Məhkəmə qərarları › İş №1(075)-17/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-17/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-17/2024 19.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnıun və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirаkları ilə xx xxx 1983-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 445,59 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitə olan marixuananın bir ədəd sellofan bükümdə olan 0,59 qram hissəsini üzərində, bir ədəd qara rəngli sellofan bağlamada olan 445.0 qram hissəsini isə etibarnamə ilə idarə etdiyi Mcısedes-Benz. markalı 10 İİK 989 dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının altında gizlədərək saxlamış, 29 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün Şəki rayonu, Kiş kəndi ərazisində yerləşən «Narınqala» restoranın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X8 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 11:30 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ varı cibindən həmin qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü İm ifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,59 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş,bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq onun idarə etdiyi Mersedes-Bcnz markalı ** HK *** dövlət nömrə nişanlı avtomobilə 29 ivııl 2023-cü il tarixdə saat 14:35 dəqiqədən başlayaraq baxış keçirilmiş, baxış zamanı onun qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istilacə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşıyaraq idarə eldiyi Mersedes-Benz markalı ** HK *** dövləl nömrə nişanlı avtomobilin arxa oluracağının altında gizlədərək saxladığı bir ədəd qara rəngli sellofan bağlamada təmi/ çəkisi 445.0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, taksi fəaliyyəti ilə məşqul olur. 19 iyul 2023cü il tarixdə Bərdə şəhərinə sərnişin aparmışdır. Şəki şəhərinə qayıdan zaman Bərdə rayonu ərazisindən Yevlax rayonunun ərazisinə keçəndən sonra yolun kənarında yabanı halda bitən narkotik vasitə olan çətənə bitkiləri olduğunu görmüş və avtomobilini saxlayıb yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarından bir qədər özü istifadə etməsi üçün yığmışdır. Şəki şəhərinə çatandan sonra həmin çətənə bitkilərini Şəki şəhərinin aşağı hissəsində yeni tikilən evlər olan ərazidə kolluq sahədə sərib qurutmuşdur. Tutulmamışdan üç gün əvvəl həmin qurutduğu narkotik vasitə olan çətənə bitkilərinin yarpaqlarını özü ilə götürdüyü qara rəngli sellofan torbaya vığıb sonradan istifadə etmək üçün idarə etdiyi Mersedes benz markalı, ** HK *** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının altına qoyub gizlətmişdir. Qurutduğu narkotik vasitəni avtomobilin oturacağın altına qoyub gizlədən zaman üzərindən bir qədər özü istifadə etmək üçün götürüb sellofan siqaret kağızına yğıb cibinə qovmuşdur. xx.xx.2023-cü il tarixdə dostu Şahid5la idarə etdiyi avtomobillə Şəki rayonu, Kiş kəndi ərazisində yerləşən «Narınqala» restoranın yaxınlığında Kiş çayının kənarında maşını saxlayıb maşından düşüb söhbət edən zaman iki nəfər mülki geyimli və iki polis formasında olan şəxslər ona və Yaquba yaxınlaşaraq onları Şəki ŞRPŞ-nə aparmışlar. Həmin vaxt Yevlax rayonu ərazisində yolun kənarında yabanı halda bitən çətənə bitkilərindən yığıb qurutduğu narkotik vasitə olan marixuananın bir sellofan bükümdə olan hissəsi üstündə, bir sellofan torbada olan hissəsi isə avtomobilinin arxa oturacağının altında olmuşdur. Şöbədə təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Sonra onu saxlayaraq PŞ-nə dəvət edən polis işçilərinin, vəkili "Elbrus" müəlimin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişlər. Üzərində olan digər əşyalarla birlikdə sellofan bükülünü də, təqdim etmişdir. Təhqiqatçı içərisində narkotik vasitə olan marixuana olan sellofan bükümü zərfə qoyub zərfi ınöhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir, iştirakçıların heç bir əlavə və şikayəti olmadığına görə bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan onlara oxunduqdan sonra vəkili Elbrus müəllim və polis işçiləri ilə birlikdə həmin protokola imza etmişdir. Daha sonra təhqiqatçı ona idarə etdiyi avtomobilə baxış keçirəcəyini bildirmişdir. Sonra idarə etdiyi Meısedesbenz markalı ** HK *** dövlət nömrə nişanlı avtomobillə onun, vəkilin, hal şahidlərinin və polis işçilərinin iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı 10 gün əvvəl Yevlax rayonu ərazisində yabanı halda bilən çətənə bitkilərinin yarpağından yığıb bir ədəd qara rəngli sellofan torbada gizlətdiyi narkotik vasitə olan nəşəni avtomobilinin arxa oturacağının altından götürüb təhqiqatçıya təqdim etmişdir. Həmin sellofan torbanı təhqiqatçı açıb onlara göstərdikdə içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı sonra həmin bir ədəd sellofan torbanın içərisindəki narkotik vasitə olan marixuanam sellofan torba ilə birlikdə zərfə qoyub zərfi möhürlədiyi üçün digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. O, etdiyi hərəkətdən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir, özünün və həyat yoldaşının səhətində ciddi problemlər olmasını, ailəsinin tək qazanc gətirən şəxs olmasını, himayəsində azyaşlı övladlarının olmasını, islah yoluna qədəm qoymasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə ona "Elnur" və "Yaqub" adlı şəxslərin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadə etməsi barədə əməliyyatı məlumatı daxil olmuşdur. Ona görə daxil olmuş məlumatın yoxlanılması və "Elnur" və "Yaqub" adlı şəxslərin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 29 iyul 2023-cii il tarixdə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Bəhmən Məmmədovdan, Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Orxan Tahirovdan, polis nəfəri, polis serjantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Elnur" adlı şəxsin ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs Şəki şəhəri ərazisində yerləşən «Narınqala» restoranın yaxınlığında Mersedes-benz markalı avtomobildə saxlanılaraq PŞ-nə gətirilmişdir. PŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onun üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir qutu keno siqaretini, bir ədəd sellofan bükülünü, şalvarının sağ arxa cibindən 23 manat pulu çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən sonra Təqsirləndirilən şəxs əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmiş,lakin onun üzərindən başqa heç nə aşkar edilməmişdir.Təhqiqatçı sonra Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etdikdə o, əvvəlcə bir ədəd sellofan bükümü təqdim edib içərisində narkotik vasitə olan nəşə olduğunu, həmin narkotik vasitəni 10 gün əvvəl Bərdə şəhərindən Şəki şəhərinə gələn zaman Yevlax-Bərdə yolunun kənarında yabanı halda bitən çətənə bitkilərindən özü istifadə etmək üçün yığıb üzərində və idarə eldiyi avtomobildə saxladanın bildirmişdir. Təhqiqatçı həmin sellofan bükümü açdıqda içərisində yaşıl rəngli bitki kütlən aşkar olunmuşdur. Sonra təhqiqatçı içərisində narkotik vasitə olan marixuana olan sellofan bükümü zərfə qoyaraq zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçıya üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanadan bir qədərdə özü istifadə etmək üçün idarə etdiyi Mersedcs-benz markalı ** HK *** dövlət nömrə nişanlı avtomobildə saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Protokol yazılıb imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes-benz markalı ** HK *** dövlət nömrə nişanlı avtomobildə özü istifadə etmək üçün narkotik vasitə saxladığını bildirdiyinə görə təhqiqatçı həmin avtomobilə baxış keçirmək üçün hal şahidləri dəvət etmişdir. Hal şahidləri gəldikdən sonra təhqiqatçı onlara və digər iştirakçılar hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı polis şöbəsinin inzibati binasının həyətində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes benz markalı ** HK *** dövlət nömrə nişanlı avtomobilə onun, polis nəfəri Şahid2, Təqsirləndirilən şəxs özünün, onun vəkili Müdafiəçi və hal şahidlərinin iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilinin arxa qapısını açıb arxa oturacağın altından bir ədəd qara rəngli sellofan torbanı götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin sellofan torbanı açıb onlara göstərdikdə içərisində yaşıl rəngli bitki kütləsinin olduğu aşkar olunmuşdur. Təhqiqatçı sonra içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olan sellofan torbanı zərfə qoyub qablaşdıraraq möhiirlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Protokol tərtib olunmuş və imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, 29 iyul 2023-cii il tarixdə VİP çay evinə gedən zaman tanımadığı polis əməkdaşı avtomobilə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. Şöbənin həyətində Mersedes-benz markalı avtomobil olmuşdur. Həmin avtomobilin yanında sonradan adı ona məlum olan Elnurun, onun vəkilinin, digər bir nəfər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə Elnurun Mersedes-benz markalı avtomobilinə baxış keçirmişdir. Baxış keçiriliməzdən əvvəl təhqiqatçı ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmişdir. Baxış zamanı Elnur Mersedes markalı avtomobilinin sağ arxa qapısını açıb arxa oturacağın altından bir ədəd qara rəngli sellofan torbanı götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin sellofan torbanı açdıqda torbanın içərisində yaşıl rəngli bitki kütləsinin olduğu aşkar olunmuşdur. Təhqiqatçı sonra içərisində narkotik vasitə olan marixuananı sellofan torba ilə birlikdə zərfə qoyub qablaşdırıb möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşan zaman ona heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq onlara ucadan oxunan zaman protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 29 iyul 2023-cü il tarixdə polis əməkdaşları şöbənin həyətində bir şəxsin avtomobilinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. Razılaşdığı üçün polis əməkdaşı ilə birlikdə polis şöbəsinin inzibati əinasının həyətinə getmişdir. Binanın arxasında bir Mersedes-benz markalı avtomobil olmuşdur. Həmin avtomobilin yanında sonradan adı ona məlum olan Elnurun, onun vəkilinin, bir nəfər Cavidan adlı hal şahidinin və polis əməkdaşlarının dayandığını görmüşdür. Sonra təhqiqatçı onların iştirakı ilə Elnurun Mersedes-benz markalı avtomobilinə baxış keçirmişdir. Baxış zamanı Elnur Mersedes markalı avtomobilinin sağ arxa qapısını açıb arxa oturacağın altından bir ədəd qara rəngli sellofan torbanı götürüb təhqiqatçıya təqdim etmişdir. Lakin, o, torbanın içinə baxmamışdır. Təhqiqatçı sellofan torbanı zərfə qoyub qablaşdırıb möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşan zaman ona heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq onlara ucadan oxunan zaman digər hal şahidi Cavidan, Elnur, onun vəkili və polis işçiləri ilə birlikdə həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, 22 iyul 2023-cü il tarixdə müalicəsi ilə əlaqədar Bakı şəhərinə Semaşko xəstəxanasında olan zaman yerdən kağız bükümdə metamfetamin tapmış və özündə saxlamışdır. 29 iyul 2023-cü il tarixdə dostu Təqsirləndirilən şəxsla, Elnurun idarə etdiyi Mersedes benz markalı ** HK *** dövlət nömrə nişanlı avtomobillə təmiz hava almaq üçün Kiş çayının kənarına, Narınqala restoranın yaxınlığına getmişlər. Elnur avtomobili Kiş çayının kənarında saxlamış, orada söhbət edən zaman polis əməkdaşları gəlmiş və onları şöbəyə aparmışlar. Həmin vaxt Bakı şəhərində Semaşko xəstəxanasının qarşısında yerdən tapdığı içərisində psixotrop maddə metamfetamin olan bir ədəd kağız bükümdə üstündə olmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində, vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Üzərində saxladığı metamfetamini təqdim etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 29 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi aşkar edilərək götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi və maddi subutun götürülməsi barədə 29 iyul 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Osabəli oğlunun idarə etdiyi Merscdes-benz markalı, ** HK *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa oturacağının altından bir ədəd qara rəngli sellofan torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 29 iyul 2023-cü il tarixli, 17/573 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində « A.Elnurun üzərindən aşkar olunan narkotik vasitəyə bənzər kütlə...» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş,üzərinə yapışdırılmış ağ kağızda «A.Elnurun nəqliyyat vasitəsindən aşkar olunmuş n/v-yə bənzər kütlə ...» sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki bir ədəd qara rəngli sellofan bağlamada , təmiz çəkisi 445.0 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd qara rəngli sellofan bağlamada olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. (Aparılmış tədqiqatın dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat təşkil edir). 31 iyul 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Şəki rayon Psixiatriya xəstəxanasından verilmiş 997 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının Dispanser müşahidəsində yoxdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserindən verilmiş 587 №-li arayışdan görünür ki, Abbasov X2 qeydiyyatda deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 05 oktyabr 2023-cü il tarixli, 1665 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzаb çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Nаrkоlоji kabinetdə profilaktiki qeydiyyаtа аlınmаsı məsləhət görülür. DİN-in BƏSİİ-dən daxil olmuş 15 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəki MİS tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 4454 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi 139/10 saylı evdə yaşayır. Şəki MİS tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, marixuana şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran və CMnin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə məhkum olunmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailəsinin həyat şəraitini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 29 iyul 2023-cü ildən 31 yanvar 2023-cü ilədək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 445,44 qram (444,9 və 0,54)) olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla cəmi 4 gün həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 11 (ay) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 445,44 qram (444,9 və 0,54) olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar