heç bir etiraz etməmişdir. Xatirə qızının və özünün sənədlərini və 1000 manat pulu gətirib yaşadığı evdə ona vermişdir. O, da 2021-ci ilin aprel ayının əvvələrində Xatirənin verdiyi sənədləri və 1000 manat pulu təxmimən saat 09:30-da iş yeri olan Heydər Əliyev mərkəzinə gələn Təqsirləndirilən şəxs ilə görüşüb ona vermişdir. Həmin vaxt Oruc sənədləri və pulu götürüb Bakı şəhərinə sənəd apardığını, “Xatirə və qızı narahat olmasın onların da komisiya məsələsini həll edəcəyəm” demişdir. Bundan bir ay keçdikdən sonra Xatirə ona zəng elmiş və məsələnin necə olmasını soruşmuşdur. O, da Xatirəyə Orucun telefon nömrəsini vermiş və “özün danış, məsələnin nə yerdə olmasım bilginən” demişdir. Ondan sonra Xatirə ilə Təqsirləndirilən şəxs məsələnin həlli ilə bağlı özləri danışıb söhbət etmişlər. Sonradan Xatirə ilə danışanda Orucun ona da “xala narahat olma, sənin də məsələnni həll edəcəyəm, pensiyanı alacaqsan” dediyini bildirmişdir. Sonradan öyrənmişdir ki, Oruc komisiya məsələsi ilə bağlı heç bir iş görməmişdir. Oruc Xatirənin verdiyi pul ilə birlikdə ondan cəmi 1850 manat məbləğində pul almışdır. Xatirə də Orucun onları aldadıb pullarını aldığını bildikdən sonra ona zəng edib “pulu mən sənə vermişəm, səndən də alacağam, Orucdan mənim pulumu al ver” demişdir. O, da Təqsirləndirilən şəxs zəng edib aldığı pulu geri verməsini tələb etdiyində Oruc ona “narahat olmayın, mən yuxarı ilə iş görürəm, narahat olma qısa vaxtda məsələnizi həll edəcəyəm sizdən aldığım pulları həkimlərə vermişəm, məsələnin alınmama ehtimalı yoxdur” demişdir. Dəfələrlə Təqsirləndirilən şəxs zəng edib “pulu hansı həkimə vermisən, de gedib alım” demişdir. Lakin Oruc “özüm alıb verəcəyəm, sən kiməsə nəsə demə” demişdir. Artıq onda tam əmin olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadıb dələduzluq yolu ilə pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs son zamanlar pulu istəyəndə həmin şəxs onlardan aldığı pulu baş həkim Elçin Əmirova, həkimlər Qinyaz Məmmədova və Şəlalə Bayramovuya verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxslərin yanına gedib pulunu istəyəcəyini dediyində Oruc “sən getmə, mən özüm alıb sizin pulunuzu verəcəyəm” demişdir. Təqsirləndirilən şəxs onunla yanaşı qohumluq əlaqələri olan Xaliq İbrahimovun 4950 manat pulunu eyni qaydada aldaraq ələ keçirmişdir. Artıq son günlərdə Təqsirləndirilən şəxs onların pulunu vermədiyini görüb əlacsıq qalıb polis şöbəsinə gəlib ərizə yazmışlar. Təqsirləndirilən şəxs pensiya pulunun kəsilməməsi məqsədilə həkim komisiyasından keçirməsi məqsədilə özü üçün 850 manat, qohumları Xatirə və qızı üçün 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ilkin olaraq 2021-ci ilin yanvar ayının sonlarında təxminən saat 10:00 radələrində Şəki RMX-da səndləriylə birlikdə 50 manat, yanvar ayının sonlarında təxminən saat 10:30-da ünvan 10 ünvanında yerləşən yaşadığı evin küçəsində 250 manat, 2021-ci ilin fevra ayının sonlarında təxminən saat 17:00 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Məkəriz poçtun önündə 150 manat, 2021-ci ilin aprel ayının əvvəllərində təxminən saat 11:00 radələrində Şəki şəhərində yerləşən X25 400 manat pul vermişdir. Sonradan Zərərçəkmiş şəxs7 işi üçün isə 2021-ci ilin aprel ayının əvvələrində təxminən saat 10:30-da iş yeri olan X25 1000 manat pulu Təqsirləndirilən şəxs vermiş və onların yanında heç kim olmamışdır. Oruc elə planlaşdırmış ki, bütün məbləğləri verərkən onların yanında heç kim olmamışdır. Həmin ərəflərdə xəstəxanada pensiya məsələsi ilə bağlı çox insanlar olmuşdur. Əziyyət olmasın deyə Təqsirləndirilən şəxs əli ilə bu məsələni həll etmək istəmişdir. Oruc onlarla elə danışmışdır ki, fikirləşmiş ki, bu adam yəqin xəstəxanada işləyir, dedikləri düz olar, komissiya məsələsini həll edər, onlar da həmin şəxsə hörmət edərlər. Elə olmuş Təqsirləndirilən şəxs inanıb əllərində olan pulu ona vermişlər. Həmin şəxs gördüyü işə görə əlavə pul istəməmiş və işi həll olunduqdan sonra şirinlik alacağını desə də konkret olaraq məbləğ deməmişdir. Məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Həmçinin bundan sonrakı bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş zərərşəkmiş şəxs X10 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və evdar qadındır. Baş nahiyyəsində olan törəmə şişə görə pensiya almışdır. Pensiya aldığı müddətdə 5 ildən bir həkim komisiyasından keçməli olmuşdur. 2021-ci ilin fevral ayında həkimim komissiyasından keçməli olmuş, lakin bir çox müayinələr üçün həkim komissiyasına görə Bakı şəhərinə getməli olmuşdur. Xəstəliyinə görə Bakı şəhərinə getmək imkanı olmamışdır. X16 ərinin yas mərasimində pensiyaların kəsilməsi ilə bağlı söhbət olanda qohumluq əlaqələri olan Təqsirləndirilən şəxs Şəki MRX-da sürücü işlədiyini və bir çox şəxsin həkim komissiyyasından keçirilməsinə köməklik etməsini öyrənmişdir. Sonradan xalası oğlu X39 Rəsullu ilə bir neçə qohumlarına köməklik etməsini də öyrənmişdir. O, da xalası oğlu Xaliqdən xahiş etmiş ki, Təqsirləndirilən şəxs desin ona da köməklik etsin. Xaliq Təqsirləndirilən şəxs bu barədə dedikdən sonra Oruc onu həkim komisiyasından keçirməsi üçiin 700 manat pul istəmişdir. O, da Bakı şəhərinə gedib-gəlməmək üçün buna razı olmuşdur. Ona görədə 2021-ci ilin mart ayının sonlarında 700 manat pulu Xaliqə vermiş ki, həmin pulu Təqsirləndirilən şəxs çatdırsin. 700 manat pulu Xaliqin yaşadığı evə verdikdən sonra həmin şəxs pulu səhəri gün aparıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs Xaliq vasitəsi ilə onlara elə vədlər vermiş ki, o, elə hesab edirmiş ki, artıq həkim komissiyasından keçmişdir. Pulu verdikdən bir müddət sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs digər qohumları ilə birlikdə onu aldadıb pullarını mənimsəmişdir. Belə ki, həmin şəxs dələduzluq yolu ilə əldə etdiyi pulları topazda uduzmuşdur. Təqsirləndirilən şəxs etdiyi dələduzluğa görə ona 700 manat maddi ziyan dəymişdir. Bu məsələ ilə bağlı onun Təqsirləndirilən şəxs ilə bir dəfə söhbəti olmamışdır. Həmin şəxs ona narahat olma sənin məsləni həll edəcəyəm demişdir. Bu işdən Xaliqin heç bir xeyri olmamış, sadəcə Təqsirləndirilən şəxs vasitəsilə qohum kimi onlara köməklik etmək istəmişdir. Məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Həmçinin bundan sonrakı bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Müxtəlif yerlərdə fəhlə işləyib ailəsinin dolanışığını təmin edir. X49 epilepsiya xəstəliyindən əziyyət çəkdiyinə görə 1994cü ildən pensiya alır. X49 hər beş ildən bir həkim komissiyasından keçmişdir. 2021-ci ilin iyul ayında həkim komissiyasından keçməli olmuş, o, da çalışmış ki, bir neçə ay əvvəlcədən Vüqar Əyyublunun tibbi sənədlərini toplayıb həkim komissiyasına təqdim etsin ki, nəsə problem yaranmasın. Hazırda X49 Azərbaycan Texniki Univerisletinin 1-ci kursunda oxuyur. Həyat yoldaşı isə yataq xəstəsidir. Bu səbəbdən Vüqar Əyyublunun tibbi sənədlərini toplamaqda bir sıra çətinlikləri olmuşdur. Qızının həyat yoldaşı X50 mərkəzi bazarında dərzi işləyir. Bir çox hallarda qızının yaşadığı evə qonaq gedir. O, qızının evində qonaq olarkən kürəkəni Sahib Cəfərovun bazardan tanıdığı və dostluq etdiyi Firuz adlı şəxs də ailəsi ilə birlikdə onlara qonaq gəlmişlər. Onlar əyləşib söhbət edərkən pensiyaların kəsilcəyi ilə bağlı söhbət olmuş, həmin vaxt Sahibin dostu Firuz kürəkənləri Şahid1 qohumları Təqsirləndirilən şəxs adlı şəxsin yuxarı yerdə işlədiyini, vəzifəli adam olduğunu və hər yerə əli çaldığını, həmin şəxsin atası Zərərçəkmiş şəxs1 həkim komisiyasından keçməsinə köməklik etdiyini bildirmişdir. Belə olmuş o, Firuzdan xahiş etmişdir ki, Xaliq İbrahimova desin, həmin şəxs də Təqsirləndirilən şəxs xahiş etsin, onun da X42 həkim komissiyasından keçməsinə köməklik etsin. Firuz da ona “Şahid1 deyim sənə bir xəbər edərəm” demişdir. Aradan 2-3 gün keçdikdən sonra Firuz ona zəng edib X42 tibbi sənədlərini aparıb ona verməsini demişdir. Firuzdan bu məsələnin necə həll olunacağını soruşduğunda həmin şəxs Şahid1 Təqsirləndirilən şəxs ilə danışdığını, həmin şəxslərin bu məsələnin həlli üçün 1300 manat pul istədiklərini bildirmişdir. Vüqar Əyyublunun həkim komissiyasından vaxt itirmədən keçməsi üçün Firuzun dediyi 1300 manat pulu və tibbi sənədləri aparıb ona verməyə razı olmuşdur. 2021-ci ilin aprel ayının əvvəlləri olarkən X42 tibbi sənədlərini və 1300 manat pulu götürüb Şəki mərkəzi bazarına getmiş, orada Firuz ilə görüşüb sənədləri və 1300 manat pulu ona vermiş ki, həmin şəxs də pulu və sənədləri aparıb Xalidə versin. Firuz pulu və tibbi sənədləri ondan alıb işi həll edəcəkə adama verəcəyini bildirmişdir. Aradan bir müddət keçdikdən sonra Firuza zəng edib məsələnin nə yerdə olduğunu soruşmuş, həmin şəxs də işi həll edən şəxsdən soruşduğunu, həmin şəxsin narahat olmayın həll olunacaqdır dediyini bildirmişdir. Bundan bir müddət keçdikdən sonra görmüş ki, məsələ həll olunana oxşamır. Belə ki, Firuzdan bu barədə soruşduqda Firuz demişdir ki, futbol pandemiya ilə bağlı dayandırılıb. Düşünmüşdür ki, futbol hara, dövlət işi hara. Ona görə bu işdən şübhələnmişdir. Ona görə Firuza zəng edərək X42 tibbi sənədlərini və 1300 manat pulu qaytarmasını demişdir. Firuz da pulu və sənədləri alıb gətirib ona qaytarmışdır. Sonradan öyrənmiş ki, X42 həkim komissiyasından keçməsi ilə bağlı hər hansı bir iş görülməmişdir. Hazırda X42 pensiyası kəsilmişdir. X42 həkim komissiyasından keçməsi üçün 1300 manat pulu və tibbi səndləri Firuza o, vermiş, həmin şəxs də pulu və səndləri Şahid1 vermişdir. Lakin Şahid1 onu tanımadığına görə X42 adını qeyd etmişdir. Elə bilmiş ki, pulu və tibbi səndləri Firuza verən Vüqar Əyubludur. Pulu və tibbi sənədləri Firuza o, verdiyinə görə maddi ziyan da ona vurulmuşdur. X42 bu məsələdən sonradan xəbəri olmuşdur. 2021-ci ilin aprel ayının əvvəlləri olarkən Şəki mərkəzi bazarında Firuz ilə görüşüb tibbi sənədləri və 1300 manat pulu ona vermiş, həmin vaxt onların yanında heç kim olmamışdır. Ümumilikdə ona 1300 manat maddi ziyan vurulmuş, sonradan həmin pulu Firuz alıb tamamilə ona qaytarmışdır. O, pensiyasının bərpası üçün Təqsirləndirilən şəxs və ya Şahid1 ilə görüşüb bu mövzuda onlarla hər hansı bir söhbət etməmişdir. Həmin şəxsləri tanımır, onlarla heç bir ünsiyyəti olmamışdır. Firuzdan xahiş etmişdir ki, Şahid1 xahiş etsin X42 həkim komissiyasından keçməsinə köməklik etsinlər. Məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Həmçinin bundan sonrakı bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs7 02.02.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Həmçinin göstərmişdir ki, övladı Cavidan Məmmədli 2022-ci ilin yanvar ayında şəhid olmuş, buna görə də yas mərasimləri ilə əlqədar məhkəmə iclaslarına gələ bilmir. İbtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. Həmçinin vəziyyəti nəzərə alaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Səhətində olan zəhərli zob və şəkər xəstəliyinə görə on il ərzində aylıq 250 manat pensiya almış, aldığı pensiya pulunu iynə-dərmana vermişdir. Pensiya ilə əlaqdar beş ildən bir həkim komissiyasından keçmişdir. 2021-ci ilin aprel ayında həkim komissiyasından keçməli olmuş, lakin səhətində olan xəstəliklərə görə xəstəxanaya gedib müayinə olunub tibbi sənədlərini ala bilməmişdir. 2021-ci ilin mart ayının sonları olarkən qonşusu Zərərçəkmiş şəxs4 ilə birlikdə həkim komissiyasından keçmək üçün toplanacaq tibbi sənədlərin siyahısını götürmək üçün Şəki MRX-na getmişdir. Xəstəxanada Zərərçəkmiş şəxs4 kənara çəkilib Təqsirləndirilən şəxs ilə söhbət etmələrinin şahidi olmuşdur. Həmin vaxt X11 kim olmasını, onunla nə söhbət etməsini soruşanda X47 MRX-da işləməsini və onun həkim komisiyasından keçməsinə köməklik etdiyini bildirmişdir. O da Vətəngüldən xahiş etmişdir ki, Təqsirləndirilən şəxs onun və gözdən əlil qızının həkim komisiyasında keçməsinə köməklik etsin. Həmin vaxt Təqsirləndirilən şəxs onlardan bir-iki metr kənarda dayanıb orların söhbətinə qulaq asmışdır. Vətəngül ona “işim düzələsi olsa Oruca deyərəm sənin də məsələni həll edər” demişdir. 2021-ci ilin aprel ayının əvvəli evdə olarkən Vətəngül ona zəng edib “Oruc Rosullunun ona zəng etdiyini, Xatirə xalanın həkim komissiyasından keçib-keçmədiyini soruşduğunu, keçməyibsə onun da məsələsini həll edə bilərəm” deməsini bildirmişdir. Vətəngül bu barədə məluat verdikdən sonra ona “Oruc ilə danış gör məsələni necə həll edicəkdir” demişdir. Vətəngül də “Təqsirləndirilən şəxs ilə danışıb deyərəm” demişdir. Bir neçə saatdan sonra Zərərçəkmiş şəxs4 zəng edərək Oruc ilə danışdığını, həmin şəxsin qızıyla onu həkim komissiyasını həll etməsi üçün 1.000 manat pul istədiyini demişdir. O, da fikirləşmişdir ki, xəstədir, həkimə gedib-gələ bilmir, 1000 manat versin və birdəfəlik canı qurtarsın. Pul əldə etdikdən sonra 2021-ci ilin aprel ayının əvvəllərində təxminən saat 17:00 radələrində Şəki şəhəri, H.Əliyev prospektində "Yenilik" ticarət mərkəzinin yaxınlığında Vətəngüllə görüşmüş və 1000 manat pulu ona vermişdir. Vətəngül onunla görüşdüyü günün səhəri Oruc ilə görüşüb 1000 manat pulu ona vermişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq görmüşdür ki, pensiya məsələsi ilə bağlı hər hansı bir nəticə yoxdur. Pensiyası kəsilmiş, Oruc bununla bağlı heç bir iş görməmişdir. Belə olmuş Vətəngülə Orucdan pulunu alıb qaytarmasını tələb elmişdir. Vətəngül da Təqsirləndirilən şəxs pulunu alıb ona qaytarmışdır. Təqsirləndirilən şəxs pul verməkdə məqsədi həmin şəxsin onun və qızının həkim komissiyasından keçməsinə köməklik etməsi olmuşdur. Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. Bilməzdilər ki, Təqsirləndirilən şəxs onları aldada bilər. Həmin şəxsin onları aldatmasına görə hazırda onun və qızının pensiyası kəsilmişdir. Ona ümumilikdə 1000 manat maddi ziyan vurulmuş, sonradan Zərərçəkmiş şəxs4 köməkliyi ilə Orucun atası pulu qaytarmışdır. Təqsirləndirilən şəxs ilə həkim komisiyası ilə bağlı hər hansı bir söhbət etməmiş, həmin şəxsi bir dəfə xəstəxanada Zərərçəkmiş şəxs4 ilə söhbət edəndə görmüşdür. Həmin şəxslə heç bir ünsiyyəti olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, uzun illərdir X1 elektro-mexanik vəzifəsində işləməklə ailəsi üçün qazanc əldə edir. 2020-ci ilin noyabr ayının sonlarında atası Novruz İbrahimov dünyasını dəyişmişdir. Atasının yas mərasimində pensiya pullarının kəsilməsi ilə bağlı söhbət düşəndə qohumluq əlaqələri olan Təqsirləndirilən şəxs Şəki MRX-da sürücü işlədiyini, pensiya pullarının bərpa olunmasına köməklik edəbiləcəyini, bu işlərə əli girdiyini ona bildirmişdir. O, Təqsirləndirilən şəxs bu məsələni necə həll edəbiləcəyini soruşduğunda Oruc baş hakim Elçin Əmirov, həkim Qinyaz Məmmədov və Şəlalə Bayramova ilə yaxşı münaibəti olduğunu, onların əli ilə pensiya məsələlərini düzüb-qoşacağını bildirmişdir. Oruc Şəki MRX-da sürücü işləməsini nəzərə alıb onun dediklərinə inanmışdır. Oruc ilkin olaraq həkim komissiyasının vaxtı çatmış qaynatası Zərərçəkmiş şəxs1 sənədlərini toplayıb həkim komisiyasına təqdim edəcəyini, onun pensiyasının kəsilməsinə imkan verməyəcəyinə söz vermişdir. Oruc əvvəlcə qayınatası Zərərçəkmiş şəxs1 lazimi sənədlərini ondan alıb Şəki MRX-da işləyən həkim Şəlalə Bayramovaya verəcəyini bildirmişdir. Oruc qayınatası Zərərçəkmiş şəxs1 özəl kilinikalardan sənədlərinin toplanması və dövlət rüsumunu ödənilməsi adı ilə 2021-ci ilin fevral ayının əvvəlində təxminən saat 10:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən "Gənclik" restoranı qarşısında onunla görüşüb 950 (doqquz yüz əlli) manat məbləğində pulu alıb getmişdir. Bundan 10 gün keçdikdən sonra Təqsirləndirilən şəxs zəng edib məsələnin nə yerdə qalmasını soruşduğunda Oruc “narahat olma həkimlə danışmışam, qısa vaxtda həll edəcəyəm” demişdir. Orucun qohum olmasını və xəstəxanada sürücü işləməsini nəzərə alıb onun məsələni həll edəcəyinə çox inanmışdır. 2021-ci ilin mart ayında dayısının həyat yoldaşı Zərərçəkmiş şəxs3 pensiyası ilə əlaqdar komisiya vaxtı çatmışdır. Oruc əvvəlcədən ona demişdir ki, “qohum-əqrabada pensiya ilə bağlı kimin problemi yaranarsa deyərsən, həll edərəm”. O, da müxtəlif şəxslərin pensiyasının kəsilməsini nəzərə alıb dayısının həyat yoldaşı Zərərçəkmiş şəxs3 da xahişinə əsasən onun da komissiya məsələsinin həlli üçün Oruca müraciət etmişdir. Oruc heç bir problem olmadığını, dayısının həyat yoldaşı Səidənin də komissiya məsələsini baş həkimlə danışıb həll edəcəyini söz vermişdir. O, yenə də Oruca inanmışdır. Belə olmuş gəlinbacısı Səidə İsmayılovdan 1000 (bir min) manat pul alıb özündə saxlamış, 2021-ci ilin mart ayının əvvələndə təxminən saat 21:30-da ünvan 6-də yaşadığı evin qapısı önündə Təqsirləndirilən şəxs ilə görüşüb qeyd olunan məbləği ona vermişdir. Oruca elə çox inanmış ki, qohum əqrabanı arxayın etmiş ki, narahat olmayın pensiya məsələniz həll olunacaqdır. Bu məsələdən 2-3 gün sonra Oruc ona demişdir ki, “əlavə kimlərsə var gətir köməklik edəcək”. O, da qayınatası Zərərçəkmiş şəxs1 vasitəsi ilə ondan xahiş edən dostu Zərərçəkmiş şəxs2 də komissiya problemi olduğunu bildirmişdir. Oruc bu məsələnin də həllinin 1000 (bir min) manat olduğunu bildirmişdir. 2021-ci ilin mart ayının əvvələrində Rafiqdən 1000 (bır min) manat pul alıb həmin gün saat təxminən 11:00 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən "Günay" şadlıq sarayının qarşısında Oruca vermişdir. Oruc pulu ondan alıb demişdir ki, “narahat olma həkimlərlə danışmışam bütün məsələləri qısa vaxt ərzində həll edəcəyəm”. Bu ərəfələrdə Oruc mütəmadi olaraq onunla əlaqə saxlamışdır. Bundan yenə 2-3 gün sonra Oruc ilə söhbət edən zaman xalası qızı İlhamənin pensiya məsələsi ortaya çıxmışdır. Orucun tələb etdiyi sənədləri və 700 manat pulu İlhamədən alıb özündə saxlamışdır. Oruc 2021-ci ilin mart ayının axırlarında təxminər saat 18:00 radələri olarkən ünvan 6 ünvanında yerləşən yaşadığı evə gəlmiş, həmin vaxt o, xalası qızı İlhamədən aldığı tibbi sənədləri və 700 manat pulu ona vermişdir. Oruc hər dəfə ondan pul aldığında “narahat olma bütün məslələri həll edib, səndən şirinliyimi də alacağam” demişdir. O, da sevinmişdir ki, qohum-əqrabaya köməyi dəyir. Bundan 2-3 gün keçmişdir ki, qaynı Şahid2 vasitəsi ilə dostu Vüqar ondan xahiş elmiş ki, onun da həkim komisiya məsələsini Orucun əli ilə həll etsin. O, yenə Orucla danışmış, həmin şəxs yenə problem yoxdur, Vüqara da köməklik edəcəyini bildirmişdir. Oruc Vüqarın məsələsini 1300 manata həll edəcəyini demişdir. Oruc güya müxtəlif şəxslərə müxtəlif məbləğləri deməsi onların xəstəliyi ilə əlaqəli olmasını demişdir. O, məsələlərin həlli üçün Orucun dediyi 1300 manat pulu Vüqardan alıb 2021-ci ilin aprel ayının əvvələrində təxminən saat 11:00-da ünvan 11 ünvanında yaşadığı evin məhləsində Orucla görüşüb ona vermişdir. Sonradan öyərmişdir ki, gəlinbacısı Zərərçəkmiş şəxs4 pensiya məsələsini həll etmək üçün Şəki MRX-na getmiş, orada Oruc onu görüb nəyə görə xəstəxanaya gəlməsi ilə maraqlananda gəlinbacısı pensiya məsələsinin həlli üçün gəldiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 sənədlərini əlindən almış və “narahat olma, sənədlərini ver mənə, sənin məsələni mən həll edəcəyəm, demişdir. Vətəngül də onun atasının yasından Təqsirləndirilən şəxs tanıdığına görə ona inanıb sənədlərini ona vermişdir. Bir müddət sonra isə Vətəngül komissiya məsələsinin həlli üçün Oruca cəmi 1850 manat məbləğində pul vermişdir. Bütün bunlardan 5-6 ay keçdikdən sonra görmüşdür ki, Oruc ondan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul alsa da verdiyi vədini yerinə yetirməmiş və heç bir iş görməmişdir. Oruc heç bir iş görmədən onu aldadaraq ümumilikdə ondan 4950 manat pul almışdır. Sonradan o, dəfələrlə Oruca zəng edib ondan aldığı pulu geri qaytarmasını tələb etsə də Oruc ondan aldığı pulları baş həkim Elçin Əmirova, həkim Qinyaz Məmmədova və Şəlalə Bayramovaya verdiyini, iş alınmadığı halda pulu qaytarcağına söz verəsə də həmin müddətdə ondan aldığı pulu qaytarmamışdır. O, da qohum-əqraba arasında pis vəziyyətə qalmamaq üçün onlardan alıb Oruca verdiyi pulları geri qaytarmışdır. Hazırda Orucun eldiyi dələduzluğa görə ona 4950 manat maddi ziyan dəymişdir. Orucun onu aldadaraq aldığı pulları qaytarmadığına görə əlacsız qalıb gəlinbacısı Zərərçəkmiş şəxs4 ilə birlikdə Şəki polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişlər. Bildirmişdir ki, Oruc qərəzli olaraq onun barəsində yalan ifadə vermişdir. O, dəfələrlə Oruca zəng edib onun vasitəsi ilə pullarını aldığı şəxslərin pullarını qaytarmasını tələb etmiş, buna baxmayaraq o, müxtəlif bəhanələr edib pulu qaytarmaqdan imtina elmişdir. Orucun onu aldatmasına görə qohumlar arasında da o, pis vəziyyətə qalmış, çünki həmin şəxs onun vasitəsi ilə qohumlarının pulunu ələ keçirib topazda uduzmuş, ona və qohumlarına yalandan danışaraq onları həkim komisiyasından keçirəcəyinə söz vermişdir. O, qohumlarından alaraq Oruca verdiyi pullardan bir manat belə özünə götürməmişdir. Orucdan pulu geri istədiyində o pulu verməmiş, ona polis şöbəsinə şikayət edəcəyini dediyində, o, “mən də bilirəm nə edəcəyəm, şikayət etsən sənin başına oyun açaram” demişdir. Hazırda Oruc bilərkədən onun güya özü üçün pul götürdüyünü bildirmişdir. O, qərəzli olaraq ona şərböhtan atır. Bütün zərərçəkmiş şəxslərdən soruşulsa bilinər ki, o, hansısa bir şəxsdən özü üçün pul almamışdır. O, qohumlara kömək məqsədi ilə Orucun vasitəsi ilə onların həkim komissiyasından keçmələrinə kömək etmək istəmiş, başqa hər hansı bir məqsədi olamışdır. Təqsirləndirilən şəxs onun yanında Şəki RMX-da elə nüfüzlu bir işçi olduğunu demişdir ki, onun hər işin öhdəsindən gələcəyinə inanmışdır. O, necə bilərdi ki, həmin şəxs onun vasitəsi ilə qohumlarının pulunu mənimsəyib topazda uduzar. Orucla əvvəlcədən aralarında hər hansı bir qazanc əldə edəcəyi ilə bağlı razılıq və ya söhbət olmamışdır. Onun məqsədi qohumlara kömək etmək olmuşdur. Həkim komissiyasından keçmək isətəyən qohumlarının hər biri maddi cəhətdən zəif insanlardır. Həmin şəxslərdən bir manat belə almağa razı olmaz. Orucla qohumlarını həkim komisiyasından keçirəcəyi təqdirdə özü üçün qazanc əldə etməsi ilə bağlı söhbəti olmamışdır. Oruc əsassız olaraq ona böhtan atır. O, özü üçün pul götürməmiş, hər bir pensiyası düzələcək şəxs üçün dediyi məbləğləri alıb Oruc vermişdir. Oruc həkim komissiyasından keçəcək şəxslərin işini qısa vaxtda həll edəcəyinə söz vermişdir. Hər kəsin pulun verdikdən bir müddət sonra görmüşdür ki, Təqsirləndirilən şəxs həkim komissiyasından keçəcək şəxslər üçün hər hansı bir iş görmür, eyni zamanda eşitmişdir ki, Oruc topazda xeyli pul uduzmuşdur. Belə olmuş və bilmişdir ki, Təqsirləndirilən şəxs onu və digər şəxsləri aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Şəki mərkəzi bazarında kişi paltarları satmaqla ailəsi üçün dolanışıq əldə edir. Xaliq İbrahimov onun bacısı Tünzalə İbrahimovanın həyat yoldaşıdır. Müxtəlif günlərdə bir-birlərinin evinə qonaq gedirlər. Atası Zərərçəkmiş şəxs1 pensiyasının kəsilməməsi üçün həkim komissiyasından keçməli olmuşdur. Pensiyaların kəsiləcəyi ilə bağlı evdə söhbət olanda Xaliq Təqsirləndirilən şəxs adlı qohumları olduğunu, həmin şəxsin Şəki MRX-da sürücü işlədiyini, onun xəstəxanada həkimlərlə yaxşı münasibəti olduğunu və həkim komisiyasından keçmək istəyən şəxslərə köməklik etdiyini bilmişdir. X30 da Xaliqdən xahiş etmişdir ki, qohumu Oruc vasitəsi ilə onu həkim komissiyasından keçməsinə köməklik etsin. Belə olub ailə daxilində söz söhbətdən xəbəri olmuşdur. Şəki mərkəzi bazarında bazar yoldaşı Sahiblə yaxın dostluq münasinəti vardır. Ailəliklə onlara qonaq getmiş, orada olarkən yenə pensiyaların kəsilinəsi ilə bağlı söhbət olmuşdur. Sahib demişdir ki, qaynı epilepsiya xəstəsidir, onun da pensiyası kəsilbidir. Həmin vaxt o, kürəkənləri Xaliq İbrahimovun qohumu Təqsirləndirilən şəxs vasitəsilə həkim komissiyasından keçmək istəyən şəxslərə köməklik etdiyini demişdir. Həmin vaxt Sahibin qaynatası Rasim Əyyubov da orada olmuşdur. Rasim Əyyubov ona Xaliq İbrahimovdan xahiş et Oruca desin “mənim oğlum Vüqar Əyyublunun da həkim komissiyasından keçməsinə kömək etsin” demişdir. Rasim Əyyubovun dostu Sahibin qaynatası olmasını nəzərə alıb onun sözünü yerə salmamışdır. Belə olmuş Xaliqlə görüşərkən ondan Rasim dayının X42 həkim komissiyasından keçməsinə köməklik üçün onun da Təqsirləndirilən şəxs xahiş etməsini demişdir. Xaliq da “Təqsirləndirilən şəxs deyim sənə bir xəbər edərəm” demişdir. Bundan iki-üç gün sonra Xaliqə yenə zəng edib Təqsirləndirilən şəxs ilə danışıb-danışmadığını soruşanda Xaliq “Təqsirləndirilən şəxs ilə danışmışam işin həlli üçün 1300 manat pul istəyir” demişdir. O, da Rasim Əyyubova zəng edib X42 həkim komissiyasından keçməsi üçün 1300 manat istəyirlər demişdir. Rasim Əyyubov da deyilən məbləğlə razılaşdıqdan sonra 2021-ci ilin aprel ayının əvvəlləri olarkən 1300 manat pulu gətirib Şəki mərkəzi bazarında ona vermişdir. O, pulu Rasim Əyyubovdan alan kimi aparıb Xaliq İbrahimovun yaşadığı evdə ona vermişdir ki, o da Təqsirləndirilən şəxs versin. Ondan sonra Xaliq İbrahimovun pulu Təqsirləndirilən şəxs nə vaxt verməsindən məlumatı olmamışdır. Bir müddət keçdikdən sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs Xaliq İbrahimov vasitəsi ilə X30dan aldığı 950 manat pulu və onun vasitəsi ilə Rasim Əyyubovdan aldığı 1300 manat pulu topazda uduzmuş, pensiya məsələsi ilə bağlı yalan vədlər verərək hər kəsi aldatmışdır. Bildirmişdir ki, Orucu tanımır, onunla hər hansı bir münasibəti yoxdur. Həmin şəxslə bu günə kimi heç bir ünsiyəti olmamışdır. Bu məsələlər olarkən Şəki MRX-na peyvənd iynəsi vurdurmağa getmiş, həmin vaxt Təqsirləndirilən şəxs Xaliqin xahişinə əsasən onu növbədən kənar iynə vurdurmasına köməklik etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs görüb Xaliq İbrahimova zəng edib demişdir ki, “sən naxaq həmin şəxslə iş tutmusan, belə bir adama necə pul vermək olar, o danışığından, hərəkətindən dələduz bir şəxsə oxşayır”. Xaliq də Təqsirləndirilən şəxs qohum olduğunu, onun pis hərəkət etməyəcəyini demişdir. Vüqar Əyyublunun atası Rasim Əyyubov ondan xahiş etmişdir ki, Xaliqdən xahiş et ki, onun X49nu həkim komissiyasından keçməsi üçün Təqsirləndirilən şəxs onlara kömək etsin. X51 ilə heç bir ünsiyyəti olmamışdır. Ondan Vüqarın xahişini edən atası Rasim Əyyubov olmuşdur. 1300 manat pulu da ona verən şəxs Rasim özü olmuşdur. Vüqar Əyyublunu elə də yaxından tanımır. Pulu Xaliqə verərkən o özü üçün hər hansı məbləödə pul istəməmişdir. Xaliq qohum kimi onun xahişinə əsasən Rasim Əyyubovun oğluna kömək etməyə çalışmışdır. Onlar bilə bilməzdilər ki, Təqsirləndirilən şəxs hər kəsi aldada bilər. İşdə olan 17 sentyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasının 01.10.2021-ci il tarixli, 1039 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, Abdulla Şaiq küçəsi, ev 37 ünvanında qeydiyyatda olan və yaşayan 1994-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanasının dispanser müşahidəsində yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon X17 Hüquqi şəxsin 11.10.2021-ci il tarixli, 1253 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, Abdulla Şaiq küçəsi, ev 37 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki RMX-nın publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması ilə bağlı məlumat yoxdur. İş üzrə Şəki ŞRPŞ-nə verilmiş əməliyyat tapşırığının 02.10.2021-ci il tarixli cavabında keçirilmiş əməliyyat tədbirləri nətiçəsində Təqsirləndirilən şəxs həyat tərzi, maraq dairəsi, yaxın münasibətdə olduğu şəxslərin dairəsi, onun başqa cinayətlərdə iştirakının olubolmamasını. Təqsirləndirilən şəxs ilə Xaliq İbrahimov arasında ədavət və ya düşmənçilik olub-olmaması müəyyən edilməsi mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs törətmiş olduğu dələduzluq cinayətində X14 ilə əlbir olmadığı, dələduzluq cinayətini özü tək törətməsi müəyyən edilmiş, bu istiqamətdə tədbirlərin davam etdirildiyi, gələcəkdə müsbət nəticə əldə edilərsə əlavə məlumat veriləcəyi göstərilmişdir. İşdə olan Şəki şəhər İHB-nın “Bazar” məhəllə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 12 ünvanda pasport qeydiyyatında olmaqla yaşayır, himayəsində 17.07.2020-ci il təvəllüdlü bir az yaşlı övladları vardır, yaşayış yeri üzrə məsbət xarakterizə olunur. İşdə olan AZ-İİ 350400 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X12 arasında 24 oktyabr 2019-cu ildə nikah bağlanmışdır. İşdə olan A-İV 473194 saylı doğum şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17.07.2020-ci ildə döğulmuş X18 adında 1 azyaşlı uşağı vardır. İşdə olan 09.12.2021-ci il tarixli 2178 nömrəli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Şəki filialı tərəfindən 16.02.2022-ci il tarixdə verilmiş SA160222403 nömrəli Ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə əlaqədar həmin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında 1700 (min yeddi yüz) manat pulu Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərmişdir ki, törətdiyi əməldə özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, X10 və Zərərçəkmiş şəxs5 ilə barışmış və onlara vurulmuş maddi ziyanı tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi (25 %) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı (6800 manat) tamamilə ödəmiş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında (1700 manat) dövlət büdcəsinə ödəniş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs buna qədər cinayət məsuliyyətindən azad edilməmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını qanuni, ədalətli və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi ziyanın, mülki iddianın, ekspertiza xərcinin, üzərinə həbs qoyulmuş əmlakın olmaması və 6800 manat maddi ziyanın isə ödənilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.11, 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı (6800 manat) tamamilə ödədiyindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 1700 (min yeddi yüz) manat miqdarında pulu Azərbaycan Respublikasının dövlət büdcəsinə ödədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edisin. İş üzrə maddi ziyanın, mülki iddianın, ekspertiza xərcinin, üzərinə həbs qoyulmuş əmlakın olmaması və 6800 manat maddi ziyanın isə ödənilməsi nəzərə alınsın. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Qərardan, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar