Məhkəmə qərarları › İş №1(075)-17/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-17/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-17/2023 24.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirаkları ilə xx xxxx 1996-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda pasport qeydiyyatda olan və ünvan 2ində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnıun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını gizli yolla talama məqsədi ilə fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını gizli yolla talama məqsədi ilə qanunsuz olaraq 23 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsini açmaqla qanunsuz içəri daxil olaraq həmin fərdi yaşayış evinin otaqlarından hər birinin dəyəri 250 manat olan, 04 ədəd 2x3 ölçüdə, ümumi dəyəri 1000 manat olan İran xalçalarını, hər birinin dəyəri 250 manat olan, 03 ədəd 2x4 ölçüdə, ümumi dəyəri 750 manat olan İran xalçalarını, hər birinin dəyəri 500 manat olan, 04 ədəd 5x2 ölçüdə, ümumi dəyəri 2000 manat olan Türkiyənin Qalaksi firmasının xalçalarını, hər birinin dəyəri 250 manat olan, 03 ədəd 2x3 ölçüdə, ümumi dəyəri 750 manat olan Türkiyənin Qalaksi firmasının xalçalarını,dəyəri 250 manat olan 01 ədəd 10 litirlik latun samovarı, dəyəri 180 manat olan 01 ədəd 07 litirlik latun samovarı, dəyəri 200 manat olan bir ədəd lavaş bişirən sacı, dəyəri 350 manat olan bir ədəd Qalaksi firmasının çəngəl-bıçaq dəstini, dəyəri 280 manat olan 01 ədəd 10 litrlik Qalaksi firmasının mantı qazanını, hər birinin dəyəri 250 manat olan, 06 ədəd, ümumi dəyəri 1500 manat olan Qalaksi firmasının qranit qazan dəstlərini, dəyəri 250 manat olan 01 ədəd 10 litrlik Qalaksi firmasının elektrik samovarını, dəyəri 150 manat olan 01 ədəd 7 litrlik mis qazanı, dəyəri 100 manat olan 01 ədəd 5 litrlik mis qazanı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ümumilikdə cəmi 7760 (yeddi min yeddi yüz altmış) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə onа elаn edilən ittihаm üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Şəki şəhəri ərazisində məşiət əşyaları atılan zibilxanlardan tullantı dəmir yığıb satmaqla dolanışıq əldə etmişdir. 2022-ci ilin fevral ayının sonlarından Bakı şəhərinə müxtəlif tikitilərdə fəhlə işləmiş, 2022-ci ilin avqust ayının əvvəllərində tikintidə işləyən zaman yıxılmış, sağ qabırğası, sağ əlinin üç barmağı və sol bilək nahiyyəsindən xəsarət aldığına görə işləyə bilməmişdir. xx.xx.2022-ci il tarixdə Şəki şəhərində yaşayan nənəsi Şahid4 yanına qayıtmış, Şəki şəhərinə qayıtdıqdan sonra işləyə bilmədiyi üçün maddi sıxıntıları olmuş, atası Eyvaz və nənəsi Ziyvərdən xərcləmək üçün pul istəsədə onlar ona pul verməmişdir. Bundan sonra qərara gəlmiş ki, əmisi Zərərçəkmiş şəxs evindən oğurluq etsin. Əmisi Zərərçəkmiş şəxs yaşadığı ev ilə üzbə-üz Şəki şəhəri, M.Abbasov küçəsində yerləşən təmir işləri gedən və yaşayış olmayan əlavə evi vardır. O, əvvəlcədən həmin evə girib-çıxdığına görə orada müxtəlif əşyalar olmasını bilmişdir. Əmisi Zərərçəkmiş şəxs əvvəllər evin bir çox əşyasını ona daşıtdırıb 10 manat zəhmət haqqı vermişdir. xx.xx.2022ci il tarixdə gecə təxminən saat 02-də əmisi Füzuli Əksərova məxsus evin mişar daşları ilə tikilmiş hasarın yaxınlığında olan elektirik dirəyi vasitəsi ilə hasarın üzərinə çıxmış, oradan da evin həyətinə düşmüş, sonra evin arxa tərəfində yerləşən plastik pənəcərə yaxınlaşıb əli ilə pəncərəni itələyib açmış və pəncərədən evə daxil olmuş, evi gəzib baxdığında pəncərəsini açıb giridiyi otaqdan başqa, digər yan otağın qapısının açıq olduğunu, digər otaqların isə qapıları bağlı olduğunu görmüşdür. Qapısı açıq olan otağa daxil olduğunda qapıdan sol tərəfdə 3-4 ədəd latun samovarların olduğunu görmüşdür. O, həmin samovarladan bir böyük, bir balaca samovarları götürüb evə daxil olduğu pəncərədən çıxmış, darvaza qapısının bir tayını açıb küçəyə çıxmış, daha sonra darvaza qapısının arxasına balaca daş qoymiş ki, külək vurub açmasın. O, samovarları götürüb Şəki şəhəri, S.Mümtaz küçəsində (çöl yolu deyilən yerdə) Kiş çayına yaxın yerdə yaşayan tanışı Dünya adlı qadının evinə getmiş, oğurladığı samovarları Dünyanın yaşadığı evin arxa hissəsində gizlətmiş, sonra Dünyanın evində əyləşib bir neçə saat onunla söhbət etmiş, daha sonra qərara gəlmiş ki, Gəncə şəhərinə gedib samovarları orada baha qiymətə satsın. Dünyadan xahiş etmiş ki, mobil telfonu ilə bir nəfər şəxslə danışmaq istəyir. Dünya buna heç bir etiraz etməmiş, ondan telefonu alıb tanışı Əfsanəyə zəng etmiş və Şəki şəhərində ucuz qiymətə samovalara aldığını, Gəncə şəhərinə aparıb baha qiymətə satmaq istədiyini, lakin yol pulu olmadığını, ona borca pul verməsini xahiş etmişdir. Əfsanə də sən takisi ilə gəl, yol pulunu verərəm demişdir. Belə olmuş Dünyanın mobil telefonu ilə *0066 taksi xidmətinə zəng edib Gəncə şəhərinə getmək üçün taksi sifariş etmiş, taksi onu 40 manata Gəngə şəhərində yerləşən "Kalxoz Bazarı" adlanan yerə aparmışdır. Əfsanə ilə əvvəlcədən danışdığı kimi kalxoz bazarında görüşmüş, həmin vaxt Əfsanə taksinin pulunu ödəmişdir. Əfsanəyə şəxsiyyətini təsdiq edən sənədi itirdiyini, onun şəxsiyyət vəsiqəsi ilə samovarları satmaq istədiyinii demiş, Əfsanə də buna etraz etməmişdir. Samovarları "Kalxoz Bazarı" yaxınlığında yerləşən antik əşyalar satılan mağazada işləyən adını bilmədiyi qadına balaca samovarı 100 manata, böyük samovarı isə 150 manata satmışdır. Əfsanənin 40 manat pulunu özünə qaytarmış, daha sonra Bakı şəhərinə getmişdir. Bir neçə gün Bakı şəhərində qalıb əldə etdiyi pulu xərcləmiş, Bakı şəhərində olarkən müxtəlif kafelərə kuriyer işləmək üçün müraciət etsədə şəxsiyyəti təsdiq edən sənədi və hərbi bileti üzərində olmadığına görə onu işə götürən olmamışdır. xx.xx.2022-ci il tarixdə atası Eyvaz Əskərova zəng edib danışarkən o, əmisi Füzulinin evindən 15.000 manat dəyərində əmlakını oğurlanması ilə bağlı polis şöbəsinə müraciət etdiyini bildirmişdir. Bu məsələni eşitdikdən sonra Şəki şəhərinə gəlmişdir. Əmisi Zərərçəkmiş şəxs evindən cəmi iki samovar oğurlamışdır. X12 evində digər əşyalar olmuş, lakin nə olduğu dəqiq yadında deyil. Zərərçəkmiş şəxs ona şər-böhtan atır. Füzulinin evindən 02 ədəd samovardan başqa heç bir əşya oğurlamamışdır. Qeyd olunanları nəzərə alaraq ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı evin həyətyanı sahəsində müxtəlif şəxslərdən ucuz qiymətə metal qəbul edir. Topladığı metalı bir az baha qiymətə satmaqla ailəsi üçün qazanc əldə edir. Metal qəbulu sexində qardaşı X5 Əskərov və Fərhad Məmmədov fəhlə işləmişlər. Sonradan Peyman işdən çıxsada, qardaşı oğlu Fərhad Məmmədov hal-hazıradək onun yanında işləyir. Təqsirləndirilən şəxs ilə pis münasibəti olmamışdır. Bir böyük kimi Təqsirləndirilən şəxs nə iş tapşırsa etiraz etmədən yerinə yetirmişdir. Hazırda ünvan 4 ünvanında yaşayır. Yaşadığı evlə üz-üzə yolun sağ kənarında 2000-ci ildən bu günə kimi hissə-hissə tikdiyi fərdi yaşayış evi yerləşir. Həmin ev ünvan 3 ünvanında yerləşir. Gələcəkdə qızlarınna cehiz vermək üçün uzun illərdir ara-sıra müxtəlif əşyalar alıb yığmışdır. xx.xx.2022-ci il tarixdə evin həyətyanı sahəsində olan ağacları sulamış və evə baxmış, lakin evdə hər hansı bir oğurluq faktı olmasını aşkar etməmişdir. xx.xx.2022-ci il tarixdə anası Şahid4 zəng edərək təcili evə gəlməsini demişdir. Anası Şahid4 evin arxa hissəsində yerləşən plastik pəncərəsinin açıq olmasını göstərib evə kiminsə girdiyini bildirmişdir. Onlar dərhal evin qapısını açıb içəri baxdığında uzun illərdir qızları üçün alıb yığdığı cehizin bir çoxunun yerində olmadığını görmüş, elə həmin vaxt qardaşı Eyvaz Əskərov da onların yanına gəlmiş, onun hadisəyə görə çox pis olduğunu görüb DİN-nin 102 xidmətinə zəng edib məlumat verməsini tələb etmişdir. Zəng edib evdən 10.000- 15.000 manat dəyərində əmlakın oğurlanması barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları ona məxsus evə gələrək baxış keçirmişlər. Bundan sonra tanış uşaqlardan, Elnur adlı şəxs və digər bir neçə şəxsə qardaşı oğlu Təqsirləndirilən şəxs görüb-görmədiklərini soruşmuş, həmin şəxs Peyman Əsgərovun əlində iki ədəd samovarla Dünya adlı qadının evindən çıxmasını gördüyünü bildirmişdir. Ondan sonra ona məxsus evə girib oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Bu səbəbdən DİNnin 102 xdimətinə yenidən zəng edərək Təqsirləndirilən şəxs ona məxsus evdən oğurluq etməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələnmiş ki, ona məxsus evdən ondan başqa kimsə oğurluq etməz, sonda evdən oğurluq edən şəxsin Peyman olduğunu öyərənmişdir. Təqsirləndirilən şəxs ona məxsus evdən bir ədədi 150 manat olan cəmi 600 dəyərində 4 ədəd 2x3 ölçüdə İran xalçaları, bir ədədi 250 manat olan cəmi 750 manat dəyərində 3 ədəd 2x4 ölçüdə İran xalçaları, bir ədədi 500 manat olan cəmi 2000 manat dəyərində 4 ədəd 5x2 ölçüdə Türkiyənin Qalaksi firmasının xalçaları, bir ədədi 180 manat olan cəmi 540 manat dəyərində 3 ədəd 2x3 ölçüdə Türkiyənin Qalaksi firmasının xalçaları, dəyəri 250 manat olan 01 ədəd 10 litirlik latun samovarı, dəyəri 150 manat 01 ədəd 7 litirlik latun samovarı, dəyəri 200 manat olan bir ədəd lavaş bişirən elektirik sacı, dəyəri 350 manat olan bir ədəd Qalaksi firmasının çəngəl-bıçaq dəstini, dəyəri 280 manat olan 10 litirlik Qalaksi firmasının mantı qazanı, bir ədədi 250 manat olan cəmi 1500 manat dəyərində Qalaksi firmasının qranit qazan dəstləri, dəyəri 250 manat olan bir ədəd 10 litirlik Qalaksi firmasının eletirik samovarı, dəyəri 150 manat olan bir ədəd 7 litirlik mis qazanı və dəyəri 100 manat olan bir ədəd 5 litirlik mis qazanı oğurlamaqla ümumilikdə ona 7120 manat miqdarında maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona məxsus evdən oğurladığı əşyalara görə konkret olaraq ona 7.120 manat maddi ziyan vurmuşdur. Hazırda ona vurulan ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Peyman Əsgərovla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ilin noyabr ayında Gəncə şəhərində tanış olmuşdur. Həmin vaxt keçmiş həyat yoldaşı Şəhirayar Həbibidən ayrılmışdır. Təqsirləndirilən şəxs ona təklif etmiş ki, onunla ailə həyatı qurub bir yerdə yaşasınlar. O, da Təqsirləndirilən şəxsla razılaşmışdır. Peymanla Şəki şəhərinə gəlib onun kirayə tutduğu evdə yaşamış, aradan iki ay keçəndən sonra anası uşaqların da onun yanına gətirmiş, uşaqları da onun yanında qalmışdır. Həmin vaxt sosial yardım aldığına görə Peyman ilə rəsmi nikaha girməmiş, lakin onunla dörd il bir yerdə yaşamış, sonradan aralarında narazılıq olduğuna görə o, 2021-ci ildə ondan ayrılıb anasının yanına Gəncə şəhərinə qayıtmışdır. Gəncə şəhərinə gedəndən sonra Təqsirləndirilən şəxs onun yanına gəlməsədə ara-sıra telefonla zəng edib vəziyyəti ilə maraqlanmışdır. xx.xx.2022-ci il tarixdə naməlum nömrədən ona zəng olunmuşdur. Həmin şəxsin kim olmasını öyrənmək üçün həmin nörəyə zəng etmiş, telefona Təqsirləndirilən şəxs cavab vermiş, telefonda ona iki ədəd samovar aldığını, həmin samovarları Gəncə şəhərinə gətirib satmaq istədiyini demişdir.OŞ da demiş ki, Gəncə şəhərinə gəlsin. Peyman ona bildirmiş ki, onun taksi sürücüsünə yol haqqı verməyə pulu yoxdur. Ondan xahiş etmiş ki, taksi sürücüsünün pulunu versin, samovarı satıb pulunu qaytaracaqdır. O, da yaşadığı evdən çıxıb Kalxoz bazarının qarşına getmişdir. Aradan təxminən iki saat keçəndən sonra Peyman ona zəng etdiyində gözlədiyi yeri demiş və Kalxoz bazarının qarşısında onunla görüşmüşlər. O, kalxoz bazarının qarşısında Təqsirləndirilən şəxs taksi sürücüsünə vermək üçün 50 manat pul vermiş, Peyman gəldiyi taksi avtomobilinə 02 ədəd köhnə vəziyyətdə olan samovarları götürmüş, Təqsirləndirilən şəxsla birlikdə Gəncə şəhərində antik əşyaların alşı və satışı ilə məşğul olan mağazaya getmiş, həmin mağazada işləyən qadına Peyman gətirdiyi 02 ədəd samovarları göstərmişdir. Peyman həmin qadınla razılaşıb samovarın birini 100 manata, digərini isə 150 manata satmışdır. Peyman ona demiş ki, onun şəxsiyyət vəsiqəsi itmiş, samovarları satması üçün şəxsiyyət vəsiqəsini ona versin. O, da Peymanla razılaşıb mağazada işləyən qadına şəxsiyyət vəsiqəsini vermiş, həmin qadın da adını, soyadını dəftərə qeyd edib vəsiqəsini qaytarmışdır. Təqsirləndirilən şəxs həmin qadından 250 manat pul almışdır. Təqsirləndirilən şəxs ona bildirmiş ki, kafedə əyləşib nahar etmək istəyir, onunla birlikdə kafeyə gedib nahar etmişdir. Kafedə Peyman ona demiş ki, Bakı şəhərinə gedib orada dostunun 200 manata satdığı mataskleti alacaq, həmin mateskletlə dəmir daşıyıb pul qazancaqdır. O, fikirləşmiş ki, Təqsirləndirilən şəxs ona 50 manat qaytarsa matesklet almağa pulu qalmayacaq, ona görə ona demiş ki, ona 40 manat versin. Təqsirləndirilən şəxs ona 40 manat pul verib oradan Bakı şəhərinə getmişdir. Sonradan onun Təqsirləndirilən şəxs ilə əlaqəsi olmamışdır. Sonradan bilmiş ki, Təqsirləndirilən şəxs həmin iki ədəd samovarı Şəki şəhərində yaşayan əmisi Füzulinin evindən oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl X6 metal qəbulu sexində işləyən zaman tanımışdır. O, ailə üzvüləri ilə yığdıqları metalları aparıb Peyman Əsgərovun işlədiyi metal qəbulu sexinə satmışlar. Həmin vaxtdan Peyman Əsgərov ilə aralarında xoş münasibət yaranmışdır. xx.xx.2022-ci il tarixdə saat 03 radələri olarkən Peyman Əsgərovun onlara gəlmişdir. Peyman ona məxsus mobil telefon ilə Gəncə şəhərində yaşayan Əfsanə adlı qadına zəng etmiş, həmin qadın ilə danışarkən ondan pul istəməsini eşitmişdir. Peyman Əsgərov həmin qadınla danışıb razılaşdıqdan sonra ona məxsus mobil telefon ilə taksi xidməti *0066 zəng edib Gəncə şəhərinə getmək üçün taksi şifariş etmişdir. Peyman gedərkən ona məxsus evin arxasından iki ədəd latun samovar götürdüyünü görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs isə nəvəsidir. Hər ikisinə övladı kimi hörməti var. Təqsirləndirilən şəxs valideyinləri uzun illər əvvəl ayrılmışlar, o, Təqsirləndirilən şəxs ilə yanaşı onun iki qardaşı və bir bacısına baxıb böyütmüşdür. Oğlu Zərərçəkmiş şəxs uzun illər əvvəl Şəki rayonu, İnçə kənd sakini X8 ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki qız və bir oğlan övladları olmuşdur. Təxminən dörd il bundan əvvəl Füzuli ilə yoldaşı Samirə arasında olan münaqişəyə görə ayrılmışlar. Zərərçəkmiş şəxs qız övladları azyaşlı olmasına baxmayaraq o, qızları üçün cehiz əşyalarını hissə-hissə alıb yaşadıqları evinə yığmışdır. Zərərçəkmiş şəxs yaşadığı evin arxasında sonradan həyətyanı sahə alıb yeni ev inşa etmişdir. Zərərçəkmiş şəxs yaşadığı evində təmir işləri gedən zaman övladları üçün aldığı cehiz əşyalarını aparıb yeni inşa olunan evə aparıb yığmışdır. Zərərçəkmiş şəxs bir çox hallarda işlə bağlı evə baxmağa vaxtı olmur. Evdə yaşayan olmasa da o, mütəmadi olaraq evə gedib nəzarət edir, eyni zamanda orada saxladıqları toyuq-cücəcəyə dən tökür. xx.xx.2022-ci il tarixdə toyuqlara dən tökmək üçün evə gedib baxan zaman evin pəncərəsindən birinin açıq olmasını görmüşdür. Həmin vaxt oğlu Zərərçəkmiş şəxs dərhal zəng edib evin pəncərəsinin açıq olması barədə məlumat vermişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs evə gəlmiş və onlar evə girib baxmışlar, evin yataq otağına yığdığı cehiz əşyalarının yarıdan çoxunun yerində olmadığını görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək evdən oğurluq olması barədə məlumat vermişdir. Onlar sonradan evdə olan əşyalara dəqiq baxanda evdən 4 ədəd 2x3 ölçüdə İran xalçaları, 3 ədəd 2x4 ölçüdə İran xalçaları, 4 ədəd 5x2 ölçüdə Türkiyənin Qalaksi firmasının xalçaları, 3 ədəd 2x3 ölçüdə Türkiyənin Qalaksi firmasının xalçaları, 1 ədəd 7 litirlik latun samovarı, bir ədəd lavaş bişirən elektirik sacı, bir ədəd Qalaksi firmasının çəngəl-bıçaq dəstini, 10 litirlik Qalaksi firmasının mantı qazanı, 6 ədəd Qalaksi firmasının qranit qazan dəstləri, bir ədəd 10 litirlik Qalaksi firmasının eletirik samovarı, bir ədəd 7 litirlik mis qazanı və bir ədəd 5 litirlik mis qazanların oğurlanmasını müəyyən etmişdir. Zərərçəkmiş şəxs evinə girib baxdığında evdən oğurluq edən şəxsin nəvəsi Təqsirləndirilən şəxs olmasına şübhələnmişdir. Bu barədə oğlu Eyvaz və Zərərçəkmiş şəxs demişdir. Bir müddə sonra Təqsirləndirilən şəxs polis şöbəsinə izahat verən zaman əmisi Zərərçəkmiş şəxs evində oğurluq etməsini etiraf etmişdir. O, tam əminliklə demişdir ki, Füzuli Əksərovun ifadəsində qeyd etdikləri doğrudur və Təqsirləndirilən şəxs qeyd olunan əşyaları oğurlamışdır. Sonradan Təqsirləndirilən şəxs əmisinin evindən nəyə görə oğurluq etmisən, utanmırsan deyəndə həmin şəxs nə etməliyəm, pulum yoxdur etmişəm deyə cavab vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı əşyaları hissə-hissə oğurlamış, həmin əşyaları bir dəfəyə aparmamışdır. Təqsirləndirilən şəxs tamamilə yalan danışır, Zərərçəkmiş şəxs evindən samovarlarla yanaşı cehiz əşyalarını oğurlamışdır. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Şəki şəhəri ərazisində özünə məxsus "Dayvo lanos" markalı, **-ZX- *** dövlət qeydiyyat nişanlı avtombil ilə taksi işləməklə ailəsi üçün qazanc ələ edir. 2004-cü ildən takis fəailiyyəti ilə məşğul olur. Füzuli və Təqsirləndirilən şəxs tanımır, onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, son üç ildir *0066 taksi şirkəti ilə işləyir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində S.Mümtaz küçəsində yerləşən inşaat malları satılan "Evqur" adlanan mağazanın qarşısında dayanan zaman *0066 taksi zəng şirkətindən mobil telefonuna müştərinin şifariş mesajı gəlmişdir. Müştəri Gəncə şəhərinə getmək üçün şifariş vermişdir. O, sifarişə əsasən S.Mümtaz küçəsində yerləşən Köhnə Koperativlər deyilən yerə getmiş, asfat yoldan yeni tikilmiş evlərə tərəf dönərkən orada bir nəfər cavan oğlanın yəni adının sonradan Təqsirləndirilən şəxs olamasını bildiyi şəxsin yolun kənarında dayanıb onu gözlədiyini görmüş, həmin şəxs yaxınlaşıb avtomobilə əyləşmiş, daşlıq yol ilə bir qədər gedikdən sonra evlərin birinin qarşısında dayanmışlar. Peyman avtomobildən düşüb getmiş, bir neçə dəqiq sonra əlində iki ədəd samovarla gəlməsini görmüş, yolda gedərkən öyrənmiş ki, Təqsirləndirilən şəxs taksi sifarişini Dünya adlı qadına məxsus mobil nömrə ilə etmiş, hazırda həmin mobil nömrəni xatırlamır. Təqsirləndirilən şəxs samovarları avtomobilin yük yerinə qoyub əyləşdikdən sonra hazırda üzərində pulu olmadığını, Gəncə şəhərinə çatdıqdan sonra orada verəcəyini bildirmişdir.O, da buna heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs ilə Gəncə şəhərinə çatandan sonra həmin şəxs avtomobili "Kalxoz" bazarı adlanan bazara sürməsini xahiş etmişdir. O, avtomobili həmin bazara sürmüş, onlar bazara çatdıqlarında adının sonradan Əfsanə olmasını bildiyi qız onları qarşılamışdır. Təqsirləndirilən şəxs həmin qızdan ona yol haqqı olaraq 40 manat pul alıb vermişdir. Təqsirləndirilən şəxs onun avtomobili ilə apardığı samovarları götürüb Əfsanə adlı qız ilə çıxıb getmişdir. Ondan sonra nə baş verməsindən məlumatı yoxdur. Peyman Əsgərovun oğurluq etməsindən və ona məxsus avtomobil ilə Gəncə şəhərinə apardığı samovarları oğurlamasından məlumatım olmamışdır. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti yoxdur.Həmin şəxsdən samovarları hardan əldə etməsi və Gəncə şəhərinə nəyə görə aparması ilə bağlı heç nə soruşmamışdır. O, taksi işləyir, müştəriləri sorğu-sual etməyə ixtiyarı yoxdur. Əfsanə və Dünya adlı qadınları Təqsirləndirilən şəxs yanında bir dəfə görmüş, əvvəllər həmin şəxsləri görməmiş, onları tanımır. İş materiallarına əlavə edilmiş 07 sentyabr 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur İş materiallarına əlavə edilmiş 09 sentyabr 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 09 sentyabr 2022-ci il tаrixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəki ŞRPŞ-nin MSY-ndən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs Füzuli Əksərov təmir işləri gedən evin qonaq otağının plastik pəncərəsini göstərib naməlum şəxs və ya şəxslərin həmin pəncərəni açıb oradan daxil olmaqla 10.000 manat dəyərində məişət əşyalarının oğurlanmasını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2022-ci il tarixli 9/7245 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertiza rəyindən görünür ki, ekspertizatəyini haqqında qərarda göstərilən malların orta istismar müddət və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5600 manat müəyyən edilmişdir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli 911 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 453 №-li məktubundan görünür ki, Əskərov X3 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və həmin dispanserə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Topqarağac məhəllə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, M.Abbasov küçəsi, ev 34 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə onun barəsində xx.xx.2018-ci il tarixdə Şəki Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-yə verilmiş əməliyyat tapşırığının xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki rayonu və Respublikamızın digər rayonları ərazisində digər cinayətlərin törədilməsində iştiraklarının olub-olmaması, həmin şəxsin oğurluq hadisələrini törədərkən kiminləsə əlbir olması, onun oğurluq hadisəsi törətməsindən hər hansı bir şəxsin məlumatı olması, Təqsirləndirilən şəxs oğurladığı samovarları Gəncə şəhəri Kalxoz bazarı adlanan yerdə qədim əşyalar satılan mağaza sahibi X7 satması müəyyən olunsa da, onun maraq dairəsi, yaxın münasibətədə olduğu şəxslərin dairəsi, spirtli içkilərin, narkotik maddələrin qəbuluna meyilli olub-olmaması müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri zamanı X9 Federasiyasına getməsi səbəbindən onun ifadəsinin alınması üçün İstintaq bölməsinə gətirilməsinin təmin edilməsi mümkün olmamışdır. Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə, ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətini ehtiva edir. Özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Yuxarıda qeyd olunanları əsas götürən məhkəmə, araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxsnıun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o, cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsnıun məhkəmə iclasında və ibtidai istintaq zamanı özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun bu cür ifadə verməsi müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirlir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, təqsirləndirilən şəxs tərəfindən ona yetirilmiş maddi ziyan tam şəkildə ödənilmişdir . Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən və zərərçəkmiş şəxslə barışmasını isə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnıun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə Təqsirləndirilən şəxsnıun əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət törədən şəxsin şəxsiyyətini əsas götürərək onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, onun 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının icrasına nəzarət yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddianın və maddi sübutların olmaması, maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi ziyanın ödənilməsi, mülki iddianın və maddi sübutların olmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar